1383654_1423763401180583_313244292_n (2)

Elçin YAZAR (Zeynallı Elçin Habil oğlu) 1986-cı ildə Cəlilabad şəhərində anadan olub.1993-2004-cü illərdə orta məktəbdə təhsil alıb.2004-2006-cı illərdə ordu sıralarında hərbi xidmətdə olub.
2013-cü ildən Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının İdarə Heyətinin üzvüdür.

İNSANIN YARADILISI
(Aləm əsərləri)

Sevgili oxuycular hər şeyi yoxdan var edən Allahu Zülcəlal Həzrətləri insanı öz sevgisi ilə yaratdı. Allahın insanı yaradmasında məqsədi insanın dünyada və axirətdə xoşbəxt olmasıdır.İNSANIN YARADILIŞIAllah insanı üç vücudla (bədənlə) yaradmışdır. Hicir sürəsinin 26-cı ayəsində insanın birinci vücudunun yaradılışından bəhs edir.“And olsun ki; Biz insanı, “haməin məsnun olan salsalindən” (standart insan şəkli verilmiş və orqanik çevrilməyə uğramış salsalindən) yaratdıq.” Hicir-26.Allah Şəms sürəsinin 7-ci ayəsində isə insanın ikinci vücudu olan Nəfsi səvva (dizayn) etdiyini buyurur:“Nəfsə və onu (7 pillədə əhsənə çevriləcək şəkildə) səvva edənə (dizayn edənə) (and olsun).” Şəms-7. İnsanın üçüncü vücudu olan ruhu Səcdə sürəsinin 9-cu ayəsində öz ruhundan üfürdüyünü buyurur:“Sonra (Allah), onu dizayn etdi və onun içinə (vəchin, fiziki bədənin içinə) ruhundan üfürdü və sizlər üçün səmi (eşitmə həssası), bəsar (görmə həssası) və fuad (idrak etmə həssası) qıldı. Nə qədər az şükr edirsiniz.” Səcdə- 9.Və bu səbəblə fiziki vücudumuzun içində daha iki vücudumuz var. Biri nəfsimiz, o biri isə ruhumuzdur. Nəfsimiz 19 mənəvi xəstəliklə dizayn edilmişdir.
“Onun (insanın) üzərində 19 (nəfsin və ruhun xisləti ) vardır.” Müdəssir-30.
Nəfsimizin mənəvi qəlbində ki, mənəvi xəstəliklər bunlardır: 1.Cəhalət (Əhzab-72). 2.Xəsislik (isra-100). 3. Qeybət (Hücurat-12). 4. Fitnə-fəsat (Maidə-64). 5. Təkəbbürlük və qürur (Mömin-56). 6. Hərislik və şəhvət (Məaric-19). 7. Həsəd və düşmənlik ( Mümtəhinə-4). 8. Üsyan (Məryəm-44). 9. Pis vərsişlər (Maidə-90,91). 10. Kin və nifrət (Maidə-8,62). 11. Küfür (İbrahim-34). 12. Riyakarlıq (Bəqərə-264). 13. Nankörlük (Hud-9). 14. Əsəb və qeyz (Ali İmaran-118,119,120). 15. Səbirsizlik (Ənbiya-37). 16. Vəfasızlıq (İsra-34). 17. Yalan (Züxruf-25). 18. Zülüm (Nisa-30).19. Zənn (Nəcm-23). NƏFSİN TƏLƏBLƏRİNəfs çox istiqamətlidir. Çünki, bir hədəfi yoxdur. Çox şeyə qarşı əlaqə duya bilər. Lakin bunlardan hər hansı bir dənəsi daim dominanttır, qabaqda gəlir. Bu arzusunu təmin edilənə qədər nəfsimiz yalnız onun təmini istiqamətində məşğul olar. Digər mövzular onun üçün ikinci plandadır. Allahu zülcəlal Hz. hər qulunu ayrı bir mövzuya düşkün yaratmışdır.İnsanın ən şərəfli məxluq oluşundakı ən böyük faktorlardan bir dənəsi də, ona nəfs verilməsidir. Peyğəmbərmiz Hz.Məhəmməd Mustafa (s.ə.v)in hərblər tamamlandıqdan sonra, “Artıq kiçik cihadlar bitdi, indi böyük cihadlar başlayır.” sözündəki cihad nəfsə və onun tələblərinə qarşı açılan döyüşdür. Bu döyüşün təməl hədəfi, nəfsimizin başlanğıcda təskiyə, sonra tərbiyə və təmizlik edilərək ruhumuzun əmrinə verilməsidir. Nəfsimizdəki 19 mənəvi xəstəlikin yerinə ruhumuzun 19 xislətinin, fəzilətlərinin yerləşməsi, yəni ruhumuzun hallarıyla hallanıb, onun xoşlandığı şeylərdən zövq alması və bunlardan imtina etməz hala gəlməsidir.Nəfsimiz başlanğıcda, Allahın əmrlərinə qarşı üsyankardır. Onu təskiyə etmək lazımdır. Nəfsin təskiyəsi ona istədiklərini verməməkdən keçər. Nəfsin hər istədiyi münkəri, nəhy edildiyi halda ikram edən qul nəfsinin əmrindədir.”Onlar dünya həyatının zahirini bilərlər. Onlar Axirətdən xəbərsizdirlər.” Rum-7.Bunlar isə ruhumuzun xislətləridir (mənəvi gözəllikləri): 1. Sevgi (Ali İmaran-119). 2. İman (Səcdə-15). 3. Doğruluq (Tövbə-43). 4. Ədalət (Ali İmaran-18). 5. Ədəb (Nisa-148,149). 6. Kəmalat (Mücurat-7).7. Comərtlik (Ali İmaran-134). 8. Sükünət (Fətih-4). 9. İtaət (Nisa-64). 10. Səbr (Şura-43). 11. Təvazu (İsar-37). 12. Qənaət (Hicr-9). 13. Şükür (İsara-3). 14. Sir tutmaq (Nisa-83). 15. Həqiqət (Nəbə-39). 16. Fəzilətlər (Furqan-64,72). 17. Vəfa (Rad-20). 18. Səmimiyət (Bəqərə-262). 19. Tövhid (Ənfal-39,73). RUHUN YARADILIŞIRuh üfürlərək yaradılmışdır.Sonra (Allah) onu dizayn etdi və onun içinə (vəchin, fizika bədənin içinə) ruhundan üfürdü və onu (onun ruhunun qəlbinə) səmi (qəlbinin eşitmə həssası) bəsar (qəlbin görmə həssası) və fuad (qəlbin idrak etmə həssası) xüsusiyyətlərinə (sahib) etdi. Nə qədər az şükr edirsiniz.“Onu nəfslə dizayn edib və Ruhumdan Ona üfürdüyüm zaman ona səcdə edin et.” Hicir-29.Allahu-Təala əvvəl insanı şəkillənmiş bir palçıqdan yaradır və onun içinə nəfs vücudu dizayn edir. İnsana ruhundan üfürdüyü zaman, insan ən üstün məxluq vəziyyətinə gəlir. Və bütün mələklərə səcdə əmrini verir. İnsanı üstün edən insanın fiziki bədəni və ya nəfsi deyil ruhudur. Çünki, ruh əhsən olaraq yaradılmışdır. Yaradılarkən 19 xislətin (mənəvi gözəlliyinin) sahibidir. Allahın bütün əmrlərini yerinə yetirmək üzrə, qadağan etdiklərini isə etməmək üzrə proqramlaşdırılmışdır. Ruh fiziki vücudun və nəfsin işlədiyi heç bir günaha iştirak etməz. Onlardan ayrılar. Vəzifəsi burada bitməz. Təkrar onlarla birlikdə olduğu zaman, onlara işlədikləri günah səbəbiylə əzab tətbiq edər. Daim Allahın gözəlliklərini insana təlqin edər. İnsanın ağılını Allahın əmrləri və nəhyləri istiqamətində razı salmağa çalışar. Ruh Allahın əmrindəndir. Allahın əmrindən olan digər bütün yaradılanlar kimi o da vəzifəsini tamamlayaraq Allaha geri dönmək üzrə proqramlaşdırılmışdır. İnsanın üç vücudundan yalnız ruh, Allahın Zatına qovuşa bilər. Yer üzündəki hər şeyi yaradan Allah, ruhun özünə qovuşması üçün, göyüdə yeddi qat olaraq təşkil edir. Ruh, 7 qat olaraq dizayn edilən göy qatlarını aşıb yeddinci qatın yeddi aləmini keçərək adəmə (boşluq, yoxluq)çata bilər və Allahın Zatında yox ola bilər. Bu xüsusiyyətin sahibidir.Məhz Rəbbimiz Bəqərə surəsi 29-cu ayədə bu səbəblə göyün yaradılışını izah etməkdədir. O (Allah) ki; yer üzündəki şeylərin hamısını sizin üçün yaratdı, sonra (qüdrət və iradəsiylə) göyə yönəlib, onları da yeddi (qat) göy olaraq təşkil etdi. O, hər şeyi bilən ALİMdir. Bəqərə-29.RUH ƏHSƏNDİR VƏ TƏK YÖNLÜDÜRAllahu-Təala və Təkaddəs Hz. ləri “İrcii ila Rəbbiki.” (Rəbbinə dön) əmrini bütün qulları üçün vermişdir. Allahın Zatına dönəcək və Onda fani olacaq, yox olacaq olan bizim ruhumuzdur. Bir tək, ruh, Allahu Zülcəlal Hz. lərinin Zatına qovuşa bilməyə səlahiyyətli qılınmışdır. Nəfs və cəsəd, Allahın Zatına qovuşa bilməzlər. Bu səbəblədir ki, ruh saf və təmiz olmalı ki, Allahın Zatına qovuşa bilmə səlahiyyəti özünə verilsin.Ruh bir tək istiqamətdə Allahın Zatı hədəf olmaq üzrə istiqamətləndirilmişdir. Qurani-Kərimimizdə Rəbbimiz ruhu həmişə nümayəndəsi olaraq vəz edir və dəyişik addımlardakı ruhların varlığı, irşad yolundakı vəzifədən qaynaqlanır. Qurani-Kərimimizdə, ruhumuzun da nəfsimiz kimi təskiyə və təmizliyinin lazımlı və lazımlı olduğuna dair heç bir işarəyə rast gəlmək mümkün deyil. Rəbbimiz ruhu belə təsvir edir:” De ki; Ruh, Rəbbinin əmrindəndir.” İsra-85.İNSAN NƏ ÜÇÜN YARADILDI ?Allah-Təala Zariyat sürəsinin 56-cı ayəsində İNSANI QUL OLSUN DEYƏ YARATDIĞINI BUYURUR.
“ Və Mən, insanları və cinləri (başqa bir şey üçün deyil, sadəəcə) MƏNƏ QUL OLSUNLAR deyə yaratdım.” Zariyat-56.
Qul olmaqsa, xoşbəxtliyi adım-adım yaşamaqdır. 7 mərhələdə xoşbəxtliyin ən üst nöqtəsinə çatmaq, və ən üst dərəcədə qul olmaqdır. Ayədən məlum olduğu kimi insan məxluq olaraq yaradılır ki: “Qul olsunlar.” deyə buyurur. Bir insanın qul ola bilməsi Allaha yönəlməsinə bağlıdır. Yönələrək Allaha qul olanları Zümər sürəsinin 17-ci ayəsinində belə açıqlayır:
“Və onlar ki; tağuta (insan və cin şeytanlara) qul olmaqdan içtinap etdilər (qaçındılar, özlərini qurtardılar). Çünki, ALLAHA YÖNƏLDİLƏR (Allaha qovuşmağı dilədilər). Onlara müjdələr vardır. Elə isə qullarımı müjdələ!”. Zümər-17.
İnsan Allaha yönəlmədikcə, yəni Allaha qovuşmağı diləmədikcə İlahi sevgiyə və muxlisliyə çata bilmir. İnsanın İlahi sevgiyə çatmasını əngəlliyən, insana düşmən olan İblisdir (Şeytandır). Çünki, Hicir sürəsi 39-cu ayəsində Şeytan Allaha vəd vermişdir ki, “Bütün qullarını azdıracağam” və Hicr sürəsinin 40-cı ayəsində isə “Muxlis qulların xaric” demişdi. Allah insanın arasında 28 pillə, 7 mərhələ və 4 təslim vardır. 1-ci mərhələ də başına gələn hadisələrdən, müsübətlərdən nəticə alaraq Allaha qovuşmağı diləmək. 2-ci mərhələ Zikrə başlamaq yəni Allahın adını ard-arda təkrar etmək…Allah,Allah,Allah deyə ( dövrün hidayətçisinə tabe olmaq). 3-cü Ruhun Allaha qovuşması və bu 1-ci TƏSLİMDİR. 4-cü fiziki vücudun qul olmsı və 2-ci TƏSLİM. 5-ci Nəfsin qəlbində ki, mənəvi xəstəliklərdən təmizlənib Allaha təslim olması və 3-cü TƏSLİM. 6-cı İrşada çatmaq, irfan sahibi arif olmaq və həmdə hikmət sahibi olmaq. 7-ci cüz’i iradənin İlahi iradəyə təslimi və 4-cü TƏSLİM. Sevgili dostlarım Allah hər şeyi insan üçün yaradmışdır. Biz insanların xoşbəxt olmağını istəyir. Hər an qəlbimizə baxır “Görən hansı qulum mənə qovuşmaq istəyir”. İnsanın sıxıntıda olmasının tək səbəbi Allahı zikir (Allah,Allah…deyərək) etmədiyi üçündür. Qəlblər yanlız Allahın zikri ilə doyar, mütmain olar rahatlıq tapar. Rəd sürəsinin 28-ci ayəsində Allah buyurur ki:
“Onlar, amənudurlar (Allaha qovuşmağı diləyənlərdir) və qəlbləri, Allahı zikr etməklə mütmain olmuşdur. Qəlblər ancaq; Allahı zikr etməklə mütmain olar, elə deyilmi?”.
Bizi yaradan Allah-Təala: “Qəlblər ancaq: Allahı zikir etməklə rahatlıq tapar buyurur”. İnsanın sıxıntıda olması, qəlbinin daralması, günahlara yönəlməsi və xoşbəxt olmamasının səbəbi Allahı zikir etmədiyi üçündür. Sevgili oxuycular, Sevgili dostlarım əgər xoşbəxt deyilsinizsə bir tək duayla bir diləklə yönəlin Allaha və əgər sahibimiz olan Allahı (c.c) sevirsinizsə? Elə isə sevən sevdiyinə qovuşmaq istər. Bütün insanların həm dünya xoşbəxtliyinə və həmdə axirət xoşbəxtliyinə çatmağını Uca yaradan Allahdan diləyərək bu yazımızında sonuna gəldik.