12202155_886472768116427_1538859207_n

Səfər Fidanın qarşısına çıxmağa utanırdı. Fidanın evlənib-evlənməməyi, harda qaldığı maraqlıydı ona. Maşınına oturub Fidanın mindiyi taksini uzaqdan izlədi
Fidanla yaşadıqlarını xatırlayırdı. İlk öpüşləri, toxunuşları elə bil qarşısında canlandı.
Qefilden yeraltı keçidi keçməyə tənbəllik edən ortayaşlı bir kişini az qala maşınla vuracaqdı. Səfər maşını saxladı. Əsəbdən öz-özünə deyinməyə başladı. ” Ay kişi, canın çıxsın keçiddən keçdə, gərək ölümün əlimdən olsun?”
Səfər maşından düşüb kişiyə yaxınlaşdı.
– Heçnə olmayıb ki?
– Yox,yox, hər şey yaxşıdır
– Keçiddən niyə keçmirsiz,axı?

Kişi Səfərin dediklərinə əhəmiyyət vermədi. Səfər maşınına əyləşdi. Daha Fidanı taksini izləyə bilməyəcəkdi. Əsəbindən piyadanı söydü.

Lamiyənin xəstəxanada iki gün qaldı. Baş həkim demişdi ki, günorta xəstəxanadan çıxa bilər. Anası Aynur telefonda bərk-bərk tapşırmışdı; – uşaq xəstəxanada qalacaq, Lamiyə Almaniyaya geri qayıdacaq. Lamiyə təzə doğulan körpələrin arasında oğluna baxıb Tahirin hədələrini xatırlayırdı. Uşağın Tahirdən olduğuna daha çox inanırdı.
– Səfər heç üzümə də baxmırdı – düşünsə də, şübhələr onu rahat buraxmırdı.
Yatdığı palataya qayıtdı, yavaş-yavaş hazırlaşmağa başladı. Xəstəxanadan elə çıxmaq lazımdır ki, heç kim görməsin.

Fidan eve axşam saat ondan sonra gəlir. Eldar da onlarda idi. Fidan Eldarı görəndə sevinir.
– Xoş gəlmisən, Eldar əmi.
Eldar Fidanla soyuq görüşdü. Fidan soyuq münasibətin hardan qaynaqlandığını anladı.
Eldar – Bu vaxt xeyirdimi gəlirsən?
– Uşaq evindəydim.
Təhminə əlində nimçə otağa girdi, Eldarla Rəşadın qarşısına fincanda çay qoydu. Fidanla qaşqabaqlı görüşdü.
– Axşamın xeyir.
Fidan – Axşamın xeyir.Paltarımı dəyişim gəlirəm.
Fidan otağına getdi.
Rəşad – Heç olmasa televizoru yandırım,görək ölkədə nə var,nə yox?
Rəşad xəbərlər olan kanala çevirdi. Fidan otağa girəndə xəbərlərdə dünyaya təzə gələn körpənin xəstəxanada anası tərəfindən qoyulub qaçdığı deyilirdi. Fidan təəccübləndi, divanda əyləşib diqqətlə televizora baxdı.
Təhminə – Vicdansızlığa bax.
Fidan – Başa düşmürəm, bir halda ki, bu uşağa baxmayacaqsan, niyə dünyaya gətirirsən?
Eldar diqqətlə Fidana baxdı, kinayə ilə dedi: – Sənin kimisi övladlığa götürsün deyə atırlar. Niyə dayanmısan? Get sabah maraqlan, övladlığa götür.

Fidan Təhminəylə Rəşada baxdı. Başını aşağı saldı. – Yaxşı təklifdi. Maraqlanaram. Gecəniz xeyrə. Tez yatsam yaxşıdır.
Fidan öz otağına getdi, qapını örtdü.

Təhminə Eldara – Eldar əmi, sən lap dəlinin ağlına daş saldın.
Eldar – Ele bilirsən ki, gedəcək?
Təhminə – Onu yaxşı tanımırsınız.
Eldar – Uşaq götürmək asandı elə. Nigahda olmasa, heç kim ona övlad verməz. Uşağı ancaq ailəli adamlar götürə bilər.
Təhminə – Başa sala bilmirəm ki, hələ cavansan. Qarşına yaxşı adam çıxacaq, evlənəcəksən. Deyir yox. Tərsdir ki, tərs.
Eldar – Onu fikrindən daşındırmaq mənim boynuma.

Lamiyə Zamanın evində qalırdı. Hamama keçib başından axan suyun altında hönkür-hönkür ağladı. Zaman onun səsini eşidirdi. Lamiyə məhrabaya büründü, tikişə görə ağır-ağır addımlarla hamamdan çıxdı. Göz yaşlarını saxlaya bilmirdi. Otağına gəlib qapını arxadan bağladı. Əl telefonuna zəng gəldi. Zəng edən anasıydı. Lamiyə telefona ağlayaraq cavab verdi.
– Oğlumu istəyirəm, ana
Telefonun o biri xəttindən Aynur qızına acıqlanır.
– Ailənə xəyanət etməsəydin, övladın yanında olardı. O uşağın Səfərdən olmasına şübhə edirəm
– Vicdan əzab çəkirəm.
– Mən də. Məcbur idik qızım, məcbur idik. Bağışla məni.
Aynurun da gözləri dolmuşdu, ağlamaqdan boğulurdu.
– İndi eşit məni. Bir müddət gözlə,yaraların sağalsın. Sonra yanıma qayıt. Eşitdin məni? Allo.
Lamiyə ağlayırdı. – Eşitdim. Səfəri tanıdığım günə lənət olsun. O ailəni tanıdığımız günə lənət olsun…

Fidan səhər-səhər M.Nağıyev adına xəstəxanaya gəldi. Lamiyənin doğuşunda iştirak edən həkim Nəcibə xanımı öyrənib görüşdü. Nəcibə xanım qırx yaşında cavan xanım idi.
Fidan – Dünən xəbərlərdə eşitdim ki, ana uşağını xəstəxanada qoyub qacıbdı. Nəcibə həkim gülümsədi.
– Siz o qadına ” ana ” deyirsiniz? Mənim heç qadın deməyə dilim gəlmir.
– Haqlısınız. Gəlməkdə məqsədim odur ki, körpəni övladlığa götürmək istəyirəm.
– Neçə ildir ailəlisiniz?
Fidan həkimdən bu sualı gözləmirdi. Səhvini indi anladı. Ailəsi olmayan qadının uşaq övladlığa götürməyi müşkül məsələydi.Yalan danışmağa məcbur qaldı.
– Beş ildir ailəliyəm.
– Bağışlayın, neçə yaşınız var?
– İyirmi yaşım tamam olmayıb. Ailə quranda 14-15 yaşım vardı.
– Tez ailə qurmusuz. Nigahınız var?
– Yoxdur.
– Nigahınız yoxdursa, çətindir xanım.
– Deməli, nigahımız olsa mümkündür
– Əlbəttə, vəkiliniz də olsa, yaxşı olar.
– Xahiş edirəm, o uşağa ehtiyacımız var. Nə xərci varsa, mənim boynuma…

Fidan xəstəxanadan çıxan kimi əl telefonunu çantasından çıxartdı, nömrələri yığdı. – Allo, sabahın xeyir. Ofisdəsən? (Pauza) aha, lap yaxşı, gəlirəm.

Lamiyə Zamana dil tökür, yalvarır ki, körpəsindən ona xəbər gətirsin.
– Yalvarıram Zaman, maraqlan gör vəziyyəti necədir. Axı, mən anayam, uşağım haqqında heç olmasa xəbərim olsun.
Zaman birinci etiraz etsə də, sonradan razılaşdı.
– Bir şərtlə, ananız xəbər tutmasın.
– And içirəm, xəbəri olmayacaq.
– Bir yol taparam. Sabaha sizə bir xəbər deyərəm.

Eldar Fidanla özünə çay sifariş verdi.
Eldar – Axşam məndən incimədin?
– Qətiyyən, məsləhətlərin mənim üçün dəyərlidir.
– Qərarını dəyişməyinə ürəkdən sevindim.
– Hansı qərarı deyirsən? Bura xəstəxanadan gəlmişəm. Mənə yaxşı vəkil lazımdır.
Eldar təəccübüylə əsəbi bir-birinə qarışmışdı.
– Doğrudan başın xarab olub.
– O, körpəni övladlığa götürəcəm.
Eldar Fidanın üstünə qışqırdı.
– Ay axmaq, ailən yoxdur, nigahın yoxdur. Sənə uşaq verərlər?
– Onu həkim də dedi. Elə mən də nigahla bağlı danışmağa gəlmişəm.
– İndidən deyirəm, sənə evlənmək üçün adam-zad tapan deyiləm.
– Bəs, sən mənim əmimdin, dostumdun?
– Başa düş, sənə canım qurban, amma heç kimi nigaha razı sala bilmərəm. Mən səni tanıyıram ki, təmizsən, safsan, bir az da başdan xarabsan. Başqaları tanımır axı! Niyə tələsirsən? Hələ gəncsən. Elə bil mənim kimi yaşın qırx beşi keçib.
Fidan udqundu, astaca eşidiləcək tərzdə dedi.
– Əslində evlənmək üçün adam tapmışam.
– Doğrudan – Eldar təəccübləndi.

Çayçı nimçədə Eldarla Fidana çay gətirdi. Armudu stəkanları masanın üstünə qoydu. Eldar oğlana təşəkkürünü bildirdi. Oğlan qapıdan çıxanda Eldar üzünü Fidana tutdu.:
– Tapdığın etibarlı adam kimdir?
Fidan udqundu, tez cavab verməyə qorxurdu
– Sənsən. Bu məsələdə səndən başqa heç kimə etibar ede bilmərəm.

Eldar hirsindən armudu stəkanı divara çırpdı, Fidan diksindi, ayağa qalxdı. Eldar Fidanın qolundan tutub qapıya tərəf itələdi.
– Rədd ol! Rədd ol, gözüm səni görməsin.
Fidan pərt olmuşdu, gözləri yaşardı. Yerindən tərpənə bilmirdi. Eldar yenə qışqırdı.
– Abırsız! Hələ də burdasan? Fidan başını aşağı saldı, ofisdən çıxanda sonuncu dəfə Eldara baxdı.

Fidan kor-peşman evə gəldi. Ağlamaqdan gözləri dolmuşdu. Təhminə qızarmış gözlərini görəndə həyəcan keçirdi.
– Səni kim ağladıb?
– Heç kim. Çox pisəm.
Fidan Təhminəni qucaqlayıb ağladı.
– Məni qapıdan qovdu.
– Kim?
– Eldar əmi.
– Niyə?
– Dedim gəl evlənək, məni qovdu.

Təhminə təəccübdən divanda necə oturdu bilmədi. Fidan daha heç nə deməyib otağına getdi, otağının qapısını açarla bağladı. Təhminə ev telefonuyla Rəşadı yığdı.

Gecə yarısı olsa da Fidan otağından çıxmamışdı. Eldar Rəşadla yol gəlirdi. Maşını Rəşad sürürdü.
Rəşad – Təhminə deyəndə inanmadım. İndidə inanmıram. Bu qız səni sevir?
– Qələt edir. Bircə bu çatmırdı. Qızım yaşında qadınla evlənmək üçün boşanmışam?
– Ya bu qız o uşağı götürmək üçün evlənir, ya da səninlə evlənmək üçün uşağı bəhanə edir. Vallah əmi, bəhanə edirsə, çox ağıllı qızdır
– Fidan çox yaxşı qızdı. O məni sevsəydi, mənə əmi deməzdi. Bir başa adımla çağırardı. Eve gedende bilecem.
– Bir sual verim emi, tam səmimi cavab ver. Fidana qarşı qadın kimi heç hissin olmayıb? İkimizdə bilirik ki, həyatında Fidan yaşda qızlar az olmayıb
– Onların heç biri Fidan kimi təmiz deyildi. Ümumiyyətlə, Təhminə də, Fidan da yaxşı qızlardı. Onlar yüngül təbiətli qızlar olsaydılar, onları başqa yola istiqamətləndirərdim.
– Deməli, Fidan sənə əmi deyənəcən sənin ondan xoşun gəlib,hə?
– Gic-gic sualları hardan tapırsan belə?!
Rəşad maşını darvazanın ağzında saxlayır.
Rəşad – Əmi, mən şəxsən Fidanla evlənməyinə pis baxmaram. Bir ilə yaxındır bu qızları tanıyırıq. Artıq-əksik hərəkətlərini görməmişik. Dəfələrlə sınamışıq. Fidanın bizdən başqa heç kimi yoxdur. Nə bilirsən sabah qarşına çıxan necə adam olacaq. Gəl sən məni eşit, bu qızla evlən. Vallah, yaxşılıq edərsən.

Eldar fikirli halda maşından düşdü, həyətə girdi.
Fidan otağından çıxmırdı. Eldar Təhminəylə görüşdü.
– Hardadı?
– Sənin yanından gələndən otağındadı.
Eldar Fidanın qapısını döydü. Fidanın səsi gəldi. – Heç nə istəmirəm. Yatacam. Eldar – Mənəm, Eldar.

Qapı açıldı, Fidanın gözləri ağlamaqdan qızarmış, şişmişdi. Fidan çarpayısına tərəf getdi. Kürəyini Eldara tərəf çevirib ağladı. Eldar qapını örtüb Fidana yaxınlaşdı.
– Mənə bax.
Fidan ağlayırdı. Eldar sözünü təkrarlamalı oldu.
– Mənə bax.
Fidan Eldara baxdı.
– Utanıram. Üzr istəyirəm. Körpəyə görə… Səndən, Təhminədən, Rəşaddan başqa inanacağım, ailəm yoxdur.
– O körpəni bu qədər çox istəyirsən?
Fidan başıyla təsdiqlədi. Eldar bir qədər düşündükdən sonra Fidana gözləmədiyi təklifi etdi.
– Onda arvadım ol. Evlənək.

Fidan Eldarın gözlərinə baxdı. Eldar onun düşündüyündən fərqli olaraq təkcə nigahda yox, həyatda da ər olmaq istəyirdi…

Ardı var…