Rahilə DÖVRAN.Yeni şeirlər

Şairə-jurnalist-publisist
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
“Qızıl qələm” media mükafatı laureatı,

SƏMƏD VURĞUNA
/Ayrılarmı könül candan,
Azərbaycan, Azərbaycan./

Dünya bilir, Sən Onunsan,
Onun üçün doğulmusan.
Sevən könül, can olmusan,
Ayrılammaz könül candan,
Səməd Vurğun, Azərbaycan.

Vurğun oldun “yurd, yuvana”,
Vətənini sandın “Ana”.
Dedin ki, “bağlıyam Sana”,
Necə- “uşaq Anasına”
Ana- doğma balasına.

Gəzdin ölkə, ulusları,
Salamladın “dostu, yarı”.
Düz ilqarı, etibarı,
Tapdın Ana qucağında,
Öz “yurdun”da, ocağında.

Cənnət Muğan, Mil sənindir,
Sıx meşələr qələmindir.
Ilhamını dinlə, dindir,
Kür, Arazın coşan qanın,
Xoşbəxtisən Sən dünyanın.

Söz qoşmusan dağ, daşına,
Ceyranların göz yaşına.
Tarixlərin yaddaşına,
“Vaqif”, “Aygün”, ”Dar ağacı”
Silsilələr şirin, acı.

Dilləndirib sazı, tarı,
Əritmisən buzu, qarı.
Bir “Zəncinin arzuları”,
Qələminlə çiçək açıb,
“Muğan” dönüb şəfəq saçıb.

“Ceyran qaçar, cüyür mələr”,
“Ürək açan mənzərələr”.
Lalələrdir zər düymələr,
Geyinmişik əynimizə,
Əlimizdə qızıl kuzə.

Qazax, Gəncə, Qarabağda,
Qoşqar, Kəpəz, Haçadağda,
Min qışlaqda, min yaylaqda,
Ayağının izi vardır,
“Dağlarının başı qardır”.

Məftun idin telli saza,
“Gəncləşirdin yaza-yaza.
Indi yoxdur təqib, cəza,
Yurdda hər yan əlvan çiçək,
Arzuların olub gerçək.

Ulu Öndər Günəş bizə,
Şəfəq saçır ölkəmizə.
Qartallarım süzə-süzə,
Son qoyubdur “nəs illərə”,
Biz örnəyik “nəsillərə”.

Yaşa könül şad, firəvan,
Müstəqildir Azərbaycan.
Xoşbəxt Vurğun, xoşbəxt Dövran,
Qucaq açıb xoş iqbala,
Qovuşublar istiqlala!…

BU GÜN QARDAŞ TÜRKİYEMİZİN CÜMHÜRİYYƏT BAYRAMIDIR. 29 EKİM- TÜRKİYƏ RESRUBLİKASININ DOĞUM GÜNÜDÜR! BÜTUN TÜRK DÜNYASININ ƏN BÖYÜK BAYRAMI M Ü B A R Ə K OLSUN ! ! !
TÜRKÜM DEYƏNƏ
/Türkün monoloqu/

Daşım, torpağım ulu,
Tarixim zəfər dolu.
Yolum Oğuz, Hun yolu,
Qüdrətli millətim var.

Təkbir, duam dilimdə,
Doğuldum at belində.
Akınların selində,
Sarsılmaz heyrətim var.

Oxudum “Mehtər marşı”,
Silkələdim dağ, daşı.
Qazandım hər savaşı,
Yenilməz qüvvətim var.

Inancım Quran, azan,
Həm qəhrəman, həm ozan.
Qılıncla tarix yazan,
Müqəddəs xilqətim var.

Mövlam bəxş edib mənə,
Dovran, busat, təntənə.
“…Mutlu türküm deyənə!”
Şanım var, şöhrətim var.