Hər övladın ruhunda bir sən yaşayır, Azərbaycan! Kimsə Səni öldürəmməz! Anamızın laylaları qəlbimizə sən daşıyır, Azərbaycan! Arxamızda qorxusundan hiylə quran çoxu olar. Üzümüzə bildirəmməz!!! Ulu Turan nəzəri var Ordumuzun üzərində, Haqqa sevgi yatır qız və oğlumuzun ürəyində. Şükür kiçik övladınla “Könül -Canla” bütövləşdi. Sonbeşiyin üşümədi daha bu qış. Azərbaycan! Qaldı böyük övladların uzaqlarda, Həsrət dolu küskün baxış, Azərbaycan! Yad nəfəslər əridəmməz “ana” qədər, Donan qəlbin buz qatını. Milyon-milyon cəhdlər edər sona qədər. Ana kimi kim düşünər övladının həyatını?! Yavaş-yavaş yayıldıqca məhəbbətin qoxuları, Uçacaqdır məhəbbətə övladların yuxuları. Səbrli ol, Azərbaycan, Sən Turansan, sən Türksən! Sən igidsən, yenilməzsən, əzəmətli,Böyüksən!