13626343_221960584867930_137564119327625338_n

Əxlaqi degenerasiyanın geniş yayıldığı dövrdür. Cəmiyyətdə müxtəlif problemlər mövcuddur, ancaq bu problemlərin içində çox ciddi bir problem var … Son zamanlar geniş yayılmış bir əxlaqsızlıqdan – homoseksuallıqdan danışmaq istəyirəm. Bəzilərimiz bu cür insanları gözlərimizlə görmüşük, bəzilərimiz də ekrandan. Homoseksuallıq çox geniş və sürətlə yayılan problem olduğu üçün hər kəsin bu əxlaqsızlığa qarşı diqqətli olmasını istəyirəm.
Bir neçə il bundan əvvəl bu cür insanları görəndə insanlar qorxurdu, çəkinirdi, belə çirkinliyi görməkdən çox diksinirdilər. Ancaq indi bu, çox adi hal kimi qarşılanır. O cür insanlar nəinki cəmiyyətdə rahat gəzirlər, hətta bu əxlaqsızlıq geniş şəkildə televiziya kanallarında, radiolarda, filmlərdə, musiqi kliplərində, jurnallarda, internet saytlarında, bir sözlə, dünya səviyyəsində təbliğ olunur, hətta insanlar təşviq edilirlər. Bu əxlaqsızlıq müasirlik, demokratiya adı altında insanlara göstərilir. Halbuki bu, əxlaqsızlıqdan, çirkin utanmazlıqdan başqa bir şey deyil. Hər şeydən əvvəl, Allahın sevmədiyi və qadağan etdiyi əxlaqdır. Bir Quran ayəsində bildirildiyi kimi:
Lutu da (elçi göndərdik). Bir zaman o, öz qövmünə demişdi: “Sizdən əvvəl aləmlərdən heç kəsin etmədiyi iyrənc əməli sizmi edəcəksiniz? Siz, qadınları qoyub şəhvətlə kişilərin yanına gedirsiniz. Həqiqətən, siz, həddi aşmış adamlarsınız”. (Əraf surəsi, 80-81)
Bir də insanlara bu mesaj verilir: homoseksuallıq xəstəlikdir, əgər insanlar belə davranırlarsa, özlərindən asılı deyil, bu, xəstəliyin nəticəsidir və guya insanlara düşən də bu xəstəliyə yoluxmuş insanlara şəfqətlə və hörmətlə yanaşmaqdır. Sevgi, şəfqət kimi sözlərdən istifadə edərək homoseksuallığı haqlı göstərmək qəsdən edilən təbliğatın nəticəsidir. “Onlar haqlıdırlar”, “homoseksuallıq xəstəlikdir”, “sevginin qarşısını almayaq” demək dünya üçün çox böyük təhlükədir. Əvvəla, bu, bir xəstəlik deyil. Fiziki quruluş, xromosomlar, hormonlar, neyroloji, yaxud da biokimyəvi təbiət və s. üzərində aparılmış araşdırmalar homoseksuallar və heteroseksuallar arasında heç bir fərq üzə çıxarmayıb. Bir insan Y cinsi xromosomunun olub-olmamasından asılı olaraq ya kişi, ya da qadın kimi doğulur. Qadınlar irsən biri atalarından, digəri analarından olmaqla iki X xromosomuna sahib olurlar, kişilər isə həmişə atalarından gələn bir Y xromosomuna və həmçinin analarından gələn bir X xromosomuna sahibdirlər. Buna görə də qadınlar XX, kişilər isə XY-dirlər.
Allah bizi insan kimi yaradıb, qadın və kişi olaraq. Bizim də fitrətimiz elədir ki, qadın kişidən xoşlanar, kişi də qadından. Bu, Allahın yaratdığı qaydadır, həm insan bu cür həyatdan zövq alır, fitrətinə uyğundur, beləliklə, insan nəsli də davam edir. Ancaq “müasirlik” adı altında insanlar təşviq edilir ki, insan azaddır, müstəqildir, necə istəsə, o cür də yaşaya və seçimini edə bilər. Əlbəttə ki, insan azad və düşünən məxluqdur, ağıl çərçivəsində istədiyi seçimini edə bilər. Ancaq “mən azadam, kişiyəm, gedim kişi ilə əlaqə qurum, bundan kiməsə zərər vermirəm ki”, – demək o insanın həm özü üçün, həm də cəmiyyət üçün bəladır. Məsələn, ABŞ-da aparılan bir səhiyyə araşdırmasının nəticəsinə görə, homoseksuallar heteroseksual insanlara görə 50% daha çox depressiyaya düşməyə meyil göstərir və narkotikdən asılı olurlar. İntihar etmə nisbətləri isə 200%-dən daha çoxdur. Bir homoseksual bir heteroseksuala görə 24 il daha az yaşayır. Homoseksuallar QİÇS səbəbindən həyatlarını 40 yaşlarının sonunda itirdiyi halda, heteroseksual insanlar orta hesabla 70 il yaşayırlar.
İnsana Allah ağıl verib, bu bizi digər canlılardan ayıran ən önəmli amildir. İnsan ağıl və vicdanla Allahın buyurduğu kimi yaşasa, xoşbəxt, hüzurlu, azad və rahat olar. İnsanlar dindən, yaradılış məqsədlərindən uzaqlaşdıqları üçün rahat, xoşbəxt ola bilmirlər.Bu cür əxlaqsızlığa əl atır, xoşbəxtliyi fərqli yerlərdə axtarır, öz cinsindən olan insanlardan zövq almağa çalışırlar, bəziləri içki, qumar, narkotik aludəçisi olur … Halbuki bu əməllər insanlara nəinki rahatlıq verər, əksinə, insanın ağlını başından alar, özünə olan hörmətini itirər, həm özündən, həm ətrafındakı insanlardan nifrət etdirər, hətta cinayətlərə qədər aparıb çıxarar. Bizi yaradan Allahdır, Allah necə xoşbəxt olacağımızı da, necə həyat sürdüyümüz zaman rahat olacağımızı da bilir. Odur ki, insana düşən fitrətinə uyğun yaşamaqdır.

Ülviyyə ƏLİZADƏ