Bir tanışımızın evi dağın başındadır. Ordan baxanda Bakının bütün dalanlarını belə görmək olar. Ora gedib çıxmaq başqa şəhərə gedib çıxmaqdan daha çox vaxt istəyir. Vaxt bir tərəfə qalsın, yolları gedəndə yediyin yemək beş dəqiqəyə həzmə gedir. Deyirlər, Bakının mərkəzindəki tozanaqdan, tüstüdən, çirkabdan, ən əsası, səs- küydən uzaq olmaq lazımdı. Lazımdır lazımdır da.
Orucluq idi. Hətta həmin gecə qədr gecəsiydi. Hər axşam, hətta səhər belə pivə və digər spirtli içkilərdən istifadə edənlər, axşamlar kafedə səhərə qədər oxuyan müğənnilərlə deyib-gülənlər “ bu gün qədr gecəsidir , oyaq qalmalıyıq” deyib süfrə arxasına yığışdılar. Dua oxuyan kim, dindən bilib bilmədi danışan kim. Bu an yadıma bir məsəl düşdü. Bir qadın kişisinə deyir:
-Orucluqda içmək olmaz.
Kişi əvəzində qadına deyir:
-Guya başqa vaxt içmək olar?
-Yox da , indi heç olmaz.
Kişi də etməyib tənbəllik qadına deyir:
-Bilirsən fərq nədədir? Sən yüz il cəhənnəmdə yanacaqsan, mən yüz bir il. Yüzə dözən yüz birə də dözər.
Indi bunlar da bir illərini azaltmaq üçün səhərə qədər oyaq qalacaqdılar. Təbii ki, qala bilsələr. Hərə bir tərəfdə oturub, oturduqları yerdə də mürgü vururdular. Oturuqlu olduqları üçün də oyaq sayılırdılar. Mən isə oruc tutmamışdım, nə də qədr gecəsi oyaq qalmalıyam deyib oturmamışdım. Sadəcə yuxusuzluqdan əziyyət çəkirdim. Bunları belə yuxu üçün inildəyən görəndə yadıma bir əhvalat düşdü.
Novruz bayramı idi. Martın 20 dən 21 nə keçən gecə. Deyirlər il təhvil olan vaxt söyüd ağacı bir dəqiqəlik budaqlarını sallayır və həmin an ağacın yanında olsan, arzu tutursan və arzun həyata keçir. Yenə gündəlik həyatlarında Allahdan uzaq olanlar bu gün arzu tutub Allahdan həyata keçmələrini diləyirdilər. Daha doğrusu, diləmək üçün oyaq qalmışdılar ki, ağaca yetişsinlər, Allah bunları yuxuya vermişdi. Bütün ili yatdıqları üçün heyifsləndilər ki, arzuları həyata keçmədi.
Hələ danışım evlərdən. Evlərin heç birinin hasarı yoxdu. Hamısı da bir -birinə yaxın. Birinin pəncərəsi digərinin eyvanına baxır. Birinin mətbəxi o birinin yataq otağına baxır. Nə isə, demək olar ki, hamısı bir- birinin evində yaşayır. Heç kəs evində xəlvət söz danışa bilməz. Mütləq o biri qonşu eşidir. Qonşunun yataq otağı bunların eyvanına baxır. Bütün gecə ər -arvad nə danışdılarsa, mən açıqca eşitdim. Bütün gələcək planlarını, sirlərini və daha özəllərini eşitdim. Qarşı tərəfdəki qonşu evinə təzə köçüb. Pəncərəsinin pərdəsi də yoxdu. Yan qonşunun səsini eşidirdimsə, onları canlı izləyirdim.
Bir qonşu bişirdiyi yeməkdən bir boşqab o birinə aparır. O biri də qabı boş qaytarmaq olmaz deyib öz bişirdiyindən həmin qonşuya aparır. Hər qonşunun evində də ən azı yarım saat başqa qonşuların söhbəti gedir. Insan öz evində tək qala bilmir. Istədiyin qədər rahat geyinə də bilmirsən ki, indi kimsə gələcək.Diqqətimi də bir şey çəkdi ki, hər kəs də yalnız özünün xeyirxahlığından danışır. Anlayıram, bunlar hamısı xalqımızın mental dəyərlərindən gəlir. Ancaq mən evimə girib , qapını bağlayıb oturmağı daha üstün tuturam.
At fermasından atın qaçıb, həyətə girib, maşının üstünə minib əcaib səslər çıxartması nə, dəmir tordan hazırlanmış hində toyuqların çıxardığı səslər nə, iki pişiyin boğuşmağı nə, çəyirtkələrin ciyiltisi nə. Nə ki nə. Ağcaqanad, mığmığa da qan iyinə gəlmişdilər. Bu da şəhərdən kənar, sakit həyat. Qurban olum Bakının mərkəzinin tozanağına.
Blog
-
Şəhriyyə QƏZƏNFƏRQIZI.”Tozanaqlı şəhərim”
-
Bütün kollektivimiz adından Ramazan Bayramınızı təbrik edirik..
Salam Əziz müsəlman bacı və qardaşlarımız. Sizi Tanrının rəhmət və bərəkətilə digərlərindən seçdiyi, üstün etdiyi ayın yekunlaşması -Müqəddəs Ramazan Bayramı münasibətilə ürəkdən təbrik edirəm. Uca Yaradandan hər birimizə yaşadığımız dövr ərzində sağlam can, sağlam ruh, evlərimizə halal və bol ruzi, ailənizə xoşbəxtlik, evsizlərə ev, xəstələrə şəfa, dərdlilərə dəva, millətimizə və dövlətimizə birlik və yüksələn nüfuz, şəhidlərimizə və dünyasını dəyişənlərə rəhmət, qəlblərimizə mərhəmət, Qəlbimizə İlahi eşq, gözlərimizə İslam nuru diləyirəm… Bu ayda bütün Məkkənin ziyarəti arzusunda olanlara-o cümlədən özümə də Tanrıdan Hacı olmağı qismət etməyini arzu edirəm…Allaha əmanət olun..Bayramımız mübarək olsun…Ən əsası da İslamı təriqətlərə bölərək zəiflətmək istəyənlərə Allahdan Hİdayət arzulayıram…
-
Əsmər Qasımlı (Yeni şeir) DÜNYA, SƏNİ İSTƏMİRƏM…
Dünya, səni istəmirəm,
Yalan üstə qurulmusan.
Addım-addım qocaldıqca
Məqsəd güdən insanların
əlləriylə “ucaldıqca”,
Bataqlıqda boğulmusan.
Dünya, səni istəmirəm…Yaxşı, yaman bilinməyir.
Xeyirxahlıq bədxahlıqdan,
Fərasətlik haramlıqdan
zərrə qədər seçilməyir.
Dünya, səni istəmirəm…Nəyə lazım isti ocaq?
Bir ananın şəfqətiylə
Bir körpəni isitməyə
açılmırsa doğma qucaq,
Dünya,səni istəmirəm…Sevilmirsə sevən ürək,
Xəyanətin alovunda
Yanacaqsa ən ülvi hiss,
şirin arzu, təmiz dilək,
Dünya, səni istəmirəm…Kim dünyaya tamah salır,
Nə qədər ki,”ədalətin” kürsüsündə
haqlı nahaqq günə qalır,
Dünya, səni istəmirəm…Tək səni yox,
Sənə batil sevgi duyan,
Bər-bəzəkli yaşantıya,
şan-söhrətə həris olan
Heç kimsəni istəmirəm…Sən də məni bilmə, dünya.
Dərdimi də bölmə, dünya
Səndən zərbə alanların,
Çərxin ağır silləsiylə
gözü yaşlı qalanların
Göz yaşını silmə, dünya.
Nə mən səni istəyirəm,
Nə sən məni sevmə, dünya…
Nə sən məni sevmə, dünya…. -
Zeynəb DƏRBƏNDLi (yeni şeir) Ürək sevgisi
Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Cənubi Qafqaz Xalqları üzrə xüsusi müxbir”i,
Azərbaycan Yazıçılar Birliyinin üzvüSənə könül bağlayıb,
Səninçün candan keçdim.
Mən səni sevmək üçün,
Ən böyük ürək seçdim.O ürək bərk döyünür,
O ürək daşdan deyil.
Nə olar sən də, gülüm,
Vurma qəlbinə qıfıl.Bu ürək sənlə vurur,
Sənsiz dayana bilər.
İnsaf eylə qəsd etmə,
O sənsiz ölə bilər.Zeynəbi peşman edib,
Vurma qəlbinə yara.
O səni qəlbən sevdi,
Satma onu əğyara. -
Abdulla MƏMMƏD.Yeni şeirlər
SƏNİN GÖZLƏRİNƏ BAXA BİLMƏRƏM
Sənin gözlərinə baxa bilmərəm,
Sənin gözlərindən günahım axır.
Mən bu cazibədən çıxa bilmərəm,
Ürək sındırmışam-bir ürək axı…Sənli xatirələr üzülər qəmdə,
Yanına gəlməyə üzüm də olmaz.
Görəndə sarsilib üzülərəm də,
Bir kəlmə kəsməyə sözüm də olmaz.Bağışla demərəm, sarsılsam belə,
Sən ki büdrəmisən, yıxılan mənəm.
Bilirəm-qəlbində yerim var hələ,
Çox da ki dilində yox olan mənəm.Günahım böyükdür, buna sözüm yox,
Bu səhvi çiynimdə daşıyıram da.
Daha bu kədərə məndə dözüm yox,
Görən elə bilir- “yaşıyır”am da…Mənə də dəyərmiş qüssə silləsi,
Bu dərd deyiləsi, yazası deyil.
Nə mən bu qədəri qəlbdən siləsi,
Nə TANRIM alnımdan pozası deyil…Göz yumub könlümdən keçənə, gözəl,
Gözünə dəymərəm-üzüm qaradır.
Mən necə keçirim gecəni gözəl?!
Sənli günlərimin üzü qaradir.Sənin gözlərinə baxa bilmərəm,
Sənin gözlərindən günahım axır.
Mən bu məngənədən çıxa bilmərəm,
Ürək sındırmışam- bir ürək axı…BU SEVDANIN DƏRD ƏLƏYİR ƏLƏYİ.
Bu sevdanın dərd ələyir ələyi,
Bu ələkdə ələnən mən, qalan sən.
Allah bilir-nələr çəkir ürəyim,
Ürəyimi talan etdin, talan sən!Uzaq gəzir məndən sənsiz sevincim,
Ərköyünə dönür yerin ürəkdə.
Yüyəninə əl atdığım sevincin
Yoxluğuna dözə bilmir ürək də.Ürəyimdə yuva qurdun qüssədən,
Həsrətindən buludlanır gözlərim.
Ələdikcə saçlarıma qüssə dən,
Qan ağlayır sənsiz, sənli sözlərim.ÖMÜR demə yaşadığım bu günə,
Sənsiz, gülüm, tale yolum duman, çən.
Bu sevdanı salan saldı düyünə,
Büdrəyən mən ,inciyən sən, uman sən…Ayrılığın havasında oynayıb,
Sənsizliyi ürəyimə salmışam.
Yaxınlarım elə məni qınayır,
İki yolun ayrıcında qalmışam.Göz yumduğum günlər girir gözümə,
Sənli günlər bir-bir gəlir gözümdən
Sənsizliyin ağ olubdur üzümə,
Sən də yoxsan- hara qaçım özümdən?! -
Qalib ŞAMXALOĞLU.”Dünyamız”
A dostlar , Tanrıdan bir diləyim var ,
Ağrısız , acısız ola dünyamız .
Naqislik olmaya , məkr olmaya ,
Sevgiylə , eşq ilə dola dünyamız .Zimistan görməyə bir gül , bir çiçək ,
Özəkdən qopmaya bircə tər ləçək .
Kifirlər də ola lap gözəl , göyçək ,
Gözəllikdən ləzzət ala dünyamız .Hərbçilər mərmi deyil gül ata ,
Gecə səngərdə yox evində yata .
Kasıblar dərdə yox sevincə bata ,
Görməyə bir qada , bala dünyamız .Yatmış vicdanların yuxusu qaça ,
Haqq nuru qəlblərə ədalət saça .
Sevən sevdiyinə ürəyin aça ,
Gedə hamımızla yola dünyamız .Qırılmış meşələr bərpa oluna ,
Hamılıqla dönək haqqın yoluna .
Hər kəs xeyir verə sağı , soluna ,
Bayram əhvalında qala dünyamız .Hamıda bol ola namus , şərəf , ar ,
Nə müxalif ola , nə də iqtidar .
Şeytanın nə qədər davamçısı var ,
Hamısın zindana sala dünyamız .Qalib Şamxaloğlu bəşərə vurğun ,
Bəşərin dərdiylə ürəyi yorğun .
İstərəm könüllər qalmasın durğun ,
əbədi şən nəğmə çala dünyamız .Qalib Şamxaloğlu . Saatlı r-nu Musalı k-di məcburi köçkün qəs.
14.07.2015 saat 11:50 -
Şəfaqət Cavanşirli (Hekayə) Ölümə gedən ümidlər
Tez-tez yorulmağımı, halsızlığımı, bir ayda on kilo çəki itirməyimi altmış üç yaşın xəbər verdiyi qocalıq əlaməti kimi qəbul edirdim. O günə qədər ki, oğlum tibb universitetini yenicə bitirmiş xanım qız dostunu bizə qonaq gətirənəcən…
Aygün adlı xanım qızın dediyinə inansaq, onu qarşılayan mən qocanın görünüşü elə qapının ağzında diqqətindən yayınmayıb. Hiss edirdim, süfrədə də tez-tez mənə baxırdı. Arada oğlum Raufla baxışırdılar, sevgi baxışı deyildi bu… Sən demə, mənim haqqımda səssizcə danışırmışlar.Çox keçmədi, xanım qızın gəlişinin səbəbini anladım. Evdəkilər həkimlərə qarşı laqeyid, inamsız, bir az da tərs olduğumu bildiklərindən, məni həkimin yanına aparmaqdan əllərini üzmüşdülər, gələcəkdə həkim olacaq bu qızı ayağımacan gətirmişdilər. (daha&helliip;)
-
Cəfərova Şəhanə.Yeni şeirlər
Soyuqdur əllərin
Bir zaman xoşbəxt idik
əl-ələ tutub bir Əgəzirdik
Həyatdan ancaq yaxşiliq görürdük
İndi niyə soyuqdur Əəllərin
Sanki mənə yad birisən
Qarşimdaki sən yox başqa birisən
Sevgilin deyiləm tək birisən!
Mənə nağillar danişma
Yalandan mənim üçün yanib alişma!
Bilirəm daha sevmirsən məni
Yoxsa niyə soyuqdur əllərin!
İstəmirəm tutma daha əlimi (daha&helliip;) -
Saqif QARATORPAQ.Yeni şeirlər
* * *
Yox…gəl aldatmayaq bir-birimizi,
Yalan danışmağa varmı ehtiyac?
Nə olub boynunu bükübsən yenə?
Deyirsən; – Bu dərdə yoxdumu əlac?!Niyə danışmadıq biz onda…niyə?
Sən demə,susmaq var- ölümdən betər.
Qorxduq,qonum-qonşu,qohum-əqraba,
Tanışlar-bilişlər nə deyəcəklər…
(daha&helliip;) -
Əlirza HƏSRƏT.Yeni şeirlər
AYRILIQ YERİNDƏN QIRILDI BU EŞQ
Sənin dodağında çiçəkləmişdi,
Bir zalım əliylə dərildi bu eşq.
Gözlərim yolunu elə çəkdi ki,-
Ayrılıq yerindən qırıldı bu eşq.Qərib fəryadıydı,aşiq halıydı,
Divanə ruhların qeylü-qalıydı.
Bağrımın başında lalə xalıydı,
Keçib göz yaşından duruldu bu eşq.Yenə pəncərəndə yellənir pərdən,
Xatirən şam tutub ən xoş xəbərdən.
Hər gün mən ölmüşü qaldırıb yerdən,-
Sənin ayağına sərildi bu eşq.
(daha&helliip;) -
Günel Nazimi doğum günü münasibətilə təbrik edirik! (14 iyul 1995-ci il)
Gündəlik İnformasiya Agentliyinin Rəhbərliyi Sizi, yeni nəsil Azərbaycan gəncliyinin nümayəndəsini, istedadlı qələm sahibini, Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavinini doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir!
Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!Mətbuat xidməti
-
Təranə TURAN RƏHİMLİ.”Şuşanın dağları…” (Hekayə)
Asfalt yolun hər iki tərəfində əkilmiş meyvə ağacları sanki sıraya düzülmüş əsgərlər kimi «farağat» vəziyyəti alıb bizim bu cənnət məkana gəlişimizi salamlayırdı. Ağacların ətrafındakı çəmənliyin sıxlığından bir ovuc da torpaq gözə dəymirdi. Mənzil başına yetişdikdən sonra maşını münasib bir yerdə saxlayan atam: «Hə, uşaqlar, düşün, çəkin ciyərinizə bu havanı. Dünyada tayı-bərabəri yoxdu bu yerin.» – dedi. Hamımız bir himə bənd imiş kimi cəld özümüzü maşından çölə atdıq. Dördümüz də ətrafı maraqla süzməyə başladıq. (daha&helliip;)
-
Günel Emin FƏRHADQIZI.”Mədəniyyətimiz – “mədəni niyyətimiz””
Cəmiyyətimiz əvvəllər çox mədəni idi, niyyəti də xoş idi, sonra dövlətimiz, iqtisadiyyatımız elə sürətlə inkişaf etməyə və irəli getməyə başlayıb ki, cəmiyyətimiz bu sürətə öyrəşə bilməyib, hələ də geridə qalır…
Söhbət müasirlikdən, qərbləşib qəribləşməkdən və s. getmir. Söhbət əvvəllər insanlarımıza, ölkəmizə və cəmiyyətimizə xas olan mədəniyyətdən gedir.
Unutmayaq ki, ölkəmiz şərqdə ən demokratik, ən mədəni dövlətlərdən biri olub, qadın hüquqları, qadına hörmət, namus, qeyrət və əxlaq, özünə tənqidi yanaşmaq mövcud idi, nöqsanlarımızı düzəltməyə çalışırdıq, yaxşı insan olmağa, insanlara kömək etməyə çalışırdıq. Bəs indi necə olmuşuq biz insanlar, bu cəmiyyəti formalaşdıranlar…
Hər şey insanın ilk növbədə, özündən, sonra kiçik dövlət olan ailəsindən başlayır. Seçimləri insan özü, özü üçün, sonra ailəsi və ailəsi üçün edir… (daha&helliip;) -
Şəhanə CƏFƏROVA.”Sonda Ayrıldıq!”
Sonda Ayrıldıq!
Son günlərdi son baxışlardı
Son sözlərdi son görüşlərdi.
Çox istədik bitməsin bu sevgimiz.
Sonda ayrıldıq ikimiz.
İndi hər kəs sevinsin.
Sənin ailən toy bayram etsin.
Anan istədiyi qıza sənin üçün elçi getsin.
Onsuz da onlar ayırdi bizi!
Qoymadılar yaşadaq sevgimizi
Adımız tarixdə qalacaq.
Bir-birini çox sevən ikimiz.
Bizdən sonar da olacaq sevgilər.
Sən daha yadına salma bizi.
Necə deyirəm öz ürəyimdə qalib sevgimizin izi!
Amma neyləyək biz sevgimiz üçün hər şey etdik
Bu sevgidən əl çəkib ayrı yollarda getdik.
Xoşbəxt ol deyirəm.
Mənsə acı zəhər içirəm.
Sonda Axır ki Ayirdilar bizi! -
Şəfaqət CAVANŞİRLİ.”Ölümə gedən ümidlər” (Hekayə)
Tez-tez yorulmağımı, halsızlığımı, bir ayda on kilo çəki itirməyimi altmış üç yaşın xəbər verdiyi qocalıq əlaməti kimi qəbul edirdim. O günə qədər ki, oğlum tibb universitetini yenicə bitirmiş xanım qız dostunu bizə qonaq gətirənəcən…
Aygün adlı xanım qızın dediyinə inansaq, onu qarşılayan mən qocanın görünüşü elə qapının ağzında diqqətindən yayınmayıb. Hiss edirdim, süfrədə də tez-tez mənə baxırdı. Arada oğlum Raufla baxışırdılar, sevgi baxışı deyildi bu… Sən demə, mənim haqqımda səssizcə danışırmışlar.Çox keçmədi, xanım qızın gəlişinin səbəbini anladım. Evdəkilər həkimlərə qarşı laqeyid, inamsız, bir az da tərs olduğumu bildiklərindən, məni həkimin yanına aparmaqdan əllərini üzmüşdülər, gələcəkdə həkim olacaq bu qızı ayağımacan gətirmişdilər. (daha&helliip;) -
Fidan Abbasova (Yeni şeir) Mən unuda bilsəm sevməzdim səni…..
Yuxusuz gecəmsən , bəxtsiz yazımsan
sinəmdə çalınan telli sazımsan
ömrümə pay düşən sərt ayazımsan
üşüdür soyuq , buz baxışlar məni
mən unuda bilsəm sevməzdim səni…..Çevirdin ömrümü zəngli saata
gəmim var dənizdə qayaya çata
bir gün vəfasız tək mənidə sata
üşüdür soyuq , buz baxışlar məni
mən unuda bilsəm sevməzdim səni….. (daha&helliip;) -
Gülnarə İsrafilqızı “ZƏRRƏLƏR” adlı kitab haqqında
Əziz və dəyərli insanlar, dostlar, tanışlar, qələm sahibləri. Bir şeyi vurğulamağı özümə vəzifə bilərək, layihənin ərsəyə gəlməsində İdarə heyətinin böyük zəhməti olduğunu nəzərinizə çatdırmaq istəyirəm.
Layihə çərçivəsində “ZƏRRƏLƏR” adlı kitab bir neçə mərhələdən keçib.
1-ci mərhələ: Elan və şeirlərin toplanması:2-ci mərhələ: Şeirlərin seçimi, redaktəsi, korrektəsi və kitabın foto-dizaynı.
3-cü mərhələ: Texniki tərtibat.
4-cü mərhələ: Nəşriyyatda çapa hazırlıq. (daha&helliip;)
-
Gülnarə İsrafilqızı. (Şeir esse)
ümidimə!
içimdə ölürəm
çölümdə dirilmək ümidi ilə
bir qonur gözlünün
qönçə dodağında
ümidlənən dua!
göz yaşına büründüyü yerdən qalxır
ərşə.
ey yer-göy məmləkətinə sahib çıxanım
bir ovuc ümidin arxasındayam.
ümidimi göylərin üzünə sər
buludun bəbəyinə
tök, tök ətəyimə!
bilmədən öz əlimlə verdiyim haqqım
alovlanır
bir içim suyu qaytar
ümidimə! -
Samit NURİYEV.”Qorxuram dönəcək közə bu dünya…”
Bilinmir əvvəli.Böyük bir sirdir.
Necə qismət olmuş bizə bu dünya?!
Tamam müəmmadır bu Yer kürəsi,
Görən necə çıxmış üzə bu dünya?Birinə zirvədir,birinə dərə,
Biri xoş yaşayır,biri hədərə.
Çoxlarını salır dərdə,kədərə,
Azını düz yola,izə bu dünya! (daha&helliip;) -
Təhminə MƏMMƏDOVA.”İki yol ayrıcındayam”
İki yol ayrıcındayam,
Sanki iki dünya arasındayam
Bir yanda işıqlar şəfəq saçır,
Bir yanda qaranlıqlar mənə qucaq açır
Bir yanımda anlardan sevinc süzülür,
Bir yanda kədər üzümə gülür
İki yol ayrıcındayam
Bir tərəfim uçurum,
Bir tərəfim səhradır
Bilmirəm nədir suçum,
Hara üz tutum qaçım?
Bir tərəfimdə ilanlar,
Bir yanımda yalanlar (daha&helliip;) -
Zeynəb DƏRBƏNDLİ.Yeni şeirlər
Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Cənubi Qafqaz Xalqları üzrə xüsusi müxbir”i,
Azərbaycan Yazıçılar Birliyinin üzvüBilmədən
Sevgidən ilham alıram,
Dərin xəyala dalıram.
Hər kəsi eşqə salıram
Özüm sevməyi bilmədən.Öz könlümü ovuduram;
Dərdi,qəmi unuduram.
Eşqdən dünya yaradıram
Özüm sevməyi bilmədən. (daha&helliip;) -
Şafa KAMİLLİ.” Qızım…”
Ən böyük istəyim,
Arzum, diləyim,
Ömrümün sevinci,
Qəlbimin nuru,
Atanın ulduzu,
Mənim nar dənəm,
Nənənin gül ləçəyi,
Qardaşının bacısı,
Ömrümüzün bəzəyi,
Gözəl qızım, naz qızım,
Arzuların çin olsun!
Ömrün bəxtəvər olsun!
Sən Nigara, Həcərə,
Tay olasan, can qızım!
Ömrün keçsin sevinclə,
Göz yaş görməyəsən,
Üzün gülsün daima,
Qəm, kədər bilməyəsən,
Allahıma min şükür!
Səni bizə veribdi,
Bizi xoşbəxt edibdi,
Gözəl qızım, naz qızım,
Ömrümüzün bəzəyi,
Gözlərimin işığı,
Evmizin sevinci,
Gözəl qızım, naz qızım…01.01.2010.
-
Mayisə ƏSƏDULLAQIZI.Yeni şeirlər
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoruŞƏRƏFLİ SƏRHƏDÇİLƏR
Vətən torpağı canı,
Havası, suyu qanı,
İgidlərə tay hanı?!
Qeyrətli keşikçilər,
Şərəfli sərhədçilər!Dilində, sözdə Allah,
La İlahə İlləllah,
Yadı edər tərksilah,
Ağır əziyyətçilər,
Şərəfli sərhədçilər!Çeşməsində yaş olar,
Ay-Ulduza qaş olar,
Vətən üçün daş olar,
Şanlı ziyarətçilər,
Şərəfli sərhədçilər!Ulu sözü eşidir,
Hərbə ürəklə gedir,
Düşmənləri məhv edir,
Yuxusuz hərbiçilər,
Şərəfli sərhədçilər!QARABAĞIM-AZƏRBAYCANIM!
Qarabağ kədərim, Qarabağ şanım,
Həm dərdim, sevincim, toyum- nişanım,
O gözəl gülüstan, cahi-cəlalım,
Tanrının verdiyi dövlətim, canım,
Bütöv bir adın var-Azərbaycanım!Şıltaq gözəl təki, xəfif ayazım,
Kəlməm də bəs etmir, bilməm nə yazım?!
Tarixləri görmüş kamanım-sazım,
Şəhid qanı hopmuş qara torpağım,
Gözü intizarda can, Qarabağım!Torpağımdan gəlir zərif sorağım,
Sən mənim həm şeirim həm də ki, ağım,
Bir səhər gələcək şad-xürrəm çağım,
İnan qurulacaq xoşbəxt növrağım,
Gözəllik Kəbəsi ay Qarabağım!
-
Gülnarə İSRAFİLQIZI.”Ümidimə!”
içimdə ölürəm
çölümdə dirilmək ümidi ilə
bir qonur gözlünün
qönçə dodağında
ümidlənən dua!
göz yaşına büründüyü yerdən qalxır
ərşinə.
ey yer-göy məmləkətinə sahib çıxanım
bir ovuc ümidin arxasındayam.
ümidimi göylərin üzünə sər
buludun bəbəyinə
tök, tök ətəyimə!
bilmədən öz əlimlə verdiyim haqqım
alovlanır
bir içim suyu qaytar
ümidimə! -
Aytən QULİYEVA.Yeni şeirlər
SEVDİYİM
Şirin-şirin xəyala sal könlümü,
Tut əlimdən, gəl özün al könlümü,
Cox incitdi bu ayrılıq könlümü,
Dərd qəm saça sığal çəkir sevdiyim.Kulək əsir rəqs eyləyir tellərim,
Həsrət çəkir məhəbbətə gullərim.
Saçlarımı oxşamasa əllərin,
Ömür ötər yarpaq tökər sevdiyim.Eşqim üçün qınama gəl sən məni,
Məhəbbətin eləmişdi lal məni.
Ümidlə yaşatdı bu illər məni,
Həsrət mənə kəfən biçdi sevdiyim.
(daha&helliip;) -
Hikmət MƏLİKZADƏ.”Yenə kölgə düşüb sevda bağına”
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsüYenə kölgə düşüb sevda bağına,
Hava sərinləyib aramızda, qız.
Boşuna gedirik bu yolu sənnən –
Özgə əli gəzir yaramızda, qız.Sevgi naz çağıymış, heyif, bilmədik,
Məndən lal olmağı umma, boşuna.
Dəli olacaqsan bu gedişlə, qız,
Ta sənnən yadıq biz, cumma boşuna.Gözümün ağını çatladır yuxu,
Vüsal dan yerini sağmaz, bilirəm.
Sənin qoxladığın kal baxışlardan
Sevgi yağışları yağmaz, bilirəm.Boşuna gedirik bu yolu məncə,
Həyat dediyimiz tüstü kimiymiş.
Sənin baxışların, incimə, quzum,
Mənim boş daxmamın üstü kimiymiş. -
Həsən MİRAT.”Oruc tut”
Vacib buyurubdur ki, yaradanin oruc tut
Vardirsa əgər tutmağa imkanin oruc tutHeç olmasa, bir ay uzaq olsun da haramdan,
Həm daxili, həm xarici orqanin oruc tutBir gün qoruyar nari-duzəxdən səni mütləq,
Olsun deyə məhşər günü “qalxan”in oruc tutZəncir ilə bağlar onu allah ramazanda,
Et həmləni sinsin beli şeytanin, oruc tutSöz açdi zəkat ilə orucdan rəsulallah,
Bildirdi, zəkati sayilir canin oruc tutAllah verəcək əcrini quranda verib söz,
Bil qədrini sən mahi-ramazanin oruc tutBir süfrə açib Tanrı edir hər kəsi dəvət,
Mirat, qonağı ol yenə cananin oruc tut.
-
Nail DAĞLAROĞLU.”Sən”
(divani)
Calış dostum bu dünyada haqq yolundan dönmə, sən,
Yananda da elə yanki tez alışıb sönmə, sən.
Çalışki yaxşılıq eylə dosta, yada, tanışa,
Bir pisliyin ucbatından alçaqlara enmə, sən.Yaxşılıq et hər insana adın düşsün dillərə,
Qazan elin məhəbbətin, sevgini ver ellərə.
Aşsın, daşsın saf niyyətin ömrü vermə yellərə,
Bu yollarda nə nazilmə, nə incəlib sınma, sən.Nail deyər sınan könlü sağaltmaq çox çətindi,
Könül var ki, tənələrdən sınan deyil mətindi.
Yaxşı insan elə dayaq, əyilməz bir sütundu,
Boş-boş yalan söyləyəni doğru, dürüst sanma, sən. -
Elnur ABDİYEV.”Oxşayar”
Ok nədi,yes nədi,bir təmiz hə de,
Dilin ətir saçsın,qəlbi oxşa,yar.
Doğma ikən yada dönən millətə,
Bəxti ağı söylər, zaman oxşayar.Xor baxanlar bölünsün, min dilimə,
Dildən olum,yad söz gəlsə,dilimə.
Mən heyranam,doğma Ana dilimə,
De,hansı dil bu saf dilə oxşayar?Coşqun,qaya qopar qat-qat,lay-lay a!
Kökü üstə bağlanır hər lay laya.
Mən bu dildə qulaq asdım laylaya,
Söz ruhumu bu dil ilə oxşayar. -
İlkin ABBAS.”Mən indi bildim ki”
Qalmayıb ürəyin taqəti, tabı,
Açmamış gül kimi günbəgün solur.
Mən indi bildim ki, həsrət əzabı,
İnsana həyatda ağır dərd olur.Mən indi bildim ki, bu gedişinlə,
Ürəyim mənimlə barışmayacaq.
Arxanca boylanan yaşlı gözlərim,
Sənin yollarından yığışmayacaq.Mən indi bildim ki, hər gün boylanıb,
Baxacam həsrətin pəncərəsindən.
Gözlərim ayrıla bilməyəcəkdir
Sənli günlərimin xatirəsindən.Mən indi bildim ki, ayrılsaq da biz,
Ürəyim yənə də sənlə olacaq.
Qəlbim nə birini sevecek artıq,
Nə də bir kimsədən mədət umacaq.Mən indi bildim ki, məndən uzaqsan,
Qara saçlarında dən deyilmişəm.
Sənin ürəyinin əsl sahibi,
Başqa bir insanmış, mən deyilmişəm. -
Debüt: Əli MUSA (Kəlbəcər rayonu).Yeni şeirlər
Əli Musa(Qənbərzadə Əli Musa oğlu) 1iyun 1992-ci ildə Kəlbəcər rayon kilsəli kəndində anadan olub.2012-ci ildə Mingəçevir Turizm Kollecini bitirib.Şeir və publisistik məqalələri dövri mətbuatda çap olunur.”Sevgidir yaşadan məni”kitabının müəllifidir
Aldanma
İnanmaq çətindir hər yetən kəsə,
Çoxları dar gündə verər səs-səsə
Əgər dar ayaqda yaxın gəlməsə
Necə dost deyəsən beləsinə sənTuş gəlsən taleyin qara yelinə
Qorxma kürəyini söykə elinə
Aldansan yetənin şirin dilinə
Düşərsən namərdin tələsinə sənBir azca dözümün inadın olsun
Şirin arzuların qanadın olsun
Gördüyün hər işdə öz adın olsun
Çevrilmə heç kəsin köləsinə sənGəzdirər
Bu necə ömürdü bu necə gündü
Bir kəlmə xoş sözə nöhtacıq indi
Adam var hər sözü baldan şirindi
Adam var dilində zəhər gəzdirərƏli quruyarmı çağlayan bulaq
Tikandan betərdir gərəksiz alaq
Hoppanıb qabağa keçəndə ulaq
Belində palan yox yəhər gəzdirərNə dərdim
Halallıq gəzirəm əkinçi kimi
Varlığım bir uşaq sevinci kimi
Elin ürəyində saf inci kimi
Təkcə beş-üç kəlməm qalsa nə dərdimYoxdur nisgil adlı dərdin davası
Quşada doğmadır yurdu yuvası
Anam kəlbəcərin yaylaq havası
Yenidən içimə dolsa nə dərdimHərdən səsləyəndə taleyi baxtı
Elə bil gözümdə ildırım çaxdı
Anam qız axtarır mənə nə vaxtı
Bir gözəl qismətim olsa nə dərdim -
Günel Emin Fərhadqızı.”Bilirsən, nə istəyirəm?!”
Bilmirsənsə, yazım, sən bil…
İstəyirəm, bu dünyada insanlardan uzaq olmaq, yalnız qalmaq, sən və mən, ikimiz. Nə mobil telefon olsun, nə planşet, noutbuk, internet, unutsun bizi bir neçə günlük hamı… Yada düşməyək az müddətə olsa belə…
İstəyirəm, təbiəti, meşələri, şəlaləni, çaya tullanmaq, şəlalənin altında dayanmaq, su yuyub aparsın məni aydınlıq dünyasına, ağaca çıxmaq, ordan meyvə dərib yemək, sənin üçün aşağıya atmaq, gur səslə qışqırmaq, sonra ağlamaq, göz yaşlarım bitincə, içdən dərin bir ah çəkmək, sonra heç nə olmamış kimi sənin gözlərinin içinə baxmaq, gülümsəmək…
İstəyirəm, dağa çıxmaq, zirvəyə qalxmaq, yuxarıdan aşağıya baxıb, yaxşı insan olmağıma və həyatımda olanlara şükür etmək, düz zirvədə oturub quşların uçuşunu izləmək və onlara azad uçuşlarına görə qibtə etmək… Dağdakı müalicəvi otlardan dərmək, qurutmaq, çay dəmləyib içmək…
İstəyirəm, sadəcə susaq, gözlərimiz danışsın, ürək döyüntülərimiz, təbiətin təbii səslərini qulaq asaq, həzz alaq, sonra məni qucaqlayıb deyəsən ki, “Bu yuxu deyil, yanımdasan…”
İstəyirəm, mənə insanlardan, həyatdan danışıb məni tənqid edəsən, tərifləyənim çox olub, tənqid edənim az…
İstəyirəm, həyat yolumdakı işığım, mayakım sən olasan… Fəxr edəsən uğurlarıma, irəli getdikcə, zirvəyə getdikcə mən, əlimdən bərk tutasan, buraxmayasan, yıxılmağa, büdrəməyə qoymayasan…
İstəyirəm, keyfim olmayanda, üzümə məsum baxış və təbəssümünlə baxıb gülümsəyəsən, deyəsən ki, “Üzülmə, səninləyəm… Bu da ötüb keçəcək, sən güclüsən… Fikir vermə…”
İstəyirəm, meşədə çadır quraq, od qalayaq, odun ətrafında oturub, istisində qızınaq, işığında bir-birimizə baxmaqdan doymayaq, başımı çiyninə qoyub sənə deyim: “Məni buraxma, məni tək qoyma, sənə ehtiyacım var… Çox sağ ol ki, həyatımdasan…”
İstəyirəm, mən sənə inandığım kimi sən də mənə inanasan, qısqanclıq olmadan, mübahisə etmədən, dava-dalaş salmadan, şər atmadan, ittiham etmədən, vədlər vermədən, maraqlı, şən, real bir münasibətimiz olsun…
İstəyirəm, dəniz kənarında olaq, yalın ayaqla qum üzərində gəzim, bərabərimdə -yanımda gəzəsən sən də, külək açıq qoyduğum saçlarımı dağıtsın, sənsə başıma əlinlə sığal çəkib, gözümə və üzümə düşən saçlarımı yığışdırasan… Sonra bir yerdə bardaş qurub oturmaq və sənə önümdə duran və mənə baxan simana baxmaq istəyirəm…Sonra birlikdə dənizə baxmaq, içdən rahatlanmaq, dəniz havasını udmaq və dənizin dalğalarına baxmaq…
İstəyirəm, pis günümdə də, yaxşı günümdə də yanımda olasan, hər xəbəri sənlə paylaşım, sənsə mənə “Afərin və ya olar, olmaz” deyəsən….
İstəyirəm, sənin olmaq və sənə tabe olmaq, azad ruhumu itirmədən sənlə birlikdə azad olmaq…
-
Gənc xanım Aliyə Əsədovanın yeni kitabının təqdimat mərasimi keçirilib
10 İyul 2015-ci il tarixində, saat 14:00-da, Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda yeni nəsil Azərbaycan gəncliyinin nümayəndəsi, istedadlı qələm sahibi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, gənc xanım yazar Aliyə Əsədovanın “Payız nəğməsi” adlı ikinci şeirlər kitabının təqdimat mərasimi keçirilib.Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, yazıçı Qalib Şəfahət, “Gənc Ədiblər Məktəbi”nin və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, gənc xanım yazar Günay Həsənli və digər qonaqlar iştirak ediblər.Tədbiri giriş sözü ilə açan Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Prezident təqaüdçüsü, “Ulduz” jurnalının Poeziya şöbəsinin müdiri, şairə Fərqanə Mehdiyeva ilk növbədə tədbir iştirakçılarını salamlayaraq, gənc xanım yazar Aliyə Əsədovanın yeni işıq üzü görən “Payız nəğməsi” adlı kitabı haqqında məlumat verərək, yaradıcılıq fəaliyyəti ilə məşğul olduğu ilk günlərdən bu yana daim axtarışda olduğunu dilə gətirib.Daha sonra düzənlənən tədbirdə iştirak edən qonaqlar da öz növbələrində yeni işıq üzü görmüş kitab haqqında öz fikir və düşüncələrini bölüşüblər, yeni yaradıcılıq uğurları və fəaliyyəti dinləyiblər.Tədbirin gedişatında yaradılan şəraitə görə, müəllif Aliyə Əsədova Azərbaycan Yazıçılar Birliyinin Rəhbərliyinə müraciət edərək, onlara dərin təşəkkürünü bildirib, məmnun olduğunu bildirib. Sonra isə yeni işıq üzü görmüş kitablarından tədbir iştirakçıları üçün imzalayaraq hədiyyə edib. Tədbirin sonunda isə xatirə şəkilləri çəkdirilib.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti
-
Gülnarə İSRAFİLQIZI.”Şadlıq sarayı tikəcəklərmiş”
Yolun bir başından mən çıxırdım,
O biri başından sən.
Görüşə tələsən addımlarımız utanırdılar.
bir addımlıqda…
Su çalası girirdi araya.
Baxışlarımız pıçıldaşırdılar.
Eyni binada yaşayırdı arzularımız.
Binanın üst mərtəbəsində mən,
Alt mətdəbəsində sən.
Hər gün qapıya gəlib
Gözdən itincə yola salardın,
Ayaq taqqıltımı.
Günəşin rəngi solunca,
Gecə işıqlanınca,
Yollardan adamlar çəkilincə,
Yolumu gözləyirdin.
yollar uzandıqca,
Səbrin qısalırdı.
Mən dönüncə ulduzlar doğurdu gözlərində,
Səhərin açılmasını gözləyirdim.
Sənə çox alışmışdım.
İndi sənsizliyə alışmışam.
Nə o gecələrin uzunluğu var.
Nədə addımladığımız yollar.
Yol həmin yol deyil,
Heç insanlar da…
Hər şey başqalşıb,
Adiləşib.
Yollar çirkin, bitgin.
Biz daha qarşılaşmırıq,
Arzularımızı, xatirələrimizi yıxıblar.
Yerindən,
Şadlıq sayarayı tikəcəklərmiş. -
Usta FƏXRƏDDİN.Yeni şeirlər
GÖYYALIM
(Qubadlı rayonunun Göyyal kəndinə həsr olunub)
Ey mənim Cənnət üzlü, Cənnət misallı Göyyalım,
Görmədim səndən özgə, qeyri mahalı Göyyalım.İlahi qüdrətindən var etmişdir əla səni,
Sərmişdir çöllərinə qeybindən xalı Göyyalım.Düşməzdi Xıdır Nəbi abi-həyat sevdasına,
Olsaydı Turş suyundan əgər ki, hali Göyyalım.Nigari Əfəndimiz çün seçmiş Hərtiz dağını,
O da bilmiş ki səni, əhdə vəfalı , Göyyalım.Qəfil qara buludlar aldı ki, başın üstünü,
El-oban bir-birindən düşdü aralı, Göyyalım.Yazdırıblar adını şanlı tarix yaddaşına,
Unutma Mütəllimi, Azim, Kamalı, Göyyalım.Fəxrəddin ümid edir,inşallah, azad edərik,
Yenə dönər qoynuna bütün göyyallı, Göyyalım!BURAX ÇƏKİM DƏRDİMİ
Gəl yalandan adıma bəxtəvərlik sırıma,
Təzələmə, diz çöküb, mənim köhnə yarama.
Dərdimə şərik olma, kədərimə yarama,
Kiminin dərdi çoxdu, kiminin pul-parası,
Burax çəkim dərdimi, ay zalımın balası.Əl boyda məmləkətə çəkildi əlli sərhəd,
Bölünüb şəhər-şəhər, parçalandıq kəndbəkənd,
Göyçə, Təbriz, Borçalı, Şuşa, İrəvan, Dərbənd,
Alındı bu diyarın neçə qeyrət qalası,
Burax çəkim dərdimi ay zalımın balası.Bir qardaşım o tayda batmış dilin ağlayır,
Bir qardaşım bu tayda itmiş elin ağlayır,
Doğranıb tikə-tikə, dilim-dilim ağlayır,
Ağlamaqla ağarmaz üzümüzün qarası,
Burax çəkim dərdimi ay zalımın balası.Bayquşlar məskən salıb Vətən bildiyim yerdə,
Başıma od ələnir deyib-güldüyüm yerdə,
Görürsən ölürəm, qoy, ölüm öldüyüm yerdə,
Nə bəxtim ağarandı, nə yaram sağalası,
Burax çəkim dərdimi ay zalımın balası.Yetər tikanlı sözlər, yetər kinli baxışlar,
Vallah bizi nə Allah, nə də Vətən bağışlar,
Gəlin tutaq əl-ələ, ay bacılar, qardaşlar,
Bəlkə onda sağala bu Vətənin yarası,
Burax çəkim dərdimi, ay zalımın balası.
-
Zeynəb Dərbəndli “Cənubi Qafqaz Xalqları üzrə xüsusi müxbir”i seçilib
Gündəlik İnformasiya Agentliyinin Rəhbərliyinin 10 iyul 2015-ci il tarixli qərarı ilə Azərbycan-Dağıstan iki qonşu ölkənin arasındakı mədəni və ədəbi əlaqələrin inkişafındakı müstəsna xidmətlərinə, eyni zamanda ədəbi-bədii yaradıcılığındakı irəliləyişlərə görə, nəğməkar şairə, istedadlı qələm sahibi Zeynəb Dərbəndli (İbrahimxəlilova Zeynəb Şəmsəddin qızı) Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Cənubi Qafqaz Xalqları üzrə xüsusi müxbir”i seçilib.
Qeyd edək ki, Zeynəb Dərbəndli (İbrahimxəlilova Zeynəb Şəmsəddin qızı) 1970-ci il iyun ayının 25-də Dağıstan Respublikasının Dərbənd rayonunun Rükəl kəndində anadan olub.Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.”Ömür karvanı”, “Yazdım ki, sözüm qala”, “Məni Anam bağışlasın” şeirlər kitabının müəllifidir.
2015-ci ildə “Zərrələr” layihəsi çərçivəsində işıq üzü görən “Zərrələr” antologiyasında şeirləri dərc olunaraq ictimaiyyətin nəzərinə çatdırılıb. -
Təranə TURAN RƏHİMLİ.”Məryəm” (Hekayə)
Hava təzəcə qaralmışdı. Həyət-bacada sakitlik idi. Nənəm hinə boylanıb toyuq-cücəni yoxladı, hamısının tarda büzüşüb yatdığını görüncə hinin qapısını bağladı. Sürahidən tutub həmişəki kimi ehmallı addımlarla ikimərtəbəli evin artırmasına qalxan pilləkənlə yuxarı çıxırdı ki, həyət qapısı açıldı. (Darvazanı bağlamağı unutduğunu da indi başa düşdü.) Darvaza önündə qonşu Rüxsarə göründü. O, «bəri gəl, buradır» deyə həyətə dəvət etdiyi yaşlı qadınla alaqapıdan içəri keçdi. Nənəm bu vaxtsız qonaqların gəlişinə təəccüblənsə də bunu biruzə vermədi. Rüxsarə üzbəüz qonşusu idi, darvazaları lap bir-birinə baxırdı. Lakin qonum-qonşu ilə get-gəl eləməzdi, nadir hallarda kiminsə qapısını açardı. Üstəlik də həyət-bacadan əl-ayağın yığışdığı şərqarışan vaxtda. Nənəm dərhal bu nagahani gəlişin Rüxsarənin bələdçilik etdiyi həmin yaşlı qadınla bağlı olduğunu anladı. Gələnlərlə salamlaşıb nigaran baxışlarını onlara dikdi. Rüxsarə də onu intizarda qoymayıb tez mətləbə keçdi. Xoş xəbəri tez yetirmək tələskənliyi ilə sınayıcı tərzdə nənəmdən soruşdu:
– Tavat, yaxşı bax gör, tanıyırsan kimdi?
Nənəm 65-70 yaşlarında görünən, ucaboy, ağbəniz, ala gözlərinin bəbəkləri həyəcandan titrəyən bu qərib qadını diqqətlə süzdü. Qadının aşağı sürüşmüş yaylığının altından görünən düz saçları da, möcüzə gözləyirmiş kimi düyünlədiyi qaşları da ağappaq idi. Bu ağlıq onun işıqlı çöhrəsinə xüsusi yaraşıq verir, simasını daha da nurlu göstərirdi. Təxminən eyni yaşda görünən bu iki qadın bir-birinə xeyli baxdılar. Birdən nənəmin baxışları qadının gözlərinin dərinliyində sancılıb qaldı. «Məryəm» nidasının dilindən qopması ilə onların bir-birinə sarılması, göz yaşlarının bir-birinə qarışması eyni anda baş verdi. Bu səhnə tamaşaya duran oğul-uşağı da, qonşu Rüxsarəni də kövrəltdi.
Nənəm «Allah-Allah! Qamboyumun can-ciyəri» – deyə-deyə Məryəm adlı bu qadını öpub-qucaqlamaqdan doymurdu. Artıq evdəkilər bu adı eşidəndə qonağın kimliyini anlamışdılar. Hamı heyrətlə Məryəmə baxırdı. Əfsanənin gerçəkləşməsi qeyri-real göründüyü kimi Məryəmin uzaq keçmişdəki xatirələrdən gəlişi də nağıl qəhrəmanının gerçək həyatda görünməsi kimi inanılmaz təəssürat doğurmuşdu. Uşaq yaşlarından nənəmin bəxtəvər qızlıq çağları, bəylək malikanəsindəki firavan günləri, daha sonra atası Dadaş bəyin sürgün edilməsi, təzəcə evlənmiş, hələ oğul-uşaq sahibi olmamış qardaşı Qamboyun ömür-gün yoldaşı Məryəmin zorla istəkli ərindən qoparılıb sürgünə göndərilməsi, sonra Qamboyun müharibədə itkin düşməsi, anası Zabitə xanımın dərddən qovrulub ölməsi… bütün bu xatirələri dönə-dönə dinləmişdim.
Nənəm bu qəfil görüşün həyəcanından yerində donub qalmışdı. Məryəmə baxdıqca baxdı, baxdı… Sanki birdən ayılıb əziz qonağını bayaqdan ayaq üstdə saxladığının fərqinə vardı: – Uzaq yoldan gəlmisən, yorğunsan. – dedi. Bir-birinin belini qucaqlamış halda pilləkəni qalxdılar. Nənəmin sevincinin də, kədərinin də həddi-hüdudu yox idi. Sevinirdi ona görə ki, Tanrının iznilə cəmi altıca ay əziz qardaşı Qamboya zövcəlik, atası Dadaş bəyə gəlinlik etmiş Məryəm – anası Zabitə xanımın sevimli böyük gəlini sürgündə ölüb-itməmişdi, Sibirin dəhşətlərindən salamat çıxıb bu görüşə gələ bilmişdi (Sibir dəhşətlərini isə bir qədər sonra Məryəmin söhbətlərindən daha dəqiqliyi ilə biləcək, başının tükləri biz-biz olacaqdı). Kədərlənirdi ona görə ki, Dadaş bəyin sürgün edildiyi, əslində izinin birdəfəlik itirildiyi, üçmərtəbəli bəylik malikanəsindən – dədə-baba ocaqlarından zorla köçürüldükləri, qardaşlarının pərən-pərən düşdüyü, anasının dərddən yanıb-yanıb söndüyü, özünün dürlü-dürlü bəlalara düçar olduğu günlər yenidən gözlərinin önündə canlanmışdı.
O, Məryəmi söhbətə tutmazdan əvvəl çay-çörək süfrəsini yığışdırdı. Şkafı açıb oradakı əmanət saxlancından iki bükülmüş, saralmış bir dəftər vərəqi çıxarıb Məryəmə uzatdı: – Bax gör nə kağızdır?
Yazı pozu bilməyən nənəm qırmızı karandaşla tez-tələsik yazılmış bu kağızdakı mətni əvvəllər oğluna, sonralar nəvələrinə o qədər oxutmuşdu ki, orada yazılanları sözbəsöz əzbərdən bilirdi. Kağızı açan kimi Məryəmin iri ala gözləri dumanlandı. Bir damla yaş yanaqlarından üzüaşağı yuvarlanıb vərəqdəki «daha» sözünün üstünə düşdü. Ondan əvvəlki sətirdə yazılmış «bəlkə» sözünün üstünə də haçansa göz yaşı düşmüşdü. Məryəm bu məktubu yazdığı vaxt, sürgünə göndərildikləri o qəm yüklü qatardakı məşum gecələrdən birində axıtdığı həmin göz yaşını tanıdı. O acı yaşantıları anınca hər iki əli ilə üzünü tutub ürək yandıran hönkürtü ilə ağladı. Evdəkilərdən heç kəs bu anda bütün dünyanın əvəzinə, dünyadakı bütün haqsızlıqlara görə, bütün dərdlilərin göz yaşıyla ağlamaq istəyən bu yaşlı qadına təsəlli vermək istəmədi. Çünki, bu göz yaşlarını heç bir təsəlli ovuda bilməzdi. Nənəm də yana-yana bu göz yaşlarına qoşulub bütöv bir nəslin əsilzadəliyi ucbatından çəkdiyi müsibətlərə ağladı.
Məryəm göz yaşlarını qurudub neçə saatdan bəri əyləşdiyi otağın divarlarına göz gəzdirəndə ilk anda Qamboyun şəklini gördü. Nənəm Tavat xanımın Qamboya sığındığı bu şəkil əslində ayrı-ayrılıqda çəkilmişdi. Qamboy müharibədə itkin düşəndən sonra nənəm hər iki şəkli birləşdirib böyütməyi fotoqrafdan xahiş etmişdi. Fotoqrafın ustalıqla birləşdirib böyütdüyü bu şəkil o vaxtdan evdə ən müqəddəs bir xatirəyə çevrilmişdi. Məryəm irəli gəlib şəklin qarşısında dayandı. Ötən illər ərzində xəyalında yaşatdığı, hələ də o gənclik şövqü ilə sevdiyi istəklisinin gözlərinə baxdı, baxdı… Atası Elbrus bəyin evindən gəlin köçdüyü günü, böyüklərin xeyir-duasını, Dadaş bəyin böyük oğlu Qamboya qovuşacağı anı gizli həsrətlə gözlədiyini, o anın diləgəlməz şirinliyini… daha nələri, nələri xatırladı. Sanki Qamboyun özü ilə üzbəüz dayanıbmış kimi sözə başladı: – 70 yaşı haqlamışam, Qamboy! Sənsiz nələr gördüm, bilsən… Sibir, əzab, təhqir, aclıq, susuzluq, xəstəlik… Ölümün ağzından çıxdım, yollar məni əldən saldı. Adamlar gördüm, mərdi də oldu, namərdi də. Ancaq sənin kimi oğul görmədim, Qamboy!
Sonra gözlərini şəkildən çəkmədən: – Əgər bilsəniz o necə insan idi…Allah onu tək yaratmışdı. Qamboy kimi oğul o vaxt da yox idi, indi də yoxdu – dedi.
Gecəni səhərədək yatmadılar. Nənəm Bakı zadəganlarından olan məşhur Ağacanlılar nəslinin ən yaraşıqlı, Peterburqda yüksək təhsil görmüş oğlu Mehdi ilə toylarından, gəlin göçdüyü faytonun bolşeviklər tərəfindən saxlanmasından, istəkli nişanlısından zorla qoparılmağından, bolşevik İsrafillə (babamla) ailəsinin qalan üzvlərini xilas etmək məqsədilə evliliyə razılaşdığından, ərinin düzəltdiyi, on altı yaşlı qızın sevgi qurbanı bahasına başa gələn saxta boşanma sənədi əsasında anasının, qardaşlarının və özünün Sibirə sürgün edilməməsindən, 1941-ci ildə müharibə başlayan kimi onsuz da Məryəmsiz özünə yer tapa bilməyən Qamboyun özünü ölümün ağuşuna atıb ön cəbhəyə yollanmağından, itkin düşməyindən… və bir çox başqa mətləblərdən söhbət etdi.
Məryəm də öz başına gələnləri danışdı. Sibirə gedən qatarda necə təhqir olunmalarından, yol boyu əsgərlərin onları alçaltmağından, imkan tapan kimi əsilzadələrin intihar etməyindən, özünün baş tutmayan intihar cəhdindən, yeraltı mədəndəki ağır iş rejimindən…
– Saçımızı da qırxmışdılar, Tavat. Aylarla hamam görmürdük, hamının başı bit-sirkəylə dolu idi. Həm də elə ağır işdən sonra hörüklər də başa ağırlıq edirdi. Bilirdim ki, başımızı qırxacaqlar. Ona görə də əvvəlcədən hörüklərimi kəsib gizlətmişdim. Qamboyun əlinin istisi vardı onlarda, qıyıb ata bilməzdim…– sözünün ardını gətirmədi, birdən yaşca özündən böyük baldızı ilə (beş yaş fərqləri vardı) danışdığını xatırlayıb həyadan yanaqları allandı. Lap gəncliyindəki kimi…
Nənəm Məryəmin üzündə əlli il bundan əvvəlki qızartını gördü. Bayaqdan onu maraqlandıran sualı verdi: – Bəs necə oldu ki, qaça bildiniz?
– Yeraltı mədəndə iş çox ağır idi. Bir yandan da aclıq, xəstəlik. Aclıq olan yerdə xəstəlik də əskik olmur. Qızdırma, vərəm, astma… Demək olar ki, hər gün ölən var idi. Ölənləri basdırmağı da bizə tapşırırdılar. Bizimlə heyvandan da pis rəftar edirdilər. Havasızlıqdan hamının rəngi sapsarı olmuşdu. Təkcə ölü basdıranda hava üzü görürdük. Ölü basdırmaq da sənə asan gəlməsin. Sibirin qışını ağlına gətirə bilməzsən. Kişilərin tüpürcəyi havadaca donub saqqalından asılırdı. Şaxtadan yer necə donub daşa dönürsə, orda ən hünərli kişi də qəbir qaza bilməzdi. Hər dəfə qəbir qazmağı üç nəfərə həvalə edirdilər. Bu üç nəfər də əlinə böyük balta alıb başlayırdı buz bağlamış, şaxtadan daşa dönmüş torpağı çapmağa. Bu minvalla elə olurdu ki, səhərdən qəbir qazmağa başlayıb bu işi gecə yarısı başa çatdırırdıq. Bir sözlə, qəbir qazmaq mədəndə gördüyümüz ən ağır işdən də ağır idi.
Bir gün Qarabağ bəylərindən birinin gözəl qızı özünü asmışdı. «Gözəl» deyirəm, amma o qız gözəl olduğunu bəlkə özü də unutmuşdu, həmişə üz-gözünə his yaxıb gəzirdi.
– Niyə?
– Orda namusumuzu qorumaq üçün çoxumuz belə edirdik. Özümüzü qəsdən eybəcərləşdirmək üçün nələr eləmirdik? Hətta qaşlarımızı da yerli-dibli yolub-tökmüşdük… Hə, o qız da imkan tapıb özünü öldürmüşdü. Sibirdə bu özü də bir hünər idi. İntihar etməyə də qoymurdular. Biz sağ qalıb işləməli, aclıq və əzab görməli idik. Çünki, biz sovet hökumətini tanımaq istəməyən kişilərin arvadları, qızları idik. Adamı yandıran bilirsən nədir? Günahsız cəzalanmaq. Buna görə də biz vəziyyətimizlə barışa bilmirdik. Günahımızın təkcə əsilzadə olmasıyla, tək bu suçla Sibirə göndərilməyimizlə barışmaq mümkün deyildi. Hə, o qadın ölən günü hava həmişəkindən də sərt idi. Qəbir qazmağı anama, mənə və başqa bir qadına tapşırmışdılar. Əslində isə bu elə qaya çapmağa bərabərdi. Baltaları götürüb üçlükdə işə başladıq. Hava o qədər soyuq idi ki, şaxta əlcəyin içindən keçib adamın iliyinə işləyirdi. Böyük baltaların ağırlığı da adamı heydən salırdı. Baltanı hər qaldırıb endirəndə daşa dönmüş torpaqdan balaca bir qəlpə qopurdu. Qəbir qazılıb qurtarmaq bilmirdi. Ac-susuz axşamadək qazdıq. Qəbri hələ yarı etməmişdik. Nəzarətçilər deyinir, bizi ən pis söyüşlərlə söyür, işin yubandığına qəzəblənirdilər. Artıq hava qaralmışdı. Əli silahlı nəzarətçilər papiros çəkə-çəkə qarın üstündə gəzişməkdən bezmişdilər. Onlar iki nəfər idilər. Öz aralarında xısınlaşıb nəsə danışırdılar. Qəfildən anam və o biri qadın əllərində balta onlara sarı cumdular. Anam əlindəki baltanı zərblə nəzarətçilərdən birinin başına endirdi. O biri qadın isə baltanı hədəfə vura bilməyib digər nəzarətçini çiynindən yaralamışdı. O, yerə çökən kimi qadın da onun sinəsinə çöküb boğmağa başladı. Onları qətlə yetirmələri o qədər ani oldu ki, baş verənlərdən özümə gələ bilmirdim. Lakin artıq qaçmaq fürsətini əldən vermək olmazdı. Biz yaxınlıqdakı meşəyə üz tutduq. Qaçıb sığındığımız kənddəki ev sahibi çox yaxşı insan idi. O, bizi bir ilədək evində gizlətdi. Sonra… Çox kəndlər, çox evlər gördük… Bir hərbçiyə rast gəldik, o bizə çox yaxşılıqlar etdi, üçümüzə də saxta sənədlər düzəltdi, iş tapdı. Milləti tatardı, polkovnik idi, – Məryəmin nitqi burda qırıldı. Nənəm həyəcanla soruşdu: – Bəs sonra?
– O, bizim bütün qayğılarımıza qalmağa söz verdi. Bizə elə ürəkdən can yandırırdı ki, anamın da hörmətini qazana bilmişdi. Anamı ki, tanıyırsan…Beləcə… – Məryəmin səsi yenə titrədi, Qamboyun divardakı şəklinə baxa-baxa: – İndi o, mənim ərimdir. İstefada olan polkovnik Atabiyev.
– Bəs oğul-uşaqdan nəyiniz var? – Nənəm bu sualı xüsusi maraqla verdi.
– İki qızım var,– sonra nənəmin həmin marağına cavab üçün əlavə etdi: – Oğlum olmadı, olsaydı Qamboyun adını qoyacaqdım. Qızlarıma da Qamboydan danışmışam, məni yaxşı başa düşürlər. O, da yaxşı adamdır (ərini nəzərdə tuturdu), amma çox əsəbidir. Müharibədə kantuziya alıb. Bax belə, Tavat – sanki daha sözü qurtardı. Lakin baldızının gözlərində bir yığın sual görüb dedi: – Mənim ömrüm Qamboyla qurtardı, bəxtim-taleyim onunla getdi. İndiki Məryəm bir cisimdi, bir də xatirə yumağı. Ruhum çoxdan uçub gedib Qamboyun yanına. Eləcə nəfəsim gedib-gəlir… Uzun illərdi ki, sizdən xəbər almaq üçün qovruluram. O qorxu, o xof hələ də canımdan çıxmayıb, ona görə istəyimi kimsəyə bildirməyə ürək eləmirdim. Allahın mərhəməti böyükdü, gec də olsa baş tutdu. Şükür ki, taleyimdə səni, bu torpağı bir də görmək varmış.
Səhərin açılmasına az qalırdı. Yetmiş yaşlı gəlin, yetmiş beş yaşlı baldız bəxtəvər gəncliyin, ömrü çox az olan xoşbəxt günlərin şipşirin anlarını yada saldılar. İllərdən bəri ürəklərində gəzdirdikləri ən ülvi hisslərlə yaddaşlarındakı müqəddəs xatirə saxlancını «töküb-töküşdürdülər.» Birgə yaşadıqları bəylik malikanəsindəki günlərin ən xırda əhvalatlarını da sevinclə yada saldılar. Bu xatirələrin varlığından aldıqları həzz qəlblərini elə bir fərəhlə doldurmuşdu ki, sanki hər ikisinin bir ömürlük sevinc payını saxlayıb-saxlayıb bir gecədə onlara hədiyyə etmişdilər.
Söhbət əsnasında nənəm: – Məryəm, İsfəndiyarı görmək istəyirsən? – deyə soruşdu. Məryəm gəldiyindən bəri sorağını almaq istədiyi, lakin bəd xəbər qorxusundan ehtiyatlandığı üçün susduğu, yeganə qaynının sağ-salamat olduğunu eşidincə düşündüklərini dilə gətirdi: – Soruşmağa ürək eləmirdim, Tavat! Qorxurdum ki, sənin qardaş dağının bir yox, iki olduğunu eşidəm.
– Şükür Allaha, İsfəndiyar sağ-salamatdı. Əvvəlki baməzəliyi, hazırcavablığı da yerində. Mingəçevirdə yaşayır. İstəsən, sabah gedərik.
…Mingəçevirdən qayıdanda Məryəm İsfəndiyarı qucaqlayıb: – Bu son görüşümüzdü, qardaş – dedi, – çox qocalmışam, əslində mən öz isti ocağımdan didərgin düşəndən qocalmışam.
Bu söz hər üçünü kövrəltdi. Doğrudan da hər üçü qocalmışdı. Və hər üçü Məryəmin dediyi vaxtdan qocalmışdı. Külfətin başçısı Dadaş bəy aparılan gecədən. Bəylik malikanəsindən qovulub kirayə ev axtardıqları gündən. Bolşeviklərin məktəb binası etdikləri evlərinin yanından keçəndə gizli-gizli göz yaşı axıtdıqları andan… Çoxdan qocalmışdılar, lap çoxdan…
…Bakıdan Nalçikə yola düşən qatar ləngərlə irəliləyirdi. Təkərlərin nəğməsi onu qoynuna alıb ahəstə-ahəstə uzaqlara aparırdı. Bomboz şoran çöllər də, tək-tük sirkan kollarından başqa kolu-kosu olmayan çılpaq dağlar da, qatar ötüb keçdikcə bir-bir «əyilib-yıxılan» elektrik dirəkləri də onu bu doğma torpaqlardan qoparıb-ayırırdı. Bu ayrılıqda nisgil, kövrəklik qarışıq bir təskinlik də vardı. Bu ayrılıq əlli il bundan əvvəlki o dəhşətli ayrılığa bənzəmirdi. Bu qatar da o qatar kimi yedəyində çəkilməz dərd yükü daşımırdı.
İçində bir yüngüllük vardı Məryəmin. Əlli ildən bəri ilk dəfəydi ki, özünü bu qədər rahat hiss edirdi. Sanki dünyaya yenidən gəlmiş kimiydi. Onu sevən qəlblərin istisini, odunu aparırdı özüylə. Qamboyun şəkildən baxan arxayın baxışları ona – öz vəfalı gözəlinə «Yaxşı ki, gəldin!» deyirdi.Bakı, 2006.
-
Истинным источником демократии являются пророки – посланники Аллаха
Свобода, составляющая основу и повышающая уровень жизни человека, возможна лишь при установлении демократии, поскольку демократия – это способ управления, при котором соблюдаются социальная справедливость и равенство всех людей, права и свободы человека. Демократия – это благо, о котором Аллах через пророков гласит своим рабам в священных книгах. Во всех священных книгах говорится о свободе, любви, милосердии, справедливости, мирной среде, где каждый волен жить и свободно выражать свои мысли. Именно по этой причине Греция, в которой, как принято считать, впервые была установлена демократия, или страны Европы, которые в наше время считаются центром демократии, узнали о демократии из священных книг. Но самая совершенная форма демократии воцарится тогда, когда во всем мире установится мораль Ислама.
Некоторые люди, не ведающие о морали Ислама или только ознакомившиеся с Исламом, имеют о нем неверное представление, поскольку изучают Ислам, руководствуясь недостоверными источниками. Эти люди без какого-либо на то основания предполагают, что Ислам ограничит их образ жизни, лишит их свободы, будет контролировать их мысли, ограничит науку и культуру. Тогда как Ислам является той религией, что предоставляет им свободу мысли, слова и вероисповедания, защищает все их права и обеспечивает людям истинную свободу. Так, в нижеследующем аяте Корана «Если тебя сочтут лжецом, то скажи: “Мне достанутся мои деяния, а вам – ваши деяния. Вы не причастны к тому, что я совершаю, а я не причастен к тому, что совершаете вы” (Сура «Йунус», 41)» Аллах велит своим рабам придерживаться демократии. В этом аяте ясно выражено значение неприменения к кому-либо давления и насилия, где все обладают свободой мысли и вероисповедания.
(daha&helliip;) -
Принцып секуляризма обуславливает формирование искренней веры
“Наше государство является секулярным государством, однако мы отделены от религии”.
Гейдар АлиевКак отражено в Конституции, Азербайджанская Республика является секулярным государством. Эта характеристика государства содержит в себе то, что в Азербайджанской Республике религия отделена от государства, иными словами, одно не вмешиваются в дела другого. В соответствии со статьей 7 Конституции Азербайджанской Республики, Азербайджан является секулярным государством. Характеристика Азербайджана, как секулярного государства, проявляется в ниже изложенных факторах:
– Отсутствие какой-либо официально узаконенной религии
– Никакая религия не в силе принудительно самоопределяться.
– Отделение религии от государства
– Равенство перед законом всех религиозных конфесси (daha&helliip;) -
У терроризма нет религии
Мы живем в период, когда жестокость и ненависть во всех частях Света стали обыденными явлениями. Каждый день мы узнает из новостей о кровопролитиях, имеющих место в различных точках Земли. И чаще всего жертвами этих жестокостей становятся невинные люди.
Террористические акты во многих странах востока, еще раз показывают причину возникновения в мировой общественности темы «Ислам и терроризм». Однако всем известно, что Ислам – религия любви и мира, и согласно уставу Ислама, к каждому индивиду, независимо от его вероисповедания, нации, языка и идеологии, необходимо относиться с уважением, любовью и толерантностью. Тогда как же получается так, что на территории Исламских стран возникают жестокости, страдания и боль?
Дело в том, что Исламские страны постоянно пытаются возложить ответственность на Запад, а Запад, в свою очередь, не пытается понять Ислам и Мусульман. Здесь то и происходят недопонимания и разногласия, отчего и невозможно найти решение возникающим проблемам. Между тем, этот круговорот жестокости и насилия не является односторонним. Отсюда вытекает вывод, что с этой глобальной проблемой одной стороне не справиться. (daha&helliip;) -
Əlirza HƏSRƏT.”Azadlıq ilahəsi”
Bu ulu məhəbbətin sehrinə bax,ilahi,
Könlümüzü bayrağa bağlamağı bacardıq.
Bu yurda əl uzadan düşmənlərin gözünü,-
Elə bu bayraqla da dağlamağı bacardıq.Kür-Araz qol götürüb süzür Muğan düzündə,
Nə xoşdur aynalanmaq Xəzərin göy gözündə.
Hər an türklüyümüzlə öyünüb Yer üzündə,
Bu bayrağın eşqiylə çağlamağı bacardıq.Külək sərhəd telində çalır “Vətən marşı”nı,
Gəlin bayraq tutmağa sinəmdəki qurşunu.
Yadlar görməsin deyə, gözümüzün yaşını,
Ürəyin gözüylə də ağlamağı bacardıq.Duruşda Savalandı, əzəmətdə Şah dağı,
Anlamaz bu hikməti cahil insan, bəd yağı.
Məhəbbət çeşməsindən su içib pərvazlanan,
Azadlıq İlahəsi bu müqəddəs bayrağı,
Ən uca zirvələrdə saxlamağı bacardıq. -
Rəşad MƏHƏMMƏDOĞLU.”Tale yüküm”
Ey mənim qəlbimə kəsilən hakim,
Həsrətin yük olub çiynimin üstə,
Axı mən nə qədər yükünü çəkim?
Yazılan sözümsən dilimin üstə.Qaçımmı bu ömrün evindən uzaq?
Xoş olar, bu kədər uzaqda olsa.
Tısbağa qınına qayıtmaz ancaq,
Dönürəm ömrümə əzab da olsa.Sən elə sevgimin yüküsən gülüm,
Eşqindən bu yükə sinə gəlmişəm.
Neyliyim, ömrümün təkisən gülüm.
Səninlə sənsizəm, çox öyrəşmişəm.Çəkilib otağa, düsüb təkliyə,
Mənə həmdəm olur bil, xəyalların.
Ümidlər məlhəmim, yaşayım deyə,
Yüküm yüngülləşir, yox olur ağrım.Dünyanın yükünün çəkisi ağır,
Sən ağir dünyamda yünğül
çemkimsən,
Yağışsan, həsrətin içimdən yağır,
Mənim taleyimdə yüksuz yükümsən. -
Günel Emin Fəhadqızı.”Mən!”
Biri girər həyatıma biri çıxdığı zaman,
Bir insan silinir, o birisi yaddaşa yazılarkən,
Biri unudulmayan, başqa birisi unudulan insan…
Sevən də insan, sevilən də, sevməyən də, sevilməyən də…
“Girmə həyatıma, tənhalığımı çox sevirəm, özümü sevirəm!” dedim,
Eşitmədin, eşitmək istəmədin, qəbul etmədin, keçdi zaman, dəyişdi məkan,
Məndən hamıya şikayət etdin ki, eqoistəm…
Mən də sənin kimi bir insanam, amma başqalarına inanmayan bir insan…
Bağlanmaq istəməyən, sevmək istəməyən, sevgiyə güvəni olmayan…
Mən özümə ancaq inanıram, özümü tanıyıram, özümü qəbul edənəm…
Dostum dostdur bir gün, bir günsə yadlaşar, bir günsə olar düşmən…
Tənhayam, tənhalığım mənə zərbə vurmur insanlar vurduğu zaman…
Yıxıldığım zaman tənhalığım qaldırar məni yenə zirvələrə, özüm özümə nümunəyəm, özümə bağlıyam, özümü anlayıb dəstək birisiyəm mən…
Tənha həyatım qane edirsə məni, sən nigaran qalma məndən…
Səni unutdum, yeni həyata başladım özümlə, o məni aldatmaz, o xəyanət etməz…
Mənəm mənəm, özümü sevirəm, başqasını sevən deyiləm…06.07.2015
-
Şəhriyyə QƏZƏNFƏRQIZI.”Kimdir bu Şəhra?”
Yenə axşam düşdü. Öz ağırlığı ilə. Yatmaq vaxtıdır. Hər gecə eyni təlaş, əsəb, həyəcan. Ancaq özümüzü qorumağı bacarırıq artıq. Istəmədiyimiz nələrisə etmirik. Özümüzdə qəribə bir güc tapmışıq. Daha cəsur, daha qorxmaz olmuşuq. Çünki öz aləmimizdə güvəndiyimiz biri var. Ancaq öz aləmimizdə. Bir gün gecə evdən çıxsaq, güvənc yerimiz bizi darda qoymayacaq, bizə qucaq açacaq, qol-qanad gərəcək, bizi arxasınca arzuladığımız onlu gələcəyə aparacaq. Insan övladı nə qədər yanılarmış.Yanıldığını bilərək yalanlarla özünü ovudarmış. “O, məni tək qoymaz, arxamdı, dayağımdı, sabaha gedən yolumdu” deyər.
OXUCU, sən insanlara inanma, güvənmə də. Hər zaman səni yolda qoyacaqlarına əmin ol. Mütləq belə olacaq. Güvəncin sarsacaq, həyatdan küsəcəksən. Insanlar gözündə bir böcək qədər dəyərli olmayacaqlar. Iyrənəcəksən hamısından. Diksinəcəksən. Hər kəs eyni düşüncədədir. Demədi demə. Bütün insanlar eyni düşünüb, eynicür hərəkət edirlər. Fərqli görünsələr belə. Hər biri göstəricidir, inanma heç birinə. Özləri olmağı bacarmadılar heç vaxt. Yalan vədlər, göstərişlər qanlarındadır. Bütün bədənlərində damarlarla süzülür yalanlar.
OXUCU,bilirəm sən ona inanırsan. Sənə “ səni sevirəm” deyir- sevmir.”Sənsiz ölərəm” deyir -ölməyəcək sənsiz. Halbuki gözlərinin qarasına -fərq etməz hər harasına- çəkmişdi rəsmini.Hər yerdə sən vardın, sənsizlik yoxdu. Gələcəyə açılan böyük bir darvazadan əl- ələ tutub keçəcəkdiz. Elə demişdi, eləmi? Inanma, yalan deyir. Onun çiyinləri sənin kimi yükü daşıya bilməyəcək qədər zərifdi.
Indi sən gecədən sübhədək tavanda bir nöqtə tutarsan, içində bir boşluq yaradarsan, o boşluqda olar bütün onlu, onsuz həyatın. Yerin elə tez dolar ki. Sənin bir yalanını bağışlamayacaq. Ancaq özü rahatlığı üçün müqəddəs sandıqlarına yalan andlar içəcək. Inanma ona. Kimsəyə. Ürəyində boş yer saxla. Hər zaman unutmağa hazır ol. Və yeni qapılar aç ömür səhifəndə. Demədi demə.Bəs o nə etdi? Mənim qəhrəmanım ŞƏHRA. Bu gündən bütün qadın qəhrəmanlarım ŞƏHRAdır. Adında da bir doğmalıq var. Bir anlaşma, bir birləşmə var. Adında bir yara var. Elə bu ad yaraladı onun həyatını. Yaraları açıldıqca açıldı, qanadıqca qanadı. Oldu qaysaqlanmamış açıq yara. Budur mənim qəhrəmanım. Hələ çox duyacaqsınız bu adı. Böyük- böyük əsərlərdə, kiçik hekayələrdə. Kimdir bu Şəhra? Tanımağa hazır olun. Həyat tərəfindən zorlanmış qadın.
-
Ədəbiyyatın Yeni Uğuru – “ZƏRRƏLƏR”
…Hər bir işin arxasında böyük zəhmət, peşəkarlıq dayanır. Təbii ki, bu iş ədəbiyyatla bağlıdırsa, yəni, söz ədəbiyyatdan gedirsə, peşəkarlıqla yanaşı, məsuliyyət də ön planda olur. Bu zəhmətkeş insanlardan biri də istedadlı gənc xanım yazar, Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, DGTYB üzvü Gülnarə İsrafilqızıdır. Onun bu almanax üçün noyabr ayından başlayaraq, hardasa bir ilə yaxındır ki necə əziyyət çəkdiyinin, bir ana öz balası üçün necə narahat olursa, onun da bu almanax üzərində aylardır necə narahatçılıq hissi keçirdiyinin vətəndən kənarda da olsa canlı şahidiyəm. Əgər söhbət fərdi olsaydı, yəni, Gülnarə xanımın öz şeirlər kitabı olsaydı, bəlkə də bu qədər narahatlıq hissi keçirməzdi. Burada isə işin əsas tərəfi toplumdur. “Zərrələr” layihəsi çərçivəsində Respublikanın müxtəlif bölgələrində, o cümlədən paytaxt Bakıda yaşayıb ədəbi-bədii yaradıcılıqla məşğul olan 49 müxtəlif yaş qrupundan olan şairlər-yazarlar iştirak edir. Bunlardan qələminə yaxşı bələd olduqlarım da az deyil. Misal olaraq Aybəniz Qafarlı, Gülnarə İsrafilqızının özü, Sərvər Kamranlı, İradə Əlili, Zeynəb Dərbəndli, Humay Abbas, Şahanə Müşfiq, Zamiq Mehdisoy və daha neçə şəxsi göstərmək olar. Belə olduğu halda isə, yuxarıda qeyd etdiyim kimi, iş olduqca çox məsuliyyət tələb edir.
…Bilənlər bilir, bilməyənlərə də məlum olsun ki, Gülnarə xanım işinə can qoyan, həqiqətən də o işi çətinliyindən asılı olmayaraq özünə doğmalaşdıran xanımlardandır. Əlbəttə, bu da ədəbiyyatımıza, şeiriyyatımıza lazım olan bir gənclik nümunəsidir. Bütün çətinliklərə, narahatlıqlara baxmayaraq, şükürlər olsun ki, gözlədiyimiz kitab artıq əlimizdədir. Oxuculardan bəziləri səhvən anlaya bilərlər ki, mən burda layihə rəhbərini tərifləyirəm. Elə bu səbəbdən də bu yazını yazmışam. Əsla yox! Layihə rəhbərinə və məni tanıyan hər bir kəsə yaxşı məlumdur ki, yalançı tənqidlə və ya təriflə mənim işim olmaz. Ona görə də bu yazdığım fikirlərin hər biri nöqtəsinə, hərfinə, vergülünə qədər səmimiyyətlə dolu fikirlərimdir.
…Arzu edərdim ki, ədəbiyyatımız adına, poeziyamız adına düşünülmüş, sağlam düşüncənin məhsulu olan bu almanax ədəbiyyatımızın yeni uğurları siyahısında olsun, düşərli olsun, kitabxanalarda, oxucular arasında sayılıb seçilən kitablar arasında olsun və gənclərimizin tutduqları bu poetik yolda uğurlarına yol açan təkanverici kitablardan olsun! Təbrik edirəm! Digər layihələrdə, almanaxlarda görüşmək ümidiylə!…
Şair-Yazar
İlkin ABBAS,
Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Yönətim Kurulunun Fəxri üzvü və əməkdaşı -
Hikmət MƏLİKZADƏ.”Sənə oxşatdılar kölgəmi tez-tez”
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsüO qədər dedilər böyü, böyüdüm,
Böyüdüm, özümlə tən olmadım heç.
Sənə oxşatdılar kölgəmi tez-tez,
Amma bircə dəfə sən olmadım heç.Yaman arıqlayıb ruhum, əzizim,
Sənin tərəzin var, özümü çəkim?
Sən bir az qıyqacı baxnan ki, mənə,
Özgə qapısından gözümü çəkim.Sənin yolun özgə, mənimki ayrı,
Ömrün buludları qarın tökmədi.
Quruduq biz əppək qırağı kimi,
Çox dözdük, bu sevgi barın tökmədi. -
Mayisə ƏSƏDULLAQIZI.”Sonnan görünmür”
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoruKim kədər içində büsat qurarmış?!
Sevdiyin xəyalda kim uydurarmış?
Kim ayı günlərə de, saydırarmış?!
Həsrət alovunda yanan görünmür,
Göllər içrə üzən sonan görünmür…Kimdi o cüssəli, əli qabarlı?!
Kimdi məhəbbətə ən etibarlı?!
Kimdi sevdiyiylə o qalmaqallı?!
Niyə bu halını qanan görünmür?
Kipriyində yaşı donan görünmür…Gözlərim hüsnünün sorağındadı,
Səadət səninlə qalmağımdadı,
Səni lap ürəkdən duymağımdadı,
Mən ayrılıb gedən zamandan bəri,
Baş-başa sevişən qaranquşların,
Daha eyvanına qonan görünmür,
Mənim tək ürəyi sınan görünmür,
Göllər içrə üzən sonan görünmür… -
Aqil SABİROĞLU.”Mənə də medal verin”
Məşəli alıb ələ,
Mən də bir az daşıyım.
Görən belə işlərdə,
Niyə kütəm,naşıyam?Başa çıxan peysərin,
Görünmür alın təri.
Qaşınmayan yerləri,
Bir az sürtüm,qaşıyım.Təpələrə çıxmağa,
Böyük bir mahal verin.
Qızıl,gümüş yığmağa,
Beş-on il macal verin.Qab-qaşıq yalamağa,
Yemək verin,yal verin!..
Eheeeeeeeeyyyyyy-
Mənə də medal verin!!!
Mənə də medal verin,
Adam kimi yaşayım… -
Qalib ŞƏFAHƏT.”Gedirəm”
Açılacaq bu gecə də,
üzü səhərə gedirəm.
Hər gün yolumu gözləyən
qəmə-qəhərə gedirəm.Abır-həyadan yırtılan,
çöldə, bayırda sırtılan,
hər gün üzümə çırpılan
çora, zəhərə gedirəm.Bu dünya birtəhər olub,
gecə bitib, səhər olub,
daha dayçam kəhər olub,
minib kəhərə gedirəm.Köklənmişəm cəngi üstə,
gahdan zildə, gahdan pəstə,
Xoş arzuda, xoş həvəsdə
durub şəhərə gedirəm. -
Qalib ŞAMXALOĞLU.”Səlibçilər müsəlmanı məhv edir”
Səlibçilər müsəlmanı məhv edir,
Müsəlmanlar, amma cihad edəmmir!
Ağzıbağlı, yazıq ellər nədənsə,
Dığaların fəndin bərbad edəmmir!Başa çıxan özü üçün çalışır,
Qananlar da yanır vallah , alışır!
Siyasətin kələfində dolaşır,
Qarabağı bir kəs azad edəmmir!İndi zaman əyrilərçün « xadavoy »
Kimin üçün yasdı , kimə isə toy!
Yeyənlərə deyən yoxdu, bəsdi, doy,
Könülləri bir kimsə şad edəmmir!Zülüm çəkir millət o tay , bu tayda,
əzab çəkmək bizdə olub bir qayda!
Beş , on nəfər çalışsa da nə fayda,
Viran olan yurdu abad edəmmir!Üstümüzə yurd boyda dərd ələnmiş,
Boynumuzda baş yoxumuş, kələmmiş
Uyğurlarım Çində qana bələnmiş,
əlacsıza millət imdad edəmmir!Keyfiyyət yox , nə fayda var çoxluqdan,
Ac qalmışıq gözü-könlü toxluqdan!
Kasıblıqdan ,məzlumluqdan,yoxluqdan
Səsi batıb , bu xalq fəryad edəmmir!Qara bulud üstümüzdən ötəndə,
Qalib də şad olar dərdi bitəndə!
Düz bir milyon soydaşımız vətəndə ,
əcdadının qəbrini yad edəmmir!9.7.15. Füzuli r-nu Zobcux qəs.
-
Abdulla MƏMMƏD.”Gözlərim şehlənir yol gözləməkdən”
Duman sıpər çəkir sən gedən yola,
Ağrısı, acısı sinəmdə qalır.
Əksin həsrətimlə gəzir qol-qola,
Yaxşı nəyimiz var dünəndə qalır.Sən gedən yollarda səbrim daralır,
Gözlərim şehlənir yol gözləməkdən.
Əsəbim yolları gözümdən salır,
Özümdən bezirəm özüm də bəzən.Özümdən qaçıram özüm olunca,
Qapına gəlməyə üzümdə gəlmir.
Həsrətin əlində gözüm oyuncaq,
Yollardan yığışıb gözüm də gəlmir.Sən məni tərk edib getdiyin gündən
Yollar qənşərimə əliboş çıxır.
Sözüm dərd üyüdür…
Özüm bu gün də
Hara əl atıram, əlim boş çıxır.Həsrətdən alışır yolların üzü,
Od tutub yanıram hey için-için.
Necə bu yollardan əlimi üzüm-
Gözümün söz yaşın bu yollar içir…Bir də görəcəkmi gözlərim səni,
Bir də güləcəkmi baxışlarımız.
Gecə də, gündüz də gözlərəm səni
Təki- çiçəkləsin eşq baharımız!Azərbaycan. Quba.
28.12.1998 -
Elnurə AĞAZADƏ.”Xeyirxah mələksən şair Gülağa “
Hər şerin həzin bir nəğməyə dönüb,
Ruha qida verən əzbərə dönüb
Adın dillərdə dastana dönüb,
Xeyirxah mələksən şair GülağaGeniş yol saldırıb məktəblər tikdin
Məcid mədrəsə,pir evi tikdin
Gələcək nəsilə ərməğan etdin,
Xalqına gərəksən şair GülağaSildin üzlərdən qəmi kədəri,
Atdığın hər addım xoş müjdəli
Şerə,sənətə verdin hörməti
Duyğulu könülsən şair GülağaƏgər düşünərsə xalqını qəlbin,
Tənha deyildir ətafın sənin
Yurdunun hər qızı,hər oğlu sənin
Adınla fəxr edir şair GülağaMəndə bir şairəm həmdəməm sənə
Hər əməlinə hər bir şerinə
Elnurə heyrandır sözə sənətə
Azəri oğlusan şair GülağaQərib olsanda vətəndən uzaq,
Ölkəni düşündün ölkəni ancaq
Əlimiz göylərdə tanrıdan umaq,
Qorusun qoy səni Şair Gülağa
-
Teymur Həbibini doğum günü münasibətilə təbrik edirik! ( 9 iyul 1986-cı il)
“AYDINOGLU CONSULTİNG GROUP” LLC Rəhbəri Sizi, Yeni nəsil Azərbaycan gəncliyinin nümayəndəsini, istedadlı qələm sahibini, Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktorunu, Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi ictimai birliyinin üzvünü doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar diləyir!Sevib, sevdiyiniz insanlar ilə birgə olun!
Mətbuat xidməti
Teymur HƏBİBİ (Teymur Bayramov Rzaqulu oğlu) 9 iyul 1986-cı ildə Gürcüstanda – Qarayazı mahalının Ağtəhlə kəndində ziyalı ailəsində anadan olub. Ailənin ikinci övladıdır.
1989-cu ildən ailə üzvləri ilə birlikdə Bakıda yaşayır. Erkən yaşlarından ədəbiyyata sevgisi olan Teymur şeir, sənət ocağının qoynunda böyüyüb. Ona bu istedad soykökündən, hələ məktəb illərindən müxtəlif mövzularda şeirlər yazan, ədəbiyyatı çox sevən anası Nisə xanımdan keçib.
O, 1993-2004-cü illərdə 143 saylı məktəbdə orta təhsilini, 2004-2008-ci illər də isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Kulturologiya” fakültəsinin Beynəlxalq Mədəni Əlaqələr ixtisasının əyani şöbəsində ali təhsilini fərqlənmə diplomu ilə bitirib. (daha&helliip;) -
Hikmət MƏLİKZADƏ.”Məni səndən gələn soyuqlar udar”
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsüBilməzdim bu eşqin köç anı başlar……
…Qayalar pirləşir – pir qaya olur.
Bəsdir, canım-gözüm, Allahsız olma,
İki can birləşsə, bir qaya olur.Atan pul hərisi, anan divanə,
Kimin qucağına bassınlar səni?
Dön bax, dar ağacın qurulu qalıb,
Kəndir tapmayıblar, assınlar səni.O sərt yoxuşlara gün düşmür, getmə,
Dözməz baxışına oyuqlar, udar.
Orda sevdaların əyni üşüyür…
Məni səndən gələn soyuqlar udar.Çoxdur yan-yörəndə saxta sifətlər,
Bir xoş söz demişəm, məni satırlar.
Sən də inanırsan hər deyilənə,
Qurtar bu saflığı, səni satırlar.Gedirsən, başını yuxarı qaldır,
Köksünə yazdığım sözlərə dəymə.
Barmaq da səninki, üzük də, götür,
Bircə oxladığın gözlərə dəymə. -
Mayisə ƏSƏDULLAQIZI.”Bundan belə yolum yoxdu bir addım”
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoruOtağımda bir özüm, tənha adım,
Darıxsam da, əl uzatmaz bir adam.
Bundan belə yolum yoxdu bir addım,
Görüşünə ayaqlarım yerimız,
Giley dolu baxışlarım kiriməz.Mənim ruhum qoşğun, qaynar, diridi,
O vaxt səni görən kimi kiridi.
Dağları da duman yaman bürüdü,
Bürüdü ki, kimsə məni görməsin,
Dumanlıqda sevən qəlbin göynəsin… -
Gündüz SEVİNDİK.”Başdaşı”
Tale üzə gülmür ömürün qışında,
Həyat balıq kimi əldən sürüşür.
İnsan şəkilləri qəbir daşında,
Nədənsə həmişə qəribə düşür…Üstə doğum ili, ölüm ili var,
Bir bəndlik şeir də gor nəğməsidir.
Məni qınamayın, başdaşı sanki,
Ölənin “şəxsiyyət vəsiqəsidir”…Min illik sualın cavabı varmı?
Ruhum candan çıxdı, ağlım da başdan.
Görəsən bir zərrə savabı varmı,
Ölənin başına bu boyda daşdan?O kimin yaşıdı, çatsın yaşına,
Yönünün yöndəmi, təhəri yoxdu.
Allahlıq edirsən “sinə daşına”,
Allahın heç səndən xəbəri yoxdu…… Sanma özüm boyda dağam, qüruram,
Sənin daş qürurun ruhumu əzir.
Vallah, ayaq üstə güclə dururam,
Mənim başdaşılıq halım nə gəzir?… -
Xəyalə SEVİL.”Sarmaşıq külək”
Azərbaycan Yazıçılar Birliyinin və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsüDolanır boynuma sarmaşıq külək,
Yollar qucağıma yüyürüb gəlir.
Ahaa! Gözün aydın, qaranlıq küçə,
Gəlib, gəlib o qız, amma həsrəti,
10 ildi gözündə qarıyıb gəlib.O oğlan yoxdu yox,
Yoxdu, gəlmədi!
O oğlan deyirlər dişini sıxıb,
Taleyi, qisməti söyür, nə bilim.
Şəklimi əlinin içindən asıb,
Hər gecə gözünü döyür, nə bilim…Ulduzlar göz kimi açıldı göydə,
Biz gözə gəlmişdik, ulduz gözünə.
Off! İndi dərdimi ağlayım sənə,
Bir qadın gözünə, bir qız gözünə…Dolanır boynuma sarmaşıq külək.
Yollar qucağıma yüyürüb gəlir.
Mənim gözlərimin qaranlığından
Hər axşam bir gecə törəyib gəlir. -
Cahan GÜLSÜN.”Qəribə yuxuydu mənim gördüyüm”
Qəribə yuxuydu mənim gördüyüm –
Tərsinə, düzünə yozumu eyni.
Bunun həsrəti bir, ayrılığı bir,
Bunun gözləməyi, dözümü eyni.Nə qədər gözləyim, nə qədər səni,
Bəlkə, heç gəlmədin bir ömür boyu…
Nə qədər gizləyim, nə qədər səni,
Nə qədər qoruyum bu soyuqluğu?Nə qədər boylanıb pəncərələrdən,
Nə qədər gözümü yollara dikim?
Öz yüküm özümə ağırlıq edir,
Bəs sənin dərdini nə qədər çəkim?Nə qədər ağlayım, nə qədər axı?
Allah da yorulur yağışlarından…
Mən də yorulmuşam, Allahın haqqı,
Gəl apar özünü baxışlarımdan…Gəl apar özünü lap uzaqlara,
Yığışdır özünü bu küçələrdən.
Gəl apar özünü bu döngələrdən,
Gəl apar özünü bu gecələrdən.Hər gün gözlədiyim dayanacaqdan,
Hər gün rastlaşdığım o yoldan apar.
Yığışdır özünü küncdən, bucaqdan,
Beynimdə dolaşan xəyaldan apar.Bu şəkildən apar, boş qalsın yerin,
Güzgüdən boylanan əksini apar.
Bir vaxt ağac üstdə yazılıb qalan
Adının birinci hərfini apar.Daha ağlamağa gücüm qalmayıb,
Allah da yorulur yağışlarından
Mən də yorulmuşam, Allahın haqqı,
Gəl apar özünü baxışlarımdan… -
Əsmər QASIMLI.”Qarabağım”
Mizrab toxunanda sədəfli saza
Deyərdik hüsnündən şan Qarabağım.
İyirmi ildir ki, düşmən əlində,
İşğalda verirsən can, Qarabağım.Sınıbdır vüqarı sənsiz bu xalqın,
Başımız dumanlı, fikirlər dalğın,
Gəlməyir qulağa toy-büsat çalğın,
Ağlayır ürəyin qan, Qarabağım.Taleyin hökmüdür bu həsrət, bu dərd
Mərdin şəhid oldu, yetmədi namərd
Tapmayır qeyrətsiz özündə qeyrət
Olmağa qoynunda xan, Qarabağım.Sən orda əsirsən, biz burda yesir
Sənə gələn yolu yağılar kəsir.
Çağırış səsinə kimlər tələsir?
Almırıq fələkdən kam, Qarabağım.Dirənib səbrimiz nəhayət daşa,
Bayrağı sancarıq sinəndə qoşa.
Ulu yurd! Can vətən! Əbədi yaşa!
O zaman olarıq tam, Qarabağım!!! -
“KOŞMA” Antolojisine şeirlərin toplanılmasına başlandı
Türkiyədə çap olunacaq “Çağdaş Azerbaycan Aşık şiiri” Projesinde “KOŞMA” Antolojisine şeirlərin toplanılmasına başlandı.
Bir ay müddətində müəlliflər müraciət edə bilərlər: 5 qoşma, şəkil və tərcümeyi-hal. Antologiyada gedəcək əsərlər münsiflər heyəti (adlar açıqlanmır) tərəfindən dəyərləndirilib Türkiyə türkcəsinə çevriləcək. Layihə müəlliflərin maliyyəsi ilə həyata keçirilir.
Koordinasiya: 050 351 54 70, 050 345 36 52
Ünvan: Atatürk Mərkəzi, T.Əliyarbəyov-5.