Azərbaycan Aşıqlar Birliyinin sədri (2004-2008), Azərbaycan Yazıçılar Birliyinin üzvü,
Fəxri mədəniyyət işçisi, aşıq-şair
Qan çalxama qarı düşmən
Qanlı dərya dərindədir.
Mərd oğullu millətimin
Ordusu səngərindədir.
Sinəndə süngü yarası
Belə alarlar qisası…
Daha Qarabağ xülyası
Qulağının dibindədir…
Qaracan, mərmidir yağan
Şimşək sürətli parlayan
İldırım kimi gurlayan
Dəmir yumruq yerindədir.
27 sentyabr, 2021-ci il
Bakı şəhəri