Blog

  • Azərbaycan Dövlət Aqrar Universitetində xarici dillər üzrə təlimlər keçirilib

    Azərbaycan Dillər Universitetinin koordinatorluğu ilə TEMPUS proqramı çərçivəsində həyata keçirilən və Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) tərəşfdaş olduğu “Peşəkar Sahələrdə Xarici Dillərin Tədrisi” (Foreign Languages for Professional Purposes-FLEPP) layihəsi çərçivəsində təlimlər keçirilib.
    ADAU-nun mətbuat xidmətindən [url=http://gundelik.info/]Gundelik.info[/url]-ya bildiriblər ki, 5 gün davam edən təlim ADAU-da alman dili müəllimləri üçün əhəmiyyətli olub. Təlimlərdə layihənin tərəfdaşı olan Azərbaycanın ali təhsil müəssisələri ilə yanaşı, Qırğızıstandan 4 nəfər, Tacikistandan 3 nəfər, Almaniyadan 1 nəfər müəllim iştirak edib.
    Təlim müddətində qonaqlar universitetin maddi-texniki bazası, tədris prosesi, habelə Gəncə şəhəri ilə yaxından tanış olublar.

  • Azərbaycan Dövlət Aqrar Universitetində arı xəstəliklərinin təlim kursu başa çatıb

    Azərbaycan Dövlət Aqrar Universitetinin dəstəyi ilə Gəncə şəhərində Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) Azərbaycanda həyata keçirdiyi “Seçilmiş məcburi köçkün icmalarında məşğulluq imkanlarının yaxşılaşdırılması” layihəsi çərçivəsində mayın 25-dən başlayan bal arısı xəstəliklərinin nəzarətdə saxlanılması üzrə intensiv təlim kursları başa çatıb. Seminar zamanı Göygöl, Samux və Goranboy rayonlarında olan arıxanalarabaxılıb, Respublika Baytarlıq Laboratoriyasının işçilərinin dəstəyi lə arıxanalardan nümunələr toplanıb və bu nümunələr ADAU-nun laboratoriyasında və seminar zamanı müxtəlif xəstliklərə qarşı lobarator müayinədən keçirilib. Müayinə əsnasında Varroa gənəsi, Nosema Cerenae və Nosema Apis, Akarapidoz kimi parazit və digər infeksion xəstəliklər aşkarlanıb, bunlara qarşı mübarizə üsulları və profilaktik tədbilər müzakirə edilib.
    ADAU-nun mətbuat xidmətindən [url=http://gundelik.info/]Gundelik.info[/url]-ya bildiriblər ki, təlim kurslarına təqdimatçı kimi Türkiyənin Muğla Sıtkı Koçman Universitetinin Milas Veterinar fakültəsinin dekanı, İstanbul Universiteti Veterinar Fakültəsinin professoru, doktor Hayrettin Akkaya dəvət edilib.
    ADAU və respunlika Kənd Təsərrüfatı Nazirliyi yanında Baytarlıq Nəzarəti Xidmətinin dəstəyi ilə keçirilən yekun konfransında 8 gün davam edən intensiv təlim kursunun davamı olaraq Azərbaycanda arı xəstəliklərinin nəzarətdə saxlanılması istiqamətində mütəxəssislərin bilik və bacarıqlarını artırmaq və arı xəstəliklərinin yayılmasının qarşısını almağa töhfə vermək məqsədi ilə bir sıra dəyərli fikirlər səsləndirilib, məruzələr dinlənilib. Arı xəstəlikləri barədə son məlumatlar, onların nəzarətdə saxlanılması üçün tədbiq olunan ən yeni üsullar, profilaktik addımlar, bu istiqamətdə aparılan araşdırmaların nəticələri barədə iştirakçılara ətraflı məlumatlar verilib, müzakirlər aparılıb. Eyni zamanda Türkiyədə arı xəstəliklərinin nəzarətdə saxlanılması ilə əlaqədar təcrübələr bölüşdürülüb. Məqsəd həm də arıçıları, baytar-həkimləri və yuxarı kurs tələbələrini toplayaraq onlar arasında məlumat mübadiləsini gücləndirmək və arı xəstəliklərinin nəzarətdə saxlanılmasını təkmilləşdirməkdən ibarətdir.
    İştirakçı kimi gənc baytar-həkimlər, baytarlıq laboratoriyalarının işçiləri, təcrübəli arıçılar və Azərbaycan Dövlət Aqrar Universitetinin arıçılıq sahəsi üzrə mütəxəssisləri və yuxarı kurs tələbələri fəal olub.
    Geniş auditoriya üçün nəzərdə tutulan professor, doktor Hayrettin Akkayanın çıxışı konfransdan əvvəl keçirilən təlim kursunda əhatə olunan mövzuların ümumiləşdirilən təqdimatına həsr olunub.

  • Esmira RƏHİMLİ.”Ey naşükür, nə acizsən, dünyanın sirri önündə!”

    esmira

    Ey naşükür, nə acizsən, dünyanın sirri önündə!
    Hər bir aqil bir cahildir, etiraf etməzdən əvvəl.

    Deyilənəni eşitməzmi, bağlı qəlbləri eşidən?
    Ədəbini yadına sal, bir söyüş söyməzdən əvvəl.

    Sözlər kiçikdir, acizdir deməkçün eşqi-şövqünü,
    Mən yalansam, sən doğru ol, bir düşün dinməzdən əvvəl.

    Dünya sənin qulluğunda, sən isə Onun qulusan!
    Barı bir kərə həmd eylə, adını çəkməzdən əvvəl.

    Çalışqan ol, tənbəl qulu daha çox sevməz sahibi,
    Hər gün bir savaba yetiş, yanına getməzdən əvvəl.

    Dünyamız toz danəsidir, bu kövnü-fəza içində,
    “Ol” demiş aləmlərə, Var Olan var etməzdən əvvəl.

    Gör necə düzənləmişsə dünyanı və kainatı,
    Sanırsan hec nə yox idi sən bura gəlməzdən əvvəl.

    Uca dağların başına ehtiyat üçün qar vurmuş,
    Yay gəlincə yağan yağış çaylarda bitməzdən əvvəl.

    Naçarəsən, nəkarəsən, məhzursan, qulsan, bəndəsən!
    Ömrün var ikən tövbə et, fürsətin itməzdən əvvəl.

    Acı milçəkdin, Əsməra, döndərdi bal arısına,
    İstixfar istə, səcdə et, şirəni çəkməzdən əvvəl.

  • Esmira RƏHİMLİ.”Bu nə fəsad, bu nə fitnə, bu nə yersizlikdir?”

    esmira

    Bu nə fəsad, bu nə fitnə, bu nə yersizlikdir?
    Bu nə həsəd, nə paxıllıq, nə səbirsizlikdir?

    Qəlbində sevgisi lallar, susub zikr edər ikən,
    Danışanlar tövbə etməz, bu nə səssizlikdir?

    Yeyər, içər Ramazanda, qulluq eyləyər cana,
    Orucluya gülüb deyər, nə çəlimsizlikdir?

    Bu beyinmi, peyinmi? Varmı orta məxrəci?
    Ümumi bənzəri varmı, nə əqilsizlikdir?

    Dil yalan, imanı puç, mərifət elmi iraq,
    Söyüşün biri bir qəpik, nə ədəbsizlikdir?

    Aqil sənə hörmət eylər, cahil sənə nifrət!
    Əsməra, cahilmi çoxdur, nə qədirsizlikdir?

    03/07/2012

  • Mais TƏMKİN.”Gəlir”

    10646868_273655359498567_6620189188081019440_n

    Haqsızlığı yer üzündən
    Süpürüb silməyim gəlir.
    Haqqın harda olduğunu,
    Arayıb bilməyim gəlir.

    Sözümdən kafur qoxuyub,
    Özüme kefen toxuyub,
    Ölümə meydan oxuyub,
    Ürəkdən ,,gülməyim” gəlir.

    Kimlərisə utandırıb,
    Kiməsə haqqı qandırıb,
    Vurub özümü yandırıb,
    Mənim də ölməyim gəlir!
    Mənim də ölməyim gəlir!!!

  • Mais TƏMKİN.”İki gəncin ömür-günü var olsun!”

    10646868_273655359498567_6620189188081019440_n

    Söz, nəğmə zinətdi toya-büsata,
    Günəş nur çiləyir bu xoş həyata.
    Sevinsin hər Ana, gülsün hər Ata,
    Hamının evində toy-mağar olsun.
    İki gəncin ömür-günü var olsun.

    Gülən baxışlarda qəm görünməsin,
    Ömrün yollarında çən görünməsin,
    Gözlərdə intizar, nəm görünməsin,
    Qəlblərdə nə qüssə, nə qubar olsun,
    İki gəncin ömür-günü var olsun!

    Güzəran xoş keçsin evdə-eşikdə,
    Gəlin Ana olsun, dursun keşikdə.
    Bir körpə sədası gözəl beşikdə,
    Yayılsın hər yana, elə car olsun,
    İki gəncin ömür-günü var olsun!

    Nəşələr artdıqca toy tükənməsin,
    Nəsil tükənməsin, soy tükənməsin,
    Ruzisi Allahdan qoy tükənməsin,
    Bağçasında bəhrə verən bar olsun,
    İki gəncin ömür-günü var olsun!

    Bəy mələkdi, gəlin ellər gözəli,
    Ömür bağı qoy görməsin xəzəli.
    Təmkin desin toyda şeiri, qəzəli,
    Məclisində kaman olsun, tar olsun,
    İki gəncin ömür-günü var olsun!

  • Müzəffər MƏZAHİM.”Həsrətindəyəm”

    mm

    Aşıq qardaş, oxu el havasından,
    Zilinin, bəminin həsrətindəyəm.
    Könül tellərilə köklə sazını,
    Çoxdan Dilqəminin həsrətindəyəm.

    Sən sazlı-söhbətli el aşığısan,
    Məclislər bəzəyi, yaraşığısan.
    Çal, tellət titrəsin, əlinə qurban,
    Yanıq Kərəminin həsrətindəyəm.

    Şad eylə məclisi, qərq olma qəmə,
    Od çıxsın mizrabı vuranda simə.
    Saz-söhbət elminə naşısan demə,
    Şəmkir aləminin həsrətindəyəm.

    Oxu ürəkləri alışdır, yandır,
    Nəslini danana nəslini qandır.
    Nadanı sazdakı sehrə inandır,
    Ələsgər elimin həsrətindəyəm.

    O saz Dədə Qorqud nişanəsidir,
    Yurdumun keçmişindən gələn səsidir.
    Dinləyəndə qəlbim kövrəlir,əsir;
    Çal ustad, mən sənin həsrətindəyəm.

  • Müzəffər MƏZAHİM.”Ay işığı ver”

    mm

    Könlümü dindirə bilməyən gecə,
    Həsrəti qəlbimdən silməyən gecə,
    Bircə ulduzuyla gülməyən gecə,
    Təşnəyəm, bir içim ay işığı ver.

    Yuxum zülmətinə qarışıb, itib,
    Bəxtimin ulduzu sayrışıb, itib,
    Bağrımın başında intizar bitib,
    Təşnəyəm, bir içim ay işığı ver.

    Pozulub fikrimin düzümü, neynim,
    Qəlbimi yandıran sözümü neynim,
    Yoxdur ürəyimin dözümü, neynim,
    Təşnəyəm, bir içim ay işığı ver.

    Könlüm pərvanədir, yarasa deyil,
    Yad ocaq, yad işıq sorası deyil,
    Məni qayğıların yorası deyil,
    Təşnəyəm, bir içim ay işığı ver.

    Aydınlıq sabaha ümid selidır,
    İlham pərisinin nəğmə dilidir,
    Bir yar soraqlıyam, könlüm dəlidir,
    Təşnəyəm, bir içim ay işığı ver.

    1984

  • Aysel NƏSİRZADƏ.”Qulpu qalmış çanta” (Hekayə)

    Qışın oğlan çağı idi. Bakıya ilk dəfə illərdən bəri yağmayan qar yağmış, şəhər ağ libasını geyinmişdi… O gün nə vaxtdan həsrətlə (ehtiyacım olduğu üçün) yolunu gözlədiyim təqaüdümü almışdım. Dərsdən həmişəki vaxtdan bir az gec çıxdıq və tələbə yoldaşlarımla bərabər metroya gəldik. Metroda o qədər adam var idi ki, üç qatarı yola salandan sonra növbəti gələn qatara minə bildik. Metrodan çıxanda hava tamam qaralmışdı. İlk dəfə tək başıma qaranlıqda evə gedirdim. İçimdə qorxu yox idi desəm, yalan olardı. Təqaüdd də aldığıma görə lap qorxurdum. Deyirdim birdən kimsə izləyər, bilər… nəysə… Metrodan çıxdıqdan sonra olmayan dayanacağa tərəf irəlilədim. Olmayan dayanacaq-adamlar harda çox yığılırlarsa, ora da “dayanacaq” olur.
    Bu naməlum dayanacaqda hər kəs kimi mən də bizim qəsəbəyə gedən avtobusu gözləyirdim.
    Qəsəbəyə gedən düz beş avtobus keçdi amma birinə də minə bilmədim. Minmək mümkün olmurdu. Avtobus dayanacağa yaxınlaşan kimi adamlar bir-birini ayaqlamaq bahasına olsa belə avtobusa minirdilər. Mən də kənarda soyuqdan donmuş vəziyyətdə, nə vaxt avtobus boş geləcək və mən də avtobusa minəcəyəm deyə düşünürdüm. Elə düşünə-düşünə, öz içimdə danışa-danışa bir addım irəli atırdım ki, ayağım çuxura düşdü və çəkməmin altı deşildi, su keçirməyə başladı. Ayaqlarımı demək olar ki, buz kəsirdi. Həm soyuqdan, həm də avtobusa minə bilmədiyim üçün məni ağlamaq tutmuşdu. Amma yenə öz-özümə ”Sən uşaq deyilsən artıq böyümüsən heç kimdən də qorxmamalısan, gələn avtobuslardan birinə mütləq minəcəksən”deyə təsəlli verirdim.
    Yarım saatdan çox gözləməyimə baxmayaraq, yenə də qəsəbəyə gedən heç bir avtobusda yer tapıb minə bilmirdim.
    Elə bu vaxt kimsə mənə tərəf yaxınlaşıb “ay bala, deyəsən ilk dəfə belə halla rastlaşırsan, niyə kənarda dayanmısan, bu gedişlə sən səhərə qədər avtobus gözləməli olacaqsan. Bir cəhd et keç irəli” söylədi.
    O, yaşlı, saçları ağarmış, beli bükülmüş bir kişi idi. Sonra öyrəndiyimə görə burda “dispecir”işləyir.
    Mənim də soyuqdan dişim dodağımı kəsirdi. Səsim titrəyə-titrəyə cavab verdim.
    Hə baba, ilk dəfədi ki, belə halla rastlaşıram, biri də boş gəlmir ki, minib gedəm. Burda soyuqdan dondum.
    Qoca baxıb gülümsədi, əlini avtobusa minmək üçün bir-birini itələyən caamata tərəf uzadıb dedi:- Eh, ay bala bu KƏNDLƏŞMİŞ ŞƏHƏRDƏN adam nə gözləsin axı? Hərə bir rayondan işləmək üçün şəhərə gəlir, şəhərin mədəniyyətin kəndə aparmaqdan kəndin “mədəniyyət”in şəhərə gətirirlər. Görmürsənmi necə avtobusa minmək üçün abırlarından-həyalarından keçiblər. Hələ o cavan oğlanların hərəkətinə fikir ver. Nə qadın bilirlər, nə qız bilirlər, nə də böyük kiçik yeri… Avtobus gələn kimi hamıdan birinci qaçıb minirlər. Əşşi onları da qınamalı deyil, onlar da evə getmək istəyirlər. Onların da narahat halda yollarını gözləyən var axı. Nə deyəsən, kimdən deyəsən günahı kimdə görəsən…?!
    Mən demək olar ki, ayaq dırnağımdan saçlarıma qədər buzlamış, buz heykəlinə dönmüşdüm. Ağzımı açıb fikrimi belə, bildirə bilmədim. Bildirsəydim deyərdim ki, babam dediyinə görə Sovetin heç nəyini bəyənməsə də bir nizam-intizamını bəyənərmiş. Bəlkə bu sözün heç yeri yox idi deməyə, amma nəysə də fikrimdən keçdi.
    Avtobus gəldi, qoca ciddi cəhdlə irəliləyib avtobusun sürücüsünə yaxınlaşdı. Nə danışdılar bilmirəm, əl edib məni yanına çağırdı. Sürücüyə dedi bu mənim nəvəmdi “N”qəsəbəsinə gedir. Sürücü də sağ olsun bir təhər yer edib məni avtobusa mindirdi. Dönüb qocaya sağ olun deyəcəkdim ki, bir də baxdım ayaqlarım yerdən kəsilib. Bir təhər ayaqüstə dayandım. O qədər adam minmişdi ki, avtobusda addım atmağa yer yox idi. Bu vaxt ”Telefonum kim oğurladı?”deyib ucadan qışqıran bir adam aləmi bir-birinə qatdı. Hamı soyuqdan donmuşdu kimin nəyinə lazım idi kimin telefonu itdi, kimə nə oldu?! Oğrular da qarışdı doğruların arasına səslərini çıxarmadı. Bir onu bildilər ki, adamı var gücləri ilə avtobusdan yerə saldılar “get yerdə axtar”deyə. Mən də fərasətli tərpənib tez mobil telefonumu qolumdan asdığım çantadan çıxarıb əlimdə saxladım ki, birdən mənim də telefonum oğurlayarlar.
    Artıq qəsəbəyə çatmışdıq. Adamlar bir-birlərini itələyə-itələyə avtobusdan düşürdülər. Mən də çantamın qulpundan bərk-bərk yapışıb gözləyirdim ki, bir az avtobusdan adam boşalsın çantamdan yol pulumu çıxarım, rahat düşüm, əsas o idi ki, qəsəbəyə çatmışdım. Elə əl atdım ki, çantadan pulu çıxarım, baxıb gördüm ki, çantamı kəsib götürüblər. Nə qədər hay-haray etdim nə xeyri var çanta getmişdi içində də nə vaxtdan bəri həsrətlə gözlədiyim təqaüdüm. Bir sözlə də olan olmuşdu. Sürücü də əlimdə çantanın qulpunu görüb heç yol pulu da istəmədi. Kor-peşman əlimdə çantanın qulpu evə yollandım.
    Haa, bu arada unutmadan deyim ki, nə yaxşı fərasətli çıxıb mobil telefonu əlimdə saxlamışdım yoxsa o da əldən gedəcəkdi.

  • “Radikalizmə qarşı tolerantlıq” mövzusunda tədbir keçirilib

    [url=http:// edebiyyat-az.com/]Ədəbiyyat-Az.Com[/url] xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Könüllü Gənclər” İctimai Birliyinin həyata keçirdiyi “Radikallıqla Mübarizədə Mənəvi Dəyərlərimizin Rolu” layihəsi çərçivəsində Bakı şəhərində ikinci marifləndirmə seminarları həyata keçirdi. Seminarlara ali məktəblərdə təhsil alan gənclər, orta məktəb şagirdləri və QHT-lərin nümayəndələri iştirak ediblər.
    Qeyd edək ki, təşkil olunan tədbirdə ölkədə tolerantlıq mühitinin qorunub saxlanması, gənclərimizin milli-mənəvi ruhda tərbiyə olunması, radikal dini cərəyanların və qeyri-ənənəvi təriqətlərin zərərli təbliğatlarının qarşısının alınması məqsədiylə gənclərimizə milli kimliyimiz, milli-mənəvi dəyərlərimizə hörmət, Azərbaycan tarixidə multikulturalizm mədəniyyəti, mənəvi saflıq və əxlaqi dəyərlərimiz, vətənimizə qarşı məsuliyətlərimiz, fədakarlıq və yardımlaşma mövzularında ətraflı məlumat verildi və mülahizələr aparıldı.
    Seminarlarda çıxış edən İlahiyyatçı Fizuli Hüsiyev qeyd edib ki, təəssüflər olsun ki, bu gün ölkəmizdə bəzi gənclər radikal dini cərəyanların təsiri altına düşərək milli və mənəvi şüurdan kənarlaşır. Halbuki milli-mənəvi, o cümlədən dini dəyərlərdən düzgün faydalanmaq gəncləri bir çox zərərli vərdişlərdən, alkoqollu içkilərdən, narkotik maddələrdən, eləcə də cəmiyyətdə tez-tez rast gəlinən bir sıra sosial bəlalardan çəkindirir, onlara birlik, vətənpərvərlik hissləri aşılayır. Əslində düzgün dini anlayış bu sahədə böyük potensiala malikdir.
    Tədbirin sonunda gəncləri maraqlandıran suallar cavablandırıldı və treyninq iştirakçılarına yazılı təsvirli köynək və papaqlar, bukletlər, bloknotlar və qələmlər təqdim olundu.

  • Gənclərimiz radikallıqla mübarizə mövzusunda maarifləndirilib

    [url=http:// edebiyyat-az.com/]Ədəbiyyat-Az.Com[/url] xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Könüllü Gənclər” İctimai Birliyi “Radikallıqla Mübarizədə Mənəvi Dəyərlərimizin Rolu” adlı layihənin icrasına start verib. Layihə çərçivəsində ilk olaraq Şəki şəhərində maarifləndirmə seminarları həyata keçirilib. Seminarlara orta məktəb şagirdləri, ali məktəblərdə təhsil alan gənclər və QHT-lərin nümayəndələri iştirak ediblər.
    Qeyd edək ki, “Könüllü Gənclər” İctimai Birliyi ölkədə radikal dini qrupların və qeyri-ənənəvi təriqətlərin zərərli təbliğatlarının qarşısını almaq, milli-mənəvi dəyərlərin, eləcə də ölkədəki tolerantlıq mühitinin qorunub-saxlanılması məqsədiylə bu layihəni həyata keçirir.
    Seminarlarda ilahiyyatçı və araşdırmaçı Fizuli Hüsiyev çıxış edərək İslam mədəniyyət tarixi, Milli-mənəvi dəyərlərimiz, Mənəvi saflıq , Ailə dəyərlərimiz və valideynlərə ehtiram, İslamda əxlaqın yeri, Doğruluq və səbr, İslama görə vətən sevgisi, İslamın digər dinlərə baxışı, Radikalizm və ekstremizimin zərərləri haqqında yeniyetmə və gənclərə ətraflı məlumat verib.
    Tədbirin sonunda gəncləri maraqlandıran suallar cavablandırıldı və treyninq iştirakçılarına yazılı təsvirli köynək və papaqlar, bukletlər, bloknotlar və qələmlər təqdim olundu.

  • Rafiq ODAY.”Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş şeirlər” silsiləsindən

    rafiqoday

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri,
    ”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru,
    ”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı,
    Əməkdar jurnalist

    BİRİMİZƏ ÇATMAYIR

    Nənə nağıl danışır,
    Göydən üç alma düşür.
    Nəvələrin günləri,
    Bax beləcə ötüşür.
    Almaların üstündə,
    Dalaşırdı nəvələr.
    Axı alma üç idi,
    Onlar isə dörd nəfər.
    Kiçik nəvə Dürdanə,
    Bir gün dedi:- Ay nənə,
    Bəs niyə almaların
    Sayı heç vaxt artmayır?
    Axı biz dörd nəfərik,
    Birimizə çatmayır.

    NƏ GÖZƏL, NƏ GÖZƏL

    Bahar gəldi əldə dəf,
    Nə gözəl, nə gözəl.
    Üzə güldü hər tərəf,
    Nə gözəl, nə gözəl.

    Xalı sərdi dağlara,
    Bağçalara, bağlara,
    Suya dönür, bax, qara,
    Nə gözəl, nə gözəl.

    Ağaclar çiçəklədi,
    Gün vurdu göyçəklədi.
    Budağı ləçəklədi,
    Nə gözəl, nə gözəl.

    Dilə gəldi dağ çayı,
    Düşdü elə harayı,
    Baharımın hər ayı,
    Nə gözəl, nə gözəl.
    (daha&helliip;)

  • Rahilə DÖVRAN.”Halva deməklə”

    rxd

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    Zaval yox şərəfə, namus, qeyrətə,
    Hər insan əməklə çatar şöhrətə.
    Oxucum, qapılma təccüb, heyrətə,
    Kişi baş saxlamaz müftə yeməklə-
    Ağız şirin olmaz, halva deməklə.

    Insanın ömrünün bəzəyi, zəri,
    Qabarlı əllərdir, həm alnın təri.
    Atalar sözü var, dillər azbəri:-
    “Daşdan da pul çıxar” polad biləklə-
    Ağız şirin olmaz, halva deməklə.

    Ürəyi təmiz ol, gözü, könlü tox,
    Inan Yaradana, qəzəbindən qorx.
    Yalanın, haramın, bil ki, sonu yox,
    Havayı gələn şey, gedər küləklə-
    Ağız şirin olmaz, halva deməklə.

    Hamı Rəbbdən dilər tale, qismətin,
    Qoruyar abırın, arın, ismətin.
    Razı qal bəxtindən, ol cəsur, mətin,
    Yaşanar hər ömür arzu, diləklə-
    Ağız şirin olmaz, halva deməklə.

    Inanma böhtana, şərə, yalana,
    Çevrilmə bəxtindən qisas alana.
    Gəl balta vurma sən, yerdə qalana,
    Qazanma ruzini hiylə, kələklə-
    Ağız şirin olmaz, halva deməklə.

    Yolunu açıq tut Haqqa, dərgaha,
    Tamah batırmasın səni günaha.
    Heç olma səbəbkar naləyə, aha,
    Istər yüz yaşda ol, istər iməklə-
    Ağız şirin olmaz, halva deməklə.

  • Rahilə DÖVRAN.”Sonu vardır”

    rxd

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    Sığmırdı boyuna hirsi, hikkəsi,
    Qulaq batırırdı hökümlü səsi.
    Görmürdü özünə, layiq heç kəsi,
    Bilmirdi mənəmlik, lovğalıq ardır-
    Həyatda hər şeyin bir sonu vardır.

    Çapıb lovğa-lovğa, təkəbbür atın,
    Haqqın tapdaları, qohumun, yadın.
    Faş edib aləmə, bəd, qırıq zatın,
    Sanırdı zorbadır, həm bəxtiyardır-
    Qanmırdı hər şeyin, bir sonu vardır.

    Rəbb duydu ehtiyac , ibrət dərsinə,
    Döndərdi zamanın çarxın tərsinə.
    Qafili basanda, qızmar ərsinə,
    Gördü ki, yay vaxtı, istəyi qardır-
    Anladı hər şeyin, bir sonu vardır.

    Indi səsi gəlir, çox-çox dərindən,
    Dərs alır zəhmətdən, alın tərindən.
    Halidir millətin dərdi-sərindən,
    Öyrənib insanı əmək ucaldır-
    Inanır hər şeyin, bir sonu vardır.

    Günlər, həftə, aylar yaradır ili,
    Kiçik bir qarışqa, devirər fili.
    Dövran islah etsin, hər bir qafili,
    Anlasın, “nadana, gen dünya dardır”-
    Həyatda hər şeyin, bir sonu vardir.

  • Abdulla MƏMMƏD.”Əllərim bulaşır göz yaşlarına”

    12647929_456084107917624_702711598_n

    Dəyişən bir sənsən,bir də ki zaman,
    Yer də həmən yerdir,göy də həmən göy.
    Sənin bu dünyayla işin olmasın,
    Yetər,deyindiyin arxasınca hey!

    Bir damla göz yaşın sonda ölən köz,
    Dilinlə gor eşmə ürəyim də sən.
    Dünən sevincimə şərik olan,qız,
    Bu gün kədərinlə ürəyimdəsən.

    Əllərim bulaşır göz yaşlarına,
    Alın yazısıdır-göz yaşı deyil.
    Qucub dizlərini hönkürmə belə,
    Dizlərin eşqinə baş daşı deyil.

  • Abdulla MƏMMƏD.”Dalğın baxışına baxa bilmirəm”

    12647929_456084107917624_702711598_n

    Dalğın baxışına baxa bilmirəm,
    Sənin ki, gözlərin dan işığıydı.
    Dünən gözlərində dinən sözlərin,
    Sevən ürəyinin danışığıydı.

    Daha düz oxumur özündə sözün,
    Sözündə məhəbbət dağım-dağımmış.
    Nifrətin gözündə peşiman qüssə,
    Dilinin riyası röya dağımmış.

    Sən demə susarmış gözündə sözün,
    Gözümün dünyası sözümün canı.
    Çətin kimsə sevə mənim tək səni,
    Salma qəribliyə sözümü, canım.

    Çılğın dəniz kimi coşqun dalğalı,
    Sevdalı qəlbimdə qədərim sənsən.
    Yapışıb yaddaşın yaş yaxasından
    Sızlayan sözümdə qəhərim sənsən.

    Sən demə bu sevda alın yazısı,
    Qüssəsi ölüncə bəs edər mənə.
    Ümidim üzülməz nazilsə belə
    Qədər toy tutsa da bəs qədər mənə.

    Gülüm, üz çevirib o gül üzündən
    Tale gül üzünü səndən, sən məndən.
    Bəlkə bağışlayım günəşi sənə,
    Barı uzaq olsun çisən,çən səndən.

    Dalğın baxışınla baxsam dünyaya,
    Başını itirər bu dünya belə.
    Səni sevəcəyəm son nəfəsəcən,
    İçimi göynədən nisgilin ilə!

    Bülbül yuvasıyam kövrək budaqda,
    Sevdalı ürəyim bübülə həsrət,
    Qənim kəsildiyin göz yaşlarınla
    Dərdim çiçəkləyir tər gülə həsrət…

    Dalğın baxışına baxa bilmirəm,
    Sənin ki gözlərin yar işığıydı.
    Dünən gözlərində dinən sözlərin
    Sevdalı qəlbimin yaraşığıydı.

    Azərbaycan.Quba.
    23.05.2016.

  • İsmayıllıda Respublika günü qeyd olunub

    mayın 31-də İsmayıllı Rayon Mədəniyyət Mərkəzində 28 may respublika gününə həsr olunmuş tən-tənəli bayram tədbiri baş tutub. Rayon məhkəməsinin hakimi Azad Əliyev Respublika Günü ilə əlaqədar-gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay davam edən Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti barədə məruzə edib.
    İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı, professor Mirdaməd Sadıqov çıxış edərək bildirib ki, ADR-ın 1918-ci ildə qaldırdığı bayrağı ümummilli liderimiz Heydər Əliyev keşməkeşli uzun illərdən sonra yenidən Naxçıvanda ucaldıldı. Üçrəngli bayrağımızı dövlət bayrağı kimi qəbul etdi. Gərgin və dönməz fəaliyyəti ilə Azərbaycanın müstəqilliyinə əbədilik xarakteri verdi. Cənab Prezident İlham Əliyev bu müstəqilliyi və azadlığı iqtisadi, hərbi, siyasi, ideoloji, sosial və balanslaşdırılmış xarici siyasət baxımından daha da möhkəmləndirir, monolit zəmində davamlı edir.
    İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı sonda bir qurup ictimai fəala və Respublika Gününə həsr olunmuş müsabiqələrdə, yarışlarda qalib gələn gənclərə fəxri fərman, qiymətli hədiyyələr təqdim etdi.
    Bayram tədbirində “İstedadlar axtarırıq” müsabiqəsində qalib gələnlərin konserti olub.

    Elnarə GÜNƏŞ,
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının xüsusi müxbiri,
    İsmayıllı rayonu

  • İsmayıllıda Şamaxı İncəsənət Təhsili Mərkəzi şagirdlərinin konserti keçirilib

    mayın 31-də İsmayıllı rayon Uşaq Yaradıcılıq Mərkəzində Şamaxı İncəsənət Təhsili Mərkəzinin şagirdləri konsert proqramı təşkil olunub.
    Şamaxı İncəsənət Təhsili Mərkəzinin şagirdləri konsert proqramına əsasən, xalq çalğı alətləri orkestrinin şagirləri rəngarəng musiqi nümunələri ilə çıxış etmişlər. Konsert proqramına xalq mahnıları, muğamlar, milli və Avropa rəqsləri, Üzeyir Hacıbəylinin, Tofiq Quliyevin, Əziz Əzizovun, Süleyman Ələsgərovun, Azər Dadaşovun əsərləri ilə yanaşı bir sıra Avropa və rus bəstəkarlarının da əsərləri daxil edilmişdir.
    Çıxış zamanı mərkəzin şagirdləri fortepiano, tar, qarmon alətlərində ifa etmiş, konsertdə Respublika müsabiqələri laureatları və diplomantları, həmçinin mərkəzin “Nağaraçalanlar ansamblı” iştirak etmişlər. Mərkəzin şagirdlərinin ifa etdiyi rəngarəng çıxışlar tamaşaçıların zövqünü oxşayıb.
    Sonda Şamaxı İncəsənət Təhsili Mərkəzinin direktoru Namiq Rzazadə çıxış edərək bütün iştirakçılara uğurlar arzulamış, kollektivi adından, göstərilən xüsusi qonaqpərvərliyə görə isə İsmayıllı rayon icra hakimiyyəti başçısı, professor Mirdaməd Sadıqova dərin minnətdarlıqlarını bildirmişdir.

    Elnarə GÜNƏŞ,
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının xüsusi müxbiri,
    İsmayıllı rayonu

  • Esmira RƏHİMLİ.”Yarın yolunu gözləyirdik ki, əğyar bizə gəldi”

    esmira

    Yarın yolunu gözləyirdik ki, əğyar bizə gəldi,
    Büdrədik bir balaca, əzildik, bəla dizə gəldi.

    Bülbül bayqular ilə qol-qola gəzməz bu çəməndə,
    Əfsus ki, gül tikan ilə hər yerdə üz-üzə gəldi.

    Biz ağlar ikən kam alıb kef çəkdi ürəkdən,
    Biz gülüncə nakəslərin canına vic-vicə gəldi.

    Bir də baxdım ki, üzü yaman səpib, hər nə yeyibsə,
    Çox göyçək idi hüsnü-camalı, bir də gözə gəldi.

    Yağ olmayınca süddə, qatıqda qaymaq üzə gəlməz,
    Hər nə vardı içində qıcqırdı çıxdı, üzə gəldi.

    Əsməra, səninlə çətindir dolanmaq, unutma ki,
    Çox qürurlu dağlardan insanlar aşdı, düzə gəldi.

  • Esmira RƏHİMLİ.”Özünü məndən ağıllı bilən insan, yeri var!”

    esmira

    Özünü məndən ağıllı bilən insan, yeri var!
    Dəf atıb, tar götürüb, kamança tutsan yeri var.

    Bu dünya yaranandan zülm edib insan insana,
    Üz çevir cahillərdən, aqilə uysan yeri var.

    Bahalı hədiyyələr istəmirəm borclu qalım,
    Bir vəhşi çiçək dərib könlümü alsan yeri var.

    Deyirsən gah budur bu, gah odur bu, hansıdır bəs?
    Aparıb baş-beynimi hap-gopa bassan yeri var.

    Bildiyin burun eşmək, hərzə demək, bir də yemək,
    Bir də ki, basaratın bağlıdır, oysan yeri var.

    Oxudun “tarixi-Nadir” bəlkə kamallı olasan,
    “Hır ilə zır” arası xırdalayırsan yeri var?

    Nankorun, naşükürün gözümdə yox it dəyəri,
    Vəfalı bir köpəyin gözümdə insan yeri var.

    Su gələn arxa gələr bir də, Əsməra, yəqin,
    Bir quru səhrasan ki, üzündə leysan yeri var.

    2012

  • Mais TƏMKİN.”Tanıya-tanıya mən adamları”

    10646868_273655359498567_6620189188081019440_n

    (Hikməti sözündə axtar- kitab)

    Dərdimin üstündə təzə dərd bitir,
    Kədər ürəyimi oxlayıb didir.
    Ümidim azalır, inamım itir,
    Tanıya-tanıya mən adamları.

    Həzz aldım çoxunun şirin sözündən,
    Qəlbini duymadan öpdüm üzündən.
    İnciyib küsürəm özüm-özümdən,
    Tanıya-tanıya mən adamları.

    Doğru bildiyimi yalan görürəm,
    Arzu-istəyimi talan görürəm.
    Şirin dil altında ilan görürəm,
    Tanıya-tanıya mən adamları.

    Könlümü göynədən öz ahım oldu,
    Aldanmaq həyatda günahım oldu.
    Qohum yada döndü, yad qohum oldu,
    Tanıya-tanıya mən adamları.

    Səsləyənin harayına yetirəm,
    Mən səsləsəm, yoxdu bir əl yetirən.
    Qorxuram hamını sonda itirəm,
    Tanıya-tanıya mən adamları.

    19.12.2003

  • Mais TƏMKİN.”Qayıt dedi”

    10646868_273655359498567_6620189188081019440_n

    Sevdiyim gözəldən ayrılan* zaman,
    Boylandı arxamca göz, ,,qayıt” dedi.
    Baxdı məlul-məlul, halı pərişan,
    Yanaq ,,qayıt” dedi, üz ,,qayıt” dedi.

    Söylədi: ,,könlümün sənsən hakimi,
    Qəlbim səninlədir ölənə kimi.
    Sən gedib-qayıdıb gələnə kimi,
    Bədənim olacaq buz, qayıt”-dedi.

    Gördüm bənövşə tək boynunu bükür,
    Yanır için-için, qanlı yaş tökür.
    Ağlaya-ağlaya o, hönkür-hönkür,
    Sızladı, inlədi qız, qayıt, dedi.

    Soruşdum, bu səndə nə dərdi-sərdi?
    Söylədi, Leylidən halım betərdi.
    Dedim ki, səfərim uzun səfərdi,
    ,,Ləngimə, ay Mais, tez qayıt”-dedi.

  • Müzəffər MƏZAHİM.”Səni gözləyirəm”

    mm

    Əlçatmazsan…
    Qəlbimin ən müqəddəs
    Arzusu kimi.
    Qəddarsan…
    Alın yazısı kimi.
    Amma mən
    Səni sevməyimə
    Peşiman deyiləm.
    Olduğun kimi qal,
    Belə gözəlsən…
    Inanıram
    bir gün mənə dönəcəksən…
    Son dayanacağın
    sərnişini kimi,
    arxayın-arxayın
    gözləyirəm
    son qərarını…
    Peşiman eləmə məni.

    2012

  • Müzəffər MƏZAHİM.”Gecə nəğməsi”

    mm

    Bu gecə ağ qaldı qarşımda varaq,
    Ulduzlu göylərdə xəyalım azdı.
    Duyğumu, hissimi cilovlayaraq,
    Gecə nəğməzini könlümə yazdı.

    Bəyaz buludları sağıb ovcuna,
    Körpə çiçəklərə içirdi torpaq.
    Bütün insanları yığıb ovcuna,
    Sanki köynəyindən keçirdi torpaq.

    Elə bil, bu gecə doğuldu dünya,
    Alın yazısına düşdü heyrətim.
    Min sirli-sehirli nağıldır dünya,
    Dinləmək qorxulu, anlamaq çətin.

    Yağdı gözlərimə ulduz yağışı,
    Axdı heyrətimə heyrət içində.
    Dəli bir şimşəyin qəfil çaxışı,
    Qəhqəhəmi çəkdi zülmət içində?

    Ayı öz bəxtindən doğdu qaranlıq,
    Həyat işığında göründü aləm.
    Gizli görüşənlər çaşdı bir anlıq,
    Bir dünya sevgiyə büründü aləm.

    Bu gecə ağ qaldı qarşımda varaq,
    Ulduzlu göylərdə xəyalım azdı.
    Duyğumu, hissimi cilovlayaraq,
    Gecə nəğməzini könlümə yazdı.

    1985 “Ata ocağı” kitabımdan

  • Şair-publisist Rafiq Odayın şeirləri Türkiyə türkcəsinə tərcümə olunub

    rafiqoday

    Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru, respublikanın Əməkdar jurnalisti, şair-publisist, cənab Rafiq Odayın “Sən ulu öndərisən bu xalqın, bu millətin” və “Ali Baş Komandan!” şeirləri Türkiyə türkcəsinə tərcümə olunub.
    Qeyd edək ki, “Sən ulu öndərisən bu xalqın, bu millətin” şeiri Müasir Azərbaycan dövlətinin qurucusu və memarı, Azərbaycan xalqının ümummilli lideri, ictimai-siyasi xadim Heydər Əlirza oğlu Əliyevə, “Ali Baş Komandan!” şeiri isə Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevə həsr olunub.

    Gülnarə ŞÖHRƏDDƏİNQIZI,
    “Möhtəşəm Azərbaycan” qəzeti

  • Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının maliyyə dəstəyi ilə yeni layihə həyata keçirilir

    profil

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının maliyyə dəstəyi ilə həyata keçirilən “Yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndələrinə dəstək” layihəsi çərçivəsində respublikanın müxtəlif bölgələrində yaşayıb, bədii yaradıcılıq fəaliyyəti ilə məşğul olan yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndələrinin yaradıcılıq nümunələrinin respublikanın hüdudlarından kənarda da tanınması yönündə təsdiq edilmiş tədbirlər planının hazırlanıb.Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı gerçəkləşdirilməsi nəzərdə tutalan layihənin həyata keçirilməsini tam təmin məqsədilə gücləndirilmiş iş rejiminə keçib.Layihənin rəhbəri və müəllifi Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru, respublikanın Əməkdar jurnalisti, şair-publisist, cənab Rafiq Odaydır.
    Layihə çərçivəsində 10 gənc yazarın bədii yaradıcılıq nümunələri Qardaş Türkiyə Cümhuriyyətinin Tokat və Kahramanmaraş şəhərlərində fəaliyyət göstərən “Kümbet”, “Usare”, “Güzlek” dərgilərində dərc olunaraq, ictimaiyyət nümayəndələrinin nəzərinə çatdırılacaq.
    Qeyd edək ki, bundan öncə adı çəkilən layihə çərçivəsində 3 gənc yazarın bədii yaradıcılıq nümunələri “Usare” dərgisinin 6-cı sayında Türkiyə türkcəsində çap olunaraq, ədəbiyyatsevərlərin istifadəsinə verilib.

    Gülnarə ŞÖHRƏDDƏİNQIZI,
    “Möhtəşəm Azərbaycan” qəzeti

  • Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor İbrahim Cəfərov “2015/2016-cı tədris ilinin ən yaxşı rektoru” adına layiq görülüb

    İllərin zəhməti öz bəhrəsini verib. Qafqaz regionu üzrə ən böyük təhsil facebook səhifəsi olan “Azərbaycan Universitetləri” səhifəsi “2015/2016-cı tədris ilinin ən yaxşı rektoru” nominasiyası üzrə sosial yarışmasının qalibini elan edib.
    ADAU-nun mətbuat xidmətinin xəbərində deyilir ki, 1 həftə davam edən və 81.000 nəfərin iştirak etdiyi səsvermənin nəticələrinə əsasən, Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor İbrahim Cəfərov 60,8 faiz səs toplayaraq “2015/2016-cı tədris ilinin ən yaxşı rektoru” adına layiq görülüb. Səhifədə verilən məlumata görə, səsvermənin nəticələrinin hesablanmasında universitetdə təhsil alan tələbələrin sayı ilə səsvermədə iştirak edənlərin nisbəti və tədris ili ərzində universitet üçün gördüyü işlər əsas götürülüb.
    Xatırladaq ki, 2014/2015-ci tədris ili üçün keçirlən “ən yaxşı universitet” sorğusunun nəticələrinə əsasən “ən yaxşı universitet” müsabiqəsi üzrə ADAU birinci yeri, “ən yaxşı rektor” müsabiqəsində İbrahim Cəfərov ikinci yerin sahibi olub. 54 ali məktəb arasında 37. 000 iştirakçı tərəfindən aparılan seçim prosesində universitetin əldə etdiyi nailiyyətlər, o cümlədən maddi-texniki bazanın möhkəmləndirilməsi, tədris prosesində obyektivlik və şəffaflığın təmin olunması, informasiya texnologiyalarının tətbiqi, tələbələrin təhsilə olan marağının artırılması kimi meyarlar əsas götürülüb.
    Bu yüksək nəticələr ondan xəbər verir ki, ADAU zamanın tələb etdiyi inkişaf ömrü yaşayır, rektor İbrahim Cəfərov isə daim yeniliklər axtarışında olan, tələbənin ən yaxın dostuna çevrilən alimdir, ziyalıdır. Əslində səsvermənin nəticəsi həm də haqqın və ədalətin təntənəsidir.

  • Vüsal YURDOĞLU.”Bu da nağılın biri…”

    vy

    Dalğaların olaydım,
    ya da sənin sahilin…
    Mənlə birgə güləydi
    günəşli gündüzlərin,
    Mənlə birgə gələydi
    ulduzlu gecələrin…

    Yaxud, mavi səmada
    bir qağayı olaydım,
    Küləklərlə dostlaşıb
    suların üzərində
    süzəydim qanadımla…
    Həsrətimiz uzaqda,
    ruhumuz yaxın ola…

    Ya da susuz qalanda
    ölməyə məhkum olan,
    qızıl balıq olaydım…,
    düşməyəydım heç tora…
    Deyəydim, üç arzunun
    üçün də sən arzula!…

    “Birinci, – istəyirəm,
    Vüsal olsun yanımda!
    İkincisi, – ötməsin
    onsuz bircə anım da!
    Üçüncüsü, dünyanı
    aydın etsin sevgimiz!”

    Bu da nağılın biri, –
    – yaşandı xəyalımda…

  • Vüsal YURDOĞLU.”Ruhumun əkizi”

    vy

    Hər kəs ayrı-ayrı sevir dənizi,
    Sevir dalğaları, sevir sahili.
    Kiminin ruhuna düşməyir izi,
    Kiminin ruhunun əkizi, bəlli…

    Hamı dalğalara vurula bilmir,
    Küləklə rəqs edən qağayı olmur.
    Dəniz də hamıyla görüşə gəlmir,
    Gecələr ruhunun qonağı olmur…

    Sevirəm dənizi, sevirəm…, mənim,
    Gözümdə ən əziz dost da dənizdir.
    Ay Allah, üzülməz ümiddən əlim,
    Sevgim sular kimi safdır, təmizdir!

  • Vüsal YURDOĞLU.”Günahsız günah”

    vy

    Dəniz məni sevsə, gecəyə məhkum
    Ruhumun xilası hələ mümkündür.
    Yolumuzu kəsən qaranlıqların
    İşığa çıxması hələ mümkündür…

    Dəniz məni sevsə, yaz axşamları
    Gülər üzümüzə ay da, günəş də…
    Könlümüz diləyən al səhərləri
    Ümidlə gözlərik toran gecədə…

    Dəniz məni sevsə, səhər o başdan,
    Düşər bəxtimizə işıqlı sabah.
    Ay Allah, keç bizim günahımızdan,
    Bizim bu eşqimiz günahsız günah!

  • Vüsal YURDOĞLU.”Dəniz sevgisi”

    vy

    Mən dənizi sevim, mavi dalğalar
    Alsın ağuşuna sevən qəlbimi!
    Gülsün gözlərində nurlu sabahlar,
    Dolsun həyatıma axşama kimi…

    Mən dənizi sevim, bir axşam çağı,
    Gəlim bu sahilə, yenə görüşək.
    Külək yaxın etsin bizə uzağı,
    Gecə yetişməmiş qovuşaq gərək…

    Mən dənizi sevim, gecə düşəndə,
    Hava soyuyanda üşüməyim heç…
    Ay Allah, gecənin hökmü başqadır,
    Dənizli Vüsalın günahından keç!

  • Remzi ZENGİN.(Türkiye Cümhuriyyeti, Tokat).Muhteşem şiirler

    10498648_1088017144548624_2375876398071380324_o

    Tokat Şairler ve Yazarlar Derneği Başkanı,
    Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temsilcisi

    Geçer

    Yaz gelende açar yaylanın gülü
    Gül naz eder, ağlatır, şeyda bülbülü
    Gizliden sevdası olanın günü
    Karşıdan karşıya bakmakla geçer

    Küstüysen gel, kara gözlü, barışak
    Böyle olmaz, arasıra görüşek
    Göremezsem, günler pek zor geçecek
    Sonra gözümden yaş akmakla geçer

    Vur dediysek sana öldür demedik
    Taze açmış gülü soldur demedik
    Pir elinden bade doldur demedik
    Gönül aşk badesin içmekle geçer

    Bülbülün sevdası bilirsin güle
    Bülbül bu uğurda çok çekti çile
    Eğerki bu sevda düşerse dile
    Bu kez ömür kahır çekmekle geçer

    Mecnunu çöllere Leyla’sı saldı
    Kerem Aslı Han’a tutuştu yandı
    Ferhat, Şirin için dağları yardı
    Remzi’yi aşk odu yakmakla geçer

    (14.10.1987)

    Gelin Giden Kızıma!

    Daha dün, dünyaya yeni gelmiştin
    Acıktıkça ak sütümden emmiştin
    Bir yaşında, anne, baba demiştin
    Şimdi gider oldun ellere, kızım

    Sonra kardeşine ablalık ettin
    Sıkıştığım yerde, canıma yettin
    Okuyayım diye gurbete gittin
    Bekledim, bakarak yollara, kızım

    Şimdi gidiyorsun, hiç geri gelme
    Gittiğin yerleri yabancı bilme
    Saygısızlık etme, isyankâr olma
    Şükreyle düştüğün hallere, kızım

    Güzelliğe, bir sivilce yetiyor,
    Zenginlik, bir kıvılcımla bitiyor,
    Güzel huya hiç bedel biçilmiyor
    Sakın düşme kötü hallere, kızım

    Zaman geçer, düşer saçına aklar
    Sırtına binecek sayısız yükler
    Azrail sonunda seni de yoklar
    Sitem etme sakın yıllara, kızım

    (05.08.2009)

  • Remzi ZENGİN.(Türkiye Cümhuriyyeti, Tokat).Muhteşem şiirler

    10498648_1088017144548624_2375876398071380324_o

    Tokat Şairler ve Yazarlar Derneği Başkanı,
    Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temsilcisi

    Efkâr

    Yine efkâr bastı, kalmadı neşem
    Gönlümün sultanı gelmedi bugün
    Göremedim kara gözlü ceylanı
    Sabahtan beridir gülmedim bugün

    Acaba yoluna halı mı sersem
    Gelir mi acaba biraz küsersem
    Gelse de bağından gonca gül dersem
    Elimle gülünü dermedim bugün

    Dünya meşakkati sarmış başını
    Bitirecek sanki dünya işini
    Gülse de seyretsem inci dişini
    İncecik belini sarmadım bugün

    Bir fırtına gibi girdi içeri
    Sanırsın, kılıcı kanlı bir çeri
    Bağrıma saplandı aşkın hançeri
    Halini, hatrını sormadım bugün

    (10.2.1988)

    Eylül

    Yağmurlar başladı artık
    Bugün eylül bir.
    Eylül, hazan güzelliğinin başladığı günlerdir.
    Hazan, yani sonbahar güzel midir dersiniz?
    Biliniz ki şüpheniz çok yersiz.
    Bu mevsim herkes için güzel olmayabilir
    Lakin eylül benim için öyle değildir.
    İşte yağmur, yağıyor, yağıyor.
    Tıpkı gözyaşları gibi tek tek yuvarlanıyor.
    Akla ilk gelen gözyaşlarıdır.
    Çünkü hazan hüzün ayıdır.
    Yağmurlu havalarda bir yanık sevda,
    Bir yanık gurbet türküsü uzanır, yayılır, gelir kulaklara:
    Giderim giderim de yolum yan gelir
    Ah ettikçe ciğerimden kan gelir
    Mezarımı kazın dört yol üstüne
    Yar gelip geçtikçe bana can gelir
    Gönüllere dolan hüzün
    Kim bilir hangi dağların üzerinden aşıyor Ve karanlık dar yollardan gönüle ulaşıyor.
    İstemiyorum eylülü artık, çünkü bana hüzün taşıyor.

    (1 Eylül 1972)
    (Turhal Şeker Fb.)

  • Kumrugül TÜRKMEN AKIN.”SEN GELDİN”

    kta

    -Sündüs Arslan Akça’ya ithafen-

    Hırçın deli dalgaların,
    Kayalara vurduğu,
    Tuzun kayayı öptüğü,
    Çılgın bir an gibiydin.
    Suskun,
    Lal olmuş,
    İnzivaya çekilmiş,
    Bir deli yanardağ üstünde,
    Lavları alevleyen
    Sek sek oyunu gibiydin
    Tüm bilinmeyenleri bilen,
    Sır içinde sır olan
    Acılar denizinin
    Hüzün dehlizlerini
    Doldurupta taşıran
    Hüzün gülü gibiydin.
    Sen geldin.
    Ve yolumun orta yerinde durdun.
    Sonra,
    Gümrah orman karası
    Gözlerin geldi.
    Gözlerinle gözlerimden
    Kalbime indin.
    Kalbimdeki çocuk ülkemi,
    Ülkemde üşüyen canları gördün.
    Gözyaşı yağmurları ile ıslandı her yer.
    Gözyaşlarınla ısıttın
    Buz tutan çocuk düşlerini
    Gündüz yürüyüşleri gibi sessiz ve sakin
    Gece ayazında üşüyen bir ten gibiydin.
    Gözlerin yitik coğrafyamda unuttuğum,
    Beni bana getiren,
    Beni sana götüren,
    Gümrah bir kara orman
    Sonsuz bir an gibiydin.

  • Hasan Akar’ın Temmuz Bulutlarını Bekliyorum

    tosayad
    Erek: “Hasan Akar hocamı kutluyorum. Sizi temin ederim şuanda ben Tokatlı olmaktan ve Tokat’ta bulunmaktan, Tokatlının böyle bir toplantıyı ortaya çıkarmasından gurur duyuyorum.”

    Tokat Şairler ve Yazarlar Derneği (TOŞAYAD)’ın kitap çıkaran üyeleri için tertip ettiği İmza Günlerinden biri daha dün yapıldı. Bu kez Derneğin Yönetim Kurulu Üyesi Hasan Akar, Temmuz Bulutlarını Bekliyorum adlı şiir kitabı ile okurlarıyla buluştu.

    Tokat Öğretmenevi’nde Pazar kahvaltısı ile başlayan İmza Günü için Ankara’da ikamet eden duayenlerimizden eski Devlet Bakanlarımızdan Ali Şevki Erek de Tokat’a gelmişti. TOŞAYAD Başkanı Remzi Zengin, Şair-Yazar Hasan Akar ve eşi Emine Seçkin hanım konukları karşılarken heyecanlarını ve mutluluklarını paylaştılar. Tokat Gazetemizin Düşünce Durağı yazarı olan Hasan Akar’ın İmza Günü’nde gazetemizden İmtiyaz Sahibi Sezai Kaymak ile Sorumlu Yazı İşleri Müdürümüz Fatih Kılıç da imza gününde bulundu.

    Dernek Yöneticisi Mahmut Hasgül’ün sunumunu yaptığı İmza Gününde, Başkan Remzi Zengin’in selamlama konuşmasının ardından eski Devlet Bakanımız Ali Şevki Erek’in yaptığı konuşma güne damga vurdu. Böylesi bir ortamı, tabloyu 10 numara olarak değerlendiren Erek şunları söyledi:

    “Böyle bir toplulukta bana söz vermek, mutlulukların en büyüğü. Tokat Şairler ve Yazarlar Derneği’nin değerli Başkanını, bugün imza merasimi dolayısıyla bu toplantıya vesile olan aziz ve sevgili kardeşim Hasan Akar hocamızı, sunumu yapan Mahmut Hasgül hocamızı ve çoğunu bizzat tanıdığım akrabadan öte yakın olduğum, bildiğim aziz ve sevgili konuklarımızı, öğretmenlerimizi, devletimizde görev yapan devlet ricalini, müdürlerimizi, başkanlarımızı, sevgili bacılarımızı ve kardeşlerimizi sevgi ve saygı ile selamlayarak birkaç laf yapmak istiyorum.

    Sevgili hemşehrilerim, bir insanın mutlu olabilmesi için bir kısım dayanak noktalarının olması lazım. Daha önceki imza günlerine de beni çağırdılar. Şerare Kıvrak Yağcıoğlu hanımefendinin imza gününe gelememiş, mesajla tebrik etmiştim. Şimdi Hasan Akar hocamın davetinde bunuyorum. Sizi temin ederim şuanda ben Tokatlı olmaktan ve Tokat’ta bulunmaktan, Tokatlının böyle bir toplantıyı ortaya çıkarmasından gurur duyuyorum. Bunu bütün samimiyetimle ifade ediyorum ve tahminlerimin üzerinde bir gurur duydum.

    Birliğe, manevi övgüye, dayanışmaya, bir güzel dünyaya kapısını açan bu gönül topluluğun bir Pazar gününün sabahında böyle buluşması, bu manevi ziyafete iştirak edebilmek, bunu organize edebilmek, bunu göstermek 21. Yüzyılın uygar, medeni bir ülkesi olmanın en büyük manevi şartlarından biridir. Bu şartlardan birini yerine getiren Tokat Şair ve Yazarlar Derneği’ni ve onun mümtaz şahsiyetlerini gönülden sevgi ve saygı ile selamlıyorum, Allah razı olsun. Bu önemli bir olay. Sadece bu tablo için, gördüğüm şu manzara için bunları ifade ettim. Bu manzara 10 numaradır.

    Temmuz Bulutlarını Bekliyorum şiir kitabına da şöyle bir baktım. Nefis şiirler var. Türkiye’mizin zaman zaman canının sıkıldığı ortamda o hüzünlü kalplere bu toplantı şifa gibi geldi. Bana da Ramazan’a yaklaştığımız bu mübarek günde, bir ilaç gibi geldi, mutlu oldum. Ankara’da, bu tabloyu anlatabilme, ortaya çıkan güzel mahsulden, eserden bahsetme, eser çıkanların yalnız kalmadığından söz etme hakkını ve mutluluğunu bana verdiniz. Sizleri kutluyorum. Allah hepinizden razı olsun. Cenab-ı Allah devletimizin de milletimizin de sizlerin de ayağına taş dokundurmasın.”

    AKAR’IN DUYGULANDIĞI ANLAR

    Şair-Yazar Hasan Akar, daha önce birçok yazar için düzenlenen imza gününün bu kez kendisi için yapıldığı ortamda heyecanına yenik düşmemeye çalışsa da oldukça duygulandı. Konuşmasında hissiyatını kelimelere dökmekten öte bir şiiri ile günün hissiyatını yansıttı.

    Hasan Akar için hazırlanan ve Mahmut Hasgül’ün seslendirdiği sunum izlendi. Sivas’tan bu gün için gelen Aşık Kaptani ve Aşık Eseri saz ve sözleri ile günü renklendirdiler. Şair Şerare Kıvrak Yağcıoğlu ile Rasim Yılmaz da bugüne özel şiirlerini okudular.

    Konuşmaların ve şiirlerin okunması sonrasında Hasan Akar okurları için kitaplarını imzaladı.

  • “Kitabevim.az” mağazasında “Gül” kitabının imza törəni keçirildi

    gulnarxanim

    29 may 2016-cı il tarixində saat 14:00-da paytaxtın Nəsimi rayonunda yerləşən AK Centerin ikinci mərtəbəsində “Kitabevim.az” mağazasında Azərbaycan Yazıçılar Birliyi tərəfindən həyata keçirilən “aybkitab” layihəsi çərçivəsində yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitunun doktorantı, “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, Prezident təqaüdçüsü, gənc xanım yazar Gülnar Səmanın “Gül” kitabının təqdimat mərasimi keçirilib. Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə müəllifin qələm yoldaşları və yaxın dostları da iştirak ediblər.
    Tədbiri giriş sözü ilə açan Prezident təqaüdçüsü, Gənclər mükafatçısı, ədəbiyyatşünas müəllif Gülnar Səma ilk növbədə, tədbir iştirakçılarını salamlayaraq, dəvəti qəbul edib, tədbirdə iştirak etdikləri üçün hər kəsə təşəkkür edib, “aybkitab” layihəsi çərçivəsində işıq üzü görən yeni kitabı haqqında ətraflı məlumat verib bildirdi ki, layihə Azərbaycan Yazıçılar Birliyinin Mətbuat xidmətinin rəhbəri, Gənclər Şurasının sədr müavini, şair-publisist Xəyal Rza tərəfindən həyata keçirilir. Layihə çərçivəsində bu günə qədər onlarla gənc nəslin nümayəndələrinin yeni kitabı nəfis tərtibatla çap olunaraq, ədəbiyyatsevərlərin ixtiyarına verilib. Kitabın ərsəyə gəlməsində zəhməti keçən hər kəsə xüsusi təşəkkürünü bildirdi. Kitabın redaktoru şair İbrahim İlyaslı Gülnar Səmanı yeni kitabının təqdimat mərasimində çıxış edən tədbir iştirakçılarına məlumat verərək qeyd edib ki, kitabda yer alan şeirlər müxtəlif illərdə qələmə alınıb və müəllifin son yaradıcılıq fəaliyyəti ilə bağlıdır. Yetişməkdə olan yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndələrinin bədii yaradıcılıq fəaliyyətinin təkmilləşdirilməsi və genişləndirilməsi üçün böyük əhəmiyyət kəsb edir.
    Bədii yaradıcılıq nümunələrinin hər biri səmimiyyət və dolğunluqla qələmə alınıb. Müəllifə yeni yaradıcılıq uğurları və fəaliyyəti dilədi. Sonra tədbir iştirakçıları müəllifin yeni işıq üzü görmüş kitabı və şeirləri haqqında öz duyğu və düşüncələrini, təəssüratlarını bölüşüb, xatirələrini yada saldılar, keşməkeşli həyat yolunda yeni yaradıcılıq uğurları dilədilər. Təcrübəli qələm sahiblərindən Ehtiram İlham, Faiq Balabəyli, Əli Əmirov, Nəcibə İlkin və.s Gülnara uğurlar dilədilər. Gənc qələm dostlarından Faiq Hüseynbəyli, Cavidan, Vasif Zöhraboğlu, Hafiz Hacxalıl, Şahinə Könül, Tural Turan, Vüsal Yurdoğlu, İsa Həsənoğlu, Nicat Ülfətoğlu, Fuad Biləsuvarlı, Qılman İman, Sevinc Yunuslu, Savalan Talıblı, Manaf, Günel Fərhadqızı, Ramin Cilovdarlı, Furqani, Vüsalə Asif, Ramil Mərzili, Gültən Qədirli, Şəhanə Müşviq, Amil Ağayev və.s müəllifə xoş arzularını çatdıraraq kitablarını imzalatdılar. Tovuzun istedadlı aşıqlarından Şəhriyar Kərimov və Elməddin Məmmədli, Tovuzun digər ziyalıları Vüsalə Dadaşova, Zakir Mirzəyev, Mehman Əhməd və.s da öz həmyerlilərinə uğurlar dilədilər. Gənclərə dəstək olanlardan Betreddin Güreş və Xuraman Camalqızı da ürək sözlərini çatdıraraq kitablarını imzalatdılar.
    Müəllif tədbirin yüksək səviyyədə təşkil olunduğuna görə, zəhməti keçən hər kəsə və “Kitabevim.az” kollektivinə sonsuz təşəkkürünü bildirib, yeni işıq üzü görmüş kitabında yer alan şeirlərindən tədbir iştirakçıları üçün səsləndirdi. Tədbirin sonunda isə xatirə şəkilləri çəkdirildi.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti

  • “Ədəbi təhlil” layihəsi- Ramil Mərzili: Kimsə bilməsin…

    0830

    Bu günkü müzakirə obyektim və mövzum Ramil Mərzili, onun kimliyi, yaradıcılığı və “Kimsə bilməsin” kitabı olacaqdır…

    İlk növbədə, təbrik edirəm Ramil qardaşımı…

    Dünən AYB-də imza günündə iştirak etdim… Çıxış üçün söz verilməliydi, imtina etdim, çünki sözüm çox idi, yazmağı üstün bildim…

    Mənim üçün yaradıcı insanın uğuru yaradıcılıq məhsulunu insanlara düzgün çatdıra bilməsi, təqdim etməsi, yaşadıqlarını və nə demək istədiyini ifadə edə bilməsidir. Ramil yaradıcılığında bunu bacarır. Kədəri də, vətən sevgisini də, ailəyə bağlılığı, qadına sevgisi, həsrətini, sevincini də şeirləri vasitəsilə ötürə və yaşatdıra bilmişdir oxucularına…

    Kitabını iki dəfə oxudum…

    Yaxşı yadımdadır… Bizi birləşdirən dəyər, dəyərli yazar dostumuz, jurnalist, publilist, tənqidçi və yenibaxis.az saytının baş redaktoru və təsisçisi Aysel Abdullazadə olmuşdu… Ramilin Kitabevimdə olan kitab təqdimatına məhz Aysel dəvət etmişdi. Ramili tanımırdım, yaradıcılığı ilə ancaq saytdan tanış idim… Aysel təriflədi, mən inanmadım… İnadkarlıqla deyirdim: “heç bəyənmədim Ramil bəyi, bura sənə görə gəlmişəm Aysel”…

    Söz verdi mənə çıxış etmək üçün, şəxsən tanışlığımız olmasa da, kitabın adını düzgün seçmişdi… Kimsə bilməsin… Kitabı oxuyan hər kəs bildi, onun nə demək istədiyini, hiss və fikirlərini…

    Deyirlər: “İlk təəssürat aldadıcı olur”… Razıyam… İlk baxışdan çox qəmli, kədərli, soyuq, özündən razı görsənən Ramili bəyənməmişdim… Neqativ enerji gəlirdi mənə… Mən axı pozitiv insanam…

    Sonra sosial şəbəkədə dostlaşdıq, ünsiyyətimiz başladı, qısa zamanda dostlaşdıq, yanıldığımı anladım və əslində Ramilin necə insan olduğunu gördüm…

    Ramilin kimliyi geniş mövzudur, tənqidçiyəm, tərifləmək istəmirəm… Tənqid edəcəyim bir tərəfi əslində kədərli görsənməsi, kədəri içində yaşaması, əslində isə dostları ilə şən və mehriban görsənməsidir… Kədərli olmasıdır, dərd çəkməsidir…

    Ən böyük arzum Qarabağımızın geri qaytarılması, ərazi bütövlüyümüzün bərpası, kitabımın təqdimatının Şuşada edilməsidir… Qarabağımda olmaq istədim… Sağ olsun, dostumuz Ruslan Nadir, təşkil etdi, getdik.

    Deyirlər, “filankəs necə adamdır?”, cavabı “yol yoldaşı olmamışam bilmirəm, davada olmamışam, bilmirəm”dir. Qarabağda bizi Ramil və Vüsalə Süleyman, Veys qarşıladı… Ramillə Qarabağda yol yoldaşı da olduq, müharibə şəraitində, təhlükə altında da olduq hər an, qorxmadıq, qaçmadıq…

    Kimsə bilməsin… Bir sirrdir… İnsanın həm paylaşmaq istədiyi, həm də paylaşmaq istəmədiyi bir sirr… Stop düyməsi kimi… İstəyirsən, basıb dayandırasan, ya da ki, basmayıb, davamını bilmək istəyirsən… “Kimsə bilməsin” də insanın özünə və ya artıq paylaşdığı gizli sirri haqqındadır… Özünə deyirsən ki, bu yalnız mənə aiddir, kimsə bilməməlidir, ya da ki, dostuna etibar edib, paylaşır, deyirsən, amma şərt qoyursan, xahiş edirsən “kimsə bilməsin”…

    Ramilin kitabını oxuduqca, Tənha qadını sevdim, Vurmadığın şilləni sevdim, özümü gördüm… Yaşadım, hiss etdim…

    Əsəd Cahangirin dünənki çıxışında sözünə qüvvət olaraq, demək istəyirəm ki, yaradıcı insanın muzası iki halda gəlir: Ya sevinc və xoşbəxtliyin zirvə nöqtəsində, ya da kədər və bədbəxtliyin zirvə nöqtəsində… Hər bir nöqtə maksimum olur, yaşayırsan, yazırsan, yaradırsan… Sevinc və xoşbəxtliyi yaşayanda tənqid, tərif, sevgiyə qovuşma, satira, yumoristik yazılar çıxır, kədər və bədbəxtliyi yaşayanda göz yaşı, dərd, nakam sevgi, həsrət, ayrılıq, iztirab, əzab…

    Ramil Mərzilinin şeirlərini oxuduqca, nəzirələr və ya cavab yazmağa, ilhamlanıb o mövzunu inkişaf etdirməyə, həmin mövzu üzrə esse, publisistik məqalə, köşə və bloq yazısı yazmağa başladım… Məsələn Tənha qadın şeirinə…

    Ramilin söz ehtiyatı var və mövzunun bədii təsvir imkanları mövcuddur, fikirlərində təkrarlanmır.

    Şeirlərində sevgi və qadın obrazına gəlincə, əsl yaradıcı insan odur ki, real həyatda yaşamadığını yaratdığı işdə yaşadır, yaşayır və yaşatdırır… Ramil yazılarında poetik sevgi və poetik qadın obrazını yaratmış və poetik sevgisini poetik qadınına həsr etmişdir…

    Şərt deyil ki, yaradıcı insanın yaratdığı və ya yazdığı onun şəxsi həyatı və ya şəxsi iç dünyası ilə bağlı olsun, müşahidə, araşdırma, digər insanların həyatından götürmə halları da ola bilər…

    Ramil o qədər həssas, duyğulu və gerçək yazır ki, şeirlərini yaşamamaq olmur, duyğulanmamaq və şeirlərinin təsiri altına düşməmək olmur…

    Hər kəsə bu kitabı oxumağı və Ramil Mərzilinin yaradıcılığı ilə tanış olmağı tövsiyyə edirəm.

    Gün o gün olsun, növbəti kitablarını Ağdamda, Şuşada, Xankəndində və digər Qarabağ torpaqlarında ardıcıl olaraq təqdimatını təşkil edək.

  • Şәr qarışanda nә olur axı? 18+

    0800

    Şәr qarışanda nә olur axı?

    Şәr qarışanda nә vaxtdır, qaranlıq düşәndә, ya gecә yarısı?

    Şәr qarışanda düşürsәn şәrә? Ya düşürәm sәnin yadına?

    Oyanır ehtirasın şәr qarışanda?

    Şәr qarışanda qarışırsan qaraya, şәrә, sәbr etmirsәn gәlsin sәhәr, ağ qüvvәlәr?

    Şәr qarışanda nә olur axı? Xeyir mәlәklәr qaçır, Allah yatır, Şeytan oyanıb, çıxardır insanı yolundan?

    Şәr qarışanda gәlir ilham pәrilәrin, oluram sәnin muzan, yazırsan mәndәn, istәklәrindәn,18i keçib yaşım, Afәtin oluram ey gәnc şairim…

    Şәr qarışanda insanlar çaşır, yolunu azır, yuxu gәlmir gözlәrinә, bәlkә acsan, yemәyinin vaxtı çatıb?!

    Şәr qarışanda, nә olur axı, çıxırsan gәzmәyә, ya da qaçırsan, tәnha olduğunu unutmaq üçün dәnizә, külәyә yoldaş olursan?!

    Şәr qarışanda, ürәyindә baş qaldırır istәyin, qonağım olasan mәnim evimdә, qalasan gecәni, sәhәrәdәk yatmayasan…

    Susuram artıq, danışmayaq, qoy danışsın baxışların, mәn oxuyum, sonra susum, öpüb qucaqlayasan…

    Şәr qarışanda nә olur axı, qırmızı kәmşirin şәrab, qәlyan, siqaret, dumanlanır beyin, unudursan, boş verirsәn hәr şeyi, tәslim olursan ona, ayıq başla etmәdiyini edirsәn, susursan, iniltidir ancaq sәslәr vә pıçıltı…

    Şәr qarışanda nә olur axı?! Sirli gecә, batırıq şirin günaha, yeni bilik qazanırıq, bir tәcrübә olur bu da…

    Şәr qarışanda nә olur axı? Bәlkә kölgәnәm sәnin, şәr qarışanda, itirәm sәndә, yoxa çıxıram?!

    Şәr qarışanda nә olur axı?!Nә yaxını görürsәn, nә dә uzağı, nә önünü, nә arxanı…
    Qorxursan, içindә hәyәcan, ziddiyyәt, tәrәddüd edirsәn… Bәlkә dә sonra gәlәcәk peşimançılıq, düşsә yada, etdiklәrin şәr qarışanda, gecә yarısı, hava qaralanda…

    Şәr qarışanda nә olur axı?! Xeyir şәrә qarışır, şәr dә ki, mәnә…

    Sıxır әllәrin әllәrimi, röyadayam, xәyal qururam sәninlә bağlı, oyatma mәni, nә olar, olar?!

    Şәr qarışanda nә olur axı? Oyadırsan içimdәki vulkanı, yanardağam sanki, ya da ki, yanar od, axar su, әsәr külәk, bar verәr torpağımdakı bitki, ağaclar, canlı olduğumu hiss edәrәm o zaman, hәr fәsli yaşayaram şәr qarışanda öncә yazı ilk toxunuşunda, öpüş, kuliminasiya nöqtәsindә yay, sonra yorulursan sonuna yaxın, payız gәlir, sonra bitir, qışdır artıq…

    Şər qarışanda nə olur axı?! Hər gecəni olmursan xəyallarımda, röyalarımda, arzularımda, başlayıram darıxmağa…

  • Esmira RƏHİMLİ.”Dost var ki, xoş gününə xoş gündə havada gələr”

    Esmira

    Dost var ki, xoş gününə xoş gündə havada gələr,
    Dost da var dara düşsən dadına tufanda gələr.

    O kəs ki, ədəb gözləyər, tanıyar öz yerini,
    Öpər ustad əlini, başına irfan da gələr.

    Bayquşun banlamasıyla açarmı sübhi-səba?
    Səsi xarabada, ya çöllü-biyabanda gələr.

    Odur ki, ta binadan izni yoxdur gülzara,
    Bülbül istərsə bağa hər dəmdə, hər anda gələr.

    Ey əhdi, əqli zamin, ey əziz əhli-kamal,
    Min səhra anlamaz dağı, başı dumanda gələr.

    Əsməra, el dərdinə dəva tapıb çarə edər,
    Nə bəla gəlsə sənin canına dərmanda gələr.

    O5-V-2014

  • Esmira RƏHİMLİ.”Mən nadanlar əlindən dadi-bidad çəkərəm”

    Esmira

    Mən nadanlar əlindən dadi-bidad çəkərəm,
    Anlayar bu dərdimi bilər aqillər bilsə!

    Baş dolu ağıl ilə qalarmı biixtiyar,
    İstifadə qaydasını əgər cahillər bilsə?

    Saxlarmı xəznələri, gizlərmi pul-paranı,
    Dünyanın qiymətini məgər tacirlər bilsə?

    Qanımı dərdinə dəva bilir ellər mənim,
    Var dövlət toplamağa gələr qatillər bilsə.

    Möhkəm dayan, Əsməra, sən ki, haqq aşiqisən,
    Kafirlər iman bilər, haqqı batillər bilsə!

    08-VI-2014

  • Mais TƏMKİN.”Dünya”

    10646868_273655359498567_6620189188081019440_n

    Səni indiyədək eşitməyibsə,
    Çətin bundan sonra eşidə dünya.
    O qədər soyuqdur, yay vaxtı belə,
    Hey istər qəlbini üşüdə dünya.

    Bir məzlum könlünü ala bilməyir,
    Qolunu boynuna sala bilməyir…
    Əzəldən bir donda qala bilməyir,
    Düşdükcə çeşiddən-çeşidə- dünya.

    Haqsızlar dördnala çapır atıyla,
    Bürüyüb dünyanı alov, oduyla.
    Kəsir boğazını “islam” adıyla,
    Meydanı veribdi “işid”ə- dünya!!

  • Mais TƏMKİN.”Ağ adamları”

    10646868_273655359498567_6620189188081019440_n

    Hərəsi əlinə alıb bir silah,
    Yıxıb uçururlar, Ağa*, damları.
    Nə vaxt qurtararıq dərd-qəm əlindən,
    Bu Şuşa, Kəlbəcər, bu Ağdamları?

    Küncə sıxışdırıb əyrilər düzü,
    Təpələr bəyənmir nə dağ, nə düzü.
    Hər şeyin həyatda qaçıbdır duzu,
    Daha şit görünür, Ağa*, tamları.

    …Rəvamı, qorxağa qıyam- mətini*?
    Yaxşılar itirə öz qiymətini?
    Allah tez yetirib qiyamətini,
    Yığaydı bir yerə , axx, adamları.

    Hey qara çoxalır, ağ arta bilmir,
    Yer etsin özünə ağ, harda- bilmir.
    Dünyanın üzünü ağarda bilmir,
    Bu qara dünyanın ağ adamları.

  • Müzəffər MƏZAHİM.”Dünya duyğudur”

    mm

    Hərdən için-için göynər, sızıldar,
    Dolu sünbül kimi tətrəyər könül.
    Hər gecə bir həzin nəğmə pıçıldar,
    Kövrək duyğularım açılar dil-dil.

    Qərib durnaların son nəğməsi tək,
    Qəlbimdə son şerin yükü var hələ.
    Haçan hönkürəcək bu hissi ürək,
    Haçan üzüləcək bu son zingilə?

    Ömrümü yolların təşnəsi bilib,
    Görümlə düyümun körpüsü oldum.
    Qəlbimi məhəbbət çeşməsi bilib,
    Axıb damla-damla gözümə doldum.

    Gəzdim qarış-qarış aranı, dağı,
    Dünya başdan-başa yolmuş, iz imiş.
    Əyildim içməyə yandı dodağım,
    Bulaqlar yaralı maral gözüymiş.

    Dünyanı dərk edən ağılmı hissmi?
    Göz nədir, ürəklə görürmüş insan.
    Bir ömür yaşadım, yaxşımı, pismi?
    Yarısı həqiqət, yarısı gümün.

    Ətəkdə baharam, zirvədə qaram,
    Ucalıq dağların təkində imiş.
    Fikir yolçusuyam, söz zəvvarıyam,
    Kövrəklik könlümün kökündə imiş.

    Nəyə gücüm çatar ürəkdən özgə?
    Onu ovundurmaq asandır hələ.
    Mənə ümid olan el yanındasa,
    Əlim ətəyimdən uzundur hələ.

    Bir ovuc torpaqdır, bir içim sudur,
    Sinəmdə arzular bitirən ürək.
    Dünya düşüncəmə hopan duyğudur,
    Təbiət məni də dərk edə gərək.

  • Müzəffər MƏZAHİM.”Adam var ki…”

    mm

    Zəmanənin aşağıdan yuxarı,
    Qarışıbdır halal gəlir-çıxarı,
    Bu dünyanın tərsə düşüb axarı,
    Qurd qoyunun sayasına şellənir.

    Adam var ki, halalına güvənir,
    Adam var ki, kamalına güvənir,
    Adam da var cəlalına güvənir,
    Haram tutmuş mayasına şellənir.

    Çoxu istər ehkamları qıra bir,
    Alçalsa da, təki olsun sıra bir,
    Xəbəri yox, əldən gedib ar-abır,
    İtirdiyi hayasına şellənir.

  • Şəfa VƏLİYEVA.””Ömür” adlı məfhum anların vəhdətindən ibarətdir”

    1915291_748109358667106_2463672035380493579_n

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü,
    Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

    Biz hər nə qədər təsadüflərə inanmasaq da “ömür” adlı məfhum anların vəhdətindən ibarətdir. Hətta, xoşbəxtlik də bir anın hökmündədir. Insanlar öz anlarının dəyərini anlasa, o bircə anın qədrini bilsə təsadüflərin ona Tanrı ərməğanı olduğunu anlayar.
    Mənim həyatımda da Tanrı ərməğanı anların hakimliyi çox olub. Bu hakimiyyətlər bəzən xoşbəxtliyimin açarı, bəzən də həyatımın sonrakı davamının səbəbi olub. 2012-ci ilin üçüncü ayında belə təsadüflərdən biri idi. Martın 22-dən 23-nə keçən gecə Gəncə Şəhər Dəmiryol Xəstəxanasında ginekoloq Adilə Abbasovanın növbəsində xəstəxanaya getməyim də təsadüf idi… Onun əllərindən şəfa taparaq üz-üzə dayandığım ölümə zəfər çaldım. Səkkiz aydan çox Bakının bir çox özəl və dövlət xəstəxanalarında müayinə olunsam da mənə düzgün diaqnoz qoyulmurdu. Hər həkimin öz diaqnozu, öz yeni “evrikası” vardı. Və mənə düzgün diaqnozu da Adilə Abbasova təyin etdi. Müalicə isə sürətlə məni gələcəyə gedən yola istiqamətləndirdi. Cəmi iki ay ərzində Adilə Abbasovanın müalicəsi ilə mən sağlamlığıma qovuşmuşdum. Artıq dörd ildir ki, mən ürəklə Adilə Abbasovaya MƏNİM HƏKİMİM deyirəm. Hətta, 2013-cü ildə Yevlaxda yaşayan, evliliyinin 3-cü ilində ana ola bilməyən rəfiqəmi də həkimimin yanına apardım. Indi bir oğlu və bir qızı var.
    Adilə Abbasova savadlı ginekoloq kimi hər nə qədər mənimçün əvəzsizdirsə, onun mənə göstərdiyi qayğı, verdiyi ümidlər bu dəyəri ölçüsüz edir. Bütün həyatdan əl üzdüyüm anda belə Adilə Abbasova mənə :
    -Səninçün hər şey yaxşı olacaq!-deyib.
    Bir həkimin öz xəstəsinə göstərdiyi mehribanlıq müalicənin yarısıdır. Aradan dörd il keçib Adilə Abbasovanı mənə bəxş edən anın hökmündən. Hələ də günün istənilən saatında, hətta, gecə belə ona ürəklə zəng edib məsləhətləşə bilirəm. Məncə, bu böyüklükdə ürəyin qarşısında baş əyməyə dəyər.
    Adilə Abbasova Azərbaycan qadınlarının əl uzadınca əlini tutduğu, hayına çatdığı yerdədi: Gəncə Şəhər Dəmiryol Xəstəxanasında. Və onun sədasını dünyaya gəlişində yardımçı olduğu neçə-neçə körpənin səsində, öz sağlamlığına qovuşan Azərbaycan qadınlarının uğurlarında eşitmək heç də çətin deyil.
    Nə yaxşı ki, varsınız, MƏNİM HƏKİMİM!

    ( AYB və AJB üzvü, gənc yazar, Gəncə)

  • Şəfaqət CAVANŞİRZADƏ.”Sevginin gözləri” romanının XXXVI hissəsi

    12985435_986875234742846_1048039984923505815_n

    Camal telefonu söndürüb, otağın küncündə oğlunu qucaqlayıb qısılan Fidana yaxınlaşdı.

    – Elə bilirdin, sənə birdə əlim çatmaz? Görürsən elə də böyük şəhərdə yaşamırıq.

    Qaçırılanda qorxusundan ağlayan Yaşar hər şeydən xəbərsiz anasının qucağında bəlkə də ağlı-qaralı yuxu görürdü. Camal uşaq oyanmaması üçün asta danışırdı. Fidanın da ağlamaqdan gözləri qızarmışdı.
    Camal əliylə qurbanının üzünə toxunmaq istəyəndə Fidan sol əliylə onu itələdi. Camal otaqda ondan tapşırıq gözləyən təxminən özü yaşda olan kişiyə üzünü çevirdi:

    – Mən gələnəcən otağın qapısını açmayın. Heç su da verməyin. Tox günlərə necə öyrəşibsə əsir olduğu yadından çıxır. Əsir olduğunu biraz hiss eləsin.

    Kişi başını aşağı salmışdı. Nə Camala baxırdı, nə də Fidana. Camal otaqdan çıxanda o da çıxdı, otağın qapısını açarla bağladı.
    Balaca mətbəxin qapısı ağzında cavan qadın dayanmışdı. Camal qadına baxıb otaqda dediklərini yenə təkrarladı.

    – Allahın suyunu da vermirsiz. Mən gələnəcən bu qapı açılmayacaq. Pulunuz artıqlamasıyla veriləcək. O da mən deyənləri eləsəz.
    Kişi Camala qadına baxa-baxa arxayınlıqla dedi. – Arxayın ol.

    Qadın ərinin də, Camalın da gözləmədiyi sualı verdi.
    – Birdən polis gəlib eləsə, necə olacaq?

    Camal qadına cavab vermək istədi, dayandı. Kişiyə tərs-tərs baxdı, evdən çıxdı. Kişi də qadına tərs-tərs baxdı, Camalın arxasınca baxdı.

    Lamiyə Cəmiləni anasıyla evinə gətirdi. Cəmilə göz yaşlarını saxlaya bilmirdi. Heç vaxt ağlına gəlməzdi neçə il bir yastığa baş qoyan kişi onu belə alçaldardı.
    Oğlu da onu analıqdan silmişdi. Cəmiləyə ən çox təsir edən gəlini və qudası yanında bu vəziyyətə düşməsi idi. Lamiyə evdə işləyən köməkçiyə su gətirməsini tapşırdı.

    Lamiyə – Nəyə baxırsan? Su gətir.
    Köməkçi Cəmiləyə stəkanda su gətirdi. Cəmilə suyu içəndən sonra sakitləşdi. Üzünü Lamiyəyə tutub acıqla dedi:
    – Hər şeyin günahkarı sənsən. Hər şey sənin ucbatından oldu.

    Lamiyə ayağa qalxıb Cəmilənin qarşısında dayandı. Təəccüblə qaynanasına baxdı. Qızının yerinə Aynur sual verdi:

    – Başa düşmədim, siz yola getmirsiz, qızım nə etsin ona?
    Lamiyə anasına cavab verdi;

    – Ümumiyyətlə bunların evini də su da bassa məndən biləcəklər. Hər şeyin günahkarı sənsən Cəmilə xanım. Özündən başqa günahkar axtarma. Başımıza nə gəlibsə sənsən səbəbkar.

    Cəmilə dərindən nəfəs aldı, astaca ağlaya-ağlaya dedi: – Səfər hər şeyi bildi. Lamiyə – Nəyi bildi?
    Cəmilə – Təhminəylə Fidanı qaçırtmağımı

    Lamiyənin canına üşütmı gəldi, qorxmağa başladı.
    – Boynuna aldın?

    – Neyləməliydim? Narahat olma, sən də o evdə çox qalmayacaqsan.

    Aynur təəccüblə qızına baxdı; – Bu nə danışır?

    Lamiyə – Fikir vermə, ağlı qaçıb. Mən niyə o evdə qalmamalıyam? Mən ki, heç kimi qaçırtmamışam. Ola bilsin yaddaşınız zəifdir, mən xatırladım.Ərinizin məşuqəsiylə Fidanın qaçırılmağında günahım yoxdu. Sadəcə bilib susmuşam. Deyərəm məni hədələmisiz. İndiki vəziyyəti nəzərə alsaq, hamı mənə inanar.

    – Onsuzda oğlum səni saxlamayacaq – Lamiyə inadkarlıqla Cəmilənin sözünü kəsdi.

    – Onu sizdən başqa heç kim demir. Səfərin məni boşaması üçün səbəb yoxdu. Sizin eqonuz, insanlara yuxarıdan aşağı baxmağınız sizi bax belə tək qoydu. Hələ görəcəyiniz günləriniz qabaqdadır. Bunu sizə mən deyirəm.

    Ev telefonuna zəng gəlir. Hamı telefona baxır. Köməkçi qadın mətbəxdən çıxanda Lamiyə əliylə işarə elədi.

    – Özüm baxaram. Yəqin Səfərdi.
    Lamiyə telefona cavab verdi. – Allo
    Telefonun o biri tərəfindən tanış qadının səsi gəldi. – Salam.

    – Salam.
    – Cəmilə xanımı olar?
    – Kim idi soruşan?
    – Lətafət həkim

    Lamiyə udqundu, özünü itirmədi.

    – Evdə yoxdu. Nömrənizi verin gələndə deyim yığsın.

    – Özüm yığacam. Sağ olun.
    Lətafət dəstəyi yerinə qoydu. Şübhəylə telefona baxdı.
    Cəmilə ayağa qalxıb Lamiyəyə yaxınlaşdı.

    – Kim idi?

    Lamiyə diqqətlə qaynanasına, sonra telefona baxdı. Nə olur olsun bir yol tapmalıydı. Lətafət yenə zəng edəcək, bilirdi. Lamiyə diqqətlə anasına baxdı, həyəcanlıydı, ixtiyarsız gözləri doldu.

    – Zəng edən Fidan idi. Səfəri soruşurdu. Deməli Səfər Fidanla münasibətləri yenə davam etdirir? Siz Fidanla danışırsız?

    Cəmilə – Gic-gic danışma. Yəqin nəysə vacib işi var zəng edib.

    – Vacib işi? Deməli vacib işi var. Bəlkə də siz də danışırsız Fidanla. Ona görə Səfərdən boşanmağımı istəyirsiz. Bunu görməyəcəksiz. Heç kim bunu görməyəcək

    Lamiyə səsini yüksəltdi, ev telefonunu yerə çırpdı.

    Lamiyə – Niyə aləmi bir-birinə qatırsız?

    Cəmilə də, Aynur da qorxdular.

    Cəmilə bir addım geri çəkildi. Telefon iki yerə bölünmüşdü.

    Cəmilə – Neylədin ay qız? Sənin başın xarab olub?

    Lamiyə – Xarab eləmisiz. Əliniz nəyə dəyir məhv olur. Əl çəkin məndən.

    Cəmilə Lamiyənin üstünə gedəndə Aynur qolundan tutdu;

    – Dayan. Qızımı döymək istəyirsən?
    Cəmilə – Allah qızını öldürsün.

    Aynur – Elə səni öldürsün ki, aləmi qatırsan bir-birinə

    Evin köçəkçisi Cəmilənin yanına gəldi.

    Cəmilə- Rədd olun evimdən. Birdə sizi bu evdə görməyim. Bunlara bax. Vəziyyətimdən istifadə edirlər.

    Aynur – Günah sənə yaxşılıq edəndədir . Gərək səni elə o vəziyyətdə də qoyardıq.

    İkinci mərtəbədə otaqlardan birinin qapısı açıldı, orta yaşlı, dolu qadın otaqdan çıxdı. Aybənizin qızının dayəsi idi.
    Qadın qaşqabaqlı dedi: – Xanımlar, bir az sakit. Uşaq yatıb axı!

    Lamiyə anasına – Gedək ana. Bu qadından nə qədər uzaq dursaq o qədər yaxşıdır.

    Cəmilə – Pozğun.
    Aynur – Qızındır.Hər halda qızım qarnında uşaq gəlin köçməyib. Bəyaqda boşatmaq istədiyin əriylə tutduq. Restoranda!…

    Lamiyəylə anası evdən çıxdılar. Aynur həyətdən çıxa-çıxa deyinir.

    – Hardan ilişdik bunlara biz? O Fidanın da tapıb payını verəcəm.

    Lamiyə təəccüblə – Fidanla işin yoxdu. Zəng edən o deyildi.
    Aynur təəccübləndi. – Axı…

    – Yolda başa salacam

    Səfər həvəssiz atasıyla özünə mətbəxdə çay süzdü

    Kərimin gözləri qızarmışdı, siması əsəbdən elə bil dəyişmişdi. Səfərin gözündən atasının üzünün rənginin dəyişməsi qaçmadı.

    Səfər – Üzünün rəngi qaralıb elə bil. Gedək həkimə. Sənə görə narahatam ata.

    Kərim – İstəmirəm. Qoy ölüm, birdəfəlik canım qurtarsın.Ananın üzünü birdə görməyim.

    Səfər – Mənim anam yoxdu. Onu bu qapıya həsrət qoyacam.

    Kərim – Uduzmuşam. Neçə il yaşadığım qadın həyatda ən böyük əxlaqsızlığı elədi.

    Səfər – O vaxt nahaq Fidana inanmadım. Yazıq qızı pis vəziyyətdə yarıyolda qoydum. Elə mən də uduzdum ata. Çox heyf uduzdum. Cəmilə içində anam içində şeytanla yaşayırmış.

    Kərim Səfərin üzünə baxır.

    Səfər – O qadına birdə ana deməyəcəm. Ana belə olmur. Oğlunu,qızını bədbəxt eləmir. Aybənizin də əli var bu işdə?

    Kərim ah çəkdi – Bilmirəm. Təki olmasın. Boşanandan sonra çalışacam buralardan çıxıb gedim.Sabahdan hər yerdə yazacaqlar ki, Kərim Kərimov könüllü istefa verib. Jurnalistlərin əlinə əsl material keçdi.
    Səfər – Hara gedəcəksən?
    Kərim – Bilmirəm. Yəqin əminin yanına Sant-Peterburqa gedəcəm.

    Kərimin gözləri doldu. Səfər də kövrəldi. Ayağa qalxdı, atasının boynunu qucaqlayıb, başından öpdü.

    Eldar çarəsiz otaqda o başa-bu başa var-gəl edirdi.

    Qadir – Madam ki, Camalın ailəni sağ qoymayacağına belə əminsən, polisə zəng elə.
    Eldar – Polisə tutaq ki,zəng elədim. Buracan tapan adam polisi bilməz? Gec-tez zəng edəcək. Başa düşə bilmirəmdə, bu alçaq buranı necə tapıb.
    Qadir – Bəlkə izlətdirir?
    Eldar – Pulu hardan tapır. Onun gərək cibində siçanlar oynasın. O gün bir oğlanla gəlmişdin bizə. Adı nəydi onun?
    – Sərdarı deyirsən?
    – Hə. Belə etibarlı oğlandır? – Sərdar mərd oğlandı. Ondan arxayın ol.

    Eldar –İndiki vəziyyətdə heç kimə inana bilmirəm. Məndən asılı deyil.

    Eldarın telefonuna zəng gələn kimi Qadir tələsik dilləndi.
    – Zəng edirlər.
    Telefonun ekranında “Rəşad” yazılmışdı.
    – Rəşaddır.
    Eldar telefona cavab Verdi:
    – Alo. Yaxşıyam. Fidan? Yaxşıdır yəqin. Camal Fidanla uşağı qaçırıb. Hələ Təhminəyə heç nə demə. Siz nə vaxt qayıdırsız? Aeroportdasız? Elə bilirdim…Gözləyin, gəlirik.
    Eldar Qadirə – Gedək.

    Lamiyə ilə anası evə yaxınlaşanda Lamiyə dayandı.
    – Qorxuram evə girməyə. Bəlkə Cəmilə nəysə deyib?

    – Qorxma, ata-balanın indi onu görməyə gözləri yoxdur. Səsini eşitsələrdə telefonu adboy verəcəklər. Sən anana inan. İşdir,görürsən üstünə gəlir, Fidanı at ortalığa.

    Lamiyə üzünü buruşdurdu – Sonra qızışıb Fidanı axtarmağa getsin?
    Aynur – Gedə bilməz. Fidanın əri var. Narahat olma. Allah bilir, Fidanın əri çoxdan evlərini satıb.
    Lamiyə təəccübləndi: – Başa düşmədim, evini niyə satır?
    – Demirsən özündən böyükdür?
    – Hə
    – Qorxusundan. Qısqanclıqdan!

    Lamiyə dərindən nəfəs alıb evinə tərəf getdi.
    Aynur – Narahat olma, yanındayam. Özünü də ələ al.

    Aynur qapını açıb içəri girəndə Səfər mətbəxdən qapının səsini eşitdi, ayağa qalxdı.
    Səfər – Lamiyəgil də gəldi.

    Kərim – Anasının yanında heç nə demə. Aynur araya girib, fikirlərini qarışdırar.

    Səfərlə atası mətbəxdən çıxdı. Lamiyə qorxusundan həyəcan keçirirdi.

    Lamiyə – Cəmilə xalanı anamla evə apardıq. Ona görə gecikdik.
    Aynur mətbəxdən çıxan Kərimi görüb ürəkləndi.

    – Kərim qardaş, nə olub axı? Cəmilə də heç nə demədi. Özünü çox pis hiss edirdi. Həkim çağırmaq istədik, razı olmadı.
    Səfər Lamiyənin gözlərinin içinə baxır.
    – Anam sizə heç nə demədi?
    Lamiyə – Əksinə, ancaq ağlayırdı.
    Səfər – Çıxaq yuxarı. Sənə sözüm var.
    Kərim Aynura – Gəlin biz də mətbəxdə çay içək. Buyurun.

    Lamiyə ilə Aynur bir-birilərinə baxdılar. Lamiyə pilləkənləri astaca qalxdı. Səfər də onun ardınca. Otaqlarına girənəcən Aynur onlara baxırdı.
    Səfər qapını bağlayanda Lamiyə çoxdan yataqda oturmuşdu.

    Səfər – Lamiyə, anama niyə demisən ki, atam Təhminəyə zəng edib?
    Lamiyə – Kim? Mən?
    Səfər – Səbrimi yoxlamaq üçün yalan danışma. Bu söhbəti atam, mən, bir də sən bilirdin?
    Lamiyə udqundu, özünü itirmədi. – Onu mən yox, Fidan deyib anana.
    Səfər təəccübləndi.
    – Ay qız Fidanın nə dəxli var məsələyə?
    Lamiyə ağladı, göz yaşları üz-gözünü islatdı.
    – Çox dəxli var. Fidanla anan danışır. Bugün də orda olanda zəng eləmişdi. Telefona özüm cavab verdim. Səni soruşurdu. Utanmır, ailəli qadındı, ailə dağıdır.

    Səfər təəcüblənir, Lamiyənin dediklərinə şübhəylə yanaşır.

    – Sən nə danışırsan? Pis vəziyyətdə qalıb şər atırsan?

    Lamiyə – Anandan soruşarsan. Fidan səni soruşurdu Səfər. O evli qadındır, səninlə, ananla niyə danışmalıdır?
    – Gic-gic danışma. Onun mənimlə heç bir söhbəti yoxdur.
    Lamiyə – Səni soruşurdu Səfər. Dedim yoxdur. Arvadın olduğumu başa düşən kimi telefonu üzümə adboy verdi.
    Səfər – Danışdıqlarının heç birinə inanmıram.
    Lamiyə – Anandan soruşarsan.
    Səfər ” Mənim elə anam yoxdur ” demək istədi, dayandı.
    Lamiyə – Guya hər şeyə sıfırdan başladıq. Guya xoşbəxt olacaqdıq. Sən hələ də keçmişində ilişib qalmısan.
    Səfər – Yadından çıxartma, Fidanı sevdiyimi bilə-bilə evlənmisən mənimlə. Tələyə salmısan
    Lamiyə – Nə yaxşı səni sevməkdən başqa günahım olmayıb yanınızda.Çoxdan qapının ağzındaydım
    Səfər – Danışığına fikir ver. Az səhvlər eləməmisən.

    Lamiyə – Mənim başqa nə səhvim olub Səfər? De bilim. İçkili vəziyyətdə sən yaxın gəlmişdin mənə. Nə sən, nə də mən bir-birimizi zorla yatağa salmamışdıq.

    Səfər – İyrənc-iyrənc sözləri dilinə gətirib, məni əvvəlki Səfər eləmə. Fidan inanmıram anamla danışsın. On ən böyük pisliyi elə anam edib.

    Lamiyə – Görünür bağışlayıb. Anam da yanımdaydı. Zəng edən Fidan idi.

    Lamiyə üzünü ovcunda gizlədib hönkürtüylə ağlayanda Səfər qapını açdı, otaqdan çıxdı. Səfər mətbəxə gəlib qaynanasının qarşısında əyləşdi.

    Səfər – Aynur xala, bugün Fidan bizə zəng eləmişdi?
    Aynur – Hə,eləmişdi. Telefona Lamiyə cavab verdi. İkiniz də evlisiniz. Düzü,səndən gözləməzdim.

    Kərim təəcüblə oğluna baxdı:
    Kərim – Sən Fidanla yenə danışırsan?
    Səfər – Mən yox. Görünür anam danışır. Hərçənd inanmıram anamla da danışsın. Yəqin nəysə olub, zəng edib. Hər halda öyrənəcəm.

    Aynur – Fidanla danışacaqsan?
    Kərim – Fidanla lazım deyil. Başına iş açarsan. Əri başqa cür başa düşər.
    Səfər Aynurun da dediklərinə inanmır. Şübhəylə qaynanasının gözlərinin içinə baxır.Səfərin baxışlarından sıxılan Aynur gözlərini ondan yayındırmaq çalışırdı.

    Yaşar Fidanın qucağında ağlayırdı. Fidan uşağını sakitləşdirməyə çalışsa da xeyri yox idi. Yaşarı sakitləşdirmək olmurdu. Həmişə yuxudan oyanan kimi uşağa şirin çay verirdi. Yaşar sussuzdan ağlayırdı. Fidan ayağa qalxdı, Yaşarı qucağında yellədə-yellədə qapını döydü.

    – Kimsə var evdə? Xahiş edirəm, kimsə varsa, cavab versin. Oğluma şirin çay lazımdır. Hələ uşaqdır, yalvarıram, heç olmasa su verin. Şirin çay olmasa da olar.

    Fidana cavab verən yox idi. Qadın mətbəxdə kartof soyurdu. Fidanın yalvarışlarına pis olurdu, lakin Caamalın qorxusundan qapıya yaxın dura bilmirdi. Yaşarın çığırtısından Fidan ağlayırdı.
    – Uşağın çığırtısını eşidirsiz? Özümə görə heç nə istəmirəm. Yuxudan oyanıb. Acdır, sussayıb. Heç olmasa termosunu verim, ilıq su verin. Yalvarıram, insafa gəlin.

    Fidan hönkürtüylə ağladı.Daha oğlunu sakitləşdirmirdi. Çarəsiq qalıb qapıdan uzaqlaşdı,kürəyini divara söykəyib yerə oturdu. Fidanın özünün də gözləmədiyi bir şey oldu. Qapı açıldı, orta yaşlı bir qadın əlində su dolu qrafinlə otağa girdi.

    Qadın – Termos hanı?

    Fidan ayağa qalxdı, uşaq çantasının içindən termosu çıxardıb qadına uzatdı. Qadın termosun ağzını açıb qrafindəki suyu içinə tökdü.
    Fidan – Çox sağ ol. Yaxşılığını heç vaxt unutmaram.

    Qadın soyuqqanlıqla – Bu barədə heç kimə heç nə demə, olsun ən böyük yaxşılıq.

    Fidan – Narahat olma, aramızda qalacaq.

    Qadın otaqdan çıxıb, qapını arxadan bağladı.

    Yolda Təhminə eşitdiyi xəbərdən göz yaşlarını saxlaya bilmirdi. Rəşad onu sakitləşdirməyə çalışdıqca daha çox ağlayırdı.

    Təhminə – Başa düşmürsüz. Mən Camalı çox yaxşı tanıyıram. Onu mənim qədər heç kim tanıya bilməz. Onun məqsədi qisas almaqdır.

    Maşını Qadır sürürdü.
    Qadir – əgər o adam pul istəmirsə, bunu dilimə gətirmək istəmirəm, məqsədi qisasdırsa, Fidanı da, uşağı da öldürə bilər. Yaxşısı budur, polisə zəng edək.

    Rəşad – Məncədə polisə xəbər etmək məsləhətdir.
    Eldar – Bilmirəm. Bu əclaf Fidanı tək başına qaçıra bilməzdi. Ona kimsə kömək edir. Düşmənimiz kimdirsə, Camaldan da təhlükəlidir. Bizi camalın əliylə vurur. Qadir, sənin dediyin o cin Həsən kimdir?

    Rəşad təəccüblə – Cin Həsəni tanıyırsan?

    Eldar Rəşada baxdı: – Sən tanıyırsan ki?
    Rəşad – Onu mənim kimi heç kim tanıya bilməz. Zalımın oğlu, işi görəndədə təmiz görür. İynəni yerin dibində də olsa tapıb çıxardır.

    Eldar – Hardan tanıyırsan?
    Rəşad – Maşınımı vurmuşdu. O vaxtdan münasibətlərimiz var. Sonra bir-iki işə görə onu bəzi adamlara calamışdım. Çox pul istəyəndir, amma dəyər. Nömrəsi var məndə.
    Təhminə – Neynirsiz edin, bircə Fidanı tez qurtarın.

    Eldar telefonunu Rəşada uzadır.
    Eldar – Al telefonu, zəng elə Həsənə. Nə qədər lazımdırsa verəcəm. Əclafın yerini yerini iyirmi dörd saata öyrənsin.

    Rəşad telefonu Eldardan alır. Cibindən öz telefonunu çıxardır.

    Axşam çağıdır. Lamiyə ilə anası şam yeməyini hazırlayırlar. Kərim otağında uzanmışdı. Evin qapısı döyüldü. Səfər qapını açdı, gələn Aybəniz idi.
    Aybəniz – Salam. Necəsiz?
    Səfər – Yaxşı gəldin. Mən də sənə zəng edəcəkdim.
    Aybəniz – Xeyirdimi? Nə olub?

    Aybəniz əslində valideyinləri üçün yox, özü üçün gəlmişdi.

    Səfər – Xəbərin varda, atamız istefa verib?
    Aybəniz eşitdiyi xəbərə çox pis oldu: – Ola bilməz. Heç yeriydi?
    Səfər – Anandan da boşanır.
    Aybəniz – Elə danışırsan ki, elə bil ana ayrı, ata birik. Anandan nədi daha?
    Səfər – Mənim o adda anam yoxdur. Silmişəm o qadını analıqdan.

    Aybənizin lap hövsələsi darıxır.

    Aybəniz – Nə olub axı? Niyə belə danışırsan?

    Bu zaman Lamiyəylə mətbəxdən çıxıb qonaq otağına gəldi.

    Səfər – Sən ananın Fidanla Təhminəni oğurlatdırdığını bilirdin?

    Aybəniz eşitdiklərinə inana bilmir.

    Aybəniz – Necə?

    Aynurda qonaq otağına gəldi.

    Aynur – Aybəniz, qızım, yoldaşın niyə gəlmədi?

    Səfər də, bacısı da Aynura baxdı.

    Səfər maraqla; – Yoldaşı bura niyə gəlməlidir?

    Lamiyə – Günorta restoranda gördük. Düşündük ki, barışıblar.

    Səfərin hirsindən az qala gözləri qanla dola. Hirslə bacısına baxdı. Aybəniz qorxusundan udqundu.

    Fidan uşaq butulkasında oğluna su verdiyi üçün Yaşar sakitləşmişdi. Fidan yumru qabın ağzını açdı. Oğlunun yeməyini hazırlamalıydı.
    Bu zaman Camalın yanında gördüyü kişiylə qadının səsini eşitdi. Yaşar yerdə oturmuşdu, Butulkasıyla oynayırdı. Fidan qapıya yaxınlaşdı, qulağını qapıya yaxınlaşdırdı ki, nə isə eşidə bilsin.

    Mətbəxlə Fidanın bağlı qaldığı otağın məsafəsi yaxın olduğundan danışdıqlarını eşitmək çətin deyildi. Kişi qadını danlayırdı.
    Kişi – Sənin başın qaçıb? Niyə su verdin? Camal bilsə, bizim üçün yaxşı olmayacaq. Nə tapşırmışdı?
    Qadın – Sən deməsən,mən deməsəm hardan biləcək? Uşağın çığırtısını eşitsəydin, sən də verərdin.
    Kişi – Verməzdim. Axırıncı dəfə olsun. Gedirəm, su qabını götürəcəm. Heç kimin balası mənim balamdan artıq deyil.

    Kişi mətbəxdən çıxanda Camalı qarşısında gördü. Camal ər-arvadı diqqətlə süzdükdən sonra dedi:
    – Deyəsən arvadına sözün keçmir.

    Kişinin rəngi qaçdı.
    – Anadır, uşağın almağına ürəyi dözməyib. Bu dəqiqə su qabını götürərəm.

    Kişi Fidan olan qapıya yaxınlaşdı. Fidan termosu yerdən götürdü. Yaşarı da ucağına alıb divara qısıldı. Kişi qapını açdı. Camal da, kişi də otağa girdilər.
    Kişi Fidana yaxınlaşanda Fidan üstünə acıqlandı.
    – Yaxınlaşma. Sənə yaxın durma deyirəm.

    Kişi termosa əl atanda Fidan qışqırdı.
    – Toxunma. Oğlumun suyudur, toxunma.

    Anasının səsindən və həyəcanından Yaşar da qorxdu və ağlayaraq çığırdı.
    Fidan kişinin əlini dişlədi.Kişi əlini çəkdi. Camal Fidana yaxınlaşıb termosu əlindən aldı.
    Fidan Camala qarğış elədi – Səni görüm bir damla suya həsrət öləsən Camal. Ay əclaf, uşağın günahı nədi?

    Camal – Mən deyəni edənəcən belə olacaq?

    Camal kişiyə çıxması üçün işarə edir. Kişi otaqdan çıxır və qapını örtür.

    Camal – Nə vaxt ki, özünü könüllü mənə verəcəksən, onda su da olacaq, yemək də.

    Fidan – Oğraş, tələsmə, Eldar gec-tez payını verəcək. Bu dəfə sənə yazığı gəlməyəcək.
    Camal – Mən şərtimi dedim. Yoxsa oğlunun meyidini göndərəcəm ona.

    Camal ağır addımlarla otaqdan çıxdı. Fidan çığıran oğluna baxır, onu sakitləşdirməyə çalışırdı…

    Ardı var…

  • Esmira RƏHİMLİ.”Sevgiyə cavab ver!” (Hekayə)

    Esmira

    Sentyabr ayı idi. Anamın heç cür bağdan ayrıla bilməməsi ucbatından düz on bir gün dərsdən qalmışdım. Ürəyim darıxırdı, şəhərə getmək istəyirdim. Səkkizinci sinifə keçmişdim. Yox, dərs ilinin başlanmasına sevinmirdim. Müəllim danlayacaqdı, ona görə.
    Söhbətdən belə başa düşürdüm ki, getməyimizə az qalıb, artıq maşın danışıblar. Bağda olduğumuz üç ay ərzində bir ərik, beş nar ağacına və üzüm tənəklərinə şəxsən özüm qulluq eləmişdim. Avqust ayının sonuncu gününə kimi onları budamış, suvarmışdım. Daha payız gəlirdi. Quluğa ehtiyacları yox idi. İndi onları təbiət özü suvaracaqdı.
    Növbə kəsilməsi lazım olan quru ağaca çatmışdı. Nə vaxtdan quruduğunu xatırlamırdım. Onu həmişə belə görmüşdüm. Təxminən bir metr yarım boyu olardı. Gövdəsi çox qalın olmasa da mişarlamağa gücüm çatmayacağını anladım. Atama: – Gəl bu ağacı kəs – dedim. Mənə, – Sonra! – deyib başından elədi.
    Əlimi uzadıb budaqlarından birini qırmaq istədim. Qırılmadı, əyildi. Hələ də elastik idi. “Deməli bu agac qurumayıb?”– deyə düşündüm. Onu sığalladım. Bütün gövdəsini mamır örtmüşdü. Züm-zümə eləyə-eləyə mamırları dırnaqlarımla qaşıyıb tökdüm. Dibini belləyib yumşaltdım. Gün batana yaxın onu suvardım. Təxminən on gün olardı ki, onun hamarlaşıb gözəlləşmiş gövdəsini sığallayıb başqaları yox, təkcə o eşitsin deyə lap yaxından ona mahnı oxuyurdum. Yavaş-yavaş dirçəlirdi. Budaqlarında xırda, yaşıl tumurcuqlar görmüşdüm.
    Artıq həsrətlə gözlədiyim maşın gəlib çıxdı. Atam şəhərə aparacağımız çantalarımızı maşına qoymaq üçün götürdü. Anam evin qapısını bağlayıb mənə yaxınlaşdı: – Bu gavalı ağacı imiş. Çiçəklərindən tanıdım – dedi. Təəccüblə: – Məgər burda gavalı ağacı var? – deyə soruşdum. Əli ilə göstərib: – Arxaya dön bax, sənin ağacın! – dedi. Dönüb baxdım. “Mənim ağacımın” budaqlarında təxminən beş-altı ədəd alma ağacının çiçəkləri boyda, tünd çəhrayı rəngdə çiçəklər var idi. Əvvəlcə gözlərimə inana bilmədim. Axı payızda ağac çiçəkləməz! Sonra anladım ki, onun mənə qoşulub “sevirəm yar, səni mən yar” deyə mahnı oxumaq üçün dili yoxdur. Lakin o, mənim sevgimə cavab vermişdi. Çiçəkləri ilə!

  • Esmira RƏHİMLİ.”Qaşları can alan xəncər, gözləri qövğadır, dedi”

    Esmira

    Qaşları can alan xəncər, gözləri qövğadır, dedi.
    Soruşdum bu nə cövlan? İnsafsız davadır, dedi.

    Bax ki, viran can evim, rəhm eylə, aman dilədim,
    Söylədi, nə viranə, qəsri Züleyxadır, dedi.

    Bu zülmü-cövr ilə dar qəfəsdə ağlar ürəyim,
    Hər kəs heyranı olan bülbülü-şeydadır, dedi.

    Busə ver, köz-köz olan bağrıma məlhəm eləyim,
    Güldü, bu nə xam xəyal, bu nə xam sevdadır, dedi.

    Ey dildar, həmdəmim ol, səhraya sərin su ələ,
    Sənin ki tək sirdaşımn xaliqi-mövladır, dedi.

    Dedim bir gəl bu bağa, bağban ol, bağın olaram,
    Gəlmədi, bu nə fitmə, nə qanlı fətfadır, dedi.

    Əsməra, söylə necə dərdimə dərman eləyim?
    Sənin o dərd bildiyin dünyaya zibadır, dedi.

    20-08-2015

  • Mais TƏMKİN.”Nəzmə çəkib yazam, Qadın!!”

    10646868_273655359498567_6620189188081019440_n

    Canındakı ağrılardan,
    Cana doyub bezən qadın.
    Can verməyə Əzrayılı
    Gecə-gündüz gəzən qadın.

    Gözündəki nə yağışdı?
    Bu nə çöhrə, nə baxışdı?
    Duan özünə qarğışdı.
    Ay könlümü üzən, Qadın!

    Bir görmədim üzün gülə,
    Ağı qondu dodaq, dilə.
    Ağrılara ildən-ilə
    Tab gətirib, dözən qadın!

    Zalım ağrı bütün günü,
    Kəsib doğrayır ömrünü.
    Əlim gəlməz ki, ölmünü,
    Nəzmə çəkib yazam, Qadın!!

  • Mais TƏMKİN.”Sən də havalısan, mən də havalı”

    10646868_273655359498567_6620189188081019440_n

    Hər dərdə, möhnətə dözürük elə,
    Eşqin dəryasında üzürük elə.
    Mən sənsiz, sən mənsiz-gəzirik elə,
    Dolaşır səsimiz bəmdə havalı,
    Sən də havalısan, mən də havalı.

    Çəməni adlayıb, bağı aşıram,
    Solu ötürürəm, sağı aşıram.
    Dərəni keçirəm, dağı aşıram,
    Gəzirəm dumanda, çəndə havalı.
    Sən də havalısan, mən də havalı.

    Baxma ki uzaqdır gözüm gözündən,
    Əlim tellərindən, üzüm üzündən,
    Ruhum səndə qalır, canım özümdə,
    Gəlirəm pərişan kəndə- havalı,
    Sən də havalısan, mən də havalı.

    Göylərə od qalxır könül ahımdan,
    Yandırdım hər yanı, keç günahımdan.
    Yaradan Tanrının haqq dərgahında,
    Varmı, bizim kimi bəndə- havalı?
    Sən də havalısan, mən də havalı.

  • Müzəffər MƏZAHİM.”Nilgil haçan soyuyubdur?..”

    mm

    Şəhidlərimizə

    Al qanınız bu torpağa qarışdı,
    Qismətiniz bəxtinizlə barışdı,
    Sizi gələn hər əsgərdən soruşdu,
    Təkcə ana inanmadı, aman, hey…

    İllər, yaman vəfasızsız, ay illər,
    Dünən axı, qönçə idi bu güllər,
    Nisgil haçan soyuyubdur, ay ellər,
    Ömrü boyu yanacaqdır yanan, hey…

    Haray salmaz, ürək dərddən kiriyər,
    Tüstülənməz, yanar, yanar, əriyər,
    Daş-divarlar ayaq açıb yeriyər,
    Bir anaya dar gələndə cahan, hey…

    Ana çəkər dağdan ağır bu dərdi,
    Dağ dərdini dağ çətin ki, çəkərdi,
    Yetim görüb bürüyərdi, bükərdi,
    Bu nisgili zaman adlı duman, hey…

    Xəzan keçər, qar ələnər yollara,
    Qəm sığışmaz qucaq-qucaq qollara,
    Bahar gələr yamaclara, yallara,
    Mürgüləyər zirvədə bir güman, hey…

  • Müzəffər MƏZAHİM.”Sevinc də qəmdən yorulub”

    mm

    Şair Fərqanə Mehdiyevanın “Daş yonanla söhbət”
    şerini oxuyarkən.

    Ümid toxu sözlərimdən,
    Kədərli, qəmli şerinə.
    Nəm qarışır gözlərimdən,
    Bu kövrək, nəmli şerinə.

    Sevinci yuxutək yozma,
    Qəlb möhtacdır təsəlliyə.
    Dərdi belə gözəl yazma,
    Dərd öyrəşər gözəlliyə.

    Bu gərdiş belə qurulub,-
    Qalarmı heç daş yonan ac?
    Sevinc də qəmdən yorulub,
    Hərdən ona qəlbini aç.

    Sevinc ürkək, qəm ərklidir,-
    Vəsf edirsən acı-acı.
    Onsuz da dərdin şəklidir,
    Gördüyümüz dünya, bacım.

  • Azərbaycan Dövlət Aqrar Universitetində “Respublika Günü” qeyd edilb

    Azərbaycan Dövlət Aqrar Universitetində 28 may “Respublika günü”nə həsr olunan “Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir” adlı tədbir keçirilib.
    Azərbaycan Dövlət Aqrar Universitetinin mətbuat xidmətindən Ədəbiyyat-Az.Com bildirilib ki, tədbiri giriş sözü ilə Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov açıb. Deyib ki, Şərqdə ilk dəfə demokratik dövlət quruluşunu yaradan AXC İstiqlaliyyətimizi elan edib və xalqımızın müstəqillik əzmini bütün dünyaya çatdırıb. Lakin buna baxmayaraq bu müstəqillik cəmi 23 ay davam edib. XX əsrin sonunda Azərbaycan xalqının yenidən müstəqillik əldə etməsi xalqımızın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsindən sonra reallığa çevrildi. Bu gün Ulu öndər Heydər Əliyevin ideyalarını layiqincə davam etdirən ölkə prezidenti Cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasətin nəticəsində Azərbaycan dövləti dünyanın lider dövlətləri cərgəsinə qoşulub, ölkəmiz sabitlik və inkişaf edən ölkəyə çevrilib.
    Universitetin prorektoru A. Qasımova , “İctimai elmlər və Multikulturalizm ” kafedrasının müdiri, dosent A. Bayramov, həmin kafedranın müəllimləri-dosent N.Əlizadə, baş müəllim S.Qasımova, müəllim. S.Abdullayeva, Aqrobiznes və idarəetmə fakültəsinin III kurs tələbəsi G. İbrahimova 1918- 1920- ci illər AXC- nin dövründə iqtisadi , siyasi və mədəni sahədə qəbul edilən qanunlar haqqında məruzə ilə çıxış ediblər və AXC- nin qurucuları Fətəli xan Xoyski, Ə.Topçubaşov, N.Yusifbəyli, H.Ağayevin əvəzsiz tarixi xidmətlərini, qədim və zəngin, keçməkeşli tariximizdə 28 may Respublika gününün özünəməxsus yerinin olmasını xüsusilə qeyd ediblər. 1918- ci il mayın 28- də iclasa rəhbərlik edən mütəfəkkir Həsən bəy Ağayevin gəncəli olmas, 1918-ci ilin sentyabr ayının ortalarınadək Gəncənin AXC-nin paytaxtı olması və Azərbaycan xalqının qəhrəmanlıq tarixində gəncəlilərin böyük rolu xüsusilə vurğulandı.

  • Göyçayda vətənpərvərlik mövzusunda sərgi keçirilib

    [url=http:// edebiyyat-az.com/]Ədəbiyyat-Az.Com[/url] xəbər verir ki, mayın 26-da Göyçay Gənclər Mərkəzinin qarşısında Vətənpərvərlik mövzusunda yeniyetmə və gənclərin əl işlərindən ibarət sərgi keçirilib.
    Sərgidə Göyçayın təhsil müəssisələrində təhsil alan gənclərin maraqlı əl işləri nümayiş olunub. Həmçinin sərgidə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev də iştirak edib və əl işləri ilə tanış olub. Gənclərin bacarıqlarını dəstəklədiyini bildirib.

    Elnarə GÜNƏŞ,
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının xüsusi müxbiri,
    Göyçay rayonu

  • “Səni tərənnüm edirəm, doğma Azərbaycanım!” mövzusunda inşa yazı müsabiqəsi keçirilib

    [url=http:// edebiyyat-az.com/]Ədəbiyyat-Az.Com[/url] xəbər verir ki, mayın 26-da İsmayıllı rayon Gənclər və İdman İdarəsi və təhsil şöbəsinin birgə təşkilatçılığı ilə 28 May – Respublika günü münasibətilə ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında “Səni tərənnüm edirəm, doğma Azərbaycanım!” mövzusunda inşa yazı müsabiqəsi keçirilib.
    Heydər Əliyev Mərkəzində keçirilən müsabiqədə 13 məktəbdən 25 şagird iştirak edib. Müsabiqəyə böyük həvəslə qoşulan iştirakçılara bir saat vaxt verilib. Hər bir şagird öz bilik və istedadı ilə özünəməxsus tərzdə Azərbaycanımızı tərənnüm etməyə çalışıb.
    Yaradılan xüsusi komissiya təqdim olunan inşa yazı müsabiqələri ilə əlaqədar yekun qərar qəbul edəcək. Qərar mayın 28-də bayram günü elan olunacaq. Qalib gələn ilk üç yerin sahibi İsmayıllı rayon Gənclər və İdman İdarəsinin diplomları və qiymətli hədiyyələri ilə təltif ediləcək.

    Elnarə GÜNƏŞ,
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının xüsusi müxbiri,
    İsmayıllı rayonu

  • “Gül” kitabının imza günü keçiriləcək

    yenikitab

    [url=http:// edebiyyat-az.com/]Ədəbiyyat-Az.Com[/url] xəbər verir ki, mayın 29-da saat 14:00-da “Kitabevim.az”da Gülnar Səmanın “Gül” kitabının imza günü olacaq. Gülnar Səma AMEA-nın Ədəbiyyat İnstitutunun doktorantı, AYB və DGTYB-nin üzvü, Prezidentin təqaüd fondunun təqaüdçüsü, Gənclər və İdman Nazirliyinin mükafatçısı, “Hədəf” hazırlıq kurslarının müəllimidir. Kitab Azərbaycan Yazıçılar Birliyinin “aybKitab” layihəsində nəşr edilmişdir.
    “AybKitab” layihəsinin rəhbəri AYB-nin mətbuat katibi Xəyal Rzadır. Kitaba ön sözü müəllifin elmi rəhbəri filologiya üzrə elmlər doktoru Vaqif Yusifli yazmışdır. Kitabın redaktoru AYB-nin üzvü İbrahim İlyaslı, rəssamı isə Nəvai Metindir. Lirik şeirlər toplusu olan kitab “Dəli sevda” və “Bir dünya” fəsillərinə bölünür. Kitaba müəllifin daha çox son dövrlərdə yazdığı əsərlər daxil edilmişdir.
    Qeyd edək ki, “Gül” kitabının mayın 3-də AYB-də təqdimatı keçirilmişdir.Maraqlanan hər kəs kitabın imza gününə dəvətlidir.

    Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Puşkin küç 32 a, AK Center II mərtəbə

  • Remzi ZENGİN.(Türkiye Cümhuriyyeti, Tokat).Muhteşem şiirler

    10498648_1088017144548624_2375876398071380324_o

    Tokat Şairler ve Yazarlar Derneği Başkanı,
    Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temsilcisi

    Dedim-Dedi

    Dedim: Güzel sana yandım
    Dedi: Sanma, sana kandım
    Dedim: Ben nasıl aldandım?
    Dedi: Aldanmasa idin

    Dedim: Ne inat edersin
    Dedi: Bıktıysan gidersin
    Dedim: Severim, bilirsin
    Dedi: Vurulmasa idin.

    Dedim: Gel bırak şu nazı
    Dedi: Çok uzattın sözü
    Dedim: Sevmez misin bizi?
    Dedi: Ümitlenmeseydin

    Dedim: Gel bile gidelim
    Dedi: Yâranı nidelim?
    Dedim: Boş ver, terk edelim
    Dedi: Bunu doğru dedin

    Dedim: Remzi’yi küstürme
    Dedi: Kimseye sezdirme
    Dedim: Garibi bezdirme
    Dedi: Usanmasa idin.

    (5/4/1972- Ankara)

    Deniz Ve Nefs

    Deniz azgın bir canavar
    Sanki karada hıncı var

    Almak için saldırıyor
    Hiç durmadan yırtınıyor

    Kükrüyor bir aslan gibi
    Görünmüyor, derin dibi

    Düşerse insan eline
    Yazık olur, vah haline

    Dalgalar sahile vurur
    Rüzgâr estikçe kudurur

    Oyar, demez bu taş kaya
    Zaman da hep ondan yana

    Herhalde ikisi birlik
    Karanın köküne kibrit

    Ekmek için anlaşmışlar
    Hücum edip durmaktalar

    İnsan nefsi de böyledir
    Zayıf insan nefse köledir

    Düşersen nefsin eline
    Kargalar güler haline

    Nefsi boş bırakmıycaksın
    Ağzına gem vuracaksın

    Arttıkça nefsin hücumu
    Yalatırsın boş avcunu

    Nefs istedikçe dünyalık
    Ona her gün cefa lâyık

    Nefis de deniz gibidir
    İnsanoğlu bir gemidir

    Akıl onun dümenidir
    Fikir onun yelkenidir

    Kapılmazsan nefs eline
    Varırsın hak sahiline

    Orda necat bulursun sen
    Nasihatimi dinlersen

    Remzi’nin sözü bu kadar
    Tutmazsan çekersin zarar

    (17 Kasım 1981 Salı)
    (Sinop)