Məhəmməd Füzuli ibn Süleyman — (əsl adı: Məhəmməd ibn (oğlu) Süleyman, d. 1494, Kərbala, İraq, Ağqoyunlu dövləti — ö. 1556, Kərbala, İraq, Osmanlı imperiyası) — Orta əsr azərbaycan türk şairi, mütəfəkkir və filosof. Azərbaycan və türk ədəbiyyatı tarixində divan janrının ən məşhur və görkəmli nümayəndələrindən biri kimi tanınmaqdadır. Bir çox təzkirələrdə Bağdadi təxəllüsü ilə anılır. Mənbələrdə digər adı Molla Məhəmməd Bağdadidir. Ancaq şairin Bağdadda deyil, onun yaxınlığındakı məşhur Kərbəla şəhərində doğulduğu məlumdur.

Həyatı
Məhəmməd Füzuli Azərbaycanda məşhur olan türk mənşəli Bayat tayfasındandır. Bəzi mənbələrə görə, Məhəmmədin atası Süleyman İraqa, Azərbaycanın Ərəş mahalından köçmüşdür. Sonralar şairin oğlu Fəzli Ərəşə dönərək, yaxın qohumlarının yanında yaşayıb. O, burada özünün alimliyi ilə geniş şöhrət tapıb. Füzulinin özü də kamil təhsil görmüşdü. Elə bunu nəzərə alan tədqiqatçılar belə hesab edirlər ki, şairin atası kifayət qədər varlı adam olmuşdur. Eləcə də onun ziyarətgah sayılan Hillə və Kərbəla kimi şəhərlərdə yaşaması Süleymanın ruhani olduğuna dəlalət edir. Həqiqətən də belə bir rəvayət var ki, Füzulinin atası Hillə şəhərinin müftisi olmuşdur.

XI əsrdə İraqın Səlcuqlar, daha sonralar isə Monqollar və Teymurilər tərəfindən işğalından sonra Bağdadda və onun ətraflarında türklərin sayı getdikcə artırdı. Bu durum sonralar da davam edir. 1508-ci ildə şah İsmayıl təntənəli şəkildə Bağdada girərək, İraqı Azərbaycana birləşdirir, sonra isə 1534-cü ildə bu şəhər uzun bir müddətə Osmanlı İmperiyasının tərkibinə daxil olur. Beləliklə, Füzulinin həyat və yaradıcılığının ilk dövrləri İraqi-Ərəbin Səfəvilər hakimiyyətinə tabe olduğu illərə düşür. Dahi Məhəmməd Füzuli 1556-cı ildə Kərbəlada taun xəstəliyindən vəfat etmişdir. Şairin qəbri də məhz Kərbəladadır.

Yaradıcılığı

SSRİ poçt markası (1958).
Məhəmməd Füzuli ilk təhsilini Kərbəlada almış, Bağdadda davam etdirmişdir. Bir müddət İraqın Nəcəf və Hüllə şəhərlərində də yaşamışdır.Onun müəllimi Vəli Məmmədzadə olmuşdur. Şəxsi mütaliəsi sayəsində orta əsr elmləri (məntiq, tibb, nücum, riyaziyyat və humanitar elmlər), xüsusən dini-fəlsəfi cərəyanlar, ərəb tərcümələri əsasında yunan fəlsəfəsi ilə yaxından tanış olmuş, klassik türk, ərəb, fars və hind ədəbiyyatını öyrənmişdir.

“Bəngü Badə” (“Tiryək və Şərab”) əsərini Şah İsmayıl Xətaiə ithaf etməsinə, I Şah Təhmasibə və onun sərkərdələrinə, ayrı-ayrı valilərə, xanlara qəsidələr yazmasına baxmayaraq, saraya meyl göstərməmişdir.

Sultan Süleymana bir neçə qəsidə təqdim etmiş Füzuli Sultan ordusu ilə Bağdada gələn türk şairləri Xəyali və Yəhya bəylə görüşmüş, “Leyli və Məcnun” (1537) əsərini də “Rum zərifləri” adlandırdığı bu sənətkarların xahişi ilə qələmə almışdır.

Füzuli üç dildə qəzəl, qəsidə, müsəddəs, tərkibbənd, tərcibənd, rübai, qitə, mürəbbe və s. yazmışdır. Fəlsəfi mahiyyətli qəsidələri, “Yeddi cam”, “Ənisül-qəlb”, “Səhhət və Mərəz” əsərləri qocalıq dövrünün məhzullarıdır. O, qəsidələrini ayrıca bir əsər kimi toplayıb kitab şəklinə salmış, türk, fars və ərəb dillərində divanlar tərtib etmişdir.

Yaradıcılığının zirvəsi olan “Leyli və Məcnun” poeması Azərbaycan, eləcə də Şərq və dünya poeziyasının nadir incilərindəndir. Nizami Gəncəvinin ilk dəfə yazılı ədəbiyyata gətirdiyi “Leyli və Məcnun” mövzusunun bir çox türk, fars, hind, özbək və tacik şairləri tərəfindən qələmə alınmasına baxmayaraq, Füzulinin ana dilində yaratdığı əsər orijinallığı ilə bu mövzuda əvvəllər yazılmış poemalardan seçilir.

Füzuli qədim yunan və Şərq fəlsəfəsi ilə tanış idi. Onun fəlsəfi görüşləri əsasən ərəb dilində nəsrlə yazdığı “Mətləül-etiqad” əsərində əksini tapmışdır. Füzuli burada Aristotel, Platon, Empedokl, Demokrit və başqa yunan filosoflarının fikirlərindən, ən-Nizamın fəlsəfi irsindən təsirlənmişdir. Füzulinin başqa əsərlərində də ədəbi fəlsəfi fikirlərə təsadüf edilir.
Füzuli öz seirlərində, XVI əsrə qədər azərbaycan türkcəsində yazan şairlərin bütün yaxşı təcrübələrini hesaba almış, onu böyük cürət və məharətlə inkişaf etdirmişdir. Lirikanın ən qiymətli nümunələrini verməklə Azərbaycan və eləcə də türk ədəbiyyat tarixində yeni, çox böyük və gözəl bir məktəb açmışdır. Füzuli ədəbi məktəbi, özünün məna, məzmun zənginliyi, bədii yüksəkliyi ilə insan hiss və fikirlərinin bədii ensiklopediyasını təşkil edir. Bu məktəb şeirimizin bədii

Füzuli kontatası
MENU0:00
Böyük Azərbaycan bəstəkarı Cahangir Cahangirovun dahi Məhəmməd Füzulinin “Məni Candan Usandırdı” qəzəlinə bəstələdiyi məşhur kontata Azərbaycan vokal sənətinin ən böyük simalarından biri olan Şövkət Ələkbərovanın ifasında
Bu faylın oxunmasında problem var? Bax media kömək.
keyfiyyətini son dərəcə yüksək bir pilləyə qaldırmaqla qalmamışdır. O, azərbaycan türkcəsinin bütün gözəlliklərini, imkan və qüdrətini parlaq surətdə nümayiş etdirmişdir. Bu məktəb klassik ədəbiyyatdakı köhnəlmiş qayda və normaları qırmaqda, inkişafa mane olan klassisizm ənənələrinə cəsur, azad və hünərli yanaşmaqda böyük tarixi xidmət göstərmişdir.

Füzuli Nəsimidən sonra ana dilimizdə yaranmış şerin ən gözəl nümunələri olan əsərləri ilə ədəbi-bədii dilimizi yeni yüksəkliklərə qaldırmış, klassik Azərbaycan, habelə digər türk xalqlarının poeziyasına qüvvətli təsir göstərmiş, ədəbi məktəb yaratmışdır. Onun əsərləri Təbrizdə, Bakıda, İstanbulda, Ankarada, Qahirədə, Daşkənddə, Buxarada, Aşqabadda dəfələrlə nəşr edilmiş, dünya şərqşünasları tərəfindən yüksək qiymətləndirilmişdir.

Məhəmməd Füzuli qəməri tarixlə 963-cü, miladi təqvimlə 1556-cı ildə Kərbəlada taun xəstəliyindən vəfat etmiş, orada da dəfn olunmuşdur.

Şairin ölümünün 400 illiyi dünya miqyasında qeyd edilmişdir. Əsərləri toplanaraq ən qədim nüsxələr əsasında Azərbaycanda beş cilddə nəşr olunmuşdur.

Əsərləri
Fars və Azərbaycan dilində divan
“Qəsidələr divanı”– Azərbaycan, fars və ərəb dilində yazılmış divan
“Mətləül-etiqad”- ərəbcə fəlsəfi traktat
Farsca əsərləri:

“Həft cam” (Yeddi cam) və ya “Saqinamə” – alleqorik poema
“Səhhət və Mərəz” – farsca və nəsrlə yazılmış alleqorik əsər.
“Rindü Zahid” – nəsrlə yazılmış iki baxışın dialoqu.
Türkcə (azərbaycanca) əsərləri:

“Bəngü Badə” (Tiryək və Şərab) – poema
“Söhbətül-əsmar” (Meyvələrin söhbəti) – poema
“Leyli və Məcnun” – poema (alleqoriya olmayan yeganə poeması)
“Hədiqətüs-Süəda” (Xoşbəxtlik bağçası) – şairin həcmcə ən böyük əsəri, ənənəvi-müştərək mövzuda yazılıb.
“Şikayətnamə” və ya “Nişançı Paşaya məktub” – nəsr əsəri(Azərbaycan dilində ilk nəsr)
“Hədisi-Ərbəin”(Qırx hədis) – Əbdürrrəhman Caminin eyniadlı əsərindən tərcümə(fars dilindən)
Çap olunan kitabları
“Leyli və Məcnun” Bakı, Uşaqgəncnəşr, 1958
Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. I cild. Bakı, “Azərbaycan” nəşriyyatı, 1996.
Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2005, 400 səh. Mətn
Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. I cild

Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. II cild

Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. III cild

Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. IV cild

Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. V cild

Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. VI cild

Məşhur qəzəlləri
“Məni candan usandırdı”
“Söz”
“Olsaydı məndəki qəm”
Can vermə qəmi-eşqə ki, eşq afəti-candır
Canı kim cananı üçün sevsə cananın sevər
Məndə Məcnundan füzun aşiqlik istedadı var
“Yetər ey fələk”
“Tutuşdu qəm oduna”
“Pənbeyi-daği-cünun içrə nihandır bədənim”
“Ey könül, yarı istə, candan keç”
“Könül səccadəyə basna ayaq, təsbihə əl urma”
“Rəmazan oldu çəkib şahidi-mey pərdəyə ru”
Ey bivəfa ki, adət olubdur cəfa sana
Aşiq oldum yenə bir tazə güli-rənayə
Səsləndirilmiş şeirlər
“Hədiqətüs Süəda” – səsləndirən: Ənvər Vəliyev
“Şəbi hicran yanar canım” – səsləndirən: Elşən Rüstəmov
“Ey həkim” – səsləndirən: Şahrux Nəxai
“Ey təbib”
Şeirlərinə yazılmış musiqi əsərləri
Operalar
Leyli və Məcnun – musiqi: Üzeyir Hacıbəyov
Musiqi poemaları
“Füzuli” vokal-simfonik poema (1993) – musiqi: Ramiz Mustafayev
“Füzuli” simfonik poema – musiqi: Arif Məlikov
«Şəbi-hicran» lirik poema – xor və böyük simfonik orkestr üçün – musiqi: Məmməd Quliyev
Romanslar
Şövkət Ələkbərova – “Füzuli kantatası” (Məni candan usandırdı) – musiqi: Cahangir Cahangirov
Gülağa Məmmədov – “Vətənimdir” – musiqi: Süleyman Ələsgərov
Ramil Qasımov – “Suların aynası” – musiqi: Rəşid Şəfəq
Ramil Qasımov – “Yad eylərəm” (fortepiano ilə oxumaq üçün)- musiqi: Oqtay Zülfüqarov
Təsniflər, muğamlar
Əbülfət Əliyev – Təsnif “Məni candan usandırdı”
Əlibaba Məmmədov – Müxalif təsnifi “Şəbi hicran”
Gülüstan Əliyeva – Təsnif “Ey kaman-ebru şəhidi naveki müjganunam
Heyrət, ey büt
Bülbül – Füzuli təsnifləri
Filmoqrafiya
Məhəmməd Füzuli (film, 1958)
Leyli və Məcnun (film, 1961)
Məhəmməd Füzuli (film, 1989)
Şəbi-hicran (film, 1993)
Söhbətül-əsmar (film, 1994)
Xatirəsi
1994-cü ildə dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan оlmasının 500 illik yubileyi münasibətilə dövlət komissiyası yaradılmışdır.[3]

13 sentyabr 1996-cı ildə dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin 300 illik yubileyi münasibətilə «Füzuli ensiklopediyası»nın hazırlanması və nəşr edilməsini təmin etmək məqsədi ilə «Füzuli ensiklopediyası redaksiyası» yaradılması haqqında qərar qəbul edilmişdir.[4]

Azərbaycan Respublikasının Prezidenti 13 sentyabr 1996-cı ildə “Füzuli adına Beynəlxalq Mükafatın təsis edilməsi haqqında” Sərəncam imzalamışdır[5].