Şəhla RAMAZANQIZI.Yeni şeirlər

Küsüb getsəm darıxmaqdan hal olmaz.Elə bilmə mənsizliyə dözərsən,Fikir səni çəkər hər gün qoynuna,Ağlın itər, dəli kimi gəzərsən.Hicranımı ürəyinə əkərəmGənclik kimi bir də geri dönmərəm.Xəyalımı gözlərinə çəkərəm,Lal baxaram güzgülərdə, dinmərəm.Ruhum gəzər ayaqyalın qəlbində,Bəlkə izi gözlərinə görünər.Ürəyimi kölgə edib yollaram,Qara-qara sən getdikcə sürünər.Pəncərəni döyəcləyər xəyalım,Səs salanı yağış, külək sanarsanOtağında pərdələrin tərpənər.Külqabından kötük düşər, yanarsan.Mənsizliyin əzabı var dağ kimi,Ağırlığı yerə,göyə sığışmaz.Ürəyindən uçulsa eşq məbədi,Arzuların bir də ora yığışmaz.Çəməngözlüm, mənsiz xəyal qurma heç.Qırılanda toplayanın tək mənəm.Sevilirsən, ürəyini rahat tut,Hara getsəm dönəcəyəm, mən sənəm.

Çiçək, çiçək arzulara qoşulub,Yaza qədər yaşayırıq qış ömrü.Bir baxırıq qapıdadır qocalıq,Itiririk, sərf edirik boş ömrü.Plan cızıb, saat qurub yatırıq,Nələrəsə zamanında çatırıq,Ruhumuzu bir kənara atırıq,Nəm götürür, daşıyırıq yaş ömrü.

Hər övladın ruhunda bir sən yaşayır, Azərbaycan! Kimsə Səni öldürəmməz! Anamızın laylaları qəlbimizə sən daşıyır, Azərbaycan! Arxamızda qorxusundan hiylə quran çoxu olar. Üzümüzə bildirəmməz!!! Ulu Turan nəzəri var Ordumuzun üzərində, Haqqa sevgi yatır qız və oğlumuzun ürəyində. Şükür kiçik övladınla “Könül -Canla” bütövləşdi. Sonbeşiyin üşümədi daha bu qış. Azərbaycan! Qaldı böyük övladların uzaqlarda, Həsrət dolu küskün baxış, Azərbaycan! Yad nəfəslər əridəmməz “ana” qədər, Donan qəlbin buz qatını. Milyon-milyon cəhdlər edər sona qədər. Ana kimi kim düşünər övladının həyatını?! Yavaş-yavaş yayıldıqca məhəbbətin qoxuları, Uçacaqdır məhəbbətə övladların yuxuları. Səbrli ol, Azərbaycan, Sən Turansan, sən Türksən! Sən igidsən, yenilməzsən, əzəmətli,Böyüksən!