1383294326_1383287226_foto0044

Romantizm bəzi insanlarda içinə qapanmaq, insanlarla ünsiyyətdən qaçmaq formasında özünü göstərir. Bu cür vəziyyətdə insan yalnız öz dünyasında, öz problemləri ilə maraqlanır və ətrafında baş verənlərə qarşı laqeyd olur. Quranda əmr edilən güclü iradəyə sahib olmadığından dünyada baş verən hadisələrə tab gətirəcək gücü olmur, qarşısına çıxan problemlərin öhdəsindən gələ bilmir; hər zaman aciz və çarəsiz görünür.Belə insanlar təvəkkülü, Allah`a güvənməyi, Allah`a yönəlib Ondan kömək istəməyi düşünmədiyi üçün özünü dünyada yalnız və çarəsiz hiss edir. Buna görə də, öz içində yaratdığı xəyal dünyasının xaricinə çıxmaqdan qorxur.Romantizmin səbəb olduğu bu melanxolik hal bu cür şəxsləri depressiyaya qədər aparır. Özünü insanlardan təcrid etmə, stressli olma, əsəbləşmə, yas tutma, depressiyaya düşmə, intihar haqında düşüncələrə qapılma bu insanların bəzi xüsusiyyətləridir. Məsələn, rəfiqəsinin etdiyi zarafatdan inciyən qız bütün gecəni ağlayaraq keçirməyi, bütün gecə rəfiqəsinin bu sözü söyləməsinin səbəbi üzərində düşünməyi məqbul görə bilir. Bəzi insanlara isə saçının ağarması, fiziki bir qüsurunun olması depressiyaya girməsi üçün bəs edir. Gözü niyə rəngli deyil, boyu niyə bir az daha uzun deyil kimi onlarla, yüzlərlə mövzu zehinini məşğul edərək problemə çevrilir. Bütün bunlar üçün də məyus olur və kədərlənir.Bu cür şəxslərdə qaranlıqda oturaraq “düşünmə” bəhanəsi ilə hüznlü şeirlər yazmaq, saatlarla divara baxaraq xəyal qurmaq, yağışda gəzmək, için-için ah çəkmək, fikirlərə dalmaq, ağlamaq, gözləri dolaraq, səsi titrəyərək danışmaq çox xarakterikdir. Bəziləri “fikrini dağıtmaq” adı altında həddindən artıq dərəcədə içki içir və siqaret çəkir. Nəticədə, bunların hamısı sıxıntılara, narahatlığa, fiziki və mənəvi cəhətdən qeyri-sağlam həyat şəraitinə səbəb olur. Əlbəttə ki, bu cür insanlar ömürlərini ancaq evdə keçirməzlər, digər insanlarla birlikdə ictimai həyatda da olurlar, amma mənəvi sıxıntılarını burada da davam etdirirlər. Hər sözdən öz əleyhlərində məna çıxarır, tez-tez küsür, hər hansı kiçik hadisə qarşısında gözləri dolur və gizli- gizli ağlayırlar.Kişilərdəki romantizm isə zaman keçdikcə ruh sağlığında meydana gələn ciddi sıxıntılara, cinsi pozuntulara, homoseksual meyillərə qədər apara bilir. Emosianal şəxslər daxili dünyalarında yaşatdıqları hissləri mühitin təsirindən asılı olaraq gizlədə, ya da açıq-aşkar yaşaya bilirlər.Uyğun mühit və fürsət tapan kimi heç bir əxlaq və dəyər mühakiməsini nəzərə almazlar. Məsələn, emosianal, hüznlü, bədbin birinin birdən homoseksual kimi ortaya çıxması müasir dövrdə artıq adi hala çevrilib. Allah
Şübhəsiz ki, bütün bu azğınlıqların səbəbi insanların Allah`ın yolundan dönmələri, istək və ehtiraslarının əsiri olaraq şeytanın arxasınca sürünmələridir. Allah insanları Quranda belə xəbərdar etmişdir:… Şeytanın izi ilə getməyin! Həqiqətən, o sizinlə açıq-açığına düşməndir. O sizə ancaq pis və murdar (həyasız) işlər görməyi və Allah`a qarşı bilmədiklərinizi deməyi əmr edər. (Bəqərə surəsi, 168-169)Əvvəllər duyğularının təsiri altında bədbin, depressiv, utancaq olan insanlar, bəzən bütün əxlaqi dəyərləri bir kənara ataraq, pozğun, azğın və heç bir sərhəd tanımayan həyat yaşamağa cəsarət edirlər. Homoseksualların keçirdiyi aksiyanı göstərən bu şəkil bu cür əxlaqsızlığın bir nümunəsidir.Ağıl və məntiqdən uzaqlaşan insanlar tamamilə duyğularının təsirinə düşüb pozğun həyat yaşamağa başlayırlar.Bura qədər sadaladığımız bütün emosianallıq növləri ağlı tərk edib duyğularının əsirinə düşən hər kəsdə müəyyən dərəcələrdə mövcuddur, ancaq şəraitdən asılı olaraq fərqli formalarda özünü biruzə verir. Məsələn, hirsli, əsəbi və qərarsız insan özünü nə qədər sərt göstərməyə cəhd etsə də, əslində, emosianallığını və acizliyini əsəbi formada gizlədir. Belə insan heç gözlənilməyən bir anda ağlayıb sızlanmağa başlaya, özünü hörmətdən salan vəziyyətlərə düşə bilər. Qısacası, insan iman gətirməsə və iman gətirənlərin sahib olduğu ağıla malik olmasa, ağıl və xarakter əksikliyi şəraitdən asılı olaraq emosianallıqlarını müxtəlif formlarda ortaya çıxara bilər.Ancaq iman gətirən, Allah`dan qorxan möminlər romantizmin təsiri altına düşə bilməz. Şeytanın səmimi möminlərə qarşı heç bir təsiri olmadığı üçün romantizm silahını möminlərə qarşı istifadə edə bilməz. Allah Hicr surəsinin 42-ci ayəsində şeytan üçün, “Sənə uyan azğınlar istisna olmaqla, bəndələrim üzərində sənin heç bir hökmün olmaz!” buyurmuşdur. Buna görə də, möminlər imanlarından, Qurana bağlılıqlarından və ağıllarından irəli gələn möhkəm və güclü bir şəxsiyyətə sahibdirlər.