İradə AYTEL.”Sən mənim alım yazım”

Sənnən xəbər gözlədim,
Kipriyə qaş düşəndə.
Quru-quru alışdım
Araya yaş düşəndə.

Oxunnan çıxıb yayım,
Oxuma! Yatıb toyum!
Ətaydı buta payım,
Yuxuma daş düşəndə.

Bu nə tale, nə yazı,
A baharım, ayazım?
Sən mənim alın yazım
Alnıma qış düşəndə!