Post Views: 151 Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Böyük fəxr hissi ilə Ümummilli lider Heydər Əliyevdən sitatlar gətirən Əziz qardaşım Ülvi Qarayevə Ömrün çətin günlərini, Yaşamışam mən də, qardaş! Öndərin hər kəlməsini, Unutma gəl, sən də, qardaş! Araya düşdükcə yenə, Yurdun, elin toy-düyünü. Kitab kimi varaqlanır, Ömrümüzün hər bir …
Azərbaycan ədəbiyyatı
Bütöv Azərbaycanın ünlü şairi Ustad şair Məhəmmədhüsyen Şəhriyarın oğlu Hadi ŞƏHRİYARın bir qism ziyalılar, ədəbiyyat nümayəndələri və gənc yazarlarla görüşü baş tutmuşdu
Post Views: 127 Oktyabrın ayının 31-i saat 11:00-da Yunis Əmrə İnstitutu Bakı Türk Mədəniyyət Mərkəzində bir qrup gənc yazarın təşkilatçılığı ilə bütöv Azərbaycanın ünlü şairi Ustad şair Məhəmmədhüsyen Şəhriyarın oğlu Hadi ŞƏHRİYARın bir qism ziyalılar, ədəbiyyat nümayəndələri və gənc yazarlarla görüşü baş tutmuşdur. Tədbiri giriş sözü ilə açan gənc şair Emil Rasimoğlu hər kəsi salamladıqdan …
Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsi silsilə tədbirlərə imza atıb
Post Views: 76 Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin mətbuat xidmətindən Ədəbiyyat-Az.Com bildiriblər ki, Sumqayıtda uşaqların asudə vaxtının təşkili, mədəniyyət və incəsənət sahəsinə olan maraqlarının artırılması məqsədilə silsilə tədbirlər keçirilib. N.Nərimanov adına mədəniyyət mərkəzində “Müasir Qafqaz Rəqsi” və “Dəcəllər” rəqs qruplarının birgə konserti bu qəbildən olan tədbirlərdəndir. Xareoqraflar Fərhad Dadaşov və Elnarə Xəlilova tərəfindən hazırlanmış …
Elməddin VƏLİYEV.”Dünya”
Post Views: 129 Kiminə çox rahat gediləcək yol Kiminə keçilməz qaladır dünya Birinə ruzidən bərəkətdən bol Birinə aclıqdan çaladı dünya Solunda birinə məzar olanda Sağında toy edən haydadı dünya Bir üzü qaranlıq zülmət qalanda Bir üzü günəşli aynadı dünya Kimini yaddaşa möhkəm həkk edib Kimi unutduran havadı dünya Neçə firovunlar burda məhv edib Sultan Süleymana …
Əlirza Həsrəti doğum günü münasibətilə təbrik edirik! (1 Noyabr 1963-cü il)
Post Views: 90 SƏNİ YARALI SEVDİM Gözdən, könüldən uzaq Düşüb aralı, sevdim. Oxlanıb kirpiyinlə, Səni yaralı sevdim. Lalələr qan içində, Ha alış, yan içində. Dağda duman içində İtən maralı sevdim. Heykəl qurub xəzəldən, Eşq umdum hər gözəldən. Bu dünyanı əzəldən Ağlı-qaralı sevdim. GÖRƏK KİM GÖZƏL AYRILIR Gün keçdi dağın dalına, Dağ sevindi bu halına. Gəl …
Rahilə DÖVRAN.”Öyrətməyəydin”
Post Views: 133 Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, Çox gəncdim, naşıydım, həm də cavandım, Həyat görməmişdim, həm də əvvamdım. Bilmirdim hayan üz, hayan uvandım, Hardan peyda olub gözümə dəydin? Kaş məni özünə öyrətməyəydin. Bilmədim vallahi,bu necə işdi, Səni görcək ayım, günüm dəyişdi. Bilmədim baharmı, yoxsa ki qışdı, O vaxt öz …
Rahilə DÖVRAN.”Yada düşür”
Post Views: 85 Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, Vaxt çatanda ağ libası geyinməyə, Hacət qalmır təkəbbürə, öyünməyə. Başlayırlar, əldə təsbeh deyinməyə Sanki varmış bu günədək öndə duran, Yada düşür oruc, namaz, həm də Quran. Sığışmayır ziyarətlər günə, aya, “Canıdişdə” qatlaşırlar hər bəlaya. Güzar düşür Məşhəd, Həccə, Kərbəlaya Hamı olur minbərlərə …
Abdulla MƏMMƏD.”Gedəsiyəm söz çiynində”
Post Views: 156 Bir gözümdə dəli sevdam, Bir gözümdə bəyaz günah. Sağ ovcumda ürəyimdir, Sol ovcumda güman,Allah! Üzümə gülən qədərim Sevindirir doğmaları. Sözümə qibtə edənə Nuş olmur söz loxmalarım. Eşqlə yandım diri-diri, Hər günümü üzdü gülüm. Kül altında közüm diri, Gələn günə közdü külüm. Yarı bəndə,yarı mələk, Yarı sevinc,yarı dərdəm. Yarı röya,yarı gerçək, Qədərimin yarı …
Abdulla MƏMMƏD.”Dilimdə kədərim böyüyür Allah”
Post Views: 86 Dilimdə kədərim böyüyür Allah, Böyüyür,ağzıma sığmayır daha. Qədərim sevinci kürüyür,Allah, Ürəyim köksümə sığmayır daha. Daha daşdan keçən sözüm daş olub Yağır ürəklərin daş xarasına. Ümidlə yaşanan dözüm daş olub Atılır göz ilə qaş arasına. Torpaq yad əlində,qeyrət yuxuda, Atılan söz oxum hey daşa dəyir. Girəvə gözləyir qorxu pusquda, Hədələr önündə kədər baş …
Təvəkkül GORUSLU.Yeni şeirlər
Post Views: 81 SANİYƏ SAYIR Dəqiqəm sənsizdi, saatım sənsiz, Gecəni gündüzdən indi gəl ayır. Qalmışam sevgiyə, eşqə güvənsiz, Könlüm də, qəlbim də saniyə sayır. Günüm bir il olub, sönüb günəşi, Gecənin zülməti qaraltmış gözüm. Qəlbdə tüğyan edir həsrət atəşi, Hicrinə əzizim, qalmayıb dözüm. Baxışım yollarda ilişib qalıb, Zaman da insafsız, yollar da sonsuz. Zaman ki, …
Təvəkkül GORUSLU.Yeni şeirlər
Post Views: 125 QURBANI OLSUN! Gözümün önündə xəyalın durub, Demək ki, səbəb var, görüşə gəlib. Naəlac kimidi, boynunu burub, Gəlibsə güvənib, pənahı bilib! Səndən uzaqdayam, çatmayır əlin, Ruhumu göndərdim, dayağın olsun! Getməsə ayağın, ağrısa belin, Demişəm qaldırsın, ayağın olsun! Dolsun nəfəsinə, dolsun gözünə, Sızlayan könlünün dərmanı olsun! Doğması, öz canı, bilsin özünə, Ağrıyan qəlbinin qurbanı …
Müzəffər MƏZAHİM.”Qorxudur”
Post Views: 83 Ətəyində qocaldığım zirvədir, Arzulardan bac aldığım zirvədir, Ömür verib ucaldığım zirvədir, Bu zirvənin zəhmi məni qorxudur. Dörd tərəfim baxılmamış mənzərə, Bir qəriblik çəni çöküb hər yerə, Pıçıltımdan uğuldayır dağ, dərə, Tənhalığın vəhmi məni qorxudur. Sıxılıram gur alqışlar içində. Təklənirəm yad baxışlar içində, Yol gedirəm ağ yağışlar içində, Taleyimin rəhmi məni qorxudur. Duyulduqca …
Müzəffər MƏZAHİM.”İki səfil”
Post Views: 86 Pilləkənlərdə əyləşib İki səfil yanaşı, Onların soyuqluğundan Buza dönüb altlarındakı Pilləkən daşı. Birinin əlində Pivə şüşəsi, O birinin qarşısında Boşalmış, yalanmış Koserv qutusu. Hərəsi öz aləmində… Biri tez-tez gəyirir, O biri tez-tez əsnəyir. Adam it günündədir, İt isə adam olmaqdan ötəri İtliyindən çıxıb deyəsən bir az… Hər canlı özündən çıxmasa Dünyada səfil …
Rafiq ODAY.”Zilində dağ tərpənir, bəmində daş oynayır”
Post Views: 90 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, ”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru, ”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı, Əməkdar jurnalist Şəxsiyyətinə hörmət, sənətinə rəğbət bəslədiyim, respublikanın Əməkdar artisti Elnarə xanım Abdullayevaya Tanrının bəxş etdiyi ilahi səsə qurban, Adam istər …
Rafiq ODAY.”Ağıl yiyəsi”
Post Views: 89 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, ”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru, ”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı, Əməkdar jurnalist Kül olsun bu ağıl ilə, Başına, ağıl yiyəsi. Adam öncə bir düşünüb, Daşınar, ağıl yiyəsi. Hayıf bu boya-buxuna, Loxluğun …
Kənan AYDINOĞLU.”Gəncə həsrətindən saçını yolur”
Post Views: 68 Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Gözümün önündə indicə, qardaş, Tarix varaqlanır bir kitab kimi! Bu dünya yenə də qəriblərdəndi, Ömrümə yazılan bir əzab kimi. Deyirlər Təbriz də Gəncəmiz kimi, Ana torpağıma dayaq olubdu. Həsrət də, nisgil də şair ömrümə, Gör neçə ildi ki, qonaq olubdu. Babək, …
Rahilə DÖVRAN.”Dünyamı mənim?”
Post Views: 85 Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, “Mənim dünyam” – silsiləsindən Bir hasar çəkmisən, yıxa bilmirəm, Gözümdə intizar, baxa bilmirəm. Kədər, qəm selindən çıxa bilmirəm, De, niyə dəyişdin , dünyamı mənim? Nə tez doydun məndən, sözün qalmayıb, Necə alışdın ki, közün qalmayıb. Bu eşqin yolunda, izin qalmayıb, De, niyə …
Rahilə DÖVRAN.”Gözləri”
Post Views: 85 Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, “Köhül dəftərim” – silsiləsindən Getmişdim onunla vidalaşmağa, Buludtək doluydu, qara gözləri. Baxışı axırdı sola, gah sağa, Tapa bilməyirdi, çara gözləri. O, məsum,günahsız, nazənin pəri, Yanağda gözlərin, yağışdan zəri. Qəm, qüssə, kədərin, yoxdu bənzəri, Sitəmdən gəlmişdi, zara gözləri. Üzgün baxışları çox şey söylədi, …
Çiçək TAĞIYEVA.”Dünya”
Post Views: 91 Qəriblik bəxtimə yazılan yazı, Qəlbimə kədərlə calandı dünya. Qürbətdə qədərmiş vətən həsrəti, Bulud tək boşalıb dolandı dünya. Dünya duyğuların xəyal aləmi, Ürəkdə yaşayır sevinci, qəmi. Daim halal kəsin olub qəmmi, Düzləri düzlərə salandı dünya. Xilqəti yaratdı Uca Yaradan, Ona həyat verdi torpaqdan, sudan. Gör kimlər bac alıb doydu dünyadan, Məzar daşlarına qalandı …
Abdulla MƏMMƏD.”Ver əlini çıxaq gedək”
Post Views: 91 (Şair-filoloq Elnur Rəsuloğlu Əliyevə) Bu dəyirman darğaların… Ver əlini çıxaq gedək. Ögeyləşən doğmaların Sol əlini sıxaq gedək. Haram kalan, halal talan Pərdələyir haqqı yalan. Həqiqəti düzdə qalan Doğruları yiğaq gedək. Tərəzinin gözü əyri, Söz verənin sözü əyri… Düz dünyanın düzü əyri, Əyilmədən çıxaq gedək. Doğruya yalan dünyanın, Oğruya talan dünyanın, Əğyara qalan …
Abdulla MƏMMƏD.”Bir dünya qüssəsən gözümdə mənim”
Post Views: 94 Dedin:”Yol acıqdır üzünə sənin,” Dünya gözlərimdən düşdü bir anda. Utandım baxmağa gözünə sənin, Sözlərin üşütdü həyamı canda. Nə idi istəyin,nə idi,de nə? Payız tək saraldım bahar gözümdə. Qınadım özümü hey dönə-dönə, Sanki heçə döndü- nə var gözümdə. Oduna qalanıb yolunda yandım, Üstümə bir zərrə su çiləmədin. Dərdinin önündə sipər dayandım, Yaxşı ki …
Mais TƏMKİN.”Sərhəd tanımayan sevgi-məhəbbət”
Post Views: 139 Gözüm səndə qaldı, yaman sürüşdüm, Yıxıldım, daş dəydi dizimə mənim. Sənin baxışından qəzaya düşdüm, Allah da baxmadı üzümə mənim. Sərhəd tanımayan sevgi-məhəbbət, Nə qaya tanıyır, nə də ki, dağ-daş. Deyirəm, dünyada bütün sevənlər, Mənim tək qəzaya uğrayaydı kaş.
Müzəffər MƏZAHİM.”Pənah”
Post Views: 86 Ustad aşıq Pənah Pənahova Sinəsində sazı-sözü, Gəzdi doğma yurdu Pənah. Bayram oldu hər gəlişi, Harda məclis qurdu Pənah. Həm şairdi, həm aşıqdı, Toy-düyünə yaraşıqdı, Tükənməyən bir işıqdı, Könüllərdə nurdu Pənah. Koroğlunun Cünunuydu, El-obanın yananıydı, Dindi, meydan onun idi, Hər sözü bir ordu Pənah. Hikmət vardı duruşunda, Ər idi söz vuruşunda, Böyük sənət …
Müzəffər MƏZAHİM.”Yola çıxırsan”
Post Views: 85 Bəs sənin öz izin hanı? Gedilmiş yola çıxırsan. Sütük çəkmələr altında, Didilmiş yola çıxırsan. Düşmüsən yolun ağına, Daş dolaşır ayağına, Özgə məsləkə sığınan, Ütülmüş yola çıxırsan. Bu yol ki, belə yellidir, Demək hər kəsə bəllidir. Uğurun da təsəllidir, Güdülmüş yola çıxırsan. Nə bilirsən hara gedir? Bütövdür, ya para gedir? Bəlkə də məzara …
Nisə QƏDİROVA.Yeni şeirlər
Post Views: 140 Azərbycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “Qızıl Qələm” Media Mükafatı laureatı, “Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin redaktoru, Bir gün Bir gün unudular sənin də adın, Başına- gözünə döyərsən sən də. Bağrını yandıran alovun, odun Tüstüsü gözünə dolar güləndə. Bir gün əməllərin çıxar qarşına, Başını yamanca qatar bu dünya. Üstündə əsdiyin hər …
Polad SABİRLİ.Yeni şeirlər
Post Views: 88 OL Ürəyimdə dağ olan kəs, Kürəyimdə gəlib dağ ol. Ay üzümə ağ olan kəs , El içində üzü ağ ol. Daş-kəsək atma önümə, Yetiş dada ,çat ünümə, Şərik oldun xoş günümə, Pis günümə gəl ortaq ol. Deyə-deyə yalan palan, Keçən keçdi oldu olan, Mənəm yanan,qeydə qalan, Yaxşı saydın məni sağ ol. Mən …
Elməddin VƏLİYEV.”Dünya qocalıbdır ölmək istəyir”
Post Views: 117 Dünya qocalıbdır ölmək istəyir Yaradan rəbbinə dönmək istəyir. Haqlının haqsızdan qorxduğu vaxtdır Bilənin bilməzə susduğu vaxtdır Quldurun qanunu qovduğu vaxtdır Dünya qocalıbdır ölmək istəyir Yaradan Rəbbinə dönmək istəyir. Bəsdir fırlatdılar bu qədər onu Şalvar əvəzinə satdılar donu Özü də bilir ki, yaxındır sonu Dünya qocalıbdır ölmək istəyir Yaradan rəbbinə dönmək istəyir. Doyub …
Şəfa VƏLİYEVA.”Şokolad ətirli sabun” (Hekayə)
Post Views: 141 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı O, arvadını sevdiyi kimi bu dünyada heç kimi sevməmişdi. Ona elə gəlirdi ki, bir gün, bir neçə saat Bayansız qalsa, dünyası dağılar. Qurduğu bütün arzular, “gələcək” adlı sonsuzluğa doğru getdiyində ürəyinə yığıb apardığı bütün ümidlər Bayanla bağlı idi. Sanki, arvadının …
Şəfa EYVAZ.Yeni şeirlər
Post Views: 82 *** Elə tez alışanam Adicə bir xoş sözə, Bir kiçik gülümsəmə, Yüngül bir nəvazişə Çiçək kimi boy verib Günəşə boylanıram. Elə tez alışanam, Alışıram, yanıram… İnsanlara inanıb, Hər dəfə aldanıram. Gizlədirəm özümü Aldanmağı danıram. Elə tez alışanam, Həyat adlı bu nəsnə Vursa da hey silləni Körpəcə uşaq kimi. Unuduram yenə də Üzərinə …
Sumqayıt şagirdləri “EcoArt” layihəsində iştira ediblər
Post Views: 101 Oktyabrın 21-i Sumqayıt şəhərində “İnkişaf zamanı” proqramı və “MitOst”un dəstəyi ilə “Sosial dəyişikliklər naminə incəsənət” proyekti çərçivəsində “EcoArt” layihəsinin ilk mərhələsi keçirilib. 25 nömrəli məktəbdə keçirilən layihədə həmin məktəbin 20 şagirdinə ekoloji incəsənət mövzusunda təlimlər keçirilmişdir. Təlim görmüş şagirdlər tullantılardan əl işləri hazırlamaq vərdişlərinə yiyələnərək əl işləri hazırlamışlar. Layihə təşkilatçılarından olan Toğrul …
Çilov adasında baş tutan QHT tədbiri
Post Views: 172 Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının 2016-ci ildə elan etdiyi Qrant müsabiqəsinin qaliblərindən biri də Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyidir. “Azərbaycan tarixinin Qarabağ həqiqətlərinin təbliğində Azərbaycanda və xarici ölkələrdə tədbirlərin keçirilməsi” adlı layihənin növbəti tədbir 26 oktyabr 2016-cı il tarixində Çilov adası 131 saylı tam orta məktəbdə keçirildi. …
Şəhriyarın 110 illik yubiley mərasiminə start verildi
Post Views: 96 Sumqayıt şəhər Əli Kərim adına Poeziya Evində ustad şair Məhəmmədheseyn Şəhriyarın 110 illik yubiley mərasiminə start verilib Tədbiri giriş sözü ilə Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Mehman Şükürov açıb. O, çıxışında belə ədəbi–məclislərin təşkil edilməsinin vacibliyini vurğulayıb və bu tədbirlərdə iştirakından məmnunluğunu qeyd edib. AYB-nin Sumqayıt bölməsinin sədri şair Sabir …
“Enactus Səhər Yeməyi” layihəsi çərçivəsində tədbir keçiriləcək
Post Views: 114 Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə noyabrın 4 və 5-i Royal Hoteldə “Enactus Səhər Yeməyi” layihəsi çərçivəsində tədbir keçiriləcək. Tədbirdə 22 universitetin və Azərbaycanın qabaqcıl şirkət və qurumlarının liderlərinin görüşü gözlənilir. Bu görüşdə Kənd təsərrüfatı, qadınların kiçik və orta sahibkarlığa cəlb edilməsi, onların sosial-ictimai həyatda fəallığının artırılması mövzuları ətrafında …
Şairə-jurnalist-publisist Rahilə xanım Dövranın bədii yaradıcılıq fəaliyyətinə həsr olunan məqalə çap olunub
Post Views: 80 Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Naxçıvan Muxtar Respublikası bürosunun rəhbəri, Şairə-jurnalist-publisist Rahilə xanım Dövranın bədii yaradıcılıq fəaliyyəti və yeni işıq üzü görmüş “Dövran həmin dövrandır” şeirləri …
Rafiq ODAY.”Sən yer adamı deyilsən”
Post Views: 85 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, ”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru, ”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı, Əməkdar jurnalist Özün şəklindən qəşəngsən, Şəklin də özündən gözəl. Həyat səni düşürməsin, Heç zaman gözündən, gözəl. Bu necə bir gözəllikdi? – …
Rahilə DÖVRAN.”Haqqın mizanı”
Post Views: 91 Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, Dünyamız olubdur fırıldaq,yalan, Abır,ismət,əxlaq,edilib talan. Nə varsa yox olub əcdaddan qalan, Qoruya bilmirik Tanrı yazanı- Allahım,qurulsun Haqqın mizanı. Artır bəyaz saçlar ağıllı başda, Bu hala qəlb nədir,əriyər daş da. Bəllərdik ərləri,mərdi savaşda, Kilkilər ram edir nərə,sazanı- Allahım ,qurulsun Haqqın mizanı. Yalan ayaq …
Rahilə DÖVRAN.”Yurdun Əfəndisi uyuyur burda”
Post Views: 90 Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, H.Cavidin ev muzeyini ziyarət edərkən Ulu öndər tərəfindən onun nəşini Vətənə gətirənlərin onun məzarı önündəki şəkli və muzeydə qorunan 59 №-li taxta məzar nişanəsini seyr edərkən. Bir şəklin önündə durmuşam səssiz, Hissim, duyğularım kükrəyən dəniz. Xəyallar götürür keçmişə məni, Titrəyir qəlbimin qürur …
Abdulla MƏMMƏD.”Gərək çıxmayaydın önümə bir də”
Post Views: 87 Gərək çıxmayaydın önümə bir də, Kaş elə qalaydın dünənimdə sən. De,niyə dönmüsən günümə bir də? Sən ki sənə bağlı dünənimdəsən. Yadıma düşdükcə sənli o çağım, Yenə də ürəyim yerindən çıxır. Külü də sovrulub sənli ocağın, Başımın üstündə şimşəyi çaxır. Yeriyir üstümə dərd dönə-dönə, Yeyir ürəyimi sənli fikirlər. Sən özün-özünü saldın düyünə, Dumanlı,çisənli,çənli …
Abdulla MƏMMƏD.”Bir dünya qüssəsən gözümdə mənim”
Post Views: 88 Dedin:”Yol acıqdır üzünə sənin,” Dünya gözlərimdən düşdü bir anda. Utandım baxmağa gözünə sənin, Sözlərin üşütdü həyamı canda. Nə idi istəyin,nə idi,de nə? Payız tək saraldım bahar gözümdə. Qınadım özümü hey dönə-dönə, Sanki heçə döndü- nə var gözümdə. Oduna qalanıb yolunda yandım, Üstümə bir zərrə su çiləmədin. Dərdinin önündə sipər dayandım, Yaxşı ki …
Müzəffər MƏZAHİM.”Çıxır”
Post Views: 172 Kasıbın bir tikəsinə, Min tikəli şərik çıxır. Nübarına əl dəyməmiş, Əlli yerdən yerik çıxır. Bəxtinə düyün düşübdür, Taleyindən gen düşübdür, Düz yoluna çən düşübdür, Qarşısına gədik çıxır. Cındırından cin ürküdür, Amma ürəyi güzgüdür, Kasıbçın “Pul əl çirkidir”, Məsəli də müdrik çıxır. Yaşamağa ümidi var, Düşünür ki, çarə tapar… Həsrətlə gözlədiyi bar, Yetişəndə …
Müzəffər MƏZAHİM.”Çatammadım”
Post Views: 123 Mən piyada, ömür atlı, Arzularım yel qanadlı, Əzabı da toy-büsatlı, O ilimə çatammadım. Ürəyimin köz vaxtında, Sevgi dolu söz vaxtında, Ha yüyürdüm, öz vaxtında, Öz fəslimə çatammadım. Daş-kəsəyi qaya bildim, Gölməçəni dərya bildim, Hər ürəyi duya bildim, Öz könlümə çatammadım. Nə təzanə, nə sim oldum, Sığal çəkən nəsim oldum, Səbr oldum, dözüm …
Rahilə DÖVRAN.”Ad günü mübarək, Kamran, Kənanın!”
Post Views: 111 Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, BU GÜN ƏDƏBİ MÜHİTİMİZİN SEVİMLİSİ, ƏDƏBİYYATIMIZIN VƏ MƏDƏNİYYƏTİMİZİN MÜBARİZ TƏSSÜBKEŞLƏRİ, GÖRKƏMLİ QƏLƏM SAHİBİ VƏ İSTEDADLI JURNALİSTLƏRİMİZ OLAN KAMRAN VƏ KƏNAN AYDINOĞULLARININ DOĞUM GÜNÜDÜR. ƏZİZLƏRİMİZ OLAN ƏKİZ QARDAŞLARI AD GÜNLƏRİ MÜNASİBƏTİ İLƏ SƏMİMİ QƏLBDƏN TƏBRİK EDİR, ONLARA SEVDİKLƏRİ İLƏ BİRLİKDƏ UZUNÖMÜR, CANSAĞLIĞI ARZULAYIRIQ! …
Azərbaycanın dahi şairi Məhəmmədhüseyn Şəhriyarın anadan olmasının 110 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcək
Post Views: 81 Oktyabrın 28-də saat 18:00-da Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə respublikanın paytaxtı Bakı şəhərində Beynəlxalq Muğam Mərkəzində Azərbaycanın dahi şairi Məhəmmədhüseyn Şəhriyarın anadan olmasının 110 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcək. İctimaiyyət nümayəndələrinin, media təmsilçilərinin, mədəniyyət, ədəbiyyat, incəsənət xadimlərinin iştirakı ilə keçiriləcək tədbirdə “Heydərbaba şairi” …
Sumqayıtda “Poeziya evi”ndə yazarlarla görüş
Post Views: 91 Sumqayıt şəhər rəhbərliyi Heydər Əliyev parkında yerləşən “Poeziya evi”ndə Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsinin üzvləri ilə görüşüb. AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edən yazarlar söz adamlarına göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. Çıxışlarda şəhərdə görülən işlər, o cümlədən Heydər Əliyev Mərkəzinin, şahmat və incəsənət məktəblərinin tikilib istifadəyə verilməsi, “Sülh” küçəsində …
Rahilə DÖVRAN.”Mən sevdiyim gözəlin”
Post Views: 87 Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, “Könül dəftərim” – silsiləsindən Güntək, Aytək camalı, Təmiz adı, amalı. Vardır ağlı, kamalı, Mən sevdiyim gözəlin. Zərdən buta, naxışı, Naz, qəmzədir yaxışı. Ürək üzür baxışı, Mən sevdiyim gözəlin. Sehrə, tilsimə salır, Görən donub, mat qalır. Gözləri canlar alır, Mən sevdiyim gözəlin. Cilvə, …
Rahilə DÖVRAN.”Bizimlədir”
Post Views: 83 Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, “BİR İNSAN ÖMRÜNƏ NƏLƏR SIĞARMIŞ”- ULU ÖNDƏRİMİZ HAQQINDA YAZDIĞIM POEMADAN KİŞİK BİR PARÇA. Dövlət müstəqilliyimiz əbədidir! O azadlıq şəhərinin qapısıdır, Təşnə,cadar dodaqlara sərin sudur. O,müdrikdir,Uluların Ulusudur. Dəyişsə də zaman, dövran, bizimlədir! Olmasada aramızda Ulu Rəhbər, O,diridir, hər bir zaman bizimlədir. O, xoşbəxtlik,firavanlıq, …
Kənan AYDINOĞLU.”Sınanılmış həqiqət, deyilmiş hikmətdi bu”
Post Views: 82 Diləməsən könüllər rahatlıq tapa bilməz, Qiyamətdə dağlar da yerindən qopa bilməz. Mərdlər də yəhər üstə bir atı çapa bilməz,- Sınanılmış həqiqət, deyilmiş hikmətdi bu. Sənin bax, təkliyini xalqa bəyan eyləmək, Mələkləri özünə yeni həyan eyləmək, Din, imanın uğrunda bu gün üsyan eyləmək, Sınanılmış həqiqət, deyilmiş hikmətdi bu. Dünya malından ötrü göz yaşını …
Kənan AYDINOĞLU.”Yoxdan var eyləmisən bu dünyanı sən, Allah!”
Post Views: 110 Cəmi altıca günə bir də “Ol!” əmrindən, Yoxdan var eyləmisən bu dünyanı sən, Allah! Yenə şükür söyləyim gərək ki, kərəminə, Bu ömrün hər gününə, hər anına mən, Allah! Bilirəm ki, izninlə dağ başından qar atar, Kimi öz niyyətinə, kimi murada çatar. Gözlərdən gəlib keçsə, günlər də qatar-qatar, Çatmaz yüz camalına: nə duman, …
Abdulla MƏMMƏD.”Qırmızı yağışlar yağarmış qəlbə”
Post Views: 113 20 YANVAR şəhidlərinin əziz xatirəsinə. Bu yağış-məhrəmi qaynar qazanın, Bu yağış-məlhəmi qəbir qazanın. Bu yağış torpağa şəhid ehsanı, Bu yağış gözlərdən nidamış hərbə. Qırmızı yağışlar yağarmış qəlbə. Bu yağış-yanvarın çillə yağışı, Qırmızı üzlərə sillə yağışı, Mənliyə tuşlanan güllə yağışı, Alovlu başlara yağan daş zərbə, Qırmızı yağışlar yağarmış qəlbə. Bu yağış-qəzəbi dillənən baxış, …
Abdulla MƏMMƏD.”Sən mənim yolumu gözləyəcəksən”
Post Views: 119 Hər axşam qoşulub tənha qüssənə. Qəmini qəlbində közləyəcəksən. Elə od qoyacaq intizar sənə, Bu odu hamıdan gizləyəcəksən, Sən mənim yolumu gözləyəcəksən. Gündüzlər qəlbində yaşaran ümid. Gecələr yuxunu ərşə çəkəcək. Donacaq gözündə yaşaran ümid, Qəmli baxışın da hey yol çəkəcək, Sən mənim yolumu gözləyəcəksən. Gözünün odunu alacaq yollar, Yenə düyünlənib baxışlarına. Bu yollar …
Müzəffər MƏZAHİM.”Haqqa layiq ol!”
Post Views: 79 El içində saf dolan , pak adla xoş niyyət qazan, Ol ləyaqət timsalı , şəksiz səlahiyyət qazan. Olma şöhrət , var əsiri , çünki yoxdur faydası, Axirət dünyasına hazırla yük , xeyrət qazan. At lovğalıq hissini , ol sadə Allah bəndəsi, İnsan ol , insanlara hörmət elə , biət qazan. İstəsən könlün …
Müzəffər MƏZAHİM.”Sevin, Ustad!”
Post Views: 130 Mərhum şairimiz Məmməd Araza Vətən səni oğul deyib səsləyir, Sevin, ustad, həqiqətdir gümanın. Bəxt gülünü qayalarda bəsləyir, Ləçəyində xalı yoxdur xəzanın. Sözlərini pıçıldadın daşlara, Od-alovlu ürək hara, daş hara, Söykəndiyin qayalarmı qışqıran, Sədasımı əsrlərin, zamanın? Ürəklərdə arzu olub hər arzun, Bu məhəbbət alovunda gəl, qızın, Qonur gözlü Ana Kürün, Arazın, Nəğməsini ürəyindir …
Rahilə DÖVRAN.”O mənim babamdı”
Post Views: 108 Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, “Mənim dünyam” – silsiləsindən Sönmür nə həsrəti,nə məhəbbəti, Qulaqda sırğadır hər nəsihəti. Olmayıb kimsəyə bir qəbahəti, Gülərüz,mehriban,ailəyə həyan- O,mənim babamdı,məşəltək yanan. Yaxşıya heç zaman yaman demədi. Atəşdən,alovdan köynək geymədi. Ömründə bir tikə haram yemədi, Harama düşməndi,Haqqa inanan- O,mənim babamdı ,məşəltək yanan. Elin …
Rahilə DÖVRAN.”Olmusan”
Post Views: 99 Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, “Könül dəftərim” – silsiləsindən Nə zamandır gülmürəm, Öləmmirəm, ölmürəm. Heç səbəbin bilmirəm, Niyə, zalım olmusan? Sevgi oyuncaq deyil, Kimə salmısan meyil? Dön dinə, Haqqa əyil, Niyə, zalım olmusan? Bilməm, nəymiş günahım? Necə üzünə baxım? Dağ – daşı yaxır ahım, Niyə, zalım olmusan? …
Abdulla MƏMMƏD.”Buludlarla salamlayır göy yeri”
Post Views: 101 “Qubanın təbiəti” silsiləsindən Şahdağından,Babadağdan yön alan, Çaylarının nəğməsi min avazlı. Dərələrdən cığırlara boylanan Nərğiz nazlı,lalə nazlı-ğül nazlı. Burda dağın duruşunda bir vüqar, Yaşıl meşə Əlçapanın kürkümü? Şahdağının çal saçları dümağ qar Bu mənzərə təbiətin hökmümü?! Möcüzəmi daş üstündə ağaclar, Burda ot da daş üstündə göyərir. Sanki sirdir bu yerlərdə nə ki var- …
Abdulla MƏMMƏD.”Qurban olduğun”
Post Views: 75 Sən kimi sevirsən heç bilirsənmi? Qəlbi qara daşdır qurban olduğun. İlanı yuvadan çıxarar dillə, Şeytana qardaşdır qurban olduğun. Sənə ünvanlanan sözünə bəndsən, Sözündən daha çox özünə bəndsən, Oğrun baxışına,gözünə bəndsən, Sevən qəlbə daşdır qurban olduğun. Ona fərq eləməz sənsən,ya qeyri, Sözündə düz olmaz gözündən əyri… Yüz yol söyləsəm də sənə,nə xeyri? Desəm:”Qəlbi …
Mais TƏMKİN.”Qəbir üstü düşüncələr”
Post Views: 81 Ağı deyib, məni səslər, Göz yaşında oxşar, bəslər, Dərd-qəmimə susan kəslər, Dil açar sinəm üstündə. Seçib haqqın dərgahını, Səsləyəcək Allahımı. Əfv etməkçün günahımı, Əl açar sinəm üstündə. Qalammarıq nə sən, nə mən, Biz gedərik, dünya həmən… Üstündə gəzdiyim çəmən, Gül açar sinəm üstündə!
Mais TƏMKİN.”Mənə bir şəkil göndər”
Post Views: 138 Sən mənə bir şəkil göndər, Baxıb ona, dəli olum. İçimdə yanan ocağın, Alovlanan dili olum. Sən mənə bir şəkil göndər, Öz-özümə aşıb-daşım. Gecə-gündüz qoy şəklinə Baxmağa qarışsın başım. Sən mənə bir şəkil göndər, Can alıb, dursun qəsdimə. Öpüm, şəkildə üzündən, Basım sinəmin üstünə. Səni sənsiz belə sevmək, Bir az mənə rahat olur. …
Müzəffər MƏZAHİM.”Qorxuram”
Post Views: 85 Ölüm mənə vız gəlir, Mən ömürdən qorxuram. Sükutu kiridirəm, Səs-səmirdən qorxuram, Bu düyünlər, bu sirrlər, Hisslərimi əzirlər… Pambıqla baş kəsirlər, Mən dəmirdən qorxuram. Dünya cığal, qəlbqıran, İti qurda qısqıran… Çoxluca su aparan, Bu xəmirdən qorxuram. Məramımı ləngidən, Hövsələmi təngidən, Yollarımı səngidən, Bu səbrdən qorxuram. Sevinc dərdə əriyir, Təsəllilər kiriyir… Cəmlər birdən törəyir, …
Müzəffər MƏZAHİM.”Səadətdir azadlıq”
Post Views: 124 Öyrəş müstəqilliyə, Dirçəl a xalqım mənim. Çox bəlalar çəkibdir, Bu gülüstan Vətənim. Qoru bu gülüstanı, Əziz tut ki , canından. Su içib hər ləçəyi, Şəhidlərin qanından. Qandan-qadadan keçən, Əmanətdir azadlıq. Məhəbbətdən su içən, Səadətdir azadlıq.