http://s017.radikal.ru/i405/1601/36/333ddbb0f8b0.jpg

Cəmilə oğlunu Lamiyəni evə çağırdığı üçün danlayırdı.
– Bəs, sən boşanmaq istəyirdin? Nə tez dəyişdin fikrini?
Səfər – Pis-yaxşı ailəmdi. İstəmirəm dağılsın.
– Dünənəcən belə danışmırdın, az qala yalvarırdın ki, boşanasan.

Səfər səsini bir az yüksəltdi.
– Dünənəcən Fidanın ailəli olduğunu bilmirdim çünki. Unutma, Lamiyə içkili vəziyyətimdən istifadə edənəcən onun başına məni sən salmışdın. Lamiyəylə ailə qurmağımın günahkarı da sənsən
– Yenə günahkar mən oldum. Neynək. Gedin yaşayın. Amma o gəlini birdə evimdə görməyim. Get, sənə xəyanət edən qadınla yaşa.
– Ufff… Sənə qalsa, Fidan da xəyanət etmişdi.

Cəmilə özünü itirdi, Fidana tələ qurduğunu bir anliq unutdu. Cavab verməyə tələsdi.
– Fidan sənə xəyanət etməmişdi.

Səfər şübhəylə anasına baxdı.
– Nə bilirsən? Şəkili sən göstərmişdin.

Cəmilə cavab verə bilməyib susdu. Səfər anasının əvəzinə cavab verdi
– Fidanı tələyə saldığını boynuna alırsan.
– Mən heç kimə tələ qurmamışam. Neçə ildir atan da, sən də mənə şübhəylə baxırsız. Bəzən ikinizdən də yoruluram.

Səfər şübhəli baxışlarla anasına baxa-baxa otaqdan çıxdı. Pilləkənləri düşüb qonaq otağına keçdi. Otaqda bacısı Aybənizdən başqa heç kimi görmədi.
Səfər – Lamiyə hardadı?
Aybəniz – Eve getdi.
– Məni niyə gözləmədi?

Səfər cibindən telefonunu çıxardıb Lamiyəyə zəng etdi. Lamiyə taksidən şəhərə baxırdı. Gözləri dolmuşdu. Telefonun zəngini eşidib çantasından götürdü
Səfərin adını görüb telefona cavab verdi.
– Allo
– Məni niyə gözləmədin?
– Aybəniz məni evdən qovdu.
– Necə? Yaxşı. Mən özüm gələcəm
Səfər telefonu cibinə qoydu, astaca Aybənizə yaxınlaşdı.
– Sənin Lamiyəylə problemin nədir?
– Mən ona heç nə deməmişəm.
– Evdən qovmusan.
– Həmişəki Lamiyədir. Artistlik elədi yenə.
– Sən yaxşısı budur öz problemlərinlə başını qat, qızınla məşğul ol. Sənin seçimin mənimkindən uğurlu deyil.
Səfər otağına getmək üçün ikinci mərtəbəyə çıxdı. Deyilənlər Aybənizin qəlbinə dəysə də, fikir vermədi. Telefonunda Elçinlə birgə çəkdirdiyi şəkillərə baxdı.

Nigah merasimindən sonra hər kəs əyləndi, Fidan, Eldar birgə rəqs edib, şəkil çəkdirdilər. Yığıncaq bitdi, davamını həmişəki kimi dördlük evdə qeyd etdilər. Yaşar evə gələnəcən yolda yatmışdı. Eldar qırmızı gürcü çaxırını dördünün də rumkasına süzdü, bir-birilərinə sağlıq deyib, içdilər.

Səhər Təhminə özünün də, Rəşadın da çamadanlarını hazırlayırdı. Fidan qucağında Yaşar otağa gəldi. Otağın qapısını oğlunun əliylə döydü.
– Tık-tık… xalası, biz gəldik.
Təhminə – Uşş, xalası yesin bunu – deyib Yaşarı qucağına aldı, uşağın o üzündən, bu üzündən öpməyə başladı.

Fidan Təhminənin ağzı açıq çamadanına baxdı.
– Hər şeyi götürdün?
– Aha. Kaş siz də gələydiniz?
Fidan zarafatından geri qalmdı.
– Bağışla canım, yeni evlənənlərin arasında qara tikan kolu olmaq canımızda yoxdur.
– Puah, söz atmağına bax. İnşallah bir həftədən sonra görüşərik. Rəşad hara getdi belə?
– Eldarla həyətdədilər. Aeroporta sizi Eldar aparacaq.
– Sən gəlmirsən? -Mənsiz olarmı heç?

Səfər gözlərini öz evində, öz yatağında, sağ tərəfində yatmış arvadının yanında açdı. Hamama keçib əl-üzünü yuduqdan sonra, heç nə yeməmiş paltarlarını geyindi. Otaqdan çıxmaq istəyəndə Lamiyə arxasınca soruşdu.
– Hara gedirsən?
– Sexə gedəcəm. Axşam gələndə nəysə almaq lazımdı?
– Axşama yaxın zəng edib deyərəm.
– Yaxşı. Hələlik – Hələlik.

Təhminəylə Rəşadı yola salandan sonra Eldar maşını öz restoranlarının qarşısında saxladı. Fidan çay içəndə Eldar qucağında oğlu administratordan işlərin necə getdiyini soruşur, sənədləri yoxluyurdu. Restoranda çox oturmadılar, günortayacan evə gəldilər. Fidan yüngül yemək – çıxırtma bişirdi, süfrəni hazırladı. Eldar çörəyin yumşaq yerindən kəsib yumurtaya batırırdı, qucağında saxladığı oğluna yedizdirdi. Fidan narahat olurdu.
– Hələ körpədi, boğazında qalar.
– Narahat olma, oğlanlarım yeddi aylıq olanda qaşıqla yedizdirirdim.
– Nə bilim, əvvəllər uşaq böyütməmişəm.
– Narahat olma, heç nə olmaz. Bir gün səni oğlanlarımla tanış edəcəm.
– Yoldaşın narazı olmaz?
– Niyə narazı olmalıdır? Səndən neçə il əvvəl boşanmışıq. Bəzi kişilər kimi düşmənlə ayrılmamışam, mehribanlıqla, hörmətlə boşanmışıq. Üstəlik o gün dedi ki, istəsən yoldaşını da götür gəl.

Fidan Eldarın dediklərinə inana bilmirdi.
– Sən ciddi deyirsən?
– Tamamilə.
– Evə getməyə utanaram.
– Evə getmərsən, hamınızı birlikdə restorana apararam.
– Qəribə adamsan.
– Qəribə deyiləm. Çalışıram mənə güvənən insanları pis vəziyyətdə qoymayım. Xüsusən də qadınları. Adicə fahişə olan qadına da pis baxmıram. Onu o yola salanadır nifrətim.

Fidan heyranlıqla Eldara baxırdı. Eldar üçün etdiklərinə peşman deyildi.
Düşünürdü ki, onu həqiqətən sevən kişini tapıb.

Səfər gedəndən sonra Lamiyə təzədən yatmışdı. Yuxusunu qarışdırdığı üçün qışqıraraq oyandı. Əlini alnına aparanda tərlədiyini hiss etdi. Dərindən nəfəs ala-ala hıçqıraraq ağladı. Ev telefonuna gələn zəngin səsindən göz yaşlarını silib yataqdan qalxdı. Pilləkənləri tələsik düşüb dəstəyi götürdü.
– Allo.
Zəng edən Lamiyənin anası Aynur idi.
– Necəsən?
Lamiyə anasının səsini eşidib ağladı.
– Pisəm, dözə bilmirəm, ana
– Nə olub? Səfər axşam gəlmədi?
– Səfər gəldi. Cəmilə mərdimazarlıq eləməsə hər şey yaxşı olacaq. Oğlum… bəyaq oğlumu yuxuda gördüm. Nahaq onu xəstəxanada qoyub qaçdım ana, çox nahaq.
– O sözləri birdə dilinə gətirmə. Eşidən olar. Hələ cavansınız, yenə olar övladınız. Həm sən də bilmirdin, o uşaq Səfərindir, ya yox.
– Nə bilim, öyrənə də bilərdik.
– Daha gecdi qızım, çox gecdi. Ağlını başına yığ. Səfərin səninlə barışmağı möcüzədir. Keçmişi unut, bundan sonrakı həyatını düşün. İndi dəstəyi qoy yerinə, get hamama. Hər şeyi, yuxunu da unut, təzə səhifə aç özünə. Mənim də qanımı qaraltma! Eşitdin məni?
– Eşitdim.

Kərim kabinetində oturmuşdu. Təhminəylə yaşadıqlarını xatırlayırdı. Telefon zəng çaldı. Kərim bu zəngi gözləyirmiş kimi dəstəyi götürdü.
– Allo.
– Mənəm.
Dəstəyin o biri tərəfindən kişi səsi eşidildi.
– Verdiyiniz ünvanın nömrəsini tapmışam.

Kərim qələmlərdən birini qələm qabından götürdü.
– Nömrəni de.
Dəstəyin o biri tərəfindən kişi nömrəni dedikcə Kərim vərəqə yazdı. Kişiylə sağollaşıb dəstəyi yerinə qoymamış vərəqə yazdığı nömrəni yığdı.

Fidan Yaşarı yatızdırmışdı. Eldarla divanda oturub televizora baxırdılar. Fidan Eldarı qucaqlamışdı. Ev telefonun səsinə Fidan diksindi.
– Tamam yadımdan çıxıb, şunuru telefondan çıxartmadım.
Eldar telefona cavab verdi.
– Bəli. Kərim kişi səsini eşidən kimi dəstəyi yerinə qoydu

Eldar da dəstəyi yerinə asdı,çiynini çəkdi
– Qəribədi, cavab vermədi.
Yenə telefona zəng gəldi. Eldar cavab verdi.
– Bəli. Kərim
– Salam.
Eldar kişi səsini eşidən kimi qaş-qabaqlı oldu.
– Kimdi?
– Təhminə xanımı olar?
– Kimdir soruşan.
– Narahat edən Kərimdir. Təhminə xanımı işlə bağlı bizə lazım idi.
– Nə işi?
Kərim Eldarın səsinin tonundan hiss etdi ki, zəngi hec də xoş qarşılanmayıb. – Reklam işiydi.
– Təhminə xanım evdə yoxdur. Siz nömrənizi verin, gələndə deyərəm zəng edər.
– Özüm zəng edərəm, çox sağ olun.
Eldar dəstəyi yerinə qoydu. Qəribə baxışlarla Fidana baxdı.
– Təhminəni soruşurlar.
– Adın demədi?
– Deyir Kərimdir. Ev nömrəsini hardan bilir?

Fidan Kərimin adını eşidəndə tutuldu, lakin özünü itirmədi.
– Məncə, Təhminənin elə bir tanışı yoxdur. Nə istəyirdi?
– Guya reklam işidir. Sən bu haqda Təhminəyə də, Rəşada da heç nə demə. Gərək nömrə yazan telefon alım. Kimdirsə yenə zəng edəcək.

Eldar Fidana yaxınlaşdı, yanında oturub onu qucaqladı. Fidanın gözləri televizora baxsa da, düşüncələri tamam başqa yerdəydi. Düşünürdü ki, bir tədbir görməsə, həqiqətlər üzə çıxacaq,bəlkə də Rəşad Təhminəni boşayacaq.

Lamiyə mətbəxdə yemək bişirə-bişirə nələrsə düşünürdü. Axırda bezib bıçağı stolun üstünə tulladı, əliylə saçlarını yoldu.

– Bir yol tapa bilmirəm. Tapa bilmirəm ki, o qızdan oğlumu alım, tapa bilmirəm.

Eldar axşama yaxın hazırlaşıb evdən çıxdı. Fidan arxayın olmaq üçün Eldar maşınla darvazadan çıxanacan onu izlədi. Rahatlıq tapan adamlar kimi dərindən nəfəs aldı, qapını bağladı.
Ev telefonuna yaxınlaşıb, dəstəyi götürdü, öncə tərəddüd etdi, sonra nə düşündüsə nömrələri yığdı. Telefona bir qadın cavab verdi. Fidan o qadının səsini tanıdı – Cəmiləydi. Fidan Cəmiləyə nifrət edirdi, lakin bacı kimi bildiyi bir insanın xətrinə bu addımı atmağa məcbur idi.
– Axşamınız xeyir Cəmilə xanım.
Cəmilə Fidanın səsini tanımadı.
– Axşamınız xeyir.
– Mənəm Fidan. Çiçəyin qızı.

Cəmilə təəccübləndi
– Necəsən? Gözləmirdim.
– Çox sağ olun,yaxşıyam. Cəmilə xanım, Səfər evdədir?
– Səfər öz evindədi.
– Onunla necə əlaqə saxlaya bilərəm?
– İstəyirsənsə, ev telefonunu verim, zəng elə.
– Mütləq… Təcili lazımdır.
– Nə isə problem yoxdur? Yəni yoldaşınla bağlı. Səfəri də tanıyır.
– Narahat olmayın, tamam başqa məsələdir.
– Nömrəni deyirəm,yaz.
Cəmilə nömrəni dedikcə Fidan dəftərçəyə yazdı.

Fidan – Çox sağ olun. Minnətdaram.
– Sən də sağ ol.

Fidan bir dəftərçəyə yazdığı nömrəyə, bir də telefona baxdı. Səfəri yığmağ üçün xeyli düşünməli oldu.

Səfər evə təzəcə girmişdi. Lamiyə süfrəni hazırlayırdı. Ev telefonuna zəng gəldi. Səfər dəstəyi götürdü.
– Allo
– Salam Səfər. Necəsən?
Səfər Fidanın səsini eşidəndə özünü itirdi. İnanmaqda çətinlik çəkirdi.
– Fidan?
Mətbəxdən əlində çörək qabı mətbəxdən çıxan Lamiyə Fidanın adını eşidəndə ayaq saxladı. Şübhəylə Səfəri dinləməyə başladı. Səfər səsini qısıb danışırdı.

– Fidan, doğrudan sənsən?
– Sənə vacib sözüm var. Həyati məsələdir.

Səfər mətbəxə tərəf baxdı. Lamiyəni görmürdü. Lamiyə elə yerdə dayanmışdı ki, onu görmək mümükün deyildi.

Səfər – Gözlə, həyətə çıxım, yığıram səni. Evdə danışa bilmirəm.

– Bir az tez ol.

Səfər dəstəyi yerinə qoydu, telefon nömrə yazan olduğu üçün nömrəni əl telefonuna yazdıqdan sonra evdən çıxdı. Lamiyənin gözləri dolmuşdu.

Lamiyə – Bilirdim ki, görüşürsünüz.
Lamiyə özündən asılı olmadı, yanaqlarından süzülən göz yaşlarını siləndə əlindəki çörək qabını yerə saldı. Yerə dağılan çörəkləri bir-bir qabına yığıb süfrəyə tərəf gəldi….

Ardı var…