Bu gün sizlərə danışacağım hekayə əsrlər öncə Aralıq dənizində yerləşən Kipr adasının Beşbarmaq dağlarında zəhmətinə bəhrələnən Leylək dəstəsində yaşayan ana leyləyin hekayəsidir…
Leyləklər aramla illərdən bəri Beşbarmaq dağlarının zirvələrində zəhmətləriylə səbət qurur, yaşayırdılar.İctimai , sosial-bəşəri düşüncələriylə bütün insanlığa dərs verirdi leyləklər…
Həyat elə gözəllikləriylə onları sevindirir, gələn xəzan yeli onları üzgün edir , qışda isti ölkələrə köçəcəklərindən xəbər veridi.Bununla Beşbarmaq dağları bir fəsli onlarsız sanki, çılpaq zirvəsində yalnızlığının yorğunluğu ilə uğuldayırdı…Bu aramla həyat Leylək dəstəsində davam edirdi…Onlar müqəddəs Məkkə, Mədinə torpaqlarına qədər isti ölkələrə səfər edir, soyuq qışı orda keçirir, halalıqlarıyla yaşayırdılar.Bu müqəddəs torpaqlara hər il səfər etdiklərindən adlarının qarşısına toplum Hacı sözü əlavə etmiş , onlara hacıleylək adını vermişdilər.Bu halal quşlar heç zaman harama əl uzatmır , haqsızlığa səbrləriylə sinə gərirdilər.Çünki, səbir vicdanın aynası ,təlim və tərbiyə onun açarıdır…
Bir gün gələn qış küləyi yenə hacıleylək dəstəsini Beşbarmaq dağlarından köç etməyə vaqe etmişdi… Qoca leylək yumurtalarını qanadlarına alıb, uçmaq istərkən bir yumurta fərqinə varmadan səbətə düşmüşdü… Üstəlik yumurtaları çox olduğundan yemək qazanını bu il özüylə götürməyəcəyini ona dedi.Bu o qazandı ki, sahibsizlikdən pas atmış çürüyürdü.Ana leylək onu qanadlarıyla Beşbarmaq dağlarının zirvəsinə qaldırıb səbətinin yaninda yer etmiş, onu çürüdən paslarını təmizlətmiş, hər gün onu ehmalca yuyub, qurulayıb qazan etmişdi…Amma bu dəfə yaşlaşan ana leylək yumurtalarını ancaq özüylə isti ölkələrə götürə bilərdi…Bununla qazan xəbisliyindən əl çəkməyərək,ana leyləyin əziyyətlə çör-çöplə düzəldib yuva etdiyi səbətinin üstünə oturdu və “birdə burdan qalxmaram,qayıdanda qoy yuvasız qalsın”-dedi.O elə oturmuşdu ki , ana leyləyin unutduğu yumurtanı əzmiş, yumurtanın içindəki ətcə balanı da öldürmüşdü.Səbətdəki leylək lələklərini özünə yapışdıran qazan özünü leyləyə bənzətmək istəmiş , kin və kinayəsindən düşdüyü boş qazanlığının fərqinə belə varmamışdı… Atalar demiş cücəni payızda sayarlar… Ana leylək leylək qatarıyla dincəlmək üçün arana enmiş, yenicə həyata boylanan ətcə balalarının sayındakı əksikliyin fərqinə varmış, dərhal balalarını qonşu leyləyə təhvil verib, üzü Kiprə-Beşbarmaq dağlarına sarı qanadlanıb yol almışdı…Haqqın qanadı bükülməzmiş; Bir zaman leylek qatarıyla gəldiyi yolu indi tək-tənha qayıdırdı unuttuğu balası uğruna…Haqqın yolunda nə qədər tək olsanda Allah səninlə olar bu yolçuluqda.Bu yolçuluq üçünsə ilk özünə inam lazımdır.İnam isə özünə güvənməkdən keçir…Oysa Hacı Leylək olaraq tək dönür fırtınalı havada göydən yerlərə baxır insanlığın çözə bilmədiyi düyünlər haqqında fikirləşir uzun günlərdən sonra uçub Beşbarmaqa çatırdı…Amma yazıq leylək nə bilərdi ki, onu burda da sınaqlar gözləyirmiş…Unutduğu ətcə balasını götürməyin ümidiylə gələn ana leylək nə bilərdi ki , içi boş qazan onun səbətini vəhşiliyi ilə zəbt edib ,üstəlik səbətdə qalan yumurtanı əzib öldürüb.Bununla yetinməyərək leylək lələklərindən kinayə ilə üzərinə yapıştırıb, səbəti ələ keçirərək mən LEYLƏYƏM burada mənim YUVAMDIR- deyib hamını aldadıb…Nə qədər desədə, bir atalar sözü var “el gözü tərəzidir”- deyə…
Yazıq ana leylək gəlib Beşbarmaq dağlarının zirvələrdəki yurdundan əsər-və əlamətin qalmadığını görmüşdü.İri gövdəsiylə qazan səbəti əzib zəbt etmişdi.İntiqamla leyləklə danışmağa başladı ; onu yurduna sahibləndiyini söyləyib, özünün də bu gündən leylək olduğunu söyləyib, üzərinə yapışdırdığı lələkləri göstərir, ana leyləyin qazanın altında əzilən ətcəbalanı götürmək istəməsinə belə mahal qoymurdu o.Ana leylək Beşbarmaq dağlarının o biri başına uçub xeyli oturub, Allahına dua edirdi.Uca Allahıysa onun dualarını qəbul edirdi.Axı o hər qışı uçaraq Məkkə torpaqlarına gedib, hacıleylək olmuşdu.Qəlbi təmizliyi , vicdanını təmiz tutması, unuttuğu ətcəbalası üçün gəlmiş, zamanında xarabalıqdan tapdığı qazana yaxşılıq etmiş, onu öz yanından ayırmamış, içi boş qazansa, ona zərbə vurmuş, və vurmaqdaydı da…O dua edir, həsrətlə min əziyyətlə qurduğu yuvasına baxır, səsini şeirlə Beşbarmaqdan doğma Kiprinə bildirir yaxınlıqdakı kəndin insanlarıysa, ana leyləyin fəryadına üzülürdülər ;
Beşmarmaqda əsən rüzgar,
Məni dərdlə boğan rüzgar,
Qazanlardan zərbə aldım,
Dərdimə sən gəl, ey rüzgar!
Elə bu vahiməylə haqqın hacıleyləyinin duaları qəbul olmuşdu… Beşbarmaq dağlarından qopan tufan burulğanın rüzgarı ilk hamıya zərbə vuran, içi boş qazanın gurultusu yavaş-yavaş kəsirdi.Belə ki, rüzgar onun üzərinə yapıştırdığı lələkləri sovurub çılpaq edir, saxta kimliyini o kəndin insanlarına aşikar edirdi.Bununla yayılan tufan qazanı vurub bir zərbəylə Beşbarmaqdan aşağı atdı.Guruldaya-guruldaya içi boş qazan diyirlənə-diyirlənə gəlib, dağın ətəklərində dayandı.Amma nə fayda yenə deyirdi ki, bəs o leyləkdir ki, leylək və səbət onundur ki,onun…
Ana leylək bu mənzərəni görər-görməz üzünün çöhrəsi gülmüş, səbətə qaçaraq balasının ölüsünü dimdikləriylə götürmüş, səbətin yanında dəfn etmiş, ətrfdan dimdikləriylə ətrafdan çör-çöp toplamış yurdu olan səbətini təmir etmişdi…
Bu aramla Beşbarmaq dağlarının ətəyinə diyirlənən içi boş qazan guruldayır, leyləyi hədələyirdi.Ana leylək öz işlərini görüb qurtardı, Beşbarmağın ətəyindən qazanın gurultusuna baxa-baxa su içir, yolçuluğuna davam etmək qərarına gəlirdi.Kiprin kəndində isə insanlar qazanın leyləyin bu təhqiramiz sözlərinə baş bulayırdılar.Başqa çarələridə yoxdu…Çünki, bilirdilər ki, boş qazandır ki, yalandan yoğrulub guruldayır…Elə bu vahiməylə təzəcə qış yuxusuna getmiş qoca qartalı boz qayadakı yuvasından çıxmağa məcbur ettdi.Qartal bu haqsızlığa dözə bilməyib, bir uçuşla qazanı Beşbarmaq dağının ətəklərindən caynaqlarıyla tutub səmalara qaldırıb birbaşa dərəyə attı.Qazan pul-pul olub şüşə kimi hissələrə bölündü…Ana hacıleyləksə, suyunu içib müqəddəs torpaqlara doğru qış səfəri üçün qanadlandı.Onu orda leylək dəstəsi və qonşusuna havalə etdiyi balaları gözləyirdi.
PS: Azər yorğunluqla kənddə oturub bu mənzərəni seyr edərkən əlində qələm çayxanada sonluğu yazırdı.Kiprli Türklər məhşur qəhvələrindən ona da süzmüşdülər.Elə birinci qəhvəni içib, hekayəni sonlandırmışdı ki, Kiprli Türk qardaş ondan ikinci qəhvənin “sultan” yoxsa “oza” növündən olmasını soruşdu.Azərsə cavab verirdi :-Hələ ki , nə qədər ikinci əsərə başlamamışıqsa, süz, Kiprli Türk qardaş, süz! Hələ ki, “oza”dan süz ,hələ ki,”sultan” deyilik. Hələ ki, qazan Beşbarmağın ətəyindədir, hələ ki, “sultan” içmək ona yaraşır .Kiprli Türk qardaşım süz, ”Oza” dan süz, qardaşım ,özü də sadəsindən süz…