Xalq artisti Mələkxanım Əyyubova ilə görüş təşkil olunacaq

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə “Qonağımız var” layihəsinin növbəti qonağı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru, Xalq artisti Mələkxanım Əyyubova olacaq.

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, görüş noyabrın 1-də Zirə Mədəniyyət Mərkəzində (Eko Park) təşkil olunacaq.