Post Views: 106 Özünü dərk edib duyduğu gündən İnsan taleyini “daşa bağlayıb”. Təşnə dodaq üçün axıb dərindən, Bulağın gözüylə daşlar ağlayıb. Hələ ömr edəndə mağaralarda İnsana daş balta silah sayılıb. Deyirlər, nə qədər eldə, diyarda, Daşa yaman demək günah sayılıb. İnsan özü qurub daş zindanları, İnsan özü yıxıb daş məhbəsləri. İnsan daş bütləri, hökmranları Ucaldıb, …
Azərbaycan ədəbiyyatı
Xalq şairi Nəriman HƏSƏNZADƏ.Seçmə şeirlər
Post Views: 161 * * * Haqdan qulağıma tanış səs gəlir, Bir az yorğun gəlir, təngnəfəs gəlir, Adını çəkirəm, adın nəs gəlir, Dünya burtəhərdir, Budaq müəllim. Biz həyat deyirdik, həyat yuxuymuş, O bu gün varıymış, sabah yoxuymuş, Şirini nəymiş ki acısı buymuş? Şərbəti zəhərmiş, Budaq müəllim. Çağırsam uzaqdı, səsim yetişməz, Canda can yarası sızlar, bitişməz, …
Xalq şairi Zəlimxan YAQUB.Seçmə şeirlər
Post Views: 364 ÖMRÜM Çәkmәlisәn, çәk yükünü dünyanın, Şair ömrüm, ozan ömrüm, hac ömrüm. Ömrü boyu qәm sarıdan gözü tox, Bu dünyanın sevincinә ac ömrüm. Kimdi qalan bu dünyada әbәdi, Mәhәbbәtdi insanlığın mәbәdi. Qәmli könlüm mәndәn ötrü Kәbәdi, Öz dәrdiylә dәrdlilәrә tac ömrüm. Vaxtımızı qovur saat, qovur an, Vaxt özüdü ömrü göyә sovuran. Öz içimi …
Xalq şairi Bəxtiyar VAHABZADƏ.Seçmə şeirlər
Post Views: 2. 466 İYİRMİ BEŞ İL Ömür yoldaşıma Elə bil dünəndir Sabir bağında Çıxdın qabağıma ağ çiçək kimi. Elə bil dünəndir, ağ paltarında Qondun evimizə kəpənək kimi. Nə tez başa gəldi iyirmi beş il? Balalar yetişir, qocalırıq biz. Nələri itirdik – qayıdan deyil, Görəsən, nə imiş bəs qazancımız? Sönməmiş könlümün odu, həvəsi, Balalar səslənir: “Bəsindir …
Xalq şairi Vaqif SƏMƏDOĞLU.Seçmə şeirlər
Post Views: 164 Yusif Səmədoğluna Yorğunluq axşamıdır, Böyüyüb saat səsi. Evdə təkcə özüməm, Gözləmirəm heç kəsi . İçimdə baş qaldırıb Yenə də ölüm eşqi. Ümid dərsləri bitib Qurtarıb arzu məşqi. Qızarılmış mal əti, Bir az gürcü çaxırı. Ya günün əvvəlidir. Ya da ömrün axırı. Bərq vuran tülkü gözü Sönməz həyat şamıdır. Böyüyüb saat səsi Yorğunluq …
Xalq şairi Süleyman RÜSTƏM.Seçmə şeirlər
Post Views: 303 MƏNİM FƏLSƏFƏM Düyünlü sözlərdən heç gəlməz xoşum, Aydın həqiqətdir mənim fəlsəfəm. Vətənə, millətə, qardaş ellərə Dərin məhəbbətdir mənim fəlsəfəm. Dumanlı arzular, xam xəyal deyil, Şan-şöhrət uğrunda qalmaqal deyil; Fitnə-əsad deyil, puç amal deyil, Haqdır, ədalətdir mənim fəlsəfəm. Mən çox bəlalara gərmişəm sinə, Haqqı yazmamışam heç vaxt tərsinə. Ulu babaların yaxşı irsinə Əbədi …
Xalq şairi Zəlimxan YAQUB.”Dünyadan köçən mənəm”
Post Views: 199 Beşikdən qəbrə qədər ağlayıram, gülürəm, Ömrümü ömürlərə paylayıram, bölürəm. Min illərdi doğulur, min illərdi ölürəm, Dünyaya qonan məndim, dünyadan köçən mənəm. Dünya nədir, həyat nə, ötüb keçən an nədi, Axşam nədi, sabah nə, cahan nədi, can nədi. Damarı qarışdıran ağ qan, qara qan nədi, Loğman kimi öyrənib, təbib tək seçən mənəm. Qarışır …
Xalq şairi Zəlimxan YAQUB.”Mən öz dastanımı yazıb gəlmişəm”
Post Views: 6. 559 Ey qərib məmləkət, ey qürbət diyar, Demə yollarımı azıb gəlmişəm. Alna nə yazılıb, Allahım bilir, Mən öz dastanımı yazıb gəlmişəm. Köküm, çiçəklərim, tağım ordadı Mən burda xəstəyəm, sağım ordadı. Qayalı, bulaqlı, dağım ordadı, Damlayam, qayadan sızıb gəlmişəm. Özün bil, özgəyə bildirmə məni, Ağlada-ağlada güldürmə məni. Sən Allah, qürbətdə öldürmə məni, Vətəndə qəbrimi …
Xalq şairi Zəlimxan YAQUB.”Dəyməz”
Post Views: 181 Yumruqlar qazandıq, təpiklər yedik, Vallah, qazancımız təpiyə dəyməz. Uydurma sevgilər, qondarma sözlər Alqışa, hay-küyə, çəpiyə dəyməz. Pozuldu nizamlar, dağıldı səflər, Qırdı bir-birini qansız tərəflər. Dənizlər dibində dürlər, sədəflər Suyun üzündəki köpüyə dəyməz. Qaçma hər uğursuz saat dalınca, Minnətçi göndərmə qanad dalınca. Ey insan, yürümə manat dalınca, Bu dünya bir qara qəpiyə dəyməz. …
Xalq şairi Zəlimxan YAQUB.”Salam yetir”
Post Views: 140 Gedirsәn, ay eloğlu, dinlә mәni ürәkdәn, Orda mәnsiz ömr edәn illәrә salam yetir. Qarayazı, Başkeçid, Sınıq körpü arası, Öp suların gözündәn, güllәrә salam yetir. Gedişinlә torpağın hәr daşını lәl elә, Düzlәrinә baş endir, dağlarına әl elә. Dost sözünә könül ver, әhdinә әmәl elә, Şәlalәni qucaqla, sellәrә salam yetir. Nәğmәsinә oyanıb, laylasına yatdığım, …
Xalq şairi Zəlimxan YAQUB.”Gəlirəm”
Post Views: 130 Duyğuların zirvəsinə baş vurub, Uca sözün ucasından gəlirəm. Gör nələr var üçcə hərfin canında, “Söz”ün bircə hecasından gəlirəm. Ömür üzən, gün qocaldan, yaş yoran, Dincəlməyə aman verə, kaş, yoran. Sualların saç ağardan, baş yoran, “Neyçün”ündən, “necə”sindən gəlirəm. Danışdırdım hər pərdəni, hər simi, Dərk eylədim avandımı, tərsimi. Məktəb açdı, Tanrı verdi dərsimi, Ustadından, …
Nemət TAHİR.Yeni şeirlər
Post Views: 108 * * * Axtarıram, tapammıram Dil ucunda söz kimiyəm. Xatirələr pərən-pərən Alaq basmış iz kimiyəm. Ay qəm-kədər ,yaxamdan düş. Bütün bunlar sanki bir düş Ocağından ayrı düşmüş Öləzimiş köz kimiyəm Durdum özümlə üz-üzə. Dur demədik nəfsimizə Mat qalıbdır tanrı bizə. Göydən baxan göz kimiyəm. * * * Sevgi yaşadar insanı, Kindən,kinfrətdən yıxılar. …
Kənan AYDINOĞLU.Rübailər
Post Views: 103 Dərdlərin əlindən qaçmaq çətindi, Bağlı bir qapını açmaq çətindi. Bilirəm, hər anda dərdinlə birgə, Könlünü özgəyə açmaq çətindi. Quru bir odunu yaşlayım gərək, Məlun bir şeytanı daşlayım gərək. Başımın üstünü əcəl almamış, Özüntərbiyəni başlayım gərək. Günahdan söykənib yenə savaba, Suala baxmayım, baxım, cavaba. Bir də ki, üst-üstə yığıldısa dərd, Gərək hamısını yazım …
Şəfaqət Cavanşirzadəni doğum günü münasibətilə təbrik edirik (18 avqust 1987-ci il)
Post Views: 101 Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi, yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsini, Azərbaycan Yazıçılar Birliyinin və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvünü, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktorunun …
Görkəmli Azərbaycan şairi Əliağa KÜRÇAYLI.”Gedək üzü küləyə”
Post Views: 165 Sevgilim tut əlimdən, Gedək üzü küləyə. Rahatlıq gəzmirəm mən, Gedək üzü küləyə. Qoy göynəsin üzümüz, Qoy yaşarsın gözümüz, Bükülməsin dizimiz, Gedək üzü küləyə. Yollarda daş-kəsək var, Yollarda gül-çiçək var. Yollarda qar-külək var, Gedək üzü küləyə. Biz axşamla,səhərlə, Gəl üzləşək hünərlə. Günlərlə, həftələrlə, Gedək üzü küləyə.
Xalq şairi QABİL.”Səhv düşəndə yerimiz”
Post Views: 180 Duman dağı dolanar, Qiyamət olar. Duman yola sallanar, Müsibət olar. Müsibət oluruq biz, Səhv düşəndə yerimiz. Ümman gəmisi çayda Oturar, üzməz! Çay gəmisi, dağ boyda Dalğaya dözməz! Dözümsüz oluruq biz, Səhv düşəndə yerimiz. Muğan həsrət yağışa, Buludlar xəsis… Yağış tökür Talışa, Hey-hey gərəksiz… Gərəksiz oluruq biz, Səhv düşəndə yerimiz. Küt bıçaq parıldayıb …
Xalq şairi Rəsul RZA.
Post Views: 130 Çinar Gecə keçmiş, ulduzlar ağ, göy qara! Söykənmişəm qocaman bir çinara. Bir yanımda ömür kimi axır su, Qaçmış bu gün təbiətin yuxusu. Budaqlarda sərin yelin xoş səsi. Yarpaqların həzin-həzin nəğməsi. Ürəyim bir qanadlanmış quş kimi Hey çırpınır, təsəllisiz, əsəbi. Hündür çinar budaq atmış, qol atmış, Öz ömründə çox əsrlər qocaltmış. Görkəmində qarlı …
Xalq şairi Cabir NOVRUZ.”Sağlığında qiymət verin insanlara”
Post Views: 186 Bir arzum var, ay adamlar, qoyun deyim, Sağlığında qiymət verin insanlara, Yaxşılara sağlığında yaxşı deyin, Sağlığında yaman deyin yamanlara. Yalnız, yalnız sağ olanda, Hər kəs əsil qiymətini bilər onda, Bu sözlərim düz olmasa töhmət edin. Sizdən rica eləyirəm milyon kərə, Şairlərə sağlığında hörmət edin, Sağlığında heykəl qoyun ölməzlərə… Gələcəyə çox da ümid …
Xalq şairi Nəbi XƏZRİ.”İki səs”
Post Views: 147 Sevirsən … ” Həyatım ” deyə sevirsən . Sevirsən … sevinir gözündə cahan . – De görüm sən onu niyə sevirsən ? – Sev onu , o sənin , sən də onunsan ! Sevmirsən …. Yuxun da çəkilir göyə , Xəyala çevrilir o illər , o qız . – De niyə sevmişdin …
Rafiq ODAY.”Xəbərin olsun”
Post Views: 97 Sənə məktub yazmışam, Dedim xəbərin olsun. Yol üstəyəm, tez oxu, Gedim, xəbərin olsun. Demirəm ki, yaxın gəl, Olum varın, yoxun, gəl… Qoy elə uzaqdan əl Edim, xəbərin olsun. Göz yaşını sər qurut, Bəbəyində tər qurut. Su saxlamır hər qurunt, Yetim, xəbərin olsun. Gecəyə ay sərmişdin, Səhərə gün dərmişdin, Biraz qəm göndərmişdin, Yedim, …
İbrahim İLYASLI.Yeni şeirlər
Post Views: 109 GETSİN Gəl sənə bir yalan uydurum, könül, Adına aldanıb yaşa da, getsin. Ən böyük yalanmış doğru deyilən, Doğruçu olmağı boşla da getsin. Dosta yalan danış, yara yalan de, Dağa dərə söylə, quşa ilan de. Baxıb olmazlara: budu olan, – de, Oxunu daşlara tuşla da, getsin. Təpil yarğanlara, çəkil çallara… Boylan məzə kimi …
Şəfa VƏLİYEVA.”Mənə ümidləri çək…”
Post Views: 135 Zeyneb Münzeviyə … Gürcü qadının hazırladığı qəhvədən içə-içə divardakı rəsm əsərlərini müzakirə edirdilər… Onlara elə gəlirdi ki, bu an bütün dünya bir fırça boydadır… Küncdəki stolda oturub şüşə qapıdan küçəyə baxan qoca kişi altdan-altdan onları da süzməyindən qalmırdı. Qəhvənin sonuncu udumuna hələ vardı… Və ikisi də bu sonuncu uduma gec çatmaq istəyirdi… …
Şəfa EYVAZ.”Sən…”
Post Views: 114 Baxışlarım da səssizləşib bu aralar, dinləyən olsa eşidər səsini sızıldayan səssizliyin… Mən bu gün yoxam. uzun illərin ardından itirdiyim özümə boylanıram. kimdi o qız?! Əlimdə qalan nədi, nələri itirmişəm… soyuq qış gecəsiyəm indi mən. daha umidlərim inciməz, neçəsini istəyirsiniz sındırın, “adamlar”, sındırın. donan hisslər üzündən ağrını hiss etmirəm. indi soyuq qış gecəsi, …
Şəfa VƏLİYEVA.”Bircə ovuc göz yaşısan…”
Post Views: 98 bircə ovuc göz yaşısan… haramdı gözəlliyin… Bilirmi məni yaradan, xoş günümün baş daşısan? ayparam… ciyərparam… addımlarım izlərinin fədaisi… Uçuq-sökük arzularım eşqin ən ibtidaisi… o vaxt bu cür sevərmişlər… “Yarı zormuş, yarı xoş…” Ayrılanda ölərmişlər… İndi ayrılanlar sərxoş…
Şəfa EYVAZ.” Çıxıb getmək var… bacarsan”
Post Views: 92 Çıxıb getmək var bir də Ətrin hopmuş bu şəhərdən. Həsrətli baxışları yığıb küncdən, bucaqdan kimsəsiz döngələrdən. Sıxmaq var susqunluğu Dişlərində qəhərdən. Çıxıb getmək var bir də bu şəhərdən, Gedə bilsən… Çıxıb getmək var səndən, Sənə bağlı xatirələrdən. Ömür dediyin uzun deyil, Düşüncənin bir yerində bütün bağlar qırılır… Yenidən sevmək üçün gücü yetmir …
Rafiq ODAY.”Bu daş atılan daş deyil”
Post Views: 101 İstər kölə ol, istər hürr, Bu daş atılan daş deyil. Darıxmaq alında möhür, Bu daş atılan daş deyil. Ruhun tir-tir əsirsə də, Nə müəmma, nə sirsə də, Araya şeytan girsə də, Bu daş atılan daş deyil. Ələ yatmayır tiyəsi, Yox bu məchulun niyəsi. Ağ etmə, ağıl yiyəsi, – Bu daş atılan daş …
Kənan AYDINOĞLU.”Xalq şairi Nəriman Həsənzadəyə”
Post Views: 88 Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü. Saranın eşqiylə şeirlər yazıb, Körpə uşaq kimi ağlayan şair. Çətinə düşəndə güc, qüvvə tapıb, Haqqa ümidini bağlayan şair. Sevib, əzizlədin doğma, yadını Dünyanın çıxartdın bir vaxt dadını, Dünyada ən gözəl varlıq-qadını, Gözünün üstündə saxlayan şair. Küləyə dönübdü, yelə dönübdü, …
Şəfa EYVAZ.”Dekabr ayı”
Post Views: 91 Dekabr ayı, Axşamüstü, Saat yeddi… Bölür kecir küçələri Tənha qadın silueti… Qızarır işıqfor Qarışır aləm… Hürür küçə iti kimi Yer-yerdən müxtəlif maşın fitləri, Çilikləyir incə qadın ruhunu Kobud kişi səsləri: -Dayan! -Hara gedirsən? -Korsan, görmürsən?! Və bir daha üzülür, Bir qadının ümidi. Görmədiyi sığalı, Duymadığı sözləri Hiss etmək ümidiylə Boylanır yola …
İlahə İMANOVA.Yeni şeirlər
Post Views: 138 QISQANIRAM… Məndən uzaqdasan, yoxsan yanımda, Qarışıb yenə də fikrim, xəyalım. Qorxu gözlərimdə, təlaş canımda Qəlbim rahat olmur, dərk etmir ağlım. Qısqanclıq ruhumu bürüyüb bütün, Əsən küləyə də qısqanıram mən. Əlinə, üzünə toxunur hər gün, Mənimsə xəbərim heç yoxdur səndən. Ay səni seyr edir gecə səmadan, Günəşsə oyadır səni hər səhər. Üzünə toxunub …
Xalq şairi Bəxtiyar VAHABZADƏ.”Sandıqdan səslər”
Post Views: 337 MÜƏLLİFDƏN Sovetlər İttifaqı dağılandan sonra arxivimi araşdırdım, gənclik illərindən yazmağa başladığım gündəliklərimi, çap olunmamış şeirlərimi varaqladım, keçdiyim yolları dəftər səhifələrində yenidən keçib həm fərəhləndim, həm də təəssüfləndim. Ona görə fərəhləndim ki, gənclik illərimdə də həqiqəti görmüş, ağı qaradan seçə bilmiş, duyğularımı, fikirlərimi qəlbimdə gizlətməmiş, müəyyən qədər yazıya köçürə bilmişəm. Ona görə təəssüfləndim …
Xalq şairi Fikrət QOCA.
Post Views: 105 Çəkin itir, ya yavaş-yavaş, ya da qəfil. Ölüm budur ya da qəfil! Milyon-milyon zərrələrə parçalanırsan, səpilirsən, dağılırsan, səssiz, səmirsiz, sənsiz qalırsan. Özünü tapa bilmirsən, ölmürsən, dirilmirsən. Qalırsan çəkisizlikdə kimsəsizlikdə. Burda bir iş yoxdu sizlik, bizlik də… Zaman, içindən keçib gedir, bilmirsən. Ağlamırsan, gülmürsən. Qısqanclığın, aclığın, toxluğun yoxdu. Zamanla getmirsən Varlığın, yoxluğun – …
Xalq şairi.Vaqif SƏMƏDOĞLU.Seçmə şeirlər
Post Views: 111 * * * Kağızın üstünə düşüb, İki əlimin kölgəsi. Yenə də lap zilə qalxıb, Təkliyin yalquzaq səsi. Vaxtdan yaxa qurtarmışam, Bilmirəm saat neçədir… Ay yarımçıq, ulduzlar yox, Yaman ölməli gecədir… Nə varım var, nə barxanam, Ömür yükü bağlamağa. Allah, məni yarı öldür, Yarı saxla ağlamağa. * * * Doğuldum 1939-da, 1937-də tutuldum. …
Xalq şairi Süleyman RÜSTƏM.Seçmə şeirlər
Post Views: 1. 169 BİLMƏZ Sevginin qədrini bu əsrdə hər kəs bilməz, Doğru aşiq özünə dərdi, qəmi bəs bilməz. Kim ki, qəlbilə sənə bağlı deyildirsə, könül, Gecə-gündüz başı üstündə onun əs – bilməz. Eşqə biganə olan eylə gözəllər var ki, Sevirəm söylə, bütün aləmə sal səs – bilməz. Deyirəm, sevgili cananıma canım qurban, Can fəda eyləməyən …
Xalq şairi Zəlimxan YAQUB.Seçmə şeirlər
Post Views: 193 GEDİRƏM BİR QƏLBİ SEVİNDİRMƏYƏ Çəməndə çiçəyəm, sünbüldə dənəm, Sevgidə, sevincdə dağlara tənəm. Dünyanın ən xoşbəxt adamı mənəm, Gedirəm bir qəlbi sevindirməyə. İçimdə işıq var, ulduz var, Ay var, Ruhumda çağlayan bir dəli çay var. Könlümdə Allahın verdiyi pay var, Gedirəm bir qəlbi sevindirməyə. Nə həsrət, nə də ki qəm aparıram, Nə də …
Nəcibə İlkini doğum günü münasibətilə təbrik edirik! (22 iyul 1961-ci il)
Post Views: 86 Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi,Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvünü, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin Mətbuat xidmətinin rəhbərini, “Azad qələm” qəzetinin və “Ali Ziya” jurnalının təsisçisi və baş redaktorunu doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik …
Yunus Oğuzu doğum günü münasibətilə təbrik edirik! (22 iyul 1960-cı il)
Post Views: 102 Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi və kollektivi “Olaylar” İnformasiya Agentliyi və “Olaylar” qəzetinin rəhbəri, yazıç-pulisist, türkoloq alim, əziz dostumuz Yunus Oğuzu doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir! …
Şəfa Vəliyevanı doğum günü münasibətilə təbrik edirik! (22 iyul 1988-ci il)
Post Views: 94 Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi,yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsini, Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məslətəhçisini, Azərbaycan Yazıçılar Birliyinin, “Gənc Ədiblər Məktəbi”nin, Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun …
Şəfa Eyvazı doğum günü münasibətilə təbrik edirik! (21 iyul 1987-ci il)
Post Views: 86 Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi,yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsini, Gundelik.info və Edebiyyat-az.com saytlarının Məsul katibini doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar diləyir! Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sevib, …
Rafiq ODAY.”Dildə başına tac seçən dostların”
Post Views: 91 Dildə başına tac seçən dostların, Əməldə “yox”unu anlayammadım. Yolu ürəyimdən keçən dostların, Əlində oxunu anlayammadım. Səhl Sumbatlığı edənlər peşə, Bəs necə durmadan döyürlər döşə?! Çaqqalsız olmaz ki, deyirlər meşə, – Mən axı çoxunu anlayammadım.
Rafiq ODAY.”Sevinc Qəribə ad günü ağısı”
Post Views: 93 *** Bir zamanlar göyə bülənd olan qərib körpələrin ahıdı indi atəş şəklində qayıdıb özümüzü yandırır, – Vaxtında: “Yavrum, sənin dərdin nə?”- sormamışıq deyə. Qərib insanlar qərib yollar kimidi – Birinin içindən, Birinin üstündən keçilməz. Qərib cığırlar yola qovuşmaz. Qərib insanlar adama yovuşmaz. Qərib insanların qəlbini yosun, Qərib yolların üstünü ot basar. “Arxalı …
Rafiq ODAY.”Dərdə dərmanım, tez yetiş, sənsiz dildə dastanam mən”
Post Views: 102 Dərdə dərmanım, tez yetiş, sənsiz dildə dastanam mən, Baxma ki, göylə gedirəm, dərdi yerlə yeksanam mən.* Deyirlər ki, dan sökülür, günəş doğur hər sübh çağı, Bu bir həqiqətdirsə bəs niyə zülmətnişanam mən?! Hər kəsə bəllidir mənim siqlətim də, xislətim də, Mücərrədlə işim olmaz, kim deyir ki, pünhanam mən?! Məni damla bilən kəsin …
Şəfa VƏLİYEVA.”Şair olanda nolur ki?”
Post Views: 98 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı Günel Şamilqızıya… Günün birində oturub dünyanın dərdini çəkmək istəmişdim. Əllərim ayaqlarıma sahib çıxmadığı zamanlardan biriydi. Bu nağılın tam ortasındaydıq ikimiz də; o da, mən də… Ayrı-ayrı qapılar açırdıq nağıllar diyarına. Onun qarşısına qırx incəbelli kəniziylə birgə şah qızı çıxmışdı, məni …
Şəfa EYVAZ.”Nağıl kimi olacaq hər şey”
Post Views: 132
Rafiq YUSİFOĞLU.Nəğmə dolu şeirlər
Post Views: 113 08 NƏĞMƏ – Tıq- tıq… – Söylə, kimdir gələn? – Mənəm, payız kədəriyəm, Tanışıq, doğmayıq biz ki,?! – Sənə nə lazımdır axı? – Ağzınaсan dolu viski. – Vеrmərəm qətidir sözüm. – Vеrməzsən alaram özüm. Tıq- tıq… – Daha yorulmuşam. – Aç qapını, mənəm, – qışam. Tərcümə edəni Rafiq Yusifoglu ПЕСЕНКА Тук-тук… Кто …
Çağdaş mübarizəmiz haqqında böyük dastan – “Ovçu” romanı
Post Views: 104 İsa Həbibbəyli: “Yunus Oğuz Azərbaycan tarixi romanının əsas yaradıcılarından biridir” İyulun 19-da AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuzun “Ovçu” romanının müzakirəsi keçirilib. AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli qeyd edib ki, “Ovçu” romanı Azərbaycan gerçəklikləri əsasında yazılıb. Bildirib ki, Yunus Oğuz …
Azərbaycan Yazıçılar Birliyinin iyulun 10-da Gəncədə baş vermiş hadisələrlə bağlı bəyanatı
Post Views: 135 2018-ci il iyulun 10-da Gəncə şəhərində baş vermiş iğtişaş və öz vəzifə borclarını yerinə yetirən polis zabitlərimizin qətlə yetirilməsi Azərbaycan dövlətçiliyinə zərbə vurmağa, ölkəmizdəki əmin-amanlığı pozmağa cəhd edən bədxah və cinayətkar qüvvələrin çirkin niyyətlərinin nəticəsidir. Bu yolverilməz cəhdlər, cinayətkar əməllər bütün ölkə ictimaiyyətində olduğu kimi Azərbaycan yazıçı və şairlərində də kəskin hiddət …
Rafiq ODAY.”Dərdə dərmanım, tez yetiş, sənsiz dildə dastanam mən”
Post Views: 98 Dərdə dərmanım, tez yetiş, sənsiz dildə dastanam mən, Baxma ki, göylə gedirəm, dərdi yerlə yeksanam mən.* Deyirlər ki, dan sökülür, günəş doğur hər sübh çağı, Bu bir həqiqətdirsə bəs niyə zülmətnişanam mən?! Hər kəsə bəllidir mənim siqlətim də, xislətim də, Mücərrədlə işim olmaz, kim deyir ki, pünhanam mən?! Məni damla bilən kəsin …
Şəfa EYVAZ.”Baxışlarım da səssizləşib bu aralar”
Post Views: 73 Baxışlarım da səssizləşib bu aralar, dinləyən olsa eşidər səsini sızıldayan səssizliyin… Mən bu gün yoxam. uzun illərin ardından itirdiyim özümə boylanıram. kimdi o qız?! Əlimdə qalan nədi, nələri itirmişəm… soyuq qış gecəsiyəm indi mən. daha umidlərim inciməz, neçəsini istəyirsiniz sındırın, “adamlar”, sındırın. donan hisslər üzündən ağrını hiss etmirəm. indi soyuq qış gecəsi, …
Kənan AYDINOĞLU.
Post Views: 85 Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.
Rafiq ODAY.”Sinəmizdə əbədi qövr edən eşqin közüdür”
Post Views: 126 Sinəmizdə əbədi qövr edən eşqin közüdür, Adəmdən Xatəmədək vəhy olan eşqin sözüdür. Bizə can bəxş eləyən eşqə mücərrəd nə demək?! Bizi ali məqama çatdıran eşqin özüdür. Əsil insan odu ki, bircə üzə qail ola, O da nurdan yaranan saf və pak eşqin üzüdür. Hər şeyə dörd göz ilə baxmağa görməkmi denir?! – …
Rafiq ODAY.”Vaxtıdı”
Post Views: 100 Bir az ağır olun, nolar, Batman gəlməyin vaxtıdı. Savalandan yola çıxıb, Atnan gəlməyin vaxtıdı. Görüb oxu – kürəkdəki, Kimdi əsən külək təki?! Yaşanarmı ürəkdəki Çatnan, gəlməyin vaxtıdı. Dərd sinədə sırıq-sırıq, Sirr verdiyin ağzıcırıq, Düşmən neylər ki, bu qırıq Zatnan, gəlməyin vaxtıdı. Dözməklə kar aşandımı? Ruhsuz bir gün yaşandımı?! Barışmaq yaraşandımı Matnan?- Gəlməyin …
Şəfa VƏLİYEVA.”burax, əllərində ölsün qırışlar”
Post Views: 105 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı burax, əllərində ölsün qırışlar, çərçivə olmasın baxışlarına… mənə çoxdan “xala” deyir uşaqlar, nə tez “nənə” oldun, ay naxış anam?! Mən elə bilirdim, qocala bilməz mən boyda “körpəsi” olan bir qadın… Daha günlərimdən borc ala bilməz, “olmazlar”… Dilimdə təkbirdi adın… burax, …
Şəfa EYVAZ.”Yorğun ürəyimi də götürüb”
Post Views: 110 Yorğun ürəyimi də götürüb, hüzuruna gəlmişəm, Tanrım… o qədər yolu yorğun yoldaşla gəlmək necə çətindir, bilirsənmi?! bir kədərdən perikib ürkmüş arzularımı toplayıb gətirmişəm… görə bilirsənmi, Tanrım, neçəsini itirmişəm? ümidlərim qalaqlanıb, satın alan yoxdu, əlimdə qalıb, Tanrım, alırsanmı? tükəndim, Tanrım, görmürsənmi?! tükəndim… 06.07.2018
Fidan ABBASOVA.”Qərar vermə hələ tezdi”
Post Views: 168 Qərar vermə hələ tezdi nə təz qəlbin məndən bezdi? məni onsuz həyat əzdi səndə əzmə dözmür ürək dur ayağa çıxaq gedək həyatından…. Belə güman etməzdim heç günahım olsada vaz keç ya pis görün yada ki seç səndə getdin dözmür ürək dur ayağa çıxaq gedək ürəyindən… Bilirsənki haqqlıyam mən nə edimki sən deyiləm …
Şəfa VƏLİYEVA.Yeni şeirlər
Post Views: 139 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı * * * məğrur sevdaların rəngləri soyuq, içində min pay var qürur dadında… sənsiz hər keçən gün bir qara oyuq ömür ağacımın budaqlarında… Mənsiz nə xoş günlər qalıb yadında, ay mənim xoş günüm… isti xatirəm… ən soyuq zəfərim addımlarımda qorxuram, …
Şəfa EYVAZ.Yeni şeirlər
Post Views: 84 *** Səndən sonra tutunduğum sevgilər çürük ağac budağı çıxdılar, əl dəyməmiş sındılar, töküldülər… Səndən sonra yan aldığım limanlar bütün gəmilərə bağlı çıxdılar. Səndən sonra bir də üzü gülmədi qürub vaxtı günəşin. Səndən sonra daha əvvəlki olmadı yazdığım şeirlərim… Səndən sonra… Səndən əvvəl nə vardı ki?! nə olaydı səndən sonra??? *** Səssiz bir …
Kənan AYDINOĞLU.”Qadın gülüşüylə hər kəs lal olur”
Post Views: 105 Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü. Bacım Amalya xanım Kərimovanın doğum günü münasibətilə Bizdə Ana yurdda bənzətmə kimi, Deyirlər, bəzən də şirin bal olur. Zarafat gəlməsin, gözəl dünyada, Qadın gülüşüylə hər kəs lal olur. Deyirlər, sevdiyin şəxsi dünyada, Əməllə və sözlə yoxlamaq gərək. Qadını-ən ali …
Rafiq ODAY.”Nə ola bir çoxunun ruhunu ibrət bürüyə” (Qəzəl)
Post Views: 107 *** Nə ola bir çoxunun ruhunu ibrət bürüyə, Dola vicdan yükünə, aləmi heyrət bürüyə. Yaraşarmı kişiyə üzdə girə min qılığa, Arxada arvad ola, ləfzini qeybət bürüyə. Rəvamı insan olan dərd ola insanlıq üçün, Söyələr cəmdəyinə, hər kəsi nifrət bürüyə. Kişi ağır oturub, batmana tən gəlməlidi Ki, onun dövrəsini vəzn ilə siqlət bürüyə. …
Rafiq ODAY.Təcnis
Post Views: 109 Dedin, adın kimi ağayanasan, Çağırdın, ay ağa, ay ağa qurban. Mən də başım üstə qurdum taxtını, Düşmə gəl ayağa, ay ağa qurban. Düşsən, yem olarsan qurda-quşa sən, Saçımdan bir yuva qur da quşa sən. Sığınma yalavac qurd ağuşa sən, Tez bükər ay ağa, ay ağa qurban. Əllərin yalmana sinə sinəmdə, Nə olar …
Rafiq ODAY.Yeni şeir
Post Views: 85 *** Yenə zalim dostlar məni, Ağ yuyub, qara sərdilər. Cismimi qançır etdilrər, Ruhumu nara sərdilər. Yandım beləcə od içrə, Dost da dosta od içirər?! Adımı silib ad içrə, Gətirib zara, sərdilər. Zil öndə – bu, hələ pəsmiş, Yalıncıqlar yolu kəsmiş, Düşmən gülləsindən pismiş, Dost vuran yara, sərdilər. Ürək çırpınır hövr ilə, Yaşa …