Həyat Tragikomediyadır!

Dünyaya gəlirsən.Yarı ac, yarı tox böyüyürsən.Böyüyüb hərşeyi dərk etdiyin zaman fərqinə varırsan ki, bəşəriyyətin dahisi deyilsən və başlayırsan hərkəs kimi sən də başını aşağı salıb yaşamağa.

Son zamanlar məktəblilərin, gənclərin intiharlarının şahidi oluruq. İnsan dünyaya gəlir. Allah ona buludların və torpağın arasında yaşamaq hüququ verir. Burada sən yaşamalısan yaxud belə deyək, yaşamaq üçün səbəb tapmalısan.Bu gənclər Allahın onlara verdiyi bir fraqmentlik lakin ssenarisi ağır olan həyatdan imtina edirlər. Bəli! Bəli! Onlar özlərini öldürmürlər sadəcə imtina edirlər.Bəs bu imtinanın əsasında nə dayanır? Çoxları özlərinə qəsd edərkən həyatda bir məna tapmadıqlarını və hərşeyin mənasız olduğu fikri ilə dünyalarını dəyişirlər. Guya digər dünyadan xəbərləri varmış kimi.Onların ümidləri ölmür, o insanlar öz ümidlərini ruhlarına hopdurub digər dünyanın ümidi ilə həyatdan imtina edirlər.Onlar bir anlıq depresiyada boşluğa düşüb bu qərarı verirlər.Sadəcə olaraq bir dəqiqə günəşin doğmasına fikir versələr, bu qərardan imtina edərlər.İnsan xisləti elə yoğrulub ki, insan daim darıxır harasa getmək istəyir.Belə deyək, işləyəndə istirahət etmək, işsiz olanda isə işə qayıtmaq kimi.Bəzən də elə olur ki, çoxlu insanların içərisində olursan amma özünü çox yalnız və tənha hiss edirsən. Bu yerdə Kafka deyir: -Mənim yalnızlığım insanlarla doludur.

Dünyanı dərindən düşünmə, dostum! O zaman ölmək istəyəcəksən.Aramızda qalsın, heç kimə demə, həyatın mənası yoxdur. Yaşamaq üçün özümüzdən səbəblər yaratmalıyıq.Müəyyən hədəflər qoymalyıq və o hədəflərin ardınca qaçmalıyıq.Hər hədəfi vuruduqca yeni-yeni böyük hədəflərlə vuruşmalıyıq…Əgər yaşamaq üçün səbəb uydura bilməsən o zaman özünü öldürəcəksən!!!

Əgər sən hələ də ürəkdən sevə bilirsənsə, deməli hələ böyüməmisən..Həyat da belədir.Özünü dərk edəndən, daim yaxşı insan olmaq üçün yollar axtarırsan. Əsasən ilk tapılan yol din olur – insan özünü bu yola həsr edir. Dünyada özünə bir dünya qurur.Bəzən olur bu yolda özünü tapa bilmir və özünü həyatın qucağına atır.Burada isə kirlənmək, acı çəkmək, ləkələnmək, xəyanət görmək ehtimalın böyükdür.Daha ürəkdən sevə də bilmirsən dostum, çünki ürəyin qalmayıb.O ürək işlənib, satılıb, atılıb…Yaşamaq üçün yeməlisən, əzbərləyib dərs danışmaq da buna bənzəyir, elə deyilmi?! Ən maraqlısı da odur ki, vahid uğura aparan yol yoxdur.İlk başda müəyyən yolları, məqsədləri özümüz üçün yaradırıq.O yol hansısa bir binanın layihəsinə düşüb bağlandıqda isə dünyamız başımıza yıxılır.Bir dindarın isə sənə naşükür olma bala deməsi qədər həyat sənə Tragikomik gəlir….

Yaşayırıq və düşünür ki, sabah bu günümüz dünənkindən daha yaxşı olacaq, bu ümidlə yaşayırıq. Bir neçə il əvvəlin fotoşəkillərinə baxanda deyirik: “Aman Allah, necə də xoşbəxt olmuşam”. Halbuki indi də xoşbəxtsən amma bunu sabah biləcəksən, çünki sabah bu günümüz dünən olacaq!

..Bayaqdan həyat haqqında fikirlərimi yazıram amma hələ tam bir qayda yaza bilməmişəm çünki həyat Targikomediyadır. Kədəri yazanda, sevincli anlar gözünün qarşısında canlanır. Digər halda isə əskinə..

Səbəblər yaradaq dostlar, Yaşamaq üçün!