Məşəli alıb ələ,
Mən də bir az daşıyım.
Görən belə işlərdə,
Niyə kütəm,naşıyam?

Başa çıxan peysərin,
Görünmür alın təri.
Qaşınmayan yerləri,
Bir az sürtüm,qaşıyım.

Təpələrə çıxmağa,
Böyük bir mahal verin.
Qızıl,gümüş yığmağa,
Beş-on il macal verin.

Qab-qaşıq yalamağa,
Yemək verin,yal verin!..
Eheeeeeeeeyyyyyy-
Mənə də medal verin!!!
Mənə də medal verin,
Adam kimi yaşayım…