____kil

“Dağ çiçəkləri” ədəbi məclisi və “İsmayıllı yazarları” və “Ağsu şairləri”İctimai, “İti qələm” ədəbi birliyinin üzvü

Qızım

Ömrümün baharı, yazı Ruhəngiz,
Dünyanın ən gözəl qızı Ruhəngiz,
Çox xoşbəxt eylədin bizi Ruhəngiz,
Məhəbbət mənbəyi Eşq lövhəsisən,
Tanrımın bizlərə xoş tövhəsisən.

Qızım sənə şad güzəran dilərəm,
Qəmgin olsan ilk öncə mən bilərəm.
Yolunda canımı qurban verərəm,
Atanın, ananın ilk körpəsisən,
Tanrımın bizlərə xoş tövhəsisən.

Ruhəngiz

Tanrımdan, anamdan sonra şübhəsiz,
Mənim çeşmi-çırağımdır Ruhəngiz.
Allahın sevimli bəndəsiyik biz
Haqdan gələn növrağımdır Ruhəngiz.

Camalı nur saçan al günədir o,
Həyat mövcud olardımı günəşsiz?
Qəlbimi isidən bir atəşdir o,
Eşq-məhəbbət sorağımdır Ruhəngiz.

Gözləri bənzəyir bir cüt ulduza,
Saçları dalğalı sanki bir dəniz.
Hamı həsəd aparacaq bu qıza
Qaya tək mərd orağımdı Ruhəngiz.

Elgiz balam

Allahımın payısan sən bizim üçün,
Dədəm Qorqud soyusan sən əzm üçün.
Eldəgizin sayısan sən özün üçün,
Nur gətirdin dünyamıza Elgiz balam.

Qədəmlərin mübarəkdir, xoşdur oğul,
Ürəyində halallığı coşdur oğul.
Haqdan qeyri bil ki, hər iş boşdur oğul,
Varis ol, Haqq sevdamıza Elgiz Balam.