(Gülhüseyn Kazımovun 70 yaşına)
Karvan gedir,səfər üstə öz yolundan qalmaz axı,
Dərd yükünü Tanrı verib kimsə ondan almaz axı.
Qəm karvanı – öz dərdinin ovsarını çəkir sarvan,
Gözlərində qəm aparan göz yaşını silməz axı.
Sinəsində dağlar yatır, yurda sarı baxa-baxa,
Ürəyində dərd gəzdirən bir ürəkdən gülməz axı.
İlham alsa şair qəlbi sevda dolu bir könüldən,
Yollar boyu qəm çilənmiş söz gülləri solmaz axı.
Arif olan özü bilər, hardan gəlir söz karvanı.
Bilməyənə necə deyim; mənaları bilməz axı.
Ömür payı, həyat eşqi bir badədir içə bilsən?
Yaşarısan zaman – zaman, əbədilər ölməz axı.
Ey əzizim, piayaləni yaxşı saxla, düşər sınar,
Atalardan bir məsəl var: hər tökülən dolmaz axı.
Ayrılırıq cavanlıqdan, qəm eləmə qocalıq var,
Bilirsən ki, əldən gedən bir də geri gəlməz axı.
Bu dünyadan çox Hüseyn gəlib-gedib, yaxşı – yaman,
Ey Xələfli, hər gördüyün Gül Hüseyn olmaz axı.
30.01.2020