Xalq şairi Nəriman HƏSƏNZADƏ.”BƏXTƏVƏR OLDU”

Bəstəkar Nəriman Məmmədov

Aşkarda sevdim səni,
pünhan gəzdin hər dəfə.
Canım oduna yandı,
“can” demədin bir dəfə.

Yüz yol sizə buruldum,
yüz yol getdim izinlə.
Gözüm yolunda qaldı,
baxmadın bir gözünlə.

Adımız qoşa çıxdı,
hamıya xəbər oldu.
Özüm odlara yandım,
adım bəxtəvər oldu.

Comments

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir