Mənə biraz onnan danış
Mənə biraz onnan danış
Az da olsa yaşat məni
Çox dolmuşam için-için
Bir az ağlat boşalt məni
Yaman sıxır həyat məni
Mənə bir az onnan danış
Duruşundan, yerişindən
Gəlişindən, gedişindən
Şirin-şirin gülüşündən
Bacardıqca hər işindən
Nə bilirsən axır çalış
Mənə bir az ondan danış
Mənə bir az ondan danış
Söylə, neynir can yoldaşım?
Qısqanclıqdan coşum, daşım
Qoy lap quru söznənsə də
Özümü itirim, çaşım
Ona yenə yaxınlaşım
Mənə bir az ondan danış
Danış, təbim dilə gəlsin
Hər bir sözün bağrım dəlir
Qoy içkisiz, qoy içmədən
Ruhum bir az məzələnsin
Xatirələr təzələnsin
Mənə bir az ondan danış
Qaytar mənə xatır məni
Qaytar mənə gətir məni
Al onsuz bir gələcəkdən
Keçmişimdə itir məni
Danışdıqca itir məni.
Mənə bir az ondan danış
Hicran pozub düzənimi
Sarıb şeri, qəzəlimi
De ki təsəllim öpməkdi
Ondan yazan öz əlimi
Ona bir az məndən danış..!