gxi

Gözüm qandallı yollara,
Sən bildiyin yollar deyil.
Sən öpdüyün cığırlar yox,
Sən keçdiyin kollar deyil.

Məni param-parça etdi
Ürək dolu gülüşlərim.
Səndə ümidim yaslandı,
Öz içimdə görüşlərim.

Barmaqlarım xınalıydı,
Gözlərinə yazı yazdı.
Demişdim ki ömrümü yaz,
Ömrümdən çox azı yazdı.

Sənin üçün varıydımmı,
Sənin üçün yoxuydum ki…
Qorxulu kabusam kimi,
Ötüb keçən yuxuydum ki…