Şəfa Vəli yaddaşımda, təsəvvürümdə həmişə Gəncədən-Bakıya gələn və daim yol üstə olan şair kimidir. Bir az keçir, o zəng edəcək, “Qəşəm müəllim, az qalıb Bakıya, Hacıqabuldayam” və hər dəfə nədənsə Şəfa Vəli elə Hacıqabulda olmalı imiş… Gəncə – Bakı arasında Hacıqabul çox maraqlı yerdi. Ötən əsrin 1980-ci illəri… Gəncə. Arıq, uzun saçlı dəli bir oğlan, şair-mən. Tələbəyəm. Universitetdə uzun saç saxlamağa icazə vermirlər. Amma mənim saçlarımın “arayış”ı var. C.Cabbarlı adına Gəncə Dövlət Dram Teatrında Məcnun rolunu oynamalıyam. Onda Şəfa yox idi, hardasa, hansısa enerjinin bətnində yer kürəsinə yol gəlirdi Şəfa. Hələ yerə çatmağına 8 il vardı. O gün oxuyuram, həmin teatrda Şəfanın “Bəyaz ölüm” pyesi tamaşaya qoyulub. Çox təsirləndim, yadıma 21 yaşım düşdü, o vaxt biz heç yaxşı tamaşaçı deyildik, nəinki pyes müəllifi olaq. “Gəncə” sözünü Şəfa Vəli kimi gözəl tələffüz edən ikinci şair tanımıram. O qədər şirin deyir “Gəncə” sözünı, elə bil “Göyçə” deyir. Göyçə deyəndə Gəncə kimi başa düşülür. Dili o qədər şirindir Şəfanın. Xan bağı, Gəncə çayı, Yeni Gəncə, Dəmir yolu vağzalı, Səməd Vurğunun şəkli olan tralleybus, Bağbanlar, Gəncə çayının sahilləri, Fontanlar bağı, Qatır Məmmədin heykəli (indi yoxdur), Gəncə Alimlər evi, yazıçı Qərib Mehdi, şairlər Xəzangül, Aləmzər Əlizadə, Bahadur Fərman, Sahib İbrahimli, Mikayıl Yanar, Sədnik Paşayev, Zaur Həkim, İnqilab İsaq, Oqtay Abdulla, Aydın Murovdağlı, Hüseyn Hatəmi, Şəfanın anası Güldərən xanım… Qaçdığım, sevdiyim, sevildiyim, döyüldüyüm, unudulduğum yerlər… O vaxt Şəfa yox idi, yer kürəsinə yol gəlirdi. Indi Şəfa Vəli mənim xatirələrimin ustə gəzir. Yaxşı eləyir gəzir, şairdir, gəzir, haqqı var. Şəfa Vəli kuklaları (özü də böyük, məsələn,ayı, şir) çox olan qıza oxşayır. Bəlkə də o, ən kiçik, hətta əzik-üzük olmuş kaqız parçalarını da saxlayır. (daha&helliip;)
Blog
-
Güldərən VƏLİYEVA (Yeni şeir) Qorxuram deməyə
Ay məndən şairlik uman qardaşım,
Yarımçıq misralar könül ovutmaz…
İlhamlı könlümü duyan qardaşım,
“Qəriblik” bəd sözdü, rədif tapılmaz…Məndən nağıl istə, nənəm danışıb,
Yaddaşımda qalıb Simurq quşları…
Məndən şeir umma…. O misraları
Yazır yanağıma gözümün yaşı…“Ola”-deyib arzulama şairə
“Möhtəşəm” misralar, ağladan bəndlər…
Qorxuram deməyə- mən də şairəm!
Şairi var edir sonsuz kədərlər… -
Elnur Coşqun (Yeni şeir)
Elnur Coşqun
Kor vicdanlar gərək şişə çəkilə,
Haram ola,Vətən eşqin oyana.
Qarabağın yanan rəsmi çəkilə,
Yatan millət,bəlkə,baxa oyana.Qələbə de,and iç, ruha tik andı,
Vətən,ruhsuz bu yırtığı tik,andı.
Əsir ellər qəlb göynədən tikandı,
Dərd səddini aşıb bu dərd o yanaCoşqun, dərdi bifər açdın,fər dola,
Zaman-zaman fər boşalan fər dola,
Döyüş gələ bir erməni fərd ola,
Qəzəbimi mən yandıram,o yana. -
Mayisə ƏSƏDULLAQIZI.(Yeni şeir) Baxışlar uzanar…
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoruBaxışlar uzanar…
Hardayam, necəyəm, nəyinə gərək?!
Gecənin bir vaxtı qarışır yuxun,
Ötən günlər üçün üzülür ürək,
Səni əsir edir, hisslərin, duyğun…Arzular uzanar həsrətə sarı,
Sevgiyə uzanan əllərin yanar,
Qürurun keçməyir məftil hasarı,
Kin dolu baxışla orda dayanar.Otağımda vüsal qəm qoruğunda,
Burda sevincimi haqlayar kədər,
İzimiz qalıbdı çay qırağında,
Baxışlar uzanar yurduna qədər.Qəlbinin qürrəsi göyü dələndə,
Boy atıb uzanar yıxılanacan,
Kölgələr uzanar gün gödələndə,
Qürurdan uzanar yox olanacan. -
Günel Nazim (Debüt)Heç bilmirəm hardan başlayım nə yazı.
Günel Nazim 1995-ci il 14 iyulda Salyan rayonunda anadan olmuşdur.2000-ci ildə Humanitar fənnlər təmayüllü məktəb liseyinde tədrisə başlamış 2012 – ci ildə eyni liseyin məzunu olmuşdur. Hal- hazırda Bakı Asiya Universitetinin tarix fakültəsində təhsilini davam etdirir.
Şəfizadə ailəsinə payız gəlmiş bir yarpağını yerə salmışdır. Ölümündən tam 1il keçmişdi 03.09.2013-cü il idi.Hər kəs sosial şəbəkə olan “facebook”da “ Zərdüşt Şəfi səni unutmuruq və ya görüşünə gəlirik” deyə paylaşımlar edirdi. Nəhayət ki,Zərdüşt Şəfinin yaxin dostlarından olan Tamilla Qulami ile Zərdüşt haqqında danışdıq.Heç tanımadığım,heç zaman ünsiyyətdə olmadığım biri üçün neyçün ağladığımıda bilmirdim…Həmin günü evdən çölə çıxmağı istəmədim ürəyimdə yalniz onun ölümü, beynimdə isə cavabsız qalan suallarım dolaşırdı.Axı Zərdüşt Şəfini mən niyə öncədən tanımadım?Tanısaydım görəsən bu qədər mənə pis təsir edərmiydi ölümü ya dahada şiddətli əzablar çekərdi ürəyim? Dünyada hər gün minlərlə insan ölür niyə onların ölümü məni bu qədər düşündürməzkən,Zərdüşt məni tamam özündən aslı hala çevirdi. ..Əgər yaşaydı ona tanıyardım?
Yenədə ağlımda min suallar yarandı.Zərdüştün bir kitab yazdıgını öyrəndim.Axı mən kitabları və yeni yazıcilari hemin an bilirdim mutleq o kitabi bir yerdən əldə edib oxuyardım niyə Zərdüştden xəbərim olmayib?Qismət deyilən şey budur? Demək olar ki, hər gün şeirlərini oxuyuram. Hər şeiri bir ümidsizlik,bir acı,bir ölüm dadır sanki.Görəsən ölümünü öncədən mi bilirdi? Ya onsuzluqdan mı şeirləri belə görünür?Məncə o göyə ucalacagini coxdan anlayirdi ve bu seirleri biz oxuculara isaredir. Nece hereqlof, mixi yazini oxuyan cox az insan varsa Sefinide anlayan da beledir. Şəfinin bütün yaradıcılığını bəyənirəm o yaşasaydı hələ çox zirvələri fəth edərdi buna əminəm.Amma Zerdüşt şeirlərində çox böyük mənalar kəsb etsədə hekayələri qədər möhtəşəm deyil şeirləri mənim üçün.Görəsən yaşasaydı bu sözümü bilsəydi nə deyərdi?Ürəyində inciyərdi?Yoxsa nəticə çıxarırdı?
Hər şeiri və adı keçəndə onun qara məzar daşı , bir ovuc qara torpağı canlanır gözümün qarşısında.Axı niye günəş kimi parıldamasına başladığı an o bizdən əbədiyyətə qədər ayrıldı?yox doğrusu ədəbiyyata qədər cox gec gec dogan edebiyyata qədər… Zərdüşt Şəfinin ölümünü bildiyim gün öz ölümüm ağlıma gəldi bir gün məndə ölə bilərəm deyə düşündüm.
Ölüm qocanı deyildə tam cavanı “hələ gələcəyin qarşıdadı “dediyimiz insanı ala bilir. Hər kəsdən-dünyadan qopurub Tanriya sürüyə bilir.Bəs mən ölsəydim mənim bu yazdıqlarımı eyni Zərdüştə etdiyim kimi məst eden,tanıtdıran olar mı ?Kim görünərdim gözlərinə?
Zerdüşt sanki bir kəpənək idi.Qonduğu hər ürəyi gözəlləşdirən yalnız ömrü iki gün…Həmin iki gün müddətində isə mənə yetməyən, indi isə kəpənəyini gözeləyərək solan çiçəyə bənzədirəm özümü.Görəsən səhv mi edirəm?Heç tanımadığım ,əlaqəm belə olmadığı bir yazıçını,yazar olması bir tərəfə bir insanı bu qeder sevməkdə,belə ümidlə gözləməkdə heç gəlməyəcəyini bilərək həmdə…Bu məndə bağlılığmıdır?Yoxsa zamanla keçən sadə hiss mi?Heç özümdə bilmirəm niyə beləyəm Yox bu insani hissdir bir insana perestişdir ya bəlkə yazılarında aşiqliq görməy? Şəfi üçün ağlayıram,şeirlərini oxuyuram,rəsmlərinə baxıram üreyimdə minlərlə sözlüklər yaranır ona aid.Amma əlimə qələm aldıgım an artiq saatlar keçdiyini mənimsə “Zərdüştdən” basqa söz yazmadıgımı görürəm.Hər kəsdən tamamən fərqliyəm?Beli ürəyimdə dərin yaraya səbəb olan Zərdüşt daha doğrusu ölümü…Onsuzluq…
Görəsən özü tez mi qovuşmaq istəyirdi tanrısına?Sözlərinə aldanaq mı? Yoxsa gerçəkliyini dadaq mı?Mən indi səndən böyük yardımlar alacaqdım yazılarıma böyük köməklik edəcəkdin bəlkədə yaşasaydi yenə tanımayacaqdım amma mənimçün “ az amma böyük yazıların müəllifidir”…Bu gün əgər mən özümüzü tanıtdırmasam,bu cəmiyyətdə yerim olmazsa əminəm ki,bu yazımda tanınmaz,bu yazımla Zərdüştü tanıyan o bir-neçə insanda…
Sən günəşi görməmisən
səni görən görüb onu.
Göyü qüvvə bilməmisən
səni sevən bilib onu.
Sən heç zaman gülməmisən
həsrətini çəkənlər var.
Sən bilmirsən sevgi nədi
şah belini bükənlər var.
Sən heç zülm çəkməmisən
gözündə yaş görənlər var
Sən bilmirsən ölüm nədi
sənsizlikdən ölənlər var.Eyni ilə öz şeirində dediyin kimi ” Zərdüşt ,həsrətini çəkənlər var,sənsizlikdən ölənlər var” …Həsrətin ölüm kimi gələnlərində var….
Ürəyimdə bir sızıntı var,bir ümid var elə bilirəm heç vaxt mümkün olmasa belə o, dönəcək mən onu şeirlərində, kitabında, dostlarında deyil onu onda öyrənəcəm…Onu onda susacam…
-
Hikmət MƏLİKADƏ.”Müasir tənqidin Əsəd Cahangir əhatəsi”
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsüƏdəbiyyat-poeziya işi ilə ünsiyyətin əsas vahidi təcrübi-praktik və bir qədər də tənqidi təzahürlərdir. Səmimi etiraf edək ki, istedadlı tənqidçi, müasir tənqidin nəzəri-ədəbi əsaslarını dürüst məntiqə kökləməyi bacaran Əsəd Cahangir də müraciət obyekti kimi seçdiyi, təhlilə, tədqiqə cəlb etdiyi mövzularda tənqid-yaradıcılıq işini tam əhatə edir; mövzulara münasibətdə dürüstdür. Onun qələm nümunələrində tənqid və mətn sistemləri ilə xarakterizə olunan ədəbi struktur quruluş, mövzu-mətn vizuallığı və ədəbiyyatşünaslıq məsələləri semantik xüsusiyyətli, geniş şəkillidir, bir sıra tənqidi yazılarında tənqid mədəniyyəti dolğun təsəvvür yaradır. O, ilk növbədə mətnin təşkili, fikrin qurulma texnikası üzrə semantik forma təşkil edir, üzərində israrçı mövqe tutduğu hər bir yazılı prosesin funksional əhəmiyyətini daha qabarıq göstərmək üçün dəqiq qrammatik təsirlərə üstünlük verir. Kim nə deyir, desin, Əsəd Cahangirin, mövzu xarakterlərinə ədəbi yanaşması sistemli şəkildədir. Onun tədqiq və təhlillərində – mövzu təhliletməsində mətn sintaksisi, aktual üzvlənmə, tənqidin tarixi aspektləri və qrammatik seyrçilik, fikrin qurulma texnikası, ədəbi hissin kommunikativ funksiyası faktik olaraq ədəbiyyat-yaradıcılıq işinə yaxından bələd olmasını isbatlayır. Bu mənada deyək ki, onun əksər təhlillərində fikirlər ictimai-fəlsəfi və normativ əsaslıdır: o, sxematik hissi təbəddülatlardan peşəkarcasına istifadə etməklə mövzuların (məsələn, Azərbaycan dramaturgiyası barədə tədqiqini buna bariz nümunə göstərmək olar) əsas-tipik həddə oxucuya çatmasını təmin edir; fikirlərinin struktur-semantik zərurəti mövzudan şərhə keçidi qaydalara uyğun təsbitləyir. Anlayışlı oxucu onun ədəbi dərketməsində bu prosesin əhəmiyyətli rol oynaydığını yaxşı görür. (daha&helliip;)
-
Şəfa Nur (Piriyeva) (Yeni şeirlər)
Şəfa Nur (Şəfa Piriyeva) “Gənc Ədiblər Məktəbi”nin üzvüdür.Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsinin tələbəsidir.Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Fəxri üzvü və əməkdaşıdır.
Axşamdan səhərə…
Ruhumun yolundan aza bilmirəm,
Ürəyin dərdini yoza bilmirəm.
Duyğular süzülüb dolur içimə,
Heyf, hər birini yaza bilmirəm..Uzaqdan duyulur şeirin ətri,
Duyğular yazdırır gedən sətri.
Kəsib doğrayıram itməsin məna,
Yenə sonda qalır onun kəsri…
(daha&helliip;) -
Ülkər Dəniz (Piriyeva) Cığatel İsaqızı Kitab Evim.Az-da tam səmimi oxucularıyla…
20 iyun Kitab Evim.Az yenidən kitab sevərləri, saz, söz aşiqlərini gözəl xanım, əsl ana, Ədəbiyyata gec gəlib amma tez bir zamanda minlərlə insanın qəlbində şeirə, sənətə böyük məhəbbət yaradan ən dəyərli ürəyə malik şairə Cığatel xanım İsaqızının ətrafına toplamışdı. Həmin günü həmçinin Cığatel xanımın 50 illik yubiley yaşı günü qeyd olunurdu. “Seçilmişlər” adlı yüzlərlə şeirlər toplandığı kitabın təqdimatı Cığatel xanımın “Cığatel xanım sevərlər”i salamlaması ilə başladı. Ömrünün 50 ilinin xeyli vaxtını həm ana, həm gözəl insan, həm də əsl şair kimi söz üçün yandıran Cığatel xanım sözün insan həyatında önəmli rol oynadığını və şairin ən qiymətli zinətinin söz olduğunu dönə-dönə vurğuladı. Onun
“Şairi aldatmayın” şeirindən bir parça; (daha&helliip;) -
Ülkər Dəniz ( Piriyeva )Qənirə xanım Paşayeva oxucularıyla Kitab Evim.Az-da….
Bədii qiraətçi, Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsinin tələbəsi.
19 iyun Kitab evim.Az yenidən gözəl bir insanla təqdimat keçirdi. Dəyərli insan, əsl xanıməfəndi, jurnalist, Millət vəkili hörmətli Qənirə xanım Paşayeva və onun ürəyini qoyduğu müxtəlif mövzulu kitabları ilə gözəl və yaddaqalan görüş baş tutdu. Görüşdə müxtəlif mətbuat nümayəndələri, tanınmış insanlar və ən əsası Qənirə xanım Sevərlər iştirak edirdi. İlk çıxış elə Qənirə xanımın özü tərəfindən oldu. O Azərbaycan Gəncliyində kitaba olna marağ bərpa etmək üçün hər kəsdən öz üzərinə düşən vəzifəni məsuliyyətlə yerinə yetirmələrini və bu yolda onun mütəmadi xidmətlərinin olduğunu söylədi . Həmçinin hər bir Azərbaycan vətəndaşının öz xalqının tarixini geniş şəkildə bilməsində kitabların bizim həyatımızda əvəzsiz rolounun olduğunu və gələcəyə yüksək istedadlı kadrlar yetişdirmək istəyiriksə, kitabları həyatımızın ayrılmaz bir parçasına çevirməyimizin gərəkli olduğunu dəfələrlə vurğuladı. (daha&helliip;)
-
Şəfa VƏLİYEVA
AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsüBütün yalanları söyləyib getdin…
səni aldatmağa söz tapammıram…
təsəllin budurmu üfləyib getdin?!
ömrüm şam ömrüdü… hələ yanıram…sənə kim demişdi, Gəncə düzləri
lalələr içində sevda bitirir?
gərək tanıyaydın… mənim gözlərim
sənin hər şəklində bir nur itirir… -
Şəhanə Cəfərova ŞEİRLƏR
Boş deyib keçmə
Bu həyati boş deyib keçmə
Məni özündən uzaq etmə
Geri gəl belə getmə
Sevgimi boş deyib keçmə!
Uzaq ya yaxin-pis ya yaxşi
Sən yoxsan nəyimə lazim bu həyat!
dəli etmə
öldürmə məni
sevirəm axi səni.
Oynama hisslərimlə!
Xoşbəxt olaq sevgimizlə!
İkimizi boş deyib keçmə.
taleyimiz Əbəlkədə bir!
Qaçmayaq taleydən Olaq bir!
Sevgimizi boş deyib keçmə.Sənin ürəyin mənə məxsus!
İllər keçsə belə dünya dönsə belə
Sənin ürəyin mənə məxsus.
Kimi sevirsən sev kimlə olursan ol
Sənin ürəyin mənə məxsus!
Boş deyib keçmə məni
boşuna sevməmişəm səni
Qoymaran unudasan məni
Sənin ürəyin mənə məxsus.
Yaxşi düşün həyatini
Sevgimin alaram qisasini
Kimsəsiz deyiləm tutma yasimi
Sənin ürəyin mənə məxsus
Hər kəlməni yazanda
Səni düşünürəm hər anda
Ayriliğimizi deyil qovuşmağimizi!
Sənin ürəyin mənə məxsus!Yarim qaldi!
Xoşbəxt idim onunla
Üzüm gülürdü onunla
Bilmirəm nə oldu
Xoşbəxtliyimdə yarim qaldi onunla
Ürəyim hələ belə olmamişdi
Gözlərimdə belə xəyala dalmamişdi.
Kimsə ürəyimi belə Əələ almamişdi
Tez başladi tezdə bitdi
Sanki yuxu idi ayildim gözümdən itdi
Axtardim onu tapa bilmədim
Həyatim kimi yuxularimda yarim qaldi!
Ürəyimdə bilinməyən hisslərlə sevirdim.
Onsuz yaşaya bilmərəm elə bilirdim
Ürəyimdə sevgim yarim qaldi
o getdiyi gündə yarimda onunla getdi
Qalan yarimda onsuz yarim qaldi.
Özümdə o gedəndən kimsəsiz qaldim -
Şeir: Ahmet ÖZTEK KAR BAHARI Tablo: Hüseyin SARTAŞ
KAR BAHARI
Bir turna uçurdum, gönlüm ağına.
Yaktı yüreğimi saldı, bağına.
Gelir diye koştum, zorlu dağına.
Döndü güzel günüm, zar baharına.Yasla geçer benim, kara gözlerim.
Gün geçtikçe yârim, canım özlerim.
Gelmez olur kızım, kızan sözlerim.
Yandı güzel sürüm, er baharına.Düşe kalka çıktım, ben bu dağlara.
Yavruma yandım da kandım ağlara.
Nasıl gidem dosta, nasıl bağlara.
Söndü güzel sözüm, var baharına.Nazlı yavrum gömdüm, kara toprağa.
Ezildi yüreğim, kuru yaprağa.
Kapandı gözlerim, döndü kurağa.
Erdi güzel gönlüm, har baharına.Bu dünyada var mı candan bir özge
Gün geçtikçe, kanlı bağrımı eze
Görsün eller, nasıl geldim ben dize
Sevdi güzel gözüm, dar baharına.Varın gidin, derdim anama verin
Açmadan güllerim, bağımda derin
Kara saçım akla, doldu kederin
Bitti güzel dünüm, yar baharına.Öztek Ahmet, nasıl geldi bu başa
Ağuyu yuttun da saldın mı aşa
Kanlı yüreğin çaldın, taştan taşa
Öldü güzel gülüm, kar baharına.02 Şubat 2015/Ahmet ÖZTEK
Tablo: Hüseyin SARTAŞ -
Yavuz Bülent Bakiler (Məqalə) GOROĞLU-GÖROĞLU KOROĞLU-KÖRÖĞLU
GOROĞLU-GÖROĞLU
KOROĞLU-KÖRÖĞLUTürkiye’de lise ve üniversite mezunu 5 milyon kişi üzerinde bir anket yapılsaydı ve onlara sorulsaydı, denilseydi ki:
“Köroğlu kimdir ve nerede yaşamıştır?”
Herhalde 4 milyon 999 bin kişi derdi ki:
“Köroğlu bizim halk kahramanlarımızdan birisidir. Şairdir. Çamlıbel ve Bolu dağlarında yaşamıştır. Çalıp söylediğimiz güzel türküleri vardır!”
Eğer 1980 yılından önce, bana da böyle bir soru sorulsaydı aşağı yukarı, ben de aynı şekilde cevap verirdim. Ama 20 yıl önce Özbekistan’a gittiğimde Taşkent’te Semerkant’ta Buhara’da büyük bir hayretle fakat anlatılmaz bir sevinçle gördüm ki Köroğlu, Türkler daha İslamiyet’i kabul etmeden önce, Hazar Denizi’nin doğusunda yâni Türkistan’da doğup yaşayan Oğuz boyundan bir ozanmış. Bizdeki Köroğlu Türkistan’daki Goroğlu’nun basit bir kopyasından ibaretmiş. Özbekistan’da Köroğlu’na Goroğlu diyorlar. Gor, Özbek Türkçesi’nde “mezar” demektir. Efsaneye göre kahramanımız, gorda yani mezarda doğduğu için, ona Goroğlu denilmiş. Özbek Türklerine göre Goroğlu’nun asıl adı Rövşen’dir. Rövşen, Türkistan’da Çenbil veya Çandibil dağında oğlu Övez’le veya Hövez’le birlikte yaşayan bir kahramandır ve aynı zamanda ozandır da.
Türkiye’de çalınıp söylenen Köroğlu destanlarına göre de onun asıl adı Ruşen Ali’dir. Arkadaşı Ayvaz’la birlikte Çamlıbel veya Bolu dağlarında yaşamış bir kahramandır. Türkistanlı Rövşen, Türkiye’de Ruşen olmuştur. Övez veya Hövez, Ayvaz ismini almış, Çandibil dağı yerini Çamlıbel dağına bırakmıştır. Goroğlu ise Köroğlu diye değişikliğe uğramıştır.
Azerbaycan’a gittiğimde gördüm ki Azerbaycan Türkleri, Özbeklerin Goroğlu dediği kahramanımızı Koroğlu diye sahiplenmişler. Övez veya Hövez Azerbaycan’da “Eyvaz” olmuş. Çandibil dağına ise Azerbaycan’da Çenlibil dağı denilmiş. Azerbaycan Türkleri de Koroğlu’nun kendi ülkelerinde yaşadığını iddia ediyorlar. Özbekistan, Azerbaycan, Türkiye yanında Kafkasya da, Gürcistan da, Kazakistan da, Kırım da, Gagavuz Türkleri de, Tacikistan da, Sibirya Tobolları da, Karakalpaklar da Köroğlu’na sahip çıkıyorlar. Bütün bu ülkelerde de bizdeki gibi çalıp söyleyen Köroğlu’lar olmuş. Ama bütün o Köroğlu’lar asıl Goroğlu’nun taklitlerinden başka bir şey değil. Bizim Başbakanlık arşivlerimizde belgeyle sabit: 1579-1582 yılları arasında Bolu çevresinde Köroğlu isimli bir eşkıya yaşamış. Doğru, ama esas Köroğlu’ndan yüzyıllar sonra.
Köroğlu ile ilgili ilk ilmî eser, 1842 yılında İngiltere’de neşredildi.1856 yılında ise Rusya’da. Bizdeki Köroğlu çalışmaları Batı’daki çalışmalardan çok daha sonradır.
Köroğlu için hazırlanan o ilmî eserlerde anlatılmıştır ki, kahramanımız, Türkler İslâmiyeti kabul etmeden önce, bugünkü Türkmenistan’da doğmuş-yaşamış bir büyük Oğuz ozanıdır. Dede Korkut gibi bir Oğuz ozanıdır. Köroğlu destanları en çok Türkmenistan’da söyleniyor. Yalnız Türkmenler Köroğlu’na Goroğlu diyorlar. Goroğlu’nun Türkmenistan’da yaşadığı dağın ismi Çandibil’dir. Çamlıbel değil Çandibil. Türkmen destanlarında Goroğlu’nun oğlu, Övez veya Hövez diye geçmektedir. Bizde ise Övez, Ayvaz olmuştur.
Türkmenistan’ın Ankara Büyükelçiliği’nin şair ve roman yazarı, aziz dostum Annaguli Nurmemmet, Ankara’da 1996 yılında, Goroğlu Türkmen Halk Destanlarını tam 8 cilt halinde yayımladı. Dikkat buyurmanızı istirham ederim. Türkiye’de Kültür Bakanlığı tarafından yayımlanan Köroğlu Kol Destanları sadece 335 sayfalık bir kitaptır. Doğu ve Batı Dünyasında, hiçbir ilmî heyetin huzuruna, 8 ciltlik Göroğlu Halk Destanları dururken, 335 sayfalık kitapla çıkamayız. Edebiyatımızı, dilimizi, tarihimizi, destanlarımızı, geleneklerimizi, Türkistan ve Azerbaycan dikkate alınmadan ortaya dosdoğru koyamayız.
Neden Türkistan’ı ve Azerbaycan’ı çok sevmemiz gerektiğini anlatabildim mi acaba? Kimse kırılmasın, öfkelenmesin, bu 8 ciltlik Göroğlu Destanları da yüzde yüz bizim milletimizin destanlarıdır. Selçukluyu da, Osmanlıyı da Türkmenler kurmadı mı? Biz de Türkmen değil miyiz? Yunus Emre de, Karacaoğlan da, Göroğlu gibi Türkmen şairleri değil mi? -
Hikmət Məlikzadə (Yeni şeir) Nə sevgi sənlikdir, nə sən sevgilik
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsüHər can bir adamı qaraya çəkir,
Hərə bir can dartır öz ağlığına.
Qayıt, ağ əzaba bükdüyün canın,
Diz çök qarşısında, döz ağlığına…Tabutdu elə bil o qara taxta,
Sənin nə vecinə ölən kimdi, qız.
Yaman naz atırsan, o da ruh verir,
Kaş, bircə biləydim kölən kimdi, qız…Bir ömür bəs etmir bir sısqa eşqçün,
Özünə zəhmət ver, yu xəyalları…
Nə sevgi sənlikdir, nə sən sevgilik,
Çəkil, boşa verim bu xəyalları. -
Şafa KAMİLLİ (Yeni şeir) Ən böyük günahım…
Qəmim, kədərim,
Göz yaşlarım,
Ən böyük günahım ,
Dərdim-sərim,
Qəlbimdəki tək sevgim.
Ahu, naləm,
Qəlbimdəki yaram,
Ən böyük günahım,
Yuxusuz gecələrim,
Ürək, həmdəmim, (daha&helliip;) -
Təranə TURAN RƏHİMLİ (Yeni şeir) Mən bu ömrü yaşamışam
Payızı, qışı xoş gəlir,
Yolu eniş, yoxuş gəlir.
Ömür mənə tanış gəlir,
Mən bu ömrü yaşamışam.Bu dünyanın saz vaxtıydı,
Türkün basılmaz vaxtıydı.
Vaxtıydı, ya bivaxtıydı,
Mən bu ömrü yaşamışam.
(daha&helliip;) -
Xuraman Camalqızı (Debüt)QARABAĞ SEVDALILARI AND
Xuraman Camalqızı (Abbasova Xuraman Camal qızı) 1959 cu ildə Laçın rayonun Alxaslı kəndində anadan olub. Gənc yaşlardan şeir yazmağa başlayıb. 2007-ci ildə “Durnalar Var Köçümdə”adli kitabım işıq üzü görüb. Vətən həsrəti, Qarabağ harayı, şeirlərinin başlıca mövusudur. “Laçın yurdu” jurnalında və bəzi qəzetlərdə şeirləri dərc olunub.
QARABAĞ SEVDALILARI AND
Qarabağ sevdalıları cəmlənin bir arada, Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Bu elə bir gündür ki, durmaq olmaz daldada Əliyevin And içmə mərasiminə həsr edirəm…Qartallar tək, mavi, əngin səmada
Dağlarda, daşlarda örüşlərdəyəm
Qarabağ uğrunda döyüşlərdəyəm.
Azad olmuş Qarabağda qürur ilə gəzəcəyik
Əzəmətli dağlarında qartal kimi süzəcəyik
Tarixi biz yazırıq, nəsillər ansın bizi
Dümənləri tapdalayıb, cəsarətlə əzəcəyik
Vətənsevər, qeyrətli bir insan sansın bizi (daha&helliip;) -
Mais TƏMKİN (Yeni şeir) Yığır məni
Bəlkə mənə ərki var,
Dərdin boşu, bərki var.
Fələk verən dərd ki var:
Boğaza yığır məni.Dad, bu dərddən, dad, ağa*,
Qoy bu dərdə qadağa.
Salıb dilə, dodağa.
Ağıza yığır məni.
(daha&helliip;) -
Nail DAĞLAROĞLU (Yeni şeir) Hardasan?
Sənsiz elə darıxmışam,
Ey sevgilim, gəl hardasan?.
Məni üzən dərdlərimi,
Gəl mənimlə böl, hardasan?.Sənsiz ömrüm talanıbdı,
Yanar oda qalanıbdı.
Dərdə, qəmə calanıbdı,
Məni qəmnən al, hardasan?. (daha&helliip;) -
Şəfa VƏLİYEVA (Yeni şeir) Uçurumdu uçurum…
AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsüUçurumdu uçurum…
Uçurumdu uçurum…
Hikkə geyinən gözlər…
uçuram, hey… Uçuram…Buludlanıbdı sözlər…
İndicə, bax, indicə…
bir leysan başlayacaq…
İncə-incə, çox incə… (daha&helliip;) -
Kənan AYDINOĞLU (Yeni şeir) Bu dünya şairin nəyinə gərək?!
Bu dünya şairin nəyinə gərək?!
Günahı duayla yuyub gəlibdi,
Ömrü şeir üçün qoyub gəlibdi,
Onsuz da dünyadan doyub gəlibdi,
Bu dünya şairin nəyinə gərək?!Divara daş kimi vurulub qalan,
Bir göz qrpımında durulub qalan,
Yalan üzərində qurulub qalan,
Bu dünya şairin nəyinə gərək?!Süleyman mülküdü qalan ha deyil,
Şairi yadına salan ha deyil.
Şairin könlünü alan ha deyil,
Bu dünya şairin nəyinə gərək?!Əhd-peyman bağlamaz sonuna qədər,
Dağılmaz gözündən qəm ilə kədər.
İstər gündüz olsun, istərsə səhər,
Bu dünya şairin nəyinə gərək?!Sevinib, şadlanıb, gülən deyil ki,
Ömrü başa vurub ölən deyil ki,
Sevinci, kədəri bölən deyil ki,
Bu dünya şairin nəyinə gərək?! -
Aytən xanım (Şeirlər)
Qədər məhkumuyam
Sən olan şəhəri tərk edirəm mən,
Keçdiyim yollardan keçərsən mənsiz.
Səndən uzaqlara tək gedirəm mən,
O, görüş yerinə gələrsən mənsiz.Soruşma kimsədən, soruşma məni,
Heç vaxt axtarmağa çalışma məni,
Sevgimiz xətrinə bağışla məni ,
Birtəhər yaşayıb, dözərsən mənsiz.
(daha&helliip;) -
Günel ƏJDƏRQIZI (Məqalə) Atalar sözləri
Dədə-babalarımız zaman-zaman cəsurluğu, igidliyi, düzlüyü və mərdliyi ilə ad çıxarmışlar. Bir çox müsbət məziyyətləri ilə azərbaycanlı kişilər həmişə başqa millətlərin kişilərindən fərqlənmişlər. Onların dəyərli kəlamları, fikirləri bu gün hamımız tərəfindən “atalar sözləri” adı alaraq dillər əzbərinə çevrilib. Həmin dövrlərdə atalarımız indiki kimi savadlı olmasalar da, onların dünyagörüşləri, intellekt səviyyələri, söylədikləri fikirlər – “atalar sözləri” günümüzdə də öz əhəmiyyətini saxlamaqdadır. Onların bəziləri müasirliklə səsləşir, bəziləri isə üst-üstə düşmür. Atalar sözlərini dərindən təhlil edəndə ortaya elə maraqlı faktlar çıxır ki, insanı düşünməyə vadar edir. Düşünəndə də ürəyini qorxu bürüyür. “Yuxarıya baxırsan bığ, aşağıya baxırsan saqqal”. Atalarımız pul haqqında elə fikir yürüdüblər ki, təzadlı məqamlar ortaya çıxıb. “Pul əl çirkidir”, “Pul hər şeydir”, “Pul kəsəni qılınc kəsməz” və s. və i. söyləyib atalarımız. Bir anlıq düşünün. Pulun hər şey olmasına inamın yüksək olduğu cəmiyyətimizdə pulun əl çirki olması qənaətinə gəlmək üçün gərək səfeh və dəli olasan. Yəqin ki, atalarımız “pul əl çirkidir” deməklə gəncləri sınamaq istəyiblər. Qərara gəliblər ki, nəyin düz, nəyin yalnış olduğuna özümüz qərar verək. Buna başqa mövqedən də yanaşmaq olar. “Pul əl çirkidir” – deyimi kasıb atalarımıza, “pul hər şeydir” isə varlı atalarımıza məxsus olub. (daha&helliip;)
-
Şəfaqət Cavanşirli(Hekayə)Qurdlar və Canavarlar
Qurdlar və Canavarlar, güclülər və gücsüzlər – iki fərqli təbəqəyə ayrılan dünyada məğrurlar bəzən qələbəyə bərabər məğlubiyyətlər yaşayırlar. Qarşısındakı ikiqat gücə malikdir, onlar isə, ürəklərinin səslərini dinləyir, sınmayan qürurlarından, tanrıdan aldığı sonsuz mənəviyyatdan ilham alırlar. Ürəkləri fəth edən qəhrəmanlar yaşayıb, yaşayacaqlar.
Emosional canavarlar isə, həmişə təcrübəsi, peşəkar hiylələri olan qurdların qurbanı olurlar. Qurdlar ölümünə yaxın yerə sakitcə uzanıb “ məni parçalayın ” işarəsini verə bilərlər. Lakin canavarlar qurdlar kimi ölümündən sonra baş verəcək hadisələrin qoxusunu duya bilməzlər. Biz qurdlarda neçə illərin günahları gizlənir, tələmizə düşən neçə ovun bərəlmiş gözlərinin xatirələri var… (daha&helliip;)
-
Ziyadxan Nəbibəyli, Hikmət Məlikzadə haqqında
Ziyadxan Nəbibəyli,
Yazıçı-publisist, t.e.d., professor, Prezident mükafatçısıTanrı ilə baş-başa
«Hikmət Məlikzadə dərdi fəlsəfi mənalandırmaya cəlb edən şairdir. Onun poetikası dolğun və məzmunludur».
Əzizə CəfərzadəAzərbaycanın Şirvan torpağından süd əmən Hikmət Məlikzadə gəncliyinin ilk illərindən kimliyini ortaya qoymuş bir gərəkli vətəndaşımızdır. O, artıq bir çox həmyaşıdlarını qabaqlamış, Azərbaycan Yazıçılar Birliyinə üzv seçilmiş, Prezident mükafatına layiq görülmüş, öz yaradıcılığı ilə bir çoxlarını, o cümlədən mənim də diqqətimi özünə cəlb etdirə bilmiş fərqli yaradıcıdır, heç kimi təkrarlamır və yeni ideyalar müəllifidir. (daha&helliip;)
-
Elnur ABDİYEV (Yeni şeir) Ələyə
Xəlbirindən keçirəcək bir anda,
Sığışmışıq dünya boyda ələyə.
Gələn gündən qol çəkmişik bir anda,
Gözləyirik bir gün bizi ələyə.Kim ödəmir, tale qoyan tavanı?
Yaş ötdükcə damır ömrün tavanı.
Bu yandığım yağsız,quru tavanı,
Yandıran od deşib edib,ələy ə!Coşqun,baxmaz nə şirin,nə acıya,
Sondur əgər ömrün xəmri acıya.
Haqq divanı çətin sənə acıya,
Vay o gündən gördüyünü əl əyə. -
Xəyalə SEVİL (Yeni şeir) Anamın əlləri
Azərbaycan Yazıçılar Birliyinin və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsüAnamın əlləri qocalır yaman,
Əllərinə cavan qırışlar düşür.
Aybaay, günbəgün ,saatbasaat
Cavanlığı barmağından sürüşür.Anamın əlləri qocalır yaman,
Əllərinə illər ağrısı çökür.
Bizim qayğımızı, zəhmətimizi,
İndi də qocalmış əlləri çəkir.Bu qocalmış əllər cavan əllərin
Beşik yürgələyən xatirəsidi.
Anamın əlinə düşən qırışlar
Onun taleyinin xəritəsidi.Anamın əlləri qocalır yaman,
Ömrümü bu qoca əllərə yazın.
Ölsəm, ruhumu da yaşadar mənim,
Qəbrimi anamın əllində qazın. -
Fidan ABBASOVA (Yeni şeir) sən bizi tərk etdin qəlbim və məni…
Qələmdə ağlayır , vərəq də . söz də
arxanca boylanan o qəmli göz də
sənə hər gün baxan öyrəşən üz də
tutb buraxmayan o əllər kimi
sən bizi tərk etdin qəlbim və məni…Sancılan ox kimi sızlayır ürək
içimdə qalmadı bir arzu, isdək
kim yalqız insana olacaq dəsdək
min insan gəlsədə susdurmaz məni
sən bizi tərk etdin, qəlbim və məni…Bir yad insan kimi danışma barı
qışdakı o buzlu bəm-bəyaz qarı
itirdim bir gözəl mən vəfadarı
hanı mən demişdim tək qoydun məni
sən bizi tərk etdin qəlbim və məni…Bu ağır yük ilə çıxmasam başa
demə ki, eşqimiz dəymişdir daşa
daha get kim ilə istərsən yaşa
sınıq ürəyimi ovudan qəmi…
sən bizi tərk etdin , qəlbim və məni… -
Şəfa VƏLİYEVA (Yeni şeir) Təpinə bilmirəm… sözümə baxmır…
AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsüdözüb durmaq olmur… yıxılır ölür
hər gün bircə-bircə can ümidlərim…
çəkdiyim ağrılar sən qoxuludu,
həkimlər uydurur xəstəlikləri…daha yaşamağım bir ovuc qalıb…
ürəyim canıma sinmir… sığışmır…
gözüm bulud olub yoldan asılıb,
təpinə bilmirəm… sözümə baxmır…bilirəm… bilirsən, sevmək asandı…
bir-iki şeirdi dəli əlində…
sən elə bilirsən ölmək asandı,
ömür adlı sənsizliyin əlində? -
Zeynəb DƏRBƏNDLİ (Yeni şeir) A Dünya
Azərbaycan Yazıçılar Birliyinin üzvü
De, niyə bizləri sınağa çəkib,
Sən özün özünə şadsan a dünya?
Kiminə kilo ilə qızıla dönüb.
Mənə qəlb yandıran odsan a dünya.Az olubmu mənə, verdiyin əzab,
Allah deyən bəndə, buna etməz tab.
Kimi dərd qəm içir, kimisi şərab,
Kiminin ağzında dadsan a dünya.Nə yazığ, bizləri fələyə satdın,
Özün hər arzuya, diləyə çatdın.
Dərbəndli Zeynəbi, qərib yaratdın,
Sən dünya adında, adsan a dünya. -
Saqif QARATORPAQ.”Üzümdəki təbəssüm”
Üzümdəki təbəssüm
içimdəki hıçqırıq,
Sızıb üzə çıxınca
olubdu qırıq-qırıq.Sinəm bir köhnə divar,
güllələrlə yazılıb.
Bir eşqin kölgəsində
qəbrim çoxdan qazılıb.Dünən qəfil güllədən
ölənin yasındayam.
Gündüzlər “Fatihə”-də,
gecələr “Yasin”-dəyəm.Təbrizdə güllələnib,
Hələbdə soyuluram.
Bir çinaram,min ildi
içimdən oyuluram.Tökülür yarpaqlarım,
könlümdə xəzan yeli.
Məni tərsinə atıb
qoca taleyin əli…Dövranın sapı çürük,
demə:” soldu gül nədən?”
Mən də qəfil ölərəm
bir çovutma güllədən. -
Harika UFUK.”Gözyaşlarım”
Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temssilcisi
Nehirleri mecralarından çıkarıp
Bana getirsen
Ödeyemezsin bir damla gözyaşımı.
Gönlümden gönlüne
Uçmaz ki sevdam!
Artık
Kanadı kırık, yüreği yanık,
Üşümüş, ıslak,
Yaralı kuştur aşk…
Yitik anılar yumağı
Titrek uykusuzluğuma sarılmış,
Tırnaklarım
Uykusuzluğumla yastığıma geçmiş.
Yağmur
Dışarıda cama,
İçeride yüreğime vuruyor.
Güçsüz değildim ki ben
Yıkamazdı hiçbir kuvvet!
Şimdilerde
Ordusunu kaybetmiş komutana,
Süngüsü düşmüş askerlere dönmüşüm.
Geçecek bu iğreti tutsaklık,
Kabullenemediğim yenilgi
Zafere dönüşecek
Biliyorum.
Yaraya tuz basmayı da öğrenmek gerek! -
Mayisə ƏSƏDULLAQIZI.”Səni gizli görümmü?”
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoruSəni gizli görümmü?
Tellərini hörümmü?
Bal kimi dodaqları,
Yana-yana öpümmü?!
Busələri pay eylə,
Vücudunla könlümü,
Məcnunlara tay eylə…
Ürək yaşasın deyə,
Heyranam gözəlliyə…
Xəta olmasın deyə,
Kimsə xətrinə dəyə,
Səni gizli görümmü?!
Meyxoş olum, ölümmü?! -
İsrafa qarşı tədbir almaq dünyanı dəyişdirə bilər
İnsanların eqoistlikləri, mənfəətpərəstlikləri, acgözlükləri olmasa, bir-birlərini sevib bir-birlərinə kömək etməyi üstünlük kimi görsələr, dünya indikindən daha fərqli olar. O zaman dünyanın bir hissəsində uşaqlar acından ölərkən, digər hissəsində futbol komandalarına milyardlarla dollar pul xərcləmək məntiqsiz olar. Suriyada, Əfqanıstanda müharibənin ortasında qalan uşaqlar yerdən çörək qırıntıları topladığı halda, özlərinə qızıldan maşınlar düzəldənlər utanardı. Gəlir bərabərsizliyi, sosial ədalətsizlik olmaz, məzlumların pulunu yeyənlər silinib gedərdi. Lakin sevgisizlik, dünyanı bu qorxunc mənzərəyə aparır. İnsanlar paylaşmaq əvəzinə israf etməyi üstün tutur. (daha&helliip;)
-
Fidan Abbasova (Yeni şeir) Qapını üzümə çırpıb gedərkən
Qapını üzümə çırpıb gedərkən
heç düşünmədinmi kim var otaqda
bir zaman qürurla məni sevərkən
bilməzdim qoyarsan sən məni yolda….
Qəlbimə toxundu o sərt baxışlar
elə bil dünyadan küsən kimiyəm
ilahi böyükdür hər vaxt bağışlar
mən sanki bir dəmir qəfəs kimiyəm…..Sarıb hər yanımı kədər üzüntü
var olan bir seyi necə yox edək
o mənim dünyamın sonsuz sevinci
deyirsən ayırdıq yox olaq gedək?…..İsdərsən bir düşün isdərsən üzül
daha o qoydugun yerdə deyiləm
Fidan bəsdir daha sıraya düzül
mən onsuz dünyandan çıxıb gedirəm. -
Kənan Murquzov (Məqalə) Rafiq Odayın ədəbi-bədii fəaliyyəti
Qədim zamanlardan bu yana müxtəlif mərhələlərdən keçən Azərbaycan ədəbiyyatının ən yeni dövrünün ikinci mərhələsində yaşayıb ədəbi-bədii yaradıcılıq fəaliyyəti ilə məşğul olan sayğıdəyər dostlarım içərisində ən çox öz humanist addımları ilə diqqəti cəlb edən yazar, jurnalist, eyni zamanda publisist Rafiq Odayın ədəbi-bədii fəaliyyətinə nəzər salmaq zərurəti yaranır.Bununla əlaqədar olaraq, istedadlı qələm sahibləri üçün ən çox səciyyəvi olan keyfiyyətlərdən biri-daha çox yazarları təbliğ etmək məqsədilə əməli fəaliyyətə illər öncəsi başlayan və bu məqsədyönlü tədbirlərin həyata keçirilməsi üçün zəruri addımlar atan Rafiq Odayın ictimai fəaliyyəti də yaradıcılığı qədər geniş və çoxşaxəlidir (daha&helliip;)
-
Yazıçı Eyvaz Zeynalovun “Alın yazısı” romanının təqdimatı keçiriləcək
Yazıçı Eyvaz Zeynalovun “Alın yazısı” romanının təqdimatı keçiriləcək,
İyunun 13-ü saat 16-00-da Nəsimi r., Puşkin k., 32 a, AK center II mərtəbə yerləşən kitab satış mərkəzində (28 may Metrosu, Dəmiryol xəstəxanasının yanında) yazıçı Eyvaz Zeynalovun “Alın yazısı” romanının təqdimatı keçiriləcək. Oxucularımızın hamısını bu tədbirə dəvət edirik. -
Həsrət Əli Zülfüdağlı (Debüt) YARISI BİZİK DÜNYANIN
Həsrət Əli Zülfüdağlı (Kərimov Həsrət Əli oğlu) 1955-ci il iyun ayının 10-da Şəmkir rayonunun Şiştəpə kəndində anadan olub. 1972-ci ildə Şiştəpə kənd orta məktəbini bitirdikdən sonra Ç.İldırım adına AzPİ daxil olmuş və 1978-ci ildə Mühəndis-mexanik ixtisası ilə həmin insitutu bitirmişdir.İlk şeirlərini orta məktəb illərində yazmağa başlamışdır.
1980-ci ildən başlayaraq dövri mətbuatda mütamadi olaraq dərc edilən şairin ilk kitabı “Ocaq daşı” 5000 tirajla (Gənclik nəş.)işıq üzü görmüşdür. indiyə kimi şairin “Şam ömrü”, “Anaların laylasında”, “Bir çiçək eşqi”, “Mələklər”,”Elə sevirdim ki”, kiçik yaşlı uşaqlar üçün “Almalı nağıllar” və “Şur” nəşriyyatında nəşr olunan ” Nə susmusan” adlı təcnislər kitabı oxucuların diqqətinə çatdırılmışdır. Hal-hazırda “Ömür üçün ayrılan vaxt” və “Altı an” adlı kitabları çap ərəfəsindədir. 1995-ci ildən AYB-nin üzvüdür. Ailəlidir, dörd uşağı, doqquz nəvəsi var. Bakı şəhərində yaşayır.YARISI BİZİK DÜNYANIN
Yarı isti, yarı soyuq,
Yarı torpaq, yarı suyuq,
Bu dünyanın yarısıyıq,
Yarısı bizik dünyanın.Gecə sabah açılınca,
Zaman dönür bir qılınca,
Qaçırıq çörək dalınca,
Arısı bizik dünyanın.Vaxtın zalım arabası,
Dəyirmana aparası
Dənlik buğdası, arpası,
Darısı bizik dünyanın.Dərd önündə dönək dağa,
Sinəmiz verək qabağa,
Gəl qoymayaq dağılmağa,
Varisi bizik dünyanınSonunda ölüm qucası,
Həm alçağı, həm ucası,
Həm cavanı, həm qocası,
Qarısı bizik dünyanın. -
Azər Cəbrayıllı (Debüt) Sevən qəlblər
Azər Cəbrayıllı (Məmmədov Azər Mikayıl oğlu) 1967-ci il iyun ayının 19-da Cəbrayıl rayonuda ziyalı ailəsində anadan olub. 1983-cü ilin may ayında atam Mikayıl Məmmədovun işi ilə əlaqədar orta təhsilini Zaqatala şəhər 1 nömrəli orta məktəbdə davam etdirib.1984-cü ildə orta məktəbi başa vurduqdan sonra Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının (indiki Aqrar Universitet) “Kənd təsərrüfatı iqtisadiyyatının təşkili və idarə edilməsi” fakültəsinin qiyabi şöbəsinə daxil olub.1993-cü ilin mart ayından sentyabr ayınadək könüllü olaraq Azərbaycan Respublikasının Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli və Ağdam rayonlarında Nazirlik tərəfindən keçirilən hərbi əməliyyatlarda iştirak etdiyi üçün müharibə veteranıdır. Ailəlidir, bir qızı, bir oğlu var.
Sevən qəlblər
Mən sənə eşqimin baharı dedim,
asta-asta açan bir qönçə bildim.
Qəlbimin açarı , ön sözüm dedim,
qəlbimin hakimi mən səni gördüm.Mən sənə qəlbimin nurusan dedim,
qəlbimdə olmasan nə edərəm mən?
Qəlbim də kor olar kor gözlər kimi,
sənsiz bu dünyada nə edərəm mən?Mən sənə dünənin özüsən dedim,
keçmişi unudan sabahı görməz.
Sənə mən qəlbimin çırağı dedim,
sevən ürəklər çünki heç vaxt sönməz!Mən sənə kədərin şəriki dedim,
kövrələn qəlbimin dərmanı bildim.
Sənə ümidimin közüsən dedim,
köz varsa bu halda həyat var bildim.08 mart 2014-cü il
-
Əsmər Qasımlı (Yeni Şeir)
Buludun da dolub gözü elə bil ki bax bu axşam,
Axıdaraq göz yaşını kimdən imdad diləyir o?
Nə yaxşıdır, heç olmasa qara bulud qara günü,
Taleyindən çıxardaraq yer üzünə çiləyir o.Bir gecədə yer üzünə düşən hər bir damla yağış,
Günəşin al şəfəqiylə par-par yanır səhəri gün.
Axıtmasa göz yaşını çıxararaq ürəyindən,
Qurudaraq yox etməz ki dərdi, qəmi, qəhəri gün… -
Elnur RƏSULOĞLU.”Demək, yaşayıram mən”
Əgər bir gözələ könlümü verib
Sevirəmsə, demək, yaşayıram mən.
Ürəyimin mənə dediyi yerə
Gedirəmsə, demək, yaşayıram mən.Bəsdir yaşadığım mütilər kimi!
İtirsəm, itirrəm, söylə nəyimi?
Axı mən insanam! İstədiyimi
Edirəmsə, demək, yaşayıram mən.Çox ağac əkmişəm dostluq bağında.
Dostluq etməmişəm pul marağında.
Dostun köməyinə dar ayağında
Yetirəmsə, demək, yaşayıram mən. -
Şəhanə CƏFƏROVA.”Bəzən susub-susub xəyala dalan!”
Bəzən susub-susub xəyala dalan!
Bəzəndə çox danışıb gözləri dolan!
Ürəyimdə yaşatdığım varlığım!
Çox düşünə bilmirəm həyatimi!
bilirəm bir gün tutacaqlar yasimi!
heç vaxt ölməyəcək yaşayacaq varliğim!
Zaman çox tez keçir!
Dünən ən uşaq idim bu gün gənc oldum!
Həyat məni sabah necə dəyişəcək bilmirəm!
Bəlkə də zamanız öldürəcək!
Amma heç vaxt yaşlanmayacaq varligim!! -
Günel ƏJDƏRQIZI.”Yaşın nə fərqi var ki…” (Esse)
Böyük bəstəkarımız Üzeyir Hacıbəyov “O olmasın, bu olsun” musiqili komediyasını yazmasaydı, biz indi, görəsən, neyləyərdik, ilahi?! 50-55 yaşlı qızlarla ailə quran kişiləri necə adlandırardıq?! Gözəl bəstəkarımız haradan biləydi ki, onun yaratdığı Məşədi İbad obrazı o dövrlə müqayisədə bu gün daha məşhur və aktual olacaq. Bəlkə də o, sağ olsaydı indiki Məşədi İbadları görüb təəccüb edərdi. Axı, indi meydan Məşədi İbadlara verilib. Gülnazlar Sərvərlərə deyil, Məşədi İbadlara könüllü ərə gedirlər. Əgər ötən əsrlərdə qızları zorla Kərbəlayılara, Məşədilərə ərə verəndə onlar kişiyə baxıb “Xandostu, amandı qoyma gəldi, didarı yamandı, qoyma gəldi!” -deyib (daha&helliip;)
-
Hikmət Məlikzadə Şeir Esse
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü* * *
Kölgəm, dünya savaşına ac adam…
Sevdam, zirzəmi pilləkəni kimi uçuq.
Ruhm da, yuvasına həsrət alabaxta kimi səksəkədə.
Allahım, neynim?!
İndi kimsə yoxsul baxışlara könül qapılarını açmır.
İndi qurbağalar oxuyur elçi daşlarının üstündə.
İndi…
Sən sənsən.
Mən mən deyiləm…
Nə deyirsən,
Səni aldadan qızın solğun baxışlarını
Büküm bir parça ağ kağıza,
atım,
ayda bir kərə açılan poçt qutusuna?! …
Ah nə ola,
onun da ahı tuta,
Mənə ürək açalar,
qapı açmayalar.
Hamının yadından çıxa,
Qonşudakı kor qızın könül əvəzi
barmağıma bağladğı sapı açmayalar…
Allahım, neynim?! -
ZEYNƏB DƏRBƏNDLİ (Yeni şeirlər)
Azərbaycan Yazıçılar Birliyinin üzvü
Gedəcəyik
Allah, bizə özün yar ol
Qıyma ürək döyünməsin.
Arxalılar mənəm deyə,
Qarşımızda öyünməsin.Bu dünya fani dünyadir,
Hər kəs, qonağ gəlir bura.
Hamı torpaqdan gəlibdir,
Dönəcəyik, eyni gora. (daha&helliip;) -
Hikmət MƏLİKZADƏ.”Kölgəm, dünya savaşına ac adam…”
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü* * *
Kölgəm, dünya savaşına ac adam…
Sevdam, zirzəmi pilləkəni kimi uçuq.
Ruhm da, yuvasına həsrət alabaxta kimi səksəkədə.
Allahım, neynim?!
İndi kimsə yoxsul baxışlara könül qapılarını açmır.
İndi qurbağalar oxuyur elçi daşlarının üstündə.
İndi… Sən sənsən. Mən mən deyiləm…
Nə deyirsən, Səni aldadan qızın solğun baxışlarını
Büküm bir parça ağ kağıza, atım,
ayda bir kərə açılan poçt qutusuna?!
…Ah nə ola, onun da ahı tuta,
Mənə ürək açalar, qapı açmayalar.
Hamının yadından çıxa,
Qonşudakı kor qızın könül əvəzi
barmağıma bağladğı sapı açmayalar…
Allahım, neynim?! -
Kənan AYDINOĞLU, “Tanrı aşiqi və ya Tanrı şairi”
“Tanrı aşiqi və ya Tanrı şairi”Yeni nəsil Azərbaycan gəncliyinin nümayəndəsi, istedadlı qələm sahibi, gənc xanım yazar Züleyxa Sultan hən Çağdaş Azərbaycan ədəbi mühitində, həm də elektron məkanında daha çox köşə yazarı kimi qəbul olunur.Qısa zaman kəsiyində həm elmi, həm də bədii yaradıcılıq fəaliyyəti ilə məşğul olması, dövri mətbuat səhifələrində yazılarının dərc olunması, daha çox xeyriyyə aksiyalarında və tədbirlərində fəal iştirak etməsi, köməyə ehtiyacı olan hər kəsə, xüsusilə də uşaqlara qarşı humanizm prinsiplərinə uyğun olaraq, davranması Züleyxa Sultanın yazar olmasından savayı, eyni zamanda dərin düşüncəyə malik incə qəlbli bir insan olduğunu təsdiqləyir.Ədəbi-bədii yaradıcılığının isə daha çox Klassik poeziya ənənələri üzərində qurulması isə ideya-bədii istiqamətinin doğru müəyyən olunmasını göstərən ədəbi fakt kimi oxucunun gözü önündə canlandırır.Üzvü olduğu cəmiyyətdə baş verən hadisələrə öz humanizm prinsipləri ilə yanaşması,həqiqətən də, təqdirəlayiqdir. Azərbaycan ədəbiyyatının inkişafı yönümdə Xalq ruhunda yazılan Aşıq şeirinin müxtəlif janrlarından sonra xüsusilə seçilən və zaman-zaman “Məhəbbət şeiri” və ya “Aşiqanə şeir” kimi səciyyələndirilən qəzəl janrında bir-birindən daha gözəl və dolğun ədəbi-bədii nümunələr, poeziya örnəkləri ərsəyə gətirməsi bu baxımından üstünlük təşkil edir.Poetik təxəyyülə, obrazlı nitqə sahib olması isə günü-gündən gənc xanım yazarın istedadını daha qabarıq şəkildə üzə çıxmasına, eyni zamanda həmyaşıdları arasında gənc nəslin nümayəndəsi kimi tanınmasına səbəb olur.Ədəbi prosesə qoşulmaqda heç bir çətinliyin olmayacağına ümid yaradır. Müasir Azərbaycan ədəbi dilinin daxili imkanlarına dərindən bələd olması, bədii təsvir və ifadə vasitələrini yerli-yerində istifadə etməsi, durğu işarələrinin əsərin məzmununa uyğun şəkildə gənc xanım yazar tərəfindən işlədilməsi yüksək potensiala, dərin düşüncə tərzinə malik olduğunu göstərən ədəbi faktor kimi ictimaiyyət nümayəndələri tərəfindən müsbət qarşılanmasına səbəb olur. İdeya-mövzu və məzmun forma baxımından yüksək sənətkarlıq nümunəsi sayılmağa layiq olan həmin misralar-könül çırpıntıları əslində zaman-zaman, tarix boyu müxtəlif dövrlərin sayılıb-seçilən mütəffəkir alimlərin-filosofların söylədiyi hikmətli sözlər və aforizmlərin həmin faktoru öz-özlüyündə təsdiqləməklə yanaşı, eyni zamanda gələcək üçün sanballı bir-birindən daha zəngin və rəngarəng ədəbi-bədii nümunələr, poeziya örnəkləri-könül çırpıntıları ərsəyə gətirməyə qadir olduğunu təsdiq edir.Zəngin yaradıcılıq yolu keçdiyini nəzərə alsaq, böyük inam hissi ilə deyə bilərik ki, gənc xanım yazarın fəaliyyəti bununla məhdudlaşmır.Əksinə, daha dolğun əsərləri ilə dövri mətbuat səhifələrində çıxış etməyə başlayır.Belə ki, qələmini Publisistika sahəsində sınayan köşə yazarı Züleyxa Sultan bir-birinin ardınca mövzu və məzmun baxımından rəngarəng olan və ictimiyyət nümayəndələri tərəfindən müsbət qarşılanan mövzulara, xüsusilə XX əsrin ən böyük faciəsi hesab olunan Xocalı soyqırımı ilə ilgili müəllif qələmindən çıxan “Xocalı faciəsi: terrorizmin qanlı ideologiyası” məqaləsi ən bariz nümunə kimi oxucunun gözü önündə canlanır. Son zamanlar yaşadığı dönəmdə baş verən ən son olaylara öz münasibətini özünəməxsus tərzdə bildirməklə duyğu və düşüncələrini ifadə etmiş olur.Sonda yazılarının heç birinə ayrı-ayrılıqda şərh verməyə ehtiyac olmadığını nəzər alaraq, yeni yaradıcılıq uğurları və fəaliyyəti diləyirəm.
Dərin hörmət və ehtiramla,Kənan AYDINOĞLU,8-9 iyun 2015-ci il.Bakı şəhəri. -
Fidan ABBASOVA
Ömürlük həmdəmim olmayan gözəl
daha başqa ömür gəzib arama
sən ruhun özütək gözəldən gözəl
yandırıb bağrımda ocaq qalama….Ac qalmış ruhuna bəs deyil eşqim
nəyi axdarırdın tapmadın məndə
əgər aldadırdın deyə bilərdin
günhakar olmuşuq biz iki bəndə….Suallar içində qalmışam çaşıb
indi zaman məndən nəyi gözləyir
səbirdə inanki qalmayıb daşır
içimin odunu çölüm bilməyir…..Mənim ürəyimin yazısı yoxmuş
pozulub taleyim qismətim inan
Fidan ruhu çökmüş mənasız sözmüş
mənə söylədiyin hər şeyin yalan… -
Tural ADIŞİRİN (Yeni şeir)
Mən gördüm o qizı bir adı pünhan,Görüşə qaçırdı əlində dəftər.Bir vaxta düşmüşdü görüş, imtahan,Orda da, burda da gözləyirdilər.Müəllim, rəhm eylə çıxsa yadından,Bir az fikirləşsə, bir az macal ver,O da imtahandı, bu da imtahan,Məhəbbət fənnindən qıza sual ver.Ələ məqam düşüb, o, ürək açıb.Çəmənə iz düşür, izə şeh düşür,Bəlkə taleyinin dalnca qaçıb,Qız “3” ə danışsa, qıza “5” düşür.Səadət diləyək,gərək,o qıza,Göz nurla sevinsin, ürək eşq ilə,Oğlandan “5” alsa, səndən “3” alsa,Nuş olmaz, müəllim, “3”-ü “5” eylə.O da imtahandı, bu da imtahan,Demə orda bilən, burda bilməyir,Eşqin pedaqoji qanunlarından,Sizin fakültədə dərs keçilməyir… -
Həftəsonu paytaxtda maraqlı sərgi keçirilib
5 – 7 iyun tarixlərində 3 gün olmaqla səhər saat 10:00 – dan axşam saat 22:00 – a qədər Megafun Ticarət və Əyləncə mərkəzində Fosil Sərgisi təşkil etdik. Sərgi Megafun AVM – in 1 – ci və 3- cü mərtbəsində 3 ayrı yerdə olmaqla keçirildi. I Avropa Oyunları ilə əlaqədar şəhərimizdəki xariciləri nəzərə alaraq sərgi Azərbaycan, İngilis, Rus, Türk dilləri olmaqla 4 dildə olmaqla keçirildi. Sərgidə milyonlarla il yaşı olan tam orjinal 30 fosil (daşlaşmış canlı qalıqları) sərgiləndi. Xalqa paleontologiya elmi, fosillər və canlıların təkamül keçirmədiyi haqqında ətraflı elmi məlumatlar verildi.
-
Şəhanə CƏFƏROVA.”Qoyma ağlayım!”
Qoyma ağlayım!
Həyatım çox acılı!
Sil göz yaşlarımı!
Qoyma ağlayım!
Həsrətim var, Sənsizliyim var!
Acı çəkən dərdli ürəyim var!
Sənsizlikdən parçalanan ürəyim var!
Qoyma Sənsizlikdən ağlayım!
Həyat məni hər addımda öldürür…
Düşündükcə yoxsan həyatımda
Bir daha gözlərim dolur…
Gəl, qoyma, ağlayım!
Mən də xoşbəxt olmaq istəyirəm.
Mən yalnız həyatımda Səni istəyirəm!
Ruhum da Sənsiz ağlayır!
Geri gəl, qoyma, ağlayım! -
Xəyalə SEVİL.”Gücüm çatmır”
Azərbaycan Yazıçılar Birliyinin və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsüO gətirən ümidlərin
Yüzü gedər ,biri gəlməz.
Günüm, ayım, ilim mənim
Diri gedər, diri gəlməz.Bu dünyanın adamıyla
Əyrim, düzüm düz gəlmədi.
Mənim tər -təmiz hisslərim
Qız getmişdi, qız gəlmədi.Vur ,yarala ürəyimi,
Mən öləndə sağalaram.
Tut başı aşağı məni
Tut ,sirkələ, çoxalaram.Ruhum düşər bədənimdən-
Qoru məni ,ruh qardaşım.
Bu qocalmış ,əldən düşmüş
Qarı məni ,ruh qardaşım.Cənnətə savabım mənim,
Cəhənnəmə suçum çatmır.
Qaldım iki aralıqda-
Qayıdımmı ,gücüm çatmır. -
Şafa KAMİLLİ.”Bu nədi, İlahi, dözə bilmirəm”
Bu nədi, İlahi, dözə bilmirəm ,
Bu qedr özüme, mən , zülm edirəm ,
Qarşimda bir ,duvar ,bir qaya sanki ,
Bu qedr ,pissemimi .,düşününürəm mən ,
Bilmirəm ne edim bu ağrilarla ,
Sadec qelbimde boyük nifret var ,
Qəlbimə ,biredki özü özemə ,
Sadece yaşmaq isdemirəm mən ,
Ne edim ,bilmirem ,axi bu nədi ,
Bu qeder acilar neyimə qerk .
Ehhh qəlbim ,sənlə küsəm mən daha ,
Bir daha senlə danşmaram,mən ..
Nə etdin sən mənə ,küsdürdün ,
özümü ,özümlə, yenə…03.06.2015
-
Abdulla MƏMMƏD.”Qəribəm, yurdumda qəribəm, canım!”
QƏRİBƏM YURDUMDA, QƏRİBƏM, CANIM
(“Didərgin şərgisi, qaçqın harayı” silsiləsindən)
Bir ovuc təsəlli, bir ovuc səbir,
Bir ovuc ümid ver- çəkim başıma.
Ağlıma gəlməyən, bağrımı dəlir,
Haranın külünü töküm başıma ?!Yerinə düşmür heç, sözüm yerinə,
Ha “İllah” edirəm- söz yerə düşür.
Əyrilər ucalır düzün yerinə,
Əyilə- əyilə düz yerə düşür.Yad əldə didilən bir əlçım yunam,
Bir əlçim buludam yol çəkən gözdə.
Köhnə bayatılı qəmli oyunam,
Nəmli göz yaşıyam verilən sözdə.Kimi söz götürür, söz yerə salır,
Kimi ot bitirir dillərin üstə…
Dərdi şələləyib, çiynimə alıb,
Çıxıb gedəcəyəm illərin üstən.Bəxtimin rənginə çalan ocaqda
Gözlərim özgə rəng görmür- neyləyim?
Qarala-qarala qalan ocaqdan,
Gedən səadəti necə əyləyim?!Bir ovuc adamın əlindən qaçan
Bir ovuc torpağam, bir ovuc suyam.
Qərib çadırlara köksünü açan
Yurdu qəribsəyən qərib harayam.Hər gözdən bir həsrət, bir qüssə yağır,
Bir qərib hava çal, isinsin canım.
Qəriblik alnıma yazılan ağı,
Qəribəm, yurdumda qəribəm, canım!Bir ovuc təsəlli, bir ovuc səbir,
Bir ovuc ümid ver- çəkim başıma.
Ağlıma gəlməyən başıma gəlir,
Haranın külünü töküm başıma?!Azerbaycan. Quba.
19.02.2001. -
Qalib ŞAMXALOĞLU.”Ürək”
Nə vaxtdı baxıram yollara sənsiz ,
Düşmüşəm səhraya , çöllərə sənsiz .
Dözə bilməyirəm illərə sənsiz ,
Bu qədər həsrətə dözərmi ürək ?Gündüzüm gecətək qaralanıbdır ,
Bu dərdli ürəyim paralanıbdır .
Ürək pərdəsindən aralanıbdır ,
Bu qədər həsrətə dözərmi ürək ?Dərdi ürəyimə salası oldum ,
Kədərlə baş – başa qalası oldum .
Dilləndim , « zalımın balası » oldum ,
Bu qədər həsrətə dözərmi ürək ?Haqdan diləyirəm lütfi inayət ,
Mənə zülm etməyin deyil cinayət ?
Arxayın ol ki , sən partlar nəhayət ,
Bu qədər həsrətə dözərmi ürək ?Qalibin sevgisin anlamadın sən ,
Eləcə kəsildin sən mənə düşmən .
Bir dəfə cavab ver , bir dəfə dillən ,
Bu qədər həsrətə dözərmi ürək ?