Post Views: 87 Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyi və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi və Kollektivi Sizi, yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsini, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyi və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini, DGTYB üzvünü doğum gününüz münasibətilə səmimi qəlbdən …
Azərbaycan ədəbiyyatı
Kənan AYDINOĞLU.”Demədim ki, apar məni”
Post Views: 140 Könül dünyamdan ayırıb, Demədim ki, apar məni. Qonsam güllərin üstünə, Sən oradan qopar məni. Fəqət boyun əyməm yada, Bilirəm ki, o qan-qada, Fani olan bu dünyada, Hey, istəsə tapar məni. Dağ başından qar atmasa, Ay görüb, günəş batmasa, Allah köməyə çatmasa, Yalqız bir it qapar məni.
Kənan AYDINOĞLU.”Ay Heyran xanım”
Post Views: 80 “Təbriz zəlzələsi” harada qaldı,- Cavab ver suala, ay Heyran xanım. Cavn görünəndə sən bu yaşında, Çatasan vüsala, ay Heyran xanım. Səslənmir uzaqdan dağların ünü, Çox şükür, görmüşəm mən də bu günü. Qıymaram millətin toyu, düyünü, Çevrilib yas ola, ay Heyran xanım. Qədrini bil görək, türkün bayrağın, Bəlkə də qısadı ömrün yarpağı?! Razı …
Mais TƏMKİN.”Yayanam indi”
Post Views: 75 Bir zamanlar gizlədirdim eşqimi, Car çəkib dünyaya yayanam indi. Ya gərək yar mənim odumu ala, Mən onsuz alışıb, ya yanam- indi. Ürəyini gözlərindən oxudum, Tanrının da ilk kəlamı ,,oxu”du. Kipriklər bağrımı yaran oxudu, Qaşların düşünüb, yay anam indi. Qəm əlindən canım dağa sər alıb, Qartal gedib, bu dağları sar alıb. Ömrümün baharı …
Mais TƏMKİN.”Ömür-gün yoldaşıma…”
Post Views: 89 Canındakı ağrılardan, Cana doyub bezən qadın. Can verməyə Əzrayılı Gecə-gündüz gəzən qadın. Gözündəki nə yağışdı? Bu nə çöhrə, nə baxışdı? Duan özünə qarğışdı. Ay könlümü üzən Qadın! Bir görmədim üzün gülə, Ağı qondu dodaq, dilə. Ağrılara ildən-ilə Tab gətirib, dözən qadın! Zalım ağrı bütün günü, Kəsib doğrayır ömrünü. Əlim gəlməz ki, ölmünü, …
Müzəffər MƏZAHİM.”Ömür”
Post Views: 80 Ən uca budaqdan düşdü o yarpaq, Onda təbiətin bahar çağıydı. Bu qəfil gəlişdən diksindi torpaq, Günəşin buluddan doğar çağıydı. Üşəndim alnımda buz kimi tərdən,- Ölüm yaranmışın sonuncu borcu. Qaldırdım bu yarpaq “nəşini” yerdən, Yarpaq tabutuna döndü ovucum. Gücümdən ağırmış qəlbimdəki yük, Çiynimin üstünə qalxmadı əlim. Gördüm ki, qeyrəti özündən böyük, Qara qarışqalar …
Müzəffər MƏZAHİM.”Darıxa-darıxa”
Post Views: 93 Yaşayır xülya içində, Çırpınır röya içində, Qalıb bu dünya içində, Adam darıxa-darıxa. Dərd, kədər hopub içimə, Öyrəşmişəm bu biçimə, Öz didərgin sevincimə, Yadam darıxa-darıxa. Ruh bədənə düşən şehdir, Ömür ötüb keçən mehdir, Nədir bu yaşamaq cəhdi, Matam, darıxa-darıxa. Olacaqlar olacaqdır, Qəlb boşalıb dolacaqdır, Çox arzular qalacaqdır, Müdam darıxa-darıxa. Olmamışam sənə asi, Şükürdür …
Rahilə DÖVRAN.”Ustad Vəlinin qızı”
Post Views: 98 Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, Vaxtı, zamanı qovan, Təbi, ilhamı rəvan. Heyrandır, həm Natəvan, Ustad Vəlinin qızı. Mütəvazi görkəmi, Sevincindən, çox qəmi. Qələminin həmdəmi, Ustad Vəlinin qızı. İlhamından don geyir, Yaratdığı hər şeir. Sevənlər əhsən deyir, Ustad Vəlinin qızı. Hər kəlməsi dürr, inci Heyranların sevinci. Hey öndədir,- …
Rahilə DÖVRAN.”Sahilsiz ada”
Post Views: 99 Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, O nə əda idi, necə naz idi? Səni sevən qəlbi, xar eylədin sən. O nə baxış idi, necə üz idi? Dünyanı başıma dar eylədin sən. Baxmadın o ülvi əhdi – peymana, Sanki biz deyildik, o and içənlər. Çevrildin gah sisə, gah da …
Abdulla MƏMMƏD.”Barı bir yol gəl özünə”
Post Views: 83 Od baxışlar od götürməz, Kişi olan od götürməz. Mərd üstündən ad götürməz, Sonra da vurmaz dizinə. Qaraya ağ, ağa qara- Qara yaxar qəlbiqara… Dərd gəzər qarabaqara, Dar günün düşər izinə. Tox gözü götürməz acı, Gülmə aca acı-acı! Bir gün olar şirin acı, Döyər dizinə-dizinə. Kimi xərclər ömrü hədər. Kimini də udar qədər. …
Abdulla MƏMMƏD.”Gəl ummayaq”
Post Views: 109 Yaz həsrətli payızım qəm ələdər, Hara getsək ümid qəmə əl edər. Yaxşını da,yamanı da əl edər, Gəl ummayaq,uman yerdən küsməyək. Yol verməyək qəlbimizdə gileyə, Baş əyməyək hər ötəri küləyə. Yetişməsək qüzeylərdən güneyə, Gəl ummayaq,uman yerdən küsməyək. Daş atdıqca bəndə qara daşına, Əməlindən çətin qara daşınar. Əl tutmursa qardaş din qardaşına, Gəl ummayaq,uman …
Qazax rayon Ədəbiyyat Muzeyində “VAQİF POEZİYA GÜNÜ” keçiriləcəkdir
Post Views: 100 24 avqust 2016-cı il tarixində saat 09:30-da Azərbaycan Yazıçılar Birliyinin Qazax Zona Filialının təşkilatçılığı ilə Qazax rayon Ədəbiyyat Muzeyində növbəti dəfə yeni dövr Azərbaycan ədəbiyyatının inkişafında müstəsna xidmətləri ilə olan ictimai-siyasi xadim, görkəmli şair Molla Pənah Vaqifə həsr olunmuş “VAQİF POEZİYA GÜNÜ” keçiriləcəkdir.Düzələnəcək möhtəşəm tədbirdə media təmsilçilərinin, mədəniyyət, ədəbiyyat, incəsənət xadimlərinin, o …
Müzəffər MƏZAHİM.”Girinc qalıb”
Post Views: 87 Haqqı vermişdilər bizə əmanət, Aldı əlimizdən yalan, xəyanət, Hanı bu dünyada insaf, ədalət, Namərdin əlində mərd girinc qalıb. Cah-cəlal uğrunda çabalaşırıq, Xeyrimiz tapdansa qabalaşırıq, Xırmana çatmamış yabalaşırıq, Şumda kəsdiyimiz şərt girinc qalıb. Hər gün tikə-tikə çalınır Vətən, Dərdmi içimizi doğrayıb didən? Torpağı tapdanan, namusu itən, Millət “Yallı” gerdir, dərd girinc qalıb.
Müzəffər MƏZAHİM.”Öyrənirəm”
Post Views: 86 Dünya mənim yaşıdımdır, Mən dünyanın uşağıyam. Ömür məndən yuxarıdır, Mən ölümdan aşağıyam. Bu dünyanı seyr edirəm, Tale adlı pəncərədən. Fələk ölü hazırlayır, Mənim kimi biçarədən. Ömrü ömrüm qədərdirsə, Qədər nədən qədir bilmir. İnsafını Allah kəsib, Möhlət, aman nədir bilmir. Bu dünya tək mənzillidir, Rahat ömür sürən yoxdur. Qapısında bir giriş var, Çıxışını …
Mais TƏMKİN.”Məndən sonra….”
Post Views: 72 Sagkən qara olan bəxtim, Ağ olacaq məndən sonra. Daşlara tuş gələn canım, Dağ olacaq məndən sonra. Görün, nələr deyir səbrim: -Döz, bilinər bir gün- qədrin! Güllərə qərq olan qəbrin, Bağ olacaq – səndən sonra… Qulağıma gəlir səslər: Nədəndir bu bəhsəbəslər?.. Demə məni sevən kəslər Doğulacaq- məndən sonra.
Mais TƏMKİN.”Yazıram”
Post Views: 98 Səslər məni, gəlib-gedən; Nədir, məni vadar edən? Sual eylər, yoldan ötən: – Nəyin üzündən?.. Yazıram. -Bağda gülün, dağda qarın, Əhdə dönük çıxan yarın, Ruhumu ağladan tarın; Neyin üzündən yazıram. Edən kimi günəş, qürub, Könlümdə söz mülkü qurub, Mən yerin üstündə durub; Göyün üzündən yazıram!
Şəfa VƏLİYEVA.”Biz deyə bilmədik” (Hekayə)
Post Views: 150 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı – Gülüşündən bir qucaq sevda asılmışdı. Elə bilirdim ki, indicə dodaqlarının kənarındakı qırışlar açılacaq, o bir qucaq sevda küləkdən qorxmuş gilənarlar kimi ayaqlarım altına səpələnəcək. Mənsə, bax, bunu istəmirdim. Onun gülüşündən asılmış o bir qucaq sevdaya möhtac idim. Yaşamaq istəyirdim… …
Şəfa VƏLİYEVA.”Ölü doğulan şeir” (Hekayə)
Post Views: 98 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı Bu gün üçün qurduğu planlar yaman çox idi. Təzə iş yerində aynaları silməli, iki qapı o yandakı köhnə iş yerində kitab rəflərini səliqəyə salmalı, bazara gedib rayona gəlin köçmüş qızı üçün bir “təkərək” əvəlik almalı, günorta evə qayıdıb oğlu üçün …
Şəfa VƏLİYEVA.”Bir gün yataqda” (Hekayə)
Post Views: 104 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı Bilirəm, bu adla yazdığımı heç hara qəbul edib çapa verməyəcək. Amma, yazmalıydım. Hə… Özümü haqlı çıxarmağın bir yolu olmalıdır, ya yox?! Təsəvvür edin ki, bu cümləni deyib sizə çoxbilmişcəsinə bir göz də vururam. Axı, mən uydurmaçının yekəsiyəm. Özü də zarafatcılam, …
Rahilə DÖVRAN.”Vətənimdir”
Post Views: 92 Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, Qəzəllərim – silsiləsindən Sevin, gül, fəxr et könül, vardır şöhrət, şanım mənim, Var Odlar Yurdu kimi, dövrü-qədim bir Vətənim. Dostuna-dost olubdur, düşmənini edib zəlil, Həm daşı, həm torpağı xainlərə olub qənim. Ərləri, ərənləri at belində, əldə qılınc, Tarixi hünər dolu, həm bu …
Rahilə DÖVRAN.”Naxçıvanım”
Post Views: 171 Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, “Qəzəllərim – silsiləsindən Geyib bayram libasını nə müddətdir Naxçıvanım, Azərbaycan dünyasına fəxarətdir Naxçıvanım. Sanki bu məmləkətə Rəbb özü tumarın çəkir, Dağı, daşı, torpağı bərəkətdir Naxçıvanım. Torpağından güc alır, ərşə ucalır binalar, İstiqlalın təməli güc, qüdrətdir Naxçıvanım. Atabəylər tarixə öz adın qılıncla yazıb, …
Rahilə DÖVRAN.”Azərbaycan”
Post Views: 108 Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, “Vətənimdir” – silsiləsindən Əvəzsiz bir dürr, incisən, Sən Dövranın sevincisən. Könüllərdə birincisən, Ürək dolu hiss,həyacan- Əziz, doğma, Azərbaycan! Şanlı , qədim tarixin var, Daş dövrünə gedib çatar. Günəş səndə çıxar,batar, Alovlara qucaq açan- Əziz, doğma, Azərbaycan! Buxovları qırıb atdın, Şöhrətinə-şöhrət qatdın. Ay-ulduzu …
Abdulla MƏMMƏD.”ALLAHINA şükür elə”
Post Views: 79 İl ildən bəd gəlir,bala, Daşa tutur hər il bizi. Qəlbi dərd dəlir az qala, Başa çəkdikcə iblisi. Dünən-bu gün,bu gün-dünən, Sabah da bu günün tayı. Ağzından vurulub dinən, “Hop”demə keçməmiş çayı. Dil yalana,əl harama, Göz də talana alışır. Söz məlhəm olmur yarama, Gözdə qalana alışır. Saydığını sayma belə, Yerində saydığın yetər. ALLAHINA …
Abdulla MƏMMƏD.”Sözdən sallana-sallana!”
Post Views: 80 Şair Məhəmməd Hadiyə. Yaxşı-yaman,yaman-yaxşı, Haram-hiylə,halal-naşı. Dünyanın itibmi başı, Bəmdə hallana-hallana? Ürəkdən gəlməyən sözü Yazanın ağ olmaz üzü. İkiliyə necə dözüm, Bütöv hallana-hallana? Haram mənim yarım deyil, Bütöv qəmdir,yarım deyil. Harın:”Mənə yarın!”-deyir, Qızıb yallana-yallana. Şeiri dərdə satan bilər, Alan bilməz,atan bilər… Nə çəkirəm-batan bilər, Sözdən sallana-sallana! 12.01.2001. Azərbaycan.Quba.
Abdulla MƏMMƏD.”Qərib gəldin,qərib getdin”
Post Views: 80 Mərhum yazıçı,həmyerlim Rahim Dünyamalının əziz xatirəsinə. Bu daş ağaran daş deyil, Yusa da yağış,qar daşı. Bu daşda əcəl göyərib, Bir də göylərin qarğışı. Qan damır daşın gözündən, Ağarır başım sözümdən… Cavandır yaşım özümdən, Cavandır hələ göz yaşım. Bu daş əzəldən ölçülüb, Dərdi boyuma biçilib, Gözümdə Dünya kiçilir, Heç olur sənsiz,qardaşım. Daşdan keçən …
Şəfaqət Cavaşirzadəni doğum günü münasibətilə təbrik edirik! (19 avqust 1987-ci il)
Post Views: 90 Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyi və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi və Kollektivi Sizi, yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsini, Gundelik.info və Edebiyyat-az.com saytlarının redaksiya heyətinin üzvünü, “Ədəbiyyat” bölməsinin rəhbərini doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar diləyir! …
Mayisə ƏSƏDULLAQIZI.Yeni şeirlər
Post Views: 97 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru, “Qızıl qələm” media mükafatı laureatı BU HƏYAT YOLUNDA Neçə ürəkləri varaqlamışam, Neçə çəmənləri oraqlamışam. Neçə sevənləri soraqlamışam. Heç demə naşıyam, ruhum bir incim, Dünya sevncimdən olub bir əlçim. Mən sevən biriyəm, sözə bağlıyam, Cüt qoşa qanada, gözə bağlıyam, …
Mayisə ƏSƏDULLAQIZI.Yeni şeirlər
Post Views: 90 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru, “Qızıl qələm” media mükafatı laureatı AZƏRBAYCAN UĞRUNDA Əsgərlərimin himni ədalət nəğməsidi, Səngərlərin igidlər, ərənlər nənnisidi. Mübarizin, Ramilin əməli haqq səsidi, Bir kəlmə şüarı var, dilində dodağında, Hamımız çalışırıq Azərbaycan uğrunda!.. Millətimin şöhrəti dastanlar yaradıbdı, Düşmənlərin bağrını yaxıbdı-yandırıbdı, Yağılara …
Mais TƏMKİN.”Ölüm”
Post Views: 101 Canım zülümdən qurtulur, Ötüb çagla dil-dil, ölüm. Sevincimdən aglayıram, Sen də mənə bax, gül, ölüm! Üstümə ağ kəfən sərib, Dostunu çox sanma qərib. Mübarək əlinlə dərib, Başım üstə səp – gül, ölüm… Düşünmə ki, yerim dardır, Tanrım hər vaxt mənə yardir. Gözüm üstə yerin vardır, Nə vaxt gəlirsən, gəl, Ölüm!
Mais TƏMKİN.”Olmadı”
Post Views: 89 Mərdi ocaqda qaladı, Yurdunu çapdı, taladı. Namərd haqqı tapdaladı, Ona söz deyən olmadı. Qəmə tuş görüb anımı, Dişimə çəkdim canımı. Həqiqətin ünvanını Sordum, düz deyən olmadı. Yatmışıq, şirin röyadan Yoxdu bizi bir oyadan. Çıxıb gedək bu dünyadan, Dünya biz deyən olmadı.
Müzəffər MƏZAHİM.”Vardır”
Post Views: 87 Dünyanı yaradan, nizam saxlayan, Yaxşını, yamanı seçəni vardır. Ölüm kövşənində şələ bağlayan, Ömür zəmisini biçəni vardır. Sevincə dərd hörür öz hanasında, Ümid parıldayır zər tanasında. Həyat mənzilinin astanasında, Qapısı vardırsa keçəni vardır. Sevinc təsəllidir, qəm yaşanandır, Ürəyi incidən kəm yaşanandır, Həyat həm ümiddir, həm yaşanandır, Dərdi sevinc bilib içəni vardır. Müzəffər, uzaq …
Müzəffər MƏZAHİM.”Bu yazıq bəndəni…”
Post Views: 109 Cəzamı verməyə gətirdin, Allah, Bu yazıq bəndəni bu şər dünyaya? Yoxsa doğulmamış etdimi günah, Götürüb tulladın bəşər dünyaya? Daddırdın həyatı bal, nobat kimi, Sonsuz arzu verdin amanat kimi, Ömrünə, bəxtinə mükafat kimi, Gətirdin qəlbində qəhər dünyaya, Verdin ədaləti, səmimiyyəti, İnsafı, mürvəti, gözəl niyyəti. Fəqət əsirgədin səlahiyyəti, Etdin bu yazığı yəhər dünyaya. Başından …
Şair-jurnalist Xasay Cahangirovun “Möhtəşəm Azərbaycan” qəzetinin avqust sayında çap olunan şeirləri
Post Views: 130 Ərdoğana Bu yaxınlarda Türkiyənin hava sərhəddini pozan rus təyyarəsinin vurulması ilə bağlı rusların hədəqorxusuna Türkiyənin prezidenti Rəcəb Təyyub Ərdoğanın sərt bəyanatı məndə qürur hissi oyatdı. Əhsən sənə, əzəmətli Ərdoğan! Böhtan boğan, şeytan boğan, şər boğan. Qartallara neyləyibdir, neyləyər Kor yapalaq, ala qarğa, sağsağan?! Şər-şeytanı zalım fələk doğubdur, Səni huri, səni mələk doğubdur, …
Mayisə ƏSƏDULLAQIZI.Yeni şeirlər
Post Views: 84 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru, “Qızıl qələm” media mükafatı laureatı XOCALI Səndən sonra, yuxularım acılı, Körpələri odda yanan Xocalı… Əzrayıl gətirdi vaxtsız əcəli, Solub çəmənləri, solubdu bağlar, O cənnətməkana ürəyim ağlar. Yetişmədi arzuların toxumu, Aparmısan gözlərimdən yuxumu. Ömür bitdi, qalıb azmı-çoxumu, Xocalım gedibdi, …
Mayisə ƏSƏDULLAQIZI.Yeni şeirlər
Post Views: 86 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru, “Qızıl qələm” media mükafatı laureatı YURDUMUN Cavanşirlər yetiribdi, bu torpaq, Mübarizdi hər döyüşdə, üzüağ, Öndərlərin yolu bizə bir çıraq, Gəlin, bu yollarda, birlikdə olaq. Yüksəlir sədası hər gün ordumun, Həzisi var, Mehdisi var yurdumun!! Dərəsinə, dağına qəlb aşıqdı, …
Mais TƏMKİN.”Bu dünyada ölməz olur”
Post Views: 87 Ər igidlər, qəhrəmanlar, Elin dərdinə yananlar, Əbədiyyət qazananlar, Bu dünyada ölməz olur. Şəhid olub köçənlərim, Yağıları biçənlərim, Vətən andı içənlərim, Öz əhdindən dönməz olur. Torpaq udub çox ərləri, At oynadan ərənləri. Ülviyyətin şölələri, Daim yanar, sönməz olur! Vətən üçün töküb qanlar, Vətənləşdi qəhrəmanlar. Şan-şöhrətə ucalanlar, Zirvələrdən enməz olur!
Mais TƏMKİN.”Məhəbbət bir sirli dərin dəryadı”
Post Views: 102 Bir donda qalmayır şairin təbi, Könlündə sevinc də, qəhər də olur. Təbiət şairi dağlar qoynunda, Məhəbbət şairi şəhərdə olur. Dağın dağ yeri var, şəhərin şəhər, Hər yerin xoş keçən öz dəmi vardır. Dağlarda nə qədər gözəllik olsa, Şəhərin bir özgə aləmi vardır. Şəhərdə olanda çox darıxırsan, Dağı düşünürsən, düzü anırsan. Dağlarda dağları …
Müzəffər MƏZAHİM.”Ruhunu”
Post Views: 84 Bir gün səsləyəcək, Vətən: – Qalx! – deyə, O böyük gün üçün bəslə ruhunu. Daim oyaq saxla, ayaqda saxla, Tarixin dibindən səslə ruhunu. Bu yurddur tükənməz dövlətin-varın, Kişilik simvolun, namusun, arın, Hər cür sünilikdən, çirkabdan arın, Köklə nəcabətə, əslə ruhunu. Sarıl, qol-boyun ol məmləkətinlə, Öyün bu yenilməz əmanətinlə, Daim cilalansın qoy qeyrətinlə, …
Müzəffər MƏZAHİM.”Hələ”
Post Views: 83 Mən öz məsləkimin, öz amalımın, Bir arzu qanadlı quşuyam hələ. Gərək sədlər aşan xoş xəyalımın, Şirin dünyasında yaşayam hələ. Kürə pıçıldayır dərdini Araz, Həsrət payımıza çox düşüb”bir az”, Qəlbimi didsə də yetişmiş muraz, Gərək ürəyimdə daşıyam hələ. Fikir üyüdürəm, söz ələyirəm, Sönmüş ocaqları çözələyirəm, Vətənin dərdini təzələyirəm. Yara bağlamaqda naşıyam hələ. Yolum …
Kənan AYDINOĞLU.”Yorulmamışam”
Post Views: 115 Nə qələm yorulub, nə də ki, aləm, Mən şeir yazmaqdan yorulmamışam. Müəllif Göydən də, yerdən də uca Allahı, Tərənnüm etməkdən yorulmamışam. Qunutun, rukunun ardınca, inan, Səcdəyə getməkdən yorulmamışam. Dostları, tanışı İslam dininə, Bu gün səsləməkdən yorulmamışam. Qəlbimdə düşmənim şeytana hər an, Nifrət bəsləməkdən yorulmamışam. Haqq nuru “Qurani-Kərim”dən bu gün, Mən ilham almaqdan …
Kənan AYDINOĞLU.”Hər aylı-ulduzlu gecədə bəlkə”
Post Views: 84 Hər aylı-ulduzlu gecədə bəlkə, Sən mənim könlümə həyan olassan. Darayıb telini gözüm önündə, Mənim xatirimdə belə qalassan. Atalı-analı dünyanın özü, Səni qayğısına bürüyəcəkdi. Sənin dodağından bircə ah çıxsa, Qar da bir buz kimi əriyəcəkdi. Gecə də, gündüz də narahat olub, Səni axtaracaq illər uzunu. Sənsizliklə keçən bir ömrün günü, Bəlkə əridəcək yerin …
Rahilə DÖVRAN.”Yaşayıram”
Post Views: 82 Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, “Könül dəftərim” – silsiləsindən Gözlərimdən düşən yaşı, Sinəm üstə daşıyiram, Dolanaraq dağı, daşı, Kimin üçün yaşayıram? Əriyirəm aram- aram, Qaysaq tutmur, köhnə yaram. Bilmirəm ki, yoxam, varam, Kimin üçün yaşayıram? Hicran baş qoyub dizimə, Payız çöküb gül üzümə. Alışaraq öz közümə, Kimin …
Rahilə DÖVRAN.”Hardasan, Nənə?!”
Post Views: 92 Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, Qaranlıq çökübdür, al sabahıma, Ağ bulud örpəkli dağ itirmişəm. Əlac tapılmayır mənim ahıma, Barlı, bəhrəli bir bağ itirmişəm. Hər gecə yuxuma girirsən mənim. Nə ola gerçəkdən gələsən, nənə. Durula göz yaşım, çəkilə çənim, Doğan günəş olub dönəsən, nənə. Baxır çərçivədən gözəl bənizin, …
Abdulla MƏMMƏD.”Üzünün suyundan gözüm su içmir”
Post Views: 85 Üzünü ağ etmir üzgörənliyin, Üzünün suyunu töküb gedirsən. İçindən bulanıb üzünün suyu, Suyunda lillənib çıxıb gedirsən. O qədər üz görüb üzün dünyada, Üzünün ağlığı üzdə qalmayıb. Üzünü çevirib üzlər üzündən, Üzünə üz tutan üz də qalmayıb. Üzünün suyundan gözüm su içmir, Üzündə bozarır saxta qürurun. Səndə bu üz ki var,çətin durula Üzündə,gözündə …
Abdulla MƏMMƏD.”Atamın əlinə baxıram,gülüm”
Post Views: 85 (“Tələbəlik illəri” silsiləsindən) Atamın əlinə baxıram,gülüm, Özüm qazanmıram çörəyi hələ. Dost-tanış yanında gödəkdir dilim, Rahat nəfəs almır ürəyim hələ. İyirmi yaşımı haqlasam belə, Əl tuta bilmirəm ata-anama. Bacara bilmirım ürəyim ilə, Hələ tələbəyəm məni qınama. Mən ki bir ocağı qoyub gəlmişəm, Orda məndən həsrət gizləyənlər var. Demirəm-obamdan doyub gəlmişəm, Yolumu ümidlə gözləyənlər …
Mayisə ƏSƏDULLAQIZI.”Nə biləsən Sən…”
Post Views: 138 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru, “Qızıl qələm” media mükafatı laureatı Ayrıldıq…Səninçün canım sıxıldı, Elə bil zirvədən yuvam yıxıldı. Səninlə bir şərik malımmı qaldı?! Bilmirəm, sehirsən, mehirsən, nəsən, Mənim çəkdiyimi nə biləsən sən… Ayrıldıq…Səmada bir şimşək kimi, Bənizim saraldı bir çiçək kimi, Ürək tənha …
Mayisə ƏSƏDULLAQIZI.”Bəlkə elə…”
Post Views: 83 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru, “Qızıl qələm” media mükafatı laureatı Səmanın dibsiz dərinliyi, Sənin ürəyinin dərinliyilə Eynidir. Bəzən orda itib-batanın, Daha, bu dünyaya dönüşü yox. Ürəyində ucalığa qalxanın, Bir daha enişi yox… Bəlkə sən elə, Bir qılmansan, xəbərim yox?! Sənsizlik, elə sənsizlikdi, Sükutdu, …
Mais TƏMKİN.”Səni kimdi saxlayan?”
Post Views: 78 Güləndamı Vəli saxlar, Gülbadamı Əli saxlar. Hərəni bir dəli saxlar, Bəs səni kimdi saxlayan? Xankişidən al pulunu, Boynuna sal öz qolunu. Sən də belə tut yolunu, De, səni kimdi saxlayan? Keçsə cənginə bir ,,qoyun”, Qur onunla min cür oyun. Qışda bürün , yayda soyun, De, səni kimdi saxlayan? Evliikən subay da gəz, …
Mais TƏMKİN.”Deyiləsi dərd deyil…”
Post Views: 92 Soruşursan, ,,dərdin nədir, ay şair?” Vallah, dərdim deyiləsi dərd deyil. Deməyim hansını, deyim hansını? Vallah, dərdim deyiləsi dərd deyil! Xəyal edib düşünürəm bir anlıq, Kimdən qalıb hiylə, böhtan, nadanlıq? Görürəmsə yaxşılığa yamanlıq, Vallah, dərdim deyiləsi dərd deyil! Qan ağlayır, gildir-gildir hər didə, Haqsızlıqdır, yaxşıları şər didə. Mərdi qovan namərd edir mərdi də, …
Müzəffər MƏZAHİM.”Mən ki, sənə deyəmmərəm”
Post Views: 86 Tale yazdı bu sevgini baxtıma, Hansımızıq görən indi günahkar? Bu subaylıq, bi sultanlıq taxtıma, Öz əlimlə yağdı leysan günahlar. Gəncliyimi yaşadım mən səbrsiz, Ötəmmədim bu sevdadan xətərsiz, Ürəyimi oğurladın xəbərsiz, Özün söylə, məgər məndə günah var? Gözlərində sevinc dolu yaşam mən, Kiprik çalma, qorxuram ki, düşəm mən, Ürəyində yuva quran quşam mən, …
Müzəffər MƏZAHİM.”Bu torpağın oğulları”
Post Views: 87 Pozulubdur sığalları, Sevməz daha nağılları, Bu torpağın oğulları, Dözümə düşmən kəsilib. Basılıbdır sərhədlərim, Haya gedib igidlərim, Səbr verən öyüdlərim, Özümə düşmən kəsilib. Sevincim əsirmi qəmdə? Bu millət qalmaz ələmdə. Dərdimi yazmır qələm də, Sözümə düşmən kəsilib. Oyatmışam yaddaşı da, Yanır bağrımın başı da, Daha gözümün yaşı da, Gözümə düşmən kəsilib.
Mayisə ƏSƏDULLAQIZI.”Abşeron”
Post Views: 88 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru, “Qızıl qələm” media mükafatı laureatı Qış nəfəsi itəndə, Bahar fəsli gələndə, Bülbül gülü sevəndə, Geyinirsən yaşıl don, Nazlı gözəl Abşeron! Bağların tamaşadı, Gözəllik baş-başadı, Torpağın al qumaşdı, Zəfəran ətirlisən, Xəzərin ürəyisən! Söylə bir tayın hanı? Şöhrətin yoxdu sanı, …
Mayisə ƏSƏDULLAQIZI.”Qəhrəmanlıq dastanı”
Post Views: 95 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru, “Qızıl qələm” media mükafatı laureatı Azərbaycanın Milli Qəhrəmanı və Çeçenistanın Milli Qəhrəmanı, əziz dostumuz, şərəfli vətənpərvər insan Arif Məhərrəmova həsr olunub Bərəkətli Vətənim düşübdü nahaq qana, Arif adlı qəhrəman ağlayır yana-yana. Allaha əl açaraq, üz tutub bu torpağa, …
Müzəffər MƏZAHİM.”Sazım mənim”
Post Views: 81 Aşıq Ədalət saz çalırdı. Sədəfə tutdurram səni, Sinəmə yatdırram səni, Dil-dil oxutduram səni, Nəğmələnmiş arzum mənim, Qu boğazlı sazım mənim. Sən Məcnunun Leylasısan, Anamın ilk laylasısan, Öz ruhumun balasısan, Ömrüm, günüm, yazım mənim, Qu boğazlı sazım mənim. Sözümün ekiz tayısan, Qorqud babamın payısan, Əsrlərin harayısan, Dünyayla təmasım mənim, Qu boğazlı sazım mənim. …
Müzəffər MƏZAHİM.”Məni”
Post Views: 102 Daşıdığım ümid idi, Yolda qoydu bu yük məni. Böyük-böyük arzularım, Eləmədi böyük məni. Üz tutduğum ünvanlara, Baş vurduğum ümmanlara, Sığındığım gümanlara, Bəxt elədi dönük məni. Geydiyim inama yadam, Hər arzumu verdi bada. Çıxarıb tullayım oda, İsitmədi bu kürk məni. 1988
Mais TƏMKİN.”Kimsə bizi görməyə”
Post Views: 109 Canın mənim canımda, Sevgin coşur qanımda. Rəvadırmı yanında, Öz yerimi boş qoyum? Az könlümü parala, Xoş günümü qarala. Nar sinəni arala, Arasına baş qoyum. Kimsə bizi görməyə, Sirrimizi örtməyə, Bir daş üstə hörməyə, Altda da bir daş qoyum.
Mais TƏMKİN.”Azərbaycan polisi”
Post Views: 123 Qeyrətli, vətənpərvər polis işçilərinə çoxdan yazdığım şeir.. Qaranlıq gecələrdə İşıq saçar ay kimi. Millətimə, xalqıma Bəxş olunub pay kimi. Min həqiqət göyərdər, Hara dəysə nəfəsi… Azərbaycan polisi! Ulduzlar çiyni üstə, Ömrümüzə nur saçır. Sanki göydə günəşdir, İşığını gur saçır. Ədalətin haqq nuru, Qələbənin müjdəsi,- Azərbaycan polisi! Xeyrə bəraət verib, Şəri qamçılayıbdır. Əyrini …
Mayisə ƏSƏDULLAQIZI.”Sevgi küləyi”
Post Views: 111 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru, “Qızıl qələm” media mükafatı laureatı Uzun oldu bu gecə, Bu baharın,yazın oldu bu gecə… Qəlbimin həsrət Nöqtəsi kiçildi. Kədərin boyuna kəfən biçildi. Vüsal gülə-gülə yolumu kəsdi, Sevgi küləyi əsdi… Qəlbi həyəcanlı, sevən qadınların, Həsrətində, gah sığalın, gah tumarın… …
Mayisə ƏSƏDULLAQIZI.”Rəssam Səttar”
Post Views: 90 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru, “Qızıl qələm” media mükafatı laureatı Qonşumuz olmuş, Xalq rəssamı, rəhmət-lik Səttar Bəhlulzadəyə ithaf edirəm… Yadımdadı, balaca bir qızcığazdım, qayğılardan uzaq idim, Həyatın sərt gərdişindən, dərd-qəmindən iraq idim, Oyanardım məhlədəki qoşa minarə məscidin hər səhər azan səsinə, Rəhmətlik İbad …
Müzəffər MƏZAHİM.”Nurdur bu adam”
Post Views: 88 Əziz dostum, qardaşım Cemil Dadasov müəllim, doğum günün münasibəti ilə səni ürəkdən təbrik edir, uzun ömür, can sağlığı, ailə səadəti, xoşbəxtlik və yeni-yeni yaradıcılıq uğurları arzulayıram. Allah səni sevdiklərinə çox görməsin. Dostum, tanınmış jurnalist, “Ədalət və Həqiqət” qəzetinin təsisçisi və baş redaktoru Cəmil Zəbulla oğlu Dadaşova ithaf edirəm. Saflıq, təmizlikdir həyat meyarı, …