Milli Kitabxana tərəfindən “Əcəmi Naxçıvani. Biblioqrafiya” kitabı çap edilib

Azərbaycan Milli Kitabxanası tərəfindən “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyası çərçivəsində Əcəmi Naxçıvaniyə həsr olunmuş əhatəli biblioqrafik vəsait hazırlanıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, bu fundamental vəsait 1927-2026-cı illəri əhatə edir və görkəmli memarın zəngin irsini, həyat və fəaliyyətini əks etdirən materialları özündə cəmləşdirir.

Biblioqrafik göstəricidə Azərbaycan və xarici dillər üzrə olan materiallar müvafiq bölmələrdə təqdim olunub, xronoloji ardıcıllıq və əlifba prinsipləri əsasında qruplaşdırılıb.

Göstəricinin sonunda müəlliflərin əlifba göstəriciləri verilib. Bundan əlavə, biblioqrafiyada memarın yaradıcılığı haqqında xarici ölkə kitabxanalarında mühafizə olunan materiallar da öz əksini tapıb.

Mənbə: https://azertag.az