Gəldi uzaqdan Azanın səsi,
Ətrafa yayıldı həzin bir sükut.
Qəlblərə doldu gözəl bir hüzur
Göylərə ucaldı Azanın səsi.
Yeganə səsdir ki, Azanın səsi
Onun eşidəndə yolçu dayana r.
Düşünən beyinlər dayanar, durar
Danışan dodaqlar susub dayanar.
Bu mübarək ayda qəlbləri qırma
Azanın səsini dayan , bir dinlə.
Yaxşı ilə yamanı ayır dünyada
Kasıba arxa dur, onu incitmə
Yetimə yuxarıdan aşağı baxma
Kimsəsizdir deyib, haqqına girmə.
Cənnətin qapısın bağlayıb getmə
Azanın səsini eşit sən dinlə.
Gəldi uzaqdan Azanın səsi
Hüzuruna çağırır Yaradan bizi.
İftar süfrəsində doyurar sizi
Allahın ruzisin qulundan kəsmə.
Bu mübarək ayda qəlbini dinlə
Şeytandan uzaq ol, Azanı dinlə.
Dinlə Yaradanın sirli səsini
Cənnətin qoxusun geri çevirmə.
Mənbə: http://www.pressaz.az