Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən maliyyələşdirilən və Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən həyata keçirilən “Bölgələrdən Paytaxta… Paytaxtdan Bölgələrə” adlı layihə çərçivəsində “Bölgələrdən səslər” kitabının ikinci hissəsi “Nurlan” nəşriyyatı tərəfindən işıq üzü görüb.Layihənin rəhbəri DGTYB Yönətim Kurulunun başqan yardımcısı, gənc xanım yazar Əfsanə Bayramqızıdır.Lahiyə çərçivəsində Azərbaycanın müxtəlif bölgələrində yaşayıb ədəbi-bədii yaradıcılıqla məşğul olan istedadlı gənc yazarların özkeçmişləri, ədəbi-bədii nümunələri, poeziya örnəkləri toplanaraq kitablaşdırılıb.Kitabda yer alan yazıları toplayıb, tərtib edib, nəşrə hazırlayanlar DGTYB üzvləri, gənc yazarlar Şəfa Vəli, Tural Adışirin, Gülnar Səma, İntiqam Yaşar, məsləhətçiləri AYB üzvü Əlirza Həsrət, DGTYB YK başkanı, gənc yazıçı-dramatuq Rəvan Tohidoğlu DGTYB Təsisçilər Şurasının üzvü, şair, jurnalist Dəyanət Osmanlı, redaktorları isə DGTYB Təsisçilər Şurasının başqanı, yazıçı-publisist Əkbər Qoşalı, DGTYB Təsisçilər Şurasının üzvü, dosent, dr. Rəsmiyə Sabirdir.
Qeyd edək ki, “Bölgələrdən səslər” kitabının birinci hissəsi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyələşdirdiyi “Bölgələrdə yaşayan yaradıcı gənclərlə görüşlər” adlı layihə çərçivəsində 2013-ci ildə “Bilik” Poliqrafiya Mərkəzi tərəfindən 240 səhifə olmaqla 500 tirajla dərc olunub.Layihə rəhbəri Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı Əkbər Qoşalı, tərtibçisi Dünya Gənc Türk Yazarlar Birliyinin Baş katibi Rəsmiyyə Sabir, redaktorları Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü İbrahim İlyaslı, Azərbaycan Yazıçılar Birliyinin üzvü Elşən Əzim, məsləhətçilər Azərbaycan Yazıçılar Birliyinin üzvü Əlirza Həsrət, Azərbaycan Yazıçılar Birliyinin Qazax Bölməsinin sədri Barat Vüsal, Azərbaycan Yazıçılar Birliyinin Gəncə Bölməsinin sədri Məmməd Alim, Azərbaycan Yazıçılar Birliyinin Şəki Bölməsinin sədri Vaqif Aslan, Azərbaycan Yazıçılar Birliyinin Quba Bölməsinin sədri Ramiz Qusarçaylı, texniki redaktoru Bahar İsmayılova, üz qabığının tərtibçisi Nəvai Metindir.Kitabda 28 rayon və şəhərimzdən 75 gənc qələmin yazıları yer alıb. Onların bir çoxu respublika səviyyəsində ilk dəfə təqdim olunub.“Bölgələrədn səslər” respublikanın aparıcı kitabxanalarına pulsuz paylanıb.
Fidan ABBASOVA,
Gündəlik İnformasiya Agentliyinin Baş redaktoru.