Post Views: 100 7 iyun 2018-ci il tarixində saat 15:00-da VIII Şairlər Günü ilə bağlı Beyləqan Mədəniyyət Evində Mücirəddin Beyləqaninin əziz xatirəsinə həsr olunan tədbir keçiriləcək. Kütləvi informasiya nümayəndələrinin, ictimaiyyət nümayəndələrinin, mədəniyyət, ədəbiyyat, incəsənət xadimlərinin də iştirakı gözlənilir. İştirak etmək istəyən hər kəs dəvətlidir.
Azərbaycan ədəbiyyatı
Şair-publisist Xəyal RZA.Yeni şeirlər
Post Views: 212 Azərbaycan Yazıçılar Birliyinin Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının sədr müavini APAR MƏNİ Ey ruhumun qibləgahı, mənim sevgi uman yerim, Ey əqidəm, dinim mənim, ən şərəfli iman yerim, Köməyinə sığınmışam, təkcə sənsən güman yerim, Bu həsrətdən, əziyyətdən, tənhaliqdan qopar məni. Ya məhəbbət nəsib eylə, ya yanına apar məni! Qapıları bağlamısan, …
Fidan ABABSOVA.”Ümid tükənəndə səndə bitirsən”
Post Views: 91 Ümid tükənəndə səndə bitirsən dağılır iç düünyan qəlbin daş olur Nə acı çəkərsinən yaxşı bilirsən o xoşbəxt günlərin gözdə yaş olur. Ruhun incik düşür baxdıqca səndə ətrafda hər nə var yadlaşır bir an Bu qədər acıya tab gələn sinə ürək olsa belə o da bir insan.. Bəl kə də, doğrunu yalnış sanarkən …
Şəfa VƏLİYEVA.”Ədəbiyyatın “adqoydusu”, yaxud zombilərin yaradılış resepti”
Post Views: 163 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı Ədəbiyyat termin olmazdan öncə də vardı. O, hər insanla birgə doğulurdu. Amma adamlara ad qoyulurdu, o adsızlığıyla böyüyürdü. Hər yeni gün ayrı donda, ayrı formada həyatımızda boy verirdi. Bir gün adı “layla”ydı, səhərisi “oxşama”… Əkin tarlalarında “holavar”dı, yaylaqlarda “sayaçı sözləri”… …
Şəfa VƏLİYEVA.”Keçən günün son kadrıdı”
Post Views: 90 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı keçən günün son kadrıdı islanmış balıncım… ovcumdakı göz yaşının rəngi bir az narıncı… igid adsız olmazdı… duyğularım qorxan oldu… eşq canımdan can almazdı… aldı.. adı canan oldu… gün üzündə ay haləsi eşqdi, sevdam… burax, qoy ruhumdan bir mələk öpsün… bəlkə …
Şəfa EYVAZ.”Şuşam, bəyazlamış saçlarına qara bağlamış anam…”
Post Views: 96 Şuşam, bəyazlamış saçlarına qara bağlamış anam… Ağlama… göz yaşını görə bilmir bu millət… Ağlama! Öz göz yaşlarında bərq vuran Şuşam, Bundan sonra da olacaq “sülh nağılları”, dəyişərmi bir günə… 20 ilə dəyişməyən xislət?! Göz yaşını görə bilmir bu millət, bizim şüşüələrin iç üzü kirli, bizim şüşələrin üstü qapalı… silsək də iç üzünü… …
Şəfa EYVAZ.”Səndən sonra”
Post Views: 127 Səndən sonra tutunduğum sevgilər çürük ağac budağı çıxdılar, əl dəyməmiş sındılar, töküldülər… Səndən sonra yan aldığım limanlar bütün gəmilərə bağlı çıxdılar. Səndən sonra bir də üzü gülmədi qürub vaxtı günəşin. Səndən sonra daha əvvəlki olmadı yazdığım şeirlərim… Səndən sonra… Səndən əvvəl nə vardı ki?! nə olaydı səndən sonra???
Gənc yazar Kənan AYDINOĞLU Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub
Post Views: 129 18 may 2018-ci il tarixində saat 12:00-da Azərbaycan Yazıçılar Birliyində AYB-yə yeni üzv qəbul edilən üzvlərə üzvlük vəsiqələrinin təqdimetmə mərasimi keçirilib. Tədbirdə Azərbaycan Yazıçılar Birliyin sədri, Xalq yazıçısı Anar, Azərbaycan Yazıçılar Birliyinin Mətbuat xidmətinin rəhbəri Xəyal Rza, Azərbaycan Yazıçılar Birliyinin Qəbul Komissiyasının sədri Məlahət xanım Qənbərqızı, KİV nümayəndələri, Azərbaycan Televiziyasının və İctimai …
Şəfa VƏLİYEVA.”Söylənti”(Qaravəlli )
Post Views: 151 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı Mən idim, bir də kompyuterim. Oturmuşduq üz-üzə… O, mənə baxırdı, mən də ona. Bilirdim ki, darıxıb mənimçün. Elə mən də istəyirdim, oturub bir şedevr əsər yazam. Çoxdandı yazmırdım. Yazmırdım da, deyəndə ki, bir az yekəxanalıq çıxır, yazırdım əslində, ağlıma nə …
Şəfa EYVAZ.Yeni şeirlər
Post Views: 91 Körpəm Oturub önümdə muncuq gözlərində həyat işığı Çiçəklərdən daha gözəl bir körpə. Baxır minbir sualla, Kədər çökmüş üzümə. Gizlətməyə çalışsam, alınarmı?! Bilmirəm… Baxıb üzündəki məsum suala, Çalışıram az da olsa gülməyə, İnanmadın bilirəm, inanma, körpəm… Ağrılar asanca yox olub getmir, Böyüyüncə sən də öyrənəcəksən… Gizlədə bilmirəm indi gözümü, Mənim kədərimə şahid olursan… …
İlahə İMANOVA.”Elçi zanbaqlar” (Povestinin davamı)
Post Views: 103 ******* İnsan təbiəti belədir. Bir neçə gün xoş sürprizlərə öyrəşəndə, sonra gözlərin qapıda qalır, yenə də nə isə gözləyir, ümid edirsən. Bu gözləntilər bəzən o qədər çox və sənin özündən güclü olur ki, hisslərin məngənəsində aciz, çarəsiz qalırsan. Bu gün həmişəki adi, sıradan günlərdən biri olaraq davam etməkdə idi. Hər gün təkrarlanan …
Şəfaqət CAVANŞİRZADƏ.”Hakim əmi, azadlıq” (Hekayə)
Post Views: 102 Gah birinci mərtəbədə yaşayan qonşusu – təxminən yaşı qırxı keçmiş qarınlı, üzü azca tüklü, qalın dodaqlı, burnu incə, uzunboylu yekəpər kişiyə, gah blokun çıxacağına, gah da bir az cəsarətini toplasa evinə; üçüncü mərtəbəyə aparacaq pilləkənlərə baxırdı. Anası onu çörək almağa göndərmişdi. Daha doğrusu, atası işə gecikdiyi günlər on yaşlı Nilufər onun əvəzinə …
Şəfa EYVAZ.Yeni şeirlər
Post Views: 84 *** sən, küçə tinində boynunu buran qadın. elə gözəlsən ki… küçə işıqları belə çəkir paxıllığını. sənin işığındı bu yola düşən hər kəs dönüb baxır. küçə işığından parlaq təbəssümünə… sən, küçə tinində tənha ürəyini kiridən qadın baxma, bu insanlar heyran-heyran baxır gözəlliyinə… hər baxış təkliyinə tuşlanmış oxdu, boş ver, yaşa qəmini sənin gözlərini …
Şəfa VƏLİYEVA.”Şimşək ana” (Hekayə)
Post Views: 150 Göyə baxmaqdan qorxurdu. Qara buludların bir-birinin üstünə şığımasını, qılınclarını siyirib xartıltıyla bir-birinin ürəyinə saplamasını yağan palçıqlı leysandan, hər yarım dəqiqədən bir qulaqları titrədən gurultudan bilmək olurdu onsuz da… Addımını daha tez atmaq üçün sulu palçığın ortasından aradabir qabaran kiçik daşlar axtarırdı. Gah tapırdı, gah da qaloşunun içinə dolan zığlı suyun şappıltısını eşidirdi. …
Kənan AYDINOĞLU.Nuryüzlüm, Aylinim, Çooook tatlım ilə ilgili şeirlər
Post Views: 163 Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü. Güllərin nazını çəkən AYLİNİM!!! Nuryüzlüm, Aylinim, çoooook tatlım için Bu gözəl dünyanın rəsmin tabloya, Rəssamtək flrçayla çəkən AYLİNİM!!! Sevgi toxumunu həyatı boyu, Torpağa arpatək əkən AYLİNİM!!! Gül-çiçək nazını çəkməsin deyə, Güllərin nazını çəkən AYLİNİM!!! Bakı şəhəri. 16 aprel 2018-ci il. Güllərdən …
Kənan AYDINOĞLU.”Gərək Sumqayıta qayıdam bir də”
Post Views: 123 Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü. Yenə pəncərədən boylanıram mən, Şehli çəmənlərdi yadıma düşən. Hər günü açılmaz sirlərlə dolu, Doğru əməllərdi adıma düşən. Halal süfrələrdən şükürlər olsun, Yediyim çörək də olmayıb qənim. Gənclik çağlarımın ən xoşbəxt anı, Doğma Sumqayıtda yaşanıb mənim. Qəzetdə yazılar çıxanda mənim, Sevincim dünyaya …
Şəfa VƏLİYEVA.”Qapıların nağılı” (Esse)
Post Views: 112 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı Biri vardı, biri yoxdu, bir qız vardı. O qız qapıları sevərdi. Özü də “Şərqin qapısı” Azərbaycanda dünyaya gəlmişdi… O, Gülnar Səmanın “Turanın qapıları” şeirini öz-özünə söyləməyi və qürrələnməyi də xoşlayırdı… Azərbaycan da “Şərqin qapısıdır” Hər gəlib-gedənin gedişi düşür… Şərqə girmək …
Şəfa EYVAZ.”Çağırış”
Post Views: 88 Ay mənim ömrümün saat əqrəbi, Yaman tez keçirsən ömrümdən, yaman. Günlər əvəzləyir biri-birini Nə sən qayıdırsan, nə durur zaman. Ay mənim ömrümün yaralı yeri, Qaysaq tutmağına varmı bir güman? Kimsə söyləməsin unudum səni, Kimsə toxunmasın yarama, aman. Ay mənim ömrümün günəş sevgisi, Nə qədər sürəcək bu zülmət duman? Ay xəstə adamın son …
İlahə İMANOVA.”Elçi zanbaqlar” (Povestindən bir neçə səhifə)
Post Views: 102 Nədənsə mənə elə gəlir ki, səhərlər dənizin rəngi kimi qoxusu da fərqli olur. Bu qoxunu içimə çəkmək üçün səhərlər dəniz kənarında bir qədər gəzişmək adət halını alıb. Dənizin ətrini içimə çəkmədən, onunla bir qədər dərdləşmədən yeni günə başlaya bilmirəm. Dəniz mənim sirdaşımdır. O həmişə məni sükutla dinlər, heç vaxt irad tutmaz, qınamaz. …
İlahə İMANOVA.”Şəkərbura” (Hekayə)
Post Views: 91 Evə tez gələcəyimə söz versəm də, həmişə olduğu kimi, bu gün də yubanmışdım. İşlərimi yekunlaşdırdığımı sandığım son anda ləngiməli olmuşdum. Xoşbəxtlikdən, həyat yoldaşım məni anlayışla qarşılayar, heç vaxt haqlı iradlarını üzümə vurmazdı. Amma hər dəfə şirin yuxuda olan oğlumuzun yanağından əyilib öpəndə baxışlarından qaça bilməzdim, ailəmə kifayət qədər zaman ayıra bilmədiyimə görə …
Astan QASIMOV.”Çernili-qələmi bir az yaşladım”
Post Views: 91 Çernili-qələmi bir az yaşladım, Bu qısa məktubu belə başladım. Sorağını aldım güldən, çiçəkdən. Salam göndərirəm sizə ürəkdən. Salam təbidir göndərirəm Sizə, Salam yetişəcəkdir öz qardaşıma. Qardaşım, o gündən görmüşəm Səni, Səmimi qəlb ilə sevmişəm Səni. Ey mənim qəlbimi ovlayan qardaş, Bəlkə də, mən Sizə layiq deyiləm. Min dəfə də artıq olsa sevdiyin …
Astan QASIMOV.”Həyat bir bağçadı söz onun barı”
Post Views: 83 Həyat bir bağçadı söz onun barı, Heç unudarmı insan insanı?! İnsan unutsa da, qəlbi unutmur, Budur insanlığın son yadigarı. Əziziyəm, yaz göndər, Payız göndər, yaz göndər. Əgər kağız toplasan, Yarpaq üstə yaz göndər. Sən bilirsənmi kimi sevirəm, Əlbəttə, gizli deyil, açıq sevirəm. Nəhayət, oxusan, baş hərifləri, İndi bilirsənmi kimi sevirəm?! Məktubu yazıram …
Astan QASIMOV.”Sabirdən xatirə”
Post Views: 95 Salamlar qəlbimdən hörmətlə Sizə, Tezliklə cavabın qaytarın bizə. Saçlarım ağarıb, tor görür gözüm, Yazdıqca qələmim qurtarmaz sözüm. Məndən söyləməkdir, sizdən eşitmək, Dünyada gözəldir danışıb-gülmək. Dünya beş günlükdür, beşi də qara, Alimlər deyiblər, olmayıb çarə. Qəribəm, uzaqda ucalır səsim. Bu qısa şeiri mən belə kəsim. Əgər axtarsanız, mənim yerimi, Qocaman Sibirdən soruş sirrimi. …
Astan QASIMOV.”Sevgilim”
Post Views: 93 Ey nazənin, xatirinə dəyməsin, İcazə ver, açım yaxan düyməsin. Şux məmələr əllərində oynasın, Nə gül bilsin, nə də bülbül, sevgilim. Gülşan bağda qönçələnib gül qoşa, Bu gənc qəlbim kədərlənibən coşa, Arzum budur, seyrə çıxaq biz qoşa, Gözlər ola sarı sünbül, sevgilim. Hər aşiqin öz arzusu, öz qəlbi, Eşqin oxu bu sinəmi dəldi. …
Astan QASIMOV.”Ay etibarsız”
Post Views: 184 Bir yaman can deyib, can eşidərdin, Budurmu ilqarın, ay etibarsız?! Kimə ağız açıb, verdin busələr, Budurmu ilqarın, ay etibarsız?! Mən səni bəslərdim güllər içində, Zülflərə bənd oldum tellər içində. Sən məni xar etdin ellər içində, Budurmu ilqarın, ay etibarsız?! Daşqının sözlərin çıxartma yaddan, Geymisən köynəyi alovdan, oddan. Gedər gözəlliyin, düşərsən moddan, Budurmu …
Astan QASIMOV.”Xatirə”
Post Views: 103 Dünya, səndə heç etibar görmədim, Söylə görüm, kəhər-kanı neylədin?! Neylədin, ay zalım, Fərhad Şirini Neylədin, Fərhadın sevgi gülünü?! Fərhad dağ başında qayalar çaldı, Şirinin əksini dağlara yapdı. Əks ölümü Fərhad Şirindən qapdı, Neylədin, Fərhadın sevgi gülünü?! Mərdin qarşısında qazdın quyunu, Qurutdun quyunun şirin suyunu. Kərəmdə görmədin Əsli toyunu, Neylədin, Fərhadın sevgi gülünü?! …
Astan QASIMOV.”Deyə bilmədim”
Post Views: 85 Yaz vaxtı açılıb nərgiz çiçəyi, Eşidir çöllərdə çoban tütəyi O qıza eşqini necə deməyi, İstərdim mən deyəm, deyə bilmədim. Hər zaman onunla gəzirdim çöldə, Yaşılbaş sontək üzərdik göldə. Sevgimiz gəzirdi dünyada dildə, İstərdim mən deyəm, deyə bilmədim. Məktəbə gedərdik həmişə birgə, Tarlada gəzərdik daim ön cərgə. Tutmadım özümə bircə düşərgə, İstərdim mən …
Şəfa VƏLİYEVA.Yeni şeirlər
Post Views: 82 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı * * * eh… eşqə bürünəndə ömür bir damcı qalır… adam eşqdən öləndə Tanrı göydə sancılanır… doğduğu yenə eşq olur… adını qoymasa da… adamlar… və həyatlar oyun olur, püşk olur… vallah ədəbdən deyil, Tanrıya asi çıxmaq… sadiq olmaq dəbdə deyil, …
Şəfa VƏLİYEVA.Yeni şeirlər
Post Views: 85 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı *** bir də qayıt… bir də gəl… bir də ölüm-itim mən… sonra yenə çıxıb get, kol dibində bitim mən… arada qırpım gözümü… döyüm kirpiklərimi… dilim qıymaz özümə, söyüm sevdiklərimi… aylar keçsin, öyrənim, çayı sənsiz içməyi… qaranquşa söyləyim qəlbdən-qəlbə köçməyi… gülmək …
Şəms ABBASOVA.”Gələcəkdən keçmişə məktub” (Esse)
Post Views: 92 Bakı şəhər 82 nömrəli məktəbin VI sinif şagirdi “Əziz atam, salam! Yəqin təəccüb edirsən atam sözünə. Mən sənin hələ anadan olmamış qızınam. Mən sənə bu məktubu gələcəkdən yazıram. Bilirəm, çox qəribə səslənir. Ancaq biz yaşadığımız dövrdə artıq bu mümkündür. Bizim oxuduğumuz məktəbdə hər uşağa bir şans verildi ki, keçmişə məktub yazsın. Mən …
Şair-filosof Əlişad QARAQASIMLI.Viktor Bokovdan tərcümə
Post Views: 98 Kəsmə ağcaqayını Kəsmə ağcaqayını, Meşələr küsə bilər. Bahar ayaqlarını, Vətəndən kəsə bilər. Ağcaqayınla qardaş, İnsan tək rəftar eylə. Çiləyər göz yaşını, Yanıb dönərsən külə. Darasın ağcaqayın, Saçlarını gəlintək. Ağcaqayın odda yox, Meşədə bitsin gərək.
Astan QASIMOV.” Bəlalı başım”
Post Views: 80 Başına döndüyüm, qurban olduğum, Bilirsən, nə çəkir bəlalı başım. Hicran dəryasında pünhan olduğum, Bilirsən, nə çəkir bəlalı başım. Məhəbbət oduna yandım əzəldən, Əmanət yaylıqdır-mənə gözəldən. Nə deyim, mənə sənə sevgi düzəldən, Bilirsən, nə çəkir bəlalı başım. Sevdim, yatişmədim əhdi-diləyə, Çoxu namran olub çərxi-fələyə. Məhəbbət odu da yetdi ürəyə, Bilirsən, nə çəkir bəlalı …
Şair-filosof Əlişad QARAQASIMLI.”Ön söz”
Post Views: 156 Bu sonsuz üfüqlər əngin olunca, Əngin fikirlərim olsun həmişə. Üst-başım geyimim zəngin olunca Zəngin fikirlərim olsun həmişə. Yüz ölçüb-biçirəm kəlməni, sözü, Hər dəfə. Özümü öyə bilmərəm. Yamaqlı şalvar da geyərəm, düzü, Yamaqlı fikirlər deyə bilmərəm.
Xalq şairi Səməd VURĞUN.”Şair, nə tez qocaldın sən! “
Post Views: 116 Nemətsə də gözəl şer, Şair olan qəm də yeyir. Ömrü keçir bu adətlə, Uğurlu bir səadətlə. Görən məni nədir deyir: Saçlarına düşən bu dən? Şair, nə tez qocaldın sən! Dünən mənə öz əlində Gül gətirən bir gəlin də Gözlərində min bir sual Heykəl kimi dayandı lal… O bəxtəvər gözəlin də Mən oxudum …
Xalq şairi Nəriman HƏSƏNZADƏ.”Daşı sevməliyik biz indən belə”
Post Views: 137 Gül gətirdim, çiçək qoydum üstünə, Gül sənindi, yer sənindi, sən mənim. Sara Yenə qəbristana düşübdü yolum, Daş yonur, qum tökür burda ustalar. Anana baş daşı qoyurlar oğlum, Səndən xatirədi məndən yadigar Oğlundan,ərindən… Son borcumuzdu, Qalan borclarımız bir yan qalsın. O, həyat aşiqi, o, yer qızıydı, Qoy ondan yer üstə nişanə qalsın. Həyatda …
Xalq şairi Zəlimxan YAQUB.”Gəl, şəklini çəkim, dünya!”
Post Views: 1. 270 Şəkil çəkmək istəyirəm, Gəl, şəklini çəkim, dünya! Rəssam olmaq təbim gəlib, Gəl, şəklini çəkim, dünya! Ruhum gəzsin ahəng ilə, Əlim oynasın rəng ilə, Çirkin ilə, qəşəng ilə, Gəl, şəklini çəkim, dünya! Pəncərə sən, baxan mənəm, Sularında axan mənəm. Rəngi rəngə yaxan mənəm, Gəl, şəklini çəkim, dünya! Gözündəki nəmi çəkim, Qəlbindəki qəmi çəkim. …
Xalq şairi Bəxtiyar VAHABZADƏ.”Ana dili”
Post Views: 759 Dil açanda ilk dəfə ana söyləyərik biz, “Ana dili” adlanır bizim ilk dərsliyimiz. İlk mahnımız laylanı anamız öz südüylə İçirir ruhumuza bu dildə gilə-gilə. Bu dil, – bizim ruhumuz, eşqimiz, canımızdır, Bu dil, – bir-birimizlə əhdi-peymanımızdır. Bu dil, – tanıtmış bizə bu dünyada hər şeyi. Bu dil, – əcdadımızın bizə qoyub getdiyi …
Xalq şairi Vaqif SƏMƏDOĞLU.”Son gecədir bu gün yenə”
Post Views: 97 *** Son gecədir bu gün yenə, Sabah yenə son səhər. Son yel dolur son yelkənə, Qayıq üzür birtəhər… Axırıncı ağacdır bu, Əsir sonuncu külək. Bağlayıb sonuncu yolu Yenə sonuncu fələk… İndi son küçə üstünə Yağacaq son addımlar. Yenə dönəcəklər tinə Sapsarı son adamlar… Doğulur sonuncu insan, Sonuncu insan ölür. Yenə son dəfə …
İlahə İMANOVA.”Peşman” (Hekayə)
Post Views: 98 Düz otuz səkkiz il bundan əvvəl ata olmaq sevincini yaşamışdım. Bəlkə o zamanlar gənc olduğumdan atalıq hissinin nə olduğunu, məsuliyyətini belə dərk etmirdim. Valideynlərim, dostlarım məni oğul atası olmağım münasibəti ilə təbrik edəndə, orta məktəbi bitirərkən qırmızı diplomu əlimə aldığım və daha sonra ali məktəbə qəbul olduğum həmin günlərdə olduğu kimi böyük …
Şair-filosof Əlişad QARAQASIMLI.A.S.Puşkindən tərcümə
Post Views: 137 Qəlbən “Sən” sözünü, boş “Siz” sözüylə O, mələk, o gözəl dəyişdi birdən. Könlümdə bir munis arzu oyatdı, Misratək sıyrılıb çıxdı qəlbimdən. O, qızdan gözümü çəkə bilmirəm, Baxıb gözlərinə üşənirəm mən. -Necə gözəlsiniz!-deyirəm ona, “Mən sizi sevirəm!”-düşünürəm mən.
Şair-filosof Əlişad QARAQASIMLI.Şeirlər
Post Views: 97 * * * Vətəni, torpağı olmayanların Fikrini deməyə sözü də olmaz. “Torpaqdan pay olmaz” deyən bir xalqın Özgə torpağında gözü də olmaz. Göylərə baş vuran çinardır Vətən, Biz doğuçağında yaşıl budağıq. Səmaya qalxanda-əlçim bulud, Torpağın üstündə gəzən torpağıq. Günəş gülümsəsin Vətən göyündə, Nurlu torpaqları hər an var olsun. Qəlbim dilə gəlir bir …
Şair-filosof Əlişad QARAQASIMLI.Şeirlər
Post Views: 100 Çırpma gözlərini səkiyə… İnsanlar yan-yörəndə- kipriklərindir; gözlərinin işığını qoruyaslş Əlindəki əsan- ağac olmuş gözlərindir; həsrətdən uzanayıb boy atmış. …Çırpma, gözlərini səkiyə çırpıma!.. Oyuncaq Manatlıq oyuncaq ala bilmədim, Manatlıq oyuncaq… Oğul, gülüşlərin mənimki deyil. Acı göz yaş yaşların mənimdir ancaq. Çoxdundur quruyub gözümün yaşı, Gözümün yaşını silmirəm, Allah! Əlimdən cibimə uzanan yolu Qırx …
Rahilə DÖVRAN.”NUH DİYARI – “NUHÇIXAN”” (Məqalə)
Post Views: 2. 976 Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, /DÜNYA TUFANI ƏFSANƏSİ VƏ NAXÇIVAN/ NAXÇIVAN – 2018 DÜNYA TUFANI Tarixşünaslıq elmində antik-qədim dövrlərin öyrənilməsində arxeologiya ilə yanaşı, digər elm sahələrinin, xüsusilə mifologiya və toponimikanın da imkanlarına istinad kimi yanaşılır. Artıq Qərb tarixşünaslığında da belə bir qənaət formalaşıbdır ki, tarixin dərinliklərinə baş …
Əlişad QARAQASIMLI.”Torpağa dönmüsən”
Post Views: 140 İşıqlı yollra çıxardın məni İşıqlı dünyaya gətirən gündən. Bir zaman köksünə sıxardın məni, Sıxaram köksümə torpağını mən. Sənsiz ömrü boyu kədər, qəm yedim, Azalmır canımdan ağrı-acım da. Əlində-ovcunda bir dünya idim, Torpağa dönmüsən mənim ovcumda…
Əlişad QARAQASIMLI.”Söyüdlər saçını dağıdır, yolur…”
Post Views: 142 Böyük bir xalqındı nəfəsi, səsi, Vətən bulağının gözündən içər. Vətənə tuşlanan xain gülləsi, İlk dəfə şairin qəlbindən keçər. Şairlər şöhrətçün yazıb-yaratmır; Sonsuz səma kimi boşalır, dolur. Hardasa bir şair vətənsiz qalır- Söyüdlər saçını dağıdır, yolur. Ağır çaylar kimi dənizə axar; Şair sevgisinin alovu sönməz. Dabandan qoyular, dəridən çıxar, Yolundan bur an da …
Əlişad Qaraqasımlını doğum günü münasibətilə təbrik edirik! (15 fevral)
Post Views: 135 Gündəlik Analitik İnformasiya Agentliyinin Rəhbərliyi Sizi, Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini, Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Poeziya” şöbəsinin redaktorunu və əmədaşını doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti, ədəbi-bədii yaradıcılığında bol-bol uğurlar diləyir! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun! Mətbuat …
Rafiq ODAY.Yeni şeirlər
Post Views: 119 Təsisçisi və direktor: Rafiq ODAY Rafiq ODAY ( Bayramov Rafiq Hüseyn oğlu) 23 iyul 1960-cı ildə Naxçıvan MR Şərur rayonunun Şəhriyar kəndində anadan olub. 1983-1988-ci illərdə Naxçıvan Dövlət Universitetinin filologiya fakültəsində təhsil almışdır. Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvüdür.Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədridir.”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və …
Rahilə DÖVRAN.Yeni şeirlər
Post Views: 117 Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, BÜLBÜLÜM /”Vətənimdir” – silsiləsindən/ Bu qədər ağlayıb qəlbimi oyma, Sevda xiffətindən solan bülbülüm. Elini şeydaya intizar qoyma, Gözləri həsrətdən, dolan bülbülüm. Nə vaxtdan Şuşaya güzar salmayan, Xarı bülbülünün könlün almayan. Gülxarsız gecəsi- gündüz olmayan, Yuvası viranə, qalan bülbülüm. Qonşu namərd oldu, kəsdi …
Şəfa VƏLİYEVA.Yeni şeirlər
Post Views: 126 Şəfa VƏLİYEVA (Şəfa Elxan qızı Vəliyeva) 1988-ci il iyulun 22-də Göyçə mahalının Dərə kəndində dünyaya göz açıb.2005-2009-cu illərdə Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının “İbtidai təhsilin metodikası və pedaqogikası” fakültəsində bakalavr dərəcəsu üzrə ali təhsil alıb. İlk kitabı kiçik həcmli hekayələrdən ibarət olan “Ümiddən olan qurbanlar” 2010-cu ildə işıq üzü görüb. “BUTA” -2012 …
Şəfa EYVAZ.Yeni şeirlər
Post Views: 89 Məsul katibi: Şəfa EYVAZ Şəfa EYVAZQIZI (Kazımova Şəfa Eyvaz qızı) 1987-ci ildə Gədəbəy rayonunun Qoşabulaq kəndində dünyaya gəlmişdir. İlk təhsilini doğma kəndində almışdır. 2003-cü ildə Bakı Qızlar Universitetinə daxil olmuş, həmin universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 2007-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinə magistraturaya qəbul olmuş və 2009-cu ildə həmin universiteti də fərqlənmə …
Rahilə DÖVRAN.Yeni şeirlər
Post Views: 117 Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, BİLMİRƏM /”Vətənimdir” – silsiləsindən/ Bəd illər az qalır qərinə olsun, Qübarı könüldən silə bilmirəm. Çatlamış, boş sənək çətin ki, dolsun, Şuşasız, Laçınsız, gülə bilmirəm. Neçə ki, Kəlbəcər qolu bağlıdır, Neçə ki, Ağdamım sinədağlıdır. Neçə ki, “stepan”, “Qarabağlıdır”, Necə yaşayıram, hələ bilmirəm. Cəbrayıl …
Şair-filosof Əlişad QARAQASIMLI.Şeirlər
Post Views: 138 * * * Heyif, bu ağ güllər yeriyə bilmir, Ürəyim çırpınır bu güllər üçün. Ağlayır, sızlayır kiriyə bilmir, Heyif, bu ağ güllər yeriyə bilmir. Ləçəklər süd rəngli ay işığıdı, Bir elin, obanın yaraşığıdı. Xəfif mehdən belə titrəyir, əsir, O hara can atır, hara tələsir? Bəlkə, görüşü var bir çinar altda? Ağ gülə …
Rafiq ODAY.”HƏR GÜN BİR İLMƏ DƏ SÜZÜLÜR ÜMİDİN ƏTƏYİ”
Post Views: 102 Yerdən-göydən əllərini üzüb, ümidin ətəyindən yapışanların sayı çoxaldıqca, Hər gün bir ilmə də süzülür ümidin ətəyi. Bir soran tapılmır ki, bu əllərin bu ətəkdə ölümü nə?! – Beləcə fərman verilir ümidlərin ölümünə. “Ən son ölən ümidlərdir” deyiminin həqiqət olduğuna inansaq, Demək ki, sonu yaxınlaşır hər şeyin, Sonu yaxınlaşır içimizdəki sevgilərin, pisliklərin, kötülüklərin. …
Kənan AYDINOĞLU.”Ustad Aşıq Ələsgərə məktublar” şeirlər silsiləsindən
Post Views: 132 Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü. ƏLƏSGƏRİMİN Göyçə mahalında məclis aparan, Var olsun dilləri Ələsgərimin! Saz tutub ahəstə şeirlər qoşan, Yaratsın əlləri Ələsgərimin! Dağların başını çən bürüyəndə, Ceyranı,cüyürü hey üşüyəndə, Şeiri vərəqə o döşüyəndə, Ağardı telləri Ələsgərimin! Quzğunlar Göyçəyə gəlib girəndən, Tarixi bu millət gedib görəndən, Bu …
Rahilə Dövranı doğum günü münasibətilə təbrik edirik! (12 fevral)
Post Views: 130 Gündəlik Analitik İnformasiya Agentliyinin Rəhbərliyi Sizi, Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini, Azərbaycan Yazıçılar Birliyinin üzvünü, “Qızıl qələm” media mükafatı laureatını, Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Naxçıvan Muxtar Respublikası Bürosunun Rəhbərini və əmədaşını doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti, ədəbi-bədii …
Şair-filosof Əlişad QARAQASIMLI.Şeirlər
Post Views: 92 * * * Heyif, bu ağ güllər yeriyə bilmir, Ürəyim çırpınır bu güllər üçün. Ağlayır, sızlayır kiriyə bilmir, Heyif, bu ağ güllər yeriyə bilmir. Ləçəklər süd rəngli ay işığıdı, Bir elin, obanın yaraşığıdı. Xəfif mehdən belə titrəyir, əsir, O hara can atır, hara tələsir? Bəlkə, görüşü var bir çinar altda? Ağ gülə …
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri Rafiq ODAY
Post Views: 143 Rafiq Oday (Bayramov Rafiq Hüseyn oğlu) – şair, publisist, “Həsən Bəy Zərdabi” və “Qızıl qələm” mükafatları laureatı, respublikanın Əməkdar jurnalisti Həyatı 23 iyul 1960-cı ildə Naxçıvan MR Şərur rayonunun Şəhriyar kəndində anadan olub. 1977-ci ildə Bakı 2 №-li tibb texnikumuna daxil olmuş, 1982-ci ildə təhsilini başa vurmuşdur. Təhsil arası (1978-1980-ci illər) Sevostopol …
Xalq yazıçısı Mirzə İBRAHİMOV
Post Views: 263 İbrahimov Mirzə Əjdər oğlu (28 oktyabr 1911 – 17 dekabr 1993) — Azərbaycan-sovet yazıçısı, dramaturq, ictimai xadim. Azərbaycan SSR xalq yazıçısı (1961), Azərbaycan SSR Elmlər Akademiyasının akademiki (1945), SSRİ dövlət mükafatı laureatı (1950), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1965), Beynəlxalq Nehru mükafatı laureatı (1979). Azərbaycan SSR əməkdar incəsənət xadimi (1941).[1] Sosialist Əməyi …
Xalq yazıçısı ANAR
Post Views: 222 9 Anar (tam adı: Anar Rəsul oğlu Rzayev) — azərbaycanlı yazıçı, şair, tərcüməçi, ssenarist, Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın atası şair Rəsul Rza, anası şairə Nigar Rəfibəylidir. Anar anası tərəfdən Azərbaycanın məşhur ictimai və dövlət xadimi, Azərbaycan Demokratik Respublikasının ilk səhiyyə naziri və Gəncə şəhərinin general-qubernatoru olan Xudadat bəy Rəfibəylinin nəvəsidir. Atası …
Xalq yazıçısı Elçin
Post Views: 367 Elçin (Elçin İlyas oğlu Əfəndiyev) — görkəmli yazıçı, nasir, dramaturq, tənqidçi, ədəbiyyatşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1968), filologiya elmləri doktoru, professor, Əməkdar İncəsənət Xadimi (1984), Azərbaycanın Xalq yazıçısı (1998), “İstiqlal” ordeni (2003), Azərbaycan Respublikası Baş Nazirinin Müavini. Həyatı Elçin Əfəndiyev 13 may 1943-cü ildə Bakı şəhərində XX əsr Azərbaycan ədəbiyyatının böyük nümayəndələrindən …