MÜXƏMMƏS

Dərdimdən axıtdığın qanlı göz yaşa möhtacam.
Donmuş vücudum önümdə son baxışa möhtacam.
Ruhsuz bədənə ruhumu qaytarmağa möhtacam.
Gözlərimi qəm dünyasından açmağa möhtacam.
Sənsiz dünyamı səninlə yaşamağa möhtacam.

Sərvi-xuraman1 yar, ənbər2 ləli-ləbə3 möhtacam,
Kövrək qəlbimi sakitləşdirən qəlbə möhtacam,
Üşüyən bədənimi isidən ələ möhtacam,
Hər zaman “türfə4 yarım” – dediyin dilə möhtacam,
Sənsiz dünyamı səninlə yaşamağa möhtacam.

Hər gecə sevgimizə yağan yağışa möhtacam,
Yağışa nazla baxan xumar baxışa möhtacam,
Zülfündə5 damcıdan yaranan naxışa möhtacam,
Qəlbinin aynası ala gözə, qaşa möhtacam,
Sənsiz dünyamı səninlə yaşamağa möhtacam.

Ləblə ləbə verdiyin busə6 paylara möhtacam,
Dilimə tam verdiyi gül yanaqlara möhtacam,
Həbibiyəm, Leylisiz Məcnuntək yara möhtacam,
Dünyam işıqlı olsa da, qəlbim qara, möhtacam,
Sənsiz dünyamı səninlə yaşamağa möhtacam.

06.06.2004_Bakı

BİZ AD GÜNÜMÜZÜ BİR QEYD EDİRİK

Məhəbbət buludundan yağış yağır,
Sən, mən, bir də ki, narın yağan yağış.
Ya Rəbb, bu günümüz sanki bir nağıl,
Elə bil ki, nağıllarda gəzirik,
Biz ad günümüzü bir qeyd edirik.

Yağsın yağış biz bir olana qədər,
Bizdən uzaq olsun ayrılıq, kədər,
Bu gecəyə qonaq gəlməsin səhər,
Səhərdən çox biz gecəni sevirik,
Biz ad günümüzü bir qeyd edirik.

Biz tərəfə əsməsin dəli külək,
Əğyardan gətirməsin hiylə, kələk,
Biz isə həmin gecə sakitcə, tək,
Günümüzə xoş arzular deyirik,
Biz ad günümüzü bir qeyd edirik.

Şərab da qoşulub sevincimizə,
Sağlıqlar söylətdirir dilimizə,
Təbriklər deyirik bir-birimizə,
Ürəyimiz doludur söyləyirik,
Biz ad günümüzü bir qeyd edirik.

Eşqin təsirindən yandı qəlbimiz,
Gözlənilmədən də aşdı həddimiz,
Sonda da sarılıb öpüşərək biz,
Ehtirasdan da coşub sevişirik,
Biz ad günümüzü bir qeyd edirik

Səhər açıldı, yuxudan oyandıq,
O günləri biz heç vaxt unutmarıq,
Həbibi dünyasından ayrılmarıq,
Çünki bu dünya dəryadır, bilirik,
Biz ad günümüzü bir qeyd edirik.

09.07.2004_Bakı

İSMİ-TEYMUR

(Avtobioqrafik şeir)

İsmim Teymur, kiməm mən? – on yeddi yaşlı bir gənc,
Təxəllüsüm Həbibi, dərdlərim isə iyrənc.
Lap əzəldən bu sənətə olub mənim meylim,
Bədahətən çox gözələ şeir deyib dilim.
Sən demə, elə gözəllər varmış içi ilan,
Dilindəki zəhərlə çox oldu məni sancan.
Qara lent bağladı belə gözəl qələmimə,
Bu inamsız həyatda dərd artırdı dərdimə.
Dözülməz dərdimi “Kitabi-mehrim1” də yazdım,
Acı həyatımı hər bir misrada anlatdım.
Sevirəm gecəni, bir də sevgi yağışını,
Yağış altında baxan o nazlı baxışını.
Mənə həmdəm olur tənha küçə, tənha gecə,
Xatirələr beynimdə gəzir sakit, gizlicə.
Ay da öz işığını salır kövrək qəlbimə,
Ulduzlar da həmdəm olur həmin an dərdimə.
Şair olub bu qoca dünyadan köçəndə mən
Buludlar son dəfə göz yaşı töksün dərdimdən.
Mən öləndə məni qəlbində sevən ağlasın,
Dərdli Həbibi deyə o, məni xatırlasın.
Bu misramı, əziz oxucu, diqqətlə oxu!
Məzarım abidə olsun, bura gəlsin çoxu.
Hələlik sağam, yaşayıb, yazıb-yaradıram,
Şeirlərimi sevən qəlblərdə yaşadıram.
İlhamım şah, dilim vəzir, qələmim də cəllad.
Hər biri vəzifəsinə görə qazandı ad.
05.08.2004_Bakı

OLA BİLSßYDİM…

Mən bir tarzən olub çala bilsəydim,
Gecə və gündüzə nəğmə deyərdim.
Ömrümü, günümü qurban verərdim,
Heç vaxt, bu sənətdən doydum, deməzdim.
Mən bir çiçək olub aça bilsəydim,
Zamansız, vaxtsız solmaq istəməzdim.
Sevənlərin əlində sevilərdim,
Sevənlərin əlində sevinərdim.
Mən bir dəniz olub coşa bilsəydim,
Dalğalarla sahili isidərdim.
Sevənləri özümə cəlb edərdim,
Özümə “Sevgi dənizi” deyərdim.
Mən bir aylı gecə ola bilsəydim,
Tənhalığı özümə dost seçərdim.
Dərdimi gecə ilə bölüşərdim,
O gözəl anları xoş keçirərdim.
Mən Yaradan qüvvə ola bilsəydim,
Qara buludu səmadan silərdim.
Səmanın üzünü aça bilərdim,
Həmin anda ürəkdən sevinərdim.
Mən bir cavan ağac ola bilsəydim,
Böyüyüb ətrafa kölgə salardım.
Dostlarımı bura dəvət edərdim,
Sirlərimi mən onlara açardım.
~ 38 ~
Теймур ЩЯБИБИ
Mən bir bulaq suyu ola bilsəydim,
Dağlardan, dərələrdən tökülərdim.
Bulaq başında qızları görərdim,
Onlara da saf sevgi diləyərdim.
Mən bir quştək göydə uça bilsəydim,
Göyün gözəlliyini seyr edərdim.
Göydən yerə heç enmək istəməzdim,
Allaha yaxın olmaq istəyərdim.
Mən bir qələm olub, yaza bilsəydim,
Cahana “Xoşbəxtlik himni” yazardım,
Sevənlərə “Sevgi himni” yazardım,
Amma heç vaxt ayrılıqdan yazmazdım.
Mən bir yağış olub yağa bilsəydim,
Göydən yerə narın-narın düşərdim.
Həbibi dünyasını bəzəyərdim,
Bu dünyadan ayrılmaq istəməzdim.

07.08.2004_Bakı