Cəmilə qapını döyməkdən bezdi, çantasından açarı çıxartdı, qapını açmağa çalışdı. Qapını açanda Lamiyə qarşısında gözləri yaşlı dayanmışdı. Lamiyə qaynanası yaxınlaşdıqca geri addımlar atırdı. Cəmilə əlini gəlininin saçlarına doladı.
– Sən kimsən? Kimsən sən? Nə istiyirsən məndən?
Lamiyə Cəmiləni özündən birtəhər uzaqlaşdırmaq üçün itələdi. Cəmilə yerə sərildi.
– Sənə axırıncı dəfə deyirəm. Oğlumdan boşanacaqsan. Sonra rədd olub gedəcəksən bu ölkədən.
Cəmilə Lamiyənin cavab verməyəcəyini görüb daha da hövsələdən çıxdı.
– Bura bax, onsuzda vicdan əzabı çəkirəm. Partlayan bomba kimiyəm. Mənim ayağımı tapdalama. Elə bilmə ki, sənin hədələrinə susacam. Vaxtı gələndə hər şeyi etiraf edəcəm, amma sən o günü görməyəcəksən
Lamiyə eşitdiklərinə inana bilmirdi.
– Səfər səni analıqdan silər.
Cəmilə Lamiyənin üstünə qışqırdı. – Sənə nə?
Lamiyə yenidən geri addımlar atdı, qaynanasını sakitləşdirməyə çalışırdı.
– Yaxşı-yaxşı, vurma. Oğlundan boşanan günü anamın yanına qayıdacam.
– Gərək çoxdan qayıdaydın. Nankor… Oğlum səni almırdı. Mənim yerimdə kim olsaydı, oğlunun içkili vəziyyətindən istifadə edib qoynuna girən qızı almazdı.
Fahişə səndən qeyrətlidir. Tfu… sənin üzünə. Tüpürməyə də layiq deyilsən.
Cəmilə yerdən çantasını götürdü, evdən çıxanda qapını çırpdı.
Lamiyə qapını arxadan bağladı. Tahir otağından çıxıb pilləkənləri ağır-ağır düşdü.
Lamiyəyə yaxınlaşıb diqqətlə gözlərinin içinə baxdı: – Deməli, zirək tərpənib Səfərin içkili vəziyyətdə olmağından istifadə eləmisən.
Lamiyə kürəyini qapıya söykədi: – Onun başı xarabdır. Fikir vermə, ağzına gələni danışır.
Tahir Lamiyəni astaca qapının ağzından itələyir: – Başı xarab da olsa düz deyir, fahişə səndən qeyrətlidir. Yaxşı ki, uşaq sağ qalmayıb. Yaxşı ki… Səni necə sevirdim mən…Heyf!…
Tahir evdən çıxır, qapını örtdü. Lamiyə gözlərini yerə dikdi…
Axşamdır. Eldardan zəng gəlməyəcəyini görən Fidan telefonu taxtın üstündən götürüb ərinə mesaj yazır. Eldar maşını qapıya yaxın saxlamışdı. Mesajın səsini eşidəndə telefona baxdı. Mesaj sevdiyi qadından idi.
“ Səni itirmək istəmirəm”
Eldar Fidana mesaj yazır: “ Ehtiyacın olduğu üçün yanındayam elə”
Bir az keçir, Fidandan mesaj gəlir: “ Kaş elə ehtiyyac olardı”
Çox keçmir, Fidandan yenə mesaj gəlir: Bu gecə səni görməsəm, taksi tutub gedəcəm evimizə ”
Eldar mesaja təəccüblənir, Fidana zəng edir. Fidan cavab verir.
– Eşidirəm.
Eldar mülayim danışdı: – Uşaqlıq edirsən.
– Nədir? Evdə tək üşümürsən?
– Yayda üşümürlər. Birdə ki, evdə deyiləm.
– Hardasan?
– Qapının ağzındayam.
– Beş dəqiqəyə yanındayam.
Eldar nə isə demək istəyirdi ki, Fidan imkan vermədi. Telefonu üzünə adboy verdi.
Eldar maşından düşüb qapıya yaxınlaşdı. Qapını döyəndə axrana açdı, Eldarla salamlaşdılar.Fidan həyətdə göründü, gülümsəyərək ərinə yaxınlaşdı. Eldar Fidanın əlindən tutdu, maşına tərəf getdilər.
Eldar maşının qabaq qapısını açdı, Fidan ərinin üzündən öpüb maşına oturdu.
Səhər Fidan yuxudan oyana bilmirdi. Gecədən Eldarı necə qucaqlayıb yatmışdısa, eləcədə qalmışdı. Eldar indi dünyanın ən xoşbəxt kişisi idi. Fidan onun həyatda həqiqətən arvadı olmuşdu. Hələ də inana bilmirdi ki, onu qucaqlayan Fidandır. Gözlərini arvadından çəkə bilmirdi, diqqətlə onun üzünə baxırdı. Eldar sevdiyi qadının – arvadının alnından öpdü, onu ehtiyyatla özündən uzaqlaşdırdı, yataqdan qalxıb hamama keçdi.
Səfər xəstəxanadan çıxıb atasıgilə gəldi. İki gün idi bacısı Aybənizdən xəbər yox idi. Səfər ev telefonu ilə bacısının evini yığanda yeznələri Elçin cavab verir.
– Allo.
Səfərin Elçinin kobudluğuna görə ondan heç xoşu gəlmirdi. Bacısının xatirinə yersiz hərəkətlərini görməməzlikdən gəlirdi.
– Elçin mənəm, Aybəniz evdədi?
Elçin salamsız-kəlamsız kobudca dedi:
– Gözlə çağırıram.
Döyülməkdən üz-gözü göyərmiş Aybəniz mətbəxdə ağlaya-ağlaya qabları yuyurdu. Elçin mətbəxin qapısınacan gəldi:
– Qardaşın səni çağırır.
Aybəniz əllərini məhrəbayla silib, qonaq otağına keçdi. Telefona cavab verəndə ağlamaq tutdu.
– Allo… Yox ağlamıram. Soğan doğrayırdım, gözümü yandırır.
Səfər bacısının yalan danışdığını hiss etdi.
– İnanmıram, Rafiqlə anamı bu dəqiqə göndərirəm. Heyf ki, gələ bilmirəm. Bilirəm ki, o alçaq səni incidir.
– Yaxşı
– Hazırlaş, anamgili arxamca göndərirəm indi.
Səfər telefonun dəstəyini çırpır. Anasını səsləyir. Cəmiləylə Kərim otaqdan çıxıb, həyəcanla nə olduğunu soruşurlar.
Səfər – Gedin qızınızı gətirin. Deyəsən, qızı döyübdür.
Kərim – O gədəyə nahaq qızı verdik. Bu dəfə boşanacaqlar Cəmilə.
Cəmilə susurdu. Axırıncı boşanma söhbətində Elçin onu hədələmişdi; arvadı onu boşasaydı, Kərimə qızının toydan əvvəl hamilə qaldığını deyəcəkdi. Cəmilə onda Kərimi güclə yola gətirmişdi. Bu dəfə nə edəcək bilmirdi.
Təhminə qucağında ağlayan Yaşarı sakitləşdirirdi. Rəşad əl telefonuyla Edarı yığa-yığa Təhminəyə gülümsəyərək dedi:
– Bunların işindən baş açmaq olmur ki… Bir-birilərini tapanda uşaq da yaddan çıxır.
Təhminə gülürdü. Telefona zəng gələndə Eldar hamamdan təzə çıxmışdı. Rəşadın zəngindən bildi ki, söhbət nədən gedəcək.
– Sabahın xeyir.
Rəşad: – Mənim sabahım xeyirlidir. Əsas sizin səhərdi. Deyirəm, gəlib oğlunuza baş çəkəsiz.
– İk-üç saata gələrik.
Rəşad zarafat elədi: – Yəni gəlməmək ehtimalınız da var?
Eldar güldü: – Zarafat edirəm, tez gələcəm.
– Gözləyirik. Tələsməyin, əgər mane olduqsa, ömür-gün yoldaşımla indidən sizdən üzr istəyirəm.
Eldar hələ də yatan Fidana baxırdı. Yatağa yaxınlaşıb Fidanın əlini öpə-öpə oyandırdı.
– Ürəyimin sahibi, oyan.
Fidan mızıldandı, axırda gözlərini açıb Eldarın üzünə gülümsədi.
– Sabahın xeyir.
– Günortadı artıq
Fidan gözlərini iri açdı: – Nə? Yatıb qalmışıq ki…
– Zarafat edirəm, saat heç doqquz deyil.
Eldar Fidanı gözləmədiyi anda bərk-bərk qucaqladı, Fidan da onu.
Eldar: – Canımsan…Çox sağ ol.
Fidan da ərini bacardığı qədər qucaqladı, gözləri dolmuşdu…
Cəmiləylə Kərim evdən çıxanda Səfər birtəhər hazırlaşıb, əvvəlcədən çağırtdırdığı taksiyə mindi. Minməmişdən öncə evin aşpazına tapşırdı ki, atasıgilə desin ki, tez gələcək, narahat olmasınlar.
Elçin Aybənizin uşağın da, özünün də çamadanlara yığdığını görüb ona yaxınlaşdı. Çamadana bir təpik vurdu, paltarlar yerə səpildi. Aybəniz qorxusundan geri çəkildi.
Elçin – Hara hazırlaşırsan?
– Gedirəm.
– Hara?
– Bu dəfə boşanacam səndən.
– Elə bilirsən asandır?
– Atamgil yoldadır, gəlib məni də, qızımı da aparacaqlar.
– Özün hara istəyirsən get, qızım burda qalacaq.
– Qızım ha… Ata kimi nə vaxt qucağına alıb gəzməyə apardın?
– Vaxtım olmur, olanda aparacam
– Amma oğraşlıq eləməyə vaxtın olur.
Elçin Aybənizin üzünə şillə vurdu. Aybəniz qışqıraraq yatağa sərildi.
Fidan hazırlaşandan sonra əriylə birlikdə evdən çıxdılar.
Eldar: – Acsansa yemək yeyək, sonra evə gedərik.
– Acmamışam. Tez gedək ki, bugün Təhminəgil nigah üçün sənədlərini verməlidilər.
– Şükür, onlar da evlənirlər.
– Vallah da…
Eldar maşını sürüb yola çıxdı…
Səfər əvvəlcədən Fidanın yaşadığı ünvanı anasından öyrənmişdi. Taksı maşını qapıya yaxın saxlamışdı. Səfər 20-25 dəqiqə gözlədikdən sonra Eldar maşınıyla taksiyə yaxınlaşdı. Fidan da, Eldar da maraqla taksiyə baxdılar.
Fidan – Qonağımız var?
– İnanma, maşında adam var.
Eldargil maşından düşdülər. Taksiyə yaxınlaşanda Fidan sürücünün yanında oturan Səfəri tanıdı. Yerində durub qaldı, addım ata bilmirdi. Eldar şübhəylə bir Fidana, bir də Səfərə baxdı.
– Niyə gəlmirsən?
Fidanın gözləri taksidəydi. Səfərin buracan gəlməsi onun Eldarın yanında utanmasına səbəb olmuşdu. Səfər də qolu sarıqlı taksidən düşdü. Eldar təəccüblə Fidanın üzünə baxdı. Gələn qonağın kimliyi artıq ona məlum idi. Səfər Eldara yaxınlaşdı, gözlərindən aylardır onun üçün qorunub saxlanılmış kini oxuya bilirdi…
Ardı var..