* * *

Heç biri sən deyildi…
Üç qız gördüm yuxuda
Biri arıq, biri kök, biri də ki ortabab.
Birinin əlində gül, birinin əlində çətir, birinin əlində şərab.
Biri uzun geyimli, biri başında örpək, biri də yarıçılpaq.
Biri evli, biri dul, biri subay, utancaq.
Oxuyurdu üçü də bir ağızdan;
“Göydən üç alma düşməz,
Mənim baxtıma düşməz.
Hanı ağ atlı oğlan,
O yel qanadlı oğlan.
Qeybə çəkildi yoxsa?
Dəryada batdı oğlan?”
Birinin gözü nəmli,
Birininki sürməli.
Birinin gözündə eynək.
Bu gözlərdə yağışlar,
Bu gözlərdə şaxta-qar.
Bu gözləri aldatdılar, ağlatdılar, alçaltdılar, yandırdılar, yaxdılar.
Üç qız gördüm yuxuda,
Könlüm adınla dindi.
Gəldim bir az yaxına
Sənə oxşayırdılar.
Heç biri sən deyildi…

* * *

Səhərə lap az qalıb, yat yuxun şirin olsun.
əgər xoşuna gələn yuxun varsa, çin olsun.
bu ulduzlar hər gecə mənə sarı baxışın.
bir azdan duracaqsan, çox da baxma güzgüyə.
qorxuram gözlərindən, bir gün sənə göz dəyə.
üzün üzümdən uzaq, əllərin əllərimdən.
yaduna sal nə vaxtdır yadına düşmürəm mən.
geyin- keçin yenə də saçlarını sığalla
indi onu arzula, indi onunçun ağla.