Azərbaycanlı şairə-publisist Nəcibə İLKİN.”BU GECƏ”

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru

Bu gecə intihara
Yol gedir ümidlərim.
Ogey baxışlarımda
Güzgülənir dərdlərim…

Azalir dodagimda
Gülüşümün sayları.
Bir – bir ölüb gedirlər
Ürəyimin tayları.

Gõzlərimin işıģı
Ürəyimdən güc alır.
Əllərimdə üşüyən
Arzularim qocalır.

Bu gecə dərd evimə
Gedən həsrətim yanır.
Bu gecə ürəyimdə
Bir sevda alovlanir…