Xalq artisti Hacı Murad Yagizarovun yaratdığı obrazlar yaddaşlarda daim yaşayacaq

On ildir ki, xəstəliklə mübarizə aparırdı, çox təəssüf, biz onu itirdik.

AZƏRTAC xəbər verir ki, bu sözləri Xalq artisti Hacı Murad Yagizarovun qardaşı Rəsul Yagizarov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu müddət ərzində qardaşına kifayət qədər dəstək və qayğı göstərilib: “Bu mənada, ona diqqət və qayğı göstərən hər kəsə təşəkkür edirəm”.

“Xalq artisti Hacı Murad Yagizarovunun yaratdığı obrazlar yaddaşlarda daim yaşayacaq”, – deyə mərhum sənətkarın qardaşı vurğulayıb.

Mənbə: https://azertag.az/