Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru

Sən xeyir müjdəçisi, şər işə yadsan, Zəfərim,
Bütün adlardan uca, ülvi bir adsan, Zəfərim!

Uca Haqdan verilib fərmanı bu təntənənin,
Günəşin zərrəsisən, qəlblərə odsan, Zəfərim!

Tutdu artıq əbədi haqq və ədalət yerini,
Bizə öyrətdi seçək düşməni dostdan Zəfərim.

Üzü heç gülmədi ki, bax, neçə illər Vətənin,
Çıxardı millətimi gör neçə yasdan, Zəfərim!

Qamətim şaxdı, şükür, kölgəsi yox gözlərimin,
Geri döndü vüqarım, həm də ki, ad-san, Zəfərim!

Dədəmiz Qorqud özü təltif edib adla bizi,
Bunu da millətimə bir ulu ad san, Zəfərim.
Odayam, incələyib sözlərimin ən xasını,
Yazıram bir əbədi adına dastan, Zəfərim!

08.11.2026