____kil

“Dağ çiçəkləri” ədəbi məclisi və “İsmayıllı yazarları” və “Ağsu şairləri”İctimai, “İti qələm” ədəbi birliyinin üzvü

Alim oxuyur

Dünyanın sevilən Muğam ustadı,
Qürur hiss edirik gələndə adı.
Tanrım verib ona bu istedadı,
İfası ilə inci, sədəf toxuyur,
Diqqət! Diqqət! Bizim Alim oxuyur.

Min illik barını yetirsə bəşər,
Min ildən bir, Alim doğula bilər.
Səsindən min ilin sədası gələr,
Zənguləsi şanlı tarix qoxuyur,
Diqqət! Diqqət! Bizim Alim oxuyur.

Ruhəngiz

İlk baxışın şəfəqləri gözündə,
İlk kəlmənin hərarəti sözündə.
İlk addımın cəsarəti dizində,
Saf döyünən ilk ürəkdir Ruhəngiz,
Doğum günün mübarəkdir Ruhəngiz!

İlk arzuya ilk açılmış qoldur o,
İlk sevincə aparacaq yoldur o.
İlk doğulub, şirinlikdə baldır o,
İnsan donlu bir mələkdir Ruhəngiz,
Doğum günün mübarəkdir Ruhəngiz!