
Azərbaycan Jurnalistlər Birliyinin sədri, Əməkdar jurnalist Elçin Şıxlınskinin 22 iyul 2026-cı il tarixli müvafiq qərarına əsasən, “TÜRK YURDU” verilişi ilə Türk dünyasının milli-mənəvi dəyərlərinin və Turan düşüncəsinin təbliğinə verdiyi töhfələrə görə, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Prezident təqaüdçüsü, Azərbaycanda ATATÜRK Mərkəzinin ictimai-siyasi şöbəsinin müdiri, şair-publisist Əkbər Qoşalı “Həsən bəy Zərdabi” mükafatı ilə təltif olunub.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.