İstəyirəm birinci başlayım tərifdən, axı hamı(əksəriyyəti) ölür tərif üçün! Elə birini ki, başladın tərifləməyə artıq, gedəcəksən irəli çörək tapdın(!). Amma gəlin bir baxaq nədir tərif, kimlər və nəyə görə tərif olunmalıdır? Bir insan hansısa bir əməli edibsə, onu dəstəkləyirsənsə onu tərifləyirsən ki, daha da irəli getsin, amma əməlinə baxmadan tərif etmək “şor(tvarok)” kimi görünür… Demirəm ee, tərif etmiyək, edək! Amma qədərində. Bir ustad deyir ki,
“Su nə qədər təmiz və saf olsa da, az olanda çirki aparmir, çox olanda da zərər edir!” – baxın dostlar, bizim təriflərimizin şorlaşmasının səbəbi də budur! Muhəmməd Peyğəmbər(s) buyurub: Insanin üzünə tərif etmek, onu qətlə yetirmek kimidir. Bilirəm, çoxunuz indi mənim fikirləşdiyimi fikirləşirsiniz, deyirsiniz ki, “Tərif etmək olmaz?” yox əzizlərim, olar, amma baxır nəyi? Elə Hz. Peyğəmbər(s)-ın həyatına baxaq, Hədislərdən və rəvayətlərdən aydın olur ki, Peyğəmbər(s) tərifdən istifade edib.
“Əli (ə) Haqdır.. “və s.- kimi (hədisləri)tərifləri az deyildir… Insanı tərif etmək qarşındakının ona olan hörməti və inamından irəli gəlir, Lakin bəzən(indiki zamanda), tərifi kiminsə gözünə girmək üçün, şəxsi mənafeləri üçün istifadə edirlər.
Buna görə də düşünürəm ki, yeri gəldi, gəlmədi tərifdən istifadə etməyək, tərifi və özümüzü dəyərdən salmayaq… Imamlarımızdan birindən bir hədis nəql olunur, hədisin məzmunu belədir: İnsanın qiyməti cənnətdir, özünüzü ucuz satmayın! – gəlin lori dildə danışaq, sizə qaranlıq qalan nəsə olmasın, mənim də ürəyim rahatliq tapsın:), deməli “Hər statusu like(bəyənsək) etsək, onda likeyə(bəyənməyə) layiq olan statuslara haqsızlıq olacaq.” Bir hörmət etdiyim dostun dediyi kimi:
Əla! Əla! – deyə-deyə əlaları gözümüzdən saldilar… Tərifin də qədəri, ölçüsü, həddi olmalıdır.
Tənqid – Tənqid hamının qəbul edə bilmədiyi- acı həqiqətdir. Bir insana dünya dağılar, desən ki, filan yerdə səhvin var, vur öldür, deyəcək yox! Mən haqqam, mən düzəm! Sən səhvsən ki, məndə səhv görürsən! Vay o günə ki,beləsi ilə qarşılaşdın, ayaqqabılarıvın izini ölçməyə başlayacaq ki, bax! Deyirdin sən əyrisən, gör, sən nə qədər ayaqlarını əyri atırsan, sağa dönmək yerinə, sola dönürsən.. Kor olmağımızda elə buradan başlayır. Tənqidi qəbul etməməyimizin səbəblərindən biri də özümüzü dağ başında görməyimizdir, Uca dağ başına cıxıb, kəndə baxanda(Kəndimiz yadıma düşdü laap), evlər, küçələr bir damcı görünür.. əlivi uzadırsan, hara istəyirsən qoyursan..)) deyirsən bax, mən bu yoldan, belə-belə gedib, məktəbin həyətinə çatırdım, bir barmaq qədər görünür o yaşadığın kənd.. Hə belədir bu, tənqidi qəbul etməyənlər. gəlin bir hədis də deyim, sözlərimin səbəbi sizə də aydın olsun.
İmam Əliyyən Nəqi(ə): Özünü bəyənmək insanı elm öyrənməkdən saxlayar. Elə buna görə də günü-gündən təhsil, texnika və s. geriləyir. Hələ bir bu hədisə baxin! Həzrəti Peyğəmbər(s):“Dostlarınızın ən yaxşısı eyblərinizi sizə deyəndir.”
Hələ bir Qurani Kərimə baxsaq, ağzınız açıq qalacaq. Quran haqq kitabıdır. Açıb oxusanız, başdan ayağa möcüzədir. VAllah.. billah… Bu gün qarşılaşdığın bütün problemlərin həlli haqda orada “nəsə” tapa bilərsən…
İstəyirəm bir çox təhqir haqda danışam.. Təhqirə yer çox verəm.. Ümid edirəm sizin də ürəyinizcədir..)) Təhqir- günümüzün aktual görüntülərindən biri. Elə günümüz yoxdur ki, təhqir olunmayaq, ya təhqir edən, təhqir olunan görməyək. Gərək Kosmosda olasan ki, xəbərin olmaya… Kim səndən iki qarış yuxarıda oldu, vay sənin halına, əgər insafı, Allahı yoxdursa… Allah bizi qorusun eləsindən..
İndi tökülən qanların bir çoxunun səbəbi “təhqirdir”. Təhqir Qurani Kərimdə də pislənir, hədislərdə də. Təhqir iyrənc bir keyfiyyətdir. Bir insan kimi isə təhqir edirsə, deməli özü ucuzdur. Özü ucuz olmayan, başqasını təhqir etməz, hətda o sifətə layiq olsa belə. Istəyirəm yenə, Imamlarımızın həyatına baxaq..
İmam Əli İbni Hüseyn(ə) haqqında bir rəvayət nəql olunur: Deyir, İmam(ə) səhabələrlə oturubmuş, bir nəfər ədəbsiz adam, küçədən keçərkən, İmam(ə) -ı təhqir etmiş. İmam(ə) heç bir söz deməmiş, Səhabələr çox narahat olmuş, İmam(ə) Onu təhqir edən şəxsin yanina getmək istədikdə, səhabələr sevinmiş, onlarda İmam(ə) getmişlər.
İmam(ə) qapını döymüş və demiş: Mənəm Əli ibni Hüseyn(ə). O şəxs ki, indi onu söydün, təhqir etdin, gəlmişəm, çix! Həmin ədəbsiz adam, çıxdı, hazırlaşmışdı ki, İmam(ə) -a nəsə nalayiq söz desin, İmam(ə) dedi: “Ay mənim qardaşım, əgər mənə aid etdiyin sifət məndə varsa, Allaha dua edirəm, Allah məni bağışlasın, əgər sənin aid etdiyin sifət məndə yoxdursa, onda Allaha dua edirəm Allah səni bağışlasın.
Həmin ədəbsiz adam bu sözü eşitcək, İmam(ə) alnından öpərək dedi, Mən indi gördüm ki, O sifətlər sizdə yox məndə var imiş. -Dostlar, yəqin ki, bildiniz yer verdiyim rəvayət bir din qardaşımızın moizəsindən idi. Fikrimi sizə çatdırmaq üçün bunu lazım bildim, indi gələk mətləbə:
İmam (ə) qəzəblənsəydi, Onda Allahın onu seçdiyi İmamlıq vəzifəsinəmi deyim, səlahiyyətmi deyim, bilmirəm borc deyim,özünüz ad verin, layiq olmazdi. İmam Əli(ə) buyurub: Mömin onunla insafsiz rəftar edənlə insafla davranar. Hz. Muhəmməd(s) buyurmuşdur: Qəzəbləndiyin zaman, zakit ol(dayan). İmam Həsən(ə): Günahın cəzasını verməkdə tələsmə, üzr üçün bir yol qoy. Mən çox misal çəkə bilərəm, amma fikrimi tez bir zamanda izah edib, bu ağırlığı azacıq yüngülləşdirmək,sizi intizarda qoymaq istəmirəm.
Hədislərə və misal gətirdiyim rəvayətdən açıq və aydın sezilir ki, nə demək istəyirəm, gəlin siz də papağınızı çıxarıb qarşınıza qoyun, görün təhqir etdiyinizmi ucuzdur, yoxsa siz?! Bir insani təhqir edirsənsə, O sənə cavab vermirsə, görürsən qorxdu, bilir axı düz deyirəm, düz sözə nə desin filan deyirsiniz, görün nə qədər harınlaşmısınız ki, təhqirə cavab verməyənləri, öz tayınız sayir ve tehqirlerinizi şiddətləndirir, cavab verməyənin səbrini sonlandırmağa çalışırsınız.
Təhqir edənlə, təhqir olunan eyni keyfiyyətlərə mənsub olsalar, şübhəsiz burada bir çaxnaşma baş verəcək və qan töküləcək(son zamanlar dəbdi). İmam(ə) səbr etdi və bu hədisdə deyildiyi kimi: Həzrət Muhəmməd(s):”Bir-birinizə əl verin(görüşün) ki, qəlbinizdən kin xaric olsun. Dönüş yeri qoyun ki, yenidən o qəlbə qayıtmaq istəsəniz, kin o qapını qıfıllamasın. Allah bizi səbr edən, təmkinli davrananlardan qərar versin.