Blog

  • Nail DAĞLAROĞLU.”Sevirəm, sevirəm, sevirəm səni”

    10671462_1506906362912856_7090846000264678093_n

    İcazə ver deyim sözün doğrusu,
    Qoy olum üzündən busə oğrusu.
    Ürəyimin bəlkə keçə ağrısı,
    Qulaq as sözümə incitmə məni,
    Sevirəm, sevirəm, sevirəm səni.

    Xumar baxışlara heyran olmuşam,
    Sənsizlikdən xəzan kimi solmuşam.
    Nə müddətdi mən də sənsiz qalmışam,
    Sənsiz çoxalıbdı saçımın dəni,
    Sevirəm, sevirəm, sevirəm səni.

    Sən eşid Naili yaxın gəl gülüm,
    Sənsiz qalsam vaxtsız bükülər belim.
    İsti əllərinə gəl yetsin əlim.
    Dağıt xəyalımdan dumanı-çəni,
    Sevirəm, sevirəm, sevirəm səni.

  • Elnur RƏSULOĞLU.”İçində”

    elnurresuloglu

    Gecə qonaq idin yuxuda mənə,
    Qapımı döyürdün qorxu içində.
    Bildim ki, bu sənsən duycaq ətrini,
    Ətirlər içində, qoxu içində.

    Yox oldun baxmamış gözlərinə mən,
    Səni tapdım düşüb izlərinə mən,
    Başımı qoymuşdum dizlərinə mən,
    Yuxuya getmişdim yuxu içində.

    Yuxudan oyandım, ayıldım sənsiz,
    Dözmədi ürəyim bayıldım sənsiz,
    Bir dəli, divanə sayıldım sənsiz,
    Hörmətdən də düşdüm çoxu içində.

  • Elnur ABDİYEV.”Ömürdən”

    1424259792_elnur

    Külək döyür,ömrümüzün yazını,
    Yarpaq-yarpaq günlər uçur ömürdən.
    Yaşayırıq Tanrı yazan yazını,
    Hər günümüz gün-gün köçür ömürdən.

    Kiçilirik böyüdükcə yaşımız,
    Ağır olur bəzən ömür daşımız.
    Dünya boyda bir qazanda aşımız,
    Qaynadıqca buğ-buğ içir ömürdən.

    Elnur Coşqun,sevgi ömrün marağı,
    Qəlb telini darar eşqin darağı.
    Həyat alıb əlinə bir orağı,
    Gün keçdikcə günü biçir ömürdən.

  • Hikmət MƏLİKZADƏ.”Ay, çöhrəsi duvaqsız”

    1409287493_10304351_268609333324646_7910328543693681828_n-218x300

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    * * *

    Ay, çöhrəsi duvaqsız,
    Namusu suvaqsız ləçər,
    Sən bildin nədi ayrılıq?
    …Sevgi yaralarımın qaysağını
    qopardana qədər pirdin mənimçün.
    Əlçatmaz, bakirə adamdın;
    İndi nəşəsi olmayan sığal kimisən.
    Gözlərinə de ki, bir də
    30 il məhkumluq yaşamış bir kişi
    yeniyetmə bir qıza baxan kimi mənə baxmasın.
    Sanma, ayağına düşüb
    pozğun baxışlarına aldanacam.
    Mən gerçək sevgi ölüsüyəm,
    Yalançı eşq dəlisi yox.
    Mən sənin nəyini sevdim axı?!
    Heyif, səninçün ən şirin çağlarımdan,
    ən çox sevdiyim qadından keçdim –
    gəncliyimin dadından keçdim.
    Heyif o gözlərə ki, sənə baxdı,
    Heyif o əllərə ki, özgə sığalına məhkum
    saçlarına tumar çəkdi.
    Məni vicdan qorxuları,
    Səni qumar çəkdi.
    Bəsdi, mələk donu geydin.
    Tale kitab deyil,
    Ömür də yol.
    Ayıbdı, bir az özün ol.

  • Gülnarə İsrafilqızı (Esse) Səni gördüm uzaqdan

    Gulnarexanim

    Səni gördüm uzaqdan bir nəfəs qədər uzaqdaydın.
    nəfəsimi çəksəm ciyərlərimə
    hopardın bəlkə də
    hava axını kimi uddum nəfəsimi ki, səni gözlərimlə sevim,
    sənsə az qala ürəyimi taptalayacaqdın
    yanımdan qızılquş kimi şığıyıb getdiyində.
    bənövşə boynumu büküb dəhlizdən uzaqlaşana qədər arxanca boylandım.
    özümü aldatdım,
    tənhalığımın təkliyində.
    yaxınlaşıb salam verə bilmədim gedişinə.
    yola salmağa həvəsli kimi.
    ey qarmaqarışıq ruhumun qonağı,
    xoş gəlmisən demədən,
    xoş getdin dedim gəlişinə.
    şirin sözə ac olduğum halda, acıdım.
    divara hörülmüş kimiyəm.
    yeriyən daş gördünmü heç?
    taptasanda sinəmdəki daşı taptayacaqdın!
    divarlaşmışam insanların arasında.
    sərhədlərim keçiləməz olub.
    hərdən daşın gözlərindən yağış damcılayanda,
    yanağım islanır.
    dup-duru bulaq qaynayır elə bil.
    hərdən də,
    guruldayıram şimşək kimi göyün üzündə.
    nə daşım əriyir,
    nə də səsim kiriyir.
    sədləşirəm,
    sərhədləşirəm,
    hisslərimdə.
    varlıqla yoxluq arasında nə sən varsan,
    nə də mən!
    biz yoxuq!
    gedişin mübarək,
    gəlişinə daşlaşdığım!
    divara xoş söz desən nə olacaqdı ki…

  • Nəcibə İLKİN.”Dözmürəm soyuqluğuna”

    necibexanim

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “Azad qələm” qəzetinin və “Ali Ziya” jurnalının Baş redaktoru

    Nədəndi bu qədər soyuqsan mənə.
    Yoxsa eşqimizi kədərmi uddu?
    Dedin: «hər kəlmənlə dayaqsan mənə»,
    Yoxsa sözlərin də sənə yad oldu?

    Bəlkə günahkaram, bəlkə suçunam?
    Düşmüşəm ömrünün sevgi payına.
    Mən həsrət qoxulu vüsal acınam,
    Nə zaman çağırsan gəlləm hayına.

    Sənli yuxular da şaxtaya düşüb,
    Taleyin boranlı yolları kimi.
    Bəxtimin əlindən qismət şürüşüb,
    Həsrətin bəmbəyaz ilqarı kimi.

    Payız libasında çiçəkli yazam.
    Nağıla dönmüşəm qış gecəsində.
    Bu eşqin önündə qəm dolu nazam,
    Qalmışam taleyin bilməcəsində.

    Yenə qəm gecəsi, yenə gileylər,
    Yenə ümidimə kəmənd atmışam.
    Qınama, məni də yorub bəlkələr,
    Özümlə-özümü çox aldatmışam.

    Məni hey isladır ümid yağışı,
    Qorxuram bu eşqin buz nəfəsindən.
    Üstümə zillənən soyuq baxışı,
    Bir anda duyuram isti səsindən.

    Ərköyün sevginəm, götür ərkimi,
    Sevgi dəlisiyəm, inan sən buna.
    Sən yalan bir sözə dözməyən kimi
    Mən də ki, dözmürəm soyuqluğuna.

  • Təranə ŞƏMS, (yeni şeir) Buludam

    teranexanim

    “Elimiz.Günümüz” qəzetinin əməkdaşı,

    şairə, jurnalist, publisist

    Buludam, dolmuşam leysan tökərəm

    Torpağı yuyaram, sevgi əkərəm.
    Qəlbimdən keçəni, zilə çəkərəm.
    Kaş məni bir duyan, anlayan ola.

    Yağarsa yağışlar, daşqın qorxusu
    Ətrafa yayılar torpaq qoxusu,
    Duymaz gözəlliyi bəzən çoxusu,
    Uyarıb nadanı, qınayan ola.

    Buludlar dağılar, günəş nazlanar
    Səmadan, sayrışan şəfəq sallanar.
    Təbiət özü də, bəzən aldanar,
    Bu nəfis duyğunu, anlayan ola.

    Yağmurlar daşüstə, çiçək bitirər
    Hər düşən toxumu, göyçək bitirər.
    Çürüyü, çürüdər, gerçək bitirər,
    Qananı yuxulu, sanmayan ola.

     

  • Qiymət MƏHƏRRƏMLİ (Yeni şeir) Getmisən

    1836816_10200683320604901_1150158201_o

    “Elimiz.Günümüz” qəzetinin təsisçisi və baş redaktoru,

    Filologiya elmləri üzrə fəlsəfə doktoru

    Bəlkə xətrinə dəymişəm,
    Onunçün çıxıb getmisən.
    Həsrətini nar suyutək
    Qəlbimə sıxıb getmisən.

    Göynəyin mənə uyğunu –
    Aləmə bəlli duyğunu –
    Mənimçün kim olduğunu
    Başıma qaxıb getmisən.

    Ölsəm, gen qazı qəbrimi,
    Bircə gün çəkmə qəhrimi.
    Onsuz da dağca səbrimi
    Ovcuna yığıb getmisən.

    Dözüm var – dözüm hələ ki,
    Xeyirə yozum hələ ki.
    Getsən, ürəkli söylə ki,
    Evimi yıxıb getmisən!
    Evimi yıxıb getmisən!

     

  • Mayisə ƏSƏDULLAQIZI (Yeni şeir) Elə səfadı ki

    1533150_672733326111760_899121006_n

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru.

    Sevgi elə səfadı ki,
    Hər bir kəsi salar dərdə,
    Səfası nə havadı ki?
    Gözlərə də çəkər pərdə.
    Əzilmişi düz görərsən,
    Bədahətən söz deyərsən,
    Sağlığa yüz-yüz deyərsən.
    Yadına salarsan, dostum,
    Gəzdiyin bağçanı, bağı,
    Ovu itmiş səyyadsayağ,
    Sinəyə çəkilən dağı…
    Durnalar ötüb keçəndə,
    Ürəyinə mən köçəndə,
    Bir gecə şərbət içəndə,
    Hökmünü itirər huş da,
    Yanağa od salar yaş da…
    Hələ olmamışam naşı,
    Gözünü dəldi yad daşı,
    Hərdən çözələ yaddaşı,
    Çəməndə, daşda gəz məni,
    Baharda, qışda gəz məni!

  • Rafiq Oday

    profil
    Şair-publisist, respublikanın Əməkdar jurnalisti

    Dərd, Şəhidlər xiyabanı, Səməd Vurğun, Cəfər Cabbarlı, Nizami Gəncəvi və böyük Allah

    Ailə üzvlərimizdən birinin ciddi xəstəliyi səbəbindən bir müddətdir ki, özümdə, sözümdə deyiləm. Çox qərarsızam. Nə edəcəyimi, hara, kimə üz tutacağımıbilmirəm. Ümidimi göydə Allaha, yerdə həkimlərin zəmanətsiz müalicəsinə, bir də yaxınların, əzizlərin və dostların dualarına bağlamışam. Kövrəkliyim ucbatından gözlərimin tez-tez dolması səbəbindən və bu da ciddi iş rejimində çalışan, gün ərzində müxtəlif insanlarla ünsiyyətdə olan məsul bir adam üçün məqbul sayılmadığından növbəti məzuniyyətimi götürəsi oldum. Bu gün bir həftədir ki, məzunuyyətdəyəm. Həmişəki kimi səhər tezdən oyanmışam. Xəstəni Bakıya, ailənin diər üzvlərini də elə həmin mərkəzə xəstə üçün qan verməyə göndərdim. Özüm də ürəyimin nisgilinə, könlümün qübarına qısılaraq evdən çıxdım. Darmadağın düşüncələr içərisində bir də gördüm ki, şəhərimizdə hamının tanıdığı Göyərçin abidəsinin önündə¬yəm. Yenicə boy göstərən günəşin şəfəqləri Xəzərin dalğaları qoynunda ləngər vuraraq əsrarəngiz bir mənzərə yaratmışdı. Göyərçin abidəsinə nəzər saldım, ürəyimdən ilk keçən hiss bu oldu: “Sülh, əmin-amanlıq, qəmdən-kədərdən, ağrıdan-acıdan uzaq bir ömür yaşaya bilmək nə gözəl şeymiş, İlahi.” (daha&helliip;)

  • Günay Həsənli (Şeirlər)

    11328903_1449906325325410_1836864012_n

    Dünya

    Söylə sənə neyləmişəm?
    Mənsiz olan, mənli dünya.
    Çoxlarına kef-damaqsan,
    Mənə niyə qəmli, dünya?
    Haqqımı yedizdirib,
    Nadanları gəl az güldür!
    Dəfələrlə göynətdiyin
    O həminki yazıq mənəm.
    Daha bəsdi, gəl göynətmə,
    Birdəfəlik öldür, öldür!
    Öldür məni, tezcə öldür!
    Öldürməsən, gözlərimdən axan yaşı
    Bir dərəyə,
    Damla-damla toplayacam.
    Dünya…
    Səni su basacaq.
    Diri-diri yandırırsan,
    Yandır hələ.
    Rəhmin gəlmir mənə sənin,
    Mənim sənə gələcəkmi?
    Mən də səni göz yaşımdan yaratdığım,
    Səndən böyük bir dəryada boğacağam.
    Sənlə olan bu savaşın
    Qalibi mən olacağam.
    Qalibi, MƏN olacağam!…
    24.06.2014 (daha&helliip;)

  • Nicat KAMALOĞLU (Yeni şeir) Qoyma baxsın özgə göz saçlarına

    5a4962ea577c

    Gülüm, aç saçını yandı qəlbimi,
    Qoyma baxsın özgə göz saçlarına.
    Sənin saçlarından gözəl saç varmı,
    Dünyanı qul eylə öz saçlarına.

    Gözəlsən, gözəlim, saçların gözəl,
    Sənsiz yazmağın yox mənaıi qəzəl.
    Sən təksən gözəlim yeganə, əzəl,
    Çatdıra bilmərəm söz saçlarına.

    Sevgimlə bu dövran yenə çönəcək,
    İnanmıram keçən zaman dönəcək.
    Sənin üçün yanan qəlbim sönəcək,
    Düşməsin qəlbimdən köz saçlarına.

    Nə külək oxşasın sənin telini,
    Gəl yanıma, ey bəxtimin gəlini!
    Nicat saçlarına tutsun əlini,
    Düşməsin, Nigarım, toz saçlarına.

  • Təranə TURAN RƏHİMLİ (Şeirlər)

    10983579_412519555599874_3940460926476720120_n

    SƏNƏ YAZMADIĞIM ŞEİR

    Anama

    Sənə yazmadığım şeir
    Yıxacaq içimdə məni.
    Öləndə ruhuma dolub
    Çıxacaq içimdən mənim.

    Boynumda haqq gedəcəyəm,
    Bu torpaq, daş bilməyəcək.
    Qoynunda sevgi tapdığım
    O yaz, o qış dönməyəcək.

    Yerə girəcək gözümdə
    Dost-tanışın dönük üzü.
    Axtaracaq məndən sonra
    Ruhum sənə layiq sözü.

    Sənə yazmadığım şeir
    Gizlicə enəcək qəbrə.
    Sən də ağlamayacaqsan
    Doğulmayıb ölən şeirə.

    ŞAİRLƏR

    Adil Mirseyidi itirdik…
    Min il özünə yol gəlir
    Özünü bilənə kimi.
    Yüz kərə dirilib ölür
    Əcəli gələnə kimi.

    Hörümçək kimi tor qurur,
    Torunu içinə yığır.
    Nə dərd var sinəyə çəkir,
    Tüstülənib şeir çıxır.

    Dağnan, bulaqnan dərdləşir,
    Sıxır qayanın əlini.
    Daşa danışmaq öyrədir,
    Bilmir kor bəxtin dilini.

    Allahın gözü üstündə,
    Qəlbində Allah işığı.
    Qocaldır, böyütmür Allah
    İçindəki saf uşağı.

    Sözündən asılıb ölür,
    Qoymur sözü boğulmağa.
    Bezib köhnəlmiş ömürdən
    Ölür təzə doğulmağa.

  • “Şəfa EYVAZ.”Ehtiyac”

    1423756700_sefa-xanim

    Mənim yuxularım qarışır, Ana!
    Qarışır, içindən çıxa bilmirəm.
    Darıxır ürəyim içimdə, Ana!
    Darıxır, özümü yıxa bilmirəm.

    Sənin əllərinin kəraməti var,
    Gəl, topla dağınıq ruhumu yenə.
    Qan verən yaramı ürəyinə sar,
    Bir tək ürəyini sıxa bilmirəm.

    Zaman tərs yellənir, ömür viranə,
    Dağıdıb küləklər könül evini.
    Ya ruhum sovrulub bir küncə yenə,
    Ya da ki çıxmışam yoxa, bilmirəm.

    Bu suçlu taledə müttəhim özüm,
    Hakim də özüməm, qınama, Ana!
    Elə dəyərsizə ağlayır gözüm,
    Sonradan üzünə baxa bilmirəm.

    02.06.2015

  • Tural Sahab (Yeni şeir) Yenə görüşdük

    1545553_10203040697648544_1046483349_n

    Yenə görüşdük
    Şeirə dönən bir sevginin ilk hecasında
    Mənim baxışlarım,
    Sənin gözlərinin qarasında
    Ulduzlardan danışdın
    torpağı dinlədim
    Sən göy qurşağı idin
    Mən qarışqa
    Gör hardan, hara iməklədim
    Balaca bir uşaqdım
    Nağıllara inanan
    Ana laylasında
    Gül tarlasına yuvarlanan
    Sonra sən gəldin
    Nağıllar şeirə döndü
    O balaca uşaq
    O gül tarlasında öldü

  • Fidan Abbasova (Yeni şeir) Nədir?

    f

    Nədir həsrətini çəkdirir mənə
    Sanki ürəyimi , ruhumu alır
    Nədir hər addımla rastlaşıb sənə
    məni sevgisinə götürüb qatır….

    Doldurur ruhumu sevgisiylə bol
    sarılır boynuma sanki iki qol
    bu çətin , enişli , yoxuşlu bir yol
    Məni hər gün , hər gün başdan yaradır…

    Duyğular , arzular, gerçəkləşincə
    insanlar daima bədbinləşincə
    fikirlər bir anlıq kəskinləşincə
    qəlbimdə sanki bir güman yaradır.

    Müəllif :

  • Gülnarə Sadiq (Yeni şeir) Mən anayam…

    gi

    Mən Anayam!
    Mən Vətənəm!
    Gör nə qədər oğul dağı
    Verib mənə əzəl düşmən.
    Dərbəndimə yas tutmamış
    Borçalımı apardılar.
    Zəngəzura yas tutmamış,
    Bu həsrətə alışamamış
    Təbrizimi qopardılar.
    Bir yara var ürəyimdə,
    Şuşa adlı nazlı gəlin.
    Bir acı var ürəyimdə ,
    Laçın adlı adlı dağlar qızı.

    Bu dərdim bu kədərim,
    Babəkimin,Koroğlumun
    Qeyrətinə yaman dəyib,
    Bu ayrılıq,bu həsrətim,
    Həcərimin ürəyinə yaman dəyib.
    Mən ölmüşəm.
    Mən bitmişəm.
    Vətənsizlər vətəninə çevrilmişə.
    Xocalımın göz yaşları
    Buludları parçalayıb.
    Kəlbəcərin ah naləsi
    Ürəkləri qucaqlayıb.
    Itkin balam,
    Körpə balam.
    Ey,Fizulim!De hardasan?
    Düşman ayaqları batıb bağrına.
    Ey,bala,
    Ey,oğul!
    Halın necədi?
    Gözlərim qəlbində qalıbdı,Bala!
    Mən anayam!
    Mən vətənəm!
    Mən ürəyi dağlı Vətənəm!

  • İlkin Abbas ( Yeni şeir) KAŞ Kİ UŞAQ OLAYDIM…

    10488853_1448886432044495_115390713_n

    Kaş ki uşaq olaydım, üz tutaydım nənəmə,
    “Nolar ay nənə mənə, nağıl danış”- deyəydim.
    Elə ki başlayardı, nağılı danışmağa,
    Danışıb bitirməmiş, mən yuxuya gedəydim.

    Kaş ki uşaq olaydım, məktəb vaxtı gələndə,
    Babam “qalx dərs vaxtıdır”, deyəydi, oyanaydım.
    Mətbəxdə yeyəndə biz, onla səhər yeməyi,
    Mən özümü dünyanın, ən xoşbəxti sanaydım…

    Kaş ki uşaq olaydım, dərsimdən beş alanda,
    Ucalaydı sevincim, mənim ulduza, aya.
    Anam bağrına basıb, saçımı oxşayaydı,
    Sonra “afərin” deyib, öpəydi doya-doya…

    Kaş ki uşaq olaydım, yaşımdan böyük olan,
    Sualları verərək böyükləri yoraydım.
    Gah alim, gah müəllim, gah da ki professor
    Olacağam deyərək, fikir, xəyal quraydım…

    Kaş ki uşaq olaydım, ondakı sevincimin,
    İndi heç nə verməyir, zərrəcə yerini də.
    Təəssüf ki zamanı, qaytarmaq olmur geri,
    Tapmaram o günlərin, heç zaman birini də…

    Kaş ki uşaq olaydım, neynirdim böyüməyi,
    Daim xatırlanırmış yaşa dolduqca keçmiş…
    Kaş ki uşaq olaydım, böyüdükcə anladım,
    İnanın ki böyümək, vallah bir şey deyilmiş…

  • Şəfa Kamilli (Yeni şeir) Gecələr.

    11061280_1614076985516004_9113405962356190684_n

    Kabusum ,düşmənim oldu, gecəlr .
    Sən yoxsan ,qatilim .oldu gecələr,
    Yarali qelbim kabus gecəlr ,
    De ,görüm nə edim, kabus gecəlr .
    Uşuyən ruhumla tək -tənha ,qara gecələr ,
    Qurbanin olduğum ,bilim bunu ,
    Sənədə ,kabusd ,kədərdi ,dəhşətd , qara , gecələr .
    Yay günü ,qardi -borandi ,
    Titreyen qelbime ,kozdu ,yaradi ,
    Sensizlik ,dehşətd qara gecəlr .
    Qəlbimə kabus tək ,köçdu gecələr ,
    Yay ğünü ,dondirdu ,qəlbimi yaman ,
    Bu kadus ,bu qara ,uzun gecələr ..

  • Hikmət Məlikzadə (Yeni şeir) Sosial peyzaj

    1409287493_10304351_268609333324646_7910328543693681828_n-218x300

    Azərbaycan Yazıçılar və Jurnalistlər  Birliklərinin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    ***

    Sosial peyzaj

    Saxta təbəssümlər
    Eşidə bilmədiyin pıçıltılar kimidi;
    Adama hicran verir.
    …Ruhun fikri göydə, özü darda.
    Açığı, alındakı qırışların sayı qədərdi
    Sürüşkən xəyallar da…
    …Bir də görürsən, duaların
    dodaqlarının arasında güvə tutub.
    Məyusluq canını sarır,
    Əllərini Allahdan aralayırsan.
    Kölgənsə, varlı adamların keçmədiyi
    beton səkilərdə xatirə şəkli çəkdirir…
    Bir tikə çörək üstündə
    Bir-birlərinə dimdik atan
    alabəzək sərçə balaları ilə.
    Qəfildən dağınıq diqqətini
    göz qamaşdıran villalara mismarlayır
    ruhu ac, qarnı tox dilənçi uşaqlar.
    …Zaman çat salır.
    Bir əcnəbi də
    Kamerasının yaddaşına həkk edir
    İşıqlı küçələrdəki qara kölgələri..

  • Afət VİLƏŞSOY (Yeni şeir) Sənə

    afetxanim

    Azərbaycan Yazıçılar Birliyinin üzvü,  
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    O otaq saxlarmı dostluğumuzu?
    Gözümüz keçmişə dönə, ağlaya..
    O kiçik kirayə otağındakı

    Toyda oynamırıq, sevincimiz qıt,
    Döndümü fələyin çarxı tərsinə?
    Atılıb-düşərdik, lap uşaq kimi
    Bir köhnə radio musiqisinə..

    Bəlkə, tək bu çatmır xoşbəxt olmağa,
    Şirin xatirələr kövrəlir gendən.
    Orada bir parça ondan gizlənib,
    Orada bir parça səndən və məndən.

  • Xəyalə Sevil (Yeni şeir) Yerə tullayıblar getdiyin yolu

    11017528_447704908733924_2122182663440572457_n

    Azərbaycan Yazıçılar Birliyinin və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Ömrümü çəkmisən ayağım altdan,
    Düşmüşəm, düşmüşəm üzümün üstə.
    Mən sənsiz ağ günə çıxmamışam, yox,
    Dumandı, çökübdü gözümün üstə.

    Yerə tullayıblar getdiyin yolu,
    Axı sən gedəndə “göylə” getmişdin.
    Mənim həsrətini gəlin aparıb,
    Ağlayıb atdığım suyla getmişdin.

    Ulduz pəncərələr açılıb göydə,
    Düşür işıq-işıq yoluma mənim.
    Başımın üstündə bir ay dayanıb,
    İşığı giribdi qoluma mənim.

    Və belə… Sənsiz də yaşamaq olur,
    Mən ömür gəlirəm, ömür gedirəm.
    Öldürüb sonuncu ümidlərimi,
    Başımın üstündə qəbir gedirəm.

  • Günel Əjdərqızı (Esse) Şirinlik

    gunel
    Hardasan, ey mənim sevincli, qayğısız, həyat dolu uşaqlıq illərim….Kaş bir anlıq keçmişə qayıdıb uşaq olaydım. Dərdimi, problemlərimi unudub əziz atamın əlindən “şirinlik” payımı alaydım. Amma təəssüf ki , nə atam həyatdadır, nə də ki, zamanı geriyə qaytarmaq olur. Bir zamanlar – yəni avropaya inteqrasiya etməzdən əvvəl “şirinlik” deyəndə körpələrin üzlərində sanki gülüş, təbəssüm işıq saçardı. Onları sevindirmək üçün qohum, əqrabalar konfet, saqqız, müxtəlif formalı şirniyyatlar alardılar. Doğma dilimizdə bu onların “şirinliyi” hesab olunurdu. Onda “şirinlik” axar sular kimi saf və təmiz idi. Uşaqlar onu əldə edəndə şirinlik onlar üçün elə mənalı və sevincli olurdu ki, bunu söz ilə təsvir etmək olmaz. Amma illər keçdi, uşaqlar böyüdü, sonradan dünyaya gəlib, böyüyəcək uşaqlara “şirinlik” payı qalmadı. Birdən- birə nə oldusa uşaqların “şirinliyi” vaxtından əvvəl boy atıb böyüklərin “şirinliyi”nə çevrildi. Bundan sonra nəyə oxşayacaq bəlli deyil. Tanrı pisindən saxlasın. Biz nədənsə “şirinlik “almağdan çox onu kimlərəsə verməyə adət etmişik. “Şirinlik” adı gələndə gözlərimizin önündə manatlar, dollarlar, yevrolar və s.. uçuşur. Deyirəm ya rəbb, müasirləşdik, avropalaşdıq, day demədik ki, şirinliyimiz bu günə qalsın. Bu bir həqiqətdir ki, böyüklərin “şirinliyi” bahalı və qiymətlidir. Lakin dadlı və şirin olması baxımından uşaqların şirinliyinə çata bilməz.Onda nə qorxu, nə də təmənna var. Bu gün şirinlik alanlarla verənlər bərabərlik təşkil etdiyindən bizə də onlara “ağzınız şirin olsun” demək düşər. Sanıram, körpələrimiz, nə vaxtsa, həqiqəti dərk edəndə bir ağızdan: “Toxunmayın bizim şirinliyimizə, almayın onu əlimizdən, qaytarın özümüzə!”- deyib sizlərə səslənəcəklər.

     

  • Şəfa VƏLİYEVA.”Sənsiz xoşbəxtəm, gülüm…”

    sefa1-450x300

    AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    sənsiz xoşbəxtəm, gülüm…
    güllər üzümə açır…
    ayrılığın əvvəli
    mənim sonuma qaçır…

    tənhadı baş hərflər
    sms yerlərində…
    səsi gələn “ölülər”
    axı, kimin eyninə?

    nəfəsin külək olub,
    Gəncə-Qazax yolunda…
    Yolda xatirəm tutub
    yıxılanda qolundan…

    neynək, işarələr kəm
    “Bakı-Gəncə” sözündən…
    sən gəldiyin yolları
    uydurururam özümdən…

    növbəti dayanacaq…
    gizli döyüş yeriyəm…
    Qazax istiqamətində
    görüş yeri-özüməm…

  • Nəriman Zeynalzadə (Yeni şeir) YANDI KÜLÜ MƏNƏ QALDI

    10441446_1546670888932063_6212223254540954169_n

    Gözlərimi döyüb gəldim,
    Deyəmmədim, dönüb gəldim,
    Üzük gördüm barmağında
    O dünyanı görüb gəldim.

    Ürək qaldı tənha, yalqız,
    Axtarmadım ona tay qız,
    Gözüm qaldı arxasında,
    Vağzalıyla getdi o qız.

    Anam mənə bir qız aldı,
    O da meylin mənə saldı.
    Ürəyimdə qalan sevgi
    Yandı külü mənə qaldı.

  • Mayisə Əsədullaqızı (Yeni şeir) NƏ SÖYLƏYİM…

    1533150_672733326111760_899121006_n

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru.

    Sən hakimsən, mən bir şair,
    Nə söyləyim sən dair?
    Mənim işim-həyat adı,
    Sevgi ətri, haqq övladı.
    Ürək coşsa, qəlb alışsa,
    Sevinc kədərə qarışsa,
    Odum bu torpağa ocaq,
    Ruhumdan çiçək açacaq,
    Cürətim ulu olacaq,
    Sən hakimsən, mən bir şair,
    Nə söyləyim, sənə dair?!.
    Mənim ürək qanunumu,
    Heş bir hakim poza bilməz,
    Kimsə orda dəfn olubsa,
    Heç kim geri yaza bilməz,
    Birdən qanunu pozaram,
    Yazılanı səhv yozaram,
    Elə sənə vurularam,
    Sən bir hakim, mən bir şair,
    Nə söyləyim, sənə dair?!..

  • Şəfa Kamilli (Yeni şeir) Ruhu mənimdi …..

    11351237_1618881298368906_9192770107247552831_n

    Mənimlə deyilse ,ruhm yaninda ,
    Qəlbimi inçidən ,bu sən dryilsən ,
    Həsrətdən ,hicrandan ,üzən ,inçidən ,
    Bu sən ,deyilsən ,sən deyilsən ,
    Məni xoşbət etmək isdeyen ,
    Ömrumu ,qülüşə qer edmək isdeyen ,
    Hər an mənsiz darixan ,
    Məndən ,çox məni hiss eden ,
    Qözümdə ,bir qilə yaşa gözməyən,
    Hardadi ,görəsən ,ağ atli olan ,
    Ömürümə ,xoşbəzdlık qətirən adam ,
    Hardai ,görəsən ,huhu mənlədi ,
    Özüysə yoxdü ,birdənm ,əzizim ,
    Qörən ,hardadi , ruhu mənimlədi ,
    Minillər boyu ,özüysə yoxdu ,
    Mənlə deyil ,ruhu mənlədi ,
    Mənim ruhum ,qoruyucu ,mələyi ,
    Qoruyacaq ,yenədə ,özu menlə dryilse ,
    Ruhu hey yanimdadi ,o bunu fərqindədi ,
    Özu yoxdu ,yanimda ,huhu mənimlədi ,
    Qəlbi ,ruhu ,mənimdi ,özüdə fərqindədi ..

  • Rəşad Məmmədoğlu (Debüt) MƏNİ TƏRK ETSƏN ƏGƏR!..

    q

    Nəfəsim bir küləkdir,
    Yollarından əsənki.
    Sevgim daşı əridir,
    Sən yanımda nəsən ki.
    *
    Kinimdəki nifrətin,
    Təsirin görməmisən.
    Sən bağlı məhbəsimin,
    Əsirin görməmisən.
    *
    Məni tərk etsən əgər,
    Bir müqəssir olarsan.
    Məhbəsimdə müxtəsər,
    Həmin əsir olarsan.
    *
    Sənə verdim qəlbimi,
    Sevirsənsə yaşad sən.
    Qismətində ismini,
    Oxu, yazılıb, Rəşad, sən

  • Aqil Kəngərli BU GÖZƏLİN NƏ DƏRDİ VAR, GÖRƏSƏN?

    a1

    Dilindədir yüz naləsi,min ahı,
    Bilməyirəm,nədir suçu,günahı,
    Hey səsləyir peyğəmbəri,Allahı,
    Bu gözəlin nə dərdi var,görəsən?

    Gözlərindən tökülür yaz yağışı,
    Qüssə dolu,kədər dolu baxışı.
    Yeri,göyü yandıracaq qarğışı,
    Bu gözəlin nə dərdi var,görəsən?

    Kim dağ çəkib,kim qanadıb yarasın,
    Yarı ölüb,itiribmi balasın?
    Kim incidib,Tanrı versin bəlasın,
    Bu gözəlin nə dərdi var,görəsən?

    Rəngi qaçmış,qəm içində boğulmuş,
    Bir gecədə qara saçı ağ olmuş.
    Bəlkə yurdu,el-obası dağılmış,
    Bu gözəlin nə dərdi var,görəsən?

    Çarəsizdir,bilməyir ki,neyləsin,
    Yardım etsin,kimsə kömək eyləsin.
    Bilən varsa,bir mənə də söyləsin,
    Bu gözəlin nə dərdi var,görəsən?

  • İslam Azimov Mən nağıl deyiləm axı!!!

    isko

    Çox da dünya boyda dərdim ,qəmim var.
    Çox da göz yaşımda batmış gəmim var,
    Demə yüz kəsirin , minbir kəmin var
    Məni ürəyimdən , gözümdən oxu ,
    Mən nağıl adamı deyiləm axı
    .
    Buraxma hicrana tənha, tək məni ,
    Bircə yol əlimdən qaldır , çək məni
    Özün ilmə -ilmə doğra, tök məni.
    Təki öz qurduğun arğaca toxu,
    Mən nağıl adamı deyiləm axı
    .
    At məni atəşə , közə, bilmərəm
    Ümidsiz bir gün də dözə bilmərəm
    Mən sınıq vüqarla gəzə bilmərəm
    Keçib , keçməkeçlə ömrümün çoxu
    Mən nağıl adamı deyiləm axı.

  • Zeynəb Dərbəndli “Gəlir”

    z

    Azərbaycan Yazıçılar Birliyinin üzvü

    O qədər haqsızlıq görmüşəm ki, mən,
    Bezib bu dünyadan ölməyim gəlir.
    Azacıq tarixə düşsə də, adım,
    Adımı tarixdən silməyim gəlir.

    Bu dünya bürünüb fitnə, yalana,
    Az qalıb insanlıq qopa, talana.
    Yalandan insanam, deyən insana,
    Lap uşaqlar kimi gülməyim gəlir.

    Nə yazıq sözçü də söz deyən olub,
    Haqlını sındırb, düz deyən olub.
    Hamı insanlığı izləyən olub,
    Nahaqqı haqq ilə bölməyim gəlir.

    Zeynəbəm, baxıram bu insanlara,
    Haqsız təsdiqlənən haqsızlıqlara.
    Görəndə ki, yer var pis, nadanlara,
    Göydən bir daş kimi enməyim gəlir.

  • Hikmət Məlikzadə. Yeni Şeir…

    1409287493_10304351_268609333324646_7910328543693681828_n-218x300

    Azərbaycan Yazıçılar və Jurnalistlər  Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü,

    * * *

    Bir ac canavar
    ulartısı kimi gəlir mənə
    qışqabağı lüt çöllərə
    mərsiyə deyən küləyin səsi.
    İkisifət buludlar
    sinəsi xalı qızlar kimi iç atır.
    Bir az qarşıda beş-on sərçə
    ağız-ağıza verib
    aclıq nəğməsi oxuyur.
    Koroğlu cüssəli bir gənc də
    imkanlı dadaşların
    topdağıtmaz
    xarabalarının ağzında
    səliqə ilə düzülmüş
    zibil qutularını narahat edir.
    Bir az aralıda bəzəkli villalar
    kənd kişiləri
    kimi bardaş qurub
    bu vəhşətə baxış sərgiləyir.
    Allahım, bu qarnı ac,
    əyni şux şəhərə
    gərəkdimi ac adamlar,
    kasıb daxmalar?

     

  • Debüt: Mərhəmət ƏLİYEV (Şəki).”Ömrüm sənin olsun!” (Hekayə)

    11350118_639856669492376_689212916_n

    (Naməlum şəraitdə həlak olan bütün adsız qəhrəmanlara!!!)

    Yarası yüngül olmasa da ölümcül də deyildi. Yaxşı sarımışdı. Mühasirədən çətinliklə çıxsa da artıq təhlükədən uzaq idi. Ətrafa yaxşı bələd idi. Buraları ovuc içi kimi tanıyırdı. Uşaqlığı bu dağlarda, cığırlarda, meşələrdə keçmişdi…
    Ağır-ağır yeriyir, arabir çevrilib tüstülənən şəhərə baxırdı. Şəhər tam işğal olunana qədər döyüşmüşdü.Yaralanmış və mühasirəyə düşmüşdü. Ancaq, yaxşı döyüşçüydü. Xeyli düşmən məhv edərək xilas olmuşdu. (daha&helliip;)

  • Nərmin Kərimzadəni doğum günü münasibətilə təbrik edirik! (30 may)

    nermin

    “AYDINOGLU CONSULTİNG GROUP” LLC Rəhbəri Sizi, Yeni nəsil Azərbaycan gəncliyinin nümayəndəsini, Azərbaycanın istedadlı gənc xanım yazarını doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar diləyir!
    Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın!
    Sevib, sevdiyiniz insanlar ilə birgə olun!

    Mətbuat xidməti

  • UŞAQLIQ XATİRƏLƏRİMDƏN…HƏYATİ HADİSƏLƏR

    1533150_672733326111760_899121006_n

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru

    Bizim ata-baba evimiz Əmircanda, Bakının qədim Xilə kəndində, qoşa minarə məscidə yaxın bir yerdədi, gölə yaxındı. Biz kiçik olanda, o göl həddən artıq daşardı. Suyun həddən artıq şor olmağına baxmayaraq, üstü həmişə yaşıla bənzər mazutlu neft ləkələri ilə dolu olardı, heç xəbərimiz olmadan, mazut bütün evlərin həyətinə, zirzəmilərə dolardı, Tez-tez yanğınlar baş verirdi. Biz də evdə 5 uşaq idik. Artıq gölə yaxın yaşayanlar yanğına öyrəşmişdilər. Hər zamanki kimi, bir dəfə göl alışıb yanır. (daha&helliip;)

  • Abdulla MƏMMƏD.”Bu dərd- ayağı yalındı”

    abdullamemmed

    (“Didərgin şərqisi, qaçqın harayı” silsiləsindən)

    Kimə yuxu, kimə gerçək,
    Kimə çirkin, kimə göyçək,
    Kimə qanqal, kimə çiçək,
    Kimiyə də ağ yalandır.
    Bu dərd- ayağı yalandır.

    Bu dərd damarda oynamaz,
    Oynasa qanım qaynamaz…
    Başımıza dəyən qapaz.
    Gündə bir qana bulandı.
    Bu dərd- ayağı yalındı.

    Gör kim susar, kim haraylar-
    Dinən dilə daş qolaylar…
    Çadıra köçən olaylar
    Göz yaşımızla sulandı,
    Bu dərd- ayağı yalındı.

    Laçın getdi, Şuşa getdi…
    Harayımız daşa yetdi.
    Şəhid qanı boşa getdi?!
    Dilimiz söz-söz qalandı-
    “Bu dərd ayağı yalandır!”

    Kürsülərdən vəd yeyirik,
    Yurd həsrətli dərd yeyirik,
    “Düzələr bəlkə…” deyirik,
    “Bəlkə” lər bizə qalandı,
    Bu dərd-ayağı yalındı.

    Diriykən bürünüb bezə,
    Yaşayırıq bezə-bezə.
    Rəhmət düşməz- ölsək bizə,
    Deyərlər “gönü qalın” dır…
    Bu dərd ayağı yalındı,
    Bu dərd ayağı yalındı.

    Azərbaycan.Quba.
    31.12.1998

  • Şafa KAMİLLİ. “Şübhələr …”

    11351237_1618881298368906_9192770107247552831_n

    Yedilər bitirdilər,qəlbimi bu şübhələr,
    Düşnünürəm haqsızam,
    Yedi məni şübhələr.
    Yox, çox qərarsızam,
    Düşnünürəm nələr mən.
    Üzdü məni şübhələr.
    Heç çıxmırlar ağlımdan.
    Bezdirdilər, üzdülər,
    Ürəyimi üzdülər ,
    Niyə belə etdilər,
    Qəlbimdəki şübhələr?!

    28.05 2015

  • Təranə TURAN RƏHİMLİ.Həyatı və Yaradıcılığı

    10983579_412519555599874_3940460926476720120_n

    Təranə Yusif qızı Rəhimli (Turan) 20 fevral 1970-ci ildə Bakıda anadan olmuşdur. 1976-1986-cı illərdə Bakı şəhər 48 saylı orta məktəbində və Bərdə şəhər 1 saylı orta məktəbində təhsil almışdır. 1990-1995-ci illərdə ADPU-nun filologiya fakültəsində “Azərbaycan dili və ədəbiyyatı” ixtisası üzrə təhsil almışdır. Əmək fəaliyyətinə həmin unuversitetdə laborant kimi başlamış, tələbəlik illərində “Gənc müəllim” qəzetinin ədəbi işçisi (1991-1994), universiteti bitirdikdən sonra məsul katibi 1994-2000), baş redaktoru (2000-2007) vəzifələrində çalışmışdır. O, həmçinin 1996-1997-ci illərdə “Zaman” qəzetinin məsul katibi, 1999-cu ildə “Azərbaycan mübarizləri” qəzetinin baş redaktoru kimi jurnalistik fəaliyyət göstərmişdir. “Gənc müəllim” qəzetində fəaliyyət göstərdiyi halda, ADPU-nun “Azərbaycan və dünya ədəbiyyatı tarixi” kafedrasında 0,5 ştat müəllilm vəzifəsində çalışmağa başlamışdır. 2003-cü ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Azərbaycan və dünya ədəbiyyatı tarixi” kafedrasının müəllimi, 2008-ci ildən baş müəllimi, 2011-ci ildən həmin kafedrasının dosentidir. 2014-2015-ci tədris ilindən başlayaraq “Dünya ədəbiyyatı” kafedrasının tam ştat dosentidir. T.Rəhimli 2004-cü ildə “Kamal Talıbzadənin yaradıcılığı” mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır. 2011-ci ildə dosent seçilmiş, 2012-ci ildə Dosent attestatı almışdır. (daha&helliip;)

  • Zaur KƏRİMLİ .”Saxta Vətənpərvərlik” yaxud “Anar” Şadlıq Sarayında nə baş verdi?”

    Neçə gündür məni də narahat edən bir məsələyə öz münasibətimi bildirmək istəyirəm. Neçə gündür “şairlər “Anar”şadlıq sarayında xalqın bu ağır-günündə toy-bayram ediblər” başlıqlı yazılar oxuyuram.Əziz dostlar, mən də o tədbirdə idim, sadəcə şair yox, ictimaiyyət nümayəndəsi və poeziya vurğunu kimi. Məsələ belədir: Əvvəla, Türkiyədən bura gələn insanlar faciədən 1 gün öncə yola düşmüşdülər. Aralarında millət vəkilləri də, sənət adamları da vardı. Onlar AYB-da da, Atatürk mərkəzində də görüşlər keçirtdilər. Son gündə isə həmin şadlıq sarayında tədbirin yekun günü idi. Tədbirdən öncə qonaqlarla birgə yanan binanın qarşısına gedib gül qoyuldu.Tədbir hər 2 dövlətin himni ilə başladı.Sonra faciə qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Qəşəm Nəcəfzadə bu faciə haqda məlumat verərək bir daha belə faciə ilə üzləşməməyimizi arzuladı. Çıxış edən türklər də, yerli yazarlar da faciə qurbanlarını yada saldı. (daha&helliip;)

  • Şəfa VƏLİYEVA.”Yad ev” (Hekayə)

    sefa1-450x300

    AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Bir gün açacağın qapın varsa, sevin, bala! O açıq qapıdan içəri girəndə üzünə üfürülən hava deyil, doğma bir nəfəsdi. Çünki, doğma evin də öz nəfəsi var. Açacağın qapını arxanda buraxma, bala! Buraxma! Babası qapını açıb içəri girdi. Elə bil qapıdan eşiyə süzülən işıq gün işığından gur idi. Gözləri qamaşmasın deyə əllərini gözlərinə daraq elədi. Yox, bu işıq gözlərini qamaşdırmırdı… Ürəyinə işləyirdi işıq… İşığın döş qəfəsini yarıb ürəyində yerləşdiyini də görürdü… Orda yumrulanıb-yumrulanıb yumaq olduğunu da… Gözlərini açanda qulağına səs gəldi. Həzin səs idi. Avtomobilin maqnitolasını açıq qoyub yatıbmış. Deyəsən, sadəcə melodiya idi. Hə… “Laçın” mahnısının melodiyasıdı… Mahnının sözlərini oxumaq istədi. (daha&helliip;)

  • Son üç günün imkanını qaçırmayın!

    a52f832f8080

    Gəncə Qarnizonu Zabitlər Evinin və Müdafiə Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Vətən uğrunda” hərbi vətənpərvərlik mahnı müsabiqəsində səsvermənin bitməsinə son üç gün qaldı. 27 may saat 16:10-a olan məlumata görə, Rəşad İsmayıl 7165 səslə liderliyini qoruyur. Abdulla Medinov 3216 səslə ikinci, Sabir Əliyev 1983 səslə üçüncü yerdədir. Dördüncü yeri İrina Tarasyuk (1227 səs), beşinciliyi isə Fərid Ağəliyev (427 səs) qazanıb.
    Bir daha elan edirik ki, ən zəif nəticəni göstərən beş nəfər müsabiqənin bundan sonrakı mərhələlərində iştirak etmək hüququnu itirəcəklər. Odur ki, gim.az saytına daxil olaraq bəyəndiyiniz iştirakçıya səs verin! Son üç günün imkanını qaçırmayın! Aktiv olun! Mayın 30-da bitəcək səsverməni dəyərləndirin! Vətənçün oxuyanları seçin!

    Şəfa VƏLİYEVA,
    AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

  • Gənc yazar Kənan Aydınoğlunun şeiri “Kümbet” dərgisində çap olunub

    dergi

    Yeni nəsil Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Gündəlik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini, Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi ictimai birliyinin üzvü, gənc yazar Kənan Aydınoğlunun şeiri Qardaş Türkiyə Cümhuriyyətinin Tokat şəhərində fəaliyyət göstərən TOSAYAD (Tokat Şairler ve Yazarlar Derneği) rüblük orqanı “Kümbet”
    eğitim, kültür, sanat ve edebiyat dergisinin yeni 36-cı sayında dərc olunaraq ictimaiyyət nümayəndələrinin nəzərinə çatdırılıb.
    Qeyd edək ki, bundan öncə “Kümbet” dərgisinin 29, 30 və 32-ci saylarında Gündəlik İnformasiya Agentliyinin təsisçisi, gənc proqramçı Kamran Murquzovun tərcüməsində-Türkiyə türkcəsində “Türkçülük şeirləri” silsiləsindən olan şeirləri və “Türkün Türkçülük Dastanı” poeması işıq üzü görmüşdü.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti

  • Əziz MUĞANİ.”Şair xəyalımız özgə bir aləm”

    1509680_782335231858445_8174014256845948200_n

    Keçmiş xatirələr düşər yadına
    Bir masa önündə oturanda sən
    Fikirdən alışan sönməz ocağın
    Görünən tərəfi saçındakı dən

    Kaş gerçək ola hər cümlə, sətir
    Arzular ürəkdə yetirə barın
    Kədəri apara min yol uzağa
    Qazıya kökünü iztirabların

    Şerdə görüşmək sanki röyadı
    Gecələr yuxuma gəldiyin kimi
    Yuxuda əl ələ, nəfəs nəfəsə
    Aşkara nə deyim… Bildiyin kimi

    Götürmə əlinə qəm yaylığını
    Qurumaz onunla gözündəki nəm
    Xəzələ tökülən yarpaqlar kimi
    Süzülər vərəqə ürəkdəki qəm

    Gəzərəm səbirlə durmadan bir an
    İstəyimin izi ilə azaram
    Bilsəm ki, şerlər dönər gerçəyə
    Sevincdən doğulan sözlər yazaram

    Şair xəyalımız özgə bir aləm
    İşimiz olmayıb sehirlə, fəndlə
    Şairdə ilhamdı, gəldisə bir az
    Dünyalar yaradar bir neçə bəndlə

  • Doktor Cavad Heyət Bilik Fondunda anıldı

    1425096966_ulkerxanim

    May ayının 22-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda Cərrah-alim, İranda ilk dəfə açıq ürək əməliyyatını gerçəkləşdirən, Beynəlxalq Cərrahlar Cəmiyyətinin Beynəlxalq Komitəsi və Paris Cərrahlar Akademiyasının üzvü, “Varlıq dərgisinin təsisçisi və baş redaktoru olmuş, Türkologiyaya aid 7 cildlik kitabın müəllifi, Azərbaycanın müxtəlif Universitetlərinin fəxri doktoru və professoru, Türk Dil Qurumunun fəxri üzvü, eləcə də İstanbul Universitetinin “altın doktoru” adını almış professor, doktor Cavad Heyətin 90 illiyi ərəfəsində anım tədbiri keçirilib. Əvvəlcə tədbir iştirakçıları Doktor Cavad Heyətin həyatına həsr olunmuş sənədli filmə baxdılar.
    Tədbirə giriş Bilik Fondunun icraçı direktoru Oktay Səmədov anım tədbirini açıq elan edərək Cavad Heyətin səhiyyədəki, ədəbiyyatdakı rolundan danışmasıyla başlandı. Bu şəxsiyyətin ümumilikdə Azərbaycan üçün gördüyü işlərdən söhbət açan icraçı direktor onun irsinin qorunaraq gələcək nəsillərə ötürülməsinin vacibliyini vurğulayaraq, sözü Cavad Heyəti daha yaxından tanıyan onun tələbələri, ailə dostları və onun yolunun davamçılarına verdi.
    Akademik Tofiq Hacıyev Cavad Heyətlə bağlı xatirələrini bölüşüb. Doktor Cavad Heyətin nəşr etdirdiyi “Varlıq” dərgisindən, dərginin İran türklərinin milli şüurunun oyanmasında oynadığı roldan danışdı.
    Daha sonra, Doktor Cavad Heyətin xatirələrini Azərbaycan türkcəsinə çevirən AMEA-nın Əlyazmalar İnstitutunun elmi işçisi Əkrəm Bağırov deyib ki, onun xatirələrini tərcümə etdikcə alimi daha çox tanıyıb, yaxından ünsiyyətdə olub, doğmalaşıb. Sanki, həmin xatirələr onun gözünün önündə baş verib. Sadəcə, təəssüf hissi keçirdibki, kaşki, sağlığında onunla görüşmüş olaydı.
    Doktorun ailə dostu Zülfi Baxışəli Cavad Heyətin şəxsi məziyyətlərindən söhbət açıb. Onun Azərbaycanın müxtəlif universitetlərinin fəxri doktoru və professoru, Türk Dil Qurumunun fəxri üzvü, eləcə də İstanbul Universitetinin fəxri doktoru olduğunu xatırladıb.
    Tədbirdə həmçinin Bakı Slavyan Universitetinin dekan müavini Manaf Kərimov, tələbə, dinləyicilərdən Ülkər Piriyeva, Günay Həsənli, Şəfa Piriyeva, Taleh, Vəli Efe, Əfsanə xanım və digərləri iştirak edirdilər.
    Həmçinin AMEA-nın üzvləri olan gənc türkoloqlar və eləcə də, Cavad Heyəti sağlığında daha yaxından tanıyan və onun tələbələri olmuş gənc alimlər çıxış edərək, xoş xatirələrinin tədbir iştirakçılarıyla bölüşdülər. Tədbirin sonunda Doktor Cavad Heyətin müxtəlif vaxtlarda çəkilmiş ən maraqlı fotoları slayd şəklində nümayiş etdirildi. Bilik Fondunun icraçı direktoru sonda Kamal Abdulla dından gələn iştirakçılara təşəkkürünü bildirərərək tədbiri sona yetirdi.

    Ülkər PİRİYEVA,
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Yönətim Kurulunun Fəxri üzvü və əməkdaşı

  • Şəfa VƏLİYEVA.”Kirpiklərim yumulu…”

    sefa1-450x300

    AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Əlim saçlarım üstündə,
    Kirpiklərim yumulu…
    xəyalla sevinməkdən
    bu qız hələ yorulmur…

    hər gün boyuna baxır…
    bəxtəvərdi güzgülər…
    burda bir qız darıxır…
    dərd boyda…üzügülər…

    Gəncəyə yağış yağıb…
    deyirlər yaz leysanıdır…
    demirlər göy ağlayıb…
    payızın qisasıdır…

  • Rüfət AXUNDLU.”Gəlirəm”

    rufat

    AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Bir az insaf eylə, ADAM,
    Soruşma, hardan gəlirəm.
    Var olan yoxdan doğulub,
    Yox olan vardan gəlirəm.

    Harda vaxtsız yatan görsən,
    Çirkabına batan görsən.
    Alan görsən, satan görsən,
    Bax, elə ordan gəlirəm.

    Başqa bazara getmirəm,
    Başqa güzara getmirəm.
    Üzü məzara getmirəm,
    Üzü “məzar”dan gəlirəm.

    Azıx ordan, Avey burdan…
    Yaman edir giley burdan.
    Uzaq deyil, budeey, burdan,
    Gəncəbasardan gəlirəm!

    10.04.2015

  • Hikmət MƏLİKZADƏ.”Elm acizdir, yoxsa alim?”

    1409287493_10304351_268609333324646_7910328543693681828_n-218x300

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü,

    Bəllidir ki, orfoqrafiya – (düzgün yazı) qaydaları, sözlərin və onların bütün qrammatik formalarının düzgün yazılışını müəyyənləşdirir, orfoqrafiya lüğətində də sözlərin düzgün yazılış formaları verilir. Biz bu kompleks məlumatlar lüğəti vasitəsilə lazımi sözün düzgün yazılışını, səslənmə və vurğusuna görə düzgün tələffüzünü, qrammatik xarakterini öyrənirik. Bəzi sözlərin nitqdə işlənmə yerini, sinonim-omonim qarşılığını öyrənməkdə də bu lüğət bizə əyani vəsaitdir. Hansı səbəbdənsə bu lüğətdə bəzi sözlərə tamamlə rast gəlinmir – o sözlərə ki, müəyyən sahəni əhatə edir, özündə böyük sinonimik-omonimik xüsusiyyətlər sıralayır. Məsələn, “sufist”, “sufistik” sözlərinə lüğətdə rast gəlinməməsi bir qədər təəssüf doğurur. Əslində, “sufizm”in əhatə etdiyi sahədə “sufist”, “sufistik” sözlərinə mütləq ehtiyac var. O mənada ki, bu sözlərdən biri adıçəkilən cərəyanın araşdırıcısı, digəri o sahəyə dair yazılar (janr) məğzidir, nitq hissəsi olaraq sifət kimi təzahür edir.
    Yaxud “Rapsod” sözünün qarşılıq təzahürü sadəcə bir ehtimal xarakteri kəsb edir. Məsələn, “Rapsod” antik dövrdə xalq mahnılarını toplayan şəxsə deyilib. Əlavə olaraq lüğətdə bir “Rapsodiya” sözü də var ki, bu da musiqidə aidiyyəti üzrə bir sahə məğzi daşıyır – yəni antik dövr xalq musiqi yaradıcılığı sahəsidir. Sual olunur: bəs bu sahəyə dair materialların cəm olduğu proses necə adlanır? Bu suala cavab olaraq “Rapsodik” sözü (nitq hissəcə sifət) işlətmək olmazmı? “Rapsodik” – yəni antik xalq yaradıcılığına dair musiqilər məcmusu.
    “Sufist” və “sufistik” sözləri gerçək mənada öz orfoqrafik nizamlarını əks etdirirlər. Dilimizin leksikonunda belə sözlərin olmadığını (təbii ki, lüğətə əsasən) ehtimal edənlər bir həqiqəti bilməlidirlər ki, yanlış müdaxilələr əks təsirlərlə üz-üzə qalır. Yəni…
    Diqqət yetirək: “Sufizm” cəryanın adıdır – batini varlığı aşkarlayan, özündə yaşadan həyat tərzidir; o batini varlıq ki, onu duyan kəsdən asılı olmayaraq bütün mövcudiyyətlə harmoniyadadır. Təsəvvüflə (İslamda geniş yayılmış ezoterik dini və fəlsəfi cərəyan, mənəvi həyatın və əxlaqi dəyərlərin adı) məşğul olan, dindən, dini göstərişlərdən əsla kənara çıxmayan adama sufi, bu cərəyanın elmi təbliğatçısına “sufist” deyilir. Və bütövlükdə bu cərəyanı özündə əks etdirən yazılar isə sufistik yazılar adlanır… “Sufi”, “sufist” və “sufistik” sözlərini qarışıq salmaq olmaz.
    Sual olunur: hansı səbəbdən ötən bu yüz illər ərzində alimlər “Sufizm”in elmi-ictimai təbliğatçısına dürüst bir ad verməyiblər. Hətta bir alim israr edir ki, bu cərəyanla məşğul olanlara füzulişünas deyilməlidir. Axı, “sufizm” deyiləndə, təkcə Füzuli nəzərdə tutulmur. “Sufizm” təriqətinin qurucuları olan başlıca sufilər bunlardır: Əbdülqədir Geylani (Qadirilik), Əhməd Yəsəvi (Yəsəvilik), Əhməd Rifai (Rifailik), Nəcməddin Kübra (Kübrəvilik), Şihabəddin Ömər Sührəverdi (Sührəvərdilik), Əbul-Həsən əş-Şazili (Şazilik), Hacı Bəktaş Vəli (Bəktaşilik), Mövlana Cəlaləddin Rumi (Mövləvilik), Bəhaəddin Nəqşibənd (Nəqşibəndilik), Hacı Bayram Vəli (Bayramilik), Nəimi Təbrizi (Hürufilik), Şeyx Səfiəddin Ərdəbili (Səfəvilik), Ömər Xəlvəti (Xəlvətilik) və s.
    Sufilər diyarı, “Sufizm”in yayılma arealı ən geniş olan Azərbaycanda (Qadirilik, Sührəvərdilik, Hürufilik, Səfəvilik və Xəlvətilik təriqətləri – qurucuları və əsas şeyxləri mənşəcə Azərbaycan türkləri) bu cərəyanı öyrənən, təbliğ edən şəxsin müraciət obyekti bəlli deyil. Təəssüf doğurası haldır, deyilmi?
    Əlbəttə, “sufi” sözünün mənası və kökü barədə mübahisələr hələ də davam etməkdədir. Tarix və ədəbiyyat alimləri, filosoflar, sufilərin özləri belə, bu sözün lüğəvi mənasını, izahını və yaranma tarixini araşdırır, bir-birindən fərqli, hətta ilk baxışda qəribə görünə biləcək nəzəriyyələr irəli sürürlər. “Sufist” və “sufistik” sözlərinə münasibəti həmin araşdırmaların bir üzvi hissəsi hesab etsək, dünya dağılar?!
    Necə olur ki, “modernizm” sözündən “modernist”, “poeziya” sözündən “poetik” – “poetika” yaratmaq mümkün olur, lakn “sufizm” sözündən “sufist” və “sufistik” məğzi çıxarmaq bu qədər qəbahət yaradır?!
    Aşağıda bu tip digər sözlərə diqqət yetirək:
    “Publisistika” – “publisistik” – “publisit”, “pediatriya” – “pedriatik”, “statistika” – “statistik”, “orfoqrafiya” – “orfoqrafik”, “epizod” – “epizodik”, “mistisizm” – “mistik”, “avantürizm” – “avantürist”, “astronomiya” – “astronomik”, “ateizm” – “ateist”, “demokratiya” – “demokratik”, “diplomatiya” – “diplomatik” – “diplomat”, “ekzotika” – “ekzotik”, “elastiki” – “elastik”, “etnoqraf” – “etnoqrafik”, “ideoloji” – “ideoloq” – “ideoqrafik”, “sistem” – “sistemli” – “sistematik” və s. Bu sözlərdə, məsələn, “Publisistika” (ismdir) – siyasi və ictimai həyat məsələlərini işıqlandıran əsərlər məcmusu, «publisistik» (sifətdir) – publisistikaya aid yazıların belə deyək, janr, üslub xüsusiyyəti, “publisist” (ismdir) – sırf publisistik yazılar yazan, bir növ, bu sahəni öyrənən şəxsdir. Bu mənada, “sufizm” – “sufistik” və “sufist” sözləri də eyni xarakterdə məzmun kəsb edir.
    Azərbaycanda “Sufizm” cərəyanını öyrənən, tədqiq edən kifayət qədər elm adamı olub və bu gün də var. Onların bəziləri Füzuli yaradıcılığında sufi meyllərini araşdırır, gözəl nəticələrə imza atırlar. Ümümilikdə götürdükdə, həmin alimlərə biz heç cür sufi deyə bilmərik. Çünki sufi, yuxarıda dediyimiz kimi, təsəvvüflə məşğul olan, dindən, dini göstərişlərdən əsla kənara çıxmayan adama deyilir. Belə halda “sufizm”i tədqiq edən elm adamına “Sufist” deyilməsi gerçəyə uyğun gəlmirmi?
    Təbii ki, “sufist” sözündəki “ist” hissəciyinin rus suffiksi olduğunu ehtimal ednlər də tapılır. Həmin suffiksi təkcə bu sözə irad tutmaq, o suffiksin “çi” hissəciyi ilə əvəz olunmasını konkret tələb kimi irəli sürmək nə dərəcədə düzgündür?! Eləyə qalsa, onda hansı səbəbdən “materialist” sözündəki (bu sözün timsalında onlarla belə sözdə) “ist” suffiksi “çi” suffiksi ilə əvəz olunmur?
    O da təəssüf doğurur ki, “sufist” və “sufistik” sözlərinə irad tutan, bunu böyük bir qəbahət kimi qəbul edənlərin əksəri fililoji sahənin təmsilçiləridir – o sahəyə dair elmlər doktorları, professrlardır. Əslinə qalsa, bu sözləri qəbahətə çevirməkdənsə azacıq bir araşdırma – tədqiqat işi aparmaq mümkün deyilmi? Axı hər bir səhv- yanlış fikir yeni bir elmi uğurun başlanğıcı deyilmi?
    İndi deyin, elm acizdir, yoxsa alim?
    Zənnimizcə, düşünməyə dəyər.

  • Nail DAĞLAROĞLU.”Dünyanın”

    11209723_1580346758902149_4855963127866549341_n

    Yuxar qalxanın didir başını,
    Dəmirdən dişləri var bu dünyanın.
    Duyan ürəkləri dağlamaq üçün,
    Qızarmış neşdəri var bu dünyanın.

    Gönü su yumşaldar, dəmiri alov,
    Nalı mix saxlayar, köhləni cilov.
    Qanan fağır olur, qanmaz dəlisov,
    Beləcə işləri var bu dünyanın.

    Danışan dillərə salırmış düyün,
    Qəm-kədər içində qalırmış beyin.
    Naili üstünnən köçürər bir gün,
    Çox köçha- köşdəri var bu dünyanın.

    1997.

  • Elnur ABDİYEV.”Çor deyib vurarmı ada dam adam?”

    1424259792_elnur

    Namərd yaratmayıb səni yaradan,
    Səndən yüksək varmı ad,adam,adam!
    Qan axır açdığın ağır yaradan,
    Çökür təməlindən ad,adam-adam.

    Bir məlhəm buyurub canana canı.
    Cananla ovuna can ana canı.
    Qanana deyirəm can, ana canı!
    Çor deyib vurarmı ada dam adam?

    Dünya bölünübdür,sudur,qurudur,
    Bu Kürə adanı günah qurudur.
    Quru oturmusan,bacar quru dur,
    Sən ki yaşayırsan,adada madam.

  • Elnur RƏSULOĞLU.”Qarışqa”

    elnurresuloglu

    Dəyişib bir başqa olmaq istərdim,
    Doğula bilsəydim ikinci kərə.
    Zəhmətkeş qarışqa olmaq istərdim,
    Dünyaya gəlsəydim ikinci kərə.

    Tənbəl də deyiləm inanın mənə,
    Özümdən həmişə narazıyam mən.
    İç üzü açılıb insanın mənə,
    Qarışqa olmağa tam razıyam mən.

    Yayda soyuq qışa hazırlaşanda
    Qarışqa belində çox yük görünür.
    İnsan kiçiləndə, cılızlaşanda
    Qarışqa insandan böyük görünür.

  • “Vətənpərvərlik düşüncəsinin, milli-mənəvi dəyərlərin gənc nəslə təbliğ edilməsi” ilə bağlı silsilə tədbirlər təşkil edilir

    Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Aşıq Şəmşir Mədəniyyət Ocağı” İctimai Birliyi tərəfindən həyata keçirilən “Vətənpərvərlik düşüncəsinin, milli-mənəvi dəyərlərin gənc nəslə təbliğ edilməsi” ilə bağlı silsilə tədbirlər təşkil edilir. Belə tədbirlərdən biridə, Slavyan Unversitetinin Yaradıcılıq fakultəsinin tələbəsi Ülkər Piriyevanın vətənpərvərlik mövzusunda səsləndiriyi şerlərə həsr olunub…Hər Biriniz dəvətlisiz..
    Tədbir 30 May Saat 11:00-da Beynəlxalq Mətbuat Mərkəzinin 6-cı mərtəbəsində keçiriləcəkdir. Əziz və dəyərli müəllimlərim, ustadlarım, İctimaiyat xadimləri, bugünə qədər təqdimatlarında və tədbirlərində iştirak edərək çıxış etdiyim bütün yazar və şairlərimiz hər birinizi, Dəfinə liseyindən olan sinif yoldaşlarım, Azərbaycan Universitetindən və Bakı Slavyan Universitetindən, Yaradıcılıq Fakültəmizdən tələbə yoldaşlarım, bütün dostlarım,əziz qohumlar hər birinizi 30 May Saat 11:00 -da (bu həftənin 6-cı günü) Beynəlxalq Mətbuat Mərkəzinə Dəvət edirəm………

  • Şafa KAMİLLİ.”Qəlbimdəki tək yaram…”

    Bilmirəm niyə mən ,beləyəm axi ,
    Nə edim özüm də hec bilmirəm ,
    Səni yszmişam könlümə ,niyə?
    Bəs niyə ,yazmişam ,ağradir ,belə.
    Qəlbimdə ki ,yarasan,
    Sağalmirsan nə ,edim ,
    Qaniyirsan ,ey mənim ,
    Qəlbimdə ki , tək yaram ,
    Qəlbimi ağridirsan ,
    Könlümun ğözü, sensen ,
    Könlümü ağrirdrsan ,
    Könlümdəki ağrisan ,
    Qəlbimdəki ,tək yaram ,
    Həyatimi ,eşqimi ,
    Sən qnana boyuyrsan ,
    Qəlbimdəki tək ,yaram ,
    Sən niyə qaniydan ?
    Həyatimi ,ömrumü ,
    Sən qana boyuyrsan,
    Sən qana ,boyuyirsan..

    24.05.2015..

  • Fidan ABBSOVA.”Asan deyil inanmaq o baxışa…”

    1780914_790420221035376_3687369101293622902_n

    Saxta idi baxışların eləmi?
    necə məni aldatmısan yamanca
    sandin ki sən inanıram eləmi
    asan deyil inanmaq o baxışa…

    Sən deməsən belə gözlərin deyir
    dodağ dinmir, əllər bilmir, üz deyir
    içindəki boş qədəhlər süz deyir
    içə bilmir o sərabı bağışla…

    Acı olsa fərqi yoxdur həqiqət
    insan üçün ən birinci ləyaqət
    sevgi üçün ən önəmli sədaqət
    o da yoxsa sevənmədik bağışla…

    Vurulmuşdum bilmədiyin üzünə
    Əyri sandın amma getdik düzünə
    bir ürəyin alov dolu sözünə
    söyləsəndə inanmadım bağışla…

    Bəlkə məni sən öyrətdin yalana
    ağlar gözüm həsrət qaldı sorana
    indi məni satıb qəlbdən vurana
    inanmadım, inanmadım, bağışla…

    Üzümdəki gülüş deyil acıdır
    əsil sevgi hər bir qəlbin tacıdır
    dərə dağın ən dibdə yamacıdır
    qalxa bilmir o gözlərə bağışla…

    Vurma daha ürək belə yaşayır
    illər keçir günlər gəlir qocalır
    qoy tərk etsin onsuz qəlbim ucadır
    Fidan sənə inanmadı bağışla…

  • Xəyalə SEVİL.Yeni şeirlər

    11017528_447704908733924_2122182663440572457_n

    Azərbaycan Yazıçılar Birliyinin və “Gənc Ədiblər Məktəbi”nin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Həyat bu qədər sadə…

    Bu küçə də
    Axırıncı vaqon kimi
    Boşaltdı adamlarını.
    Və bu gecə də
    Qaranlıq qara kəlağayını
    Saldı şəhərin boynuna.
    Yol boyu uzanan gecə işıqları
    Açdı gözlərini.
    Külək deyinə-deyinə
    Oyatdı yuxudan yarpaqları.
    Yəni,
    Həyat bu qədər sadə,
    Həyat bu qədər təkrar.
    Amma ürəyimdə
    Təkrarlanmayan biri var.

    Sən axı bilmədin

    Sən axı bilmədin
    Mən səndən sonra
    Necə yalnız qaldım.
    Baxdım o sən gedən
    Yolun ardınca,
    Bir əl, iki göz qaldım.
    Hər üşüyən axşamlarda
    Üşüdüm səndən ötəri.
    Göz yaşımı yanağıma
    Daşıdım səndən ötəri.
    Sən axı bilmədin, daha heç kimə
    “ Sarı qız ” olammadım,
    “ Sarı saçlı qız ” oldum.
    Sənsiz qaralan gecəyə
    Ay oldum, ulduz oldum.
    Ehh!
    Özüm də bilmirəm
    Hardayam indi,
    Bəlkə də buludlar
    Yağacaq məni.
    Torpağın bətninə
    Düşmüş meyidəm,
    Torpaq qəbir kimi
    Doğacaq məni.

  • Şəhanə İsmayıllı (Debüt)..Birgün geri gəlsən…

    Şəhanə Cəfərova 1996 -cı ildə  İsmayıllı rayonunda doğulub. Həvəskar şer yazardı. addımlarını yenicə atır.

    Çətin sənin üzünə gülüm,

    son gedişin elə ağlatdı ki…

    Bir gün geri gəlsən çətin gözlərinə baxım..

    YUxuda görsən məni,

    sənsiz qalmış görəcəksən.

    Ağladığım günlərin heyifini,

    çÇıxacam bir gün geri gəlsən.

    susub -susub göz yaşlarım axanda

    Sənsizlikdən ürəyim parçalananda,

    Bİr gün geri gəlsən hesab soracağımı bil,

    Sənin adi “salam”ın xoşbəxt edir məni,

    əlimdən tutsan necə olar….

  • Cahan GÜLSÜN.“Yanıq Kərəmi”nə oynamazlar,atam balası…”

    cahangulsun

    Babamın sözü idi.Sonra da əlavə edərdi ki, “ bizi elə oynada-oynada bu kökə saldılar”.Bizi deyirdi e,bizim milləti…
    Eşitdiyimə görə “Yanıq Kərəmi”nə əvvəllər heç kim oynamazmış.Çunki, el arasında kərəmin faciəsinə oynamağı hamı özünə ar bilərmiş.Bir növ Kərəmə yas saxlayırmışlar.Sonradan yası da,faicəni də,Kərəmi də unudan insanlar qol götürüb şıdırğı oynamağa başlayıblar bu mahnıya.Məndən olsa deyərdim ki,elə biz o vaxtdan öyrənmişik faciəmizə “oynamağa”. (daha&helliip;)

  • Gülnarə Sadiq (Yeni şeir) Mən Anayam! Mən Vətənəm!

    gi

    Mən Anayam!
    Mən Vətənəm!
    Gör nə qədər oğul dağı
    Verib mənə əzəl düşmən.
    Dərbəndimə yas tutmamış
    Borçalımı apardılar.
    Zəngəzura yas tutmamış,
    Bu həsrətə alışamamış
    Təbrizimi qopardılar.
    Bir yara var ürəyimdə,
    Şuşa adlı nazlı gəlin.
    Bir acı var ürəyimdə ,
    Laçın adlı adlı dağlar qızı. (daha&helliip;)

  • Nigar Rüstəmqızı. “Gənc qələm sahiblərinin binası yanır”

    11272078_1600326966874539_379041531_n

    Allah sizə rəhmət eləsin, mirzələr… Sizin yaratdığınız aferist obrazlar bu gün diri-diri ədəbiyyatımızdadı. Canlı nəsruhlahlar və canlı kimyagərlər…Adamı haracan aldatmaq olar? Adamlara nə vaxtacan yalan demək olar? Bir gün biləcəklər axı gümüş gümüşlüyündə qalır, qızıla çevrilmir. Nə vaxtsa anlayacaqlar axı ölü dirilib evə qayıtmır. “Meymunu yada salmamaq” yalanı bu gün daha aktualdır. Məlum 19 may tarixində baş vermiş dəhşətli yanğın nəticəsində həyatlarını itirən günahsız insanlar bir çox aspektdə müzakirə olundu. Əlbəttə, məsələ siyasi müstəvidən kənara çıxmamalıydı. Çünki birbaşa dövlətlə əlaqəli məsələdi, hansı ki, kifayət qədər müzakirə olundu. Bu haqda danışmaq istəmirəm, siravi vətəndaş kimi sözümü lazım olan yerdə demişəm. Məsələ orasındadır ki, ədəbiyyatda meymunoynadanlar bu priyomdan istifadə etməyə başladı. Vətənpərvərlik həmişə ən birinci ədəbiyyatçıların sayəsində tərənnüm olunub. Ədəbiyyatpərvərlikdən uzaq olanlar binanın yanma xəbərini vətənpərvərliklə qarışdıracaq qədər cılızdılarsa bizim sabahımız necə olacaq… Üç nöqtə qədər yaxın gələcəkdə biləcəyik bunu.
    Qəribədir, keçmişdə bəylər qaçaq mala gedəndə gizlətmirdilər ki, oğurluğa gedirlər. Bu gün isə oğrular oğru yox, doğrudular. Günahsız insanların kədərindən şou düzəltmək təkcə TV-lərin deyil, artıq yazarların da “meymunu yada salmamaq” yalanına çevrilib. Meymunu yada salmayın, iksir alınmaz – Tərpənməyin, bütün saytlarda yazarıq… Mahiyyətcə eynidi, deyilmi? Məəttəl qalmayasan neynəyəsən?
    Ədəbiyyat sanki bir incəsənət əsəridir, onu qəşəng çərçivə və yaxşı işıqlandırma lazımdır. Bu yazını mənə yazdıracaq səbəb də budu. Ədəbiyyatımızın çərçivəsini kimlər təşkil edir? Böyük mütəfəkkirlər, ziyalılar görüb gəlmiş ədəbiyyat indi yamaq-yumaq çərçivəyəmi möhtac qaldı? Öz eqolarına üstün gələ bilməyənlər, bir para “gənc qələm sahibləri” (özlərini belə adlarırlar!) niyə bu qədər aşağı səviyyədədirlər?
    Mən eqoist o adamlara deyirəm ki, öz eqolarının mənfi tərəfini nümayiş etdirir və ondan insanların ziyanına istifadə edirlər. İnsanlar eqolarını müsbət işlərdə realizə edə bilməyəndə bu özlərinə də, özgələridə də zərər verir. Şöhrətlənnək, tanınmaq istəyən adamların bu istəyi tamamilə haqlıdır. Lakin bu zaman onlar öz istəkləri haqqında həddindən çox danışırlarsa, deməli, hələ də öz eqolarının sahibi ola bilməyiblər. Çox güman ki, bu adamlar danışmaqla öz kompleks və qorxularını ört-basdır edirlər.
    Amerikalılar deyir: “Milçəyi bir qaşıq balla tutmaq bir pud duzla tutmaqdan daha asandır”. Bəs bizim ədəbiyyatsevərlər neynir? Bala heyfləri gəlir, daha dəqiq desəm, balı olacaq biri yoxdu deyə duzunu bol edirlər. Duzsuz və şit bir ortamda “barıtı çox olan” bəzi yazılar milçəklərin vızıltısını çoxaltmaqdan başqa bir nəticə vermir. Bu vızhavızda ədəbiyyat bulanır. Milçək bir zad olmasa da, ürək bulandırır axı…
    Mütaliədən başqa da bir sıra mənbələr var ki, bizə təhsilimizi artırmaqda kömək edir. Onlardan biri – dostlar və həmkarlarla ünsiyyətdir. İndi təsəvvür edin ki, onların mütaliəsi bu “vızhavızdı”. Onları yığsaq heç bir blok da adam etmirlər. 5 mərtəbəli bina kimi üst-üstə dayanıblar. Ən yuxarıdakı zibilini özündən bir mərtəbə aşağı, aşağıdakı daha aşağı və belə-belə…ədəbiyyatımız olub zibilxana. Dəhşətli olan odur ki, “qonşular”ın hamısı bir-birindən gileylidir. Kimsə öz “zibilini” dilə gətirmir…Mehriban qonşuların məsud dolu bu binasında tez-tez müzakirə və mütaliələr gedir. Bayaq dediyim təhsil məsələsi də burda ortaya çıxır. Dünya onlar üçün yalnız bu “5 mərtəbəli bina”dan ibarət olduğu üçün özlərindən başqa “öz”, bir-birlərinin kitabından, yazı-pozusundan başqa heç bir nəsnə bilmirlər. O qədər heç nə bilmirlər ki, tədbirdə çalınan matəm musiqisinə “intiresni mahnı buraxdılar” deyib haray-həşir qoparırlar. Hər şey “öz daxillərində” olduğu kimi biabir olmaqları da bu qaydayla gedir; özləri-özlərini biabır edirlər.
    5 mərtəbəli bina demişkən, onu da qeyd edim ki, “meymunu yada salmamaq” yalanıyla meydanda dayça oynadan bəziləri “Biz Anardan yazmırıq deyə AYB-yə üzv olmuruq” yaza-yaza AYB-nin qapısı önündə yatırlar az qala. Ümidvaram, onlar da nə vaxtsa AYB-yə üzv olacaqlar, bizim də canımız bu tip yazılardan qurtulacaq. Canımızı qurtara bilmədiyimiz başqa məsələlər çoxdan da çoxdu. Dünən saytlarda qeyd olunan hadisə, məsələn…Yuxarıda yazdıqlarımın bu haqda olduğunu anlamış olmalısınız, həzarat, ona görə ki, yanğın hadisəsindən özümüzə gəlməmiş bir qrup gəncin də iştirak etdiyi kitab təqdimetmə mərasimində baş vermiş “vızhavız” ürəyimizi bulandırdı. Mən orda iştirak etməsəmdə hadisələrdən dəqiqliyinə qədər xəbərim oldu. Kitabın tərtibedilməsindən və keyfiyyətindən danışmağa dəyməz. Türk yazarlarının antologiyası bu qədər bərbad ola bilməzdi, oldu amma… Çünki, tərtibatçılar və içində şeiri yer alan gənclərin əksəriyyəti bərbad gündədi. Buna görədir ki, nəticə başqa cür ola bilməyəcəkdir.
    Kitabın “işıq” üzü çıxmasına sevinən türk və azərbaycan bacı-qardaşlarımızın əl qaldırıb vətənpərvərlik musiqilərini alqışlaması, bayraqla rəqsləri tərsə-məzhəb gənclərimizi necə çaşdırıbsa, bir də özlərini çöldə görüblər. İçəridə qaldırdıqları vızhavızdan sonra tələm-tələsik 3-5 məqaləylə guya ki, ortalığı ayağa qaldırdılar və ucuz reklama başladılar. “İgidliklərindən” ağız dolusu yazandan sonra bir daha əmin oldum ki, onlara yazığım gəlməkdə yanılmamışam. Pis başa düşməyin, matəm musiqisiylə mahnını ayırd edə bilməyənə yazıq deyilər ancaq…Ona görə yazıq ki, vətən haqqında ancaq şeirlərdə abstrak-yapıştraq fikirlər söyləyənlər dünənə qədər orda qınadıqları insanları “mənəvi atamız, anamız” deyib bağırlarına basırdılar. Narahat olmayın, sabah da bağırlarına basacaqlar. Onlar başqa cür ola bilmirlər çünki…
    Sözümü burda saxlayıram…Ad çəkib onsuz da reklam olunmaq üçün ürəkləri gedən “yaradıcı gəncləri” bu qədər sevindirmək niyyətim yoxdu. Bu haqda növbəti yazılarda, İnşallah.
    Sözlərim bu 5mərtəbəli, bir bloklu binanın sakinlərinə necə təsir edəcək, bilmirəm, amma yanıb-kül olası bir bina varsa, o da “sizin binanızdı”, ay istedad dağarcıqları. Üzlüksüz, falansız…
    Tamam unutmuşdum…Qərəz, meymunu yada salmayaq!

    Hörmətlə, AYB, TAYB, GAYB, FAYB və s. üzv olmayan Allah bəndəsi…

  • Gülnarə İsrafilqızını doğum günü münasibətilə təbrik edirik! (25 may 1981-ci il)

    Gulnarexanim

    Gülnarə İsrafil qızı 25.05.1981-ci ildə Gədəbəy rayonunun Qarı kəndində doğulub.
    2000-ci ildən respublika mətbuatında Gülnarə İSRAFİLQIZI imzası ilə şeirləri və məqalələri dərc olunur. “ Möhtəşəm Azərbaycan”, “Kaspi”, “Azad qələm” “Arqument” “İnam yolu” “Ruzigar” “Müasir həyat””Müəllimin sözü” və s. qəzetlərində,
    “Yurd” jurnalı”  “Bir ağacın budaqları”, “Duyğulu Arazlar” və  DGT Y-nin “ Ziya” antalogiyasında və o cümlədən Türkiyənin Tokat  və Adana şəhərlərində  “Kümbet”, “Usare” dərgilərində şeirləri yayımlanıb. 31. 05.2014-cü ildə şerlərinə hazırlanmış Foto video çarxların təqdimatı keçirilib. “Vahid” Poeziya (2005), “Məcməüş-şüəra -şairlər məclisi”nin  (2012),  DGTY-nin üzvüdür (2014). Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Fəxri üzvü, Yönətim Kurulunun başqanı (2013),  Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru (2014), Gündəlik İnformasiya Agentliyinin Baş məsləhətçisidir (2014). Orta-ali təhsillidir. Gəncə şəhər Pedoqoji-Kolleci (2000-2004), İlahiyyat üzrə “Hövzə”mədrəsəni bitirib (2006-2011). BSU Yaradıcılıq fakültəsində təhsil alır (2014). “Zərrələr”  layihəsinin rəhbəridir. (daha&helliip;)