Musa Nəbioğlu (azərb. Musa Nəbi oğlu Çobanov‎; 26 dekabr 1958DarbazBolnisi) — “Əməkdar mədəniyyət işçisi” (2015), Azərbaycan Yazıçılar BirliyininAzərbaycan Jurnalistlər Birliyinin üzvü və Azərbaycan Aşıqlar Birliyinin katibi, “Ozan dünyası” jurnalının baş redaktoru.

Həyatı[redaktə | əsas redaktə]

Musa Nəbioğlu 1958-ci il dekabrın 26-da[1] Borçalı mahalında – Gürcüstan SSR-nin Bolnisi rayonunun Darvaz kəndində anadan olub. 1975-ci ildə həmin kənddəki orta məktəbi, 1980-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu (indiki ADPU) bitirib. İnstitutu bitirdikdən sonra Gürcüstan Maarif Nazirliyinin sərəncamına göndərilib və bu nazirliyin təyinatı ilə Zalqa rayonundakı Tecis kənd orta məktəbində müəllim, direktor müavini kimi fəaliyyət göstərib. 19861997-ci illərdə pedaqoji fəaliyyətini Darvaz kəndində davam etdirib.[2]

Uzun illərdir ki, həm də jurnalistlik fəaliyyəti məşğul olur. O, pedaqoji fəaliyyətlə yanaşı Gürcüstanda Azərbaycan dilində nəşr olunan qəzetlərlə müntəzəm əməkdaşlıq edib, Gürcüstan Radiosunun Azərbaycan dilində verilişlər redaksiyasında çalışıb.

1997-ci ildən Bakıda yaşayıb fəaliyyət göstərən Musa Nəbioğlu bir sıra mətbuat orqanlarında çalışıb. 2003-cü ildən isə təsisçisi olduğu “Ulu körpü” qəzetinə redaktorluq edib. 2006-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Eyni zamanda Azərbaycan Jurnalistlər Birliyinin də üzvüdür.

2009-cu ildən Azərbaycan Aşıqlar Birliyinin katibi, “Ozan dünyası” jurnalının baş redaktorudur.[3]

Mükafat və təltifləri[redaktə | əsas redaktə]

Əsərləri[redaktə | əsas redaktə]

  1. Lətifələr. Bakı: “Araz”, 2001, 68 səh.
  2. Ulu Borçalı: ömrə ömür calayanlar. Bakı: “Azərbaycan Milli Ensiklopediyası” nəşriyyatı, 2002, 352 səh. (M.Sarvanla birlikdə)
  3. Borçalı. Bakı: “Nurlan”, 2003, 660 səh. (M.Sarvanla birlikdə)
  4. Buta dünyası. Bakı: “Nurlan”, 2004, 230 səh.
  5. Ləkəsiz bir vicdan, böyük bir ürək. Bakı: “Nurlan”, 2005, 320 səh. (S.Məmmədovla birlkdə)
  6. Rəfiq Sarıvəlli. Bakı: “Nurlan”, 2005, 248 səh. (Ş.İsmayılova ilə birlkdə)
  7. Dəniz qartalı. Bakı: “Nurlan”, 2007, 208 səh. (Q.Mansurova ilə birlikdə)
  8. Ömrümüzdən keçən qatar. Bakı: “Nurlan”, 2008, 288 səh.
  9. Alışmaqdı Səməndərin peşəsi. Bakı: “Nurlan”, 2009, 188 səh.
  10. Ozan-aşıq dünyası. Bakı: “Nurlan”, 2010, 144 səh.(şəkilli), 1000 tiraj.[6]
  11. Sazımız-sazbəndimiz. Bakı: “Elm və təhsil”, 2011, 140 səh.(şəkilli), 1200 tiraj.
  12. “Sözün Zəlimxan zirvəsi”. Bakı, “Vətən” nəşriyyatı, 2015, 174 səh. 500 tiraj.[7]
  13. “İnsan əzizlənər eldən gedəndə”. Bakı, “Elm və təhsil”, 2018, 216 səh. (+ 8 səh. şəkil) 500 tiraj.
  14. “Saza baxsın tariximi yazanlar”. Bakı, “Elm və təhsil”, 2018, 304 səh. 300 tiraj. ISBN 978-9952-8176-0-7
  15. “Ləyaqət simvolu”. Bakı: “Avropa”, 2019, 210 səh.
  16. “Borçalı aşıqları”. Bakı: “3 saylı Bakı Mətbəəsi”, 2020, 352 səh. (Mahmud Kamaloğlu ilə birlkdə)

İstinadlar[redaktə | əsas redaktə]

  1.  Elbəyi Cəlaloğlu (13 Yanvar 2009). “Ömür qatarının tanrı vağzalı (Dostum Musa Nəbioğlunun 50 illik yubileyinə)” (azərb.). borchali.net. İstifadə tarixi: 2015-01-30.
  2.  “Azərbaycan Aşıqlar Birliyi:Quruluş”Azərbaycan Aşıqlar Birliyinin rəsmi saytı (azərb.). azab.az. 2009. 2015-04-18 tarixində orijinalından arxivləşdirilibİstifadə tarixi: 2015-01-30.
  3.  “”Ozan dünyası” jurnalı”Azərbaycan Aşıqlar Birliyinin rəsmi saytı (azərb.). azab.az. 2011. 2015-04-18 tarixində orijinalından arxivləşdirilibİstifadə tarixi: 2015-01-30.
  4.  “Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2015-ci il tarixli SərəncamıAzərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı (azərb.). president.az. 30 dekabr 2015. İstifadə tarixi: 2015-12-30.
  5.  Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Fəxri Fərmanı. əmr №184
  6.  Vahid, T. “Ozan – Aşıq Dünyası”: [Milli Kitabxanada şair Musa Nəbioğlunun eyni adlı kitabının təqdimat mərasiminin keçirilməsi haqqında] //Mədəniyyət.- 2010.- 10 noyabr.- S. 14.
  7.  Səməndər Məmmədov, UCA SÖZÜN İŞIĞNDA YAZILAN KİTAB Arxivləşdirilib 2016-08-11 at Archive.today. “Ozan dünyası” jurnalı, №1(22). 2015.