NİZAMİ DÜNYASI

Ağlın genişliyi, qəlbin səsidir,
Varlığın ən büyük xəritəsidir.
Fikrin qollarıyla qucub cahanı,
Beş əsər dünyanın beş qitəsidir!

Künül dünyasında süz heykəlləşər,
Yayınmaz gozlərdən nə xeyir, nə şər.
Minlərlə xəzinə doldu, boşaldı,
“Sirlər xəzinəsi” tanıyır bəşər!

Saralmaz bağçası xəzan əlində,
Pozulmaz nizamı pozan əlində.
Tilsimlər, əfsunlar sındıran qələm
Hər şeyə qadirmiş yazan əlində!

Fərhad məhəbbətdə dünyada təkdi,
Şirinin rəsmini daşlara cəkdi.
Nizami şerindən sohbət açmağa
Allah ucalıqda şair gərəkdir!

Yandı süz adlanan gur ocaq üçün,
Eşqi cicəkləndi bu torpaq üçün.
Yeddi şair ümrü çatmaz bəlkə də,
Tək “Yeddi gozəli” yaratmaq üçün!

Tanrısı ülümsüz təbiət oldu,
Qəlbində tukənməz min hikmət oldu.
Gecələr ulduzla dindi, danışdı,
Gunduzlər Gunəşlə həmsohbət oldu!

Üzdü, inciləri dərində tapdı,
Fikri məqamında, yerində tapdı.
İsgəndər axtaran “abi-həyat”ı,
Nizami sozundə, şerində tapdı!

Kolamı alışıb yandı zor kimi,
Büyüdü dünyası ufuqlər kimi.
Batmadı əsrlər qaranlığında,
Parladı on aydın şəfəqlər kimi!

Sirdaşdır qocaya, gəncə Nizami,
Nizami Gəncədir, Gəncə Nizami!
Əyləşib dahilər səltənətində
Bütün şairlərdən öncə Nizami!

ŞEYXİM MƏNİM, ŞAHIM MƏNİM,
ŞAİRİM MƏNİM

Ərdəbildə Şeyx Səfi turbəsində Şah İsmayıl
Xətainin məzarı başında duşuncələr

Qızıl baxtım, qızıl taxtım, qızıl tacım, hey,
Həm uğurum, həm qüsurum, ağrım-acım, hey,
Bu gunumdə çoxdu sənə ehtiyacım, hey,
ŞEYXİM mənim,
ŞAHIM mənim,
ŞAİRİM mənim!

Əldən çıxdı, fursət mənim, cəm mənim deyil,
Goycə yoxsa, necə deyim, qəm mənim deyil,
Təbriz, Dərbənd həm mənimdi, həm mənim deyil,
ŞEYXİM mənim,
ŞAHIM mənim,
ŞAİRİM mənim!

İblis yenə fitnəsində, şeytan şərində,
Ağrı canda, nisgil gozdə, yara dərində.
Tağım uçdu, belim sındı Xudafərində,
ŞEYXİM mənim,
ŞAHIM mənim,
ŞAİRİM mənim!

Ümrümüzü kozə tutub, oda verdilər,
Üzümüzü ozgolərə qida verdilər.
Novolorin Borçalını yada verdilər,
ŞEYXİM mənim,
ŞAIIIM mənim,
ŞAİRİM mənim!

Yerevana dondərdilər Rəvanımızı,
Sarsıtdılar qocamızı, cavanımızı.
Səndən sonra duşmən qurdu divanımızı,
ŞEYXİM mənim,
ŞAHIM mənim,
ŞAİRİM mənim!

Allah bizə rursət verdi, ağıl vermədi,
Allah bizə üvlad verdi, oğul vermədi.
Allah bizə əvvəl verdi, axır vermədi,
ŞEYXİM mənim,
ŞAHIM mənim,
ŞAİRİM mənim!

Taleyimiz qapaz gürüb, şillədən keçib,
Mərd kişilər başdan keçib, kəllədən keçib.
Ulu şeyxlər, şah oğullar gullədən keçib,
ŞEYXİM mənim,
ŞAHIM mənim,
ŞAİRİM mənim!

Qollarınla torpağıma sarıl, gəl, babam,
Oxa çevril, kaman kimi gəril, gəl, babam,
Dirilt bizi, yaşat bizi, diril, gəl, babam,
ŞEYXİM mənim,
ŞAHIM mənim,
ŞAİRİM mənim!

Çaldıranda yaralanmış şahıma qurban,
Bu yaradan tustulənən ahıma qurban.
Tarixdəki on üç yaşlı dahimə qurban,
ŞEYXİM mənim,
ŞAHIM mənim,
ŞAİRİM mənim!

Ərdəbil, avqust 1992

MƏHƏMMƏD FÜZULİYƏ

Ey Füzuli! Eşqin yenə məclisimə tam gətirib,
Nur dolu bir badə süzüb, sevgi dolu cam gətirib.

Muradın şəmi yanmazmı, bu şamı yandırmaq üçün,
Beş yüz ildən sonra gəlib, Tanrı üzü şam gətirib.

Kohnə süzün, qədim süzün təzələrdən təzə qalıb,
Ulu süzün əyyamına yeni bir əyyam gətirib.

Yer üzünün şairləri ətrin ilə gozəlləşib,
Bir gülü Şəhriyar dərib, bir gülü Xəyyam gətirib.

Bu gün səni necə-necə sevən gəlib, duyan gəlib,
Adına salavat cəkib, ruhuna salam gətirib.

Ziyarətə gedən kəslər geyər ehram paltarını,
Bizi yenə ziyarətə süz adlı ehram gətirib.

Zəlimxan da eşqin ilə dünüb bu gün Məcnun olub,
Dərgahına könül dolu hormət, ehtiram gətirib.

GÖRÜŞ-AYRILIQ

Səndən xatircəməm, Füzuli babam,
Qəbrinin daşından üpüb gedirəm.
Güzümün yaşını cicəklər kimi
Məzarın ustunə səpib gedirəm.

Kim deyir məzarın dağılıb sənin,
Kim deyir torpağın kulə çevrilib.
Ən yaxın həmdəmsən İmam Huseynə,
Nəfəsin cicəyə, gulə çevrilib.

Milyonlar doğulur, milyonlar gedir,
Hamı belə yerdə uyumur, babam!
Düz beş yüz ildir ki, xalqın, millətin,
Sənə məhəbbəti soyumur, babam!

Kərbəla taleli, Kürkük haraylı,
Nəcəf xatirəli ustadım mənim.
Min dağı qoparıb bir dırnağilə
Süz dağı ucaldan Fərhadım mənim.

Suzulə-suzulə sozə çevrilib,
Əriyə-əriyə qəlbin şəm oldu.
Səhrada Məcnuna qurduğun saray
Bütün saraylardan mohtəşəm oldu!

Dünyaya gələndən dünya şerinin
Ağrı damarısan, ah damarısan.
Bir qəlbin icində yerləşir bəşər,
O qəlbin, urəyin şah damarısan!

Ümür bağışladın, olməz elədin,
Leyli də, Məcnun da yaşar sinəndə.
Zamandan-zamana axar, dayanmaz,
Dəclə də, Fərat da daşar sinəndə!

Gəzdiyin yerləri gəzdim, dolandım,
Yatdığın torpaqda yata bilmədim.
Şohrətin o qədər yuksəklərdədir,
Bircə pilləsinə çata bilmədim!

Təzə pohrəsiyəm Azərbaycanın,
Süzün sunbulundə dənəm, ay ustad!
Vidadi xəstədən Bağdad elinə
Nişanə yetirən mənəm, ay ustad!

Gecəli-gündüzlü yollarda qalıb,
Necə yol duşsəm də bərkə, cətinə,
Məni qovuşmağa qoymadı eşqin,
Axır ki, qovuşdum məhəbbotinə!

Mən indi bildim ki, Bakıyla Bağdad,
Onda bir-birinə həsrət deyilmiş.
İndi bizim üçün qurbətə dünüb,
O zaman bu yerlər qurbət deyilmiş!

Təbrizə, Hələbə, Bağdada, Şama,
Nə qədər küç gedib, axın olubdu.
İndi yaxınları uzaq salmışıq,
O zaman uzaqlar yaxın olubdu!

Sevgini ən dadlı bir şərbət kimi
Bütün nəsillərə icirən babam.
Ərəbin dərdini türkün dilində
Dünyanın qəlbinə kocurən babam!

Baş əyib ülümsüz misralarına,
Qəbrinin daşından üpüb gedirəm!
Güzümün yaşını cicəklər kimi,
Məzarın ustunə səpib gedirəm!!!

Kərbəla, sentyabr, 1994

CAVİD ƏFƏNDİ

Bu nə şadlıq, bu nə bayram, bu nə gürüş, bu nə həsrət
Gürüşümüz uzun cəkdi, gec oldu, Cavid Əfəndi!
Dillər yandı, tellər susdu, gullər soldu, bellər sındı
Ayrılığın bu millətə güc oldu, Cavid Əfəndi!

Nə təhqirdən, nə zəncirdən, nə kəndirdən aman yoxdu
Allahsızda Allah yoxdu, imansızda iman yoxdu.
Kim getdisə, dedilər ki, qayıtmağa güman yoxdu,
Gür nə qədər günah oldu, suç oldu, Cavid Əfəndi!

Qələm qırdı, barmaq kəsdi, bilək sıxdı, qol bağladı,
Haqq deyənin qarşısında cəpər cəkdi, yol bağladı.
Qan ustundə bir taxt qurdu, zulmə, zora bel bağladı,
Səni yıxan imperiya heç oldu, Cavid Əfəndi!

Sənət üçün qorxu deyil buz baxışlar, buz nəfəslər,
Sənət üçün qorxu deyil qanlı əllər, dar qəfəslər.
Hardan bilsin, nədən bilsin ağlı topal olan kəslər?
“Topal Teymur” səhnəmizdo tac oldu, Cavid Əfəndi!

Yandı urək, coşdu künül, düşündü baş, yaratdı əl,
Qalx məzardan, Cavid adlı heykəllərin seyrinə gəl.
Nurun Gunəş, qəlbin atəş, güzün ocaq, süzün məşəl,
Bostanına yağan daşlar necoldu, Cavid Əfəndi!

İnam səndə, şərəf səndə, düzüm səndə, səbir səndə,
Sən qurbətdə, sən Sibirdə, qurbət səndə, Sibir səndə.
Qırx illik bir yoldan gəldi, quşa dündü qəbir səndə,
Maqadandan Naxçıvana küç oldu, Cavid Əfəndi!

Nə yandıran, nə dağıdan, nə də ki uçuran qaldı,
Yaddaşlarda yaşa dündü, yazan qaldı, quran qaldı,
Bir nəsildən sağ-salamat ancaq bircə Turan qaldı,
Necə-necə xoş arzular puç oldu, Cavid Əfəndi!

Qarşıda qarlı aşırım, arxada uçurum, dərə,
Tutdu bühtan yağışına, atdı oda, satdı şərə.
“İblis”ə min lənət deyib, üz tutsan da “peyğəmbər”ə
Fələk səndən zaman-zaman üc aldu, Cavid Əfəndi!

Ulu qudrət olan yerdə yoxdu yeri dərd-azarın,
İşığına yığışmışıq bir turbədə üç məzarın.
Sən Allahın dostusanmış, son nəfəsin, son güzarın,
Vətən adlı Məkkə oldu, Hac oldu, Cavid Əfəndi!

Çaxnaşmalar caynağında necə qış getdi, yaz gəldi,
İliyini şaxta vurdu, sumuyunə ayaz gəldi.
Ərtoğrulun harayına Cavidlə Müşginaz gəldi,
Bu yerdə bir məzar vardı, üç oldu, Cavid Əfəndi!

KİŞİ

Məhəmməd Əmin Rəsulzadənin
məzarı başında düşüncələr

Yetmiş illik ayrılıq axır ki, çatdı sona,
Salam! Rəsul üvladı, Məhəmməd Əmin kişi!
Yordum uzaq yolları səsinlə, sorağınla,
Qırdım axır belini həsrətin, qəmin, kişi!

Məzarına baxanın kirpiyində nəm gürdüm,
Ağ mərmərin uzundə qara donlu qəm gürdüm.
Sənin kimi yarımaz bir qisməti kəm gürdüm,
Acıdım taleyinə min bəxti kəmin, kişi!

Sağ olsun məzarını ağ mərmərə tutanlar,
Dilindəki sozləri seçib zərə tutanlar.
Qoy tarixdən utansın səni şərə tutanlar,
Yaman getdi əlindən fursətin, cəmin, kişi!

Tanrı səni yaratdı, bir də cətin yarada,
Sən qurtuluş istədin, qanlar axdı arada.
Beşiyin Bakıdadır, məzarın Ankarada,
Sənin Vətəndən ozgə kimin var, kimin, kişi?

Nələr cəkib başımız, dərdimizdən halıydın,
Yaralı bir nəğmənin unudulmaz xalıydın.
Sən də bizim torpağın Mustafa Kamalıydın,
Heyif! Sünbül tutmamış biçildi zəmin, kişi!

Sizdən sonra gələnlər qara yeltək əsdilər,
Bizi bizdən almağa coşdular, tələsdilər.
Məğrur saraylar quran düz əlləri kəsdilər,
Daşı düz qoyulmadı üzülün, himin, kişi!

Ana üz üvladını qoymaz gozundən yana,
Vətənin olməz oğlu, gedək Azərbaycana.
Millət “İstiqlal!” – deyə yenidən gəlir cana,
Üzün çal havasını köklənən simin, kişi!

Kəsilməz, xalqın kükü dərindədir, dərində,
Zaman cəkib oturdar hər kəsi üz yerində.
Aylar, illər kecsə də sən xalqın nəzərində
Yenə həmin oğulsan, yenə də həmin kişi!
Bu büyük həqiqətə əmin ol, Əmin kişi!
Salam! Rəsul üvladı, Məhəmməd Əmin kişi!!!

Ankara, 1991