WUF13 iştirakçıları üçün “Mədəniyyət bələdçisi” hazırlanıb

+Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində ölkəmizi ziyarət edəcək qonaqlar üçün “Mədəniyyət bələdçisi” hazırlanıb.

Bu barədə AZƏRTAC-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bələdçi qonaqları Bakının canlı və dinamik mədəni həyatı ilə yaxından tanış olmağa dəvət edir. “Mədəniyyət bələdçisi”nin əsas məqsədi forum iştirakçılarını Bakının zəngin mədəni məkanları, görməli yerləri və şəhərdə təşkil olunan tədbirlər barədə məlumatlandırmaqdır.

İstifadəçilər müvafiq linkə keçid edərək buradakı məlumatlarla Azərbaycan və ingilis dillərində tanış ola bilərlər. 

Mənbə: https://azertag.az

Comments

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir