Arzu HÜSEYN.”Necə oldu, yollar səni yormadı?”

Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı, 
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının BAKI Bürosunun Rəhbəri


Necə oldu, yollar səni yormadı?
Gecə oldu, ulduz aya qovuşdu.
Taleyimə yazdım səni, olmadı,
Uşaq kimi olmazlara alışdıq.

Xəzan oldu hələ dünən gül açan
Hədər oldu neçə-neçə fəsillər
Dirənmədik bu sevgidə sonacan,
Aramızda soyuq yellər əsirlər.

Bu nə gücdür dalğaları oyadan?
Dəyişibdir çalarları rənglərin.
Birdəfəlik çıx ömrümdən, ay adam,
Kəs arasın məktubların, zənglərin.

Necə oldu, yollar səni yormadı?
Boyun əydim intizara, dərdə mən.
Bu nağılın sonu gözəl olmadı,
Almaları cin apardı, birdənəm!

Comments

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir