İnsanlarda “dağıdıcı” kimi tərif edə biləcəyimiz bir xarakter növü var. Bu xarakterin əsas göstəricisi insanların mübahisəli məsələlərdə bir-birinin şəxsinə, mövqeyinə, fikirlərinə radikal, çox sərt bir münasibat bəsləmələridir. Mənim qısa təsvir etdiyim bu xarakterin, əslində, daha qabarıq təzahürlərinə gündəlik həyatda hər kəs daim şahid olur. Bu xarakterin səbəb olduğu nəticələri istər şəxsi münasibətlərdə, istər cəmiyyətlərdəki qarşılıqlı münasibətlərin mənfi müstəvidə irəliləməsində, istərsə də qarşılıqlı dözümsüzlüyün yaratdığı münaqişələrin cinayətlərlə nəticələnməsində müşahidə etmək olar. Hətta qlobal müstəvidə baxsaq, dövlətlərarası siyasi, hərbi münasibətlərdə adi səbəblərdən belə müharibə həddinə qədər çatan gərginliklərdə, demək olar ki, bütün təhlükəsizlik təşkilatlarının mülki vətəndaşlarla sərt davranış qaydalarında da görmək mümkündür. Beynəlxalq münasibətlərdə anlaşmaq, ortaq məxrəcə gəlmək prinsipinin yerinə daha çox hədə, sanksiya, təzyiq və cəza metodlarına üstünlük verilməsinin də səbəbinin qaynaqlarından biri də məhz bu xarakterin təzahürləridir.
Dağıdıcı kimi tərif etdiyim xarakteri ən sadə qarşılıqlı münasibətlərdə də görürük. Əksər insanlarda səhv edən şəxsə qarşı bağışlayıcı əxlaq göstərmək mümkünsüzdür. Məsələn, yanlış addım atan, səhv mövqe seçən insanlara qarşı “onsuz da, yanlış yoldadır” məntiqi ilə ətrafındakılar tərəfindən çox sərt, o insanı gözdən çıxaran, mərhəmətsiz münasibət bəslənir. Bu isə qarşısındakı insanın yanlışlarını düzəltmək əvəzinə daha da cəbhələşməyə səbəb olur. Əgər hələ qarşısındakı insan tanınmış şəxsdirsə, onu təhqir edəcək, alçaldacaq, gözdən salacaq mövqe seçib, daima kin bəsləyərək sevgisizlik göstərirlir. Buna görə də əxlaqi pozuntunun, cəmiyyətdə mənəvi boşluqların yaranması qaçınılmaz olur. Eyni zamanda insanların şiddətə meyilliyinin artması, psixoloji problemli insanların çoxalması, intiharların artması və s. kimi bir çox sosial problemlərin də qaynağında bu xarakter dayanır.
Həm adi, həm də qlobal sferada bu xarakterin mənfi təsirlərini müşahidə etmək mümkündür.
Bəs bu xarakterin qaynağı və həll yolu nədir?
İnsanları sərtliyə, dözümsüzlüyə, radikallığa, qarşılıqlı anlaşmazlıqlara, hətta psixoloji və fiziki şiddətə yönəldən bu “dağıdıcılıq” xarakterinin qaynağı sevgisizlik, imansızlıq və materializmdir. Əsas kökündə duran səbəbi isə imansızlıqdır. Çünki sevgisizlik və materializm də imansızlıqdan yarananır.
Allaha inanmayan, Allahdan qorxmayan, imandan qaynaqlanan sevgi anlayışına sahib olmayan, insanları kortəbii proseslərlə formalaşmış heyvan yığını kimi görən materialist düşüncəyə sahib insanların çox təbii olaraq insanları sevməsinə, gözəl əxlaqı yaşamasına, şiddətin deyil şəfqətin yayılmasına cəhd etməsinə heç bir səbəb yoxdur. Materialist bir şəxsə görə, insanlığın inkişafının yollarından biri də şiddətdir. Cəmiyyətlərin də sözdə inkişafının əsası şiddətə dayanan seleksiya prosesi olduğu qəbul edilir. Dolayısı ilə materialist dünyagörüşünə görə, dünyada sevginin, şəfqətin, insanlar arasındakı münasibətlərdə də mülayimliyin, xoş münasibətin təsis edilməsinin əsası yoxdur. Əksinə, güclü fərdlərin, güclü amillərin seleksiyası üçün şiddət mühitinə ehtiyac duyulur və bu mühit də məhz hal-hazırda dünyada gördüyümüz kimi yaradılır. Dünyada görülən bu əxlaqi pozuntu “dağıdıcı” xarakterinin kökündə duran səbəbdən qaynaqlanır. Başqa bir tərəfi də insanın nəfsinin mənfi meyillərini tərbiyə etməməsidir. Hər bir insanda əksik, yanlış, qüsurlu xüsusiyyətlər var. Məhz materialist düşüncəyə əsasən, bunlar, düzəldilməli bir qüsur deyil, əksinə, hər kəsə məxsus olan “standart” xarakterlərdir.
Problemin həlli isə din əxlaqıdır. Dindən qaynaqlanan sevgi və şəfqət mühiti formalaşdırmaq istəyidir. İnsanların dünyanın məqsədsiz, heyvani mübarizə meydanı olmadığını, sağ qalmaq üçün başqalarını əzməli olmadıqlarını anlaması, dünyanın bir təlim yeri olduğunu, sevgi, şəfqət, mərhəmət göstərərək özümüzü və digər insanları da təşviq edərək daha gözəl əxlaqa sahib olmaq üçün yaradılan bir imtahan yeri olduğunu mənimsəməsi bu istiqamətdə ən təsirli həll yolu olacaqdır.
Bu xarakterin qarşılıqlı münasibətlərə, problemlərin həlli prosesinə, sülh şəraitinə çox ciddi zərər verdiyi ortadadır. Hər sahədə fərqli formalarda qarşımıza çıxan, özündə aqressivliyi, nifrəti, kini, radikallığı, pis əxlaqı, şiddəti əks etdirən bu “dağıdıcı” kimi tərif edilə bilinəcək xarakter formasının zərərlərinin qarşısına keçə bilmək üçün təsirlərin nisbətində bir neçə formada mübarizə aparmaq olar. Həm dünya miqyasında materialist qaynaqlı, xürafələrdən qaynaqlanan şiddətə, radikallıq ideologiyalarına qarşı elmi mübarizə aparmaq, həm də dayanmadan sevginin vacibliyini vurğulamaq, insanlara sevgini aşılamaq lazımdır.
Dağıdıcılığa qarşı düzəldici olmaq.
Edilən yanlışlıqlardan, şiddətdən və s. mənfi xüsusiyyətlərdən təsirlənməmək, yaxud o rəftara cavab olaraq eyni rəftarı mənimsəmək heç bir zaman çarə deyil. Hər cür dağıdıcılığa, şiddətə, yanlışa, mənfiyə qarşı hər zaman düzəldici, şəfqətli, sevgi dolu, doğru, müsbət üslubla cavab vermək lazımdır. Pisliyə yaxşılıqla cavab vermək ən gözəl üslubdur. Müqqəddəs kitab olan Quranda da bununla bağlı bir ayədə Allah buyuyur:
“Yaxşılıqla pislik eyni ola bilməz! (Ey mömin kimsə!) Sən (pisliyi) yaxşılıqla dəf et! Belə olduqda aranızda düşmənçilik olan şəxsi, sanki yaxın bir dost görərsən!” (Füsillət surəsi, 34)
Fərqli sahələrdəki fərqli dərəcələrdəki mövcud şiddət mühitinin əsas səbəblərindən biri də, məqalə ərzində vurğulandığı kimi, insanlardakı “dağıdıcılıq” xarakteridir. Bu xarakteri düzəltməyin ən effektiv yolunu isə ayədən də gördüyümüz kimi Allah bizə öyrətmişdir. Beləliklə, insanların “pisliyi yaxşılıqla dəf etmək” əxlaqını mənimsəməsi, yəni, dağıdıcı xarakterə qarşı düzəldici bir üslub sərgiləməsi bu ciddi problemin həll yolu olacaqdır.