Category: Azərbaycan ədəbiyyatı

  • Teymur HƏBİBİ.Yeni şeirlər

    O QIZI UNUTMARAM MƏN

    Gozlərim bir gozəl gordu,
    Məni gorub o da suzdu,
    Naz eləyib, həm də uzdu,
    O qızı unutmaram mən.

    Aşiq oldum zumrud gozə,
    Həsrət qaldım şirin sozə,
    Deyin, bu dərdə kim dozər,
    O qızı unutmaram mən.

    Urəyimdə arzu qaldı,
    O qız canımdan can aldı,
    Duşduyum bu hal nə haldır,
    O qızı unutmaram mən.

    Həbibi yaralı oldu,
    Gozləri əzabdan doldu,
    İnsan məhəbbətə quldur,
    O qızı unutmaram mən.

    12.06.2003.Gürcüstan

    XOŞBsXT OLSUN BU EKE GsNC

    Yığışmışıq bu məclisə,
    Xoşbəxt olsun bu iki gənc.
    Səbəbkarlar Faiq, Govhər,
    Xoşbəxt olsun bu iki gənc.

    İki urək bir doyunur,
    Ata-analar sevinir.
    Arzu-istəklər boyuyur,
    Xoşbəxt olsun bu iki gənc.

    Sevən tapar, sevdiyini,
    Faiq tapdı sevgisini,
    Govhərtək sevgilisini,
    Xoşbəxt olsun bu iki gənc.

    Sevən sevəndən ayrılmaz,
    İnsan sevgisiz yaşamaz,
    Həbibi də onda yazmaz,
    Xoşbəxt olsun bu iki gənc.

    13.06.2003.Gürcüstan

  • Kəmaləddin QƏDİM.Yeni şeirlər

    Deyirsən mən məndə deyiləm ki…

    Çıxar, bu kəlməni çıxar sözündən,
    Nə daş bil,nə buz bil,nə qar,özünü.
    Adam da heç belə çıxmaz özündən,
    Adam da heç belə qovar özünü?..

    Bəlkə də bir çayda durulub qalıb,
    Bir yolda,cığırda yorulub qalıb.
    Bəlkə də, kiməsə vurulub qalıb,
    Tələs də,ayır da,qopar özünü.

    Bu adam deyilən sözündə durar,
    Özündə dayanar,özündə durar.
    İstəsə təzədən yaradar,qurar,
    Lap elə təzədən yapar özünü.

    Bir bəlli tərəfdə,yöndə qalırsan,
    Bir azca uzaqda,gendə qalırsan.
    Bir xeyli zamandı məndə qalırsan,
    Gəl nə vaxt istəsən apar özünü…

    23 avqust 2013.

    Qalır

    Özündən ayrılıb,çıxmısan deyə,
    Özünün özünlə görüşü qalır…
    Hazıram sizləri görüşdürməyə,
    Bir az çiçək işi,gül işi qalır…

    Süzülüb dilindən bal çıxıb gedib,
    Az elə az qalıb,bol çıxıb gedib.
    Elə,gediləsi yol çıxıb gedib,
    Gələsi bir yolun gəlişi qalır…

    Sən elə yaxındın cana can kimi,
    Gözə-göz,üzə-üz,qana-qan kimi.
    O sənin bu sənə ərməğan kimi,
    Bir az təbəssümü,gülüşü qalır…

    Kim qoyub bu gözəl gözləri ağlar,
    Bunun hesabını soruşacaqlar…
    Sinəndə adamlar çəkdiyi dağlar,
    Üzündə Tanrının əl işi qalır…

    23 avqust 2013.

  • Debüt: Mövlud MÖVLUD (Bakı şəhəri).Məqalə

    Abdullayev Mövlud İsmayıl oğlu 1989-cü il avqust ayının 15-də Bakı şəhərində anadan olub.Hal-hazırda Bakı Slavyan Universitetinin Rus dili və pedaqogikası üzrə ali təhsil alır.Yazıları dövri mətbuat səhifərində müntəzəm olaraq dərc olunur.

    Mövlud Mövlud

    Dostumuydu, qardaşımıydı, gözümün işığı, sözündən çıxmadığım böyüyüm idi. Bir sözünü iki eləməzdim. Hara buyursa, nə tapşırsa, canla-başla ürək verərdim.
    Bilirdim ki, xəstədir. Tez-tez kəllə-çarxa qalxan təzyiqi, epileptik ürəkgetmələri, saxtakar qadınlarla yaşadığı sevgilər, işlədiyi qəzetlərdə yola getmədiyi təsisçilər, yarı yolda aradan çıxan cəbhədaşları… Hamı və hər şey əzab verirdi ona!
    Ayda bir-iki dəfə mənə zəng edirdi. Dəstəyin o başından gələn təngnəfəs səsindən bilirdim ki, tıncıxır, darıxır. Görüşüb dərdləşirdik. Görüş yerimiz dəyişməz qalırdı: “Dobromed” klinikasıyla üzbəüz sosiskaxana.
    Məclisin bir yerində mənfi səkkiz eynəyini çıxarır, kompüter qabağında oturmaqdan qıpqırmızı olan gözlərini uzun-uzun ovuşdurub cavanlıqda yazdığı qoşmalardan deyirdi:

    Gözəl xəta yapar dostun əlləri,
    Çalar ciyərimə xançalı bilməz.
    Qiyamət qovğası var bu dünyanın,
    Qarı bilər, Sultan Səncəri bilməz.

    ***
    Haqq böylə buyurub, böylə qanundu!
    Ya bir Dəmirçioğlu, ya bir Cünundu.
    Çırmanıb girəndə, meydan onundu,
    Sağ nədi, sol nədi incəli bilməz.

    ***
    Aşiq sevib çəkər fələk cəbrini,
    Pir deyib öpərlər mərdin qəbrini,
    Əzəldən belədi, igid qədrini,
    Gözəl qiymətini hancarı bilməz?!

    Dibinə qan çökmüş gözlərinə gülüş qonurdu, üzü nurlanırdı:
    -Yaxşı yazmışam elə? Vallah, Mövlud, indi yaza bilmirəm. İndi belə şeylər yaza bilmirəm. Neçə dəfə hiss eləmişəm ki, sinəmdə bir dəstə qoşma qatarlanır, ha mızıldanmışam, bir şey yaza bilməmişəm.
    Hərdən mənim də tərsliyim tuturdu:
    -Elyanuranın (məşuqəsinin adı Elyanura idi.) qoynunda qoşma yazmaq olmaz! O məsələlər irfan əxlaqı ilə bağlı işlərdir.
    -Pah, Orta çağ irfan şairləri rahib olublar ki?
    -Yox, rahib olmayıblar, amma onların heç biri Elyanura kimi saxtakarın oynaşı olmayıb. Qəzetdə mövqeli adam olmasan, səni sevdiyini deməz. Vallah deməz. Ayın axırı, sən qonorarları yazanda, elə-belə gəlib oturur qucağında?!
    -Yaxşı, yaxşı, düşükləmə!
    -Sözün düzünü deyirəm mən!
    -Offf, düz deyirsən, bilirəm. Amma neyləməli? Darıxıram eloğlu, darıxıram. Kəndimizin, uşaqlığımın, təmiz vaxtı yazdığım şeirlərin nisgilini “lotuşka”ların qoynunda ovuduram.

    ***

    Bir dəfə zəng elədi. “Təzə evə köçürəm, gəl kömək elə”,- dedi. Bir gün səhərdən-axşama kimi eşşək kimi işlətdi məni: soyuducu, stol-stul, qab-qacaq, çanaq antenna, xalça-palaz daşıdıq.
    Əşyaları təzə evdə yerbəyer eləyib axşam yeməyi üçün masa arxasına keçdik. Sözümüz hərlənib-fırlanıb siyasətin üstünə gəldi. Dedikləriylə razılaşmadım deyə məni ittiham eləməyə başladı:
    -Hökumət qəzetlərinə yazırsan, yaltaq şairləri tərifləyirsən. Adını kişi qoymusan, sən necə yerlisən?! Niyə mənim yanımda deyilsən?! Niyə gəlib bizim “Mübarizə” qəzetində işləmirsən?!
    -Mən Elvinlə bir qəzetdə işləyə bilmərəm. O gədə alçağın biridir. Sizin qəzetə atılmış agentdir. Onun atasını da yaxşı tanıyıram. Elçibəy onun atası haqqında deyirmiş ki, “yanında hər şeyi danışmayın, ondan şübhələnirəm”.
    -Kəs səsini, axmağın biri, axmaq! Utanmırsan? Özünün cəsarətin çatmır gəlib bizə dəstək olmağa, hələ bir, Elvini şərləyirsən?! Tfuu, dur, … burdan!
    -Dinməz-söyləməz ayağa qalxdım. Ona cavab qaytarmaq olmazdı. Epilepsiyası tutardı, ürəyi gedərdi.
    Ona bir kəlmə demədən, dil-ağız eləyib əvəzinə üzr istəyən arvadını sakitləşdirib, yorğun ayaqlarımı sürüyə-sürüyə çıxıb getdim.

    ***
    Bu əhvalatın üstündən heç bir ay keçməmiş, agent Elvini yiyələri geriyə çağırdılar. Yerlimin səngər yoldaşı dostlarını yarı yolda qoyub aradan çıxdı. “Mübarizə” qəzetinin ən sərt yazan əməkdaşı qarşı səngərə keçdi.
    Mən Elvinin harasa getməyindən yox, dostumdan nigaran idim. Ürəyinin ağrıyacağından qorxurdum. Onu qorumaq istəyirdim. Zəng eləməyə də çəkinirdim:“birdən elə bilər satqın dostlarını başına qalxmaq istəyirəm”.
    Belə bivəfa günlərin birində, yerlimin Elvin noqdaunundan üstündən Elyanura nokautu aldığını eşitdim!
    Eloğlumun məşuqəsi hökumətin açdığı bir saytın təklifini qəbul etmiş və “Facebook” statusunda həmin sayt barədə “Bura mənim ailəmdir”,- deyə yazıbmış.
    Bu xəbəri eşidəndə əvvəl şaqqanaq çəkib güldüm. Sonra yenə yerlim gəlib durdu gözümün qabağında: Əsə-əsə siqaret tutan barmaqlar, əsəb və stressdən şişmiş ayaq, təngnəfəs səs…
    Bir müddət dostumdan səs çıxmadığını görüb özüm onu yığası oldum. Son baş verənlər barədə bir kəlmə də danışmadan, hal-əhval tutmaq, onu həmişəki “Dobromed”lə üzbəüz sosiskaxanaya çağırmaq istəyirdim.
    Telefona arvadı cavab verdi:
    -Durma, ay Möylüt, durma gəl. Bu deyir, sinəm yanır, ayağı da şişib, mən qorxuram. Aparırıq həkimə!
    -Hara aparırsız?
    -“Dobromed”ə. Deyir “Möylüt tanıyır oranı!”

    ***

    Meyiti maşına mindirib aparanda ağlamaqdan səsi batmış, üz-gözü cırıq-cırıq olan arvadı səhərdən baş verənlərdən bir şey anlamayan, böyümüş gözlərlə böyüklərə sual verən balalarına qışqırdı:
    Ağlayın, ay yetimləəəər, ağlayın, bir də dədənizini görməyəcəksiz!
    Uşaqlar elə buna bənd imiş. Üç yetim baş-başa verib ağlaşmağa başladı.
    Arvadların naləsi göyə bülənd oldu. Kişilər gözünün yaşını gizlətmək üçün üzlərini yana tutdu.

    ***

    Arvadının telefonda dediyi sözlər tez-tez düşür yadıma: “Bu deyir sinəm yanır.”
    Bəlkə, elə sinəsində yanan yazmadığı, tüstülü şəhərdə aydınlığa çıxara bilmədiyi qoşma qatarı imiş? Nə bilmək olar?

  • “Güldar”ın təqdimatı keçirildi

    Şahnaz KAMAL (Şahnaz Novruz qızı Kamalova) Tovuz rayonunun Əhmədabad kəndində, ziyalı ailəsində doğulub.Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin bakalavr və magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib.
    Hazırda Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Sankt-Peterburq Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin Türkologiya bölməsində təhsilini davam etdirir.
    Xanım yazar ailəlidir, iki övladı var.

    DGTYB-nin Sankt-Peterburq təmsilçisi Şahnaz Kamalın “Güldar” hekayələr kitabı avqustun 17-də (saat 12.00) oxuculara təqdim olundu.
    “Güldar” Şahnaz Kamalın oxucu auditoriyası ilə ilk geniş – kitablı görüşüdür. Kitaba gənc yazarın son üç ildə qələmə aldığı hekayələr toplanıb. Hekayələr müxtəlif mövzuları əhatə edir.
    “Güldar” hekayəsində Doğu Türküstandan olan uyğur qızı Güldarın yaşamından söz açılır. Komplekssiz qız olan Güldar Peterburqda türkologiya üzrə təhsil alarkən… millətçi ruslar tərəfindən öldürülür. “Savalan” isə Güney Azərbaycandan olan bir azadlıq mücahidinin yaşamını anladır.
    Bundan başqa, kitabda “Gülər”, “Falçı”, “Fars dili” və başqa, toplam 11 hekayə yer alıb.

    http://www.dgtyb.org/news/1953.html

  • Debüt: Bahadur ƏLİZADƏ (Bakı şəhəri).Yeni şeir

    Bahadur Sabir oğlu Əlizadə 1995-ci il aprel ayının 3-də Bakı şəhərində doğulub.2001-2012-ci illərdə Binəqədi rayonundakı 182 saylı orta məktəbdə təhsil alıb.2012-ci il Azərbaycan Dövlət Neft Akademiyasına qəbul olub.Azərbaycan Yazıçılar Birliyinin nəzdindəki “Gənc Ədiblər” Məktəbinin üzvüdür.

    Unutmayın siz məni!..

    Mənim adım Xocalı,
    Qəlbim dərdlə yaralı,
    Keçdi illər… aralı,
    Unutmayın, siz məni!..

    Mənim adım Şuşadır,
    Ömrüm, Tanrım, qışadır…
    Deməyin ki, boşadır…
    Unutmayın, siz məni!..

    Mənim adımdır Laçın,
    Zəncirimi tez açın,
    Bir mənə doğru qaçın,
    Unutmayın, siz məni!..

    Mənim adım Xocavənd,
    Dağıldımı bütün kənd,
    Qırılsa da, bərə-bənd,
    Unutmayın, siz məni!..

    Mənim adım Kəlbəcər,
    Nə Nəbi var, nə Həcər?
    Azadlığım, tez cücər,
    Unutmayın, siz məni!..

    Mənim adım Ağdərə,
    Deyilən gəldi sərə…
    Mən söylərəm bir kərə,
    Unutmayın, siz məni!..

    Bu mənəm… adım Ağdam,
    Nə ruh qaldı, nə əndam…
    Mən niyə sizdən yadam?
    Unutmayın, siz məni!..

    Mənim adım Cəbrayıl,
    Düşmən mənə Əzrayıl,
    Atam Vətən, dur, ayıl!
    Unutmayın, siz məni!..

    Füzuli… Füzuliyəm,
    Sizdən ayrı qəmliyəm…
    Söz doluyam, dərdliyəm,
    Unutmayın, siz məni!..

    Mənim adım Qubadlı,
    Torpaq düşmən tapdaqlı,
    Könlüm sizdən aralı,
    Unutmayın, siz məni!..

    Mənim adım Zəngilan,
    Doğrumuz oldu yalan,
    Gözlərəm düşmən qıran,
    Unutmayın, siz məni!..

    Mənim adım Qarabağ,
    Kədər oldu mənə dağ,
    İndi oldum qara bağ,
    Unutmayın, siz məni!..
    2012

  • Şəmşad AĞA.Köşə yazısı

    “Reket şair”lər… Bu ifadə ilk baxışda, bəlkə də, çoxlarına qəribə görünə bilər, hələ qulaqlarda qəribə səslənməsi bir tərəfə. Bu da təbiidir, çünki bu ölkədə “reket” adında çox zada rast gəlinib. Yəni son 20 ildə “reket jurnalist”, “reket məmur”, “reket” nə bilim nə, falan, filan çox məxluq gördük. Amma “reket şair” ifadəsi çoxları üçün bir az yeni oldu, məncə. Vallahi təəccüblənəcək bir şey yoxdur.
    Ölkədə yeni bir “zümrə” – “reket şairlər” peyda olub. Hələ rayonlarda bu “şairlər”in at oynatmasını, onlara yüksək qayğının göstərilməsi və məclisin ən ali yerinə çəkilməsini demirik. Bəli, bəli, reket şairlərə nəinki rayonlarda, hətta Bakıda da rast gəlmək olur.
    Doğrusu, bu mövzuda yazmaq istəməzdim. Çünki əksər hallarda dostlar adamı qınayır ki, belə qeyri-ciddi mövzularda yazmaqdansa, vaxtı daha sərfəli işlərə sərf etmək gərəkir. Amma neyləmək olar, bəzən adamda bu mövzularda da yazmaq və zövq almaq istəyi yaranır.
    O gün dostlardan biri zəng edib hal-əhval tutduqdan sonra dedi ki, yanıma iki-üç şair gəlib və çox istedadlıdırlar. Dediyinə görə, “şairlər” yerli məmurların əslinə-nəslinə, babalarının ruhuna şeirlər həsr edirlər.
    Məmurlar da onların hərəsinin cibinə on manat basıb yola salırlar. Şairlərin biri yoldaşlarından daha istedadlı görünmək üçün deyib ki, Məşhədə gedənləriniz, həciləriniz, mollalarınız, Rusiyada qəriblikdə olan qohumlarınız, rəhmətə gedənləriniz varsa, deyin onları da siyahıya salaq. Onlara da şeir, məqalə ithaf edib qəzet və jurnallarımızda dərc edək.
    Hələ adamları xamlayıb əmi və dayılarına görə də pul alanlar var…İş orasındadır ki, bunları tədbirlərdə də, televiziya çəklişilərində də yaddan çıxarmırlar. Dost da eləməyib tənbəllik deyib ki, ərə getməyən 60 yaşlı bir xalam var. Bəs xahiş edirəm, alın bu 10 manatı ona bir şeir həsr edin, bəlkə, yazığın baxtı açıldı. Eşidənlər and içir ki, şeir yazılan kimi xala 48 yaşlı bir kişiyə ərə gedib. Doğrusu, şeirin fal, rəml və dua mahiyyətli olduğunu heç təsəvvür etməzdim.
    Onu da deyim ki, şairlərdən biri 1 manatdan 5-6 şeir də satıb. Bu da yoldaşları ilə aralarında narazılığa səbəb olub. Onlar deyiblər ki, puldan bizə də ver. Belə də insafsızlıq olar; kişi halal şeirini satır, sən də durub deyirsən ki, qazancını mənimlə bölüşdür.
    Vicdan haqqı inanmazsınız, bu “reket şairlər” bölgələrdə məmurları da barmaqlarına dolayırlar. Şahidiyəm ki, bir “şair” icra başçısılarından birini Koroğluya, 120 minlik bahalı maşınını da Qırata bənzətmişdi. Əvəzində icra başçısı onun kitabını çap etdirmişdi. Hə, belə şeirbazlar və “şaircik”lər də var. Bu yerdə Kefli İsgəndərin məşhur monoloqu yada düşür: “Tfu sizin üzünüzə, ölülər”.

    Allah sənə rəhmət eləsin, Mirzə Cəlil!

    P.S. Maraqlananlar olsa, növbəti yazılarımda onların bəzilərinin adlarını da çəkəcəm. Əliş dayı demişkən, məzəniz olsun…

  • Şəmşad AĞA.Yeni şeir

    Yaranışdan dəniz elə sevgi demək…

    Mavi gözlüm, nə donubsan heykəl kimi bu sahildə,
    donuqluğun göy Xəzəri darıxdırır…
    Heç olmasa bircə kəlmə danış dəli dalğalarla,
    bu susqunluq dalğaları kükrəməkdən karıxdırır…

    Xəzri qara tellərinlə öpüşdükcə, coşur dəniz,
    qisas deyil, sevgidəndir sevənlərin küsüşməsi…
    Təbiətin əsəridir bu gözəllik, bu işvə-naz:
    dalğalarla sahillərin bir-birini qucaqlayıb sevişməsi…

    Mavi gözlüm, fırtınadan öncə susub, donar dəniz,
    dilə tutub yola salar dalğaları uzaqlara…
    Ürəklənər qağayılar… qiyyə çəkib qanad çalar,
    qanad çalıb tumar çəkər göy sulara…

    Yaranışdan dəniz elə sevgi demək, bilirsənmi?
    sev dənizi, sev dənizi ki, arzuna tez çatasan…
    Belə sakit duruşundan bilirəm ki,
    sən özün də dəniz boyda fırtınasan…

    Belə qəmgin, belə ürkək, belə donuq baxışlardan,
    bəzən özün gülümsəyib diksinirsən uşaq kimi.
    Söylə hansı rüzgar çəkib atdı səni bu sahilə,
    kükrə, danış, bir az da əs rüzgar kimi…

  • Debüt: Şəmşad AĞA (Lerik).Köşə yazısı.

    Şəmşad AĞA (Ağayev Şəmşad İslam oğlu 1982-ci il Lerik rayonunda) doğulub.2003-2007-ci ilərdə Lənkəran Dövlət Universitetinin Filologiya fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb.”Unudulanlar”, “Şəkillərin alın yazısı” kitablarının müəllifidir.Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

    Sadiq Elyerin “Duzlu kofe” adlı bir hekayəsi var. Postmodern düşüncə aşılayan hekayədə bir sıra maraqlı məqamlar var ki, çağdaş dünyada gedən proseslərlə yaxından səsləşir. Hələ deyərdim ki, bu hekayədəki maraqlı məqamları çağdaş dünyanın dəyişən düzənində baş verənlərən ayrı təsəvvür etmək olmur. Çünki bugünkü dünya siyasətinin bütün sahələrindəki siyasi gedişlər – iqtisadi, mədəni, siyasi, geostrateji və s. sanki bir növ hansısa alt yapıda hazırlanır, əvvəlcə bir o qədər də ciddi qarşılanmır, lakin gözlənilməz sonluqla nəticələnir. Ola bilər ki, müqayisəm kimlərəsə gülməli görünə bilər. Olsun.

    Hekayəyə nəzər salaq. Əsərdə belə bir epizod var və demək olar ki, hekayə bu xətt üzrə də inkişaf edir. Əsərin qəhrəmanı olan bir gənc heç də uzaq olmayan bir məkanda – Bakıda kafelərin birinə girir. O, burada çalışan ofisiant xanıma əcnəbi dilində müraciət edərək menyuda olmayan yeni bir içki – “duzlu kofe” sifariş verir:

    “- Mum kun sadur duzl kofe istadi m!

    Mən, kəlmələri bacardığım qədər sındıraraq, xanımın çətin anlaya biləcəyi bir ləhcəylə sifarişimi səsləndirdim.

    Xanım gülməyini güclə boğaraq soruşdu:

    – Nəə?

    Mən, sifarişımi bu dəfə güya bir az anlaşıqlı tərzdə təkrar etdim:

    – Mumkun sadur duzl u kofe is tadim m !

    Xanım gülə-gülə, həm də üzünü barın arxasından bizə baxan iş yoldaşlarına tutaraq, səhvimi düzəldirmiş kimi, soruşdu:

    – Duz?! Bəlkə buz demək istəyirsiniz? Buzlu kofe, hə?

    Mən kafedə olan hər kəsin rahatca eşidə biləcəyi qədər səsimə ton verərək:

    – Yok-yok, noo… duz li… raşn… sol.. duz-duz.. duzli kofe. Çok?, – deyə sifarişimi bir də, həm də əlavələrlə təkrar etdim.

    Xidmətci xanım iş yoldaşlarının yanına qayıtdı və onlar bu hadisəyə xeyli güldülər. İlk dəfə idi ki, duzlu kofe sifariş edən adam görürdülər. Müştərilər də bu arada gülmək məsələsində kafe işçiləri ilə həmrəy olmuşdular. Bu günə qədər kofenin duzla içilə bildiyini heç yerdə harda eşitmədikləri üçün bunu eşitmək, onlara çox əyləncəli gəlirdi. Kofe aləmində belə bir sintezin olduguna heç televiziya verilişlərində də, filmlərdə də, kitablarda da rast gəlməmişdilər. Hər kəs mənim kimliyimin tapmaca oyununa başlamışdı artıq.

    Mən isə sakitcə siqaret sümürüb, alışqan oynatmaqla sifarişimi gözləməkdəydim.

    Bu arada üzümü bara tutub:

    – lümon-lümon… yakşi?, – deyə sifarişimə bir çeşid də əlavə etdim. Mənə qulluq edən xanım:

    – Yakşi-yakşi!, – dedi və bütün kafe əhli yenidən gülməyə başladı”.

    Beləliklə, gənc öz sifarişini bir neçə dəfə təkrar edir. Bütün kafedəkilər bu qəribə qonaqdan və onun menyuda olmayan sifarişindən şoka düşürlər. Çünki ilk dəfə idi ki, onların məkanına belə bir qəribə sifariş gəlmiş, hətta kafenin bütün mətbəxini alt-üst edib menyuya da müdaxilə etmişdi. Ona görə də, kafedə işləyənlər öz aralarında bu qəribə qonaqdan və onun sifarişindən danışırdı. Qonaq isə heç nə olmamış kimi, öz işində idi.

    Bir neçə dəqiqədən sonra demək olar ki, kafedə ab-hava dəyişir və bir xanım da bu qəribə sifarişi təkrar edir. Deməli, bu, ilk sillə dəyir. Daha sonra yaxındakı cütlük də bunun zarafat olmadığını görüb sifarişə qoşulur. Bir azdan sifarişə qoşulanları sayı çoxalır… Böyük çapda götürsək, onlar, yüzlər, minlər, milyonlar…

    Qərbli qonaq sifarişini kafenin menyusuna etdikdən sonra isə təmiz ana dilində kafedəki xanıma müraciət edərək hesabı soruşur. Bu isə ikinci sillə idi. Kafenin dışında isə “duzlu kofe”nin icad olunduğu məkan ətrafında müzakirələr gedir və “Duzlu kofe” yavaş-yavaş bütün kafeni, əslində, çayxananı işğal etməyə başlayır – silahsız, filansız. Məncə, bu qədər yetər. Bir az da dünyanın çağdaş siyasi düzənindən.

    Ərəb dünyasında da “duzlu kofe” – inqilab bu şəkildə həyata keçirildi. İlk günlər ərəblər şeyxləri bunu sözün əsl mənasında, gülüşlə qarşıladılar. Ancaq sifarişçilər, dünyanın düzənini dəyişənlər öz iddiasında qətiyyətli idi. Əslində, ərəblər öz siyası mətbəxində belə bir sifarişi gözləmirdilər. Halbuki sifariş verilmişdi. Təbii ki, buna dirənişlər də oldu. Bu isə sifarişçinin yox, mətbəxin sahibinin aqressiyasının nəticəsi idi. Sifarişçi isə dirənişlərə baxmayaraq, kefini pozmadan işinin başında idi.

    Ərəb kafesində əvvəlcə Bin Əli, Hüsnü Mübarək, sonra Saleh, Qəddafi, sonra da Bəşər Əsəd bu sifarişin qurbanı oldu, yəni bir növ onlar da sifarişə qoşuldular. Beləliklə, ərəb dünyasının siyasi menyusu dəyişdi və hələ də sifarişçilərin sayı artır. Amma bu kofe daha çox müştərilərin ürəyini bulandırdı… Eynən “Duzlu kofe”də olduğu kimi. Müqayisəyə bax e…/20.05.11

  • Əlirza HƏSRƏT.Yeni şeirlər

    QAPIMI DÖYMƏMİŞ AÇAN ADMLAR

    Gözlərim diksindi yağış səsinə,
    Yağış da kəsmir ki,gözüm isinə.
    Sığınar ruhumun can qəfəsinə.
    Qapımı döyməmiş açan adamlar.

    Qərib beşiyidir açdığım qucaq,
    Qürbətdə köz tutmaz yanan hər ocaq.
    Gör neçə bədəni başsız qoyacaq,
    Başını götürüb qaçan adamlar.

    Gəl ayaq izini yolumdan dər də,
    Dünya cənnət olsun qoy bu xəbərdə.
    Tikər yuvasını sevən qəlblərdə,
    Eşqdən qanadlanıb uçan adamlar.

    RUHUMLA QOL-BOYUN CAN SAXLAYIRAM

    Qürbət çiçəyidir bu boyu bəstə,
    Bir Vətən rəsmi var hər qərib səsdə.
    Sərhəd tellərində çalıb “şikəstə”,
    Mən azğın düşmənə kin saxlayıram.

    Qoyulan heykəldir dağlar torpağa,
    Torpağın qoynunda dağa bax,dağa.
    Dayağım olmağa,arxam olmağa,
    İçimdə bir başqa mən saxlayıram.

    Düşdüm arxasınca hər qərib köçün,
    Bu ömür yolumdur,tərsinə ölşün!
    Bir sevgi dastanı yaratmaq üçün,-
    Ruhumla qol-boyun can saxlayıram.

    DAĞ KİMİ VÜQARLI OLMAQ İSTƏSƏN…

    Çaylardı dağların damarında qan,
    Dağlara göz qoyub gülümsəyir dan.
    Torpaq da sürüşür ayağı altdan,-
    Yerində durmaqdan dağ yorulanda.

    Sən ayrı qatarsan,özgə dəstəsən,
    Dilimin ucunda bir “şikəstə”sən.
    Dağ kimi vüqarli olmaq istəsən,-
    Uca zirvələrə bax yorulanda.

    Hər yükün altında dözürsə ürək,
    Solğun arzular da pöhrələnəcək.
    Ölən sevgilərin qəbir damı tək,-
    Dağları sinəmə tax yorulanda!

  • Debüt: Elnurə AĞAZADƏ (Sumqayıt).Yeni şeirlər

    1376893_474278462671280_1593107133_n

    Elnurə Ağazadə 1982-ci il iyun ayının 22-də anadan olub.1989-1999 ildə Masallı şəhər 3 saylı orta məktəbdə təhsil alıb.Həmçinin 1995-ci illərdə fortopiano təhsili alıb.1999-cu ildə isə Loğman adına tibb texnikomuda qadın həkimi üzrə təhsil alıb.
    2002-ci ildə bir firmada əczaçı kimi fəaliyyət göstərib.Sonra konpüter proqramları,dil(ingilis və rus) proqramları,keyfiyyət üzrə nəzarət işi barədə kurslar bitirdikdən sonra 2005-ci ildə “Embavvod” mebel fabrikinin ofisində informasiya və texnalogiya şöbəsində operator, bir neçə ildən sonra keyfiyyətə nəzarət şöbəsində nəzarətçi, kadrlar şöbəsində uçotçu vəzifəsində çalışdı.On ilə yaxın fabrikdə işlədi.Orta məktəb dövrlərində “Oxu məni”, “Cənub xəbərləri” və bir neçə qəzetlərdə şerləri çap olunub.
    “Bu da bir tale adl”ı ilk kitabı öz hesabına Masallı rayon mətbəəsində dərc olundu.Orta məktəb dövrlərində bir çox olimpiada və dərnəklərdə ədəbiyyat fənni üzrə iştirak etmişdir.
    Ədəbiyyata, poeziyaya erkən yaşlarından maraq göstərir.Dövri mətbuatda şeirləri ilə çıxış edib.Şeirləri Azərbaycan türkcəsindən Türkiyə türkcəsinə tərcümə olunub.
    2012-ci il oktyabr ayının 6-da Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının elektron orqanı Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Birinci Qurultayında Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Redaksiya, Yaradıcı, Nümayəndə Heyətlərinin Fəxri üzvü və “Şərq-Qərb bölgəsinin ədəbiyyatı” bölməsinin Redaktoru seçilmişdir.
    2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirlilən və Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən həyata keçirilən ”Bölgə yazarlarına dəstək” layihəsi çərçivəsində “Bölgələrdən səslər” kitabında şeirləri dərc olunaraq ilk dəfə olaraq Respublika səviyyəsində ictiamiyyətin nəzərinə çatdırıldı.

    İLAHİ

    Haqqın itibdir kəsəri
    Doğru sözün yox dəyəri
    Dünyanın sonumu yəni
    Rəhm eylə sən ey ilahi

    İnsan insanın düşməni
    Qana susamış acgöz əli
    Şeytanın artıb kələyi
    Rəhm eylə sən ey ilahi

    Heyvanların itmiş izi
    Quşların kəsilmiş səsi
    Donor olmuş insan nəsli
    Rəhm eylə sən ey ilahi

    Sevgi xəyanət dəlisi
    Qadın qadının leylisi
    Kişikişinin elçisi
    Rəhm eylə sən ey ilahi

    Oğul atanın qatili
    Ana dar günü sahibi
    Nəvə sirlərin şahidi
    Rəhm eylə sən ey ilahi

    İnsan var dövlət eşqiylə
    Mənzili çatıbdır göyə
    Rəhm eylə sən ey ilahi
    Sel torpağı yuyub gedir

    Qiyamətin iysi gəlir
    Elnurə yalvarır sənə
    Rəhm eylə sən ey ilahi

    ***

    Məhraba olsun ey yar şikarımsan bu gün mənim
    Bir gülləyə ovlanmısan şikarımsan bu gün mənim

    Valeh etmiş baxışların gözlərinin xəstəsiyəm,
    Mehr-məhəbbətli cismin təbibimsən bu gün mənim.

    Ləblərindən busə damsın qədəhimə sən həbim ol bu gün mənim
    Sərxoş olub xumarlanım mehmanımsan bu gün mənim

    Vicuduna tərif edim,saçlarına səmum deyim,
    Söz ,sənət aləmimdə ilhamımsan bu gün mənim.

    Yaradana əhsən deyim tərif etmiş səni mənə
    Bəni adəm övladısan.öz yarımsan bu gün mənim

    Elnurənin sən olmusan ürək yarı sevgi payı
    Damarımda axan qanım mən məndənalan mənima

     

    href=”http://edebiyyat-az.com/wp-content/uploads/2013/08/1167981_451999708232489_965525996_n5.jpg”

  • Elnurə AĞAZADƏ.Yeni şeirlər

     

    MƏNİM AD GÜNÜM

    Bu gün mənim ad günüm
    Yığılıb qohum-qonşu ,
    Birdəki dost tanışlar
    Gəlibdir çox hədiyyə
    Səndən də bir hədiyyə
    İntizarındayam yaman
    Baxışların oleydi
    Bu gün mənim hədiyyəm
    Birdə qoymazdım heç vaxt ,
    Getsin gözümdən kənar.
    Bu gün mənim ad günüm,
    Gəleydi bir hədiyyə
    Bizim sevgi bağından,
    O qızılgül oleydi.
    Qurudub ləçəklərin,
    Bükərdim mən şəklinə,
    Аханда эюз йашларым,
    Dəsmal təki ləçəklə,
    Silərdim gözlərimi.
    Bu gün mənim ad günüm,
    Bir nəğmə istəyirəm
    Sözləri bizim eşqdən
    İstəyirəm bir şer,
    Sənin adın çəkilsin.
    Bu gün mənim ad günüm
    Qohum-qonşu yanında,
    Dost-tanış yanında.
    Mən səni istəyirəm
    Sənsə yoxsan yanımda
    Hamı sevinc içində
    Kövrəlmişəm mən yaman
    Hər qapı döyüntüsü
    Döyündürür qəlbimi
    Gələn hər telefon zəngi
    Məni çaşdırır yaman
    Bu gün mənim ad günüm
    Alladıram özümü
    Gəlirsən göz önümə
    Qəlbimdən keçənləri
    Gətirirsən xəyala
    Təssüfki xəyal kimi
    Bizim sevgi bağından
    Dərirsən mənə bir ül
    Mən qurudub ləçəyi
    Silirəm gözlərimi
    Dinlədirsən bir nəğmə
    Sözləri bizim eşqdən
    Oxuyursan bir şer
    Çəkilir sənin adın
    Sonra bir duman kimi
    Yox olursan yanımdan
    Bu gün mənim ad günüm
    Sənsə yoxsan yanımda
    Keçdi bir ildə snsiz
    Kövrəlmişəm mən yaman
    Bu gün mənim hədiyyəm
    Oleydin təkcə bir sən
    Yalnız bir sən oladın,-
    Mənim ömür hədiyyəm

    AY KÜLƏYİM

    Gör nə zamandır görməyirəm mən yarımı .ay küləyim
    Uzaqlardan gəlirsən sən
    Bu dünyanı gəzirsən sən
    Toxunursan sən ağaclara
    Toxunursan sən budaqlara
    Gəzirsən sən neçə kəndlər şəhərlr
    Döyürsən sən neçə evin qapı pəncərəsin
    Ay küləyim gördünmü sən heç yarımı
    gördünmü sən heç yarımı söylə mənə ay küləyim
    Toxundumu saçlarına
    Toxundunmu yanağına
    Toxundunu dodağəna ay küləyim
    Qorxma külək danış külək
    Qısqanmaram valla külək səni ona inan külək
    Heç öpdünmü yanağını dodağını mənim kimi ay küləyim
    söylə mənə
    Gör nə zamandır həsrətəm mən yarıma ay küləyim söylə mənə
    Sığalladınmı saçını
    Büzdürdünmü dodağını
    Küsdürdünmü dodağını
    Yalvarıram ay küləyim nolar sənə
    Görmüsənsə sən yarımı
    Toxun mənə ay küləyim onun kimi
    Toxun saçlarıma
    Toxun yanağıma
    Toxun dodağıma ay küləyim
    Qısqanmaz o səni mənə ay dəcəlim
    Sığal çək saçlarıma
    Büzdür mənim dodağımı
    Küsdür ənim yanağımı
    Yağış ol ağla mənə
    Yarpaq ol pıçılda sən
    De həsrətdir yarln sənə
    De qurbandır canı sənə
    Danış ona danış külək danış məndən
    Yorulma sən ay küləyim
    De gəncidi qarı oldu yarın sənsiz
    De şən idi küskün oldu canı sənsiz
    De inləyir o hər keçən gecə sənsiz
    Ay küləyim danış ona danış məndən
    Nağıll danış dastan danış roman danış
    Məndən danış ay küləyim
    Ona məndən mənə ondan danıç ay küləyim
    Sən çapar ol aramızda
    Sən vüsal ol aramızda
    Götür məni apar ona
    Götür onu gtir mənə
    Yox et aramızda uçurumu ay küləyim
    Nə edirsən et biz qovuşaq ay küləyim

  • Elnurə AĞAZADƏ.Yeni şeirlər

    AZƏRBAYCAN QADINI
    Daim əzəmətli çəkilir adın,
    Qürurlu mətinli tarixdə ərsən
    Dünya qadınına tarixdə örnək,
    Kiri məğlub edən Tomristək nərsən.
    Sevgidə Leylisən, Məcnuna layiq,
    Dastanda Əslisən Kərəmə sadiq
    Döyüşdə Həcərsən Nəbiyə layiq,
    Bu gün Fərizəsən İlhama sadiq.
    İsgəndər məğrurdu öz şöhrətiylə,
    Ona qalib gəldin söz hikmətinlə
    Nüşabə adınla gözəl Bərdəyə,
    Şahı baş əydirdin ər qüdrətinlə.
    Vətənə layiqsən elə layiqsən,
    Sağlamlıq bəxş edən gözəl təbibsən
    Xalq xilaskarı Heydər sevgisi,
    İlhamın anası Zərifəsən sən.
    Dünya ölkələrin gəzir sorağın,
    Xalqa xidmətinlə əməllərinlə
    Sevir xalqın səni böyük sevgiylə,
    Mehriban baxışlı Mehriban sənsən.
    ***
    Gözəl səsin ustadı sənsən,
    Səhnə bülbülüsən ölməz Şövkətsən
    Muğamda Tükəzban, segahda Sara,
    Dünya şöhrətli Zeynəb səsisən.
    Əməyə hörmətin var əməksevərsən
    Xalq qabaqcılı Qızqayıt kimi,
    Zəhməti sevərsən Şamama kimi,
    Torpağa can qoyan el qızısan sən.
    Elmlər doktoru böyük alimsən,
    Daim fəaliyətli həyat yolunda
    İlk Azəri qadını böyük şərqşünas,
    Xalqın qızı Aidasan sən.
    Döyüşdən qorxmayan gülləyə qurban,
    Salatın adınla sən bir şəhidsən
    İgidlər içində Gültəkin kimi,
    Namusun qeyrətin sən tək rəmzisən.
    Şərqdə siyasətə ilk addım atan
    Saraxatun sən, ilk diplomat sən,
    Düşməndən qorxmayan sözü haqq deyən,
    Odlar yurdunun Qənirəsisən.
    Şairin adısan dildə andısan,
    Müşfiqin Dilbəri dillər əzbəri
    Hüseynin yarısan Müşkinazısan,
    Qəmli könüllərin həsrət səsisən.
    İdmanda qalibsən yer üzündə sən,
    Qara kəmər sahibi Zülfiyəsən sən
    Ölkələr dolanıb şahı mat edən,
    Qaliblər qalibi Aynurda sən.
    Ana vətənə qəzəllər qoşan,
    Sözə dəyər verən Natavansan sən
    Rübai ustadı Məhsəti kimi,
    Nikbin fikirli Mirvarisən sən.
    Ramil tək oğulun anasısan sən,
    Səbirin, dözümün arxasısan sən
    Həzi,İsrafil,Mübariz kimi,
    Ölməz şəhidlərin anasısan sən.
    Başında kələğay aşıq sinəli,
    Ələsgər tərifli Pəridə sənsən
    Sarı gəlinin dillər əzbəri,
    Kaman ustadı Şəfiqə sənsən.
    Yada düşəndə dodaqlar gülən,
    Fatma,Mərziyyə,Nəsibə sənsən
    Kino ulduzları Leyla,Nəcibə,
    Afaq,Həmidə, Məleykə sənsən.
    Dədəm qorqud ad qoydu qıza gəlinə,
    Banıçiçək sadiqdi öz Beyrəyinə
    Burlaxatun qırx qızla bulaq başında,
    Qarı dağ çiçəyi Günel də sənsən.
    Göyçək Fatma ad açdı gözəlliyiylə,
    Koroğlu fəxr etdı öz Nigarıyla
    Əminə rəqs etdi öz Turacıyla,
    Dünyanı fəth edən tək gözəl sənsən.
    Cəsur türk qızısan türkün səsiylə,
    Odlar yurdunun Azərisisən
    Opera səsinlə Fidan ,Xuraman,
    Əvəzsiz bir səslə Florasan sən.
    Ölməz sevgilə tarixə düşən,
    Qız qalası tək abidəsən sən.
    Möminə xatun türbəli ziyarətgahın,
    Dinə inanc yeri ümid yerisən.
    Ölkəni tanıdın bütün dünyaya,
    Gənclərin çağırış Leyla səisən
    Gözəl duyğuyla,saf arzularla,
    Ümidli qəlblərin Arzu səisən.
    ***
    Gözəl verlişlərin aparıcısı,
    Ofelya,Roza,Şəfiqəsən sən
    Bu gün efirin gözəl ulduzu
    Nərgizsən,Nanəsən, Xoşqədəmsən sən
    Dünya heyrandı Aysel səsinə,
    Gözəl qamətli Səfurəsən sən
    Ölkənin fəxri dillər əzbəri,
    Avroviziya qalibi Nigar Camal sən
    İncə belli boylu-buxunlu,
    Gözəl qızlara müasir dəbli
    Moda bəxş edən sevib-sevdirən,
    Çələng tək bəzəyən Fəxriyyəsən sən.
    Sözə nəğmə qatan şirin bəstəsən,
    Nota ahəng qatan zərif mənasan
    Elza ,Ruhəngiz,Xanım,Nailə,
    Duyan qəlblər bəstəkarısan.
    İlhaməsən Primadonnasan,
    Brliyantsan zərif qəlblisən
    Həzin səslə qəlblər titrədən,
    Könül ovsulayan Xumar səsisən.
    Aysan, günsən Aygün səsisən,
    Bir parlaq ulduzsan Röya səsisən.
    Qarabağ şikəstəli Səkinə səsi,
    Mələk sən,Könül sən incə cəh-cəhsən.
    Gözəl rəsimlərin ustadı sənsən,
    İncinin sədəfin bəyazı sənsən
    Xalıda butanın ustası sənsən,
    Xınalı əllərin naxışı sənsən
    İdealı azadlıq eşqi azadlıq,
    Azad qadının Aynur səsisən.
    Cabbarın sevil tək qəhrəmanının,
    Bu gün Lalətək davamı sənsən.
    Toyların keçər el adətiylə ,
    Vağzalı sədalı zurna-qavallı
    Qızlar əl xınalı zərli-zibalı,
    Başında duvağlı gözəl gəlinsən.
    Ailə varlığın ana saflığın ,
    Sadiq qadın kimi qoruyan sənsən
    Bu dünyada nə çox ana var,
    Balana can deyən tək ana sənsən.
    Elnurə fəxr edir el qızlarıyla,
    Əzilməz qadının vüqar səsisən.
    Gələcək nəsilə öyüd-nəsihət,
    Hələ çox anaların anası sənsən.

    ANAM VAR
    Yenə qəlbimdə bir yığın qubar,
    Dərdimi böləcək bir tək anam var
    Kədərlə qəmlənib gözüm dolanda,
    Göz yaşım siləcək bir tək anam var
    ***
    Bütün sevgilərdə xəyanət gördüm,
    Yaxşılıq etdimsə hey pislik gördüm
    Çətinə düşərək yıxılan anda,
    Mənə arxa olan bir tək anam var
    ***
    Saçımı oxşadı sərin bir külək,
    Eşqimi nazladı bir qucaq çiçək
    Qəfil qapımı hicran döyərək ,
    Halıma ağlayan bir tək anam var.
    ***
    Allandım bir çox yalan sözlərə,
    İnandım bir çox şirin vədlərə
    Bir sağa bir sola baxıb görəndə,
    Nəsihət verəcək bir tək anam var
    ***
    Canım xəstə olar can yatağında,
    Dərman kömək etməz ölüm anında
    Əzrayıl qapımı döyən anımda,
    Özün qurban edən bir tək anam var
    ***
    Ömür qısalarsa zamab bitərsə,
    Elnurə həyatdan vaxtsız keçərsə
    Bəxtimə ağlayan bir tək anam var

  • Klassik ədəbiyyatda işlənən şeir janrları

     

    QƏZƏL VƏ ONUN XÜSUSİYYƏTLƏRİ

    Klassik ədəbiyyatın ən geniş yayılmış şeir janrlarından biri də qəzəldir.Qəzəl ərəb mənşəli sözdür.”Qadına məhəbbət” mənasını bildirir.Yaxın Şərq ədəbiyyatında daha çox istifadə olunur.Müxtəlif bəhrlərdə yazılır.Daha çox əruz vəzninnin həzəc və rəməl bəhrində olur. Beytlərin sayı 5-10 olur.(daha çox 7 beyt)
    Qəzəlin ilk beytinin hər iki misrası öz aralarında qafiyələnir :aa. Sonrakı beytlərdə isə birinci misra sərbəst olur, ikinci misra birinci beytin hər iki misrası ilə qafiyələnir: ba,ca, ça,da…
    Qəzəlin ilk beyti “mətlə beyt” adlanır. Günəşin doğulduğu yer mənasını bildirir. Bu da qəzəlin ilk beyti olduğunu göstərir.
    Azərbaycan Ədəbiyyatı tarixində ana dilində yazılmış ilk qəzəlin müəllifi İzzəddin Həsənoğludur .Ədəbiyyatımızda qəzəlin ən gözəl nümunələrini İmadəddin Nəsimi, Şah İsmayı Xətayi, Məhəmməd Füzuli və başqaları yaradıb.

    QƏSİDƏ VƏ ONUN XÜSUSİYYƏTLƏRİ

    Klassik ədəbiyyatın ən geniş yayılımış şeir janrlarından biri də qəsidədir.Qəsidə də ərəb mənşəli sözdür.Yaxın şərq ədəbiyyatında daha çox istifadə olunan şeir janrlarından biridir. Dəbdəbəli,təntənəli üslubu ilə seçilir. Qafiyə quruluşu qəzəldə olduğu kimidir. aa,ba, ca, ça, da,.Qəsidədə beytlərin sayı 15-200 arası olur.Daha çox saray ədəbiyyatında işlənib.
    Qəsidənin məzmununa görə əsasən aşağıdakı növləri var:
    1.Tövhid 2.Minacat 3.Nət 4.Mədhiyyə 5.Fəxriyə 6.Həcv 7.Mərsiyə
    Tövhid-Allahın birliyinin tərənnümü
    Minacat-Allaha yalvarış
    Nət-Peyğəmbərin tərifi haqqında
    Mədhiyyə-hökmdarın tərifi haqqında
    Fəxriyə-Şairin özünün şairlik qüdrətindən bəhs edilir.
    Həcv-Tənqidi məzmun daşıyır.
    Mərsiyə-Müqəddəs şəxslərin və ya yaxın qohumun ölümü münasibəti ilə yazılan şeir növü.

    QİTƏ VƏ ONUN XÜSUSİYYƏTLƏRİ

    Klassik ədəbiyyatda işlənən şeir janrlarından biri də qitədir.Qitə ərəb mənşəli alınma sözdür.”Parça”, “hissə” mənasını bildirir.Qitə öz qafiyə quruluşuna görə qəzələ və ya qəsidəyə oxşadığı üçün belə adlanır.Ancaq qəzəldən və qəsidədən fərqli olaraq, ilk beyti qafiyəlnmir: ab.Sonrakı beytlərdə isə ikinci misra birinci beytin ikinci misrası ilə həmqafiyə olur: cb, çb, db və s.
    Qitə həcmcə kiçik olur.Daha çox 2-10 beytdən ibarət olur.Qitə, əsasən, ictimai-siyasi, əxlaqi-fəlsəfi mahiyyət daşıyır.Qitənin son beytində müəllif öz adını göstərmir.

    MƏSNƏVİ VƏ ONUN XÜSUSİYYƏTLƏRİ

    Klassik ədəbiyyatda işlənən şeir janrlarından biri də Məsnəvidir. Məsnəvi ərəb mənşəli sözdür.”İkilik” mənasını bildirir. Ancaq hər ikilik məsnəvi adlana bilməz.Məsnəvi olması üçün misralar bir-biri ilə qafiyələnməli və bir fikri
    Ifadə etməlidir. Məsnəvi öz qafiyə quruluşuna görə həm qəzəldən, həm qəsidədən, həm də qitədən tamamilə fərqlənir.
    Məsnəvinin hər iki misrası öz aralarında qafiyələnir: aa, bb, cc, …Məsnəvidə beytlərin sayı çox olur. Məsnəvinin belə qafiyələnməsi şairrə imkan ayardır ki, öz fikrini daha qabarıq şəkildə bildirsin.
    Məsnəvi formasında həm şeir şəkli, həm də şeir janrı var. Ədəbiyyatımızda bir çox sənətkarları məsnəvi yazıblar.
    Məsələn, Ə.Xəqani “Töhfətül-İraqeyn”, Ş.İ.Xətayi “Dəhnamə” və s.

  • Rafiq ODAY.Yeni şeirlər

     

    QAYIT

    Hələ ki, əvvəlki o ucalıqda,
    Gözümdə həmənki çinarsan, qayıt.
    Namərdin hər işi, əməli saxta,
    Ən incə yerindən sınarsan, qayıt.

    İblislər, şeytanlar dolar başına,
    Hər dindən, imandan edərlər səni.
    Çevirib bir kəntöy sapand daşına,
    Sonuncu gümandan edərlər səni.

    Son yarpaq kimidi son ümid… dedik…
    İstisi, soyuğu, küləyi bəlli.
    Fələyin əlində yaxamız didik,
    Göydə fırım-fırım ələyi bəlli.

    Görərsən bir quru adsan eləcə,
    Şəst ilə girdiyin o dam yıxılıb.
    Özün öz ömrünə yadsan eləcə,
    Sən adda, biçimdə adam yıxılıb.

    Dönüb baxarsan ki, körpülər yanıq,
    Dönüb baxarsan ki… üz yeri… olmaz…
    Qəlbində yüzünə yer ayıranın,
    Kimsənin qəlbidə öz yeri olmaz.

    Hələ ki, əvvəlki o ucalıqda,
    Gözümdə həmənki çinarsan, qayıt.
    Namərdin hər işi, əməli saxta,
    Ən incə yerindən sınarsan, qayıt.

    DAHA…

    Sən gördüyün sobaların,
    Tüstüsü çəkilib daha.
    Od püskürən əllərimin,
    İstisi çəkilib daha…

    Arxların suyu yoxalıb,
    Qazılan quyu çoxalıb.
    Ürəyim yaman yuxalıb,
    Bəstəsi çəkilib daha.

    Nə istəyir dən bu teldən?
    Çəkilməyir çən bu beldən.
    Koroğlunun Çənlibeldən,
    Dəstəsi çəkilib daha.

  • Zaur MURADSOY.Yeni şeir

     

    YAXŞIDI

    Solan ümidlərin sevgi bağında,
    Ayrılıq gülünü əksək, yaxşıdı.
    Sənin öz dərdin var, mənim öz dərdim,
    Ayrı-ayrılıqda çəksək, yaxşıdı.

    Onsuz da məskənin salıbdı bizdə,
    Dolanır sakitcə biz gedən izdə.
    Böyük yer ayırıb ürəyimizdə,
    Həsrətə bir yuva tiksək, yaxşıdı.

    Gündüzlər gözünün qarasındakı,
    Gecələr qəlbinin qarasındakı,
    Bu iki ürəyin arasındakı,
    Qürurun hasarın söksək, yaxşıdı.

    Nə sən gəl deyinmə dilində acı,
    Nə mən səndə görüm günahı, suçu.
    İlahi bir eşqin müqəddəs gücü,
    Onun qarşısında çöksək, yaxşıdı.

  • Əziz MUSA.Yeni şeirlər

     

    DEYİR

    Nə vaxtdı gözündən qan-yaş axıdan,
    O sərin bulaqlar, qisas al deyir.
    El üçün darıxan, köməksiz qalan,
    Boynu bükük dağlar, qisas al deyir.

    Murovun başını duman-çən alıb,
    Şuşanın yolları xəyala dalıb.
    Qoca Xudafərin yadlara qalıb,
    Sürüsüz yaylaqlar, qisas al deyir.

    Xocalı, Kəlbəcər, Laçın ağlayır,
    Həkəri hönkürür, Tərtər çağlayır,
    Arazın naləsi ürək dağlayır,
    Ziyaratdakı qar, qisas al deyir.

    Hanı Cəbrayılın dövləti, malı,
    Indi Füzulinin çətindi halı.
    Gəlmir Zəngilana Naxçıvan balı,
    Qubadlıda bağlar, qisas al deyir.

    Yolunda, izində tikanlar bitən,
    Başının üstündən durnalar ötən,
    Şəhidlər qanına boyanan Vətən,
    Çinarlar, qovaqlar, qisas al deyir.

    Həsrətdən, hicrandan susan bülbüllər,
    Saralan çiçəklər, üşüyən güllər,
    O şəhid ruhları, didərgin ellər,
    Nəgməsiz dodaqlar, qisas al deyir.

    DÖYÜŞMƏLİYİK

    Düşmən inadından dönməsə əgər,
    Soyuq məzarlara çevrilsə səngər,
    Gülləni köksündə soyutsa əsgər,
    Qardaş bir cərgədə birləşməliyik,
    Pozub atəşkəsi, döyüşməliyik.

    Çadırdan yaylağa dönməsə elim,
    Şuşaya,Laçına yetməsə əlim,
    Millətlər içində xar olsa dilim,
    Qardaş bir cərgədə birləşməliyik,
    Pozub atəşkəsi, döyüşməliyik.

    Ağdamın üstündən çəkilməsə çən,
    Düşmən əl çəkməsə Kəlbəcərimdən,
    Yağılar adlasa Xudafərindən,
    Qardaş bir cərgədə birləşməliyik,
    Pozub atəşkəsi döyüşməliyik.

    Düşmən Cəbrayıla bayraq taxırsa,
    Hələ Füzulidə qanlar axırsa,
    Zəngilan, Qubadlı yada baxırsa,
    Qardaş bir cərgədə birləşməliyik,
    Pozub atəşkəsi, döyüşməliyik.

    Tanrı eşitmirsə qanlı ahları,
    Kor dünya görmürsə bu günahları,
    Bizi səsləyirsə şəhid ruhları,
    Qardaş bir cərgədə birləşməliyik,
    Pozub atəşkəsi, döyüşməliyik.

  • Əziz MUSA.Yeni şeirlər

     

    ƏSGƏRİM

    Qarabağım darda qalıb,
    Satan satıb, alan alıb.
    Namərd bizi dərdə salıb,
    “Misri”, “Cəngi” çal, əsgərim,
    Qarabağı al, əsgərim.

    Dağlar yanır, daşlar yanır,
    Qarı düşmən haqqı danır.
    Ürəkdə qəzəb oyanır,
    “Misri”, “Cəngi” çal əsgərim,
    Qarabağı al, əsgərim.

    Demə bəxtimiz yatıbdı,
    Düşmən od-ocaq çatıbdı.
    Döyüş zamanı çatıbdı,
    “Misri”, Cəngi” çal, əsgərim,
    Qarabağı al, əsgərim.

    Qazan xanın nəvəsisən,
    Koroğlunun nərəsisən,
    Babəkin qeyrət səsisən,
    “Misri”,” Cəngi” çal, əsgərim,
    Qarabağı al, əsgərim.

    Bu dərd-kədər bizi əyir,
    Doğma dağlar qara geyir,
    Vətən sənə oğul deyir,
    “Misri”, “Cəngi” çal, əsgərim,
    Qarabağı al, əsgərim.

    İGİD ƏSGƏR

    Igid əsgər, igid əsgər,
    Vətən, yurd səni səsləyir.
    Ana Vətən, doğma diyar,
    Indi sənə oğul deyir.

    Bu torpağın oğlu heç vaxt,
    Qorxu bilməz, igid əsgər.
    Qoyma gülsün quduz düşmən,
    Ayağa qalx, hünər göstər.

    Meydan vermə namərdə sən,
    Pozulmasın sərhəddimiz.
    Silahını qoyma əldən,
    Qoy ucalsın Vətənimiz.

    Bu millətin qeyrəti var,
    Qoy tanısın cahan səni.
    Qarabağı vermə yada,
    Igid əsgər, möhkəm dayan.

  • Elnurə AĞAZADƏ.Yeni şeirlər

     

    Nişan üzüyüm

    Sən dostmu gəldin ömrümə mənim,
    Sol əlimə qonaq gələnim
    Ay mənim qəlbimə gedən yoluma,
    Qəfil qonaq gələn nişan üzüyüm

    Sən keçmişimin dərd ortağısan
    Mənim bu günümün can sirdaşısan
    Sən mənim yarıma sadiqliyimin
    İlk nişan payısan nişan üzüyüm

    Ömür yoldaşımın sevinc payısan
    Gələcək günümün nur çırağısan
    İsmətli gəlinlər yanında mənim
    Başımın tacısan nişan üzüyüm

    Sən qəmdən kədərdən uzaq olasan
    Bütün dərd bəladan uzaq olasan
    Dan ulduzu təki parlaq olasan
    Məni xoşbəxt etsən nişan üzüyüm

    Allahı unutmayaq

    Bəni insan
    sənin üçün ulu tanrim
    dünya boyda bir gözəllik yaratmiş,
    yer-göyü,odu-suyu ayirmiş
    … yerdə sonsuz,göydə sonsuz,
    gözəlliklər yaratmiş
    yerdə dağ var ,torpaq üstə
    vüqarlidir,qürurludur,
    onu tanrim yaratmiş
    bəni insan,
    bu gözəllik içində sən gözəllikmi axtarirsan..?!

    Bulaq suyu inci ilə,
    çaylar axir bir naz ilə,
    şəlalənin şiriltisi pişvaz ilə,
    dənizdəki dalğalar da qürur ilə,
    sanki dilə gəlib deyirlər ki,
    bizi tanrim yaratmiş
    nə yaxşi ki,yaratmiş,
    bu gözəllik içində sən gözəllikmi axtarirsan..?!

    Gözəllikmi axtarirsan?
    Şan-şöhrətdə,
    var-dövlətdə
    gözəllikmi axtarirsan sən qizilda,gümüşdə?
    Nədən belə narazisan?
    Bəni insan,
    canlilardan açillisi yaradildin
    sən tanrinin ağillisi yaradildin
    bəni insan,
    gözəlliyin sən özüsən..
    Gözəllikmi axtarirsan..?!

    Gözəllikmi axtarirsan müasir bir əməliyyatda,
    süni insan simasinda
    gözəlliyi üzündəki təbəsümdə,
    dilindəki sözdə axtar
    gözəlliyi yaradanin kitabinda,
    gözəlliyi qəlbindəki döyüntüdə
    göydəki mələklər də həsəd ilə baxir sənə
    bəni insan,
    gözəlliyin içindəsən
    bəni insan,
    gözəlliyin sən özüsən,
    gözəllikmi axtarirsan…?!

  • Elnurə AĞAZADƏ.Yeni şeirlər

     

    BU HƏSRƏTİN SONU YOXSA

    Vüasl məndən gendə dursa,
    Göz yaşlarım seltək olsa,
    Bezmərəm mən inan qəmdən
    Bu həsrətin sonu yoxsa.
    Eşq atəşin odu çoxsa.
    Leyli-Məcnundan ayrısa,
    Qorxmaram mən ayrılıqdan,
    Bu həsrərin sonu yoxsa
    Baxmaram səndən özgəyə
    Gülmərəm mən təbəsümlə,
    Mən gənc ikən qocalaram,
    Bu həsrətin sonu yoxsa.
    Mən qəlbimin qapısını
    Bağlayacam bir qalatək
    Bir kimsəyə açmayacam,
    Bu həsrətin sonu yoxsa
    Usanmaram mən bu qəmdən,
    Sən var ikən sənsizlikdən
    Elnurəyəm sevəcəyəm,
    Bu həsrətin sonu yoxsa.

    ANA LAYLASI

    Dağdan aşan bulaq kimi,
    Muğam üstə segah kimi,
    Bilməm niyə həzin,niyə qəmli?
    Beşik başında ana laylası.

    Uzun gecələrin laylasıdır
    o, Ayın ,ulduzların sirdaşıdır
    о, Şirin yuxuların yolçusudur
    о, Beşik başında ana laylası.

    Nəğmələr içində kövrək nəğmədir,
    Nəğmənin sehri sanki səsdədir,
    Körpənin möhtacı sanki səsdədir,
    Beşik başında ana laylası.

    Beşikdə ağlayan körpənin səsi,
    Təki ana laylasının möhtacı olsun.
    Beşik başında ana laylası,
    Arzumdur heç evdən əskik olmasın.

  • Şahinə KÖNÜL.”Çağırsam, kim grən eşidər məni…” kitabı.

     

    Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının elektron orqanı Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Qərb bölgəsinin ədəbiyyatı” bölməsinin Redaktoru, Fəxri üzvü, Xüsusi müxbiri, Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli və istedadlı xanım yazarı Şahinə Könülün “Çağırsam, kim görən eşidər məni…” adlı ilk şeirlər kitabı 2008-ci ildə “MSV” nəşriyyatı tərəfindən 152 səhifə olmaqla 500 tirajla dərc olunub.Kitabın redaktoru Rəfail İncəyurd, ön sözün müəllifi Azərbaycan Yazıçılar Birliyinin Qazax bölməsinin sədri Barat Vüsal, rəssamı Məmməd Dəmirçioğludur.
    Kitabda gənc xanım yazar Şahinə Könülün müxtəlif illərdə qəlbinin dərinliklərindən zaman-zaman süzülərək gəlmiş ədəbi-bədii nümunələr, poeziya örnəkləri öz əksini tapmışdır.

  • Saqif QARATORPAQ.Türkiyə tükcəsində şeirlər

     

    SAGİF KARATOPRAK

    (Saqif QARATORPAQ)

    ***

    Pencereye toz konup
    yağmur yıkayıp götürüyor.

    Pencereden bakiyorsun
    uzaklarda yıldız kayıyor.

    Baktığın pencere var,
    çıktığın kapı.
    Ansızın bir misafir
    arayıp seni buluyor.

    Baktığın pencere dar,
    arkanca vuruluyor kapılar.

    Baktığın pencere duruyor,
    çıktığın kapı.
    Günahını melekler
    ölüme büküp götürüyor.

    ASFALTA ÇİZİLEN RESİM

    O gece ressamıydı,
    amatör bir ressam,
    fırçası demirden,
    Bakünün göğsüne çizdi resmini.
    En büyük sokağına çizdi resmini.
    Bir tek resmim var, –
    ne arkadaşlara yollaya biliyorum,
    ne akrabalara,
    ne de sevgilime.
    Bir tek resmim var, –
    göğsünde taşıyacak Vatan.

    NİÇİN YAŞADIN…

    Belki bir daha
    okumayacaksın hiç bir şiirimi,
    düğünden sonra okunmayan
    aşk mektupları gibi.
    Özlemeyeceksin
    mısralarımı.
    Burnunda tutmayacağım.
    Yüzümü görmeyende,
    sesimi duymayanda,
    bir daha namımı almayacaksın.
    Unutacaksın
    kızlarla kavga etmeyi,
    gizlisaklı buluşmağı,
    konuşmağı.
    Kayb olu vereceksin
    gailenin içinde.
    Ömür su gibi akıp gidecek.
    Oyalanacaksın evle-barkla,
    ömürle-günle.
    Anlamayacaksın,
    neden doğdun,
    niçin yaşadın…

    MUMUN GÖLGESİ

    Saklanmışım çok zaman,
    Bir mumun gölgesinde.
    Ne varım, ne de yokum,
    Bir mumun gölgesinde.

    Katlime ferman hazır,
    Diyorlar: yazan yazıp,
    Kabrimi derin kazıp,
    Bir mumun gölgesinde.

    Beni sözüme bükün!
    Üstüme yaprak dökün!
    Gözüme toprak dökün!
    Bir mumun gölgesinde.

    Uyuyup, uyup gittim,
    Demeyin, doyup gittim,
    Başımı koyup gittim,
    Bir mumun gölgesinde.

    ***

    Komşuyuz…
    Aramızda bir ark…
    Arkın üstünde küçücük bir köprü, –
    İlkbaharda sel alıp götürecek…
    Acayip, değilmi?
    Bizi su ayırır,
    toprak kavuşturur.
    … bir zaman
    yüreğinin başına koymuştun beni,
    gözlerinde gülümsiyordu resmim.
    Şimdi yüreğime yansiyor
    gölgesi
    gözlerindeki çilenin.
    … Gece sana geliyorum,
    köprüye gölgem yansiyor,
    sulara aksim.
    Sana nice geleyim,
    anlamasın hiç kim?!

    (Uyğunlaştırma: Resmiyye SABİR)

  • Natiq SƏFİYEV.”İşıqlı dünyam” kitabı

     

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, Azərbaycan mətbuatında 50 ildən artıq yazıları ilə çıxış edən görkəmli və istedadlı yazıçı-publisist Natiq Səfiyevin “İşıqlı dünyam” (Fotoalbom) kitabı 2009-cu ildə “Adiloğlu” nəşriyyatı tərəfindən 96 səhifə olmaqla dərc olunub.Kitabın ön sözünün müəllifi Təhsil Problemləri İnstitutunun elmi katibi, pedaqoji elmləri dokt oru, professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü Akif Abbasov, redaktoru Azərbaycan Xarici Dillər Universitetinin müəllimi Güntəkin İlyasovadır.

    “İşıqlı dünyam” (Fotoalbom) kitabı “Məktəb illəri”, “Hərbi qulluqda”, “Abşeron rayon Pioner və məktəblilər evində”, “Müəllim ömrü”, “Məktəb tədbirləri”, “Rayon tədbirləri”, “Ümumittifaq məclislərində”, “Turist səfərlərində”, “Sənət aləmində”, “Bolqar məktəbliləri Abşeronda”, “Asudə vaxtlarda” bölmələrindən ibarətdir.Kitabda görkəmli yazıçı-publisist Natiq Səfiyevin 1953-2005-ci illərdə dünyanın müxtəlif yerlərində müxtəlif şəxslərlə çəkdirdiyi şəkillər və həmin şəkillər haqqında olan bilgilər yer alıb.

  • Sevinc HƏMZƏYEVA.”Bu ömür sevincdən süzülən kədər…”.

    Bu ömür sevincdən süzülən kədər…

    (Rüstəm Behrudinin şeirləri əsasında)

     

    Milyon ildir torpaq göyə boylanır

    çiçəklər günəşə.

    Milyon ildir pərvanələr oda yanır

    aşiqlər atəşə

          Mən ayrılıqlara yandım.   

    Ayrılıq fani adlandırdığımız dünyanın, əslində isə fani olan cəmiyyətin xarakteristikasıdır. Nədə ayrılıq yoxdur ki… Yer Göydən aralı, Ay Günəşdən ayrı, İnsanlar sərhədlərlə ayrı… Müxtəlif ölçüdə, müxtəlif formada çərçivələri qoymuşuq onsuz da çərçivəli həyatımıza. Din, dil, torpaq, millət arılığı özlüyündə qoyduğumuz, qanun kimi qəbul elədiyimiz çərçivə deyilmi?!

    Ayrılıqda bir tənhalıq… Tənhalıqda bir sükut… Sükutda bir səs…

    Böyük şəhər… Kiçik bir ev…

    Pəncərəndə yalnızlıq ək.

    Çiçəyini oxşamağa

    Göydən mələklər gələcək.

    Yüz illərdir, mələklərin çiynində səadət enir Yer kürəsinə. Az qala inanmışıq bu nağıla. İnsan göydən aralı, mələk insandan aralı, tanrı mələkdən aralı…

    Könül daha özünə var,

    Hara dönsən ayrılıq var.

    Yıxdı məni ayrılıqlar

    Gülüm, xoş gəldin, xoş gəldin.

    Könlüm qapanır özünə. Varır, vardıqca axtardığını, ayrılar içərisində aradığını tapır:

    Soruşma kiməm, nəyəm?

    Ağıllı divanəyəm.

    Tanrının elçisiyəm.

    Sözlərimdə səsim var.

    Bu səs hardan gəldi belə?! Bu nə səsdir, söz yaratdı. Söz yarandı, cümlə – cahan tabe oldu hökmünə.

    Söz Tanrının mərhəməti,

    Ahı daşı dəlibdisə.

    Gərək yenəm, mən qul olam

    Sözə göydən gəlibdisə.

    Min illərdir, söz məskəni göylər insanların dua yeri, ümid, pənah  yeridir. Min illərdir göylər ucalıq, paklıq, xoşbəxtlik yeridir.

    Göy üzü çadırım, günəş bayrağım…

    Yolunda dev duran bir yolçuyam mən.

    Qoymurlar özüm tək görünüm, Allah!

    Hara çıxım gedim bu yer üzündən?!

    Yer üzü qovğalar, dava yeridir. İnsanların pis xisləti onu çirkaba bulayıb. Yer adamı oldun, demək günahlara batdın artıq. Yer adamı oldunsa, demək enmisən ucalığından…

    Müqəddəs ruhdusa əvvəl də, son da,

    Ey Tanrım, qəribə işindən əl çək.

    İztirab yeridir bu Yer kürəsi;

    Əzabi təzədən doğulub ölmək.

    Bezdim yer üzündə… O göylər niyə

    Eşitmir? Sökülüb üstümə axır?

    Yüz ildi, min ildi üzüm göylərə…

    Göy üzü bir dəfə üzümə baxmır.

    Göy üzü – sakitlik, dinclik məskəni… Göy üzü safdır, təmizdir. Göydən uca nə var ki, Mənsə… mənsə, hər addım başında çətinliklə rastlaşan, hər addım başı əzablara qatlaşan sadə bir bəndəyəm, “əzab çəkməyə doğulan adam”am.

    Mən kiməm? Cəzamdı bəndə doğulmaq,

    Min illik ocağın qovurduğu kül…

    Sən kimsən? Nə vaxtsa yad baxışlarla

    Əyilib titrəyən, çırpınan könül.

    Tanrım mənə bəndəliyi bəxş etdi. Sadə bir bəndəlik – səhv etmək, səhv edə–edə öyrənməkdir. Amma günahkar bir bəndənin günahsız ruhu olarmış. “Ruhum mənim”

    Qorxuram ruhuma qoşulum gedim,

    Gedim göy üzündə təmizlənim mən.

    Niyə buraxmırsan, günahkar canım,

    De niyə qorxursan təmizliyindən?

    Can bu dünyanın sakini, cisim qorxu əsiri. Ruhumuzla yaşaya bilmək… – Səadət olar ki… Ruha hakimiyyət gərək deyil. O sərbəstdir, azaddır, məkana, zamana sığmazdır…

    Ey ruhum, ayağa dur,

    Düşdüyün tilsimi qır!

    Zaman məndə çırpınır

    Mən bir sözün içində.

    Yenə söz… Yenə sözmü saldı sehrinə maddi dünyanı?! Söz – hakim, söz – hökm! Söz – məna! Söz – yaradan, söz – yaranan!!!

    Günah içindəyəm, ruhum didərgin.

    Günahın son ucu həmişə tövbə.

    Sözümdən boylanan bu tənhalığım

    Ruhumun önündə sonuncu tövbə.

    Tövbə deyirəm günahlarıma – bir savab üçün. Tənhalıq içində yumaq istəyirəm günahlarımı didərgin ruhum önündə – Sözümlə!

    Duanda tövbə var,

    dilində nə də andın

    Yüz andımdan keçmişəm

    mən divanə, mən arsız

    Mən yazdığım, pozduğum

    gözəl sözə inandım.

    Doğru söz gözəl olmur,

    Gözəl söz etibarsız.

    Gözəl olmaz doğru söz… Bir doğruluqda bir acılıq yaşayar. Oğul gərək bu acını yeyə bilsin, oğul gərək həqiqəti görə bilsin. Axı,

    Yalana sığınıb düz

    Yalan düzün içində

    Bu düzlər içində yalan, yalana sığınan düz… Acısından dadmaq olmur, şirinindən keçmək çətin

    Sənə gələn yolun adı

    Sözüm ustə od qaladı

    Bu nə cür eşq sevdadı

    Dərd qayıdır, dərman olur

    Yalandı  ya, düzdü sevgi? Haqdı ya, nahaqdı sevgi? Amma… bir şey var ki, daim, yaradır, yaşadır sevgi…

    Eşq nəymiş? İlahi, açılmaz bu sirr

    Yer deyir, göy deyir, deyir, haqq deyir

    Dilini bildiyim ot, yarpaq deyir:

    Nə sən mənimkisən, nə mən səninki.

    Nə sən mənimkisən, nə mən səninki, Amma…

    Payızda

    Göz yaşlarım üzümü

    Yağışlar pəncərəmi yudu.

    Payızda çılpaq yarpaqlar torpağın ruhudu,

    Sapsarı yarpaqlar ağacların…

    Sapsarı yarpaqlar

    Ağacların ruhudu –

    Sən mənim!..

    Ruhum oldun, içimdə çırpınan canım oldun. Hüzuruna gəlmişəm. Ya çək məni öz yanına xilas elə əzablardan, ya da… Yox…

    Günahlı, günahsız bu dünya, aləm

    Qiyamət gününü gözləyən bu haqq…

    Yer göyə qovuşar qiyamət günü

    Mən sənə qovuşa bilmərəm ancaq…

  • Nemət Tahir QARAXANLI.Hekayə

     

    “İsinmiş zəhər”

    Lalə xanım kimsəsiz qadın idi.10 il olardı ki, Kəngərli ailəsində həm gullugçu, həm də dayə kimi çalışırdı. Artıq Lalə bu ailənin üzvünə çevrilmişdi (Ailənin başçısı Gəray Kəngərli, onun həyat yoldaşı Taclı Kəngərli, övladları Oğuz və Aybəniz idi). Oğuz və Aybəniz valideynlərinin işləri ilə bağlı vaxtlarının çoxunu «Şirin ana» dedikləri Lalə xanımla olurdular. Lalə də bu iki uşağı doğma bilirdi. Bu ailəyə xidmətə gəldiyi gündən özünün bir otaglı evini kirayə verib burada yaşayrdı. O, ailədən, ailə isə ondan çox razı idi.
    Bir gün kirayə haqqını almağa gedən Lalə axşamçağı evə zəng etdi… Dəstəyi Taclı xanım götürdü:
    – Ay Lalə, hardasan bacı? Axşam oldu, hələ gəlib çıxmamısan.
    Lalə:
    – Taclı xanım, bir az işlərim var, əgər icazə versəz, mən sabah gələrəm, həm də ki sizə bir sürpirizim var ey!
    – Xeyir ola, inşallah, ay Lalə?
    – Xeyirdi xanım (Lalə sevincək halda cavab verdi).
    – Təki xeyir olsun. Nəsə səhər tezdən gəl. Uşaglar da, özümüz də sənsiz çox darıxırıq doğrusu.
    – Taclı xanım, hər şeyi xazırlıyıb soyuducuya yığmışam, axşam və səhər yeməyiniz var. Sabah da özüm gələcəm (Lalə və Taclı xanım sağollaşıb dəstəyi asdılar).
    Ailə şam etdikdən sonra uşaglar üz otaglarına dərs çalışmağa getdilər. Gəray və Taclı isə televizora baxır, sabahkı günlərini müzakirə edirdilər…
    Səhər tezdən yuxudan oyanan Taclı xanım isə gecikdiyini nəzərə alaraq (o, biologiya müəllimi idi) özü nahar etmədən süfrəni hazırlayıb həyat yoldaşını oyatmağa getdi.
    – Sabahın xeyir, Gəray! Əzizim, hər şeyi süfrəyə düzmüşəm. Mən işə gecikirəm, uşagları da oyat, yemək yeyin. Sizə goşula bilmədiyim üçün məni bağışla.
    Taclı xanım auditoriyada müxazirə oxuyurdu, birdən telefionuna zəng gəldi. Zəng edən uşaglarının sinıf rəhbəri idi.
    – Taclı xanım, bağışlayın, naraxat edirəm, amma bunu deməliyəm. Dərs zamanı Oğuz və Aydəniz öydülər, tez təcili yardım çağırdıg, xəstəxanaya aparırıq.
    Özünü itirmiş ana uşaglardan üzr istəyib, çantasanı götürməyi belə unudaraq auditoriyadan çıxdı…
    Yarım saatdan sonra Taclı xanım xəstəxanaya çatanda uşagları təcəzə gətirib mədəsini yumag üçün xüsusi şübəyə aparmışdılar. Taclı xanım sinif rəhbərinin telefonda dediklərindən başqa onu öyrənə bildi ki, sinif rəhbəri Gəray bəyə nə gədər zəng etsə də, cavab verən olmayıb. Təlaş içində, göz yaşları axa-axa Taclı xanım da Gəray bəyə, sonra isə ev telefonuna zəng etdi. Cavab verən olmadı. Həm həyat yoldaşının qarasına söylənir, həm də içərisində bir qorxu hiss edirdi…
    Bir saatdan sonra həkimlər güründü. Onların üzlərindən hər şey aydın olurdu. Ancaq ürəyi yanan ananın ayagları əsir, titrəyən əllərini bir-birinə sıxaraq:
    – Qadanızı alım, həkim, balalarıma nə olub?
    – Çox çalışdıq, Allah bilir ki, əlimizdən gələni etdik, lakin zəhərlənmədən çox vaxt keçdiyi üçün onları xilas edə bilmədik.
    Bu sözlər Taclı ananın eşitdiyi son söz oldu. Fəryadı göylərə qalxdı, bütün dünya başına yıxıldı ananın. Hələ bu, son faciə deyildi. Ananı saxlaya bilməyən tibb işçiləri və sinif rəhbəri nə edəcəklərini bilmirdilər…
    – Taclı xanım, baxın, həyat yoldaşın zəng edir.
    İkinci zəngdən sonra sinif rəxbəri telefonu açıb Taclı xanımın qulağına tutdu. Taclı xanım ağlaya-ağlaya – Gəray, evimiz yıxıldı – dedi.
    Yox, telefondakı Gəray deyildi.
    – Taclı xanım, mənəm Lalə (Lalə də hönkürüb ağlayırdı).
    – Lalə, sizin də artıq xəbəriniz var? Gəray yoldadır. Telefonunu evdə qoyub. Can, ay Gəray, necə düzəcək bu dərdə???
    – Taclı xanım, siz nədən danışırsınız (Ağlamaq imkan vermirdi ki, danışsın)?
    – Lalə, Oğuzla Aybənizin öldüyünü deyirəm. Sizə kim xəbər verib?
    – Nəəə?! Aman Allah, belə də zülüm olar? – deyib yüksək səslə ağlayırdı Lalə.
    – Lalə, Gəray çoxdan evdən çıxıb, ona da bəlkə də uşaların zəhərləndiyini deyiblər.
    – Taclı xanım, mən evə girəndə evdə heç kəs yox idi. Evləri yığışdırmaq üçün sizin otağa keçəndə ağzından gan gəlmiş şəkildə Gəray bəyi gürdüm. Xanım, Gəray bəy ölüb.
    Əlindən telefon sürüşüb düşən Taclı xanım da ruhən və mənən ölmüşdü, təkcə nəfəsi arada gəlib gedirdi…
    Sabahı gün orta palatada üzünə gün işığı düşən Taclı xanım ayılanda yanında tibb bacısını və ağlamadan saçları pırpızlaşıb gözləri şişmiş Laləni gürdü. Xanımın ayıldığını görən Lalə özünü saxlaya bilməyib ağlayaraq onun boynunu qucaqladı:
    – Allah başımıza daş saldı.
    Lalə nə gədər ağlasa da, gözləri bir nöqtəyə dikilmiş Taclı xanım ağlamadı. Tibb bacısı Laləni birtəhər Taclı xanımdan qoparıb çölə çıxardı.
    Xəstəxanaya gəlib Taclı xanımdan izahat almaq istəyən polis işçilirənə həkimlər xəstənin psixoloji vəziyyəinin pis olduğun süylədilər.
    Mərhumları məsciddə yuduqdan sonra dəfn etdilər. Yas yerinə o gədər adam gəlmişdi ki, yas mərasiminin üçüncü gününə kimi hər gün mağar Ən azında 5-6 dəfə dolub-boşalırdı. Qohum-gonşu, qohumlarla yanaşı Gəray bəyin çalışdığı şirkətdən ən önəmli adamlar gəlmişdi.
    «Üç» mərasimini artıq yola vermişdilər. Bu üç gündə Taclı xanım ortalıgda ruh kimi dolaşır, elə bil ki, nəsə fikirləşirdi.
    Axşam saat 9 olardı. Qapının zəngi çalındı. Qapını açan Lalə Taclı xanıma polislərin gəldiyini süylədi.
    – Qoy, gəlsinlər, – dedi.
    – Taclı xanım, axşamınız xeyir. Bəlkə də vaxtsız gəlmişik, ancag imkan varsa, sizinlə danışmalıyıg. Səhər süfrənizdən gütürdüyümüz nümunələr laboratoriyaya göndərilib. Ancaq tort atıldığı, boşqablar krantın altına yığıldığ üçün götürülən nümunələr kifayət etməyə bilər.
    – Allah mənim boynumu qırsın, bilsəydim lazım olacaq, tortu atmazdım, pişik kremini yediyi üçün atdım, – dedi Lalə.
    Polis rəisi üzünü Taclı xanıma tutub: – Kimdən şübhələnirsiniz, sizinlə düşmənçilik edən elə bir adamınız varmı???
    Taclı xanım: – Yox, indiyə kimi heç kəslə işimiz olmayıb. Evizimizdə isə ən yad adam Lalədir. O isə artıq 10 ildir bizimlə yaşayır.
    Polislər bir neçə gün gəlib hər iki qadını sorğuya çəkdikdən sonra gəldikləri nəticəni – fərzi Taclı xanıma söyləməyi gərara aldılar.
    – Taclı xanım, əlimizdəki bütün dəlillər Lalə xanımdan şübhələnməyə əsas verir.
    – Yox, ola bilməz. Mən Lalədən heç vaxt şübhələnmərəm.
    – Bilirsiz, xanım, şübhələnməyə əsas verən odur ki, Lalə xanım zəng edib sizə deyir ki, kirayə haqqını almağa getmişdim, birinci, Lalə xanım evinə getməyib, ikincisi, kirayə haqqının vaxtına hələ bir həftə varmış – bunu bizə kirayəşin dedi. Daha bir şübhəli məqam – telefonda deyib ki, sizə sabah sürprizim var. Bu sürpriz hələ də ortalığa çıxmadığı üçün bu, səhər yeməyinə qatılan zəhər ola bilər. Qalmış tortun atılması bunu bir daha sübut edir. Məqsəd isə sizin var-dövlətinizə yiyələnmək ola bilərdi.
    Bu həqiqətə oxşar dəlillər Taclı xanımı da inandırmağa başladı. Səhhəri gün Laləni şübhəli şəxs kimi gözaltına aldılar.
    Bir həftə ərzində sübutları, araşdırmadan çıxan nəticələri Lalənin qarşısına qoyub cavab istəyirdilər. Lalənin isə dediyi bir söz var idi:
    – Mən qatil deyiləm, yediyim çörəyə xəyanət etmərəm. Ekspertizaya göndərilən qidanın hamısı təmiz çıxsa da, tortun nümunəsini daha daha dəqiq nəticə üçün xaricə ölkəyə göndərdilər (elə polislərin də şübhələndikləri tort idi).
    Yuxudan qalxan Taclı xanımın axşamdan ağlamaqdan və gec yatdığı üçün başı ağrıyırdı. Yataqdan qalxıb neçə gündür səliqəyə salmadığı mətbəxə keçdi. Evin hər yerində əzizlərinin xatirəsi dolaşırdı. «Tefal» çaydanı əlinə gütürdü, istədi şəbəkəyə taxsın, suyun az olduğun görüb doldurmağı qərara aldı krantın qarşısında çaydanın qapağını açıb içərisinə baxdı, gürdüyünə inanmadı. Çaydanı yerə atıb zala qaçdı, bilmirdi nə etsin, ağlayırdı.
    – Bilirdim bunu Lalə etməyib, – dedi.
    Telefonun dəstəyini götürüb şöbəyə zəng etməyə çalışdı, əlləri əsirdi. Nömrəni yığana kimi qapının zəngi çalındı. Taclı xanım telefonu yerə qoyub, qapıya qaçdı.
    Gələn şöbə rəisi idi.
    – Sabahınız xeyir, bağışlayın. Sizi narahat edirəm, sizinlə vacib işim var.
    – Yox, narahat etmirsiz. Elə mən də sizə zəng edirdim.
    – Bilirsiz, Taclı xanım, biz yanılmışıq. Lalə xanımın heç bir günahı yox imiş.
    – Mən artıq bilirəm.
    – Sizə şöbədən xəbər veriblər?
    – Nəyi?
    – Xaricə gündərdiyimiz nümunənin təmiz çıxmasını.
    – Xeyr, mən ailəmin ölüm səbəbini tapmışam.
    – Necə tapmısınız?
    – Gəlin mənimlə mətbəxə keçək.
    Taclı xanım elektrik çaydanını gütürüb içərisindəki «spiral»ın altında ölmüş kərtənkələni göstərdi. Baxın, budur mənim ailəmin məhvinə səbəb.
    – Necə yəni, Taclı xanım?
    – Mən, biologiya müəllimiyəm. Bilirəm Ki, zəhərli sürünənlər, eləcə də kərtənkələ isti suya salınarkən zəhərini buraxır.
    O gün axşamdan yazıg Gərayla (Taclı xanımın gözləri dolur) çay dəmləyib içdik, istilədiyimz üçün mətbəxin nəfəsliyini açdıq, yadımızdan çıxıb örtmədən yatmışıq.
    Səhər oyananda (Allah mənim canımı alsın) işə tələsdiyim üçün çaydanda galmış suyu isitdim, çaydanın içinə baxmadım. Çox güman ki, kərtənkələ axşam nəfəslikdən keçib çaydanın lüləyindən içinə girib.
    Artıg mənə olan olub, Lalə yox, ailəmin ölümünə mən səbəbkaram. Gedək, azad edək, səhv etdiyimi deyim, ayağına düşüb yalvarım, məni bağışlasın.
    – Daha gecdir, Taclı xanım. Lalə bacı bu gecə kameradan özünü asıb, bu məktubu da sizə yazıb.
    – Aman Allah, daha bir zərbə. Bu nə həyatdır, ikinci dəfə tələskənliyim ucbatından sevdiyim insanı itirdim (Taclı xanımın ürəyi gedir).
    Bir azdan ürək dərmanı və sərin su ilə polis rəisi Taclı xanımı ayılda bilir.
    Həm polislərin, həm də Taclı xanımın şübhələnməsindən heyfsilənib, Lalənin susmasından çox pis olduglarından danışdılar. Polis rəisi ev sahibəsinə bir daha başsağlığı verib getdi.
    Taclı xanım pəncərənin garşısında Lalənin son məktubunu oxumağa başladı: «Düz on il bundan əvəl, vaxtı ilə sevib evləndiyim həyat yoldaşım hər gün məni və oğlumu içib düydüyü üçün dolana bilmirdik. Bir dəfə içib məni döyəndə oğlum nə qədər çalışsa da, məni onun əlindən ala bilmədi. Keçib mətbəxdən bıçağı gətirib, atasını bıçaqlayıb öldürdü. Məhkəmə də cavanlığına, məni müdafiə etməyinə gürə 10 il iş verdi. Sizin evdə işə düzələndə bütün bunları gizlətmişdim ki, heç bir ailə tanımadığı və başına bu cür hadisə gəlmiş insanı işə gütürməz. Həmin gün – sizə yalan danışdığım gün oğlum həbsdən azad olacagdı, o sürprizim isə övladımı sizin yanınıza gətirərək hər şeyi danışacagdım. Bilidim ki, məni qəbul edəcəksiniz. Lakin həmin axşam oğlumu içəridə öldürdülər. Artıq yaşamağın mənası yox idi. Gəlmişdim sizinlə sağollaşıb ayrılım, gedib özümü öldürüm. Lakin bu faciədən sonra sizə dəstək olmaq üçün yaşamağa məcbur idim. Axı siz mənə həyat vermişdiniz. Mən sizin ailənizi öldurməmişəm. Bilirəm, bəlkə fikirləşəcəksiniz ki, azadlığa çıxa bilməyəcəyini anlayıb üzünü öldürdü, bu məktubla özünü quruya çıxardır. Lakin and olsun ki, bizi yaradana, o on il dəmir barmaqlıqlarda qalıb öldürülən balamın goruna, mən sizin ailənizi öldürməmişəm. Haqqınızı halal edin. Sizi çox sevən Lalə».
    Pəncərəyə düşən yağış damlalar pəncərədə, göz yaşları isə Taclı xanımın solğun yanağında iz qoyurdu….

  • Debüt: Əziz MUĞANİ (Saatlı).Yeni şeirlər

     

    TƏRCÜMEYİ-HAL

    Əziz Muğani (Əzizli Əziz Zakir oğlu) 1991-ci il fevral ayının 28-də Saatlı rayonunun Qaracalar kəndində anadan olub.1997-ci ildə Qaracalar kənd orta məktəbinin birinci sinfinə daxil olub.2008-ci ildə həmin məktəbi bitirib.Həmin il Sumqayıt Dövlət Universitetinin Kimya və Biologiya fakültəsinə qəbul olub.
    Ədəbiyyata, poeziyaya dərindən maraq göstərir.İlk şeirlərini də məhz altıncı sinifdə ikən qələmə alıb. Tələbəlik illərində xalq şeiri üslubunda yazdığı şeirləri ali təhsilini davam etdirdiyi Sumqayıt Dövlət Universitetinin yeganə mətbu orqanı olan “Sumqayıt Universiteti” qəzetində, Bakı şəhərində “Sözün sehri” qəzetində, müxtəlif Ədəbiyyat, o cümlədən Mədəniyyət və Ədəbiyyat portalında dərc olunub.Hal-hazırda “Gənc Yazarlar” Ədəbi Birliyinin üzvüdür.”Sumqayıt Universiteti” qəzeti ilə əməkdaşlığını davam etdirmkədədir.
    Gənc ədib Əziz Muğani Elvin Babayev, Kənan Aydınoğlu, Elçin Əlizadə, Təhmasib Azad, Elşad Qarabaği, Raciv Rəcəbov, Kamran Nizami, Zaur Murad, Fuad Əzizov ilə sıx dosltuq əlaqələrini davam etdirməkdədir.
    Gənc yazar Əziz Muğani müxtəlif mövzuda poeziya örnəklərinin ərsəyə gətirib.Hər bir yazarın yaradıclığında
    ( istər heca, istərsə də əruz vəzni) vəznin hər hansı birinə üstünlük verilməsi ilə əladər olaraq, ədəbiyyatda uğur əldə etdiyi kimi, Əziz Muğani də bu ənənəyə sadiq qalaraq ədəbiyyatın geniş imkanlarından istifadə edir.Yaradıcılığında xalq şeirinin müxtəlif janrında yazdığı ədəbi nümunələr gənc yazarın xalq şeirini mənimsəməsindən, dərindən yiyələnməsindən irəli gəlir.
    Azərbaycan Aşıq Ədəbiyyatında “Məhəbbət şeiri” adı ilə paralel işlənən və XVIII əsrdə İntibah şairi Molla Pənah Vaqifin “Qafiyə” adlandırdığı, Aşıq Ələsgər tərəfindən cilalanaraq yenidən ərsəyə gələn qoşma Əziz Muğaninin yaradıclığının əsasını təşkil edir.Qoşmalarında dilə yatımlı ifadələrin sadə və anlaşıqlı dildə yazılması, bənzətmələrin bolluğu, bədii təsvir və ifadə vasitələrinin yerli-yerində istifadə etməsi gənc yazarın ədəbi-bədii ideya istiqamətinin doğru müəyyən olunduğunu bir daha göstərir.

    Kimə deyək dərdimizi ?!

    Sərhəd yoxdu indi yaşda
    Tük tapılmaz cavan qaşda
    Moda olub papağ başda
    Kimə deyək dərdimizi ?!

    Gözlər hiylədən doliubdu
    Üzlər saralıb, solubdu
    Yaltağlıq hünər olubdu
    Kimə deyək dərdimizi ?!

    Abır, həya üzdən düşüb
    Hər kəlmədən ,sözdən düşüb
    “Kişi sözü” gözdən düşüb
    Kimə deyək dərdimizi ?!

    Kölə kimi görünürük
    Bir palaza bürünürük
    Adət deyib sürünürük
    Kimə deyək dərdimizi ?!

    Quzu dadı qaldı balda
    Qurd pərişan, gör nə halda?
    Çoban öndə ,alim dalda
    Kimə deyək dərdimizi ?!

    Düşündükcə qocalacağ
    Düşünməsə alçalacağ
    Başda fikir saçağ-saçağ
    Kimə deyək dərdimizi ?!

    Sevgi yalan, hislər yalan
    Pulla eşqi çoxdu alan
    Budur qəlbi dərdə salan?
    Kimə deyək dərdimizi ?!

    Arzu böyük, ömür qısa
    Sonu gedir qəmli yasa
    Ağıllı yox qulaq asa
    Kimə deyək dərdimizi ?!

    …MƏZAR YERİYMİŞ!

    Bir ömür mənimlə gəzib, dolanıb
    Sən demə tənhalıq mənə yar imiş
    Təəsüf , mən bunu gec anlamışam
    Sevənin iş gücü ahu-zar imiş

    Oxşarın gülləri dibdən biçərdim
    Desəydin zəhərdi yenə içərdim
    Gözünə yol tapıb bəlkə keçərdim
    Qəlbinin yolları yaman dar imiş

    İçində yer tutmaq dedin bahadı
    Nə biləydim qəlbin bazar kimiymiş
    Gözlərin keçilməz, sıldırım qaya
    Ürəyin eşqimə məzar yeriymiş

    DOĞRU KİMDİ, YALAN KİMDİ?

    Qar istəyir rəng ayazdan
    Cansız geyir bu bəyazdan
    Çoxu keçir lap dayazdan
    Bəs dərinə dalan kimdi?

    Ayna baxır düz gözünə
    Dil də çaşıb bu sözünə
    Aşiq deyir öz-özünə
    Məni məndən alan kimdi?

    Biri gedib gəzib deyir
    Biri vurub əzib deyir
    Məncə hamı bezib deyir
    Məni dərdə salan kimdi?

    Hamı baxır göydə qata
    Yol axtarır gedib çata
    Fani olan bu həyata
    Gələn xeyli, qalan kimdi?

    Mərdə namus bir at yalı
    Namərdlərin yüzdü halı
    Durma, Şair, ver sualı
    Doğru kimdi? yalan kimdi?

    DEDİM, DEDİ

    Dedim: tər qönçələrin vurğunuyam
    Dedi: tikanlarım qan edər səni.
    Dedim: bağbanam, illər yorğunuyam
    Dedi :bacarmazsan, ölərsən yəni.

    Dedim: röyyada dün əl-ələ idik
    Dedi: yuxu heç eylədi arzumu
    Dedim:daşlara da bir ürək çəkdir
    Dedi: şərdi bu yuxunun yozumu

    Dedim: sən ahusan, mənsə səyyadın
    Dedi: ceyran ovuna var qadağa
    Dedim : nişan alsam çıxacaq adın
    Dedi: aman, əl atma yar yasağa

    Dedim: gözlərimin nurusan mənim
    Dedi: azdır, olmalıyam qarəsi.
    Dedim: mən aşiqinəm , ol məlhəmim
    Dedi: dərdin mən deyilən çarəsi

    Dedim: gəl sevənə zülüm eyləmə
    Dedi: eşqdə görməliyəm vəfasın
    Dedim: canan, qəm üstə qəm ələmə
    Dedi: aşiq, çəkməlisən cəfasın

    Dedim: ehh… hər şeyimi böləcəkdim
    Dedi: getmə dayaan, naz eylədim.
    Dedim: zalım, bir azdan öləcəkdim
    Dedi: mən nazı hələ az eylədim.

     

  • Debüt: Elvin BABAYEV (Cəlilabad).Yeni şeirlər

     

    TƏRCÜMEYİ-HAL

    Babayev Elvin Mirkəlam oğlu 1990-cu il sentyabr ayının 11-də Cəlilabad rayonunun Mikayıllı kəndində anadan olub.Bakı şəhərində Kimya-Biologiya təmayüllü internat tipli liseyə qəbul olub.2008-ci ildə həmin liseyi bitirib.2008-2012-ci iləldə Sumqayıt Dövlət Universitetinin Kimya və Biologiya fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb.2012-2013-cü illərdə ordu sıralarında hərbi xidmətdə olub.
    Ədəbiyyata, poeziyaya maraq göstərir.İlk şeirini 2002-ci ildə qələmə alıb.”Məhəbbət” adlanan həmin şeir bir bənddən ibarət olub.Tələbəlik illərində həm şeirləri, həm də məqaləsi Sumqayıt şəhərində “Sumqayıt Universiteti”,“Sözün sehri” qəzetlərində, müxtəlif Mədəniyyət və Ədəbiyyat portalında dərc olunub. Xalq şeiri üslubunda, həm də klassik üslubda ədəbi-bədii nümunələr ərsəyə gətirir.
    Gənc ədib Elvin Babayev ədəbi-bədii yaradıcılığında daha çox qəzəl janrında yazılan şeirlərə üstünlük verir.Digər gənc yazarlar kimi, Elvin Babayevin də yaradıcılığında həm ictimai-siyasi, həm əxlaqi-fəlsəfi şeirlər, həm də məhəbbətin tərənnümünə həsr olunmuş şeirləri var.

    YENƏ

    Yenə məhəbbətim qaldı havada,
    Gözlədim, gözlədim yerə düşmədi.
    Axı mən yerdəyəm göylə davada,
    Bəlkə yerlə göy heç görüşmədi?!

    Bunun da qəlbinin qapısı bağlı,
    Kim görüb çilingər qismində məni?!
    Uzaqdan sevilmək deyil maraqlı,
    İstərdim cismində yaşatsın məni.

    Mən həsrət ilə boğulmaqdayam,
    Kaş o gözlərinə bir də baxaydım.
    Ölürəm, yenidən doğulmaqdayam,
    Qan doğulub ürəyindən axaydım.

    YALNIZLIQ

    Zamanın oduna mən də yanmışam,
    Eşq alovunda alovlanmışam.
    Çoxdandı getmisən indi qanmışam,
    Yalnızlıq nə yaman çətinmiş məgər?!

    Gedirəm yollarım ucsuz-bucaqsız,
    Sevgi niyə gəlir sorğu-soraqsız?!
    İnsan da yanarmış odsuz-ocaqsız,
    Yalnızlıq nə yaman çətinmiş məgər?!

    Kaş gözəlim indi qarşıma çıxsan,
    Mən də karıxsan, sən də karıxsan.
    Anlaya bilərsən bəlkə darıxsan,
    Yalnızlıq nə yaman çətinmiş məgər?!

    Kaş bu yol bitəydi, gözəlim, səndə,
    Səninçün ağardı saçımda dən də.
    Necə xoşbəxt idik deyib-güləndə,
    Yalnızlıq nə yaman çətinmiş məgər?!

    Döndərməz qayalar, sildırım məni,
    Elə bil vurubdur ildırım məni.
    Yıxılsam, dostlarım, qaldırın məni,
    Yalnızlıq nə yaman çətinmiş məgər?!

    Mən aya baxıram ruhum yüksəlir,
    Ay da mənə baxır yazığı gəlir.
    Sadəcə sevərək ayrılan bilir,
    Yalnızlıq nə yaman çətinmiş məgər?!

    Getsən də, gözəlim, çox uzaqlara,
    Demədim, eşq hara, bu ELVİN hara?!
    Dözdüm, düşünsəm də mən qara-qara,
    Aşiqlər nə qədər mətinmiş məgər,
    Yalnızlıq nə yaman çətinmiş məgər?!

    DƏYMƏZ

    Fələk istədiyin eyləyib edər,
    Qadası, özünü yormağa dəyməz.
    Onsuz da yumrudu fırlanıb gedər,
    Dünya arxasında durmağa dəyməz.

    Həyatda mən də çox risqə girmişəm,
    Birini yazanda, birin silmişəm.
    Vaxtımı itirib bir şey bilmişəm,
    Yalançı xəyallar qurmağa dəyməz.

    Allaha söz demək qula yaraşmaz,
    Yoxsa ki, o qəlbin vurmağa dəyməz.
    Sevənləri hissləri sözə sığışmaz,
    Sevgini sevəndən sormağa dəyməz.

    HƏSRƏT

    Yandırdı nə yaman həsrətin məni,
    Çəkdiyim bu hisslər eşqdir, ya nədir?!
    Mən niyə demədim bircə kəlməni,
    Bəlkə dalaşmağa bir bəhanədir?!

    İnsanlar dalaşıb ayrı qalanda,
    Həsrətdən sevgini duya bilərmiş.
    Qəlbində əbədi ilk eşq olanda,
    Başqasın göz yaşın yuya bilərmiş.

    Həyatım dəyişdi bir an içində,
    Ayrılıq ruhumu alırmış demək.
    Təkdisə, bölünməz, ayrılmaz bildim,
    Qəlb özündən ayrı qalırmış demək.

     

  • Əziz MUSA.Yeni şeirlər

     

    YAZ  GƏLİB

     

    Yurduma yaz gəlib, gülür təbiət,

    Təzə nəfəs gəlib, təzə can gəlib.

    Çəkilib çöllərdən soyuq qar, duman,

    Gəzməli, görməli bir dövran gəlib.

     

    Çıxıbdı çəmənə nazlı gözəllər,

    Qonub dil, dodağa şirin qəzəllər,

    Bəzənib dağ-dərə, sevinir ellər,

    Dağların qoynuna tar, kaman gəlib.

     

    Dönübdü cənnətə yaylaqlar indi,

    Çöllər könül açır, hava sərindi.

    Sellər-sular yuyur bərəni, bəndi,

    Əlində çomağı Xan Çoban gəlib

     

    Bir yanda əbəlik, bir yanda yarpız,

    Gəlibdi bulağa neçə gəlin, qız,

    Göndüz günəş gülür, gecə ay, ulduz,

    Həyat gözəlləşib, xoş zaman gəlib.

     

    Bülbül nəğmə qoşur çiçəyə, gülə,

    Suların bəstəsi düşübdü dilə.

    Açılıb bənövşə, nazlanır lalə,

    Yaz gəlib, hər dərdə min dərman gəlib.

     

    Nəğmələr bürüyüb bağçanı, bağı,

    Şiçəklər bəzəyib dərəni-dağı.

    Sizinlə görüşə bu bahar çağı,

    Əziz Musa adlı bir ozan gəlib.

     

    YAZ  GECƏSİ

     

    Ruhumu oxşayır həzin duyğular,

    Vurullam dünyanın yaraşığına.

    Gecələr həmdəmim ulduzlar olar,

    Gündüzlər çıxaram gün işığına.

     

    Sübh tezdən oyanar güllər, çiçəklər,

    Yığaram gözümə naxışı, rəngi.

    Baxaram dağlara könlüm çiçəklər,

    Dönər tamaşaya hər gül çələngi.

     

    Arzular, istəklər sığışmaz yerə,

    Xəyallar dolaşar yeddinci qatı.

    Açar göy qurşağı təzə pəncərə,

    Bir meh də dəyişər neçə ovqatı.

     

    Üfiqlər bənzəyər şəfəq ləkinə,

    Ürəyim köklənər yaz havasıyla.

    Pisliklər çəkilər yerin təkinə,

    Arılar oyanar naz havasıyla.

     

    Dünya gözəlləşər ilıq nəfəslə,

    Bu sevgi torpağa, daşa da çatar.

    Bülbül nalə çəkər yanıqla səslə,

    Bu yaz gecəsində aşiqmi yatar?

     

  • Əziz MUSA.Yeni şeirlər

     

    GÜL BAĞINDA

    Təbiət ruhuma sığal çəkəndən,
    Yaman vurulmuşam bu yaşıl bağa.
    Ürəyim darıxır gül-çiçək üçün,
    Əlvida demişəm mən tənhalığa.

    Güllər unutdurub dərdi-sərimi,
    Gözəldi yurdumun təmiz havası.
    Saf sular duruldur fikirlərimi,
    Çəkilir qəlbimin ağrı, acısı.

    Mən burda tapmışam rahatlığımı,
    Şirin layla çalır əsən meh, külək.
    Gəzib dolnıram bağça, bağımı,
    Sevinclə döyünür sinəmdə ürək.

    Hər bulaq bir təzə nəğmə oxuyur,
    Ayağım altında xalıdı çəmən.
    Sübh şehi güllərin üzünü yuyur,
    Bənövşə nazlanır, gülür yasəmən.

    Gözəllik uyuyur Vətən bağında,
    Qəlbimdən, könlümdən həsrət çəkilir.
    Bu güllü-çiçəkli bahar çağında,
    Ürəyim gül açır, sözlərim gülür.

    BƏNÖVŞƏ

    Səni gördüm Vətən düşdü yadıma,
    Göz açmısan ilk baharda, bənövşə.
    Qəriblik də bir zülümdü adama,
    Mənəm qalan intizarda, bənövşə.

    Ayrılığın üzü buzdan betərdi,
    Utancaqlar kol dibində bitəndi.
    Çəkmək olmur bu həsrəti, bu dərdi,
    Sən hardasan, cör mən harda, bənövşə.

    Gün vurduqca zirvə qarı xallanır,
    Bulaqların təmiz suyu ballanır,
    Lalələrin al yanağı allanır,
    Çəkiləcək qalan qar da, bənövşə.

    Həsrətindən oda yanıb çox aşiq,
    Çöl-çəmənə sən olmusan yaraşıq.
    Ikimiz də boynu bükük qalmışıq,
    Mən qürbətdə, sən də orda, bənövşə.

    Əziz Musa qurban olsun boyuna,
    Düşmən salıb bizi qanlı oyuna.
    Necə gəlim harayına, hayına,
    Mən düşmüşəm sənsiz oda, bənövşə.

  • Təranə ŞƏMS.Yeni şeirlər

    ÖZ GÖZÜNƏ BAX

    Qəmli baxışların o gözü süzüb
    Məni xatırlayanda öz gözünə bax!
    Mənim gözlərimi öz gözünə tax
    Gözünə gözümün kölgəsi düşüb.

    Gözlərin könlümü yandırıb yaxar
    Buludlar toqquşar şimşəklər çaxar
    Həsrətli qəlbimə bir işıq axar,
    Bax sən gözlərimə, tap sən özünü.

    Gözlərim nə deyir kaşki biləydin
    Kölgəyə dönüb sən kaşki itəydin.
    Bitəydin qəlbimin dərinliyində
    Viranə könlümü kaşki tikəydin.

    21. 04. 2013.

    GÖRMÜŞƏM

    Həqiqəti söyləyib, gəlin deyim sizlərə
    Bu yaşamsız dünyada,nələr, nələr görmüşəm.

    Haqqsızlıqla haqlının,haqqına zəhər qatıb
    Diz çökdürüb önündə,necə əzən görmüşəm

    İblis nadan əl – ələ,düzü düzdə aldadıb
    İşlədiyi əməllə,dikbaş gəzən gömüşəm.
    Çox yazaram mən hələ,daha nələr görmüşəm

    Öz elimİ obamda qaçqın köçkünə dönüb,
    Millətimə dərd olan faciələr görmüşəm.
    Dərdlərimlə cahana,sığmaz oldum bilin siz
    Tarixi yalan yazan deyin görüm kimsiniz?
    Kimliyini unudub,bir az osan, bir az bu
    Öz kökünə qurd salan, bir xainsən, xəbissən
    Deyirəm ki, bilin siz!

    21. 04. 2013.

  • Debüt: Elçin ƏLİZADƏ (Cəlilabad).Yeni şeirlər

     

    TƏRCÜMEYİ-HAL

    Elçin Əlizadə (Əlizadə Elçin Oqtay oğlu) 1991-ci il yanvar ayının 10-da Cəlilabad rayonunda anadan olub.1997-ci ildə İbtidai təhsilini Biləsuvar rayoununda almışdır.Sonrakı illərdə orta təhsilini Bakı şəhərindəki 81 saylı orta məktəbdə davam etdirmişdir.2008-2012-ci illərdə Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb.2012-2013-cü illərdə ordu sıralarında hərbi xidmətdə olub.
    Ədəbiyyata, poeziyaya erkən yaşlarından maraq göstərir.Dövri mətbuatda ara-sıra şeirləri ilə çıxış edib. Tələbəlik illərində şeirləri “Sumqayıt Universiteti”, “Sözün sehri”, “Möhtəşəm Azərbaycan” qəzetlərində, müxtəlif ədəbiyyat, o cümlədən Mədəniyyət və Ədəbiyyat portallarında çap olunub.Sumqayıt Dövlət Universitetinin elmi məqalələr toplusunda Müasir Azərbaycan dili və Ədəbiyyatı sahəsində məqalələri dərc olunub.Hal-hazırda “Gənc Yazarlar” Ədəbi Birliyinin üzvüdür.

    BİZİMKİ DƏ BELƏYMİŞ

    Heç bilmirəm nə üçün,
    Darıxmışam səninçün.
    Ağlayıram sakitcə,
    Yaş axır bircə-bircə.

    Bəlkə də unutmusan,
    Mənli xatirələri?!
    Bəlkə də unutmusan,
    Eşq dolu sətirləri?!

    Səndən tək istədiyim,
    Hərdən xatırla məni.
    Sevgi dolu qəlbində,
    Möhkəmcə saxla məni.

    Üzülmə canım-gözüm,
    Bizimki də beləymiş.
    Demə vüsal da hərdən,
    Hicrana baş əyərmiş.

    DAŞIN DA VAR SEVGİSİ

    Küləklərmi sovurdu,
    Qəlbindəki sevigini?!
    Arzularınmı yordu,
    Arzu dolu qəlbini?!

    Söylə, bu kainatda,
    Varmı sənin kimisi?!
    Daşdanmı yaranmısan,
    Daşın da var sevgisi?!

    İnan, qaça bilməzsən,
    Məhəbbətin gözündən.
    Çünki sən çox gözəlsən,
    Məhəbbətin özündən.

    Səni hər an yaşatdım,
    Gözümdəki damlada.
    Sənə heyran qalıbdı,
    Gözümdəki damla da.

  • Qiymət MƏHƏRRƏMLİ.Yeni şeirlər

     

    Bu qatar…

    Bir səhər yolunu kəsəcək qatar,
    Bir səhər səmtini dəyişəcəksən.
    Bir kərə minmişdin gedəsən deyə,
    Mənzilə çatmamış sən düşəcəksən.

    … Bu yaşıl qatara əl edəcəksən,
    … Fit səsi xəyaldan alacaq səni.
    … Bələdçi biletsiz sərnişin bilib,
    … Vaqondan bayıra salacaq səni.

    Gözünün yaşından xəbərsiz olar, –
    Qatarın içində gedən adamlar.
    Bəlkə heç Tanrı da vecinə almaz,
    Qatarından qalan neçə adam var.

    Ha boylan, ardınca köksünü ötür,
    geriyə qayıtmaz, dönməz o qatar.
    Uzaqdan-uzağa çəkib içini,
    O qatar könülsüz sevgiyə batar…

    ***

    Hər yandan ətir yağır,
    Hər yandan gözəl baxır.
    Nə cür seçim mən fağır
    Gözəllər gözəlini?!

    Düz yolum olub yoxuş,
    Gözüm, yollardan yığış.
    Mənə qalan bir baxış,
    Odla məntək dəlini!

    Əl gedib, ətək qalıb,
    Arısız pətək qalıb.
    Ney susub, tütək qalıb,
    Çal qəlbimin telini!

    Məlhəm eylə yarama,
    Nakamam – yetim kama.
    Məndə sevgi arama,
    Ay özgənin gəlini!

  • İbrahim İLYASLI.Yeni şeirlər

     

    TANIŞLIQ

    Kimə nə, kiməm, nəçiyəm?-
    Hər gələn baxır, adamam.
    Dünyanın ən bəd əməli
    Adamdan çıxır – adamam.

    Göyə tor atan deyiləm,
    Yerdə qarsatan deyiləm.
    Nə vurub-tutan deyiləm,
    Nə elə fağır adamam.

    Sinəm – qalxan, dilim – süngü,
    Qəddim – ağac, əllərim – gül.
    Mən dumandan, çəndən yüngül,
    Mən dağdan ağır adamam.

    Doğranıram budaq–budaq,
    Tökülürəm yarpaq–yarpaq.
    Mən kefi kök, damağı çağ,
    Mən könlü yağır adamam.

    Haqqın görkü – ODam, SUyam.
    Haqqa varan bir yolçuyam.
    MƏNəm, SƏNəm, Oyam – buyam,
    Adamam, axır, adamam.

    KEÇİR

    Hər oyun dildən başlayır,
    Hər əməl təpərdən keçir.
    Başı bacadan girənin,
    Ayağı çəpərdən keçir.

    Fərman verir dağa, daşa
    Qışdan yaza, yazdan qışa.
    Qaydadı – hamıdan başa
    Başını tərpədən keçir.

    Hər ağızda tamah dişi,
    Düşür üçü, çıxır beşi.
    Dünyanın ən böyük işi,
    Bələkdə körpədən keçir.

    Göy kişnəyir nərə-nərə,
    Yer yarılır birdən-birə.
    Sözlülər keçməyən yerə,
    Keçənlər törpüdən keçir.

    İl olunca gün var, ay var,
    Hər şeydən hamıya pay var.
    Bu dünyada bircə çay var,
    Hamı bir körpüdən keçir.


  • Baloğlan CƏLİL.Yeni şeirlər

     

    ÖMÜRLÜK SÜRGÜN

    Səhərdən axşama qaçıram elə,
    Deyirəm, mən də bir ağ günə çıxım.
    Tutum ağ günlərin ağ əllərindən
    Şükürlər içində sağ günə çıxım.

    Mən özüm dünyada bir gün görmədim,
    Gözlərim yol çəkdi o gündən ötrü.
    Dedim, uşaqlara bir gün ağlayım,
    Yaşadım ,ölmədim o güldən ötrü.

    Məni uzaqlara aparan mənim
    Qara buludlarda bir Gün kimidi.
    Vətənsiz bir ömrə ömür demərəm,
    Qürbət də ömürlük sürgün kimidi.

    Bu dünya -evimdə mənim tək hanı
    Vətəndə sərsəri,qürbətdə qərib.?!
    Könlünə dəydiyim o gözəl pəri
    Yenə göz yaşını mesaj göndərib.

    Səhərdən axşama qaçıram elə,
    Gecələr yatıram dərdi-sərimlə.
    Hər sabah Günəşin çəkib şəklini
    Asıram evimdə öz əllərimlə.

    Unudulmaz məktub

    Gəl bu gün səninlə biz uşaq olaq,
    Tutaq əllərindən keçən günlərin.
    Dəftər varağını yenə dörd büküb,
    Sənə unudulmaz məktub göndərim.

    Birdən qaçıb gedək çay qırağına
    Oynaşaq qumların üzərində biz
    İsti yanaqların qızarib yansın,
    Yerdə öpüşəndə ləpirlərimiz

    Sonra o qumları sığallayaraq,
    Bir ürək şəklini cız barmağınla.
    Süzüb o ürəyi sən bədahətən,
    Altından adımı yaz barmağınla.

     

  • Kəmaləddin QƏDİM.Həyatı və Yaradıcılığı

     

    Kəmaləddin Qədim 1957-ci il may ayının 24-də Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda anadan olub.İxtisasca Tarixçidir.
    Ədəbiyyata, poeziyaya erkən yaşlarından maraq göstərir.Dövri mətbuat səhifələrində şeirləri ilə çıxış edib.Şeirləri Azərbaycan Yazıçılar Birliyinin ədəbi orqanları “Azərbaycan”, “Ulduz” jurnallarında, müxtəlif ədəbiyyat, o cümlədən mədəniyyət və ədəbiyyat portallarında dərc olunub.Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.Azərbaycan Respublikasının Prezidentinin Təqaüd Fondunun təqaüdçüsüdür.Şeirləri Azərbaycan türkcəsindən Türkiyə türkcəsinə tərcümə olunub.
    Kəmaləddin Qədim bir neçə Beynəlxalq Poeziya Mükafatları laureatıdır.Bu günə qədər altı şeir kitabı işıq üzü görüb

     

    Bilmişəm
    Dünya, zavalını bulub gedirəm,
    Nəyi bilmişəmsə, boşa bilmişəm.
    Helmindən ikimi alıb gedirəm,
    Çox da ki, elmini beşə bilmişəm.
    *
    Elə keçmişəm ki, bu yol, bu səki,
    Məndən inciməsin , küsməsin təki.
    Düşüb də sehrinə, kölgəsindəki
    Beş – altı ağacı meşə bilmişəm.
    *
    Ən gözəl sözü də öpüləndə yox,
    Şabaş tək başlara səpiləndə yox,
    Zornan gözlərimə təpiləndə yox,
    Yatanda sinəyə, döşə , bilmişəm.
    *
    Keçib vaxtdan keçən, vədədən keçən
    Anadan doğulan, dədədən keçən.
    Ağıldan keçən yox, mədədən keçən
    Ən kəsə yol imiş başa, bilmişəm .
    *
    Bu tordan, tələdən, qarmaqdan belə,
    Dərs aldım saralan yarpaqdan belə.
    Nədən yapışmışam torpaqdan belə,
    Nədən sığınmışam daşa, bilmişəm…
    15 dekabr 2012
    Gedək özümüzə bir gün ağlayaq
    Bu qədər yaşadıq , həvəsdi, bəsdi,
    Burdaca bağlansın bu kitab, gedək.
    Zamanmı gecikdi, bizmi tələsdik,
    Nə fərqi, çəkilsin haqq- hesab, gedək.
    *
    Daha nə işimiz bir başqasınnan
    Mənim gördüyümü sən görmədinmi?
    Öyrənib bir qara qarışqasınnan,
    Necə ürətilir dən görmədinmi?
    *
    Gedək özümüzlə qalaq baş- başa,
    Qurtarsın, bitsin bu sürgün, ağlayaq.
    Burda yiyə durmur qardaş-qardaşa,
    Gedək özümüzə bir gün ağlayaq.
    *
    Hər günü əhləddi başa toxunan,
    Şərin gur yeridi, şölən yeridi.
    Bura arzuların daşa toxunan,
    Bura ümidlərin ölən yeridi.
    *
    Namərd körpüsüdü hər addım başı,
    Qoy alıb aparsın sel bizi, gedək.
    Sındırdım ürəyi, ucaltdım başı,
    Dedim, qınamasın el bizi, gedək.
    *
    Hələ ki, cavandı işğalın yaşı,
    Hələ göyərməyib sinədə dağlar.
    Tutub yaxamızdan bir gün, qardaşım,
    Şuşanı bizlərdən soruşacaqlar…
    *
    Gəl də bu çarəsiz gecədən çıxıb,
    Gəl də bu ümidsiz sabahdan gedək.
    Deyirsən, nə çıxır, gecədən çıxır,
    Nə olar, lap elə sabahdan gedək.
    *
    Gedək özümüzlə qalaq baş-başa,
    Qurtarsın, bitsin bu sürgün, ağlayaq.
    Nə sülhə meydan var, nə də savaşa,
    Gedək özümüzə bir gün ağlayaq…
    16-18 dekabr 2012
    Adamı
    Necə qələm çəkib , gör qələm çəkən,
    Adam heyran edib, heyran, adamı.
    Elə ustasından, yaradanından,
    Baxıb öyrənsinlər deynən adamı.
    *
    Gör necə sığala, darağa çəkib,
    Nur da öz nurudu yanağa çəkib.
    Halalnan, haramnan sınağa çəkib,
    Yoxlayıb şərbətnən, meynən adamı.
    *
    Boşu boş, dolunu dolu yaradan,
    Ədəbi, ərkanı, yolu yaradan.
    Deyirəm bəlkə də, Ulu Yaradan,
    Özünə bənzədib eynən adamı ?…
    *
    Yoğrul torpaq ilə, bərki daş ilə,
    Oxşan da, sevil də gözlə-qaş ilə.
    Belə ayırmazlar əyin-baş ilə,
    Seçməzlər maşınnan, öynən adamı.
    *
    Bu kimdi təriflər yağır başına,
    Alın tərifləri çaxın başına.
    Belə qaldırmazlar dağın başına,
    Belə gəzdirməzlər göynən adamı…
    *
    Nəyini ötürdün, tutdun nəsindən,
    Bu dünya çoxdumu son nəfəsindən?
    Bu boyda adamlıq mərtəbəsindən,
    Gör nəynən salırlar, nəynən adamı?…
    19-20 dekabr 2012
    İçimə
    Mənə dos-doğmadı bu kədər, bu qəm,
    Qənim kəsilmişəm müdam içimə.
    Elə divan tutub, zülm eyləmişəm,
    Elə bil ögeyəm, yadam içimə.
    *
    Bu dünya boşalıb gedəndən bəri,
    Gözümü yaş alıb gedəndən bəri,
    Alanı baş alıb gedəndən bəri,
    Bir batman yük olub qadam içimə.
    *
    Soyuqdu, bumbuzdu varlığı, neynim,
    Asılıb yaxamdan yarlığı, neynim,
    Bitib, tükənmədi darlığı, neynim,
    Neynim, bənzəmədi bu dam içimə.
    *
    Hələ Qarabağım, gözüm, qaradı,
    Qaradı, bu çarə, çözüm qaradı.
    Hələ ki, yanında üzüm qaradı,
    Nə üzlə çıxıram adam içinə?…
    25 dekabr 2012
    Gələndi
    Kimdi ki, nədi ki, adam deyilən,
    Vardan çıxıb gedən, yoxdan gələndi.
    Nəyin seviləndi, nəyin öyülən,
    Nəyin var taledən, baxtdan gələndi.
    *
    Saçında bu qırov, dən qazandığın,
    Üstümdə bu duman , çən qazandığın.
    Günahlar, savablar sən qazandığın,
    Hökmlər zamandan, vaxtdan gələndi.
    *
    Al da qadasını elə bu dərdin,
    Qoyma səsi çıxa çölə bu dərdin.
    Çiçəyi burnunda hələ bu dərdin,
    Bu qozbel, qartımış çoxdan gələndi.
    *
    Bu köhnə atandan, anandan gələn,
    Bu təzə dos-doğma balandan gələn.
    Üzün qırmızısı yalandan gələn,
    Sözün qırmızısı haqdan gələndi.
    *
    Daha ölç, daha biç dilindən çıxar,
    Çıxsa sənin deyil dilindən çıxan.
    Yaydan çıxıb gedir əlindən çıxan,
    Qarşına gələnlər oxdan gələndi…
    05 yanvar 2013
    İlkimiz bir, sonumuz bir…
    İlkimiz bir, sonumuz bir,
    Nə fərqi nə gözləndisə…
    Beş arşınlıq donumuz bir,
    Kəfənimiz bezdəndisə.
    *
    Bu tərəfi dar macaldan,
    O tərəfi dar məzardan.
    Behişti güllü-gülzardan,
    Cəhənnəmi közdəndisə.
    *
    Ömür deyən ağ şamdısa,
    Əriyəcək dağ, şamdısa.
    Axşamımız axşamdısa,
    Tezdənimiz tezdəndisə.
    *
    Nə suyumuz, nə havamız,
    Nə dərdimiz, nə davamız?
    El-obamız, yurd-yuvamız,
    Çölləndisə, düzləndisə…
    *
    Bu top, topxana deyilən,
    Gopmuş, gopxana deyilən.
    Ha yap, yapxana deyilən
    Bir quruca sözdəndisə.
    *
    Keçmə, bu çay dizdən deyil,
    Çox dərindi, üzdən deyil.
    Zülm eyləyən bizdən deyil,
    Zülm eyləməz bizdəndisə…

    05 yanvar 2013

     

  • İsmayıl MƏCİDLİ.Həyatı və Yaradıcılığı

     

    Məcidli İsmayıl Qəzənfər oğlu 1949-cu il okyabr ayının 6-da Xaçmaz rayonunun Seyidlilər kəndində müəllim ailəsində anadan olub.1969-cu ildə 3 saylı Bakı Tibb məktəbini, 1979-cu ildə Bakı Dövlət Universitetinin Biologiya fakültəsini bitirib.

    Ədəbiyyata, nəsrə erkən yaşlarından maraq göstərir.Dövri mətbuat səhifələrində sənədli hekayələri ilə çıxış edir.”Azad Qələm” ədəbi-bədii, ictimai-publisistik qəzeti ilə əməkdaşlıq əlaqələri saxlayır.

    Hal-hazırda Azərbaycan Milli Elmlər Akademiyasının Genetik Ehtiyatlar İnstitutunun böyük elmi işçisidir.Aqrar elmləri üzrə fəlsəfə doktoru, dosentdir.

     

     

    ALLAHIM, ÖLMƏK BELƏMİ OLUR?

    (sənədli hekayə)

     

    Torpaqlarımızın bütövlüyü uğrunda şirin canlarından keçən Vətən övladlarının ölməz xatirəsinə ithaf edirəm.

     

    1992-ci il idi. Azərbaycanın Qərb sərhədlərində ağır döyüşlər gedirdi. Respublikamızın dilbər guşəsi olan Qarabağ artıq ermənilərin əlində idi. Ermənilər Dağlıq Qarabağda özlərini rahat və təhlükəsiz hiss etmələri üçün ətraf bölgələri də işğal etmək fikrində idilər. Bir tərəfdən də Azərbaycan ordusunun cəbhə xəttindəki bir çox uğurlu əməliyyatları erməniləri çətin vəziyyətə salırdı və onlar daha da quduzlaşırdılar. Cəbhə bölgəsində vəziyyət hər an dəyişirdi.

    Məhz belə bir vaxtda əsgərliyə çağırıldı Elxan Sadəddin oğlu Rəhimov. O zaman onun heç 18 yaşı tamam olmamışdı. Orta məktəbi yenicə bitirmişdi. O da digər yaşıdları kimi təhsilini davam etdirib, vətəninə, elinə layiqli bir oğul kimi yaşamaq istəyirdi. Çox arzuları var idi Elxanın… Lakin zaman o zaman deyildi. Doğulduğu, boya-başa çatdığı Bərdə torpağının beş addımlığındaydı düşmən. Odur ki, bir an belə düşünmədən əsgərliyə getdi Elxan. Vətəninin belə dar günündə insanın öz gələcəyi haqqında düşünməsi yersiz olardı. Ürəyindəki arzuları düşməni torpaqlarımızdan qovub çıxarandan sonra da həyata keçirmək olardı. Hələ nə yaşı var idi ki…

    Əsgərlik həyatı 703-cü hərbi briqadanın 4-cü taborunun 3-cü bölüyündə başladı Elxanın. İlk vaxtlar Ağdam uğrunda gedən döyüşlərdə iştirak etdi. Papravənd və Güllücə kəndlərinin, sonralar isə Qarabağ ətrafı bölgələrin erməni təcavüzkarlarından azad olunması uğrunda döyüşlərdə fədakarlıqla vuruşdu. Bu döyüşlərdə qumbaraatanla düşmənin bir ədəd döyüş maşınını (PDM) sıradan çıxardı və fermada yerləşən atəş nöqtəsini susdurdu. Baş çavuş Elxan Rəhimov döyüşlərdəki cəsurluğuna görə neçə-neçə Fəxri Fərmanlara layiq görüldü…

    Lakin respublikamızın siyasi həyatında baş verən bir çox neqativ hallar ordumuzun da cəbhədəki uğurlu əməliyyatlarına öz mənfi təsirini göstərirdi. Ordu daxilində artıq qruplaşmalar, özbaşınalıqlar baş verirdi. Cəbhə xəttinə göndərilən dəstələr hazırlıqsız, təsadüfi adamlardan təşkil olunurdu. Odur ki, itkilərimiz hər gün artırdı. Bir sözlə orduda qayda-qanun tamam pozulmuşdu. Məhz bu səbəblərdəndir ki, 1992-93-cü illərdə Azərbaycan Xocavəndi, Xocalını, Şuşanı, Laçını, Kəlbəcəri, Ağdamı, Füzulini, Cəbrayılı, Qubadlını və Zəngilanı itirdi. Erməni işğalçıları Dağlıq Qarabağ ətrafı rayonları ələ keçirməklə, öz mənfur rahat və təhlükəsiz yaşama arzularını bir növ həyata keçirmiş oldular.

    Bütün bunlara baxmayaraq, cəbhədə döyüşlər səngimirdi. Elxanın döyüş yolu isə davam edirdi. İştah diş altındadır xülyası ilə ermənilər döyüş əməliyyatlarını daha da genişləndirirdilər. Artıq 1994-cü ilin yazı idi. Aprelin 12-də Elxangilin taboru səhər tezdən həyəcan siqnalı ilə hazırlıq vəziyyətinə gətirilərək  mövqelərimizə doğru gedirdi. Düşmən Tər-Tərin Marguşevan kəndi ərazisindəki mövqelərimizə Akop Kamari və Levonarx kəndləri istiqamətindən ağır texnika ilə hücuma keçmişdi. Dəstələrimizə köməyə gələn hərbi təyyarəmiz ermənilər tərəfindən vurularaq Çaylı kəndi ərazisinə salındı. Onun iki ekipaj üzvü səhvən ermənilər istiqamətinə gedərkən əsgərlərimiz onları xilas etdilər. Təqribən 2 saatdan sonra səngərlərimiz ermənilər tərəfindən minaatanlardan atəşə tutuldu.  Elxan  o anları belə xatırlayır:

    – Elə ilk dəqiqələrdə qumbaraatanla düşmənin bir tankını vurdum. Yoldaşlarım gözümün qabağındaca həlak olurdu. Sağ qalanlar isə yaralılara kömək edə bilmirdilər. Çünki düşmənin minaatanları buna imkan vermirdi. Çox çəkmədi ki, mən bir neçə yerimdən ağır yaralandım.  Qanaxmadan artıq taqətim qalmamışdı. Huşumu itirib səngərdə yerə yıxıldım. Elə o dəqiqə ürəyimdən bir sual keçdi: – “Allahım, ölmək beləmi olur?” Və elə bu anda anam sanki gözlərimin qabağından keçdi. O, ağlayırdı. Deyəsən yatmışdım. Anamın göz yaşları məni ayıltdı və dizlərimə güc verdi. Yaralı ayağımı səngərin divarına dirəyib güclə ayağa qalxdım və tibb işçilərinə tərəf getmək istəyəndə yenidən huşumu itirərək yerə yıxıldım…

    Gözlərimi açanda özümü ağxalatlı adamların əhatəsində gördüm. İstədim ayağa qalxım, tikişlərim açılmasın deyə qoymadılar. Bütün bədənim sarıqlı idi. Olanları xatırlaya bilmirdim. Heç demə mən ikinci dəfə huşumu itirərək yerə yıxılan zaman döyüş yoldaşım çavuş İmadi Musayev məni son anda çox çətinliklə olsa da, tibb işçilərinə çatdıra bilmişdir.

    Məni hospitalda təcili əməliyyat edib bədən üzvlərimi tikmişdilər. Gecələr özümü səngərdə hiss etdiyimdən bir neçə dəfə qışqırıb yerimdən durmuşam və bununla həkimlərin o böyük zəhmətlərini sanki puç etmişəm. Yaralarımın bütün tikişləri açılsa da fədakar tibb işçilərinin təkrar-təkrar inadlı səyləri nəticəsində mən həyata qaytarılmışam. Həkimlər üçüncü dəfə məni əməliyyat edərək çarpayıya sarıyırlar. Tibb işçilərinin əsil insani səbir və dəyanətlərinin, ülvi hisslərinin sayəsində uzun zamandan sonra mən ayağa qalxdım. Bədənimin müxtəlif yerlərində onlarla qəlpə gəzdirirəm. İndi II dərəcəli Qarabağ müharibəsi əliliyəm. Elimin-obamın gözəl bir qızı ilə ailə həyatı qurmuşam. Allahım burda da məni yaddan çıxarmayıb. Mənə ekiz övlad-oğlan və qız payı bəxş edib. Və mən indiki halımda çox xoşbəxtəm, məni həyata qaytarmış bütün insanlara-cəbhə yoldaşlarımdan tutmuş o fədakar tibb işçilərinədək hamıya, xüsusən də məni dünyaya gətirmış və heç zaman da tərk etməyən o ağbirçək anama çox borcluyam. Bizim o mənfur ermənilərlə davamız hələ bitməyib. Bütün bu illər ərzində ordumuz güclənərək daha da mətinləşmişdir. Bu yaxınlarda ordumuzun yaradılmasının 95 illiyinə həsr olunmuş hərbi parad bu hərbi gücün, qüdrətin, bu mətinliyin bariz nümunəsi kimi hər bir Azərbaycanlı övladının qəlbində qisas hisslərini daha da alovlandırır. Ali baş komandanımız demişkən:

    -“Azərbaycan güclü dövlətdir, çünki onun güclü ordusu vardır!”

    Hamı kimi mən də torpaqlarımızın mənfur düşmən tapdağından azad olacağına möhkəm inanıram və bu günü səbirsizliklə gözləyirəm. Ona görə də mən, illər keçsə də, hər gecə yuxularımda o yerləri gəzirəm və hər gecə özümü səngərlərdə döyüşdə hiss edirəm, hər gecə də dilimə o kəlmələr gəlir. O kəlmələr ki, məni labüd ölümün ağuşundan alaraq həyata qaytarmışdır:

    -“Allahım, ölmək beləmi olur”.

     

    Bakı , iyun, 2013-cü il.

  • İsmayıl MƏCİDLİ.Sənədli hekayə

     

    T Ə B İ Ə T İ N Q İ S A S I
    (sənədli hekayə)

    “İnsanlar təbiətdən əldə etdiklərindən heç də qürrələnməsinlər, çünki bunun əvəzini nə vaxtsa qat-qat ödəməli olacaqlar”.
    Nikolay İvanoviç Vavilov

    Onlar iki bacı, sanki göylərdən enmiş iki ağ göyərçin idilər. Səhərdən axşamadək oranjereyaların içərisində, güllərin arasında yorulmadan çalışardılar. Kənardan baxana həmin bacılar bütün günü çiçəkdən-çiçəyə qonan ağ kəpənəkləri xatırladırdılar. Yorulsalar da öz işlərindən həzz alırdılar. Aralarında bir yaş fərqi var idi. Bu fərqi onların ata-anası və yaxın qohumlarından başqa heç kəs bilmirdi. Görənlər onları ekiz sanardılar. Bacıların işləri həm özlərinin, həm də əmilərinin oranjereyasında becərilən güllərə qulluq etməkdən – yəni onları sulamaqdan, diblərini yumşaltmaqdan, boy atdıqca onları bağlamaqdan və ən başlıcası isə gülləri xəstəlik və zərərvericilərdən mühafizə etmək üçün onları vaxtında dərmanlamaqdan ibarət idi. Əmilərinin oranjereyası da onların həyətində idi. Güllərin dərmanlanması bütün bu işlərin ən başlıcası və ən vacibi idi. Çünki xəstəlik və zərərvericilərlə kimyəvi mübarizə aparmadan gül becərmək mümkün deyildi. Dərmanlama zamanı böyük bacı çiləyicini kürəyinə bərkidər, kiçik bacı isə çiləyicinin qolunu əlinə alaraq dərmanı güllərin üzərinə çiləyərdi…
    Ataları isə daim gül alveri edirdi. Və bu alverlə yaxşı da pul qazanırdı. El arasında deyildiyi kimi “Baltakəsməz pulu var idi”. Özünə yaxşı ev-eşik, gün-güzaran da düzəltmişdi. Onun bu dərəcədə varlanmasında bacıların böyük zəhmətləri var idi. Məhz bu bacıların sonsuz zəhmətləri və sağlamlıqlarının daim təhlükə altında olması nəticəsində ataları belə bir sərvətə malik olmuşdu. Bacılar əlləri iş tutandan ataları güllərə qulluq etməyi onlara həvalə etmişdi. Bu iki fidan da günlərini güllərin arasında keçirirdi. Güllərə çilənən zəhərli dərmanlar isə zaman-zaman bu qız uşaqlarının canına-qanına hopurdu. Ata isə öz qazancından və eyş-işrətindən qalmırdı…
    Bu minval ilə aylar ötdü, illər keçdi, bacılar böyüyüb yetkinlik yaşlarına çatdılar. Ailə şad-xürrəm yaşayırdı. Amma bir gün sanki hər şey dəyişdi… Son günlər özünü pis hiss edən kiçik baci birdən-birə yatağa düşdü. Deyəsən qızcığazın uzun illər zəhərli dərmanlarla sıx təmasda olması öz işini görmüşdü. Həkimlərin səylərinə baxmayaraq o, kəskinləşən qan zəhərlənməsindən dünyasını dəyişdi. Övlad itkisindən sonra ailə çətin vəziyyətə düşmüşdü. Çətinliyin çoxu böyük bacının boynunda idi. Çünki butun işləri o, təkbaşına görməli idi. Lakin böyük bacının da sağlamlığında son zamanlar problemlər baş verirdi. Çox çəkmədi ki, sağalmaz xəstəlik bu bacını da yatağa saldı. Artıq heç nə etmək mümkün deyildi. Amansız ölüm böyük bacını da öz ağuşuna aldı. Uzun illər atanın qalaq-qalaq qazandığı pullar bacıları ölümün pəncəsindən xilas edə bilmədi. Bacılar isə sanki bir cüt göyərçintək göylərdən gəldikləri kimi də uçub getdilər. Ata isə eyş-işrətə qurşandığından bir qədər vaxtdan sonra həyat yoldaşını və iki azyaşlı uşağını tərk edərək evdən getdi. Beləliklə, ailənin xoşbəxt və firavan həyatına birdəfəlik son qoyuldu…
    Bəli, bu yerdə məşhur bir el deyimi yada düşür: “ Xoşbəxtlik heç də pulda deyil, can sağlığındadır.”

  • Arifə MUXTAROVA.Həyatı və Yaradıcılığı

     

    Muxtarova Arifə (Səbri) Mübariz qızı – 1971 ci ildə Odlar yurdu olan Azərbaycanın gözəl guşələrinin birində – Axsu rayonunda, ziyalı ailəsində anadan olub . Hələ orta məktəbdə oxuyar ikən doğma Azərbaycanı ilə  bərabər xəyallarında gül-çiçəklərini iyləyib, dərəsində və düzündə gəzdiyi, bulaqlarından su icdiyi digər ölkələrə qarşı ürəyində məhəbbəti qaynayıb, aşıb- daşıb hər zaman. Çılğın dəqiqələrin birində, həyatın özündən razı olan güclü dalğalarından biri onu Qara dəniz sahillərinə hədiyyə etdi. Həmin o dəqiqələrdən Azərbaycan torpağı Arifə xanıma  Ana olubsa, Krım torpağı isə Ana kimi əziz olub.Odur ki, qəlblər oxşayan mavi səma altında özünü Allahın yer üzünə bəxş etdiyi bəndələri arasında ən xoşbəxti hiss edir. Həyatında baş verən hər bir hadisəyə (mənfi və ya müsbət) minnətdar olub. Yə`qin həmin minnətdarlığına görə də Allah  bu xanıma əlində tutmuş olduğu qələmi hədiyyə edib. Yaradanın varlığına şükürlər olsun, Amin!

    TƏBİBİM, DƏRMANIM, AZƏRBAYCANIM!

    Çatıb torpağından əyilib öpəm,
    İstərəm dərdimi səninlə böləm,
    layiqdir adına ANA deməyim,
    Sən mənimsən mənim, doğma vətənim.

    Ürəyim darıxır səni istəyir,
    Üçrəngli bayrağın evi bəzəyir,
    Adını boranda çəkərəmsə mən,
    Yaz gəlir, köksümdə bitir yasəmən.

    Qiymətini verir Arifə sənin,
    Ömrumu bəzəyir dumanın, çənin,
    Mən səndən ayrılmaq istəməm inan,
    Ürəyim alovlu atəşdir yanan.

    Bilərəmsə əgər ölər günümü,
    Gəlib mən həmin gun öpəm husnunu,
    Xəstədir… rahatlıq tapmayır canım,
    TƏBİBİM, DƏRMANIM, AZƏRBAYCANIM!

    ANA DILIM

    Dərin bir dəryadır müqəddəs dilim,
    Sevən ürəklərə düz yollar açır.
    Utanır, danışmır qürbətdə yerlim,
    Hardan biləsidir günəş nur saçır?

    Dilini sevməsən günah bir daha,
    Tanrıya dua et… günahdan keçsin.
    Mənim ANA dilim zərr-dürrdən baha,
    Qarışqa da, fil də bu dili bilsin.

    Vətəni sevməyən, dili sevməyən,
    Ailənin, övladın qədrini bilməz.
    Ürəkdən danışıb dərin gülməyən,
    İnsanlar həyatda qəpiyə dəyməz.

    Qurbanın olum mən – ay bacı, qardaş,
    Danışın, bu dili itirməyin, yox!
    Bilin özünüzə çox yaxın sirdaş,
    Doğmadır, şirindir ANA dilim çox.

    Doğmanı itirsən heyfislənmə, bil,
    Zaman müalicə edəcək… keçər.
    Dilini itirib eyləsən zibil,
    Vətənin yox olub itəcək, yetər!

    Alıb bu sözləri qələmə qadın,
    Dilinə kəm baxma, axı sənindir.
    Özgə dil ərz etmə dövləti yadın,
    O yadın dövləti – yasın, qəmindir.

    HƏYAT ƏLİFBASİN OYRƏNƏK BİRGƏ.

    İmansız varlının zərri-çuxası,
    Satın alınıbdır onun dunyası.
    İmanlı kasıbın boşdur təknəsi,
    Yaşamaq istəmir… yoxdur həvəsi.
    Belə olmalıdır məgər bu dunya,
    Bu bir həqiqətmi, yoxsa ki, röya?
    Bəs səbəb nədir ki, biri keyf edir,
    O biri duz yolu fikirlə gedir?

    Ey kasıb! İstəsən dövlətli olmaq,
    Lazımdır həyatı öyrənmək, duymaq.
    Əlifbanı öyrən dərk eylə sevil,
    İmansız varlıya bu lazım deyil.
    Qoy varlı yaşasın varla, dövlətlə,
    Sayılsın həmişə hörmət, izzətlə.
    Əgər bədbəxtlikdən yanarsa dövlət,
    İtəcək o andan hörmət və izzət.

    Həyat əlifbası olduqca qəliz,
    Öyrənmək istəsən hamısın təmiz.
    Çətinlik olacaq dayan… səbr eylə,
    Müəllim lazımdır bilsən də böylə.
    Anlamaq lazımdır hərfi, sözləri,
    Sən dinlə — oxuyum möcuzələri.

    Başlayaq “A” hərfi – Allah”dan deyir,
    Allahı tanıyan, bilənlər sevir.
    “A” hərfi bir də ki, – “Abur- həyadır”,
    İnsan həyatönda böyuk dəryadır.

    Sonrakı “B” hərfi – “Bilik” sözudur,
    Biliyin olarsa, dövlət özudur.

    Uçuncu “V” hərfi – “Varlıq” deməkdir,
    Yaradan həmişə özu köməkdir.

    Dörduncu “Q” hərfi – “Quvvət”li demək,
    Quvvətli olmaqı öyrənək, bilək.

    “Ğ” hərfi – “do-Ğ-ru” ol, söyləyir bizə,
    Gərək əməl edək dəyərli sözə.

    “D” hərfi deməkdir – “Dərya, “Düşüncə”
    Düşüncən olarsa salehsən məncə.
    “D” hərfi bir də ki, “Dözüm”dür, dozüm,
    Dözümlü insana mən qurban özüm.

    “E” hərfi – “Etibar,Elm” mənası,
    Elm sahibinin dərin dünyası.

    “Ə” əlifbamızda – “Ətir”dir, ətir,
    Gunəştək nur saçır yazılan sətir.

    “İ” çılğın – “İsti” və “İstək”dir demək,
    Bil! İsti ürəklə lazımdır sevmək.

    “I” hərfi hər kəsə -” bağ-I-şla” deyir,
    Bağşla deyənlər Allahı sevir.

    “Y” gözəl səslənir – həm “Yer, Yaradan”
    Yaradanı sevək urəkdən, candan.

    “K” hərfi – “Kamil”lik deməkdir, öyrən,
    Kamil insan olar həyatı sevən.

    “G” yanan – “Günəş”dir, həm də ki “Geniş”
    Yrəyin genişsə gözəldir bu iş.

    “L” deyir – “Lazım”san kiməsə inan,
    Atadır, anadır urəkdən yanan.

    “M” hərfi – “Müsəlman”, “Məhəbbət” özü,
    Allaha Müsəlman yaxındır düzü.

    “N” hərfi ay gulum, -“Hazu-nemətdir”
    Nazu-nemət qədri bilmək gərəkdir.

    “O” hərfi – “Osmanlı”, “Ordu” deməkdir,
    Düşmənlə döyüşdə hər an gərəkdir.

    “Ö” incə – “Öpüş”dür, yazıram bilin,
    Özgəni doğmatək öpübən sevin.

    “U” hərfi – “Unutma” söyləyir bizə,
    Xor baxmaq günahdır keçmişimizə.

    “Ü” hərfi deyəndə – sevindi “Ürək”
    Hər kəsi ürəkdən duyaraq sevək.

    “P” hərfi özüylə gətirdi – “Pənah”,
    Pənah gətirmişi sən saxla Allah.

    “R” dahi “Riayət”, “Rəhbər” səslənir,
    Rəhbərlər ürəkdə, qəlbdə bəslənir.

    “S” hərfi öyrədir – “Sevmək”, “Sevilmək”,
    Lazımdır hər kəsin qədrini bilmək.

    “T” hərfi – “Təmkin”dir sirdaşı elin,
    Təmkinli olmağı bacarın, bilin.

    “H” hərfi – “Halal”lıq nişanəsidir,
    Halal olmaq vaxtı, zəmanəsidir.

    “X” hərfi altında – “Xalq”lar yerləşir,
    Dostluq, bərabərlik, hər kəs birləşir.

    “F” hərfi – “Fərəh”dir fani dünyada,
    Fərəhli iş qalar hər zaman yadda.

    “Z”hərfi – “Zəngin”dir, “Zinət”dir baxın,
    Ol Allah kəlamı zinətə yaxın.

    “Ç” isti – “Çörək”dir, hamımız sevək,
    Hər bir tikəsinin qədrini bilək.

    “C” hərfi deyəndə – “Çənnət”i andım,
    Cənnətin eşqiylə alışdım, yandım.

    “J” hərfisə – “Jalə”, nə gözəl addır,
    Yersiz hərəkətlər qızlara yaddır.

    “Ş” hərfi “Şirin”dir, “Şipşirin” bacı,
    Şirin dil hər kəsin başının tacı.

    Bununla bitirdim mən sözlərimi,
    Sehri, möcuzəni yazdım səmimi.
    Hər hərfin, hər sözün mənası gözəl,
    Həyat əlifbası bunlardır əzəl.
    Qiymətli sözlərlə başlasa həyat,
    İnsanlar yaşayar dünyada rahat.
    Oxucum! Çox yazıb yordumsa səni,
    Başa düşməz olsan BAĞIŞLA məni.

    ALLAH XEYIR-DUASI

    Subh tezden oyanib, ayilandan men,
    Ozumu axtarib tapmiram neden?
    Elimi qaldirib mavi semaya:
    “Kimem men, cavab ver, dahi Xudaya?”
    Ele bil suali gozleyirdi ki,
    Tez cavab soyledi beli… qelbdeki:

    “Sen menim bendemsen sevimli, eziz,
    Sinaqdan cixmisan ne qeder qeliz.
    Murekkeb olsa da heyat yollarin,
    Gul cicek yerine biten kollarin.
    Murekkeb yollari sade bilerek,
    Kollari iyneyib cicek deyerek,
    Duyub varliqimi yer uzunde sen,
    Soyledin her kese billem urekden.
    Axtardin her kuncde haqq, edaleti,
    Zumrudtek parlayan saf sedaqeti.
    Heyatin olsa da ciskinli duman,
    Sevgimi qelbinde duydun her zaman.
    Bildin ki, mendendir – haqq ve edalet,
    Qash-dashtek parlayan sevgi, sedaqet.
    Axtardin onlari gece ve gunduz,
    Odur bexsh edirem men sene sozsuz –
    Dozumu, temkini iki qat artiq,
    Aqilla dushunce en boyuk varliq.
    Senindir mehebbet guneshtek yanan,
    Varmi ki, hediyye deyerli bundan?
    Varlandin bu gunden, sen ey Arife,
    Calish ki heyatda yol verme sehve.
    Indi ise tani, gulum ozunu,
    Catdir sen xelqine shirin sozunu.
    Verdim xeyir-dua — aciqdir yolun,
    Gul-cicekli olsun hem saqin, solun”.

    Alaraq cavabi Uca Tanridan,
    Xilas oldum hemen aqri, acidan.
    Shukurler… Tanidim o gundence men,
    Ozumu — her kesi qelb ile seven.
    Elime alaraq qara qelemi,
    Catdirdim xelqime gozel kelmemi.
    Cox saq ol soyleyib uca Tanriya,
    Gunu basha vurub, getdim yuxuya.

    QƏRİBÇİLİK.

    Qəribəm Krımda on yeddi ildir,
    Gözəllik olsa da qəribçilikdir.
    Hər bir ilin ömrü on ilə dəyər,
    On yeddiyə vursaq yüz yetmiş kədər.
    Ömrümü sürürəm qəfəs içində,
    Kədər, qəm səpilmiş hər bir küncündə.
    Yeyərək hər küncdən qəmi, kədəri,
    Axtarıb tapmıram vətən bəhəri.
    İstəməm yad eldə yağla bal yeyəm,
    Bər-bəzəkli əba, zərri-dürr geyəm.
    İstərəm quş olub uçam göylərə,
    Salamı söyləyəm doğma yerlərə.
    Böyük məhəbbətlə öpəm torpağı,
    Vətən öyrətmişdir qanad çalmağı.
    Xəyallar içində uydurmalar çox,
    Hey fikirləşirəm, çıxış yolu yox!
    Minə dözən insan min birə dözər,
    Vətənlə öyünmək ömrümü bəzər.
    Bu da bir səfərmiş qismətimizdə,
    İxtiyar deyildir öz əlimizdə.
    Yada salmış olsaq tək yaradanı,
    Bizdən uzaq edər dərdi, bəlanı.

  • Elşən BABAYEV.Yeni şeir

     

    GET, XOŞBƏXT OL,DÜŞÜNMƏ MƏNİ!

    Qəlbin özgəsini sevərsə belə
    Göz yaşın axaraq dönərsə selə
    Bu Sevgi hissini versən də yelə
    Get, Xoşbəxt ol Düşünmə Məni

    Yad evdə yad kimi davranacağsan
    Elə hey mənimcün darıxacağsan
    Səbəbsiz tutuşub alışacağsan
    Get, Xoşbəxt ol Düşünmə Məni

    Xəyalım gözünde yaşa dönəcək
    Keçmişin önünə bir sədd çəkəcək
    Elşən də həyatdan çıxıb gedəcək
    Get, Xoşbəxt ol Düşünmə Məni

    Səssiz şəkillərdə anarsan məni
    Qəlbinde gizlərsən xatirələri
    Sənsizlik didsə də mənim sinəmi
    Get, Xoşbəxt ol Düşünmə Məni

    Bir dawda rəsmimi görüb ağlama
    Ölmüşəm deməkdir, ayaq saxlama
    O nurlu çöhrənə qara bağlama
    Get, Xoşbəxt ol Düşünmə Məni

  • Natiq SƏFİYEV.Həyatı və Yaradıcılığı

     

    Səfiyev Natiq Yusif oğlu 1939-cu il mart ayının 21-də Bakı şəhərində həkim ailəsində anadan olub.1957-ci ildə Quba rayon Alpan kənd orta məktəbini bitirmişdir.1958-1962-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin İbtidai təhsilin pedaqogikası və metodikası, 1970-1974-cü illərdə Mirzə Fətəli Axundov adına Dövlət Pedaqoji Universitetinin (indiki Bakı Slavyan Universitetinin) Rus dili və ədəbiyyatı fakültələrində ali təhsil alıb.1962-1964-cü illərdə ordu sıralarında hərbi xidmətdə olub.

    1965-ci ildən 2008-ci ilin sonlarına kimi Abşeron rayonu Xırdalan qəsəbə (indiki şəhər) orta məktəbində müəllim işləmişdir.

    1963-cü ildən respublika mətbuatında jurnalist kimi fəaliyyətə başlamışdır.Dövri mətbuat səhifələrində məqalələri, oçerkləri, müsahibələri, reportyor yazıları, kitablara yazdığı ön sözləri, zarisovkaları, dünya xalqlarının ədəbiyyatından etdiyi tərcümələr dərc olunmuşdur.

    Jurnalistik fəaliyyəti ilə məşğul olan Natiq Səfiyevin yazıları “Azərbaycan müəllimi”, “Azərbaycan pioneri”, “Azərbaycan”, “Abşeron”, “Naxçıvan”,”Yeni həyat”, “Azad hüquqşünas”, “Yeni təfəkkür”, “Kredo”, “Meridian”, “Vətən övladı”, “Şəkərvillası”,”Bahar”, “Təşviqatçı”, “Qobu”, “Savalan”, “Zaman”, “Panorama”, “Ədalət və Həqiqət”, “Say”, “Mədəni-Maarif”, “Qala”, “Qanun naminə”, “Bütöv Azərbaycan”, “Carçı”, “Ömür yolu”, “Pressfakt”, “Açıq Səma”, “Pioner”, “Azərbaycan məktəbi”, “Azərbaycan təbiəti” və s. qəzet və jurnallarında,o cümlədən xarici mətbuat səhifələrində dərc olunaraq yayımlanmışdır.

    Natiq  Səfiyevin indiyədək iki metodiki, iki tərcümə ( “Qəribə tütək”, “Köhnə dəyirman”), üç memaur (“Məni yaşadan xatirələr”, “Yadda qalan günlərim”, “Ömür salnaməsi”), didaktik hekayələr toplusu (“Babam mənim”), fotoalbom (“İşıqlı dünyam”) kitabları çapdan çıxmışdır.

    Onun haqqında yüzdən çox məqalə, oçerk, üç kitab yazılmışdır (Akif Şahverdiyev “Ömrə sığmayan həyat”, Güntəkin İlyasovanın tərtibində “Natiq Səfiyev: -“Biblioqrafik göstərici”, Hikmət Məlikzadənin tərtibində “40 il mətbuatda”).

    O, məktəbdə çalışdığı müddət ərzində 14 yaradıcı diplom, 46 fəxri fərman,5 təşəkkür məktubu və 5 nişan almışdır.1989-cu ildə ona “Əmək veteranı” medalı verilmişdir.

    “Qobu” qəzetinin ilk xüsusi buraxılışında Natiq Səfiyevin Azərbaycan mətbuatında 50 illik fəaliyyətinə həsr olunmuş materiallar verilmişdir.

    2010-2013-cü illər ərzində Natiq Səfiyevin dünya yazıçılarının əsərləri və dünya xalqlarının nağıllarından etdiyi 600-dən çox yazılar 20-dən artıq mətbu orqanların səhifələrində işıq üzü görmüşdür.Materialların çoxu “Bahar çiçəyi” və “Açıq Səma” qəzetlərinin xüsusi buraxılışlarında dərc olunmuşdur.

    Natiq Səfiyev 1996-cı ildən Azərbaycan Jurnalistlər Birliyinin, 2006-cı ildən isə Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.”Qızıl qələm” media mükafatı laureatıdır.”O nekotorıx storonax nravstvennoqo vospitaniya uçaşixsya na urokax ruskoqo yazıka”, “Orqanizaçiya vneklassnoy rabotı po ruskomu yazıku i literature v Azerbaydjanskoy şkole”, “Qəribə tütək”, “Məni yaşadan xatirələr”, “Köhnə dəyirman”, “Yadda qalan günlərim”, “Ömür salnaməsi”, “Mənim babam”, “İşıqlı dünyam”, “Nicat” kitablarının müəllifidir.

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü Natiq Səfiyevin üç qızı və altı nəvəsi var.Hal-hazırda o, təqaüddədir.

  • Ahmet DİVRİKLİOĞLU (Türkiye Cümhuriyyeti, Tokat).Muhteşem şiirler

     

     

    DAL. BOYLUMA

    Çaresizliğin ne demek olduğunu bilirmisiniz ?
    Bilirmisiniz ,?Eklemlerin dağılmasını bir,bir
    Çatırdamasını bilirmisiniz ?Vücut çatısının her noktasından
    Ve
    Göz pınarlarına vurulmasını bilirmisiniz ? Istırabın
    Dermansız sancılardan

    O dermansız sancılar ki
    Dayanılmazın en beteri
    Ellerin yetememesi imdada
    Aklın ermemesi
    Ve
    Çaresizlik kuruyan dudağın bir damlaya
    Bir tutam nefesin yokluğu ya da

    Ya da açık denizde bir sal köhne
    Son umut bel ki
    Can ne tatlı dost,can ne tatlı
    Öyle kolayca al demesi kolay mı ?
    Vermesi kolay mı ?Emaneti

    Ben bunu gördüm dal boylumda
    Ben bunu gördüm
    Çaresizliği gördüm kahrolası
    Keşke elim yetebilseydi
    Ne mutlu ederdi beni O na derman olması

    Çaresizliğin ne demek olduğunu bilirmisin ?
    Bilirmisin yardım elinin kutsallığını
    Parmak uçlarının değmesini bilirmisin ?
    Yakalayamamak uzandığını
    Ve
    Ben bunu gördüm,Dal Boylu’mda ben bunu
    Kanı donuyor insanın,kanı

    ÖLÜMDEN. NE. ANLAR…….

    Serin bir Sonbahar sabahı
    Alacakaranlık dersem yerinde
    Sararan yapraklar düşüyor bir,bir dallardan
    Bu sabahın köründe

    Sabahın köründe bir köhne sokaktan
    Ağıtlar yükseliyor feryat,figan
    Soruyorum ne olmuş ?
    Bir yaşlı dede ,ruhu teslim etti diyorlar akşamdan

    Rahmeti bol hakkın,rahmet bulsun diyorum
    Kapı eşiğinde bir yavrucak kız
    Görüyor,irkiliyorum
    Maviş gözlerinde uyku mahmurluğu
    Anlamsız nazarlarla bakıyor insanlara
    Sarı uzun saçları karışmış birbirine
    Çorapta giymemiş moraran ayaklarına

    Ne okşayan var başını
    Ne sırtını sıvazlayan
    Öylesine garip,öylesine sahipsiz
    Herhalde diyorum,yok ki bunu bir tanıyan

    Diyorlar :Rahmetlinin torunu
    Yetim,ana yok baba yok ki
    Rahmetli büyüttü bunu
    Çok severdi.Derdi:Canımdan yok ki farkı

    Tabut çıktı kapıdan omuzlarda
    Feryat,figan ağlayan,bağrışanlar
    Çocuk,ürkek gözlerle bakıyor öylesine
    Çocuk bu
    Ölümden ne anlar .

  • Bu gün Rafiq Odayın doğum günüdür

     

    RAFIQ ODAY

    23 iyul 1960-cı ildə Naxçıvan MR Şərur rayonunun Şəhriyar kəndində anadan olub. 1983-1988-ci illərdə Naxçıvan Dövlət Universitetinin filologiya fakültəsində təhsil almışdır. Orta məktəb illərindən rayonda nəşr olunan «İşıqlı yol» qəzetində kiçik məqalələri çap olunsa da, «Vətən gəz» adlı ilk mətbu şeri 1983-cü ildə «Sovet Nax¬çıvanı» («Şərq qapısı») qəzetində dərc olunmuşdur. Rayonda nəşr olunan «Işıqlı yol» qəzetində ictimai əsaslarla «Xalq yaradıcılığı və incəsənət» şöbəsinin müdiri olmuşdur.
    Xələc kənd məktəbindəki fəaliyyəti dövründə «Şaman» folklor dərnəyi və eyniadlı ansambl yaratmış, bir neçə il kəndbəkənd gəzərək folklor nümu¬nələrini toplamış, onları mütəmadi olaraq rayon qəzetində dərc etdirmiş, sonradan bu yazıları bir araya gətirərək «Şərur folkloru – Rafiq Odayın təqdimatında» adı altında kitab halında çap etdirmişdir.
    1985-ci ildə rayon Komsomol komitəsinin nəzdində yaradılmış «Dan yeri» ədəbi birliyinə rəhbər təyin edilmiş, istedadlı gənclərin aşkarlanıb ortaya çıxarılmasında geniş iş görmüşdür. 1988-ci ildə «Yazıçı» nəşriyyatı tərəfindən «Bir yol başlamışam» adlı ilk şeirlər kitabı dövlət planına salınmış, beləliklə, 1989-cu ildə Naxçıvan Muxtar Respub¬likası üzrə 29 yaşında şeirlər kitabı dövlət tərəfindən çap olunan ilk qələm sahibidir.
    Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
    2003-cü ildə Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri seçilmişdir. Bu gün də bu vəzifəni icra edir.
    2005-ci ildən 2008-ci ilin əvvəllərinə qədər «Şaman» ictimai-siyasi, ədəbi-bədii qəze¬tin təsisçisi və baş redaktoru olmuş, 2008-ci ilin əvvəllərindən bu günə qədər «Möhtə¬şəm Azərbaycan» ictimai-siyasi, ədəbi-bədii qəzetin təsisçisi və baş redaktorudur.
    2008-ci ilin oktyabr ayından 2010-cu ilin may ayına kimi eyni zamanda «Azərikimya» Dövlət Şirkətinin mətbu orqanı olan «Azərbaycan kimyaçısı» qəzetinin baş redaktoru işləmişdir.
    Respublika Prezidentinin müvafiq Sərəncamı ilə «Azərikimya» Dövlət Şirkəti ARDNŞ-nin tabeçiliyinə veriləndən sonra, Rafiq Oday fəaliyyətini «Azərikimya» İstehsalat Birli¬yinin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsində davam etdirir.
    «Bir yol başlamışam», «Gecələr içimə göyüzü yağar», «Ömür gedir öz köçündə», «Şərur folkloru – Rafiq Odayın təqdimatında», «Qarabağ şikəstəsi», «Xatirələr işığında», «3 Aprel günəşi», «Əlli min də qayğısı var əllimin», «Ədəbi – tənqidi məqalələr» kitablarının müəllifidir. “Qızıl qələm”, “Həsən bəy Zərdabi” və “Qafqaz – Media” mükafatları laureatıdır.
    Sumqayıt şəhərində və ətraf rayonlarda yaşayan yazıçı və şairlərin əsərlərindən ibarət 15 almanax tərtib edərək çap etdirmiş, 100-dən artıq kibabın redaktoru olmuşdur. 40-dan artıq elmi, yüzlərlə publisistik məqalənin müəllifidir.

    Rafiq ODAY

    YAŞADIM

    Düz əlli il ömür adlı,
    Kürkün içində yaşadım.
    Apaydın səma altında,
    Bürkü içində yaşadım.

    Xəbər yollayın Orxana,
    Dünya özü bir zorxana.
    Göz açandan nə qorxu, nə
    Hürkü içində yaşadım.

    Ümidi üzdüm yaşadım,
    Canımdan bezdim yaşadım,
    Yaşadım, düzdü, yaşadım,
    Sürgün içində yaşadım.

    Nə kimsəyə ərk eylədim,
    Nə kimsəni görk eylədim,
    Mənliyimi börk eylədim,
    Börkün içində yaşadım.

    Yada tutdum neçə il yön,
    Ümid çıxdı puça min yol.
    Heç deməzsən neçə milyon,
    Türkün içində yaşadım.

    Dost-doğma bildim müşkülü,
    Sevdim-oxşadım püşkümü.
    Ömür deyilən beş günü,
    Bir gün içində yaşadım.

    HAQQ DEYƏN HAQQA QOVUŞAR

    Hərə bir nəzərlə baxır,
    Yoldan ötən hər dəliyə.
    Çox da mənə bənd olmayın,
    Mən də bu təhər dəliyəm.

    Hər talenin öz nərdi var,
    Gözlərim göyə nərdivan.
    Gecənin gecə dərdi var, –
    Açıldı səhər – dəliyəm.
    Bilən olmaz nə gündəyəm,
    «Harda»yam, «nə üçün»dəyəm.
    Milyon dəli içindəyəm, –
    Mən də bir nəfər dəliyəm.

    Bir qaysağam qan adında,
    Qoparın da, qanadın da.
    Mələklərin qanadında,
    Eylərəm səfər – dəliyəm.

    Başdı – yüz qada sovuşar,
    Ya tutar, ya da sovuşar.
    Haqq deyən haqqa qovuşar, –
    Geymişəm kəfən dəliyəm.

    Rafiq ODAY

    GEDİM

    Qoşulub qərib durnaya,
    Qərib-qərib köçüm gedir.
    İlahi, bir yol aç mənə,
    Bu yerlərdən köçüm gedim.

    Qərib durna, qərib ağı,
    Darıxanda məni çağır.
    Göndər bir piyalə ağu,
    Şərbət kimi içim gedim.

    Yaranışdan beləyəmmi,
    Azadammı, köləyəmmi?!
    Zəncir kəsir biləyimi,
    Dizlərimdən gücüm gedir.

    Aldanıb ağlıma gəlim,
    Qoşulub ilğıma gəlim.
    Yolumdan saxlama, gəlim,
    Qoy sakitcə keçim gedim.

    Kəc baxılsa yurd daşına,
    El dağılar, yurd daşınar.
    Bu dünyanın yaddaşına
    Əbədilik köçüm, gedim.

    Rafiq ODAY

    USTAD, BİR DÖN SİNƏMƏ BAX…
    «Gəl gör mənə eşq neylədi»
    Yunis İmrə

    Bu sevda dəli sevdadı,
    Tükənməz macərası var.
    Nə bu dərdə əlac edən,
    Nə bu dərdin çarısı var.

    Oldu ömrün yazı talan,
    Yazıq satan, yazıq alan.
    Nə ondan bir razı qalan,
    Nə ondan bir narazı var.

    Yön çevirib dağa-daşa,
    Bulaq oldu gözüm – daşan.
    Nə gözümdə ağdan nişan,
    Nə gözümün qarası var.

    Eşq qonaqmış, sinəm otaq,
    Qonaq çəkdi sinəmə dağ.
    Ustad, bir dön sinəmə bax,
    Gör, salamat harası var?

    GÖTÜRMÜR

    Əsmə hər bir yarpaq üstə,
    Bu ağac balta götürmür.
    Yük olanı torpaq üstə,
    Torpağın altı götürmür.

    Nə sızlarsan, viran könlüm,
    Öz içinə varan könlüm.
    Dərdə könül verən könlüm
    Başqa ovqatı götürmür.

    Bıçaq kürəyə yol tapır,
    Haram – çörəyə yol tapır.
    Çat hər ürəyə yol tapır,
    Ürək hər çatı götürmür.

    Ölümü almam eynimə,
    Əgər batmasa beynimə,
    Dar ağacı, çox öyünmə,
    Bu boğaz çatı götürmür.
    GƏLDI

    Bu örkən uzun örkəndi,
    Durum dolanım bu kəndi.
    Gözümün yaşı tükəndi,
    Yerindən qara qan gəldi.

    Göylərdən bir ulduz axdı,
    Gördüm ki, yolum uzaqdı.
    Təzə yurd saldığım vaxtı,
    Bu karvan haradan gəldi.

    Yön alım dedim haraya,
    Yön alım gedim haraya.
    Ağ ağa qənim, qaraya
    Nə gəldi qaradan gəldi.

    Bu sayaq yaşayammadım,
    Başayaq yaşayammadım.
    Mən oyaq yaşayammadım,
    Hər dərd də röyadan gəldi.

    Salma dedim çəp yerinə,
    Biçdiyini səp yerinə.
    Bu səhər də sübh yerinə,
    Ömrümə qara dan gəldi.

    Bir qəti hökm aradım,
    Bu ömrü nakan aradım.
    Bir özgə məkan aradım,
    Dadıma yaradan gəldi.

    ƏLINDƏ

    Başımız qovğada, qalda,
    Yaxamız namərd əlində.
    Talanır cümlə varımız,
    Yoxumuz namərd əlində.

    Boşalan yer zorla dolur,
    Düzü-dünya gorla dolu.
    Yatağımız qorla dolu,
    Yuxumuz namərd əlində.

    Yerlər qılınc, göylər qalxan,
    Qan ağlayır düşüb – qalxan.
    Sinəmizi deşib qalxan,
    Ahımız namərd əlində.

    Ha bu qədər zəncir gəmir,
    Qanqal dəmir, zəncir dəmir.
    «Yazı»mızdan yox səs-səmir,
    «Oxu»muz namərd əlində.

    Sökülür yurdun hasarı,
    Qurd oğlu qurdun hasarı.
    Tuşlanan yurduma sarı,
    Oxumuz namərd əlində.

    Gördük qalxıb enənləri,
    Gördük ötən dünənləri.
    Bada verdik dinənləri,
    Çoxumuz namərd əlində.

    Rafiq ODAY

    KEÇIR

    Öz günümə ağlamıram,
    Günüm ağlamaqdan keçib.
    Ağlamağın faydası nə? –
    Gülüm, ağlamaqdan keçib.

    Qısıl yaşa tək içində,
    Öz dərdini çək içində.
    Ömrümüz ələk içində,
    Qəddimiz yumaqdan keçir.

    Tərk olduq təkə dönüncə,
    Biz ürkə-ürkə dönüncə,
    Çuxamız kürkə dönüncə,
    Bəlkə yüz yamaqdan keçib.

    Bu həyat bir qəm sandığı,
    Kim açsın, de, kim, sandığı?
    Ac balığın yem sandığı,
    Ölümü qarmaqdaq keçir.

    Haqqın uvandı, tərsi bir,
    Haqq oğlu haqqa nə Sibir?!
    Dolanmaq başın nəsibi,
    Dolamaq, barmaqdan keçir.

    Tanısa qəmlər yaxanı,
    Kim tikər qəmlər yıxanı?
    Naz ilə qəmlər yaxanın
    Sevgisi bu baxtdan keçir.

    BILIRƏM

    Mənim virana könlümü,
    Eşq abad eylər, bilirəm.
    Gahdan da abad olanı
    Aşqabad eylər, bilirəm.

    Könül verdinsə təkliyə,
    Ömrü dərd-qəm ətəkliyər.
    Səni vadar dönüklüyə
    Başqalar eylər, bilirəm.

    Məni bu kənddən ötürün,
    Ötürün, dərddən ötürün.
    Hər boş söz-söhbətdən ötrü
    Qaşqabaq eylər, bilirəm.

    Sinəmin aha çəmi var,
    Gözümün daha nəmi var.
    Küsməyə bəhanəmi var? –
    Başqa ad eylər, bilirəm.

    Yığdı cana ələm məni,
    Ömür adlı sələm məni.
    Bu eşq üstə aləm məni
    Daşqalaq eylər, bilirəm.

  • Kamran ŞEYXZAMANLI.Yeni şeir

     

    * * *

    Sizdən cavab gözləmək xanım
    boğazımda suallar qalmaq
    gözlərimi yollara dikərək
    bir cavab almaq xanım
    bir cavab, min sual olmaq

    Sizdən cavab gözləmək xanım
    məktub qutusuna boylanmaq
    hər saniyə, dəqiqə, saat
    başını aşağı salıb xanım
    titrəyən ayaqlarıma baxmaq
    susmaq, boğulmaq, ölmək

    Sizdən cavab gözləmək xanım
    şübhə, qorxu, kədər içində
    cavabınızı gözləməyə dəyərmi
    pambıq kimi toppuş əllər
    bir salamı mənə qıyarmı

    Sizdən cavab gözləmək xanım
    Monitor arxasında yuxulamaq
    ürəyindən qoparıb bir hissəni
    məktub qutusuna, papaq atmaq
    xoşbəxtlik sevinc diqqət
    gözləmək xanım, özləmək

    Sizdən cavab gözləmək xanım
    Monitar arxasında oturub
    xəyal etmək, ümid etmək
    Və fikirləşmək
    görən gözlərində suallar olan xanım
    Mənim məktub qutuma hansı gözlə baxır

    Sizdən cavab gözləmək xanım
    kişi qüruruna yenilib bezmək
    balkona çıxıb qonşu binada
    saçını darayan qızda
    sizi görmək xanım, sizi görmək

  • Nemət Tahir QARAXANLI.Yeni şeirlər

     

    Hüseyn Cavidin Əziz xatirəsinə

    Cəsatərlə atdı ilk addımını
    Şeirlə dərk etdi dünyanı Cavid
    Sığınıb bir ana məhəbbətinə
    Sənətə bəxş etdi “Ana”nı Cavid

    Axır gəlib torpağına qovuşdu
    O düşmənlə qələmilə vuruşdu
    Üçrəngli bayrağa şeirlər qoşdu
    Ana bildi Azərbaycanı Cavid

    İblis yarasıydı onu ağrıdan
    Daim nigarandı vətən sarıdan
    Uca eşq dilədi ulu Tanrıdan
    Göylərə ucaltdı Sənanı Cavid

    Sevgilə gözəllik onun Allahı
    Məhəbbət şeirinin o oldu şahı
    Sübut edilmədən heç bir günahı
    Oldu namərdlərin qurbanı Cavid

    Uşaqlıq şeirlərimdən…30.11.2005-ci il

     

    * * *

    Bir qəfəsdə ölsə bülbül
    Hər gül,çiçək ağlar
    Bu səhnəni görən insan
    Çətin dözsün gərək ağlar

    Sevməkdirsə cinayətin
    Dustağı ol məhəbbətin
    Görəndə yar xəyaanətin
    Gözdən əvvəl ürək ağlar

    İnsan oğlu xəyal qurar
    Bir-birinə dayaq durar
    Dost arasın şeytan vurar
    Onda göydə mələk ağlar

    01.10.2003-cü il

     

  • Nemət Tahir QARAXANLI.Yeni şeirlər

     

    AXTARIRAM GÖZLƏRİNİ

    Bu həsrətin əl izi var
    Ürəyimin yarasında
    Eşq dünyamda bir sən varsan
    Baxsan onun harasında
    Mələk ruhlu əlllərini
    Gül qoxulu tellərini
    Axtarıram gözlərini
    Baxışların arasında
    Baxıb ilham alaydım mən
    Bir damla yaş olaydım mən
    Şəkil olub qalaydım mən
    Gözlərinin qarasında

    * * *

    Bəyazlar içində,ancaq ki
    qaranlığa bürünmüş,təlatüm dolu
    bu dünyada seyrinə dalıb
    qurtuluş günəşi sandım
    bir çüt mavi gözü…
    Ona yetmək üçün hey yürüdüm,
    onda bir azadlıq,hürriyyət gördüm…
    fəqət,O,məni özünə məhkum etdi…
    Bu vurğunluğun,düşünmədən çılğınlığın
    sonu belə oldu,düzü:
    qəlbimə bir sevgi doldu qəflətən
    məndən içazəsiz,gizlicə,xəlvət
    Özüm belə bilmədən…
    İstəmədən nece oldu, ilahi?!
    İçimdə bir boşluq,yoxluq var imiş,əlbət…
    Yenə qərq olmuşam zülmətə
    tutulub günəş,
    görünmür günəş,uzaqdasan sən…
    Qarşılıqsız,sonsuz və sənsiz sevgimin,
    “Sevənlər günü”nü qeyd edirəm mən….

  • Debüt: Pərvanə NİZAMƏDDİN (Qazax).Yeni şeir (Azərbaycan türkcəsində və İngilis dilində)

     

    Pərvanə Nizaməddin

    1985-ci ildə Qazax rayonunun Kəmərli kəndində doğulub. Şeir yazmağa kiçik yaşlarından başlamış Pərvanənin ilk şeiri 1998-ci ildə işıq üzü görüb
    Türkiyə və Azərbaycan şairlərinin şeirlərindən ibarət “Məhsəti” almanaxında, Dünya Azərbaycanlılarının II Qurultayına həsr olunmuş “Can Azərbaycan”, “Azərbaycan poeziya çələngi” kitablarında və “Ana” ensiklopedik toplusunda və b. nüfuzlu nəşrlərdə şeirləri çap olunub.Azərbaycan Kooperasiya Universitetinin məzunudur.2009-cu ildə “Gecələr xəyallar görüş yerimiz” kitabı işıq üzü görüb.
    2005-ci ildən Aslan Kəmərli adına Kəmərli kənd tam orta məktəbində kitabxana müdiri olan şairə, 2009-cu ildən Qazax rayon Kəmərli Kənd Bələddiyyəsinin üzvüdür.
    Gənc yazarın bir şeirini iki dildə (- Azərbaycanca və ingiliscə)oxuculara sunuruq:

    Pərvanələr, pərvanələr

    Çəmənlərin ətri ilə,
    Al güllərin çətri ilə,
    Xına daşı sətri ilə,
    Rəqsə gələr pərvanələr –
    Pərvanələr, pərvanələr..!

    Qanadıyla gül toxuyar,
    Uçuşuyla gül qoxuyar,
    Nəğməsini hey oxuyar,
    Möcüzədi pərvanələr –
    Pərvanələr, pərvanələr..!

    Ay doğanda o da gələr,
    Şam nuruna, oda gələr.
    Günəşdən də şövqə gələr,
    Aşiqdilər pərvanələr –
    Pərvanələr, pərvanələr..!

    Ruhuyla şama dolanar,
    Sevgiylə oda qalanar.
    Tanrı sirrindən yaranar,
    Ölümsüzdü pərvanələr –
    Pərvanələr, pərvanələr..!

    ***

    Pervane Nizameddin

    My butterflies, my butterflies

    With a scent of lovely meadovs
    And in flowers tiny shadows,
    When the stonline henna glamorous
    They come dancing my butterflies –
    My butterflies, my butterflies.

    With their wings they weave the flowers,
    Flying they smell the flowers,
    Singing carol cheers the flowers,
    Miracles are my butterflies,
    My butterflies, my butterflies.

    In a moonlight they’re flying,
    In a candle flame they’re dying,
    But in sunshine they’re inspiring –
    Full of love are my butterflies,
    My butterflies, my butterflies.

    Wondering they meet the candle,
    Loving burn themselves in tangle,
    They are the Creator’s mantle –
    Immortal are my butterflies,
    My butterflies, my butterflies.

  • Kəmaləddin QƏDİM.Şeirlər

     

    Şükr
    Yazıb qismətini Allah hərənin ,
    Neçə ki, ölümdən bəri var, şükr.
    Kimə nə dərdindən, vallah, hərənin
    Çəkməyə öz dərdi , səri var şükr.
    *
    Qəlbin kövrəlməsin, gözün dolmasın,
    Qanın qaralmasın, rəngin solmasın,
    Səninçün darıxan olmur – olmasın,
    Sənin darıxdığın biri var, şükr.
    *
    Ölçün içindədi, biçin içində,
    Ha yansın, qovrulsun için içində.
    Ölsün, ümidlərin ölsün içində ,
    Şükr elə sabaha diri var, şükr.
    *
    Doymayan gözündən taxtın, tacların
    Axı nə fərqi var qarnı acların?
    Baş alıb əlindən ehtiyacların,
    Qaçıb qurtarmağın yeri var – şükr.
    27 noyabr 2012
    Yükdü
    “Nə gəlir , Tanrıdan gəlir” , deyirlər,
    Çək də, cəfasına qatlan da, yükdü.
    Qardaş eləməyin şəri xeyirlə,
    Gecəni gündüzə qatman da yükdü.
    *
    Vaxtı keçirirsən yarışda kimi ,
    Savaşı, döyüşü barışda kimi.
    Qat dərdi önünə qarışqa kimi,
    Qulpundan yapışıb dartanda, yükdü.
    *
    Çək də hər gözəlin nazı gözəldi,
    Ən gözəl özündən razı gözəldi.
    Gözəldi ömrün də azı gözəldi,
    Yaş üstə yaş gəlib , artanda yükdü.
    *
    Axı , dərdmi bunlar, kədərmi bunlar,
    Açılıb başından gedərmi bunlar?
    ÇƏkə biləcəyin qədərmi bunlar,
    Allahım , arığa batman da yükdü.
    28 noyabr 2012
    Yoxam
    Adamam , adamdı haram,
    Var kimi görünən yoxam.
    Beş günlük ömürnən varam,
    Beş qarış gorunan yoxam.
    *
    Kimə əzizlənib gəzən,
    Kimindən gizlənib gəzən,
    Bəzənib, süslənib gəzən,
    Bəslənən , qorunan yoxam.
    *
    İşim yox haqsız davaynan,
    Keçinnəm suynan, havaynan.
    Ağzı yava oğlu yavaynan,
    Zor oğlu zorunan yoxam.
    *
    Bu yük , bu şələ bir yana,
    Çəksin də hərə bir yanan…
    Bu tor, bu tələ bir yana,
    Çəpiknən, xorunan yoxam.
    *
    Eşq adlı meydən gəlmişəm,
    Bilmişəm meydan, gəlmişəm
    Mən elə göydən gəlmişəm,
    Mən belə yerinən yoxam.
    03 dekabr 2012
    Ola
    Əkməyə bağçan – bağın,
    Biçməyə zəmin ola.
    Batmağa dəryan hazır,
    Üzməyə gəmin ola.
    *
    Bütövdümü , kəmdimi
    Səninlə həmdəmdimi.
    Bu gələn ilk qəmdimi,
    Sonuncu qəmin ola?
    *
    Son olar sondan savay,
    Beş arşın dondan savay.
    Bir də O… Ondan savay
    Kimin var, kimin ola?
    10 dekabr 2012
    Tuturam
    Mən sözə sürgünəm, sürgün, beləcə
    Sözlə oynayıram, əza tuturam.
    Dəli könlümü də hər gün beləcə,
    Dilə tutmuram ki, sözə tuturam.
    *
    Udduğum hava qəm, içdiyim su qəm,
    Bu sonsuz göylərdi, mən tənha qu, qəm.
    Sən qoyub gedəndi bu kədər , bu qəm,
    Mən onu hələ də təzə tuturam.
    *
    Yaşayıb əllilər, yüzlər içində,
    Ölürəm düz oğlu, düzlər içində.
    Üzü üzlər görən üzlər içində
    Abrımı , həyamı üzə tuturam.
    *
    Bir az seçilmir ki, halı halımdan,
    Canı canımdandı, qanı qanımdan.
    Qoymuram səssizcə ötə yanımdan,
    Sovuşa başımdan qəza, tuturam.
    *
    Gözəl, oyun açdın gözəl başıma,
    İlkin başımayam, əzəl başıma.
    Gündə dörd dolanır əcəl başıma,
    Özümü hələ ki, naza tuturam.
    10 dekabr 2012
    Bilmişəm
    Dünya, zavalını bulub gedirəm,
    Nəyi bilmişəmsə, boşa bilmişəm.
    Helmindən ikimi alıb gedirəm,
    Çox da ki, elmini beşə bilmişəm.
    *
    Elə keçmişəm ki, bu yol, bu səki,
    Məndən inciməsin , küsməsin təki.
    Düşüb də sehrinə, kölgəsindəki
    Beş – altı ağacı meşə bilmişəm.
    *
    Ən gözəl sözü də öpüləndə yox,
    Şabaş tək başlara səpiləndə yox,
    Zornan gözlərimə təpiləndə yox,
    Yatanda sinəyə, döşə , bilmişəm.
    *
    Keçib vaxtdan keçən, vədədən keçən
    Anadan doğulan, dədədən keçən.
    Ağıldan keçən yox, mədədən keçən
    Ən kəsə yol imiş başa, bilmişəm .
    *
    Bu tordan, tələdən, qarmaqdan belə,
    Dərs aldım saralan yarpaqdan belə.
    Nədən yapışmışam torpaqdan belə,
    Nədən sığınmışam daşa, bilmişəm…
    15 dekabr 2012
    Gedək özümüzə bir gün ağlayaq
    Bu qədər yaşadıq , həvəsdi, bəsdi,
    Burdaca bağlansın bu kitab, gedək.
    Zamanmı gecikdi, bizmi tələsdik,
    Nə fərqi, çəkilsin haqq- hesab, gedək.
    *
    Daha nə işimiz bir başqasınnan
    Mənim gördüyümü sən görmədinmi?
    Öyrənib bir qara qarışqasınnan,
    Necə ürətilir dən görmədinmi?
    *
    Gedək özümüzlə qalaq baş- başa,
    Qurtarsın, bitsin bu sürgün, ağlayaq.
    Burda yiyə durmur qardaş-qardaşa,
    Gedək özümüzə bir gün ağlayaq.
    *
    Hər günü əhləddi başa toxunan,
    Şərin gur yeridi, şölən yeridi.
    Bura arzuların daşa toxunan,
    Bura ümidlərin ölən yeridi.
    *
    Namərd körpüsüdü hər addım başı,
    Qoy alıb aparsın sel bizi, gedək.
    Sındırdım ürəyi, ucaltdım başı,
    Dedim, qınamasın el bizi, gedək.
    *
    Hələ ki, cavandı işğalın yaşı,
    Hələ göyərməyib sinədə dağlar.
    Tutub yaxamızdan bir gün, qardaşım,
    Şuşanı bizlərdən soruşacaqlar…
    *
    Gəl də bu çarəsiz gecədən çıxıb,
    Gəl də bu ümidsiz sabahdan gedək.
    Deyirsən, nə çıxır, gecədən çıxır,
    Nə olar, lap elə sabahdan gedək.
    *
    Gedək özümüzlə qalaq baş-başa,
    Qurtarsın, bitsin bu sürgün, ağlayaq.
    Nə sülhə meydan var, nə də savaşa,
    Gedək özümüzə bir gün ağlayaq…
    16-18 dekabr 2012
    Adamı
    Necə qələm çəkib , gör qələm çəkən,
    Adam heyran edib, heyran, adamı.
    Elə ustasından, yaradanından,
    Baxıb öyrənsinlər deynən adamı.
    *
    Gör necə sığala, darağa çəkib,
    Nur da öz nurudu yanağa çəkib.
    Halalnan, haramnan sınağa çəkib,
    Yoxlayıb şərbətnən, meynən adamı.
    *
    Boşu boş, dolunu dolu yaradan,
    Ədəbi, ərkanı, yolu yaradan.
    Deyirəm bəlkə də, Ulu Yaradan,
    Özünə bənzədib eynən adamı ?…
    *
    Yoğrul torpaq ilə, bərki daş ilə,
    Oxşan da, sevil də gözlə-qaş ilə.
    Belə ayırmazlar əyin-baş ilə,
    Seçməzlər maşınnan, öynən adamı.
    *
    Bu kimdi təriflər yağır başına,
    Alın tərifləri çaxın başına.
    Belə qaldırmazlar dağın başına,
    Belə gəzdirməzlər göynən adamı…
    *
    Nəyini ötürdün, tutdun nəsindən,
    Bu dünya çoxdumu son nəfəsindən?
    Bu boyda adamlıq mərtəbəsindən,
    Gör nəynən salırlar, nəynən adamı?…
    19-20 dekabr 2012
    İçimə
    Mənə dos-doğmadı bu kədər, bu qəm,
    Qənim kəsilmişəm müdam içimə.
    Elə divan tutub, zülm eyləmişəm,
    Elə bil ögeyəm, yadam içimə.
    *
    Bu dünya boşalıb gedəndən bəri,
    Gözümü yaş alıb gedəndən bəri,
    Alanı baş alıb gedəndən bəri,
    Bir batman yük olub qadam içimə.
    *
    Soyuqdu, bumbuzdu varlığı, neynim,
    Asılıb yaxamdan yarlığı, neynim,
    Bitib, tükənmədi darlığı, neynim,
    Neynim, bənzəmədi bu dam içimə.
    *
    Hələ Qarabağım, gözüm, qaradı,
    Qaradı, bu çarə, çözüm qaradı.
    Hələ ki, yanında üzüm qaradı,
    Nə üzlə çıxıram adam içinə?…
    25 dekabr 2012
    Gələndi
    Kimdi ki, nədi ki, adam deyilən,
    Vardan çıxıb gedən, yoxdan gələndi.
    Nəyin seviləndi, nəyin öyülən,
    Nəyin var taledən, baxtdan gələndi.
    *
    Saçında bu qırov, dən qazandığın,
    Üstümdə bu duman , çən qazandığın.
    Günahlar, savablar sən qazandığın,
    Hökmlər zamandan, vaxtdan gələndi.
    *
    Al da qadasını elə bu dərdin,
    Qoyma səsi çıxa çölə bu dərdin.
    Çiçəyi burnunda hələ bu dərdin,
    Bu qozbel, qartımış çoxdan gələndi.
    *
    Bu köhnə atandan, anandan gələn,
    Bu təzə dos-doğma balandan gələn.
    Üzün qırmızısı yalandan gələn,
    Sözün qırmızısı haqdan gələndi.
    *
    Daha ölç, daha biç dilindən çıxar,
    Çıxsa sənin deyil dilindən çıxan.
    Yaydan çıxıb gedir əlindən çıxan,
    Qarşına gələnlər oxdan gələndi…
    05 yanvar 2013
    İlkimiz bir, sonumuz bir…
    İlkimiz bir, sonumuz bir,
    Nə fərqi nə gözləndisə…
    Beş arşınlıq donumuz bir,
    Kəfənimiz bezdəndisə.
    *
    Bu tərəfi dar macaldan,
    O tərəfi dar məzardan.
    Behişti güllü-gülzardan,
    Cəhənnəmi közdəndisə.
    *
    Ömür deyən ağ şamdısa,
    Əriyəcək dağ, şamdısa.
    Axşamımız axşamdısa,
    Tezdənimiz tezdəndisə.
    *
    Nə suyumuz, nə havamız,
    Nə dərdimiz, nə davamız?
    El-obamız, yurd-yuvamız,
    Çölləndisə, düzləndisə…
    *
    Bu top, topxana deyilən,
    Gopmuş, gopxana deyilən.
    Ha yap, yapxana deyilən
    Bir quruca sözdəndisə.
    *
    Keçmə, bu çay dizdən deyil,
    Çox dərindi, üzdən deyil.
    Zülm eyləyən bizdən deyil,
    Zülm eyləməz bizdəndisə…
    05 yanvar 2013

  • Debüt: Vüsal XANKİŞİYEV (Salyan).Yeni şeir

     

    TƏRCÜMEYİ-HAL

    Xankişiyev Vüsal İlqar oğlu 1994-cü il yanvar ayının 27-də Salyan rayonunda anadan olub.2000-2011-ci illərdə Nizami Gəncəvi adına 2 saylı orta məktəbdə təhsil alıb.2011-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Pedaqogika və Psixologiya fakültəsinə qəbul olub.
    Ədəbiyyata, poeziyaya erkən yaşlarından maraq göstərir.Şeirləri Azərbaycan türkcəsindən Türkiyə türkcəsinə tərcümə olunub.Şeirlərində XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, satirik şeirlər müəllifi, “Molla Nəsrəddin” jurnalının əməkdaşı Mirzə Ələkbər Sabirin təsiri güclüdür.Şeirlərinin ruhu gözəldi.Anlaşıqlıdı.Sadə dildə yazır.Ahəngdar və ritmikdir.

    Qələm aldım əlimə cümlə bəşərdən yazıram,
    Qəhər olmuş gecələr sübhü səhərdən yazıram.
    Bürümüş daxilimi qəlbdə kədərdən yazıram,
    Bilirəm, bezmisən, amma səni həmdərd sanıram.

    Şüara məclisinə seyrə dalıbdır qələmim,
    Düşünür: “Bəs neçə min Həqqi alıbdır qələmin?!”.
    Baxaraq sizlərə xeyli mat qalıbdır qələmim,
    Dedi ki, mən sizə şair dediyimçün yanıram.
    Bilirəm, bezmisən, amma səni həmdərd sanıram.

    Çoxunun dərdi eşqidir, mənə baxsan o da yox,
    Amma ki, ümmanı dərdəm, tuta bilcək oda yox,
    Dedilər: “Cənnətə yolla məni, əsla oda yox”.
    Bəşər oğlu belədir, ta ki, əzəldən tanıram,
    Bilirəm, bezmisən, amma səni həmdərd sanıram.

    Gecə düşdü sükutu pozdu yenə ahlarınız,
    Dedi ki, Tanrı yoxdu, demək yox günahlarımız.
    Tək olan Tanrınızı dandınız, hanı allahlarınız?!
    Ölən insanlığın acizliyin hər gün anıram,
    Bilirəm, bezmisən, amma səni həmdərd sanıram.

    Çiçək açsın deyə sözlər bulud olmuş yağıram,
    Səbəb oldu quru sözlər məni hərdən yağıran.
    Acı daddı dediyim Haqq sözü indi yağınam,
    Düz olan zəhərə bərabər bunu hər il qanıram,
    Bilirəm, bezmisən, amma səni həmdərd sanıram…

  • Baloğlan CƏLİL.Həyatı və Yaradıcılığı

     

    Baloğlan Cəlil 1959-cu il iyul ayının 27-də Azərbaycan Respublikasının cənub bölgələrdən biri olan Lənkəran rayonunun Zövlə kəndində anadan olub.Üç yaşında ikən doğma anasını itirmişdir.1983-1987-cü illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb.1994-cü ilə qədər Lənkəran rayonunun Zövlə və Separadi kəndlərində orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi işləmişdir.1994-cü ilin sentyabr ayından-dekabr ayına kimi Lənkəran Cənub Televiziya Şirkətində redaktor kimi fəaliyyət göstərib.Elə həmin ilin dekabr ayından bu günə kimi Russiyada, Başkortıstan Respublikasının paytaxtı Ufa şəhərində yaşayır.”Himalay” Tikinti firmasının direktoru və dörd övlad atasıdır. Ədəbiyyata, poeziyaya erkən yaşlarından maraq göstərir.Dövri mətbuat səhifələrində şeirləri ilə çıxış edib.Şeirləri Azərbaycan türkcəsindən Türkiyə türkcəsinə tərcümə olunub.Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.Şeirləri rus dilində “İstoki”ƏDƏBİ ALMANAXLARDA və Türkiyədə çıxan müxtəlif jurnallarda çap olunmuşdur. Hazırda “Qürbət türküləri” şeir kitabı Türkiyədə nəşrə hazırlanır.

     

    Qadın  da hardasa şeir kimidi.

    Qadın da hardasa şeir kimidi

    Gözəl bölgüləri,hecaları var.

    Səni xoşbəxt edən şirin günlərin.

    İçində gizlənən acıları var.

     

    Nədənsə arada tutar tərsliyi,

    Günlərlə gəzərsən qafiyəsini.

    Könlünün evinə yola düşəndə

    Geyinər məlaykə qiyafəsini.

     

    Baxar gözlərinin ucuyla qadın,

    Görər ürəyindən gəlib keçəni.

    Havası qəfildən gəldimi onun

    Şeir tək yatmağa qoymaz gecəni.

     

    Tez-tez güzgülənər gözünə baxıb

    Oxşadar bir gümüş güzgüyə səni.

    Özünü güzgüdə görməsə qadın,

    Dəyişər bir anda özgəyə səni.

     

    Uçub arxasınca dartınar gözün,

    Hicran alovunda yanar əllərin.

    Küsdümü geriyə qayıtmaz qadın,

    Durna qatarına dönər əllərin.

     

    05.07.2013.Ufa.

     

     

     

     

    Unudulmaz məktub

     

    Gəl bu gün səninlə biz uşaq olaq,

    Tutaq əllərindən keçən günlərin.

    Dəftər varağını yenə dörd büküb,

    Sənə unudulmaz məktub göndərim.

     

    Birdən qaçıb gedək çay qırağına

    Oynaşaq qumların üzərində biz

    İsti yanaqların qızarib yansın,

    Yerdə öpüşəndə ləpirlərimiz

     

    Sonra o qumları sığallayaraq,

    Bir ürək şəklini cız barmağınla.

    Süzüb o ürəyi sən bədahətən,

    Altından adımı yaz barmağınla.

    Qara çəkmələr

     

    Qar üstə yeriyən ağ bir çiçəksən,

    Göyərçin əllərin qardan da ağdı.

    Məxmər dizlərini oxşayıb öpən,

    Qara çəkmələrin ağarıb baxdı.

     

    Sən qarın üstündə dümağ bir çiçək,

    Qara çəkmələrin-qara güldanın.

    Qürbəti Vətənə yaxınlaşdıran,

    Çiçək dodağından qara gül damır.

     

    Yoldan keçənlərin boynunu qıran,

    Çıçəkli köynəyin cənnət bağıdı.

    Qışın at çapdığı bu qarlı gündə,

    Qara çəkmələrin bahar çağıdı.

    Qar yağır,yenə də ağarır dünya,

    Ağaran yaxanda qar çiçəkləyir.

    Enir göy üzündən dağçılar kimi,

    Əriyir köksündə qar çiçəkləri.

     

    Bir dəstə gül kimi alıb aparır,

    Səni öz ovcuna hara çəkmələr?!

    Nələr çəkdiyini bir Allah bilir,

    Hara getdiyini qara çəkmələr..

     

  • Əziz MUSA.Yein şeirlər

    YAZ

     

    Bu qışın da sonu çatdı,

    Çatladı suların buzu.

    Zirvələr ağ şalın atdı,

    Qarşıladı gələn yazı.

     

    Məhəbbətdən daş göyərdi,

    Bu sevgi çatdı quzeyə.

    Hər qaranquş xoş xəbərdi,

    Durnalar düzüldü göyə.

     

    Baharın nəfəsi ilıq,

    Açıbdı qönçə gülləri.

    Hər çiçək, hər gül yaraşıq,

    Oxutdurur bülbülləri.

     

    Susmaq olmur bu yaz günü,

    Quş kimi çırpınır ürək.

    Qış verir yaza ömrünü,

    Gülür arzu, gülür dilək.

     

    BAHAR  NƏĞMƏSİ

     

    Bənövşə gözünü açır,

    Qızılgül naz ilə baxır.

    Arılar çəmənə uçur,

    Şaxta, soyuq yoxa çıxır.

     

    Gülün nazın bülbül çəkir,

    Duman qalxır dağ başına.

    Qayalarda kəklik səkir,

    Mamır qonur çay daşına.

     

    Qırmızı donlu lalələr,

    Dağılır çölə nar kimi.

    Meh əsir, körpə budaqlar,

    Dinirlər kaman, tar kimi.

     

    Bulaqların zümzüməsi,

    Könüllərə layla çalır.

    Yayılır quşların səsi,

    Qartallar hay-haray salır.

     

    Qayalardan axır sular,

    Adamın ruhu dincəlir.

    Ürəyə sığmır arzular,

    Yurdumuza bahar gəlir.

     

  • Əziz MUSA.Yeni şeirlər

     

    BAHAR ÇİÇƏKLƏRİ

    BAHAR GƏLİR

    Təbiət oyanır, cənlanır torpaq,
    Yurduma, yuvama bahar, yaz gəlir.
    Tonqallar çatılır, qalanır ocaq,
    Yurduma, yuvama bahar, yaz gəlir.

    Görüşə tələsir hər oğlan, hər qız,
    Dinir məhəbbətlə məclislərdə saz.
    Ucalır hər yanda bir şirin avaz,
    Yurduma, yuvama bahar, yaz gəlir.

    Görünür səmada durna qatarı,
    Dönür selə-suya zirvənin qarı.
    Qönçələr boylanır günəşə sarı,
    Yurduma, yuvama bahar, yaz gəlir.

    Başlayır ellərin toyu, düyünü,
    Bir sevinc gətirir yazın hər günü,
    Bənövşə astaca açır gözünü,
    Yurduma, yuvama bahar, yaz gəlir.

    Bulaqlar fərəhlə nəğmə oxuyur,
    Təbiət çöllərdə xalı toxuyur.
    Hər tərəf gül açır, ətir qoxuyur,
    Yurduma, yuvama bahar, yaz gəlir.

    Mənası dəyişir ömrün, həyatın,
    Bayramı başlayır elin, elatın.
    Ay ellər, obalar gözünüz aydın,
    Yurduma, yuvama bahar, yaz gəlir.

    BAHARDA

    Uca dağlar al-yaşıla bürünür,
    Duman qalxıb quzeylərdə sürünür.
    Kol dibində bənövşələr görünür,
    Lalə, nərgiz çiçək açır baharda.

    Zirvələrdə qar əriyir, xallanır,
    Yamacların gül yanağı allanır.
    Arıların pətəkləri ballanır,
    Səmalarda qartal uçur baharda

    Dərələrdə aşıb-daşır sel-sular,
    Göy çəməndə yeyib, yatır quzular.
    Çiçəkləyir şirin-şirin arzular,
    Kəklik dinir, ceyran qaçır baharda.

    Meh titrədir körpə otu, yarpağı,
    Şehə batır kəkliklərin ayağı.
    Günəş qalxıb salamlayır torpağı,
    Dağa-daşa, şəfəq saçır baharda.

    Bahar yenə gözəllikdən don biçir,
    Qaranquşlar bu yerləri yurd seçir.
    Tumurcuqlar yerdən, göydən nur içir,
    Qönçələnir puçur-puçur baharda.

  • İbrahim İLYASLI.Yeni şeirlər

     

    MƏN BİR DƏLİ RƏSSAMAM

    Oturub ömrün içində
    Çiçək şəkli çəkirəm.
    Yalan rəngləri götürüb,
    Gerçək şəkli çəkirəm.

    Çəkirəm ciyərlərimə
    Faniliyin ətrini.
    Məndən əziz tutan varmı,
    Bu faninin xətrini?!

    Kimsə bilməz nə çəkdirir,
    Mənə mən çəkdiklərim.
    Ölümlərə cücərirlər
    Olmağa əkdiklərim.

    Dəryalar mənə çəkilir,
    Tufanlar məndən qopur.
    Başıma odlar ələnir,
    Ruhuma sular hopur.

    Şəkillənir qələmimdə
    Doğulmamış bir adam.
    Mən şair deyiləm, yavrum,
    Mən bir dəli rəssamam.

    YUXUMA SÖYKƏNMİŞ ADAM

    Sevgiyə layiq dostun yox,
    Nifrətə layiq düşmənin.
    Nə layiqsiz adamsan sən –
    Bə sənin nəyin var, nəyin?!

    Nə dərdindən ölənin var,
    Nə öldürmək istəyənin.
    Zalım adam, aciz adam,
    Bə sənin nəyin var, nəyin?!

    Matdım-matdım nə baxarsan,
    Bu Yer sənin, bu Göy sənin.
    Səninkilər sənin deyil,
    Bə sənin nəyin var, nəyin?!

    Nə haqqını tanıyırsan,
    Nə nahaqdan yox köməyin.
    Haqlı adam, haqsız adam,
    Bə sənin nəyin var, nəyin?!

    Nə ağ bayrağın yellənir,
    Nə gəlir qanlı köynəyin.
    Amalın yox, amacın yox,
    Bə sənin nəyin var, nəyin?!
    Yaşa dolmaq yaşamaqmı,
    Yaşanıb tükənmiş adam?
    Yaradandan utan barı,
    Yuxuma söykənmiş adam!

  • Debüt: Sara SELCAN (Hacıqabul).Yeni şeirlər

    Sara Selcan Hacıqabul rayonunun Muğan qəsəbəsində anadan olub. 2002-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin bakalavr, 2008-ci ildə həmin universitetin magistratura pilləsini bitirib. Hazırda orta məktəbdə müəllimi kimi çalışır.
    Ədəbiyyata, poeziyaya erkən yaşlarından maraq göstərir.Dövri mətbuat səhifələrində şeirləri ilə çıxış edib.Şeirləri Azərbaycan türkcəsindən Türkiyə türkcəsinə tərcümə olunub.”Yovşanlı düzlərdə üzü küləyə” şeirlər kitabının müəllifidir.
    ***
    Rəsmimi çəkən oğlan,
    Qəlbimdəki ümidi tünd elə,
    Çarəsizliyi acıq,
    Gözlərimə kədər qat azacıq.
    Ovunmadığım ağrıları
    Bütün rənglərin qarışığından çək-
    Qırıq-qırıq.
    Adını deyimmi onların?
    -Qəzəb və hıçqırıq.
    Qalın elə
    ovuclarımdakı inamı
    Yapışıb dura bilim.
    Mən daşlı yollardan keçib gəldim,
    Önümdəki yolları kəsəksiz çək,
    Ayağımı yalın elə.
    Su bəyazlığı qat çohrəmə
    Yuyunub durula bilim.
    Saçlarımın ucundan
    Dabanımacan
    Nəfəsimi çək.
    Çək, çək, səsimi çək,
    Çatırsa haracan.
    Rəsmimi çəkən oğlan,
    misra-misra damcılayan
    ömrümü çək.

    Yoxluğumu qoru

    Yoxluğumu
    qoru,
    Ayrılığı
    itirmə.
    Ürəyində yaşat məni,
    Məni
    ağlına gətirmə.
    ***
    Boyumuza biçilməyən ümid
    Ürəyimizə dar gəldiyindən
    Soyunub
    Qaldıq ürəyiyalın.
    İndi yalın ürəklə
    Necə xilas edək Qarabağı?
    ***
    Ümidiszcə tündləşəcəm
    Ayrılığın rəngindən
    Ölçüsü saat əqrəbləri olan vaxtla.
    İçimi siqaret kimi sümürəcək xiffətin
    asta-asta, aram-aram.
    Dumana bürünəndə
    Aydın olacaq
    Sənə də,
    Mənə də.
    Həmişəki naməlum qaranlıqlar.

  • Debüt: Zərxanım ÜLVİ (Neftçala).Yeni şeirlər

    Zərxanım Ülvi Neftçalada doğulub.İbtidai və orta təhsilini Neftçalada alıb.
    Ədəbiyyata, poeziyaya erkən yaşlarından maraq göstərir.Dövri mətbuat səhifələrində şeirləri ilə çıxış edib.Şeirləri Azərbaycan türkcəsindən Türkiyə türkcəsinə tərcümə olunub.

    Kor gəzərəm…
    Dilim-dilim doğransam da dilimdən,
    Xəbislərə dil yarağı vermərəm.
    Özgə mənim şəfa umsa əlimdən,
    Özümündür zəhər, ağı vermərəm.

    Bir ürəkdim, iki yerə bölündüm,
    Araz boyu həsrətimə süründüm.
    Bəsdir, yetər, əsarətə büründüm –
    Tariximə sinə dağı vermərəm.

    Qaysaqlanmış yaramızı soyurlar,
    Görə-görə gözlərimi oyurlar.
    Ayıq başla xülyalara uyurlar…
    Behişt kimi bağça-bağı vermərəm.

    Dayaq ola gərək insan insana,
    Nifaq odu səpməyək bu cahana.
    Bəd niyyətlə alovlanan nadana,
    Bir içimlik buz bulağı vermərəm.

    Susmayacaq bülbüllərin nəğməsi,
    Haqq tapdansa, daşdan çıxar haqq səsi.
    Qarabağım – gözlərimin giləsi,
    Kor gəzərəm, Qarabağı vermərəm.

    Dönə – dönə

    Boynu bükük bənövşətək,
    Yolun üstə bitmiş ürək.
    Həsrətimiz görüşəcək
    Dönə-dönə.

    Sən arzumun qönçəsisən,
    Duyğuların incəsisən,
    Kövrələsən, incələsən
    Dönə-dönə.

    Uzaqlarda gəzmə məni,
    Yad baxışla süzmə məni,
    Ümidimtək üzmə məni,
    Dönə-dönə.

    Səni mindən seçəsiyəm,
    Vüsalından içəsiyəm.
    Günahından keçəsiyəm
    Dönə-dönə.

  • Soltan ABBAS.Həyatı və Yaradıcılığı

    Soltan Abbas 1933-cü il yanvarın 7-də Neftçalanın Ballıcalı kəndində doğulub. Bu il 80 illik yubileyini qeyd edən şair ədəbi yaradıcılığa ötən əsrin 60-cı illərində başlayıb. “Damcı”, “Mənə çox öyrəşmə”, “Tut ağacı”, “Yollar-ömür yolum”, “Səyyah etdi söz məni” və digər kitabların müəllifidir. 1974-cü ildən Neftçalada fəaliyyət göstərən “Xəzər nəğmələri” ədəbi birliyinə rəhbərlik edir.Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

    Muğanda payız

    Saralıb sapsarı qamışqulağı
    Ana Muğanımın xəzan çağıdır.
    Sağımda –zəminin yaşıl zolağı,
    Solumda meşənin üryan çağıdır.

    Bu yerin əbədi sakini turac –
    Gəzinir, fərəhlə ban çəkir, odur.
    Körpə balasını çağırır anac –
    əzilmiş sünbüldən dən çəkir, odur.

    Balıqçı uşaqlar yığıb tilovu,
    Gülüb-danışırlar çay qırağında.
    Bir şair bəhanə gətirib ovu,
    Gəzir təbiəti söz sorağında.

    Hava nə çiskinli, nə də dumandır,
    Payız çiçəkləri açıb rəngbərəng.
    Insan gözəlliyin pasibanıdır,
    Vurur təbiətlə nəbzi həmahəng.

    Barmaqlarım görür mənim

    Ürəyimdə qızıl qan yox,
    Nur çağlayır, nur həmişə.
    Cadar-cadar əllərimin
    Bənzəri var al Günəşə.

    Əllərimdən yağan işıq,
    Qaranlığı əridəndir.
    Əllərimdə doğan işıq,
    Qəlbimdəki şeirdəndir.

    Ömrüm, günüm əkinçidir,
    Gözlərim bar dərir mənim.
    Hər əlimdə beş gözüm var-
    Barmaqlarım görür mənim.

    Tələsirik

    Ömrümüzdən ötür günlər,
    Ay başına tələsirik.
    Təzə körpə doğulanda
    Bir yaşına tələsirik.

    Ötüb keçir bahar ayı,
    Gözləyirik gəlsin yayı.
    Qəlbimizdə payız toyu,
    Qarlı qışa tələsirik.

    Bəzən çılğın, bəzən kövrək,
    Yanıb külə dönür ürək.
    Əbədi bir xatirə tək
    Baş daşına tələsirik.

    Ləlvər dağı

    Ocaq daşı qalaq-qalaq,
    Dedim axşam burda qalaq.
    Əl uzatdım tanış olaq,
    “əl vermədi” Ləlvər dağı.

    Zirvəsi qar, döşü –güldü,
    Qayasının qaşı güldü.
    Gül istədim naşı bildi –
    Gül vermədi Ləlvər dağı.

    Biri ona “Ləlvər” dedi,
    Qucağında “ləl var”-dedi.
    Mən də ərklə: “ləl ver”- dedim,
    Ləl vermədi Ləlvər dağı.

  • Debüt: Zabil PƏRVİZ (Neftçala).Yeni şeir

    Zabil Pərviz 1952-ci ildə Neftçalada anadan olub. 1974-cü ildə ADPU-nun filologiya fakultəsini bitirib. 1 şeir kitabı çap olunub. “Ulutürk dünyası” qəzetinin təsisçi və baş redaktorudur.

    Payız lövhələri

    Gün batır… saralıb solur şəfəqlər,
    Səma yarı qızıl, yarı gümüşdür.
    Axşam şəfəqiylə yanan üfüqlər,
    Sanki xəzan vurmuş bağa dönmüşdür.

    Dağların başında bulud dağları,
    Yayır gözlərindən gümüş məhəbbət.
    Yuyur yarpaq-yarpaq qızıl bağları,
    Payıza boyanır ana təbiət.

    Gör necə ayrılır öz baharından,
    Baharın özünü bəzəyən çinar
    Əriyib tökülür hey damla-damla,
    Qızıl piyaləyə bənzəyən çinar.

    Sanki təbiətin qəlbinə girmiş,
    Bir qızıl hörüklü gözəldir payız.
    Soyuq nəfəsilə yaşıl bağları
    Saraldır, qızardır, közərdir payız.

    Son bahar vəfasız qızlara bənzər,
    Söz verər, qönçəni gülə döndərər.
    Qəfildən tufana çevrilib əsər,
    Məhəbbət umanı külə döndərər.

  • Debüt: Miryusif MİRNƏSİROĞLU (Hacıqabul).Yeni şeirlər

    Miryusif Mirnəsiroğlu 1938-ci il martın 5-də Hacıqabulun Qarasu kəndində doğulub. “Qürbət diyarda”, “Xocalıda görüşərik”, “Sənə güvəndiyim dağlar”, “Dördüncü təcavüz olmayacaq”, “Könül nəğmələrim”, “Bir ömürdən səhifələr”, “Hacıqabuldan çıxan yollar”, “333 rübai” və digər kitabların müəllifidir. 2012-ci ildə haqqın rəhmətinə qovuşdu.Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
    Dördlüklər

    Dünyaya gəlmədin boş həvəs üçün,
    Tanrı ömür yazıb hər bir kəs üçün.
    Bilməzsən bu andan sonrakı anı,
    Sən şükr et çəkdiyin hər nəfəs üçün.

    Ağırdır, bu qəmi çəkə bilmədim,
    Haqqın toxumunu əkə bilmədim.
    Sütunsuz göylərin altında belə
    Sütunlu bir koma tikə bilmədim.

    Gündüzlər Ay şəfəq saça bilmədi,
    Günəşin əlindən qaça bilmədi.
    Miryusif adlanan zavallı şair,
    Dünyanın sirrini aça bilmədi.

    Ehtiyatla dolan aşıb-daşanda,
    Əqlini başına topla çaşanda.
    Torpağa rəhm et ki, rəhm eyləsinlər,
    Sən özün bir zaman torpaqlaşanda.

    Fələk budaq kəsən dəhrəyə bənzər,
    Insan yetişməmiş meyvəyə bənzər.
    Yaxşını pislərdən ayırmaq üçün
    Dünya çalxalanan nehrəyə bənzər.

    Dünənki tumurcuq budaqdı indi,
    Dünənki budaqlar ocaqdı indi.
    Həsrətlə baxdığın nazlı gözəllər,
    Ayağın altında torpaqdı indi.

    Idrakın gücüylə mən duya bildim,
    Göydə ulduzları sanıya bildim.
    Hər gülün, çiçəyin ləçəklərində
    Tanrının adını oxuya bildim.

    Olub keçənləri yad eylə, könül,
    Kim dönüb geriyə, ad eylə könül.
    Namazdan, orucdan daha vacibdir –
    Bir sınıq könülü şad eylə, könül!

    Gözlərim çox axdı, axır duruldu,
    Ürəyim sən olan yönə buruldu.
    Düşmənim gözümlə, ürəyim imiş,
    Biri səni gördü, biri vuruldu.

  • Debüt: Zivər AĞAYEVA (Hacıqabul).Yeni şeir

    Zivər Ağayeva Hacıqabulda anadan olub.İbtidai və orta təhsilini Hacıqabulda alıb.
    Ədəbiyyata, poeziyaya erkən yaşlarından maraq göstərir.Dövri mətbuatda şeirləri ilə çıxış edib.Şeirləri Azərbaycan türkcəsindən Türkiyə türkcəsinə tərcümə olunub.

    * * *

    Göylərdə dolanır səyyar xəyalın
    Uçmağa qüdrətin yoxdusa, gəlmə.
    Buludlar yastığım, duman yorğanım,
    Odun, hərarətin yoxdursa, gəlmə.

    Ömrümün yolları eniş, yoxuşdur,
    Hərdən günəşlidir, hərdən yağışdır.
    Həsrətim boranlı, şaxtalı qışdır,
    Anda sədaqətin yoxdursa, gəlmə.

    Bu yerdə torpağa, göydə ulduza,
    əli bərəkətli, barlı payıza,
    kəsdiyin çörəyə, daddığın duza,
    izzətin, hörmətin yoxdursa, gəlmə.

    Çəməndə çiçəyə, bağçada gülə,
    Ata ocağında qaralan külə,
    Səni boya-başa çatdıran elə
    Bir dünya həsrətin yoxdursa, gəlmə.

    Yaşa əvvəlki tək arzu, diləkdə,
    Nəfəsin duyulsun əsən küləkdə.
    Döyünən ürəkdə, vuran ürəkdə,
    O ilk məhəbbətin yoxdursa, gəlmə.

  • Debüt: Xeybər İGİDƏLİYEV (Hacıqabul).Yeni şeirlər

    Xeybər İgidəliyev 1937-ci ildə Hacıqabulda doğulub. 1966-cı ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakultəsini bitirib. Bir neçə il öncə haqqın rəhmətinə qovuşub.

    NƏ SƏN DOYUN, NƏ DƏ MƏN

    Əzəl gündən var-dövlətə
    nə mən uydum, nə sən uydun.
    Könül verdik məhəbbətə,
    nə sən doydun, nə mən doydum.

    Sənsiz, vallah, həyat heçdir,
    Tale bizi həmdəm seçdi.
    Ömür necə gəldi, keçdi,
    Nə sən duydun, nə mən duydum.

    Dözdük bəzən yana-yana,
    Bu sevdanın acısına.
    Biz çəkəni başqasına
    nə sən qıydın, nə mən qıydım.

    Getdi o hüsn, o yaraşıq,
    gözümüzdə sönür işıq.
    Qocalmışıq, qarımışıq,
    Nə sən oydun, nə mən buydum.

    Bulaq

    Bir gözəllə, görüşünə
    Gəldim dönə-dönə, bulaq.
    Insafdımı bundan sonra,
    Qəlb küsə, üz dönə bulaq?!

    Nə etmədi o gülyanaq,
    Dağ üstündən çəkdi min dağ.
    Gəl, sinəmin üstündən ax,
    Bəlkə odum sönə, bulaq.

    Ürəyimə salma güman,
    Yar gözündən içən zaman.
    Öpmə onun dodağından,
    Qısqanıram sənə bulaq!

  • Debüt: Məhəmməd Rza Xəlilbəyli (Salyan).

    Məhəmməd Rza Xəlilbəyli 1947-ci ildə Salyanda doğulub. ADPU-nu bitirmişdir. 1992-ci ildən – ömrünün sonuna-1998-ci ilə kimi Salyanda çıxan “Qələbə” qəzetinin redaktoru olub. “Xəlil hey…!”, “Qəhrəman Təbrizim”, “Əsrlərin sönməz məşəli”, “Boz qurdun harayı”, “Ulutürk bayramı” və digər kitabların müəllifidir. Sonuncu kitabı olan “Ələmdən qələmə” 1998-ci ildə, ölümündən bir neçə gün sonra çap olundu…

    Yurddaşlıq duyğusu

    Açıqgöz qardaşından,
    Xəbər aldı bir səhər.
    – Böyüyəndə nə olmaq,
    Istəyirsən, bəxtəvər?

    Sən ki “gündəliyini”,
    Bəzəmisən beş ilə.
    Şair, alim, rəssam ol,
    Seç birini eşq ilə.

    Cavab verdi Günətay;
    – Nə fərqi var, baş olum?
    Azərbaycanım üçün,
    Təki vətəndaş olum!

    Öləndə…

    Nə çələng umuram, nə də mükafat
    Bütün əzablara gərmişəm sinə.
    Öləndə kəfənə tutmayın məni,
    Bükün Azərbaycan xəritəsinə!

  • Debüt: Məhəmməd KAMAL (Salyan).Yeni şeir

    Məhəmməd Kamal (Məhəmməd Heydər oğlu Dadaşov) 1950-ci ildə doğulub. Salyanın Kürsəngi kəndində yaşayır. 1991-ci ildə “Savalan dağıyam dözüb durmuşam” adlı şeirlər kitabı çap olunub.

    Qan çəkəcək
    (Höccət Paşaya)

    Tonqal yanır qarış-qarış,
    Bir səs deyər oda qarış.
    Od oğlusan odla yarış,
    Baxma oda yanı, qardaş.

    Sususluğun olmaz daha,
    əkdiklərin solmaz daha.
    Boşalanlar dolmaz daha,
    Gedənlərin hanı, qardaş?

    Öz cığırın, öz yolun var,
    Öz sağın var, öz solun var.
    Koroğlu tək bir ulun var,
    Öz ulunu tanı, qardaş!

    Unudulmaz yaddaşından,
    Mənimsəsə yad daşından.
    Uzaq düşsən qardaşından,
    Qan çəkəcək qanı, qardaş.

    Sevirsənsə, halalındı,
    Izin qalsa cəlalındı.
    Od eyləsən amalındı,
    El yolunda canı, qardaş!