…Bir xoşbəxt saatda çəkilib,
Ya toyda, büsatda çəkilib.
Ömürdən bir yaşıl yarpaqdır,
İlk qədəm qoyduğu torpaqdır.
Baxanın içini yandırır,
Gələni, keçəni yandırır.
Daş üstə bitibdir gül kimi,
Həyata uzanan əl kimi.
Blog
-
Müzəffər MƏZAHİM.”Günlər bir-birinə bənzəyir yaman”
Rəngi, gözəlliyi, qoxusu bəlli,
Hələ açılmamış qönçələr kimi,
səhərlər açılar, ömrə təsəlli.
Hər gün keçdiyimiz küçələr kimi,
Tələsik keçirik ömür yolundan,
Günlər bir-birinə bənzəyir yaman.Bir dəli arzuya, istəyə təşnə,
Çırpınır qəlbimiz güman içində,
Heç nə gözləmirik, elə bil, heç nə,
Fikrimiz azıbdır duman içində.
Adilik içində əriyir hər an,
Günlər bir-birinə bənzəyir yaman.Qatıb başımızı sirli düyünlər,
Cəmlənib insanın ağlı səbrdə.
Təsbeh dənələri deyil ki, günlər,
Firlanıb qayıda əlinə bir də,
Dyişməz qanunla dovr edir zaman,
Günlər bir-birinə bənzəyir yaman.Günlər ki, günışin tutub əlindən,
Körpə uşaq kimi aldanıb gedir.
Həsrətlə baxırıq qüruba gendən,
Ömrümüz beləcə talanıb gedir,
Bu gündən sabaha boylanır insan,-
Günlər bir-birinə bənzəyir zaman.1986
-
Rafiq ODAY.”Qıla bilmir” (Qəzəl)
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri,
”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru,
”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı,
Əməkdar jurnalistİnsan var hələ çox şeyin dərkin qıla bilmir,
Aludə olur, sonra da tərkin qıla bilmir.Üzü yümuşaq olmağın bir anlamı yoxmuş,
Oldusa, daha heç nəyin bərkin qıla bilmir.Mən haqq ozanı-eşqi-təcəlla məqamında,
Sevda havalı, eşq dolu sər kin qıla bilmir.Aşiqdə gözəllik hələ də batinə şağlı,
Zahir nə ola, eşq onu çirkin qıla bilmir.İman işığı qəlbinə yol tapmasa, əsla,
Beş vaxt nazamın, olsa da hər kim, qıla bilmir.Rafiq ODAYAM, heç kimə yox zəndü-gümanım,
Təkcə sənə, TANRIM, çatır ərkim, qıla bilmir. -
Rafiq ODAY.”Kəlbəcər” (Qəzəl)
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri,
”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru,
”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı,
Əməkdar jurnalistİstedadlı qələm dostum, Kəlbəcər nisgilli Namiq Dəlidağlıya
İyirmi ildir gözlərindən axıdır qan Kəlbəcər,-
(İki ili mən azaltdım, sən öylə san Kəlbəcər.)Cüyürləri perik düşən, maralları ürküşən,
Ay xanəsi viran olan, könlü talan Kəlbəcər.Ər oğullar kök altında-çıxmağa imkan gəzir,
İmkanı olanlar, fəqət, baxırlar yan, Kəlbəcər.Qaf dağından əlini üz, Savalana qıyya çək,
De ki, igid, vaxt yetişdi, oyan, oyan!-Kəlbəcər.De ki, nə tez, unutdun bəs Qorqud verən öyüdü:
Torpaq qeyrət, torpaq ismət, şərəf və şan, Kəlbəcər.Qoy qan tutsun gözümüzü-qan gölünə dönüşsün,
Ki, qovuşsun aryı düşən Kanla Məkan, Kəlbəcər.Yerlərdən əl üzüldükcə, göylər çatar imdada,
“O”ndan bizə əmanətdi RUH ilə CAN, Kəlbəcər.RUHla CANa, təpər istə YARADANDAN hər gecə,
Bəlkə bir gün müjdə ilə sökülə dan, Kəlbəcər.Qoymaz qala qiyamətə Dəlidağlı qisası,-
ODAY onda mələdəcək görü nçə “yan”, Kəlbəcər. -
Rahilə DÖVRAN.”Sönəcəyəm”
Şairə-jurnalist-publisist
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
“Qızıl qələm” media mükafatı laureatı,Səbrim gərgin bir kamandır,
Gözləyirəm nə zamandır.
Yar, həsrətin çox yamandır,
Sevməsən də, sevəcəyəm.Şah damarda donar qanın,
Bir gün nalan qalar canın.
Qədrini bil zaman, anın,
Söylə, bir gün dönəcəyəm.Səsin gəzir otağımda,
Əks- sədadır qulağımda.
Huri idin eşq bağımda,
Sənsiz eşqi, göməcəyəm.Sevda sanki, ötən karvan,
Yalqız qalıb, sevən Dövran.
Göy üzündə tənha, tək Dan,
Bil ki, sənsiz, sönəcəyəm… -
Rahilə DÖVRAN.”Qurban”
Şairə-jurnalist-publisist
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
“Qızıl qələm” media mükafatı laureatı,Xoşbəxt yaradıbdır, Yaradan vallah,
Qanından qan verən, Ataya qurban.
Məni türk yaradıb, sevdiyim Allah,
Canından can verən, Anaya qurban.Türk- deyə çagrılıb, müqəddəs adım,
Qorqud, Oğuz, Mete şanlı əcdadım,
Türkdür Atam- Babam, türkdür övladım,
Türk eli, ulusu, obaya qurban.Sulardan- sulara, dağlardan- dağa,
“Türkəm deyən”olub, hökmdar, ağa,
Uğrunda qan axan, şanlı torpağa,
Azəri, Osmanlı, Türk-soya qurban.Qazidir, şəhiddir, əsgər, giziri,
Allah sevgisidir, gücünün sirri,
Imanlı, inamlı, dildə təkbiri,
Allahü-Əkbər deyən, sədaya qurban.Açıqdır hər zaman hünərin yolu,
“Cəngi”, “Mehtər marşı”zəfər simvolu,
Turandır Qafqazım, həm Anadolu,
Bayraqda ulduza, həm aya qurban.Türk oğlu yağıdan alar öcünü,
Zəfər unutdurar, hər cür acını,
Dövran vəsf eləyər, türkün gücünü,
Türkə qüdrət verən, Xudaya qurban… -
Abdulla MƏMMƏD.”Canımda can,Azərbaycan,anam,can!”
Əsir Göyçəm göyçəklərin göyçəyi,
Samur çayı köksümdəki göynəyim.
Köz-köz olub,Allah,içim göynəyir,
Qan yaddaşı,sözümə can,anam,can,
Canımda can,Azərbaycan,anam,can!Borçalıda qəribsəyən torpağam,
İrəvanda xal axtaran qonağam.
Zəngəzurda darda qalan sorağam,
Qan yaddaşı,sözümə can,anam,can,
Canımda can,Azərbaycan,anam,can!Xudafərin Arazda daş ağıdır,
Ağrı dağı ağrımızın dağıdır.
Yurd harayı bağrımızı dağıdır,
Qan yaddaşı,sözümə can,anam,can,
Canımda can,Azərbaycan,anam,can!Qarabağım dərdimizin təzəsi,
Bu qismətə ürək necə dözəsi?
Şəhid oldu yurdun neçə qazısı,
Qan yaddaşı,sözümə can,anam,can,
Canımda can,Azərbaycan,anam,can!Vətən dərdi çəkən qəlbdə qeyrətəm,
Xocalıda külə dönən qismətəm…
Anaların naləsində həsrətəm,
Qan yaddaşı,sözümə can,anam,can,
Canımda can,Azərbaycan,anam,can!Kimə qara,kimə bəyaz od daşam,
Qan ağlayan dərdəm-qanlı yaddaşam.
Yurduma yad ünsürlərə yad daşam
Qan yaddaşı,sözümə can,anam,can,
Canımda can,Azərbaycan,anam,can!Savalanım babaların dərd bəndi,
Bu milləti tora salıb şər bəndi.
Bir nisgilim Təbriz,biri Dərbənddir.
Qan yaddaşı,sözümə can,anam,can,
Canımda can,Azərbaycan,anam,can!Azərbaycan.Quba.
03.04.2016 -
Abdulla MƏMMƏD.”Məsnəvi üstə qüssə”
HƏR ANIN ÖZ TARİXİ,ÖZ SÖZÜ,ÖZ HÖKMÜ VAR,
GÖR YARA KİM HÖKM EDƏR,GÖR KİM OLAR HÖKMƏ YAR.Hər anın öz tarixi,öz sözü,öz hökmü var,
Gör yara kim höm edər,gör kim olar hökmə yar.Dedin:”Allah qorusun səni hər an,hər zaman…”
Sən niyə qorumadın-xisləti quru saman?!Sevgin şirinsə niyə,bal qatdın tər ocağa?
Sevən ürəyi əsla dəyişərmi qadağa?!Düşündüm ki,sevirsən sən də məni bəs qədər,
Ürəkdə ürəyincə sevinc olsa bəs edər…Dedim qəlbimdir yerin çəkirəm dərd sərini,
Tər gülün hər fəsildə qəlb bilər qəlb sirrini!Səni elə bilirdim kimsə sevməz mən qədər,
Sözümü yerə salıb eşqi sandın sən hədər.Axı hardan biləydim ürəyini-kimsən sən?
Dərd üstə dərd gətirən özün boyda qəmsən sən.Sən demə oğrun gözün təbəssümü yalanmış,
Qəlbinin saxta sözü mürgüləyən ilanmış…Daha səni sevmərəm yüz yol döysən gözünü,
Nə yaxşı ki tanıtdın gec də olsan özünü.Dünya gözəldir,gözəl,gözəlliyi duyana,
Qəlb qırmaz qəlbi gözəl üz tutsan da hayana. -
AGƏB-lərimizi tanıyaq! ”Ən yaxşılar” müsabiqəmizin iştirakçısı…
Azərbaycan Gənc Ədəbiyyatçılar Birliyinin üzvü, Nəzakət Niftiyeva 27 noyabr 1994-cü ildə Bakı şəhərində anadan olmuşdur.
-Uşaq Dünya Hərəkatının tərkib hissəsi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsi nəzdində fəaliyyət göstərən Liderlik Məktəbində Uşaq Hüqüqları Konvensiyası üzrə tam kursu bitirmişdir.
Bunu Ombudsman Elmira Süleymanova, UNICEF-in Azərbaycandakı Nümayəndəliyinin rəhbəri -Mark Herevard və digərləri öz imzaları ilə təstiq etmişlər.
– Qızıl Xaç və Qızıl Aypara Hərəkatında fəal iştirakına görə tərifnamə ilə təltif olunmuşdur.
– Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar H.Ə.Mərkəzinin gənclər arasında elan etdiyi “Azərbaycanımla fəxr edirəm” adlı yazı müsabiqəsinin qaliblərindən olmuşdur.
– Yazdığı məqalələr “Yeni Təfəkkür” qazetində hal-hazırda da dərc olunur.
– Tarix müzeyi nəzdində fəaliyyət göstərən Hacı Zeynalabdin Tağıyev klubunun rəhbəri olmuş və oradakı gənclərə rəhbərlik etmişdir.
Bunlardan başqa bir çox layihə və tədbirlərin iştirakçısı olmuş və fəaliyyətləri ilə bağlı radio və verlişlərə dəvət almışdır. Daimi məşğuliyyəti mütaliə etməkdir.Daha çox dedektiv və dram əsərlərinə maraq göstərir.Azərbaycan Konstituasiya və Qanunvericiliyi ilə maraqlanır.İndi isə gənc yazıçımızın öz qələminin məhsulu olan “Qara Duman” adlı hekayəni sizlərə təqdim edirik.
Əziz oxuyucalarımız, hekayəni oxuduqdan sonra, sizlərdən xaiş edirik ki, 10 ballıq sistem üzrə Nəzakət xanımın hekayəsini qiymətləndirəsiniz.
“QARA DUMAN”
Həyatımın adi günlərindən birini yaşayırdım.Yanğınsöndürən maşınlarının səsindən 19.05.2015 il tarixində olan hadisə kino lenti kimi gözümün önündə canlandı.O zaman keçirdiyim hissləri qələmə almaq çox çətindir. Yazmaq qərarına gəldim.Amma tam olaraq hardan başlayacağımı, nədən yazacağımı bilmirəm. “Təcili tibbi yardım maşınları, tanımadığım insan toplusu, yanğınsöndürən maşınlar,insanların yanıq qoxusu, gözüyaşlı və çarəsiz baxışlar və qara duman!” Həmin gün Bakıya qara duman gəlmişdi.Bu qara duman neçə insan kimi mənim də xəyallarımın üstündən qara bir xətt çəkdi.Yaşadığım bu gözlənilməz hadisədən sonra çox dəyişmişdim.Həddindən çox arıqlamış və gözlərimə dərin bir kədər çökmüşdü.Kədərimi ətrafımdakılara hiss etdirməmək üçün gülümsəməyə çalışsam da, deyəsən bu gülüşlərin saxta olduğunu anlayırdılar.Əsəblərim həddindən artıq pozulmuşdu.Yaşadığım böyük stresdən sonra gözlərimdə problemlər yaranmağa başladı və iş o yerə çatdı ki, mən bu səbəbdən əməliyyat olunmalı oldum. Əslində isə mən çox pozitiv insan idim.Rəfiqələrim həmişə mənimlə zaman keçirməyə can atırdılar.Şən gülüşlərim ən əsəbi insanın belə əhvalını yüksəldirdi.Ən böyük məşğuliyyətlərimdən biri mütaliə etmək idi.Son zamanlar gənc yazıçı Ziya Səfərbəyovun yeni dərc olunmuş kitabını çox axtarsamda heç yerdə tapa bilməmişdim. Anamın dediyinə görə isə həmin kitabı yaxınlığımızda yerləşən marketlərin birində görmüşdü.
Yağışlı bir payız axşamı idi.İşdən evə gələrkən elə yolumun üstündə yerləşən marketlərdən birinə daxil oldum.Kitab rəfinin yanından keçərkən bir anlıq dayanıb kitablara nəzər yetirdim.Ancaq məni maraqlandıran kitaba rast gələ bilmədim.Düşündüm ki, qeydiyyat şöbəsinə yaxınlaşıb administratorlardan birinə kitabı sifariş edim.Elə belə də etdim.
– Salam.Mən sizə əgər mümkünsə bir kitab sifariş vermək istəyirəm.
-Salam xanım.Buyurun.Hansı kitab? ( mənə bir vərəq uzatdı) Bura yaza bilərsiniz.(Necə də ciddi oğlandır.Görəsən, o gülə bilir?)
-“MƏNİM LƏNƏTLƏNMİŞ DÜNYAM” Ziya Səfərbəyov. Bu kitabı gətirsəniz çox sevinərəm.
–Zəhmət olmasa əlaqə telefonunuzu və adınızı da qeyd edin.Kitabı gətirsək sizinlə əlaqə saxlayaq.-“Mukova… 055-…-..-..” Məlumatları qeyd etdim və oradan çıxdım. O oğlanı orada çox görmüşdüm.Şux qaməti, hündür boyu və ciddi görkəmi diqqəti cəlb edirdi. Təxminən 10 gün sonra tanımadığım nömrədən mənə belə bir mesaj gəldi: “Mukova, sifariş etdiyiniz kitabla çox maraqlandım.Ancaq az sayda dərc olunduğundan təəssüf ki, tapa bilmədim.Üzrlü sayın.” Hə bu həmin oğlan idi.Həmin gün onunla yazışandan sonra hiss etdim ki, fikrimdə yanılmışam.Həmin oğlan evli deyilmiş və gülməyi də bacarırmış. Çox ciddi olduğundan nəyə görəsə onun evli olduğunu düşünmüşdüm.Bu hadisədən bir həftə sonra belə bir mesaj gəldi Yaşardan.Adı Yaşar idi.
-Kino teatrlara maraqlı kinolar gəlib.Nə vaxt gedək? Elə həmin gündən sonra da bizim münasibətimizin təməli qoyuldu.Yaşarın çox gözəl xarakteri var idi.Həm çox müasir,gəzməyə meylli,əyləncələrə maraq göstərən, dünyagörüşlü,mədəni biri idi,həm də daxilində köhnə kişilərə xas olan sərtlik və keçmiş adətlərə bağlılıq.Bizdə çox uyğunluq var idi.Bir-birini tamamlayan cütlüklərdən idik desəm yanılmaram.Hər görüşümüz bir-birindən maraqlı və xoş keçirdi.Hər həftə kinoya gedirdik.Getmədiyimiz restoran və maraqlı məkanlar demək olar ki, çox az idi.Hər zaman deyirdiki sənə hər yeri gəzdirəcəm,sənə hər şeyi mən özüm öyrədəcəm.Düz deyirmiş hər şeyi öyrətdi mənə xoşbəxtliyi də, kədəri də. Artıq altı ay idi münasibətimiz ciddiləşmişdi.Artıq ailələrində mənim barəmdə bilirdilər.Evin bir oğlu olduğuna görə Yaşarı evləndirməyə tələsirdilər. Bacısı və anası ilə əlaqəmiz var idi.Hərgün bacısı ilə danışırdıq.Bacısı ailəli idi, iki övladı var idi.Çox səmimi və mehriban qız idi.Hərgün mənimlə toydan, nişandan ,elçilikdən,arzularından danışırdı.Mən də artıq anama demişdim münasibətimiz barədə. Anam Yaşarı tanıyırdı və eşidəndə çox sevinmişdi.Artıq evdə xeyir iş söhbətləri gedirdi.Elə bu məqamda mənim çoxdandı gözlədiyim işdən xəbər gəlmişdi.Mayın 11-dən işə getməyə başlamışdım.Hər şey yolunda gedirdi.Çox xoşbəxt idim. Hər dəfə Yaşarla eyni vaxtda namaza girir ve dualar edirdik.Namazımızı bitirdikdə zəng edib deyirdiki,Allah qəbul etsin.Allaha hər zaman təşəkkür edirdim ki, yaxşı ki onu mənim qarşıma çıxarıb.
Mayın 19-u. O gün hava çox gözəl idi.Saat 07:30 işə getmək üçün hazırlaşmağa başladım.Qırmızı pencəyimi geyinib, Yaşarın 8 martda mənə aldığı gümüş sırğaları və boyunbağını taxtdım.Evdən çıxdım. Tıxac olduğundan işə gecikirdim. Saata baxdım saat 09:20. Sırğalardan biri açılıb yerə düşdü.Yerdən götürüb arxasına baxdım ki, bəlkə qırılıb. Yox, qırılmamışdı.Maraqlı idi necə açılmışdı o sırğa.
8 mart günü Yaşarın mənə bağlatdırdığı gül buketi heç vaxt yadımdan çıxmaz.Mənə çox buket bağlatdırmışdı amma o başqa idi.Gəlin buketi idi sanki.Balaca ağ tülün içində sarı güllər və sarı lent.
Saat 12:25.Yaşarın bacısından zəng gəldi.Sevinclə telefonu açdım.Qışqırırdı.Eşitdiyim sözə inana bilmədim.”Yaşarın qaldığı bina yanır.Telefonlarına zəng çatmır” Elə bu sözü eşitmişdim ki, hər şeyi bir kənara atıb işdən çıxdım və taksiyə mindim.
–Deyirlər Azadlıqda bina yanır.Ora sürün!
Yaşarın heç bir nömrəsinə zəng çatmırdı.Həmin gün bütün yollarda polis maşınları, yanğınsöndürənlər, təcili tibbi yardım maşınları var idi.Qara dumanı gördüyüm anda dəhşətə gəldim.Taksi ilə binaya yaxınlaşmaq mümkün olmadı.Taksidən düşdüm.Bina o qədər yanmışdıki yuxarıdan yanmış bəzi hissələr yerə tökülürdü.Ehtiyatla polislərə yaxınlaşdım.-Yaralılar hardadır?
-Xanım, yaralı çox olduğundan Bakıdakı xəstəxanaların çoxuna yaralı göndərmişik.Yaxşı olar ki, yaxınlıqdakı xəstəxanalara baxasınız. Taksiyə yenidən mindim və 5 nömrəli xəstəxanaya yollandıq. Zəhərlənmə və yanğın şöbəsinə baxsamda orada yox idi. Semaşka xəstəxanasına yollandım.Orada da heç bir şöbədə yox idi.Yaşarın dayısı ilə danışdım və o bildirdi ki, Yaşar elə bu dəqiqə 5 nömrəli xəstəxanaya göndərilib.Deyilənə görə ayaqları yanıb.Biz də ora gedirik indi.Çox sevindim ki, şükür Allaha sağ-salamatdır.Xəstəxanaya çatan kimi yanıq şöbəsinə daxil oldum.Dəhşətli yanıq qoxusu gəlirdi.Həkimlər dedi ki, bura elə bir xəstə gətirilməyib.İnanmadım çətin də olsa içəri daxil olub xəstələrə baxdım.Ancaq Yaşar doğrudan da yox idi. Bir daha həkimlərə yaxınlaşdım ki, bəlkə başqa bir şöbəyə göndəriblər.Mənə üç uzun siyahı verdilər.Yananlar, zəhərlənənlər və ölənlər. Hamısına diqqətlə baxsamda Yaşarın adına rast gələ bilmədim.Yaşarın ailəsi rayonda qalırdı.Zəng etdilər ki, biz gəlirik Bakıya.Tez-tez əlaqə saxlayırdıq. Demək olar ki, Bakıdakı bütün xəstəxanalara dəfələrlə baxmışdım amma Yaşarın nə ölüsü, nə də dirisindən bir xəbər yox idi. Mənə zəng gəldi ki, Yaşarı tapmışıq Respublika xəstəxanasındadır.Zəng edən Yaşarın dostları idi.Əslində o xəstəxanaya da baxmışdım.Ancaq yox idi.İndi isə xəbər gəlmişdiki oradadır.Çox sevincli idim.Axır ki,onu görəcəkdim.Allahıma şükür etdim ki, nə yaxşı onu mənə bağışladı.Xəstəxanaya çatanda dostlarına zəng etdim.Hansı şöbəyə gəlim? Yanıq yoxsa zəhərlənmə? Eşitdiyim sözdən şoka düşdüm.İnana bilmədim.Bir daha soruşdum.
-Necə?
-Morqa gəl! Morqun həyətinə daxil olarkən böyük bir insan kütləsi ilə qarşılaşdım.Morqda yalnız bir ölü var idi.O da deyilənlərə görə Yaşar idi və tanınmaz halda idi. Mən onun öldüyünə inanmırdım.Morqa girməyə polislər icazə vermədilər ki, meyit pis vəziyyətdədir. Elə həmin an Yaşarın bacısından zəng gəldi.Hara gələk? Artıq Bakıdayıq.Bildirdim ki, Respublika Xəstəxanasına gəlsinlər.O da sevinmişdi mənim kimi.Elə bilmişdi ki, sağdı Yaşar.Bəs mən onlara bu xəbəri necə verəcəkdim.Hərkəs ağlasa da mən ağlaya bilmirdim. İnanmırdım içəridəki cəsədin Yaşara aid olduğuna. Tez-tez telefonuma baxırdım ki, bəlkə zəng edib deyər sağam.Amma yox zəng çatmırdı nömrələrinə.Təxminən 15 dəqiqə sonra Yaşarın valideynlərindən zəng gəldi.Hansı şöbəyə gələcəklərini soruşurdular.Axı mən necə deyərdim ki, morqa gəlin.Bir anlıq susdum.Sonunda özümü ələ alıb dedim: “Morqa gəlin.” Xəttin o biri başından qışqırıq səsləri eşidildi.Artıq gəlmişdi valideynləri. Məni görən kimi boynumu qucaqlayıb ağlamağa başladılar. Yaşarla bərabər məni də ağlayırdılar.Hərkəsin arzuları puç olmuşdu o gün. Deyəsən hərkəs inanmışdı Yaşarın öldüyünə təkcə məndən başqa. Cənazə morqdan çıxarılarkən hərkəs cənazəyə yaxınlaşdı.Hamı ağlayırdı.Amma mən yaxınlaşa bilmirdim.Yəni oradan çıxan mənim sevdiyim insanın cənazəsi idi? İnana bilmirdim. Özümdə deyildim.Yuxu idi yəqinki oyananda qurtaracaqdı bütün bunlar.Elə o an gördüm ki, Yaşarın iş yoldaşları əllərində dərman və su mənə yaxınlaşdılar. Ondan sonrası yadımda deyil xatırlamıram. Səhəri gün gözümü açan kimi telefonuma baxdım.Yaşardan sms gəlməmişdi mənə.Axı hər səhər mesaj yazırdı.Dünənki günü xatırladım.Bəlkə yuxu idi.Nömrələrinə zəng etdim.Zəng çatmırdı.Tez google yazdım “Azadlıqda yanğın”, yuxu deyilmiş.Hətta Yaşarın özünü binadan atma görüntüləri, səsi də kameraya düşmüşdü. Amma inana bilmirdim onun yoxluğuna.Hərgün mesajlar yazırdım telefonuna.Necə darıxdığımı, onsuz necə çətin olduğunu. Onsuz keçən hər günümdə onu gözlədim.Heç inanmadım yoxluğuna.Hər telefon zəng çalanda, mesaj gələndə tez baxırdımkı bəlkə Yaşardan olar.Amma yox.Yalnız yuxularıma gəlib deyirdi -ağlama. İnsanlar hamısı qəbul etmişdi onun ölümünü.Ancaq mən edə bilmirdim.Elə bu səbəbdən onun ölümündən danışan hər kəsdən bir-bir uzaqlaşdım.Hətta ailəsindən belə.Artıq bir il olacaq , amma mən hələ də ümidlə onun gələcəyi günü gözləyirəm.
Bugün mayın 18 dir.Sabah o hadisənin 1 ili tamam olacaq.Hərkəs o gündən danışacaq yalnız məndən başqa.Mən bu acı hadisənin ən yaxın iştirakçısı olsam da heç danışmamışdım.Hal-hazırda Senator restoranındayam 15-ci mərtəbədə.İstədim ona yaxın olum bəlkə doğurdanda buludların üstündədir. Həyata biraz yüksəklikdən baxım.Buradan həyat necə də fərqli görünür. Mən bu 366 günü sən varsan kimi yaşadım.Heç inanmadım yoxluğuna. Ətrafımdan keçən insanlar mənə baxdıqda o qırmızı pencəkli və üzündə təbəssüm olan qızı görəndə necə də xoşbəxt olduğunu düşünəcəkdilər.Mən isə onunla keçirdiyim xoş günlərimi xatırlayırdım.Bir anlıq kövrəldim.İnsanlar görməsin deyə qara gün eynəyimi gözümə taxtdım.Terasda oturmuşdum. Hilton otel yüksəklikdən başqa görünür.Heç kəs bilməyəcək mənim Senatora niyə getdiyimi ondan başqa.Qırmızı rəng və gülüş xoşbəxtlik rəmzi deyil.Bəzən acıları gizlətmək üçündür. Bəzən həyat bizi olduğumuz yerdən götürüb tamam başqa bir yerə qoyar və deyər ki, BURADAN DAVAM ET!
Sən olan dərdimlə qarışdı başım,
Gözüm kədər gördü,çoxaldı yaşım,
Sevdim əzab gördüm, ağardı başım,
Mən daha kimsəni sevən deyiləm.Əziz oxuyucalarımız,sizlərdən bir daha xaiş edirik ki, hekayəni oxuduqdan sonra, sizlərdən xaiş edirik ki, 10 ballıq sistem üzrə Nəzakət xanımın hekayəsini qiymətləndirəsiniz.
Əgər sizlərdə öz şeirləriniz və ya yazılarınızı bizim sayt və səhifələrimizdə görmək istəyirsinizsə, o zaman özünüz haqqında qısa məlumat, 1 ədəd fotoşəkil və 1 ədəd yaradıcılığınızdan ( şeir və ya yazı) nümunəsini bizim inboksa və ya ageb.info@mail.ru adresinə göndərməyiniz kifayətdir.
#AGƏB #AGƏBlərimiziTanıyaq #NəzakətNiftiyevaƏtraflı məlumat və suallarınız üçün bizimlə əlaqə saxlayın:
Ünvan: Azadlıq pr. 1130
Telefon: +994 55 837 77 73 (Whatsapp)
Rəsmi sayt: www.ageb.info — Nezaket Niftiyeva Mukova ilə -
Vüsal YURDOĞLU.”Mən qayıdaram”
Gələrəm, sən gözlə,… gözlə baharı,
Əriyər dağların bu soyuq qarı.
Könlümün bəhrəsi, bəxtimin varı,
Ay keçər, il keçər, mən qayıdaram!…Həsrətə söykənib gözlə sən məni,
Gəlməyə bilmərəm gözləsən məni.
Gecələr yuxunda səsləsən məni,
Ün gələr, an gələr, mən qayıdaram!…Bilimsiz zamandır, ötəcək yenə,
Çöllərdə lalələr bitəcək yenə.
Kədərin keçmişdə itəcək yenə,
Ay batar, gün çıxar, mən qayıdaram!…Sevgilim, bizimki yarı həsrətdi,
Yarı məhəbbətdi, tamı qismətdi.
Tamını danışsam uzun söhbətdi
Söz yetər, vaxt çatar, mən qayıdaram!…Olmuşam eşqindən dəli, havalı
Naxoşam, mənim də canım azarlı,
Vüsala saxla sən şirin vüsalı,
Darıxma, darıxma, mən qayıdaram!… -
Vüsal YURDOĞLU.”Dindi sinəm üstə sazım, Xaçmazım!…”
Gəldim, ürəyimdə həyat izləri,
Gəldim, bu şeirimi səninçün yazım.
Gecəni keçirdim, açdım səhəri,
Dindi sinəm üstə sazım, Xaçmazım!…Yetişdim sonuna qızıl payızın,
Yağış damlasıyla yuyulmuş tozun.
Bax mənə, gör məni, açılsın gözün,
Payızın içində yazım, Xaçmazım!…Ömür nə karədir, mən nə karəyəm?
Elim, göylərində əsən küləyəm.
Bir yarın qəlbində şirin diləyəm,
Vardır söhbətimdə duzum, Xaçmazım!…Küçələrin qəmli nəğməyə bənzər.
Könlüm tənhalıqla eləyir güzar.
Belə soyuq olma, donacaq Xəzər,
Həsrəti gözündə buzum, Xaçmazım!…Elə gileyliyəm, elə gileyli,
Ətrafda çoxalıb xain, tüfeyli.
Məcnuna xəyanət etmədi Leyli,
Sevdamız puç çıxdı bizim, Xaçmazım!…Hardadı eşqimin gənclik sədası,
Duyğumu coşduran sevgi nidası?
Bu qəlbin həvəsi, ruhun qidası.
Varmı, bu dövrdə gəzim, Xaçmazım?…Arabir yağış da yaraşır sənə,
Leysanlar qəmini əridir, əlbət.
Mən necə əridim qəmimi, öyrət,
Kor olub bu qəmdən gözüm, Xaçmazım!…Sən dayan yerində, cavan ol daim,
Köksümdə ən təmiz arzumla, elim.
Nə vaxtsa yenə də düşəcək yolum,
Gözlə, mən fikrini sezim, Xaçmazım!…Övladın qoynundan qərib düşsə də,
Çiçəyi bağçandan dərib düşsə də,
Yaşının üstünə yaşlar gəlsə də,
Silinməz yolunda izim, Xaçmazım!…Mənzərən yer tutub xatiratımda,
Ən geniş anlamda, geniş tutumda.
Səni unutmaram bu həyatımda,
Hələ alovludur közüm, Xaçmazım!…Gəldim, görüm səni, eşidim səni,
Xoş dinib, xoş sözlə isidim səni.
Yurdoğlu yurdusan, yaşadım səni,
Adını qəlbimə cızım, Xaçmazım…Gəlmişəm-gedirəm, getdim-gələrəm,
Bəlkə yaşayaram, bəlkə ölərəm…
Səni vəsf etməyi şərəf bilərəm,
Dəyməsin daşlara dizim, Xaçmazım!… -
Vüsal YURDOĞLU.”Həyat budağında bar olmuşam mən…”
Gəlmişəm dəvətsiz, vaxtsız-vədəsiz,
Körpə tək doğulub var olmuşam mən.
Valideyn sevinci, bir övlad payı,
Həyat budağında bar olmuşam mən…Qədəmim düşəndən yer kürəsinə,
Maraq göstərmişəm hər nöqtəsinə.
Dolanıb qohumlar əhatəsinə,
Yadlıqdan soyuyub xar olmuşam mən…Məktəbdə yamanlıq, evdə qaranlıq,
Gənc idim, günlərlə yanmırdı işıq.
Görməyib əzəldən düzlük, yaxşılıq,
Həqiqət oxuyan tar olmuşam mən…Oxumaq çətindi, bir də tənbəllik,
Kasıblıq utanclıq, uğur əngəllik.
Layiq olmayançün var tələbəlik,
Təhsili yarımçıq, kor olmuşam mən…Şikayət etmirəm, adil sözümdən,
Narazı qalmışam özüm özümdən.
Kədərim oxunur solğun üzümdən,
Taleyin gözündə tor olmuşam mən…Taledən danışdım, hansı taledən,
Hansı qismətimdən, hansı bəxtimdən?!
Güzəştə getdiyim təmiz eşqimdən,
Hansı yazı ilə yorulmuşam mən?!Səmada qanadın açan qartalın,
Vüqarı dağlar tək uca qartalın.
Yurdoğlu şeirindən qoca qartalın,
İti baxışında yar olmuşam mən…Qələmim yazanı yazmır həyatım,
Uduza-uduza hey addım atdım.
Nələri itirdim, nələri atdım,
Bircə əqidəmlə pir olmuşam mən… -
Vüsal YURDOĞLU.”Hardandır, görəsən, hardandır belə?!”
Dərd edir zülfünün aşiqi, canan,
Bu düzüm, bu naxış hardandır belə?!
Nuruyla qəlbimin için yandıran
Bu gözlər, bu baxış hardandır belə?!Nazik gülüşündən pəjmurdə düşmüş,
Həsrətin çəkməkdən canı üzülmüş.
Vüsal uzaqlarda, hicran yüz ilmiş,
Bu alış, bu veriş hardandır belə?!Qəlb üzür dilinin kobud kəlməsi,
Sevinc bəxş eləmir hərdən gülməsi.
Gah gedib, gah dönüb geri gəlməsi,
Ağzını büzməsi hardandır belə?!Sarma-dolaşıqdır eşqin yolları,
Həsrətdən qısadır ömrün qatarı.
Hicran əllərindən alanda yarı,
Qəlbinin dözməsi hardandır belə?!Bəlkə, daşdır ürək, xəbərimiz yox,
Əhdimiz, sözümüz, hünərimiz yox?!
Eşqin sevinci az, dərdi-səri çox,
Çox düşən cəzamız hardandır belə?!Allah, sən bilərsən hər şeyin düzün,
Uca nöqtəsisən özülümüzün.
Vüsala gəl deyən bu könülsüzün
Özgəni sevməsi vardandır belə?! -
Vüsal YURDOĞLU.”Mən qayıdaram”
Gələrəm, sən gözlə,… gözlə baharı,
Əriyər dağların bu soyuq qarı.
Könlümün bəhrəsi, bəxtimin varı,
Ay keçər, il keçər, mən qayıdaram!…Həsrətə söykənib gözlə sən məni,
Gəlməyə bilmərəm gözləsən məni.
Gecələr yuxunda səsləsən məni,
Ün gələr, an gələr, mən qayıdaram!…Bilimsiz zamandır, ötəcək yenə,
Çöllərdə lalələr bitəcək yenə.
Kədərin keçmişdə itəcək yenə,
Ay batar, gün çıxar, mən qayıdaram!…Sevgilim, bizimki yarı həsrətdi,
Yarı məhəbbətdi, tamı qismətdi.
Tamını danışsam uzun söhbətdi
Söz yetər, vaxt çatar, mən qayıdaram!…Olmuşam eşqindən dəli, havalı
Naxoşam, mənim də canım azarlı,
Vüsala saxla sən şirin vüsalı,
Darıxma, darıxma, mən qayıdaram!… -
Aysel NƏSİRZADƏ.”Günüm gecə başlar”
Ömrü yaşamıram,yola verirəm,
Günləri günlərə satıram hər gün.
Sabahdan umduğum bir ümid üçün,
Gecə başlamadan yatıram hərgün .Tezdən oyanıram yeni gün deyə,
Yaşanmış günlərim düşər quzeyə.
Ömrün qalığını yığıb muzeyə,
Köhnəlmiş bir məni atıram hər gün .Gözümdən qəlbimə arzular damar,
Yaralı qəlbimi arzular yamar.
Nə yaxşı gecəlik yuxularım var,
Yuxuda arzuma çatıram hər gün.Səhərlər sevmədi məni deyəsən,
Gecələr başlayan “günümə”əhsən.
Yuxulu dünyanın sevimlisi – mən,
Ay kimi gündüzlər batıram hər gün. -
Aysel NƏSİRZADƏ.”Bəxtinə düşən deyiləm”
Gözlərin sisli orman,
Gözlərin bulanıq çay.
Mən üfüqdə batan Günəş,
Sən təzəcə doğulan Ay.Vaxtsız gələn qonağım,
Vaxtına düşən deyiləm.
Mən özgənin qismətiyəm,
Bəxtinə düşən deyiləm.Əlimdən mədət ummasın,
Yanağından axan yaşlar.
Durma yolumun üstündə,
Yolumun öz yoldaşı var. -
Esmira RƏHİMLİ.”Sən gəldin”
Sən gəldin,
Artıq səmalardan
Güllü budaqlara qonmağa başladım.
Sən gəldin,
Həyatımı alt-üst eylədin,
Hamar yuxularım əyişdi.
Sən gəldin,
Sənin zövqünlə ətirlənirəm,
Çiçəkli qoxularım dəyişdi.
Sən gəldin,
Mənim sevdiklərim qaldı bir yana,
Sənin sevdiklərinə
Baxmağa başladım.
Sən gəldin,
Səndən ayrılmamaqçün
Ölümdən qorxmağa başladım,
Qorxmağa başladım… -
Esmira RƏHİMLİ.”Günəşim”
Salam, xoş gəldin,
Günəşim mənim.
Güldün üzümə,
Budaqlarım isindi,
Tumurcuqlarım cücərdi,
Çiçəyim çırtladı!
Gəlməsəydin,
Qışın sərt üzü
Öldürəcəkdi məni.
Kəsib odun edəcəkdi
Yeyənlər bəhərimi.
Salam, xoş gəldin,
Həyatımı mənə gətirdin,
Əli dolu gələn qonağım mənim!
Baxdım, səhərlər nə gözəlmiş,
Buludlar yolum-yolum.
Baxdım, gecələr nə gözəlmiş,
Ulduzlarla qol-boyun.
Oyatdın qış boyu yatmış ruhumu,
Gətirdin baharımı.
Meh əsib sığalladı
Xumar-xumar hallarımda.
Quşlar gəldi,
Yuva qurdu qollarımda.
Sənin sayəndə eşitdim nəğmələrini,
Bilsən nə qədər sevindirdin məni!
Salam, xoş gəldin,
Günəşim mənim,
Getmə daha!
Mən çiçəkləyən ağacam,
Vermə məni odunluğa,
Atma məni tənhalığa!
Getmə, daha,
Getmə, daha! -
Mais TƏMKİN.”Boğulursan göz yaşında”
Daha sənə dönük çıxır,
Yaxın dostun, sirdaşın da.
Göynəyirsən için-için,
Boğulursan göz yaşında.Heç bilmirsən nə vaxtadək,
Sızlayasan, göynəyəsən?
Bir dərd qanan varmı bəyəm,
Açıb dərdini deyəsən?Yaxşılığa yamanlığın,
Dərdini çəkməyim necə?
Bax, bu qəmdir ürəyimi,
Sızıldadır gündüz, gecə.Namərd gördüm, bu həyatda,
Neçə-neçə ,,mərd” adamı.
Heç Allah da yıxa bilməz,
Yıxan yerdə dərd, adamı!.. -
Müzəffər MƏZAHİM.”Borcunu qaytar”
(Oğlum Babəkə)
Mən sənə Babəkin adını verdim,
Bu ad Savalana, Kəpəzə taydır.
Dünəndən bu günə uzanan dərdim,
Babamdan oğluma mirasdır, paydır.Bu adın taleyi doğmadır mənə,
Onun qeyrətini, odunu qoru.
Bürünmə bu adın isti kürkünə,
Qanında qaynasın kişi qüruru.Tarixin dolanbac cığırlarıdan,
Keçibdir haqq kimi, ədalət kimi.
Mən sənə vermişəm bu xoşbəxtliyi,
Ulu nəslimizdən əmanət kimi.Səhl Sumbatların gədələrindən,
Satqından, yaltaqdan qoru bu adı.
“Dostun” böhtanından, hədələrindən,
Riyadan, qılıqdan qoru bu adı.Bu ad yaddaşındır, bəzəyin deyil,
İntiqm yaddaşın, qisas yaddaşın.
Bur vaxt Əlincədə çalınan təbil,
Döyüşə səsləyən kompas yaddaşın.Qəfil xəyanətin yarası dərin,
Hələ də qövr edir canımda, oğul.
Yersizə yerini göstərən ərin,
Atəşi dolanır qanımda oğul.Tər çiçək kimidir köhnə yurdumuz,
Hələ şirə çəkir bal arıları.
Bu təndir yurdumuz, təknə yurdumuz,
Doydurub nə qədər ac qarınları.Yiyəsi yoxdursa qeyrətli, mətin,
Vətənin dərdləri yetim qalacaq.
Yatsa oğulları bir məmləkətin,
Xalqı isidəmməz nə od, nə ocaq.Məslək səngərində, el keşiyində,
Gecəli-gündüzlü ayıq dur, ayıq.
Dədə-babaların yurd beşiyində,
Hələ nəsil-nəsil yaşamalıyıq.Daşıdığın adın zəhmi, vüqarı,
Üstündə dağ yükü dayanır hələ.
Dalğalı-tufanlı ümmanlar yarıb,
Bu nəhəng gəmini çatdır sahilə.Sənə borc verilib bu ad, bu şərəf,
Vətənə oğulluq borcunu qaytar.
Haqqı tapdalanmış Azərbaycanın,
Bütövlük adında tacını qaytar. -
Müzəffər MƏZAHİM.”Unutduq”
Qaçanı qova-qova,
Döndük oda, alova,
Ürəyini dərd ovan,
Dayanmışı unutduq.Dost gəzdik dərd qandıraq,
Dərdimizi andıraq,
And içdik inandıraq,
İnanmışı unutduq.Duymadıq şər-xatanı,
Ər bildik yurd satanı,
Harayladıq yatanı,
Oyanmışı unutduq.Neçə inamı əzdik,
Öyünməyə tələsdik,
Sınaq meydanı gəzdik,
Sınanmışı unutduq. -
Şemsettin AĞAR (Dervişoğlu) (Türkiye, Ankara).Muhteşem şiirler
Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temssilcisi
DEM GÖRÜNÜYOR
Bir duman çökmüş de gönül dağına
Yamaçtan zirveye gam görünüyor
Mihrican mı deydi vuslat bağına
Türkü bakışında nem görünüyorSuç bende mi yoksa gurbet mi haklı
Ruhu çöle saldım yitirdim aklı
Hasretin çaresi gamzede saklı
Gülüşün derdime em görünüyorSiman mehtap ile dengi dengine
Uçarı gönlümü salar engine
Sevdan katık mıdır çayın rengine
Kınalı elinde dem görünüyorCanımdan beride olan canözüm
Muhabbet deminde aydınlık yüzüm
Tüm dünyaya küstü can iki gözüm
Sensiz her şey bana kem görünüyorDerviş dergâhında yoksa hidayet
Bir ömür vah ile bulur nihayet
Visaline zaman uzarsa şayet
Yürek kurda kuşa yem görünüyorHAZAR
Möhtəşəm gözəlliyin ağlımı başdan aldı
Qıyında yaşanmayan sevdalar yalan Hazar
Ayrılık seherinde sazlarım hüzün çaldı
Sineme sızı düşdü sol yanım nalan HazarSən könül taallukum hərkəsdən şaxsi kəsim
Sən ürəkdə avazım göylərə çıxan səsim
Milyon kez fəda olsun aldığım hər nefesim
Mən senin başan dönüm sen yare dolan HazarHəsrətin içərimdə sönməyən bir volkandı
Duyğular Aras olub gül sineni çalkandı
Bir Sentyabr axşamında könül şadlığa bandı
Sənə olan bu sevda dünyaya elan Hazarİçimdəki atəşin hökmünü bilebilsən
Heç getmə qal deyərdin, söz olub dilə gelsen
Bir zerrecik suyunu mənimlə bölebilsen
Olmazdı məndən özgə dincliyi bulan HazarQaradəniz yüreğim çırpınarkən sən deye
Nedendir bu ayrılıq söylə bu həsrət niye
Çaylar eş ola bilməz gözümdeki debiye
Yadındaki Dervişin dergâhı talan HazarŞemsettin AĞAR (DERVİŞOĞLU)
(Şiir 27.09.2012 seherinde Bakü’den Gence’ye giderken yazılıb)
-
Şemsettin AĞAR (Dervişoğlu) (Türkiye, Ankara).Muhteşem şiirler
Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temssilcisi
DEMİR TÜRK
Günde beş ezan ile kıbleye döner yüzüm
Erenlerin deminde hakkı anıyor özüm
Türklüğünden utanan nesepsizedir sözüm
Peygamber övgüsüne mazhar olmuş Irk’ım ben
Çelik suyu verilmiş demir gibi Türk’üm benGloballik uğruna yozlaşmadan anlamam
Gizli gizli yapılan sözleşmeden anlamam
Haçlı’ya ram diyalog,uzlaşmadan anlamam
Hoşgörüyü yaşatmış fark içinde farkım ben
Çelik suyu verilmiş demir gibi Türk’üm benSevdam ilahi benim,tezat nüve ekmeyin
Yolum hakikat yolu başka yöne çekmeyin
Günü kurtarmak için daldan dala sekmeyin
Gayesi tevhid olan Batı’yım ben Şark’ım ben
Çelik suyu verilmiş demir gibi Türk’üm benTanrıdağ’ından geldik Hira’ya çok yakınız
Hak galip gelsin diye durmayan bir akınız
Tanımak isterseniz tarihime bakınız
Dünyaya nizam vermiş dişliyim ben çarkım ben
Çelik suyu verilmiş demir gibi Türk’üm benYesevi’den feyz alıp Hacı Bektaş’ta kandım
Altaylar’dan Tuna’ya nice zafere bandım
Yunus’un ocağında Derviş olarak yandım
Sahipsizin sahibi yuvayım ben barkım ben
Çelik suyu verilmiş demir gibi Türk’üm benGÖZLERİNDE GÖZLERİMİ UNUTTUM
Göz vurup kalbimi deldiğin zaman
Gözlerinde gözlerimi unuttum
Aklımı başımdan aldığın zaman
Gözlerinde gözlerimi unuttumNe seher aydınlık ne bahar çakır
“Ne yerküre demir ne de gök bakır”
Ne yana dalsam da dünya tamtakır
Gözlerinde gözlerimi unuttumSensiz şafaklara bakamam ki yâr
Kara talihimi yıkamam ki yâr
İz bulup dehlizden çıkamam ki yâr
Gözlerinde gözlerimi unuttumSoldan perişanım sağı göremem
Yazıyı göremem, dağı göremem
Yedi dem gül veren bağı göremem
Gözlerinde gözlerimi unuttumDerviş dergâhının yıkılmaz suru
Sevda ocağının sönmeyen koru
Aynaya bakarken kendini koru
Gözlerinde gözlerimi unuttum< -
Ahmet DİVRİKLİĞOLU.(Türkiye Cümhuriyyeti, Tokat).Muhteşem şiirler
Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temssilcisi
DAL. BOYLUMA
Çaresizliğin ne demek olduğunu bilirmisiniz ?
Bilirmisiniz ,?Eklemlerin dağılmasını bir,bir
Çatırdamasını bilirmisiniz ?Vücut çatısının her noktasından
Ve
Göz pınarlarına vurulmasını bilirmisiniz ? Istırabın
Dermansız sancılardanO dermansız sancılar ki
Dayanılmazın en beteri
Ellerin yetememesi imdada
Aklın ermemesi
Ve
Çaresizlik kuruyan dudağın bir damlaya
Bir tutam nefesin yokluğu ya daYa da açık denizde bir sal köhne
Son umut bel ki
Can ne tatlı dost,can ne tatlı
Öyle kolayca al demesi kolay mı ?
Vermesi kolay mı ?EmanetiBen bunu gördüm dal boylumda
Ben bunu gördüm
Çaresizliği gördüm kahrolası
Keşke elim yetebilseydi
Ne mutlu ederdi beni O na derman olmasıÇaresizliğin ne demek olduğunu bilirmisin ?
Bilirmisin yardım elinin kutsallığını
Parmak uçlarının değmesini bilirmisin ?
Yakalayamamak uzandığını
Ve
Ben bunu gördüm,Dal Boylu’mda ben bunu
Kanı donuyor insanın,kanıÖLÜMDEN. NE. ANLAR…….
Serin bir Sonbahar sabahı
Alacakaranlık dersem yerinde
Sararan yapraklar düşüyor bir,bir dallardan
Bu sabahın köründeSabahın köründe bir köhne sokaktan
Ağıtlar yükseliyor feryat,figan
Soruyorum ne olmuş ?
Bir yaşlı dede ,ruhu teslim etti diyorlar akşamdanRahmeti bol hakkın,rahmet bulsun diyorum
Kapı eşiğinde bir yavrucak kız
Görüyor,irkiliyorum
Maviş gözlerinde uyku mahmurluğu
Anlamsız nazarlarla bakıyor insanlara
Sarı uzun saçları karışmış birbirine
Çorapta giymemiş moraran ayaklarınaNe okşayan var başını
Ne sırtını sıvazlayan
Öylesine garip,öylesine sahipsiz
Herhalde diyorum,yok ki bunu bir tanıyanDiyorlar :Rahmetlinin torunu
Yetim,ana yok baba yok ki
Rahmetli büyüttü bunu
Çok severdi.Derdi:Canımdan yok ki farkıTabut çıktı kapıdan omuzlarda
Feryat,figan ağlayan,bağrışanlar
Çocuk,ürkek gözlerle bakıyor öylesine
Çocuk bu
Ölümden ne anlar . -
Ahmet DİVRİKLİĞOLU.(Türkiye Cümhuriyyeti, Tokat).Muhteşem şiirler
Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temssilcisi
ALAN. VAR
Bedenim birdir amma
İçinde iki can var
Birisi Hak’tan yana
Birinde sis duman varKulağımın birinde
Ezanlar iniltide
Dinlerim diğerinde
Kemaneler çalan varSağ gözüm Elif,Mim de
Sol gözüm dolu,demde
İkisi de benim de
Beynimde bir çiyan varAğzım içinde dilim
Düşmanım san ki benim
Söylemez istediğim
Her sözünde yalan varBir ayağım dar durur
Biri isyankar olur
Aklım fikrim dağılır
Bedenim de talan varKalbimin yarısında
Muhabbet vardır dosta
Kalan diğer tarafta
Aklım çelen şeytan varGönlüm vahdet isterken
Güzellik düşlüyorken
Haz alır kekrilerden
Niyetimi bozan varElim semaya açık
Titrerim benzim uçuk
Gören der deli,kaçık
Bilmez içten yanan varEhlibeyt’in yoluna
Kurbanım ben soyuna
Deyin Teberra bana
Beni başka sayan varÖzümde inanç hası
Çeker vuslat sancısı
Bilir başka yok şansı
Elde rehber Kur’an varYüreğim Hakka bağlı
O biraz sağlam bari
İçinde zari,zari
Af dileyen aman varAdımım Hak’ka yürür
Bedenim biter,erir
Kim bilir,kim ne görür
Hala aslım soran varTUFAN yönün kıblede
Şükürler var dilinde
Güya yaşadın sen de
Yaşıyorsun sanan varGÖK. ÇATLADI
Dağ tepeye boran indi
Ayaz çıktı,yel çatladı
Soğuk vücuduma sindi
Yüzüm dondu,el çatladıHani bahar ayı idi
Bahar bitti,yazda geldi
Hava güze geri döndü
İçimde hayal çatladıSoldu yaprakları gülün
Sustu dilleri bülbülün
Tadı yok döşün,perdenin
Sapta döndü,tel çatladıBu yüzden türküler sustu
Neşe gitti,hüzün taştı
Yani benim tadım kaçtı
Yağmur indi,sel çatladıYine kaçtı tadım benim
Heveslerim uçtu benim
Ruhsuz hal aldı bedenim
Gönlümde emel çatladı -
Remzi ZENGİN.(Türkiye Cümhuriyyeti, Tokat).Muhteşem şiirler
Tokat Şairler ve Yazarlar Derneği Başkanı,
Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temsilcisiBahar Geliyor
Dudağın şekerdir, bal mıdır sözün
Asma suratını, hep gülsün yüzün
Yaprağın dökse de ağaçlar güzün
Ardından yemyeşil bahar geliyorGurbete gidenler dönecek bir gün
Ağlayanlar elbet gülecek bir gün
Bekleyen murada erecek bir gün
Yeter ki sabreyle bahar geliyorDaha güz ayında olabiliriz
Kışın soğuğunda kalabiliriz
Ararsak, gönülde bulabiliriz
Yeterki ara sen, bahar geliyorKar yağsa, buz olsa, sen çekme tasa
İsterse doğudan güneş doğmasa
Kendine dert etme, düşme hiç yasa
Yarından da yakın bahar geliyor(9.11.1987)
Bana ne
Ayva çiçek açınca
Kelebekler uçunca
O yar benden kaçınca
Bahar gelmiş bana neGüller, sümbüller açmış
Herkes neşeyle taşmış
Bülbül güle aşıkmış
Bahar gelmiş bana neBen bahara girmeden
Bahar gelmiş bilmeden
Yar yüzüme gülmeden
Bahar gelmiş bana neKar erir sular coşar
Çocuklar oynar koşar
Herkes telâşa düşer
Bahar gelmiş bana neGaribim, gurbet elde
Binbir seda var telde
Bülbül ötünce dalda
Bahar gelmiş bana ne.(1.5.1972-Ankara)
-
Remzi ZENGİN.(Türkiye Cümhuriyyeti, Tokat).Muhteşem şiirler
Tokat Şairler ve Yazarlar Derneği Başkanı,
Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temsilcisiArarım
Hey buradan geçen güzeller,
Aranızda yarim var mı?
Soğuk su içen güzeller,
Aranızda yarim var mı?Ben görmedim onu çoktan
Tez görmek dilerim Hak’tan
Al güller deren bağıban
Aranızda yarim var mı?Yaylalarda sümbül açar
Üzerinden kuşlar uçar
Turnalar uzağa göçer
Turnam, orda yarim var mı?Aşk ateşi yürek yakar
Söndürmeye yetmez sular
Gece gündüz akan pınar
Söyle, orda yarim var mı?Yaylanın kavağı uzun
Yaprağını döker güzün
Aman çoban, iki gözüm
Oralarda yarim var mı?Yanakları gül bağıdır
Görenin gamın dağıtır
Bahar sunalar çağıdır
Söyle sunam, yarim var mı?Aşık oldum cemaline
Kınalar yakmış eline
Sorsam ki seher yeline
Pencerede yarim var mı?Yarimin sırmadır saçı
Henüz onaltıdır yaşı
Tokat’ımın dağı taşı
Söyle orda yarim var mı?Remzi derki halim yaman
Yarimin kaşları keman
Dağ başında duran duman
Ovalarda yarim var mı?(14.8.1969-Tokat)
Askerlik Biter mi?
Şubat ayı geçecek
Cemreler tükenecek
Çayırlar yeşerecek
Askerlik bitmek içinMart bir, onbeş olacak
Ağaçlar su dolacak
Ekinler kabaracak
Askerlik bitmek içinKiraz çiçek açacak
Kelebekler uçacak
Kuşlar yuva kuracak
Askerlik bitmek içinGüller olmuş tomurcak
Tomurcaklar açacak
Misk ü amber saçacak
Askerlik bitmek içinKuzular büyüyecek
Sonra da yürüyecek
Hasretlik büyüyecek
Askerlik bitmek içinErik çağla olacak
Kirazlar allanacak
Sonra da ballanacak
Askerlik bitmek içinEkinler sararacak
Dutlar bir bir savacak
Gönül hasret dolacak
Askerlik bitmek içinEkinler biçilecek
Ayranlar içilecek
Koyun, kuzu seçilecek
Askerlik bitmek içinAyvalar sararacak
Narlarsa kızaracak
Elmalar toplanacak
Askerlik bitmek içinHavalar soğuyacak
Yağmurlar bollaşacak
Her taraf ıslanacak
Askerlik bitmek içinLapa lapa kar yağacak
Evlerde soba yanacak
Tam bir sene dolacak
Askerlik bitmek içinKader bu çekilecek
Elbet sonu gelecek
Remzi sabır edecek
Askerlik bitmek için(29.3.1978-Mu. Ok. Ankara)
-
Yalçın YÜCEL.Muhteşem şiir
Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temssilcisi
Elimizden tuttuğundan beri
İçimizde duyuverdik
Öylece öğrendik özgürlük nedir
Ve çocuklar gibi şendi artık düşünce
Seninle yürürken
Yaşam da başkalaşıverdi
Bir gül bahçesi olduk insanlığa açan
Ey gökçek cumhuriyet!
Sen ne özlü bir dostsun bize
Nice günler, nice yıllar
Hep el ele , ayrılmaz bir sevgiyle yürüdük
Dostluğun o kadar sağlam ki
Annemiz kadar yakın sanki
Bir gül bahçesi işte
Açacak, çok daha, çok daha…Birlikte çıktığımız bu aydınlık yolda bizleri onunla tanıştıran ATATÜRK’ÜMÜZÜ de sevgiyle, saygıyla anarak bayramınızı kutluyorum.
-
Yalçın YÜCEL.”Biliyordu”
Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temssilcisi
Özgürlüğün kokusunu duyarken içinde
Düşünüyordu
Buğday sarısı saçları
Kocatepe’nin toprağıydı sanki
Gözlerinde akıp giden bir Akdeniz vardı hep
Yüreğine sığmayan sevgisiyle bir de Türkiye
Ve ardında onun gibi inanmış
Onunla düşünen yiğit insanları
Yalnız değildi hiç
Bu yüzden sevinçliydi bir yandan da
Açlıkta olsa
Cephanesiz ve silahsız da
Biliyordu
Her şeyin önünde olan o sevgiyi
Atının üzerine bindiğinde
Dağlar küçülüverdi birden
Ardında nice yiğitleriyle
Bir destan daha düşüreceklerdi toprağa
Yeniden dirilecekti özgürlük
Gülümseyecekti bir çocuk gibi
Duramadı tarih, yekindi yerinden
Kapısında Dumlupınar
Hemen yanında Büyük Taarruz
Buyur etti ikisini de içeri
Türk’ün zafer şarkısıydı sonrası
Özgürlük güldüler hepsi de
Ve Ata’sıyla birlikte
Göğün ellerinden tutarak yürüdüler yeryüzünü30 Ağustos 2015
-
Hasan AKAR.(Türkiye Cümhuriyyeti, Tokat).Muhteşem şiirler
Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temssilcisi
Anne
Ben gelirken tehlikelerle dolu dunyaya
Yasam kefaretimi sen odedin anne
Yasadim bu yasa yasamim sanki ruya
Halen dunden gune kalkanim senidin anneYurudum nesnelerden habersiz
Dal budaktan sen esirgedin anne
Cozuldu dilim heceler sirasiz
Allah icin tercumanim senidin anneKayitsiz kalamazdim ilk sozum senin adin
Buyudukce seni mutlu etmek muradim
Aglamam,sinirim,sevincim,inadim
Dizine basimi koydugumda ummanim anneEn kutsallarim arasinda aldin yerini
Yasamim icin verdin gozunun ferini
Okumaya yazmaya basladim ebed
Inan kagidim kalemim senidin anneDogrulugu ogrettin haramsiz dunya
Bugun gibi hatirliyorum degil ruya anne
Cakallar,sirtlanlar,yilanlar arasinda
Ogudunu bastaci ettim tutuyorum anneHep soylenir ya atasozu ana gibi yar
Ana senin gibi yar bulamadim anne
Bu dunya cok genis ama cok da dar
Gonlun gibi genis yer bulamadim anneMutlak faniyiz sende gideceksin bende
Benden once gidersen hakkini helal et anne
Eger ben yavrun gidersem senden once
Hakkim sana gani gani helal olsun annecigimBayrak
Namluya sürülmüş mermi gibi öfkem
Basmayın tetiğe patladı patlayacak
Bu semada sadece o dalgalanacak
Kimsenin oyuncağı değil ayyıldızlı bayrakKanımızdan rengi şehidimin örtüsü al,al kırmızı.
Korumadımı? yaşlımızı gencimizi oğlumuzu kızımızı?
Nasıl yere atar çiğnersiniz gök kubbedeki baştacımızı?
Hiçmi cannınız acı hissetmez hiçmi olmadı içinizde sızıYurduma semsiye vatanıma milletime nöbet.
Bu bayrağı koruyan vardı yine var olacak elbet
Nedir bu kin nedir içinizdeki bu durmaz nefret
Sizleri ederim şehitlere ulu mevlaya şikayet -
Hasan AKAR.(Türkiye Cümhuriyyeti, Tokat).Muhteşem şiirler
Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temssilcisi
“Veda diyorum ,göğe bakan bu topraklara,
Bir daha nasip olur da ,gelir miyim bilmem?
Efkar’da damla damla soğumuş yüreğimden,
Çoraklı’da gözyaşımı siler miyim bilmemKilitlenmiş kapılar,zelveleri paslanmış,
Bahar gelir,kepengini açar mıyım bilmem?
Ne desem boş,yıllar geçiyor,ömür bitiyor,
Bu dünyadan yavaş yavaş göçer miyim bilmem?”14 Mayıs 2016 Artvin-Şavşat
Fotoğraf:1982-1985 yılları arasında görev yaptığım Şavşat Çoraklı Ortaokulu’nun giriş kapısı (Şimdi kapalı,viran halde)Elveda
Sana bir gün diyeceğim elveda
Ey mavi yeşilliklerden uzak sevdam
Yeter bu kadar çektiğim cevri cefa
Sana da bir gün diyeceğim elvedaTemennim umarın dönersin geri
Kalbimde müstesna daima yeri
Sana koşan canı nı veren serseri
Sana da bir gün diyeceğim elvedaElveda demek çok ama çok zor
Yüreğimde sevdan yanan hep kor
Sensiz bu sevda in anki olmuyor
Sana da bir gün diyeceğim elveda25 Şubat 2016
-
Gülten ERTÜRK (Türkiye Cümhuriyyeti, Ankara).Yeni şiir
Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temssilcisi
SON FASIL
Özlem dolu bir mektup yazdım yolladım yare
Gönül gurbetimdeki yaralarıma care
Sensiz bu yürek yitik, darmadağın, avare
Gelişin gelişime muhabbetle katılsın
Bende olan bu bende sen tek gerçek, asılsınGünlerin gecelerin sensiz bir anlamı yok
Sahte sevgilereyse benim karnım dünden tok
Hayallerin karşımda durur, gerilmiş bir ok
Gülüşün gülüşüme muhabbetle katılsın
Üzüntü, kerderler dar ağacında asılsınDüşüncelerimizde olmasın hiç bir hile
Örnek olsun bu sevdamız, düşmeyelim biz dile
Varlıkta ve yoklukta katık, ekmeği bile
Bölüşün bülüşüme muhabbetle katılsın
Başıma talih kuşu danışmadan takılsınGülten Sultanım Der ki; hayatın pamuktan bir ip
Ecel kapıyı çalar, ölüm bedene talip
Şu kısacık dünyada halimi görüp sezip
Bilişin bilişime muhabbetle katılsın
Hayatımdaki arzu ettiğim son fasılsın…07.03.1014.YEMEN
-
Gülten ERTÜRK.”Atam diye inliyor ülkemin dört bir yanı” (Yeni şiir)
Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temssilcisi
Mevsim gazel mevsimi yürekler yine hazan
Özlemdeyiz, ey Türk’ün kem talihini bozan
Yalnız On Kasım değil sana duyulan minnet
Sabah akşam duada kadın, erkek, kız, kızanDallar boyun büküyor güllerin rengi sarı
Bülbül gülü unuttu bugün farklıdır zarı
Baştanbaşa sen varsın yurdun ufuklarında
Muğla’da çökertmesin Artvin’de ata barıBağımsızlık adına yanar yaktığın ateş
Yedi düşmanın başı olamadı sana eş
Muasır medeniyet senden bize emanet
Bakışları okyanus saçları sarı güneşAtam diye inliyor ülkemin dört bir yanı
El ele kenetlenmiş Kırklareli’si Van’ı
Gençliğin sahip çıkar birinci görevine
Ey yüzyılın lideri ey Türk’ün asil kanı -
Harika UFUK.Muhteşem şiirler
Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temssilcisi
Atatürk’ümün İzinde
Senin için şiir yazmak istedim,
Ne yazdıysam bin kere yinelenmiş,
Ne düşündüysem benden önce söylenmiş.“Başak saçlı” diyemem, demişler.
“Harman alınlı”,”Deniz gözlü” hiç olmaz!
Bana yazacak bir şey bırakmamış
Behçet Kemal Çağlar,
Yeni sözler bulmak için anam ağlar!Her sözcük sakız olmuş dillerde,
Sana şiir yazmak istedim yine de!Seni çok seviyorum Atatürk’üm,
İlkelerine sahip çıkmaktır ülküm.
Devrimlerinin ve cumhuriyetimizin
Daimi bekçisi olacağım!
Kıyamet kopsa, yer oynasa yerinden,
Dünya çıksa yörüngesinden,
Atam asla ayrılmayacağım izinden!Atatürk Adana’da
Ayakbastı buraya Ata’m On beş Mart günü,
Atatürk’le canlandı; Adana, Çukurova!
Onun gelmesi sanki Adana’mın düğünü,
Atatürk’le canlandı; Adana, Çukurova!Çekerek bastonunu “Yeşerecekti.” dedi,
O güzel bastonuna dayanmadı, ekledi:
Toprağın verimini çok güzel dilekledi.
Atatürk’le canlandı; Adana, Çukurova!O günleri görmeyi inanın çok isterdim,
Harika bir anının şahidi benim, derdim,
Ata’mı görememek benim en büyük derdim,
Atatürk’le canlandı; Adana, Çukurova! -
Harika UFUK.”ATATÜRK YOLU”
Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temssilcisi
Esareti özgürlüğe çeviren,
İstiklâle giden yoldur Atatürk.
Düşmanları bir hamlede deviren,
Yurda kanat geren koldur Atatürk.Yirminci yüz yıla damgayı vuran,
Yenilikler yapan, devrimler kuran,
Milletin başında taç olup duran,
Çiçeklenmiş, yeşil daldır Atatürk.Dünya tarihinde çığırlar açan,
Yalandan, riyadan, boş sözden kaçan,
Yurdumuza bolluk bereket saçan,
Vatan bahçesinde güldür Atatürk.İlkeleri milletimin rehberi,
Şanlı cumhuriyet onun eseri,
Gösterdiği hedef daim ileri,
Çağdaşlığa akan seldir Atatürk.Gönlümüzün, gözümüzün ışığı,
Vatansever, milletinin âşığı,
İlim, irfan, hürriyetin beşiği,
Sevgiyle uzanan eldir Atatürk.Fikri ile gündüz olur geceler,
Söylev’inde anlam bulur heceler,
Aşkla çarpan yürek onu heceler,
Öz Türkçe konuşan dildir Atatürk.Harika ülkeni, mazini tanı,
Türk çocuğu iyi öğren atanı,
Utkularyaşamınmutluluk anı,
Hayata tat katan baldır Atatürk.Adana.2010
NOT 1: Bu şiir09.09.2014 Tarihinde Edebiyat Defteri Sitesinde “Uğur Böceği” ile ödüllendirildi.
NOT 2: Bu şiir 30.05.2015 Tarihinde Edebiyat Evi Sitesinde “Yıldızlı Yazı” ve “Günün Hece Şiiri” olarak seçildi. -
Münevver DÜVER (Türkiye Cümhuriyyeti, Adana).Muhteşem şiirler
Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temssilcisi
Türkiye’m 2
Gönülden gönüle geçen yol vardır
Ay yıldız aşkıyla birsin Türkiye’m
Dünyada her ırkla dost ile yardır
Kahraman ordunla ersin Türkiye’mAsya, Avrupa’yı bölen cıvansın
Osmanlı’dan kalan yadigâr hansın
Avrupa Birliği senden utansın
Denizlerle coşan yersin Türkiye’mKültürün, Tarihin özün bellidir
Dağın, gölün, ovan, düzün bellidir
Ayda dört mevsimin, güzün bellidir
Bütün dünyaya değersin Türkiye’mYedi bölgen turistlerin yatağı
Seksen bir ilin farklı sıcağı
İnsanların kalbi sevgi otağı
Gönül tahtına binersin Türkiye’mAtatürk kurdu bu cumhuriyeti
Başına getirdi asil milleti
Demokrasi verdi ve hürriyeti
Gözlerimde hep seğersin Türkiye’m21.12.2010-Adana
Toprağım Azerbaycan
Hasretinle doluyum ben
Azerbaycan Azerbaycan.
Özlemlerin yoluyum ben
Azerbaycan Azerbaycan.Her zaman seni anarım
Hasretin ile yanarım
Budur benim son kararım
Azerbaycan Azerbaycan.Türk’ün ülküsü sen oldun
Can oldun gönlüme doldun
Özgürlüğü sonra buldun
Azerbaycan Azerbaycan.Yol oldun gönül çarşıma
Nur oldun ulu marşıma
Sevgisin yüce arşıma
Azerbaycan Azerbaycan.Sen yakında, ben uzakta
Sensiz yüreğim tuzakta
Bayrağın her an kucakta
Azerbaycan Azerbaycan.Her zaman seni düşlerim
Seni gönlümde süslerim
Kalbimde seni beslerim
Azerbaycan Azerbaycan.Toprağın kokusu gelir
Kokusu bağrımı deler
Gözyaşımı sele eler
Azerbaycan Azerbaycan.Münevver, Güneyin Kızı
Dinmez bağrımdaki sızı
Mevlâ’m ayırmasın bizi
Azerbaycan Azerbaycan. -
Münevver DÜVER (Türkiye Cümhuriyyeti, Adana).Muhteşem şiirler
Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temssilcisi
Yedi Devlet Bir Millet’in Sultanları
Bu cihanda Türklük şanını gördü
Yedi devlet bir millet’in sultanları.
Dünyada insanlık hükmünü sürdü
Yedi devlet bir millet’in sultanları.Mahtumgulı Firaği Türkmen şair
Mutasavvıf ilmi insana dair
Bahtiyar Vahapzade yazdı şiir
Yedi devlet bir millet’in sultanları.Ahmet Yesevi evrende nam saldı
Pir-i Türkistan’ın şairi oldu
Hacı Bektaş, Yunus feyziyle doldu
Yedi devlet bir millet’in sultanları.Ali Şir Nevai Özbek’in piri
Cengi Aytmatov gönüllerde diri
Denktaş, Nihat Asya bizlerden biri
Yedi devlet bir millet’in sultanları.27.12.2010-Adana
Ahmet Yesevi
Yesi ülkesine bir güneş doğdu
Türkistan’nın piri Ahmet Yesevi
Yalanı, yanlışı ilmiyle boğdu
Türkistan’ın miri Ahmet YeseviBuhara’ydı ilim, irfan merkezi
Sıcak yüreğiyle sardı herkesi
Dünyaya duyurdu Türkistan sesi
Kainatta iri Ahmet YeseviHacı Bektaş, Yunus Emre, Mevlâna
Feyz alıp dağıttı kalpten her yana
İki bin yıl önceden ta bu yana
Gönüllerde biri Ahmet YeseviPir-i Türkistan’ın şairi, veli
Dört kapı, kırk makama değmiş eli
Yüz yirmi yaş sonra seherin yeli
Yaratanın eri Ahmet Yesevi16.12.2010-Adana
Ali Şir Nevai
Özbekistan dünyasının şairi
Altun yürekli Ali Şir Nevai
Beş yüz yıldan beri olmuş ahiri
Güçlü bilekli Ali Şir NevaiRus, Uygur, Ermeni’ler seni anar
Azeri, Tatar’lar özüne yanar
Türkmenler, Özbekler sözüne kanar
Eli kalemli Ali Şir NevaiTürk dilinde öncü, yoluyla yoldu
İnsan sevgisiyle aşını böldü
Afganistan, Herat oradan geldi
Horasan âlimi Ali Şir NevaiBabası Vezir, Timur’un meliki
O bir mühürdar, Vezir, Vali idi
Bin bey yüz bir yılında vefat etti
Fani mahlaslı Ali Şir Nevai22.12.2010-Adana
-
Mais TƏMKİN.”Sənin həsrətinə ağlamadım ki…”
Səni ümidimə çox bələdim
mən,
Sənə qovuşmağı hey dilədim men…
Gözümlə arxanca su çilədim
mən,
Sənin həsrətinə ağlamadım
ki….Sanki daş yerinə qoyub
dərdimi,
Dedim: damla-damla oyum-
dərdimi.
Dərdimin dərdinə qıyıb
dərdimi
Sənin həsrətinə ağlamadım
ki?…Fələk yanağımda göz yaşı
qoydu,
Məni öz qəmimlə yanaşı
qoydu.
Gündüzüm gecəmə başdaşı
qoydu,
Sənin həsrətinə ağlamadım
ki?!…Sevincim ağladı gülən
günümə,
Bu günüm daş atdi, gələn
günümə.
Sənin toyun düşdü ölən
günümə,
Sənin həsrətinə ağlamadım
ki…
Sənin həsrətinə ağlamadım
ki?!!… -
Mais TƏMKİN.”Sözdən qala tikirəm”
Dərd yağır Ağrı Dağdan,
Ağırmış ağrı,- dağdan.
Çəkdiyim ağrılardan
Bağrım dəlik-dəlikdi.Sinəmdə eşq məşəli,
Əlim külüng- tişəli.
Könlüm gahdan nəşəli,
Gahdan giryan, ləlikdi.…Var yolunu azan ,,xan*”,
Qətlə fərman yazan ,,xan”.
Kimi üzdə Qazan Xan,
Gendə Qıpçaq Məlikdi…Kimi harda ,,leş*” görər,
Gözü biri ,,beş” görər.
Kimi dərhal iş* görər,
Kiminki ,,hələlik”di…Yaradıb tər tökürəm,
Düz gəlməsə…sökürəm.
Sözdən qala tikirəm,
Şairlik fəhləlikdi. -
Müzəffər MƏZAHİM.”Meydan sənin deyil”
Madam ki, ürəyin quş ürəyidir,
Burda dayanmağın yeridirmi heç?
Hədəf nişançının öz kürəyidir,
Meydan sənin deyil, dayanma, gəl, keç.Gəlib dayanmısan yol ayrıcında,
Bilmirsən gedəsən haraya indi.
Həqiqət pas atıb dilin ucunda,
Hay-küyün də gəlməz haraya indi.Səni təqib edən qorxaqlığındır,
Düşübdür ardınca qaraba-qara.
Sanırsan batmısan, qürub çağındır,
Ruhun bədənində çəkilir dara.Zamanın gərdişi qorxudur səni,
Uçuna-uçuna ömr eləyirsən.
Sıxıb bağlamısan bərk-bərk,
Ölü sükutu da hey ələyirsən.Haçansa söz deyib peşman olmusan,
Dilinə yiyəlik öyrədibdilər.
Öz cəsarətinə düşmən olmusan,
“Necə”lik, “niyə”lik öyrədibdilər.Yazıq, nə görmüsən, bu ki, toydur, toy,
Azmısan yel qovan dumanda, çəndə.
Hər şeyi taleyin ümidinə qoy,
Bəlkə Allah sənə yar ola, bəndə. -
Müzəffər MƏZAHİM.”İnsanlığa”
Bir günahkar bəndə varsa, yox nicat insanlığa,
Hər bir insan saf əməl versin zəkat insanlığa.Qoy arınsın büs-bütün hər cür günahdan bəndələr,
Eyləsinlər çox savab işlər barat insanlığa.Durmadan karvan gedir, yollar uzaqdır, yük ağır,
Sən də ver öz töhfəni, vaxtında çat insanlığa.Vermə əldən insafı, fürsət var ikən adil ol,
Pak əməllər bəxş edər sonsuz həyat insanlığa.Sözlərinlə, gəl, Müzəffər, qəlbləri abad elə,
Mənəviyyat müjdəni şövq ilə qat insanlığa. -
Azərbaycan Dövlət Aqrar Universitetində “Məzun 2016”yarmarkası keçirilib
Azərbaycan Dövlət Aqrar Universitetində tədrisin maddi-texniki bazasını gücləndirmək, ən müasir tədris şəraitinə nail olmaq, praktiki dərslərin tədrisinə diqqəti artırmaq, tələbələrin sosial-məişət şəraitinin yaxşılaşdırmaqla yanaşı, məzunların işlə təminatı əsas hədəf kimi qarşıya qoyulub. Son illərdə universitetdə yeni istifadəyə verilən obyektlər, yaradılan elmi-tədqiqat və tədris mərkəzləri, alınan avadanlıqlar, bütövlükdə, tədris prosesinin müasir səviyyədə qurulması üçün yaradılan şəraitlər kadr hazırlığının səviyyəsinə öz müsbət təsirini göstərməkdədir. 17 fevral 2016-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Dövlət Aqrar Universitetinin müasir tipli tələbə yataqxanasının açılışında iştirak etməsi qeyd olunanların bariz nümunəsidir. Tələbələrimizə böyük hədiyyə olan kompleks dörd korpuslu yeddimərtəbəli, bir korpusu isə altımərtəbəli binalardan ibarətdir.
ADAU-nun mətbuat xidmətinin rəhbəri Qalib Rəhimli bildirib ki, hazırda universitetin məzunların əmək bazarında uğurlu karyerası əsas meyar kimi qəbul edilir. Bunu nəzərə alaraq, universiteti bitirən məzunların əmək bazarında hərəkətinin koordinasiyası məqsədilə facebook sosial şəbəkəsində “ADAU Məzunları” adlı qrup və məzun bazası yaradılıb.
Məzunların işlə təminatında universitetdə keçirilən ənənəvi məzun yarmarkaları da mühüm əhəmiyyət daşıyır. Bunu nəzərə alaraq universitetdə növbəti, 8-ci “Məzun 2016” yarmarkası keçirilib. Tədbirdə 130-a yaxın muəssisə və təşkilat iştirak edib. Respublikanın 36 rayonunda yerləşən bu qurumlardan 700 dən çox vakant iş yerləri məzunlara təklif olunub. Məlumat üçün bildiririk ki, bu il universitetdən 1198 tələbənin məzun olacağı nəzərdə tutulub.
Məzun yarmarkasında Kənd Təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov, ADAU-nun rektoru, professor, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov, şirkət və fermer təsərrüfatlarının rəhbərləri, məzun və hazırda oxuyan tələbələr çıxış edib, aqrar sahəyə dövlət qayğısından, bu möhtəşəm tədbirin əhəmiyyətindən, təhsil müəssisəsində yaradılan şəraitdən danışıblar, məzunlara uğur arzulayıblar.
Yarmarkada Qrand Motors MMC, Səba ASC, Qarabağ Taxıl ASC, Biləsuvar Süd MMC, Süsən Aqro MMC, Azərtoxum, Aqro Dairy MMC, BMS Aqro MMC, Azərsun Holdinq, Nurgün Aqro MMC, Kürdəxanı Şitil MMC, Millia, Greentech, Bilrlik MMC, Vətən AZ, AzRus Dostluq, Hacıqabul Quşçuluq, Bozdağ Heyvandarlıq Kompleksi, Qəbələ “Jalə” Konserv Zavodu, Bərdə Yağ-Pendir və digər şirkətlər iştirak ediblər.
Yarmarkada iştirak edənlər, eyni zamanda, universitetdə yaradılan maddi-texniki baza, o cümlədən yeni tələbə yataqxanası, quşçuluq tədris mərkəzi, bildirçin yetişdirilməsi üzrə tədris təcrübə təsərrüfatı, qapalı və açıq balıqyetişdirmə laboratoriyası, quraşdılrılmaqda olan müasir istixana kompleksi, təmiri yekunlaşan mühəndislik korpusu və digər obyektlərlə yaxından tanış olublar.Qalib Rəhimli,
Azərbaycan Dövlət Aqrar Universitetinin Mətbuat Xidmətinin rəhbəri -
“Azərbaycan həqiqətlərinin dünyaya yayılmasında Hollandiya, Almaniya, İsveç və Türkiyədə təhsil alan tələbələrin, yaşayan azərbaycanlılarla silsilə tədbirlərin keçirilməsi” adlı layihə Azərbaycanda və xarici ölkələrdə
[url=http://gundelik.info/]Ədəbiyyat-Az.Com[/url] xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının 2016-ci ildə elan etdiyi Qrant müsabiqəsində qaliblərdən biri də “Bayat” İctimai Birliyidir. “Azərbaycan həqiqətlərinin dünyaya yayılmasında Hollandiya, Almaniya, İsveç və Türkiyədə təhsil alan tələbələrin, yaşayan azərbaycanlılarla silsilə tədbirlərin keçirilməsi” adlı layihə xaricdə və Azərbaycanda həyata keçiriləcək.
Layihənin őlkədən kənar ilk tədbiri 16 may 2016-ci tarixində Tűrkiyənin Ízmir şəhəri Ege Universitetinin nəzdində fəaliyyət gőstərən Tűrk Dűnyası Araşdırmalar Ínstitutnda baş tutdu.Tədbiri ilk olaraq MVQSYíB Tűrkiyə nűmayəndəsi Seyfeddin Ayakyay açaraq qonaqları salamladı və layihə haqqında məlumat verdi.
Tədbirdə yerli və əcnəbi tələbələrlə yanaşı Universitetin əməkdaşları, media nűmayəndləri iştirak ediblər. Daha sonra Tűrk Dűnyası Araşdırmalar Universitetin Ízmir şöbə sədri Eren Ekici sőz alaraq tədbir haqqında őz műsbət fikrilərini səsləndirdi. Bir neçə tələbə və qonaqlar MVQSYÍB tərəfindən təşəkkűr belgəsi ilə təltif olundular. -
“Mənim duyğum” kitabının təqdimat mərasimi keçirilib
edebiyyat-az.com xəbər verir ki, mayın 17-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “Qızıl qələm” və “Həsən bəy Zərdabi” fəxri müdia mükafatları lauretı, şair Etibar Vəliyevin “Mənim duyğum” kitabının təqdimat mərasimi keçirilib.Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə keçiriləcək tədbirdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Azərbaycan Dövlət İqtisad Universitetinin, Azərbaycan Texniki Universitetinin tələbələri, müəllifin qələm yoldaşları və yaxın dostları da iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyinin aylıq ədəbi-bədii orqanı “Azərbaycan” jurnalının “Poeziya” şöbəsinin müdiri, şair Qəşəm Nəcəfzadə ilk növbədə tədbir iştirakçılarını salamlayaraq, müəllifin yaradıcılıq nümunələri haqqında ürəkdolusu danışıb, müxtəlif illərdə qələmə aldığı əsərləri mövzu dairəsinin müasir dövrlə ayaqlaşdığını xüsusilə qeyd edib.
Tədbir iştirakçıları müəllifin yaradıcılıq yolu və fəaliyyəti haqqında öz fikir və düşüncələrini, xatirələrini bölüşüb, arzu və istəklərini dilə gətiriblər.Müəllifə yeni yaradıcılıq uğurları və fəaliyyəti dilədilər.Bugünkü görüşün yüksək səviyyədə gerçəkləşməsində və həyata keçirilməsində Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar başda olmaqla, zəhməti keçən hər kəsə təşəkkürünü bildirib, işıq üzü görən kitablarından tədbir iştirakçıları üçün imzalayaraq, hədiyyə edib.Tədbirin sonunda isə xatirə şəkli çəkdirilib. -
Qəşəm NƏCƏFZADƏ.”Dəfn mərasimində nitqlər”
Uilyam Folkner Nobel mükafatı alanda Nobel mükafatçısı Albert Kamyu onu təbrik etmək üçün Amerikaya gedir. Kamyu hələ Nobel almamışdı. Təntənəli məclisdə Alberti Folknlerə təqdim edirlər, lakin Folkner ona əhəmiyyət verməyib, sadəcə əllərini yelləyir. Albert uzun müddət kənarda dayanıb, Folkneri böyük şövqlə müşahidə eləyir və səssizcə vətəni Əlcəzairə qayıdır.
Əslində Folknerin eqosu Albert Kamyu ilə səmimi görüşməyə imkan vermirdi. Amma bir neçə il sonra Kamyunun dəfnində ən təsirli nitqi də Folkner edir və onu dünya ədəbiyyatının klassiki adlandırır.
Eləcə də F. Dostoyevski Nekrasovun dəfnində eyni tərzdə çıxış edir və onu A.S. Puşkindən böyük şair adlandırır. Dəfnə toplaşanlar etiraz edirlər: Puşkindən sonra. Dostoyevski yenə öz fikrində qaldığını israr edir: Puşkindən böyük.
Bu, o zaman idi ki, Nekrasov ən yaxın dostu Dostoyevski ilə küsülü olaraq həyata “əlvida” demişdi. Ən yaxın dostlar Nekrasov, Dostoyevski, Turgenev və Belinski son vaxtlar bir –birlərini danışdırmırdılar. Səbəb də bu idi ki, Belinski rus mətbuatında Dostoyevskini daha çox şişirdir. Dostlar bunu qəbul etmir və nəticədə küsülü qalırlar. Halbuki Dostoyevskini Belinski ilə Nekrasov tanış edib, onun istedadlı bir yazıçı olduğunu bildirib. Nəticədə Belinskinin Dostoyevskini dünyanın ən böyük dahisi kimi təqdim etməsi dostları narazı salır. Nəticədə Nekrasovun dəfnində Dostoyevskinin mükəmməl nitqi rus ədəbiyyatında baş verən bu qarabasmanı yoluna qoyur. Folkner də belə. Deməli, həyatda belə şeylər olur və olacaq. Təkrar həyatın çeşməsidir. Əgər bir hadisə baş veribsə, deməli, həyatda onun bir neçə oxşarı da mövcuddur. Sadəcə görmək lazımdır.
Azərbaycan ədəbiyyatında da belə idi. Əli Kərimin dəfnində Rəsul Rzanın məşhur çıxışı uzun müddət ictimai gündəmdə müzakirə olundu. Dünən adi şair kimi görünən Əli Kərim bu gün dahi kimi Göyçayda dəfn edildi. Əli Kərim bu haqda özü də gözəl deyib:
Sən mənim qədrimi biləsən deyə,
Bu cavan yaşımda ölümmü indi?Əli Kərim “Azərbaycan” jurnalının poeziya şöbəsinin redaktoru olub. Amma elə adamlara ön söz, təqdimat yazıb ki, onlar ədəbiyyatda qalmayıblar. İsa İsmayılzadə mənə danışırdı ki, Əli Kərimə şeir verirdik, amma Əli o şeirləri gec çap edirdi, ya da xoşuna gəlmirdi, bunu birbaşa demirdi, eləcə stolunun üstündəki vərəqləri guya o yan bu yana çevirib, şeirimizi axtarırdı və sonda bizə (Ələkbər Salahzadə ilə mənə) deyirdi, deyəsən itirmişəm, bəlkə yenisini gətirəsiniz?!
Bəzən çox sevdiyin şair sənə ədəbiyyatda mane olur. Şair olanlar üçün deyirəm. Sevdiyin şairin imperiyasından çıxa bilmirsən, onu təqlid, təkrar edirsən. Ona oxşayrsan, ona bənzəyirsən. Gərək şair şairi sevməsin öyrənsin, oxusun. Əli Kərimin ən çox oxuduğu türkiyəli şair Orxan Vəli olub. Onun şərəfinə kiçik oğlunun adını Orxan qoyub. Amma Əli Kərimin heç bir misrası da Orxan Vəliyə bənzəmir. Çünki Əli Kərim Orxan Vəlini öyrənib. Adam bir şeyi öyrənəndə təkrarlamır, sevəndə təkrarlayır. Necə ki, Ramiz Rövşəni sevən şairlər var, eynən onun kimi şeirlər yazırlar, çünki sevirlər, təqlid edirlər, öyrənmirlər.
Bəlkə, elə Folkner Kamyunu görəndə əlini ona görə yelləyib. Əsas sözünü Kamyunun dəfn gününə saxlayıb. Dosteyevski də belə. Nekrasov öləndən sonra həqiqəti deyib. Rəzul Rza da…
Hələlik yenə nəsə gözlənilir… Sağlıq olsun, gözləyək! -
Rafiq ODAY.”Gəlsək” (Qəzəl)
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri,
”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru,
”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı,
Əməkdar jurnalistRamiz Qusarçaylıya
Ötsə yenə şıltaq havalar, bir yaya gəlsək,
Dost haylasa, biz də yığışıb bu haya gəlsək.Bizdə belədir dosta məhəbbət ta əzəldən,
Gərəkdi səni dost dediyin dost saya, gəlsək.Dost mehrinə, dost sehrinə möhtacdı könüllər,
Az, ya ki çoxuq-varmı bir hacət saya, gəlsək?Enək düzünə, dərəsinə, dağına qalxaq,-
Kimdir ki, qoyan zəhməti getsin zaya, gəldək.Bir qoşma deyək sərt qayaya Məmməd Arazdan,
Bir kəlmə ilə tərzimə dura qaya, gəlsək.ODAY, di tez ol Ramizə bir ismarıc eylə,
Nolar yığışıb bir gecə QUSARÇAYA gəlsək?! -
Rafiq ODAY.”Tapammıram” (Qəzəl)
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri,
”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru,
”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı,
Əməkdar jurnalistMin ildi yol gəlirəm, izimi tapammıram,
Əyrilər at belində, düzümü tapammıram.Qılıncdan kəsərlidi deyirdi-söz,-babalar,
Nədən mən o kəsərli sözümü tapammıram?!Deyirdim gözüm kimi qoruyaram mən səni,
Səni oyaq bir yana, gözümü tapammıram.Bir-birinin üstündə gör nə qədər ələk var,
Bu ələklər altından üzümü tapammıram.Kim üz tutramsa-dilində “döz” kəlməsi,
Mən döz deyənlərdə dözümü tapammıram.Mən də dərdin əlindən dağa pənah apardım,
Qan içində titrəyən dizimi tapammıram.Həm mürşidəm, həm mürid, həm dərvişəm, həm seyid,
Rafiq ODAY mənəmmi?-Özümü tapammıram -
Təkamül nəzəriyyəsini müdafiə edən bəzi din xadimləri və ziyalıların düşdükləri vəziyyət, həqiqətən, tragikomikdir
Canlılar arasında təkamül prosesinin hələ də davam etdiyini iddia edən təkamül fərziyyəsi insanları bu prosesə görə siniflərə ayırır.
Canlılar arasında təkamül prosesinin hələ də davam etdiyini iddia edən təkamül fərziyyəsi insanları bu prosesə görə siniflərə ayırır. Darvin “yaşamaq uğrunda mübarizə”nin insan irqləri arasında da olduğunu iddia edirdi və onun nəzəriyyəsinə görə bu mübarizədə “seçilmiş irqlər” üstün gəlir. O, avropalı ağ insanları “seçilmiş irq”, asiyalı və afrikalı irqləri isə, yaşamaq uğrunda mübarizədə geridə qalmışlar hesab edirdi. Təkamül nəzəriyyəsinin bu qaranlıq fikrinə görə, hələ tam inkişaf edib mədəniləşməyən bu “insanabənzər meymun”ları istənilən şəkildə öldürmək, inhisar etmək olar. Hələ “tam insan olmayan” bu varlıqların öldürülməsi, məhv edilməsi isə təkamül prosesinin təbii gedişatıdır. Darvinin öz sözləri, əslində, təkamül nəzəriyyəsinin elmlə heç bir əlaqəsi olmayan yırtıcı bir idiologiya olduğunu isbat etməkdədir: “Bəlkə də, əsrlər çəkmədən, yaxın gələcəkdə mədəni insan irqləri vəhşi irqləri yer üzündən tamamilə siləcəklər. Eyni zamanda insanabənzər meymunlar da hökmən yox ediləcəklər. Beləliklə, insanla onun ən yaxın qohumları arasındakı boşluq daha da genişləyəcək. Bununla, ortada hazırkı ağ irqlərdən belə daha mədəni irqlər və hazırkı zəncilərdən, Avstraliya yerlilərindən və qorillalardan belə daha geridə olan pavian növü meymunlar qalacaq”. (Charles Darwin, The Descent of Man, 2-ci nəşr, New York, A L. Burt Co., 1874, səh. 178)
Bəzi din xadimləri və “ziyalı”lar bilməlidirlər ki, canfəşanlıqla elm donu geyindirib müdafiə etdikləri təkamül nəzəriyyəsinin şərtlərinə görə, onların kəllə sümükləri ölçülərək mədəni irqə mənsub olmadığı müəyyən edilir. Bəli, səhv oxumursunuz. Darvin türklərin meymunla insan arasında tam təkamül keçirməmiş aşağı irq olduğunu və yaxın gələcəkdə tamamilə məhv ediləcələri kəhanətini irəli sürür. 1881-ci il, iyulun 3-də dostu Uilyam Qrahama yazdığı məktubunda Darvin türkləri belə təhqir edir: “Xatırla ki, çox da uzaq olmayan əsrlər əvvəl türklər tərəfindən basıldığı zaman Avropa millətləri necə risk altında qalmışdılar. Gör, bu fikir indi bizə necə gülünc gəlir. Avropoidlər kimi tanınan daha mədəni irqlər yaşamaq uğrunda mübarizədə türkləri darmadağın etmişlər. Dünyaya çox uzaq olmayan gələcəkdən baxdığım zaman hələ neçə-neçə aşağı irqlərin daha mədəniləşmiş irqlər tərəfindən dünya miqyasında məhv ediləcəyini görürəm”. (Fransis Darvin, “Çarlz Darvinin həyatı və məktubları”, cild 1, Nyu York: D.Appleton and Company, 1888, səh. 285-286)
Təkamül nəzəriyəsinin ortaya atdığı dırnaqarası seçkin irqlərin digər irqləri “insan yerinə qoymama” məntiqinin günümüzdə də davam etdiyini görürük. Bunun əsas səbəbi isə bu fərziyyənin insanlar üzərindəki təsirinin hələ də davam etməsidir. Keçdiyimiz günlərdə İngiltərənin baş naziri Devid Kemeron ölkəsinin müstəmləkələrdə etdiyi səhvlərə görə üzr istəməsinin doğru olmayacağını iddia etmişdir. Kemeronun nəzərdə tutduğu “səhvlər” isə milyonlarla insanın qətlə yetirilməsidir.
Bütün bu həqiqətlər isə dünyamıza bəlalar gətirən, nəzəriyyədən daha çox batil din hökmündə olan təkamül fərziyyəsinin insanlar üzərindəki təsirini aradan qaldırmağın nə qədər əhəmiyyətli olduğunu göstərir.
Təkamül nəzəriyyəsinə əsasən, seçilmiş irqlərə mənsub olmadıqları, dolayısı ilə meymunla insan arasında bir varlıq hesab edildikləri halda bu nəzəriyyəni müdafiə edən bəzi din xadimləri və ziyalıların düşdükləri vəziyyət, həqiqətən, tragikomikdir.
Ramiq VƏLİYEV,
“Gənclərin Mənəvi İnkişafı” İctimai Birliyinin sədri -
Dünyada aclıq deyil, sevgisizlik problemi var
Bu gün dünyada 800 milyon insan ac yaşayır, 1.5 milyard insan isə artıq çəkidən əziyyət çəkir.
Bu gün dünyada 800 milyon insan ac yaşayır, 1.5 milyard insan isə artıq çəkidən əziyyət çəkir. Bütün cənubi Afrika ölkələrində 230 milyon ton qida istifadə edilir, eyni miqdar qida da inkişaf etmiş ölkələrdə hər il tullanılır. Buna nümunə olaraq Almaniyanı göstərmək mümkündür. Ştutqart Universitetinin apardığı tədqiqatlar nəticəsində məlum olub ki, Almaniyada hər il 11 milyon ton qida tullanılır. Bu da bir almanın ildə 235 € miqdarında qidanı heç istifadə etmədən israf etməsi deməkdir. Bu məbləğ dünya səviyyəsində 1.5 milyard insanın illik gəlirinə bərabərdir.
Dünyada israfın miqdarı təəccüb doğuracaq dərəcədə böyükdür. Hazırda dünyada istehsal edilən qidanın 30%-i istifadə edilməmiş tullanılır. Başqa sözlə desək, istehsal edilən qidanın 1/3-i evlərə çatmadan zibilə gedir. ABŞ-da istehsal edilən qidanın 40%-i yeyilmir, Avropada isə hər il 100 milyon ton yemək istifadə edilmir. Hər il israf edilən 1.3 milyard tonluq qida isə 1 trilyon $ deməkdir.
Bu statistikani bir az da davam etdirsək, daha da qorxunc məqamlarla rastlaşarıq. Dünya Bankının təqdim etdiyi hesabata əsasən, inkişaf etmiş ölkələrdə tullanılan qidalar dünyada aclıqdan ölən insanların 15 mislini doyduracaq qədərdir. Bir sözlə, bu gün dünyada aclıq və ya qıtlıq problemi deyil, sevgisizlik və laqeydlik problem var. Uşaqlar əslində aclıqdan deyil, qorxunc bir sistemin qorxunc bir nəticəsində ölürlər.
2015-ci ilin may ayında Fransada israf mövzusu ilə bağlı sevindirici bir qərar alındı. Parlamentin qəbul etdiyi qərara əsasən satılmamış qida maddələri zibilə atıla bilməz. Qanuna əsasən satılmamış qidanı istifadəsiz hala gətirmək də qadağandır. Buna görə də, satılmamış qidanın bağışlanması, heyvan yemi olaraq işlədilməsi, gübrə kimi əkinçilikdə istifadə edilməsi lazımdır. Eyni zamanda sahəsi 400 kv metrdən böyük olan supermarketlərin xeyriyyə qurumları ilə müqavilə bağlayıb satılmayan qidaları bağışlaması lazımdır.
Fransada adambaşına ildə 20-30 kg qida tullanılır. Bunun 7 kg-nın paketi belə açılmır. Bu israf 12-20 milyard € deməkdir. Bu miqdarın yoxsulluqla mübarizə aparan hər hansı bir Afrika ölkəsi üçün necə böyük bir miqdar olduğunu xatırlatmağa ehtiyac yoxdur. Fransanın bu addımı başda inkişaf etmiş ölkələr olmaqla bütün dövlətlər üçün bir nümunə olmalıdır. Nəzərə alsaq ki, supermarketlər ən çox israf edilən yerlərdən biridir, ilk addımın bu sektorda atılması da sevindirici haldır. Qanunu pozanların həbs və ya böyük miqdarda cərimə edilməsi israfdan çəkindirmək baxımından çox önəmlidir. Ancaq bu qanunun digər israf edilə bilən sektorları da əhatə etməsi, eyni zamanda Fransanın bu addımından digər ölkələrin də nümunə götürməsilazımdır.Çünki otellər, turistik mərkəzlər, restoranlar kimi sektorlarda israfın miqdarı ağlasığmaz dərəcədə böyükdür. Yüksək xidmət üçün israfa ehtiyac yoxdur. Dünyada bu qədər insan aclıqdan əziyyət çəkərkən, qidaların atılması başqalarına qarşı laqeydlikdən, eyni zamanda xudbinlikdən başqa bir şey deyil.
Qurani-Kərimdə Rəbbimizin: “Yeyin-için, lakin israf etməyin. Şübhəsiz ki, (Allah) israf edənləri sevmir.” (Əraf, 31) ayəsi ilə israf haram edildiyinə baxmayaraq bir sıra islam ölkələrində də külli miqdarda israfa yol verilir.
Ancaq bütün bunlar hər nə qədər insanları israfdan çəkindirmək baxımından faydalı olsa da, əsl həll yolu deyil.İsraf kimi bir bəla ancaq insanların eqoistliklərini və acgözlüklərini tərgitməkləriylə aradan qalxar. Bunun yolu isə sevgidir. Sevgini bilməyən insandan şəfqət, mərhəmət, fədakarlıq gözləmək, paylaşmanın bəxş etdiyi sevinci bilməsini gözləmək lüzumsuzdur. İstər başqa dövlətlərdə, istərsə də çox yaxınında olsun, insanların aclıqdan ölməsi onu heç narahat etməyəcək.
Dünyadakı aclıq və qıtlıq probleminin həlli insanlara sevgini öyrətməkdədir. Bu problemi gündəmə gətirən qurumlar, fəallar məsələnin həll yolu kimi sevginin, şəfqətin gözəlliyinindən də bəhs etməlidirlər. Çünki yalnız özünü düşünən, başqalarına qarşı laqeyd insanların dünyadakı bu faciəni görməklərini ancaq buyolla əldə etmək mümkündür.
Sevinc HAQVERDİZADƏ
-
Etibar Vəliyevi doğum günü münasibətilə təbrik edirik! (16 may 1963-cı il)
Gündəlik Analitik İnformasiya Agentliyinin Rəhbərliyi Sizi, Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “Qızıl qələm” və “Həsən bəy Zərdabi” fəxri media mükafatları lauretını doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti, ədəbi-bədii yaradıcılığında bol-bol uğurlar diləyir! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!
Mətbuat xidməti
NİYƏ BƏXTİ YATIB GÖRƏN BU QIZIN
Bu qızın dərdi var, bəxti kor olub.
Qismətin tapmayıb dərdi qor olub.
Bəlkə sevənlərin gözü tor olub,
Niyə bəxti yatıb görən bu qızın.Bəlkə açılmayıb hələ yuxası,
Bəlkə oyanmayıb qara çuxası.
Unvana yetməyib bəlkə duası,
Niyə bəxti yatıb görən bu qızın.Bir dünya, o qara göz içindədi.
Sevgidən alışan köz, içindədi.
Hələ demədiyi söz, içindədi.
Niyə bəxti yatıb görən bu qızın.Bəlkə gözə gəlib, qaşında çat var.
Dilinin altında qənd var, nabat var.
Murada çatacaq, bəxtində at var,
Niyə bəxti yatıb görən bu qızın.Gözəldi yerişi, hüsnü-camalı,
Mükəmməl, yetkindi ağlı-kamalı.
Ağ atlı oğlandı fikri, amalı,
Niyə bəxti yatıb görən bu qızın.Ona söz atıbdı ağ atlı oğlan.
Yerəmi batıbdı ağ atlı oğlan.
Bəlkə də yatıbdı ağ atlı oğlan,
Niyə bəxti yatıb görən bu qızın.QARA GÖZLÜM
Sil ay qara gözlüm, gözün yaşını.
Dayan, mən ağlayım sənin yerinə.
Sən danış bir kitab yazım, sonrada,
Kitabı bağlayım sənin yerinə.Dərdini ovudub, könlünü alsam,
Qara tellərini daraqlayaram.
Səninçün ağlamaq istəsəm əyər,
Yenə o kitabı varaqlayaram.Sənin göz yaşını mürəkkəb edib,
Hələ neçə kitab yazıla bilər.
Vusalə yetməyən, nakam eşqinə,
Gün gələr bir qəbir qazıla bilər.Unut, dərdlərini ölmüş kimi bil.
Ölənlə ölməzlər ay qara gözlüm!
Vusalın geriyə dönüşü yoxsa,
O dərdi bölməzlər ay qara gözlüm!HEYIF
( VƏFASIZ DOST ÜÇÜN )
Bəzən dağ döşündə daş çürük olur.
Budaqsız ağacda baş çürük olur.
Quru çürük olur, yaş çürük olur.
Çürük ağacıma, daşıma heyıf.Namərdə qapımı bağlamışam da.
Söz deyib qəlbini dağlamışam da.
Dost bilib dərdinə ağlamışam da.
Gözümdən tökdüyüm yaşıma heyıf.Əvvəl dağda olub, xaş yeyən olub.
Sonra namərd olub, baş yeyən olub.
O zalım süfrəmdə aş yeyən olub,
Çəltikimə heyıf, aşıma heyıf.Şeytan nə ac olur, nə də nəfsi tox.
Bir əlində yaydı, bir əlində ox.
Şeytandan baş açdım, o namərddən yox.
Ağappağ ağaran başıma heyıf.İndi ayırmışam dostu, düşməndən.
Dağların başında dumanı, çəndən.
Bir gün Əzrayil da can umar məndən.
Ömür yarı olub, yaşıma heyıf.Etibar ha danış, ha alış, ha yan.
Dostun hər sözünə can deyərdin, can.
Deyərdin gözümdü, onu qoruyan,
Kipriyimə heyıf, qaşıma heyıf.SÖZ
Sözü dilimdən çıxarın,
Onun çəkisinə baxın.
Sözü mənim gözlərimə,
Eynək əvəzinə taxın.Baxım söz ilə dünyaya,
Acı görüm, toxu görüm.
Kimi nazənin gözəllə,
Mən söz ilə yuxu görüm.Dilimdə söz, gözümdə söz.
Gəlin ətrini qoxuyun.
Ürəyimdən keçən sözü,
Mənim gözümdən oxuyun.İlahidən gələn sözü,
Yerə düşməyə qoymayın.
Baxışında söz oxunan,
Gözə dəyməyin, oymayın.Bəzən baxışlarda olur.
Deyilməyən söz qiymətı.
Zəif olanda bilinir,
Eynək altda göz qiyməti.Söz Leylimdi, mən Məcnunu.
Gah divanə, gah dəliyəm.
Sözü ilham pərim deyir,
Mən onun yazan əliyəm.Kəsirsən kəs çörəiymi,
Kəsmə sözümü İlahi.
Söz ilə qidalanıram.
Qıyma sözümə İlahi. -
Əziz MUSA.Yeni şeirlər
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsüNEYLƏSİN
Söz sağaltmaz hər yaranı,
Apardı sellər Saranı,
Araz kəsibsə aranı,
Yurdun sağ, solu neyləsin.Səngimirsə əsən külək,
Zülmə göz yuyursa fələk,
Həsrətdən yanırsa ürək,
Yağan qar, dolu neyləsin.Xəbər yoxdu Qarabağdan,
Bülbül küsüb bağça, bağdan,
Ellər köçübsə yaylaqdan,
Cığırı, yolu neyləsin.Daş üstündə qalmayıb daş,
Yoxdu yaxın bir dost, sirdaş,
Həmzələr çoxalıb qardaş,
Yazıq Koroğlu neyləsinTUFAN GƏLSƏ
Ağılla bax, səbirlə bax hər işə,
Onsuz da var neçə qayğı, əndişə,
Aralıqda şeytan gəzir həmişə,
Uyma sözün şəkərinə, balına.Olanları, qalanları düşün bir,
İgidlərlə, yaxşılarla ol əlbir,
Qəlbi təmiz gözəllərə könül ver,
Baxma onun camalına, xalına.Bu dünyadan nə ürək, nə göz doyur,
Tanrı özü bəndəsinə göz qoyur,
Sən otur say, bir gör fələk nə sayır,
Qismət, tale yazılıbdı alnına.Gecə- gündüz yazı yazan oyaqdı,
Bu dünyadan gileylənmək nahaqdı,
Ağaclar da bir- birinə dayaqdı,
Tufan gəlsə vay təklərin halına. -
Əziz MUSA.Yeni şeirlər
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsüGET
Dost-tanışı bərkdə sına,
Qoyma sözün düşə, sına,
Yaxşıların qapısına,
İşin düşsə, ürəklə get.Çəmənlər nur dənizidi,
Gözəllər gül bənizidi,
Gül-çiçək sevgi rəmzidi,
Hər görüşə çiçəklə get.Yaxın bilmə hər yetəni,
Sayma namərdi,gədəni,
Bir yoxsulu, bir xəstəni,
Yoxlamağa çörəklə get.OYANMADIQ
Oyandım şirin yuxudan,
Xocalını mələr gördüm.
Allah, Allah bu dünyada,
Nələr gördüm, nələr gördüm.Kəlbəcəri, Fizulini,
Gözü yaşlı, ağlar gördüm,
Bir ah çəkdim, qəlbim yandı,
Boynu bükük dağlar gördüm.Laçın kimi bir məkanı,
Yanan gördüm, viran gördüm,
Sinəsi çadırla dolu,
Yaylaq deyən aran gördüm.Cəbrayılda qəddi sınan,
Körpü gördüm, çinar gördüm.
Zəngilanı, Qubadlını,
Od içində yanan gördüm.Şuşamızın sinəsində,
Çalın- çarpaz dağı gördüm.
Ağdam kimi bir şəhərdə,
Əli qanlı yağı gördüm.Bu necə dövrandı Allah,
Haqsızı zirvədə gördüm,
Üz tutdum qoca dünyaya,
Boş söz, yalan vədə gördüm.Başımız yaman qarışdı,
Əldən verdik bu torpağı,
Qarı düşmən əsir aldı,
Cənnət yurdu-Qarabağı.Duz basmadıq yaramıza,
Top atdılar oyanmadıq,
Ana yurdun, doğma elin,
Keşiyində dayanmadıq. -
Əziz MUSA.Yeni şeirlər
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsüŞUŞA
Ulu babaların əmanətidi,
Canım, ciyərimdi gözümdü Şuşa.
Doğma Vətənimin şan-şöhrətidi,
Nəğmə beşiyimdi, sözümdü Şuşa.Gözəldi yurdumun çiçəyi, gülü,
Bənzərsiz yaranıb xarıbülbülü,
Hüsnü heyran edib şeyda bülbülü,
Qeyrət qalasıdı, dözümdü Şuşa.Vermərik heç zaman biz Qarabağı,
O çölü, çəməni, o cənnət bağı,
Qoy düşmən anlasın, qoy bilsin yağı,
Bizimdi, bizimdi, bizimdi Şuşa.QARABAĞLI
O doğma torpağı, yurdu talandı,
Nəyi var alışdı, binəsi yandı,
Düşmən həqiqəti, olanı dandı,
Adladı Arazı gözləri bağlı,
Qürbətdə neyləsin bəs qarabağlı?Viranə qoydular şəhəri, kəndi,
Zalımlar tutdular bərəni, bəndi,
Ayrılıq, göz yaşı saçında dəndi,
Dövrandan heç bir şey kəsməyir ağlı,
Qürbətdə neyləsin bəs qarabağlı?Ümidi itməyib gözləyir hələ,
Yurda məhəbbəti düşübdü dilə,
Gərib sinəsini borana, selə,
Ürəyi yaralı, sinəsi dağlı,
Qürbətdə neyləsin bəs qarabağlı?Bu necə zamandı, bu necə dövran,
Yetmməyir hayına böyük Yaradan,
Hələ yerdə qalıb bu tökülən qan,
Yurdundan köç edib aranlı, dağlı,
Qürbətdə neyləsin bəs qarabağlı?Qalıbdı cənnəti, yurdu yuvası,
Hanı o yaylağı, suyu, havası,
Düşmən əlindədi bürcü, qalası,
Ürəyi vətənə, torpağa bağlı,
Qürbətdə neyləsin bəs qarabağlı? -
Rahilə DÖVRAN.”Bahar təranələri”
Şairə-jurnalist-publisist
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
“Qızıl qələm” media mükafatı laureatı,Könlüm təbiətdə qonaqdır bu gün,
Nərgiz, lalələrin açılıb eyni.
İlham qəfil coşan bulaqdır bu gün,
Dağlar sərgiləyib gözəlliyini.Qırmızı örpəkli üzü duvaqlı,
Lalələr can atır ayla görüşə.
Çiçəkli çəmənlər al-əlvan xalı,
Dağ çayı bənzəyir nazlı gülüşə.Bulaq alqış alır qonaqlarından,
Şövq ilə söyləyir zümzüməsini.
Öpürlər bulağın dodaqlarından,
İçirlər bal dadan hər zərrəsini.Həzin simfoniyadır quşların səsi,
Oxşuyur qəlbləri, ruha can verir.
Oxunur həyatın bahar nəğməsi,
Obalar, meşələr, çəmən sevinir.Dövran da qoşulur bu gözəlliyə,
Süzülür varağa ürək sözləri.
Hər nəğməm bir könül, qəlb təzələyə,
Oxuyan hər kəsin gülə gözləri. -
Rahilə DÖVRAN.”Könlümün Sultanı”
Şairə-jurnalist-publisist
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
“Qızıl qələm” media mükafatı laureatı,Bahar təravətli ay gözəl gəlin,
Könlümün sultanı seçmişəm səni.
Qışmətdən əlimə yetişib əlin,
Künlümün sultanı seçmişəm səni.Sən könül bağçamın qönçəsi, gülü,
Sən mənim ömrümün süsən-sünbülü.
Sən xarı çiçəyin sevən bülbülü,
Könlümün sultanı seçmişəm səni.Nərgizlər, lalələr kölgəndə qalar,
Qızılgül hüsnünə baxıb əl çalar.
Yasəmən ətrini tək səndən alar,
Könlümün sultanı seçmişəm səni.Sən ruhumsan mənim, həm də canımsan,
Həm balım, pətəyim, həm də şanımsan.
Damarımda axan qızıl qanımsan,
Könlümün sultanı seçmişəm səni.Sənintək bir gözəl yarana, çətin,
Zirvə qarı kimi pak məhəbbətin.
İffətli, namuslu, əyilməz, mətin,
Könlümün sultanı seçmişəm səni. -
Abdulla MƏMMƏD.”Üzünün suyundan gözüm su içmir”
Üzünü ağ etmir üzgörənliyin,
Üzünün suyunu töküb gedirsən.
İçindən bulanıb üzünün suyu,
Suyunda lillənib çıxıb gedirsən.O qədər üz görüb üzün dünyada,
Üzünün ağlığı üzdə qalmayıb.
Üzünü çevirib üzlər üzündən,
Üzünə üz tutan üz də qalmayıb.Üzünün suyundan gözüm su içmir,
Üzündə bozarır saxta qürurun.
Səndə bu üz ki var,çətin durula
Üzündə,gözündə Məhəmməd(s.) nuru.Üzünə tutmağa ələk gəzirsən,
Üzündə üz varmı ələk tutası?
Hələ söz deməyə bir üzün də var-
Üzünə çökdükcə içinin pası?!Çevirib astarın üzünə üzün,
Üz varmı bir daha üzə çıxasan?
Çətin ki qədərin bataqlığından,
Nəfsinin üzündən üzə çıxasan.Azərbaycan.Quba.
30.05.2000. -
Abdulla MƏMMƏD.”Külümdə közərən gileyəm,gülüm”
Bir cüt göz gəzirəm məni ağlaya,
Yağan göz yağışı qəmi dağlaya.
Ürək arayıram məni bağlaya,
Qəribə eşqimin qərib selinə.Sevilə bilmədim sevdiyim qədər,
Sevinə bilməyən sevgimmi hədər?!
Sevdim,sevdiyimə sevindi qədər
Daş atıb ömrümün sükut gölünə.Dil açır sözümə dönən o çağım,
Qürbəti andırır dinən o çağım.
Kimi isitdisə dünən ocağım,
Bu gün ağız büzür nəmli külünə.Qınama dünyanı-dünya qəbirdə,
Xəncəri korşalan qınam səbirdə.
Gülmə içimdəki göyərən dərdə,
Ağla qəribsəyən tənha gülünə.Bu sevda ot deyil göyərə bir də,
Od deyil alışa bu qərib dərdə.
Başıma iş açma durduğum yerdə,
Calayıb yalanı qəlib dilinə.Gözə kül üfürüb sovurma külü,
Külümdə közərən gileyəm,gülüm.
Sözümü izləyən güləyən,gülüm.
Çətin ki o çağlar düşə əlinə!22.04.2016.
Azərbaycan.Quba. -
Mais TƏMKİN.”Ər igidlər, qəhrəmanlar”
* * *
Ər igidlər, qəhrəmanlar,
Elin dərdinə yananlar,
Əbədiyyət qazananlar,
Bu dünyada ölməz olur.Şəhid olub köçənlərim,
Yağıları biçənlərim,
Vətən andı içənlərim,
Öz əhdindən dönməz olur.Torpaq udub çox ərləri,
At oynadan ərənləri.
Ülviyyətin şölələri,
Daim yanar, sönməz olur!Vətən üçün töküb qanlar,
Vətənləşdi qəhrəmanlar.
Şan-şöhrətə ucalanlar,
Zirvələrdən enməz olur! -
Mais TƏMKİN.”Çıx, cənnət yurdumdan, ey yağı düşmən!2
Kafirlər cənnətdə yaşaya bilməz,
Qoyma bu cənnətə ayağı düşmən!
Halal çörəyimə haram qatdınız,
Sandın bu neməti sən ağu, düşmən.
Sənin bu torpaqda haqqın nə gəzir?
Çıx, cənnət yurdumdan , ey yağı düşmən!Niyyətin məkrli, qəsdin qan tökmək,
Yurdumu talayıb, dağıdıb sökmək.
Yaraşmaz qarşında bizə diz çökmək,
Biz əldən vermərik torpağı, düşmən!
Kafirlər cənnətdə yaşaya bilməz,
Çıx, cənnət yurdumdan, ey yağı düşmən!Sən bizi bu yolda yora bilməzsən,
İradə əzmimi qıra bilməzsən,
Ordumun önündə dura bilməzsən,
Çaxarıq başında çaxmağı, düşmən!
Rəzillər cənnətdə yaşaya bilməz,
Çıx, cənnət yurdumdan, ey yağı düşmən!Zəngəzur bizimdi, Göyçə bizimdi,
Sən hələ olmamış, öncə bizimdi.
Hətta Yerevan da , məncə, bizimdi,
Onda Rəvan olub o axı, düşmən..
Sən layiq deyilsən bizim cənnətə,
Çıx, cənnət yurdumdan, ey yağı düşmən!Rəvanı döndərib Yerevan etdin,
Sən bunu özünə şöhrət-şan etdin.
Azad vətənimdə nahaq qan etdin,
Güzəştə getmərik bu dağı, düşmən!
Çıx cənnət yurdumdan, ey yağı düşmən!!Hazırıq hər zaman sənlə döyüşə,
Niyyətim, məramım çətin dəyişə.
Dərdimin dərmanı olub həmişə:
O zəm-zəm,- o İsa bulağı, düşmən!
Kafirlər Kövsərdən su içə bilməz,
Çıx, cənnət yurdumdan, ey yağı düşmən!Toxunma ,,Yallı”ma, halal ,,Cəngi”mə
Şeirimin, nəğməmin xoş ahənginə.
Bayquşsan, keçərsən bir gün cəngimə,
Caynağım Qartalın caynağı, düşmən!
Bu cənnət məkanda sənə yoxdu yer,
Çıx cənnət yurdumdan, ey yağı düşmən!Qarabağda doğan səhər mənimdir,
Ana Vətən şöhrətimdir, şənimdir.
Qələbə mənimdi, zəfər mənimdir,
Sancarıq Rəvanda bayrağı, düşmən!
Kafirlər cənnətdə yaşaya bilməz,
Çıx, cənnət yurdumdan, ey yağı düşmən!!!