Blog

  • Fidan ABBASOVA.”Nə qədər oğullar itirdin, Vətən?!” (Yeni şeir)

    10416857_651226731621393_1512149730_n (1)

    Nə qədər oğullar itirdin vətən?
    sayını artırır düşmən həmləsi
    Başın sağ olsun qoy sənin ey Vətən
    dilimizdə şüar bu söz kəlməsi…

    Analar qan tökür göz yaşı deyil
    axı bu qanların cavabı yoxmu?
    şəhid məzarına hamı baş əyir
    o dinclik , uzaqda çoxmu?

    Mən dözə bilmirəm bu haqsızlığa
    gör şəhid anası necə dözəcək
    Onlar qovuşacaq bir sonsuzluğa
    yenidən dünyaya övlad gələcək.

    Bir tale yazısı bir vətən dağı
    hər gün inlədəcək necə qəlbləri
    içində çox övlad şəhid harayı
    soyudacaq buz tək isti əlləri…

  • Harika UFUK (Türkiye Cümhuriyyeti, Adana).Muhteşem şiirler

    307114_10150226571147998_8263005_n

    ADANA SEVDASI

    ADANA’MDAN SELÂM SANA TÜRKİYE’M

    Toros güzelleri amber kokuyor,
    Adana’mdan selam sana Türkiye’m!
    Gönül tezgâhında sevgi dokuyor,
    Adana’mdan selam sana Türkiye’m!

    Bakü petrolünü akıtır Ceyhan,
    Ceyhan’a kardeştir eşsizdir Seyhan,
    İki kardeş konuk, Çukurova’m han,
    Adana’mdan selam sana Türkiye’m!

    Meşhurdur Kozan’ın mandalinası,
    Bucak’ta yetişir meyvenin hası,
    Kozan yiğitleri, yiğidin ası,
    Adana’mdan selam sana Türkiye’m!

    Karaisalı’mız merttir, kahraman,
    Düşmanı püskürttü, dedirtti aman,
    Tertemiz havası, suyu her zaman,
    Adana’mdan selam sana Türkiye’m!

    Güzel ilçelerden biri Karataş,
    Taze, leziz balık pişsin olsun aş,
    Denizi şahane, bulamazsın taş,
    Adana’mdan selam sana Türkiye’m!

    Yumurtalık dengin var mı dünyada?
    Kalesi denizde küçücük ada,
    Mavi sular, yeşil orman orada,
    Adana’mdan selam sana Türkiye’m!

    Seyhan ilçemizde hoş olur seyran,
    Çukurova’mıza kim olmaz hayran?
    Misis’te içilir en güzel ayran,
    Adana’mdan selam sana Türkiye’m!

    Tarih kokar Feke hem Saimbeyli,
    Serindir Aladağ ve Tufanbeyli,
    Misafirperverler hanımlı beyli,
    Adana’mdan selam sana Türkiye’m!

    Gülek Boğazıyla Şekerpınarı,
    Pozantı’dan başlar Tekir’in karı,
    Sarıçam ormanlık bal yapar arı,
    Adana’mdan selam sana Türkiye’m!

    Yüreğir ilçesi cennetten bahçe,
    Merkez Cami huzur verir gezdikçe,
    Ayetler Arapça, dualar Türkçe,
    Adana’mdan selam sana Türkiye’m!

    İmamoğlu, Merkez şehrin incisi,
    Adana ülkemin hep birincisi,
    Harika gönlümün tek bir incisi,
    Adana’mdan selam sana Türkiye’m!

    8 mart 2009.Adana.

    HOŞGÖRÜ

    Sevgi köprüsünden geçenler bilir,
    Kalpten kalbe giden yoldur hoşgörü.
    Dostluk pınarından içenler bilir,
    Tadına doyulmaz baldır hoşgörü.

    Güvercin uçuran mavi semada,
    Kubbede kalacak yalnız hoş seda,
    Savaşa, kavgaya, kine elveda,
    Birlikte, barışta seldir hoşgörü.

    Ne olursa olsun unvanı, sanı,
    Öteki demeden sevmek insanı,
    Hayatın en özel, en güzel yanı,
    Bülbülce şakıyan dildir hoşgörü.

    Para, mal mülk, şöhret, güzellik yalan,
    Faydalı eserler geride kalan,
    Âlemin gamını, derdini alan
    Âşığın sazında teldir hoşgörü.

    Ailede düzen her işin başı,
    Anlayışsız olmak gözlerin yaşı,
    Sevgi, saygı, huzur temelin taşı,
    Yüreklerde açan güldür hoşgörü.

    Anne- baba evin esas direği,
    Büyüklere saygı dinin gereği,
    Çocuklara ilgi, sevgi ereği,
    Şefkatle okşayan eldir hoşgörü.

    Vatansever nesil millette inanç,
    Sağlam bir aile evlatta güvenç,
    Yetişmiş yavrular babada kıvanç,
    Yarına uzanan daldır hoşgörü.

    Allah sevgisinin içten yakışı,
    Peygamber yolundan ümmet akışı,
    Yavrusunu seven anne bakışı,
    Soğuktan koruyan şaldır hoşgörü.

    Mevlana’dan çağrı: Kim olursan gel,
    Yunus’un gönlünden çağlayan bir sel,
    Bektaş’tan öğüttür: Dil, el ile bel,
    Erenlerden esen yeldir hoşgörü.

    Güzel hasletlere ulaşan tek tek,
    Yetime, öksüze, garibe destek,
    Gurbete düşene olmayan köstek,
    Gönül mektubunda puldur hoşgörü.

    Harika, âlemin kahrı çekilmez,
    Namerdin suyundan bir tas içilmez,
    Onur önem taşır, hiç vazgeçilmez.
    Hayatta en güzel haldir hoşgörü.

    8 aprel 2013.Adana.

  • Esat ERBİL (İrak, Erbil).”Azerbaycan” (Yeni şiir)

    10518892_282463971925442_790559227_n

    Tüm Türk vatanımız birdir bölünmez,
    Ağlayanlar gülsün Azerbaycanım,
    Turan eller bizim tarih silinmez,
    Sevinçle kalp dolsun Azerbaycanım.

    Bayrağında vardır yeşil kırmızı,
    Hep bizleri toplar ayı yıldızı,
    Gönül istiyecek arzular sizi,
    Sevmeyen ölsün Azerbaycanım.

    Dokuz İklimin var isterim gezmek,
    Serin göllerinde ne hoştur yüzmek,
    Tek umudum budur düşmanın ezmek,
    Koymam yerin bölsün Azerbaycanım.

    Azarı dönderin kanımız birdir,
    Bu şan şühretini gençlere sürdür,
    Düşmanı kahr edin kökünü durdur,
    Dost dosta aff kılsın Azerbaycanım.

    Haydi Turancılar iller bizimdir,
    Azer, Irak Türkte hepsi gözümdür,
    Birleşme uğruna kesin sözümdür,
    Kalpten kini silsin Azerbaycanım.

    (Esat) hep söyledi hayranam sana,
    Canım uğrunadı kurbanam ona,
    Karabağ döneydi yanaram anam,
    Yeter serbest olsun Azerbaycanım.

  • Mayisə ƏSƏDULLAQIZI.”Cənnətə gedəcik” (Yeni şeir)

    1533150_672733326111760_899121006_n

    Hərdən düşürsən yadıma,
    Bu vaxtacan çalışaraq qazanılan var-dövləti
    həm itirən, peşman olan insan təki,
    Üzündəki hər bir çizgin qırış-qırış,
    Bilmirəm nəyə görəsə, tale görüşdürdü bizi,
    oldun qəlbimin əzizi…
    Bu nisgilli, həm alovlu ürəyimin həm söhbəti,
    həm də sözü…
    Bir xatirə qaldı səndən,
    Saxlamışam gözlərimin qarasında,
    Sevgi ilə həsrətimin arasında!
    Axirətə getsəm belə, ruhum səni arayacaq,tapacaq,
    Səhərədək yuxundan getməyəcəm,
    Əllərindən tutacam, gözlərindən öpəcəm,
    ətrini qoxlayacam!
    Ağ atımı səsləyib, tərkinə minəcəyik,
    Həsrəti burda qoyub, cənnətə gedəcəyik!!!

    “Zəfəran ətirli Bakı gecələri” şeirlər kitabı, Bakı-2012

  • Gənc xanım yazar Gülnarə İsrafilqızının şeirləri Qardaş Türkiyə Cümhuriyyətində dərc olundu

    10366056_590660737709272_2490953218907291455_n

    Gündəlik İnformasiya Agentliyinin Mətbuat xidmətinin Qardaş Türkiyə Cümhuriyyətinin Tokat şəhərində fəaliyyət göstərən Tokat Şairler ve Yazarlar Derneğinə istinadən yaydığı məlumata görə, “Kümbet” eğitim, kültür, sanat ve edebiyyat dergisinin 33-cü buraxılışında Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycanın istedadlı gənc xanım yazarı, Gündəlik İnformasiya Agentliyinin Baş məsləhətçisi, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, gənc xanım yazar Gülnarə İsrafilqızının şeirləri Azərbaycan türkcəsindən Türkiyə türkcəsinə tərcümə olunmaqla, dərc olunub.
    Şeirləri Azərbaycan türkcəsindən Türkiyə türkcəsinə tərcümə edən Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbəri, “Hüseyn Arif” Ədəbi Birliyinin üzvü Kamran Murquzovdur.

  • Gülnarə SADİQ.Yeni şeirlər

    03-300x225

    LALƏM MƏNİM

    Bu könül baxçamda,vüsal bağımda,
    Nə gözəl açmısan tər Laləm mənim.
    Yanan ürəyimdə,solan çağımda,
    Solmaz ümidimsən,tər laləm mənim.

    Qoymaram hüsnünə baxanlar olsun,
    Baxıb da,qoxunu alanlar olsun,
    Səni eşq oduna salanlar olsun,
    Süslənən gülümsən,tər laləm mənim.

    Sadiqin qələmi hey səndən yazar,
    Baxıb camalına yolunu azar,
    Loğmansan gəl gör ki,nədir bu azar?
    Xəstəyəm,dərmanım sən,laləm mənim.

    NƏ EDİM MƏN SƏNİ SEVƏ BİLMƏDİM

    Sevgidən ürəyi yaralı quşam,
    Bağışla sevgini görə bilmədim,
    Həsrətdən çatlayan qoca bir daşam
    Nə edim mən səni sevə bilmədim.

    Qara bir gecənin boz səhəriyəm,
    Acı bir həsrətin saz dəlisiyəm,
    Yad sevdadan qaçağam yol hərisiyəm
    Nə edim mən səni sevə bilmədim.

    Nakam ömrüm tənhalığa alışqan,
    Göz yaşına,dərdi-qəmə alışqan,
    Bu ruhum ögeyliyə alışqan
    Nə edim mən səni sevə bilmədim
    .
    Söykənib eşqinə yaşamaq olmur,
    Sənin ürəyinə sığınmaq olmur,
    Qəlbimlə nəfəsinə sarılmaq olmur
    Nə edim mən səni sevə bilmədim.

    Qara taleyimin ağ vərəqləri,
    Solğun baharımın tər çiçəkləri,
    Çəkib ürəyimdən sən get əlini
    Nə edim mən səni sevə bilmədim.

  • Gündüz SEVİNDİK.Yeni şeirlər

    5f7ccfdb87f0c47b4ffb151a4f84cea0

    * * *

    Hanı bu bəxtin hakimi?
    Oğulsan apar yükümü…
    Ömrüm boyu dəniz kimi,
    Qabarmışam, çəkilmişəm.

    Gəldimsə Dərdin xoşuna,
    Məni burax özbaşıma –
    Anam, bəxtəvər başına,
    Böyümüşəm, yekəlmişəm…

    Səs salma, haldayam, adam,
    İçimdən gələn haydayam,
    Doğulandan bu boydayam –
    Öz əynimə tikilmişəm!…

    * * *

    Bu həyat tanışdı bizə,
    Dünya bir qarışdı bizə,
    Qızmar yay da qışdı bizə,
    Hələ sazağıq, qadası.

    Təpədən zirvə gözləmə,
    Dayanma get…və gözləmə,
    Gözləmə, meyvə gözləmə,
    Hələ yarpağıq, qadası.

    Ömür od üstə bişməkdə…
    Qəfil dönüb dəyişməkdə,
    Dilləşməkdə, deyişməkdə,
    Hələ qoçağıq, qadası.

    İçilməmiş bulağıq biz,
    Yazılmamış varağıq biz,
    Vallah, hələ uşağıq biz,
    Hələ uşağıq, qadası!

    * * *

    Kara gəlməz bu gördüyüm röya da,
    Bir balığam, səbr udmuşam dəryada…
    Bizdən sonra nə qalacaq dünyada,
    Şeirimizdən, türkümüzdən savayı?

    Bir sevginin qaldı ahı ortada,
    Mən adlı bir nökər-şahı ortada…
    Nə yaşadıq? Nə var axı ortada –
    Tənəmizdən, ərkimizdən savayı?

    Çılğın könül ülvi eşqin odası,
    Nə uzaqmış bu Məhəbbət Adası?…
    Mənim üçün bu dünyada, qadası,
    Bir kimsə yox, ikimizdən savayı…

  • Müsahibimiz gənc yazar İlkin Abbasdı

    10488853_1448886432044495_115390713_n

    Müsahibimiz haqqında qısa bilgilər

    -Ədəbi-bədii yaradıcılığa neçənci ildə, hansı yazı ilə başlamısınız?

    -Əvvəla, çox sağolun ki, məni öz rublikanızda görməyə layiq bildiniz. bunun üçün sizə təşəkkür edirəm.. Ədəbi yaradıcılığa 2008-ci ildə yazdığım “Azərbaycan Dili” adlı şeirlə başlamışam. Əslində ədəbiyyata marağım orta məktəb illərindən başlayıb.

    -Son zamanlar dövri mətbuat səhifələrində şeirləriniz dərc olunmur.Bu nə ilə ilgilidi?

    -Dövri mətbuat səhifələrində şeirlərimin dərc olunmamasının başlıca səbəbi odur ki, bilirsiz, mən heç bir ittifaqa hələ ki üzv deyiləm.. Çünki həm yaşım gəncdir, həm də özümü hələ ki bu sahədə bir o qədər də professional kimi görmürəm.. Bəlkə elə bir gün gələcək ki, mənim şeirlərimə həmin səhifələrdə tez-tez rast gələcəksiniz…

    -Son zaman ədəbi-bədii yaradıcılığınızda yer alan hansı əsərlərə qayıdıb yenidən işləmək istərdiniz?

    -Bilirsiz, Kənan müəllim, hər bir yazılan şeir və ya əsər, şair və ya yazıçının düşüncələri, yaşanmış həyat tərzinin ədəbi məhsuludur.. Şeir var 1 ay, şeir var 3 ay və ya daha az və daha çox üzərində işlənməklə möhtəşəm bir əsər kimi oxucuya təqdim olunmalıdır.. Ona görə də özüm boş zaman tapdıqca çatışmazlıqlarımı düzəltməyə çalışıram.

    -Yenicə ədəbiyyata ilk addımlarını atan gənc yazarlara məsləhətiniz nə olacaq?

    -Yenicə ədəbiyyata ilk addımlarını atan gənclərə demək istərdim ki, yazsınlar, yaratsınlar.. Ağızlarından çıxan sözü, beyinlərinə gələn şeiri uca tutsunlar.. Həmçinin də özüm Bir gənc olaraq.. Böyük klassiklərimiz var ki, hansı ki Azərbaycan Ədəbiyyatının belə desək, “Şah Damarları”dır… Bunlardan Bəxtiyar Vahabzadə, Səməd Vurgun, Mikayıl Müşviq və digər klassiklərimizi göstərmək olar… Amma sırf gənc olaraq bir çox istedadlı gündəmdə olan şairlərimiz var ki, bunlardan Pərviz Arif, Amil Növrəs, Azər Nəsibli, Roma Xosrov, Xəzər Süleymanlı, Nüsrət Həsən, Seymur Əhmədzadə, Fidan Abbasova kimi gənc istedadları göstərmək olar.
    -Qarşıdakı yeniliklər dedikdə, şeirdir də, düşüncənə gəlir, yazırsan.. Amma istəyirəm böyük bir Poema yazam ki, o da hazır olan kimi oxuculara və sizə təqdim olunacaq.. Hələlik sürpriz qalsın..

    -Qarşıdakı günlərdə öz oxucularınızı hansı yeniliklər ilə sevindirəcəksiziniz?

    -Qarşıdakı yeniliklər dedikdə, şeirdir də, düşüncənə gəlir, yazırsan.. Amma istəyirəm böyük bir Poema yazam ki, o da hazır olan kimi oxuculara və sizə təqdim olunacaq.. Hələlik sürpriz qalsın..

    -Ulu Tanrıdan Azərbaycan xalqına arzunuz nə olacaq?

    -Ulu Tanrıdan Azərbaycan xalqına əmin-amanlıq, sülh, müharibəsiz şərait, işğal altında olan torpaqlarımızın tez bir zamanda qayıtmasını arzu edərdim.

    -Sonda hansı şeirlərinizi əziz oxucularımıza ərmağan etmək istərdiniz?

    -Oxuculara isə demək olar ki, ən sevilən şeirimi təqdim edərdim.

    Dönən deyiləm

    Elə bir od qoydun qəlbimə mənim,
    Diz çöküb yalvarsan, gələn deyiləm.
    Məni tənha qoyub getdin, vəfasız,
    Bir daha mən sənə dönən deyiləm.

    Xeyri yox dərya tək göz yaşı töksən,
    Min bir məhəbbəti qəlbimə əksən,
    Sən daxildə şeytan, üzdə mələksən,
    Bir daha mən sənə dönən deyiləm.

    Qəlbim dərdlər ilə baş alıb gedib,
    Gülən gözlərimi yaş alıb gedib,
    İçimdən o sevgin boşalıb gedib,
    Bir daha mən sənə dönən deyiləm.

    Bir zaman sən idin mənə vəfadar,
    Gülürdü hər zaman bizə rüzigar
    Nə sən günahkar ol, nə mən günahkar,
    Bir daha mən sənə dönən deyiləm

    Silinsin qəlbindən məhəbbət izi,
    İnan ki bu yolun tək budur düzü,
    Daha tanımayaq bir-birimizi,
    Bir daha mən sənə dönən deyiləm,
    Dönən deyiləm…

  • Bahadur ƏLİZADƏ.”Qara paltarlı qadın” (Hekayə)

    ıfıl f

    (Ramiz Rövşənin eyniadlı şeirindən ilhamlanaraq)

    2020-ci ilin yay ayı idi. Hər kəsin işlədiyi və pul qazanmaq üçün başı qarışdığı bir dövr idi. Hələ indiyədək Bakını bu qədər insanla dolu görmək mümkün olmamışdı. Mühəndislərə daha çox ehtiyac duyulan bir dövrdə yaşayan Zakir iş baxımından korluq çəkmirdi. Zakirin ailəsi rayonda qalırdı . Həftə sonu olduğu üçün ailəsinə dəyməyə fürsət düşmüşdü. Zakir avtobusla şəhərin istisindən , maşınlardan çıxan qazın iyindən elə təzəcə qurtulmuşdu ki, telefonuna zəng gəldi.
    -Alo, eşidirəm.
    -Zakir, sənsən?
    -Hə.
    -Ayə, muştuluğumu ver. Oğlun olub.
    -Muştuluğun məndədir. Ay səni xoş xəbər olasan ,Ziya.
    -Zakir, oğlunun adını nə qoyacaqsan ?
    -Ayə, bir səbr elə görüm. Qoy, bir kəndə çatım, anamın rizasını alım.
    -Kimin adını qoyacaqsan?
    -Əlbəttə ki, Səfərin.
    -Allah Səfərə rəhmət eləsin. Həm yaxşı dost idi , həm də yaxşı silahdaş. Hansısa bir avaranın ucbatından öldü. Nə deyim?! Xeyirlisi olsun, adı ilə böyüsün, amma bəxti əmisinə oxşamasın.
    -Çox sağol, Ziya. Kəndə çatım bir qonaqlıq məndən sənə borc olsun. Anam yanındadı?
    -Yox. Mənim işim çıxdı qayıdıram.
    -Nə olub?
    -Nəysə sonra danışarıq. Yol gəlirsən. Çatarsan rahat danışarıq.
    -Oldu.
    Telefonu sağ cibinə qoymaq istəyirdi ki, yenə telefonuna zəng gəldi. Telefonun ekranında Etibar yazılmışdı. Zakirin Etibardan çox da xoşu gəlmirdi. Hələ uşaqlıq illərindən Səfərlə bir sinifdə oxuyan Etibar ağzında sözü bişirməmiş, düşünmədən cavab verirdi. Onun bu hərəkətinə görə bir neçə dəfə döyülməsinə baxmayaraq , hələ də dediyindən qalmırdı. Sözü yerli-yersiz deyirdi. Etibarın adını görən kimi Zakir üzünü turşutdu. Bir səfərində Etibar hamıdan qabaq bildiyi xəbəri dərsə gecikəndə otağa daxil olan kimi sinif yoldaşı Zivərə atasının öldüyünü qəfl deyəndə qızın ürəyi getmişdi. Hamı el arasında onun adını nəhs Etibar deyə adlandırır. Zakir telefona cavab verdi:
    -Alo, eşidirəm.
    -Zakir, mənəm Etibar.
    -Etibar, səndən nə əcəb? Necəsən?
    -Yaxşıyam. Çox sağol. Zəng vurdum təbrik edəm.
    -Sən hardan bilirsən? Səndən çıxmayan iş. Həmişə muştuluqçu olasan . Çox sağol.
    -İndicə, Ziya bura gələcək. O, xəbər verdi.
    -Hardasan ki, indi?
    -Səngərdəyəm. Deyəsən vəziyyət getdikcə pisləşir belə getsə müharibə başlayacaq.
    Bir qədər sükuta gedib yenə dilinin altında nəhs Etibar deyib sözünə davam etdi:
    -Müharibə olsa biz kasıb-kusub yenə pis günə qalacıq. Allah köməyiniz olsun. Bəlkə vəziyyət düzələr.
    -İnşallah. Dua edirik ki, belə olmasın çünki Qarabağ müharibəsindən sonra bizim ehtiyatımız xeyli azalıb. Gərək bir müddət keçsin.Bunlar məğlub olmağı hələ də qəbul edə bilmirlər. Nəysə sən işində ol bir daha təbrik edirəm.
    Bir qədər kobud görünsə də Zakir bu xəbərdən sonra fikirli halda sağollaşmadan zəngi bitirdi. Telefonunu cibinə qoyanda saatın 4 olduğunu görən Zakir öz oturacağını arxaya çəkib yatmaq istədi , amma düşüncələr onu yatmağa qoymurdu. Müharibə təzəlikcə bitmişdi. Qardaşı 4 il əvvəl müharibədə göstərdiyi qəhrəmanlıqdan sonra, yaşamağın nə olduğunu bilməyən gəncin içkili vəziyyətdə yola çıxması ilə yaratdığı yol qəzasında vəfat etmişdi. Bəlkə müharibədə şəhid olsaydı daha qürur verici olardı. Bu müharibənin vurduğu zərbələrdən sonra ailə həyatı quran Zakir, gələcək günlərin daha yaxşı olacağı düşüncəsiylə yaşayırdı. İndi gələn iki telefon zəngi ona həm xoş , həm də pis xəbəri gətirmişdi. Artıq oğlunun olması sevinci unudulmuşdu , yerini isə qaşqabaqlı bir üz ifadəsi almışdı.Onsuz da ailəsinə o qədər də düşgün deyil.Axı anasının istədiyi qızla evlənmişdi. İndi onu yalnız müharibə maraqlandırırdı. Birdən müharibə başlasa ,ailəsini qoyub getsə, birdən müharibədə şəhid olsa ailəsinə kim baxacaq? İndiki zamanda onsuz da şəhid ailələri çoxdur .Dövlət isə heç bir maliyyə ayırmır. Ölkə müharibədən təzə çıxıb, neft isə qurtarmaq üzrədir. İkinci müharibə olsa dövlət parçalana bilər. Ən azı bir 10 il lazımdır ki, dövlət özünə gəlsin. Ölkədə bir dənə də olsun varlı qalmamışdı. Pulu olan müharibədən əvvəl qaçıb getmişdi. Tək-tükü qalmışdı. O da ki, pulunu xalqa və əsgərlərə xərcləyib kasıblamışdı. Müharibə sanki bir ələk idi. Ələkdən çoxları keçməmişdi. Bunlara rüşvətxorlar və ziyalılar daxil idi. Rüşvətxorlar artıq burda yaşamağın çətin olduğunu görüb qonşu ölkələrə qaçmışdılar. Ziyalıları isə müharibə zamanı şəhid olmuşdular. Ölkənin vəziyyəti ağır olsa da hər kəsdə bir ümid var idi. Çünki Qarabağ alınandan sonra hər kəsə bir güc,qüvvə gəlmişdi. Hamı çalışıb vuruşurdu ki, həyat şəraitləri düzəlsin. Müharibə zamanı dondurmadı , əksinə hər şeyi geriyə atdı…
    Zakir fikirli-fikirli kəndə çatdı. Bir dəstə gül alıb xəstəxanaya getdi .Əvvəllər muştuluq kimi pul verərdilər, amma indi pul çətin məsələ idi. Bir dənə gül qapıda duran qadına, bir gül həkimə, bir gül anasına, bir gül də yoldaşına verdi. Həkimə gül verərkən təəssüflə dedi:
    -Səkinə xanım, üzürlü hesab edin. Pulum ancaq buna çatdı.
    -Ay oğlum, o nə sözdü? Hamımız bir-birimizi başa düşürük. Müharibə olub , oğullar gedib.
    Səkinə xalanın gözləri doldu. O, öz oğlunu ikinci Qarabağ müharibəsində itirmişdi. Səsi titrəyə-titrəyə davam elədi:
    -Vətən sağ olsun. Mən öz oğlum Vüqarı itirmişəm.
    -Allah köməyiniz olsun , Səkinə xanım. Allah sizə uzun ömür versin. Mənim qardaşım müharibədən qayıtdı , amma yol qəzasında öldü. Siz xoşbəxt insansınız ki, oğlunuz vətən uğrunda şəhid olub.
    -Düzdü ,oğlum. Allah ölənlərə rəhmət eləsin. Sözüm ondadı ki, burda olan bütün uşaqlar mənim övladımdı. Həm də mənim borcumdu. Çox sağol desəydin belə bəs edərdi.
    -Səkinə xanım, çox sağolun. Mən gedim.
    -Ged oğlum, bir daha təbrik eliyirəm.
    Zakir qapını örtəndə ürəkdən bir ah çəkdi. Anası Dilarə Zakiri görən kimi dedi:
    -Ahın dağlara , oğul , nə olub , a bala ?
    -Heç nə .
    -Düzünü de görüm. Uşağın nəsə xəstəliyi var?
    -Şükür elə bir xəstəliyi yoxdu. Xəstə olan mənəm.
    -Nə? Nə xəstəsi?
    -Dəli olacam, ana. Ürəyim partlayır.
    -Niyə? İşlərin yaxşı getmir?
    -Min şükür. İndiki zamanda hər adamın işi olmaya-olmaya mənim işim var. Dərd böyük dərddir , ana .
    -Ay zalım balası, bir sözünü de, dərdini de, bəlkə çarəsini tapdıq. Niyə uzadıb məni dərdə salırsan?
    -Eh ana.
    Zakir bir dəfə də ürəkdən ah çəkdi. Dilarə yenə əl çəkmədi:
    -Ay bala, Zakir, istiyirsən ürəyim partdasın ölüm?!
    -Müharibə təzə qurtarıb. Yaramız təzə-təzə köz bağlıyır. Bir yandan yenə bu məsələ.
    -Nə məsələ?
    Dilarə özünü göydən buraxıb stula oturdu. Dilarə titrəyə-titrəyə:
    -Ay Allah, mənə yazığın gəlsin. Ay bala , deməki müharibədir.
    -Ana , özüvə gəl . Hələ heç nə olmuyub. Etibar xəbər verib ki, bəs səngərdə vəziyyət pisdir. Belə getsə başlıya bilər.
    -Birdən başlasa?
    -Başlasa daha qardaşım kimi olmaya bilər. Qayıtmaya bilərəm.
    Dilarə əli ilə ağzını tutub ağlamağa başladı. Dilarə əslində möhkəm qadın idi. Çünki həyat yoldaşını uşaqlar kiçik yaşda olarkən itirmişdi. Oğlu Səfəri isə müharibəyə yollayanda zərrə ağlamamışdı. Səfərə demişdi ki: “Get, oğlum, get. Amma Qarabağsız qayıtma”.
    Dilarə məcburi köçkün idi. O, vəhşilikləri gözü ilə görmüşdü. Atasını, anasını düz iki il tapa bilməmişdi. Ancaq iki ildən sonra , Bakıdakı qaçqın və məcburi köçkünlər düşərgəsində tapmışdı. Hər ikisi sağ idi. Amma o bu dəfə həyatın ona verdiyi yükü daşıya bilməzdi.
    Zakir astadan və bir qədər əsəbi:
    -Ay ana, ay ana. Ağlama da. İndi sözdü də. Mənim bu xoş günümdə niyə qanqaraçılıq edirsən?!
    -Yaxşı , yaxşı.
    -Mən gedirəm Zərifənin yanına. Bu söhbəti orda açma ha.
    -Yaxşı.
    Dilarə gözünün yaşını silib ayağa durdu. Dağılmış saçına əl gəzdirib otağa doğru keçdi.
    Zərifə adamın üstünə gələn xəstəxana divarlarına gözünü zilləyib uzanmışdı. Zakir otağa daxil olanda Zərifə bir anda öz fikrini cəmlədi. Özünü çox qəribə hiss edirdi. Sanki harda olduğunu kim olduğunu bilmirdi. Zakir sükutu pozub Zərifənin halını soruşdu:
    -Zərifə , həkim dedi ki, sabah səhər evə gedə bilərsən.
    -Halım yoxdu.
    -Nəsə olub?
    -Zakir yuxu görmüşəm. Yuxuda bir qadın mənə :”Qara günlər səni gözləyir”,-dedi.
    Zakir təəccübünü gizlədib cavab verdi:
    -Sən də ki yuxudu da.
    Dilarə tez bir şəkildə qapını açıb otağdan çıxdı. Qapıdan çıxan kimi Dilarə ağlamağa başladı. Zakirlə Zərifə içəridə söhbət edirdi. Yarım saatdan sonra içəridən Zakirin qışqırığı eşidildi. Zakir qapını açıb bir daha qışqırdı:
    -Ay həkim, həkim çağırın.
    -Nə olub ,ay bala?
    Zakir həkim çağırmağa qaçdı. Dilarə tez özünü otağa atdı. Zərifə çarpayısı qan içində uzanmışdı. Taqətsiz vücuduyla Dilarəni çağırdı. Dilarə ağlıyıb dedi:
    -Qızım , bu nə işdir gəldi başımıza?! Narahat olma indi həkimlər gəlir.
    -Yox gecdi, ana,yaxın gəl.
    -Ay qızım , o nə sözdü. Bəsdi özünə gəl. Sənə heç nə olmayacaq.
    -Gecdi. Oğlumu sənə tapşırıram,ana.
    -Ay qız özünə gəl. Oğlunu elə özün böyüdəcəksən ,Zərifə .
    Dilarə qışqıra-qışqıra Zərifəni şillələdi:
    -Zərifə, Zərifə, Zərifə.
    Zakir həkimlə içəri daxil olanda artıq Zərifə keçinmişdi. Bəli, keçinmişdi. O, həyatının ən gözəl çağında , yəni ana olarkən keçinmişdi. Hələ heç körpəni belə qucağına ala bilməmişdi. Həkim nəbzini yoxlayub keçindiyini təsdiqlədi. Zakir yumruğunu divara vurub ağlamağa başladı. Zakir qabağına çıxan hər şeyi sındırmağa çalışırdı. Həkimlərdən biri ona keyidici iynə vurub onu yerə sərdi.
    Zərifə yetimlər evində böyümüşdü. Dilarə isə yetimlər evində çalışan müəllimlərdən biri idi. Zərifəni də özü bəyənib evinə gəlin gətirmişdi. Zərifə ailə qayğısını Dilarədən gördüyünə görə qayınanasına ana deyirdi. Dilarə dayanmadan ağlayırdı:
    -Zərifə, ay Zərifə, anan ölsün. Məni bu əzabda qoyub hara getdin? Yetim balam mənim, ay Zərifə. Ay Allah, niyə yazığın gəlmədi bu körpəyə ? Niyə anasız qoydun? Niyə?
    Zərifənin adını Dilarə xanım qoymuşdu. Hər zaman ona baxarkən “Sehirli Xalat” filmindəki Zərifə obrazı yadına düşürdü. Zərifə də Dilarənin xahişi ilə öz adını dəyişdirmişdi. Zərifənin əsl adı heç özünün də yadında deyildi. Çünki hamı ona Xətərin qızı deyirdi.” Heç bu adda qadınmı olar ?” – deyə Dilarə demişdi. Zərifə qanaxmadan dünyasını dəyişdi. Yuxusunda deyilən sözlər Dilarənin ürəyindən gələnlərlə üst-üstə düşdüyündən Dilarə qara günlərin onu gözlədiyini hesab edirdi. Zərifəni torpağa tapşırmaq üçün bütün dost-tanış yığışmışdı. Zərifəylə bir uşaqlar evində böyüyən qızlar da onunla vidalaşmağa gəlmişdilər. Dilarə isə saçlarını yolub özünü ağlar günə qoyurdu. Artıq vaxt yetişmişdi. Zərifənin tabutu evdən çıxarılmalıydı. Dilarə qapıdan hər qolundan girib ona dəstəy verən qadınların köməyi ilə çölə çıxdı. Ağlamaqdan ayaq üstdə dayanmağa belə taqəti qalmamışdı. Dilarə tabutun arxasıyca dedi:
    -Qızım Zərifə, Səfərə oğlum Səfərə salam apar məndən. Deki gözləsinlər gələcəm.
    Bayaqdan qadınların gözündə qurumuş göz yaşı yenə axar sular kimi tökülməyə başladı. Hamı ağladı. Zakir də dayana bilmədi gözündən yaşlar axa-axa tabutu daşıdı. Bir qadın bu qədərmi bədbəxt ola bilər. Özü yetim oldu , övladını da yetim qoydu. Kənd dərdin içində boğulurdu. Zərifəyə görə bir il qızlar toy etmədi, gəlin getmədilər. Hamı yas saxladı …
    Səhər saat altıydı ki, telefonun xəbərdarlıq zəngi çalındı. Zəfər gözlərini açıb cəld yerindən qalxdı və hamama keçib əl-üzünü yudu. Mətbəxə keçib nənəsinin dünəndən bişirdiyi dolmadan yeməyə başladı. Dilarə çaydanı qazın üstünə qoyanda əvvəl dilinin altında donquldandı sonra səs tonunu qaldırıb dedi:
    -Ay bala, nə qədər deyərlər bir adama ki, soyuq dolmanı yemə. Qızdır sonra ye. Özü də səhər-səhər bu nədi yeyirsən. Aç orda şor var,göyərti,pomidor,bal var. Dünən qonşu Rəhimənin gətirdiyi nehrə yağı var. Yemə dolmanı. Qoy günorta gəlib yeyərsən.
    -Eee ay ana, çörək də yoxdu onsuz. Bir təhər özümü doydururam.
    -Ay bala, çörək yoxdu lavaş var. Özü də axşamnan bişirmişəm. Ye də . Ayrı vaxt elə yeyirsən. İndi nə oldu qudurdun?
    -Ay Allah. Mən nə dedim ki, xəbərim yoxuydu.
    -Lap yaxşı bilirdin. Özün istəmişdin. Mən də gecə saat 1 də bişirib yatmışam.
    -Bütün günümü burnumdan gətirdin. Heç nə yemirəm. Zəhər elədin.
    -Zəhər yeyəsən elə. Səni böyütmək yerinə gərək səni öldürərdim.
    -Mən gedirəm məktəbə. Görüm bu qiymətlərimlə neynirəm.
    -Cəhənnəmə get. Sənə bu qədər əziyyət çəkdim. Axır gedib qoşuldun bu avaralara. Camaatın oğlu gedib oxuyur, iş sahibi olur.Sonra köçüb xaricdə işləyir , anasını da gətirir yanına. Sən də qalmısan bu xarabada. Sabah müharibə olsa gedib elə orda öləcəysən.
    -Əvvəla sənin oğlun oxuyub neyniyib?! Sən hələ də burdasan . İkincisi də bayaqdan demirdin ölüm. Mən də gedib ölərəm. Heç olmasa şəhid olaram.
    -Atan müharibə vaxtına düşüb. Az qala gözümü çıxardıb ovcuma vermək istiyirsən sabah gedib vətəni necə qoruyacaqsan ?!
    -Günümü zəhər elə sonra da məni borclu çıxar. Heç eybi yox gedib ölərəm, onda bilərsən.
    -Get öl, sən ölən günü bayram eləməsəm mən öz atamın qızı deyiləm.
    Zəfər geyinib tez-tələsik evdən çıxdı. Zəfərin 17 yaşı var və bu 17 il içində Dilarəni çox incitmişdi. Hər zaman qəlbini qırırdı və çox vaxt da özünü günahkar hesab etmirdi. Hər il məktəbdə nəsə bir şuluqluq edir və danlanırdı . Amma heç bir töhmət onun vecinə belə deyildi. Məktəbdən dəfələrlə qovulmasına baxmayaraq , Dilarə gedib məktəb direktoruna üzrxahlıq edirdi. Dilarə Zərifə öləndən sonra Zəfəri böyütməyə söz vermişdi. Zakir anasından razılıq alıb oğlunun adını Səfər qoymaq istədi , ancaq Dilarə icazə vermədi. Dilarə Səfər adını bir daha dilinə gətirə bilməyəcəyini dedi. Onun əvəzində Zakir doğulmamışdan öncə onun qardaşı Səfərin adına uyğun fikirləşdikləri Zəfər adını verdilər. Amma bu Zəfər nənəsi Dilarəni çox incidirdi. Atası Zakir isə Bakıda işləyib hər ay onlara pul yollayırdı. Zakirin gözlədiyi müharibə başlamadı, amma vəziyyət gərgin olaraq qalırdı. Hər il şəhidlərin çox olmasına baxmayaraq , ordu əvvəlkindən qat-qat daha yaxşıydı. Artıq Azərbaycanın böyük məsələsi Qarabağı həll etmiş və növbə Güney-Azərbaycana çatmışdı. Əlbəttə ki, bu hələ xülyadır. İranla müharibəyə başlamaq böyük bir cəfəngiyyatdan başqa bir şey deyil.
    Zəfər öz yaşıdlarından fərqli olaraq bu il məktəbi bitirə bilmədi və hərbi komissarlıqdan bildirişin gəlməyinə az qalmışdı. Dilarə öz qorxusuyla qarşılaşmaq istəmirdi. Zəfəri əsgər yollamaq istəmirdi, amma nə çarə o da getməliydi. Dilarə Zəfəri itirəcəyindən qorxurdu. Gözü üstündə saxladığı bu həddini aşmış nəvəsinin hərəkətlərindən nə qədər acığı gəlsə də onu bir o qədər də sevirdi. Oğlu kimi böyütməsinə baxmayaraq , Zəfərin çox pis vərdişləri var idi. Bu vərdişlərin onun ana tərəfdən nənəsi olan dilənçi Xətərdən keçdiyini düşünürdü. Xətərin dilənçi olmasına səbəb oğruluqla məşğul olub dəfələrlə tutulması olmuşdu. Daha sonra evinə belə buraxılmayan bu qadın küçələrdə dilənçilik etməyə başlamışdı . Xətərin qızı isə kimin qızı olduğu bilinmirdi. Dedi- qodulara görə o qız uşağını hələ Bakıda dilənçilik edərkən başqa bir dilənçidən oğurlamışdı. Təzə verilən əmrə görə Bakı bütün dilənçilərdən təmizlənməliydi. Bu ərəfə də qarışıqlıq düşdü və Xətər də qızı götürüb qaçdı. Bakıdan çıxarılan dilənçilər qatarlarla rayonlara göndərildi . Xətər gəldiyi rayonda da oğurluq etmiş , ad çıxarmışdı. Qızına görə heç kim ona heç nə demir , uşağa xətir günahından keçirdilər. Xətər də qızı buna görə yanından ayırmırdı. Rayonda bir neçə şikayətdən sonra uşağı Xətərdən alıb uşaqlar evinə verdilər. Xətər özü də tez bir şəkildə rayondan qaçmağa məcbur oldu. Dilarə də həmin uşaqlar evində işləyirdi. Xətərin qızı gözəl olsa da oxumaq və yazmaq bilmirdi. Ancaq dilənçilik etməyi bacaran bu qıza təlim-tərbiyə öyrədib ona gözəl bir gələcək bəxş etdi. O gələcək ki, puç oldu.Hələ indiyə qədər Zərifənin öldüyü gün otaqda nələrin baş verdiyi bilinmir. Zakir nə isə gizlədirdi. Zərifənin ölüm səbəbini Zakir və başqa bir şəxs daha bilirdi, amma bu şəxs Dilarə deyildi. Dilarə sanki illərin dərdini öz tellərində , qırışlarında saxlamışdı. Dilarənin böyütdüyü Zəfər dəfələrlə oğurluq etmişdi , amma yaşı çatmadığı üçün bəzən də Dilarənin və rəhmətlik anası Zərifənin xətrinə keçmişdilər. Dilarənin gözünün yaşı qurumaq bilmirdi. Zəfərin verdiyi dərdlər, bəlalar onun həyatından illəri bir təqvim kimi qoparırdı. Dilarə artıq işləyəcək halda deyildi. Təzyiq onu hər zaman narahat edirdi. Yüksək təzyiq və ürək tutmaları ona həyatın astanasında olduğunu xatırladırdı. Ürəyində fikirləşməklə içi-içini yeyirdi. Fikri-zikri Zəfərdə idi. Öz oğulları Zakir və Səfərdə heç bu qədər əziyyət çəkməmişdi. Sanki həyat onu əzab çəkmək üçün bu dünyaya gətirmişdi…
    Səhər Dilarə çörək almaq üçün çıxanda küçə qapısına ilişdirilmiş zərf gördü.Zərf əsgərliyə çağırış vərəqəsiydi. Dilarə gözünün yaşını tökə-tökə evə qayıtdı.Zəfər yuxudan təzəcə durmuşdu. Dilarəni görüb dedi:
    -Nə olub ? Niyə ağlayırsan?
    -Gəlib .
    -Nə gəlib?
    -Vərəqə gəlib.Komisarlıqdan
    Zəfər bir an duruxub dedi:
    -Buna görə ağlayırsan? Ver baxım görüm hara düşmüşəm?
    -Sənə nə var ki.
    -Ön cəbhə?
    -Hə, ay anası ölmüş.
    -Hmm özü də sabah.
    -Ay bala , telefonu ver görüm.
    -Kimə zəng vurursan?
    -Zakirə zəng vururam. Qoy bu gün axşama çatdırsın özünü.
    Zəfər nömrəni yığıb telefonu nənəsinə verdi.Zakir yoldaydı işə çatmağına az qalmışdı ki, telefonu zəng çaldı. Telefonu götürdü:
    -Salam necəsən ,oğlum ?
    -Mənəm , ay Zakir.
    -Nə olub ana? Niyə ağlıyırsan? Yenə Zəfər nəsə şuluqluq eləyib? Bu dəfə gəlib onu təpiyimin altına salacam.
    -Yox.Kaş şuluqluq eliyəydi. Əsgərlikdən çağırış gəlib.
    -Buna görə ağlayırsan?
    -Niyə də ağlamayım?! Sənə nə var ki, oğlunu ayda ildə bir dəfə görürsən. Mən bütün günü burdayam bu zalımnan bir yerdə. Öz övladım kimi böyütmüşəm. İndi də bu məsələ. Özü də ön cəbhəyə düşüb.
    -Off . Ana, yaxşı bir azdan icazə alıb çıxıb gəlirəm rayona.
    -Gəl tez gəl.
    -Yaxşı
    Zakir bütün əhvalı sönmüş vəziyyətdə işdən çıxıb avtovağzala yollandı. Zakir Zərifə öləndən sonra sevdiyi qız ilə Bakıda ailə qurmuşdu. Oğlu Zəfər isə bir o qədər də onu maraqlandırmırdı. Hər ay müəyyən məbləğ rayona pul göndərirdi. Yol boyu anasını fikirləşdi. Anası bir il tək-tənha rayonda necə qalacağını düşündü. Axırda qərara gəldi ki, anasını bir illik Bakıya gətirsin. Sonra yavaş-yavaş onu bir dəfəlik Bakıya köçməyə razı salar. Zəfər əsgərlikdən qayıdandan sonra ona Bakıda iş tapar, birlikdə yaşayarlar. Gələcək haqqında düşünmək az da olsa onun əhvalını düzəltdi. Bu düşüncələrdən yorulan Zakir bütün yolu yatdı…
    Səhər açılan kimi Dilarə yuxudan durub Zakiri və Zəfəri oyatdı. Səhər yeməyində belə Dilarə ağlayırdı. Bu isə Zəfərin əsəblərinə toxunurdu. Öncəbhəyə düşmək heç onun ürəyincə olmamışdı. Dilarə dəsmalı götürüb gözünün yaşını silib Zəfərdən soruşdu:
    -Zəfər ,hər şeyi götürmüsən? İsti corablar , şərf qoymuşdum onu götürdün?
    -Hə götürdüm.
    -Yaxşı-yaxşı bax sonra yadından çıxar.
    -Sən yenə başladın ağlamağa. Bəsdi də mən yol gedəcəm sən elə hey dayanmadan ağlayırsan.
    -Sənə nə var demək asandı. Anana söz vermişəm ki, səni boya-başa çatdıracam.
    -Mən böyümüşəm də.
    -Yox hələ bir böyümüsən. Nə yaşın var ki? Sənin yaşıdların universitetdə oxuyur.
    -Mən belə adamam. Oxumağnan aram yoxdur.
    Zakir əsəbləşməyə başladı:
    -Tez ol get geyin gedirik. Burda qalıb hamının əsəblərini korluyursan. Gedib əsgərlikdə ağıllanarsan.
    Zəfər çayı nəlbəkiyə elə qoydu ki, isti çay süfrəyə dağıldı. Zakir əsəbi halda Zəfərə bir şillə vurdu.
    -Rədd ol içəri.
    -Ay bala , Zakir, niyə vurursan?
    Zəfər cəld hazırlaşdı və qapını çırpıb evdən çıxdı. Zakir Zəfəri yola salmağa getmədi. Heç anasını da getməyə qoymadı.
    -Qoy getsin. Ağıllansın. Belə hərəkətnən onu orda yaxşı çırparlar. Ağlı gələr başına
    -Zakir, heç olmasa mən gedim. Sonra uşağın ürəyində qalar.
    -Dedim ki, yox.
    -Mən gedirəm. Sən mənim anamsan mən sənin ananam ?!
    -Özün deyildən şikayətlənən. İndi nə oldu yenə badam gözlü elədin nəvəni?
    -Neyniyim , Zakir, mən böyütmüşəm. Oğlumdu. Ürəyim dözmür axı.
    Dilarə qapıdan çıxıb tələsik getsə də əsgərlər qatara çoxdan minmişdilər. Qatarın pəncərəsindən Zəfəri gördü. Nə qədər səslədisə də düşüb sağollaşmadı. Həm qatar artıq yola düşürdü, həm də Zəfər öz inadından dönməyib yenə Dilarənin qəlbini sındırdı. Dilarə qatarın dalıycan bir qədər getdi ki, bəlkə baxar, amma nə fayda Zəfər baxmadı. Hətta onunla oturanlar belə ona baxmasını söylədilər. O isə Dilarəyə baxmamaq üçün durub kupedən çıxdı. Dilarə isə gözləri yaşlı evə qayıtdı. Gəlib evdə Zakiri günahkar çıxartdı. Zakir isə öz hərəkətindən utansa da Zəfərin bu hərəkəti onu insafa gətirmədi.Elə axşamdan bilet alıb qayıtmaq fikrində idi, amma anasını heç cürə razı sala bilmədi. Dilarə Zəfər qayıtmayınca o Bakıya köçməyəcəyini dedi…
    Artıq 1 ay olardı ki, Zəfər əsgər getmişdi. Dilarə isə nigaran qaldığından bilmirdi nə etsin. Qonşu Qəmər xala ona məsləhət verdi ki, məktub yazsın. Dilarə məktub yazdı, amma bir ay keçməsinə baxmayaraq, heç bir cavab gəlmədi. Artıq məcbur olub hərbi hissənin özünə getməli oldu. Yol çox uzaq olsa da Dilarə gedib çatdı. Zəfərə anasının gəldiyini çatdırdılar. Zəfər isə anasının öldüyünü dedi və Dilarəylə görüşmək istəmədi. Dilarənin xahişini Zəfərə nə qədər başa salmaq istəsələr də heç kim məcbur onu gətirə bilmədi. Dilarə onun üçün rayondan gətirdiyi bağlamanı qoyub yenə qəlbi sınmış halda rayona qayıtdı. Dilarənin artıq ağlamaqdan gözləri zəifləmişdi. Zəfərə görə günlərlə ac qalırdı. Qonşular Zakirə zəng vurub ona bütün olanları demişdilər. Zakir də işdən icazə alıb rayona anasına baxmağa gəldi. Anasının halı olmasa da elə Zəfər deyirdi. Bir ay içində Zakir anasına qulluq etdi. Həkim nəzarətində olan Dilarəni artıq xəstəxanaya aparmağa məcbur oldular. Dilarə xəstəxana da qaldığı müddətdə səhhəti bir qədər yaxşılaşdı.
    Zəfər öz dostu ilə gecə növbəsində idi. Zəfər öz şuluqluqlarından danışırdı. Təkcə özündə yox hamını , əsasən də atasını günahkar hesab edirdi. Zəfər danışır dostu isə qulaq asırdı:
    -Fərid bilirsən necədi? Mən çox qürur edirəm. Hətta anam belə gəldi, mən görüşmədim. Düz hərəkət etməmişəm, amma atamın şilləsi məni çox alçaltdı.
    -Bəs ananın günahı nə idi ? Sən heç düz hərəkət eləməmisən.
    Zəfər danışmaq istəyirdi ki, atışma başladı. Atışma zamanı Zəfər ürəyindən güllə zərbəsi alıb yerə uzandı. Fərid əyilib onu güllələrdən kənara çəkəndə Zəfər dedi:
    -Ana məni bağışla.
    Fərid həyatında bəlkə də ən böyük zərbəni aldı. O zərbə ki, heç zaman onun yaddaşından silinməyəcək. Gözünün qarşısında az öncə söhbət etdiyi dostu onun qollarında keçinmişdi. Fərid kəlmeyi-şəhadəti oxuyub Zəfərin gözlərini bağladı.
    Zakir axşamları rayonda öz evlərində qalır. Səhərləri isə anasının yanında olurdu. Ona nəzarət edirdi. Bir gün Zakir axşam evə gələndə qapının qabağında ağlaşan qonşuları gördü. Hamını itələyib həyətə girən Zakir həyətdə tabutun və bir neçə zabitin olduğunu gördü.Zabitləri görən Zakir hər şeyin nə olduğunu anladı. Zakirin ürəyi getdi. Qonşular onu oyadıb ona ürək-dirək verdilər. Zakir şəhid atası olmuşdu. O şəhid ki, anası ona görə xəstəlik tapmışdı. Gecəni qonşular onun yanında oldular. Səhər açıldı. Artıq Zakirin evi başsağlığına gələn adamlarla doluydu. Zakir başını itirmişdi. Qorxurdu ki, Dilarə bundan xəbər tutar. Günorta olmamış Zəfəri torpağa tapşırmaq üçün kişilər tabutu evdən çıxarıb rayonun qəbirsanlığına apardılar. Qonşu qadınlardan bəziləri Dilarəyə xəbəri çatdırmaq üçün xəstəxanaya getmişdilər. Qəmər içlərilərində ən ürəklisi çıxdı. Otağa girib xəbəri ona çatdırdı. Qəmər özüylə bərabər gətirdiyi zərfi ona uzatdı. Zərfi Zəfərin tabutunu gətirən hərbçilər Fəridin adı ilə gətirmişdilər. Dilarə ağlaya-ağlaya yerindən durdu. Zərfi açıb məktubu oxumağa başladı.
    Əziz Dilarə ana, bəlkə də mən həyatımın ən ağır anlarını bu məktubu yazanda keçirdim. Amma bu məktubu yazmasaydım bəlkə də həyatımın ən böyük vicdansızlığını edərdim. Vicdanım məni rahat buraxmazdı. Oğlunuz Zəfər öz səhvini anlasa da qüruruna qalib gələ bilmirdi. Ölümündən əvvəl məhz bu haqda demişdi. Zəfər can verməmişdən əvvəl mənə son olaraq bunu dedi: “Ana məni bağışla”. İndi bəlkə də gecdir. Amma o vətən şəhidini bağışlayın , Dilarə ana.
    Nur içində yatsın.
    Fərid
    Məktubu oxuyub qurtaran kimi gücünü toplayıb öz qara paltarını geyindi. Qara şərfini başına bürüyüb qəbiristanlığa getdi. Artıq Zəfər çoxdan torpağa tapşırılmışdı. Zakir isə xəstəxanaya müəyyən müddət də olsa xəbəri ondan gizlətməyə getdi. Qəbiristanlıqdakı işçilərdən yeganə təzə qəbiri soruşub ora sarı getdi. Əyilib qəbirin baş tərəfində oturub ağlamağa başladı. Ağlaya-ağlaya Zəfərin qəbriylə danışmağa başladı:
    -Zəfər, anan gəlib oğlum. Mən nə qədər gəldim məni niyə görmək istəmədin?! Ananı niyə görmək istəmədin?! Mənim sözümü yerə vurdun ,oğul. Mən o dünyada Zərifəyə nə deyəcəm? Məni dərd içində qoydun bala. Mən səni bağışladım.
    Dilarə əllərini göyə açıb Allaha müraciət etdi:
    -Ay Allah, bu qədər dərdi mənə necə yaşatdın ?! Mənim günahım nə idi?
    Dilarə gözü yaşlı Qəmərin qoluna girib kor-peşman evinə qayıtdı. Həyat Dilarəni bu yaşında da acılarla boğurdu. Bu qadın sanki dərd ağacıydı. Yaşlandıqca dərdi bəhər verirdi. Dilarə ana ömrünün sonuna qədər yas saxladı. Qara paltara bürünmüş Dilarə ömrünün sonuna qədər ağladı. Hər ay gözü yaşlı Zəfərin qəbrini ziyarət etdi. Zəfər vətənin Dilarə isə oğlunun yolunda şəhid oldu…

  • KÜMBET’İN 33 SAYISI YAYINDA!

    10366056_590660737709272_2490953218907291455_n

    Kapağında Sultan 2. Abdülhamit Han döneminde Tokat giysilerinin yer aldığı bir fotoğraf bulunan dergimizin 33. sayısı 33. sayısı okuyucularının görüşüne sunuldu.Derginin editör yazısını aşağıya alıyoruz:

    EDİTÖRDEN
    Ülke dışında ve içinde büyük beğeni kazanan 32. sayımızdan sonra yine sizlerleyiz. Anadolu’da dergi çıkarmanın ve devam ettirmenin güçlüğünü bilen, bundan dolayı bizlere destek konusunda kayıtsız kalmayan kurum ve kuruluşlara, siz değerli okuyucularımıza ne kadar teşekkür etsek azdır.
    KÜMBET Dergisi yayın hayatına girdiği günden beri devletimizin, milletimizin bütünlüğü, bekası çerçevesinde Türk-İslam Kültürüne katkıda bulunmayı bir ekip anlayışı içinde devam ettirdi. Bundan sonra da bu anlayış ve ilkelerden kopmadan yolumuza devam edeceğiz.
    Ramazan ayının bütün kutsallığının İslam dünyasına dalga dalga yayıldığı bir ortamda bu sayımızda da birbirinden değerli kalemler sizler için araştırdı ve yazdı. Yirmiyi aşkın makale ve yazı sahibi ile birlikte otuza yakın kalem şiir dünyamızda bu kez daha farklı çiçeklerden derledikleri duygularını dile getirmeğe gayret sarf ettiler.
    Özellikle kapak konusunda titiz bir çalışma yapan ekibimiz bu kez Sultan Abdülhamit Han’ın Amerika’da bulunan Resim Koleksiyonundan Tokat giyimini büyük bir özenle kapağa taşıdı. Dergimizin sanat danışmanları arasına sanat dünyamızın yakından bildiği Tokat sevdalısı Sevan Çamlıca’da katılarak ekimize apayrı bir güç kazandırdı. Bundan sonra özellikle özlemli yazılarıyla ara sıra aramızda olacak. Kendilerine Kümbet Ailesine hoş geldiniz diyoruz.
    Tokat Şairler ve Yazarlar Derneği üç ay içerisinde değerli etkinliklere imza attı. 23 Mayıs 2014’de Tokat Gazi Osman Paşa Lisesi Müdürlüğü ile Türk Halk Müziğinin duayen sanatçılarından rahmetli Necati BAŞARA’ya (Âşık Tokatlı) Vefa Gecesi düzenledi. Bu etkinliğe Başara Ailesi, TRT İstanbul Radyosu sanatçılarından Mirza Başara ve TRT İstanbul Radyosu Yapımcılarından Dursun Taşdelen de katıldı. TRT, bünyesinde yıllarca hizmet etmiş olan bu şahsiyeti unutmayarak TRT Haberlerinde tüm dünyaya duyurdu.
    30-31 Mayıs 2014 tarihleri arasında Tokat Valiliği-Tokat Belediyesi-Tokat Kent Konseyi bünyesinde Üstat Necip Fazıl KISAKÜREK anısına düzenlenen 7.Yeşilırmak Kültür Sanat Şöleni’ne Tokat Şairler ve Yazarlar Derneği gerekli katkıyı vererek şiir dünyamıza unutulmaz bir program kazandırdı. Bu etkinliğe ülkemizin tanınmış şairlerinden Bestami Yazgan, Ekrem Kaftan, M. Nuri Parmaksız. İlter Yeşilay, Recep Garip, Mehmet Metin Baş, Sevim Yakıcı, Tayyip Atmaca, Hasan Akar, Nuray Alper, Harika Ufuk, Hüseyin Kaya, Mustafa Uçurum, Sündüs Arslan Akça, katılırken büyük takdir toplayan gecenin sunumunu Tokat Şairler ve Yazarlar Derneği’nin usta yorumcuları Mahmut Hasgül ve Ali Bal yaptılar.
    Tokat Şairler ve Yazarlar Derneği-KÜMBET Dergisi Ailesi gelenekselleşen kahvaltılarına devam ederek son kahvaltısında derneğimiz üyesi Turhal İlçe Milli Eğitim Müdürü Şair-Yazar Nihat Aymak’ın “Yüz Şiir” adlı kitabının tanıtımı yaptı.
    Niksar Belediyesi ve Tokat Şairler ve Yazarlar Derneği gelenekselleşen “Cahit KÜLEBİ Memleketime Bakış Şiir Yarışması”nın bu yıl 5. başlattı. Yarışma 25 Ağustos 2014 tarihinde sona erecek. Ödül töreni Ekim ayı içinde Niksar’da düzenlenecek olan etkinliklerde verilecek. Bununla birlikte Niksar Belediyesi ve Tokat Şairler ve Yazarlar Derneği koordineli bir projeye imza atacak. 17-18 Ekim 2014 tarihleri arasında “Niksar’da Ahilik “Konulu bir panel düzenleyerek Anadolu’daki ilk ahilerden Ahi Pehlivan’ın kayıp mezar ortaya çıkarılıp anıt mezarı yaptırılacak.
    Şair arkadaşlarımızdan Ahmet Divriklioğlu, Nihat Aymak ve Mustafa Uçurum Sivas Şairler ve Yazarlar Derneğince 21-22 Haziran 2014 tarihleri arasında düzenlenen SİYŞAD 6.Şiir ve Müzik Şöleninde derneğimizi başarıyla temsil ederken, Hasan Akar da 25-26 Haziran 2014 tarihleri arasında Bafra’da Simurg Ateşi şiir etkinliğine katıldı.
    2006 yılında ilkini çıkardığımız Tokat’tan Mısralar serisinin üçüncüsü ile okurlarımızın karşısına geldik. Birbirinden değerli 26 şairin şiirlerinden oluşan bu eser güzel ve etkili şiirlerle okurlarına güzel duygular yaşatacaktır. Bu eserle birlikte derneğimizce yayınlanan kitapların sayısı dörde ulaşmış bulunmaktadır. Bu eserin peşinden yine Tokatlı yazarlarımızın makalelerini hâvi yeni bir kitap hazırlığı da yeni hedefimizdir.
    Yeni bir sayıda buluşmak dileğiyle tüm okuyucularımıza esenlikler diliyoruz.

    Remzi ZENGİN
    Tokat Şairler ve Yazarlar Derneği Başkanı

  • Fidan ABBASOVA.Yeni şeir

    10511227_651676324909767_7394785085176257866_n

    Mən boyudum görə görə yalanlar
    dərd çəkəni dərdi çəkənlər anlar
    əzəl gündən yaxşılarla – yamanlar
    bu günlərə gəlib çıxdı bizimlə
    mən yamanı görmüş oldum gözümlə…

    Bir ümüdə sarılanlar çox oldu
    bağ salanlar xəzan gəldi yox oldu
    ac qarınlar birdən birə tox oldu
    bu günlərə gəlib çıxdıq səbirlə
    mən yamanı görmüş oldum gözümlə…

    Niyə qınaq edirik biz başqasın
    insan odur öz yolundan azmasın
    duzsuz içib evdə bişmiş şorbasın
    sabahlara gəlib çıxdıq şükürlə
    mən yamanı görmüş oldum gözümlə..

    İndi varlı – kasıb deyib durmuşuq
    özümüzü boş boşuna yormuşuq
    hamıdanda axıra biz qalmışıq
    bu günlərə gəlib çıxdıq səbirlə
    mən yamanı görmüş oldum gözümlə..

    Mən nə desəm düzəlməz ki, bu dünya
    səni necə dəyişiblər ay dünya
    bir dəfədə öz əlinizdə ayna
    alın baxın özünüzə əlilə
    mən yamanı görmüş oldum gözümlə….

  • Fidan ABBASOVA.Yeni şeir

    10416857_651226731621393_1512149730_n (1)

    Sən mənimçün bu həyatda ilk nübar payım olsanda
    saçlarına ağ dən düşmüş qocalmış qarı olsanda
    bənövşətək boynu bükük tez açıb- erkən solsanda
    ürəyimdə yana – yana sevgidən bir od olsanda
    ümüdümü itirərkən sabahıma doğan günəş
    əllərimi buraxmadan isdilikdən yanan atəş
    içimdəki coşqun həvəs, qəlbimdəki dəmir qəfəs,
    aldığım hər anda nəfəs, gördüyüm hər yerdə varsan
    nə yaxşıkı , nə yaxşı ki səndə varsan……
    Bilirəmki bitirəcək məni susqun baxışların
    inlədədcək kənar olub əhsən deyən alqışların
    arxasıyca söylədiyin kobud olan qarğışların
    bəlkədə heç ilk həyəcan ehtiraslı baxışların
    yeri vardır, ürəyində , bilirəmki lazım olan gərəyində
    mən olacam heyif deyib susacaqsan,
    uzaq olan yaxın bilib gedəcəyin bu düz yolda azacaqsan
    unutma ki, bir gün varsan bir gün yoxsan…
    amma mənsə deyirəmki
    nə yaxşı ki, nə yaxşı ki,
    səflərini görə – görə səndə varsan……

  • Şəfa VƏLİYEVA.”Bilirəm…daha səninçün” (Yeni şeir)

    sefa1-450x300

    Bilirəm… daha səninçün
    Ölmüşəm də… itmişəm də…
    Bilmədin… elə səninçün
    Ölmüşəm də… bitmişəm də…

    Bu ikili yalnızlığı
    Qovdum… canımdan getmədi…
    Dərd sevgilim yalnızlığı
    Duydu…yanımdan getmədi…

    Ürəyim yumruğum boyda…
    Nolsun… sən ki yerləşmisən…
    Ruhun…hisslərin ovcumda…
    Varlığınla çox adisən…

    Hələ də öyrənmədinmi?
    Bu qara qızdı bəxt payın?
    Yoxsa sevə bilmədinmi?
    Gələn payızdı… bəxt yayın…

    Ovcumu açdım qaçasan.
    Qaça bildiyinə kimi…
    Birdən məni unudarsan
    Çata bildiyinə kimi!

  • Qiymət MƏHƏRRƏMLİ.Yeni şeirlər

    546484_3506007428380_1341843155_n1

    İç dünyam

    Nizamlayar, tarazlayar, düzləyər
    Dünyam məni, dünyam məni, iç dünyam.
    Naqislikdən, nadanlıqdan gizləyər
    Dünyam məni, dünyam məni, iç dünyam.

    Qoymaz məni bölünməyə, bölməyə,
    Toxunulmaz əl dəyməmiş ilməyə,
    Vaxtsız-günsüz qocalmağa, ölməyə
    Dünyam məni, dünyam məni, iç dünyam.

    Yaradandı, yaşadandı, qurandı,
    Məsləkimin keşiyində durandı.
    Müqəddəsdən müqəddəsdi, Qurandı –
    Dünyam mənim, dünyam mənim, iç dünyam!

    Ögeyliyə ögeylərdən ögeydi,
    Güneyinə həsrət qalmış quzeydi.
    Şəhidlərə məzar olmuş muzeydi –
    Dünyam mənim, dünyam mənim, iç dünyam!

    Keçilməyən bir qalamdır – Ərg kimi,
    Ümidgahım, səcdəgahım – pir kimi!
    Qəbul eylər hər ərkimi – ər kimi –
    Dünyam mənim, dünyam mənim, iç dünyam!

    Baxtım

    Mürgülü gözlər kimi
    Hərdən mürgülü baxtım.
    Ülgülü sözlər kimi
    Qəlbi, ülgülü baxtım.

    Bir hörgü daşısanmı?
    Bir bulaq başısanmı?
    Eşqimin yaşısanmı –
    Eşqi hürkülü baxtım?!

    Mizan-tərəzimisən?
    Tale qərəzimisən?
    Bir eşq mərəzimisən –
    Dizi bükülü baxtım?!

    Səni kim oyadar, kim,
    Ay sonuncum, ay ilkim.
    Bir az qımılda, silkin,
    Taxtı sökülü baxtım.

    Yol qurama, həndəsi,
    Haqq tanımaz bəndəsin.
    Küt gedəndə kündəsi
    Külə tökülü baxtım.

    Yol getdim yarımadan,
    Yarı büt, yarı adam.
    Baxtımı yarıdanam,
    Məndən küsülü baxtım…

  • Təranə ŞƏMS.Yeni şeirlər

    1394111443_1378745_1401638060069638_1083618525_n

    SIĞA BİLMƏDİ

    Gəlmişdim dünyaya gedirəm dedim
    Payımsa yaşamaq sevirəm dedim
    Sevginlə, vədinə güvənəm dedim
    EY dünya! Mən sənə sığa bilsəm də,

    Dünyamsa, dünyana sığa bilmədi
    Pünhandı bu könlül zar-zar ağladım
    İşıqlı düyama, qara bağladım
    Sızlayan könlümü, yara bağladım
    EY dünya! Mən sənə sığa bilsəm də,

    Dünyamsa, dünyana sığa bilmədi.
    Bir gözüm yaşdısa bir gözüm gülər
    Dərdimlə baş-başa dözməksə, hünər
    Bu niskil vərdişi yaşayan bilər
    Ey dünya! Mən sənə sığa bilsəm də,
    Dünyamsa, dünyana sığa bilmədi.

    27.05.2014.

    BİR DİLLƏNSƏNƏ….

    Sən demə çətinmiş, sevirəm demək
    Dilim də yalan yox, səninəm demək.
    Əhdinə vəfalı əminəm demək
    Yandıqca, yanmışam bir dillənsənə

    Bağçamın gülüsən, dərənin mənəm
    Hər kəsin öz yarı, ərənin mənəm
    Gözləsən yollumu gələnin mənəm
    Yandıqca, yanmışam bir dillənsənə!

    Dilində nida yox, üzüldü qəlbim
    Baxdıqca gözünə, ağladı dərdim
    Nicat ver könlümə, söylə ki, gəldim,
    Yandıqca, yanmışam bir dillənsənə!

    İlmə-ilmə toxundum, dəli eşqinə
    Xətalar səninsə, eşqin sözü nə?
    Könlümü vermişəm sənsiz, sevginə,
    Yandıqca, yanmışam bir dillənsənə!

    02.06.2014.

  • Sülh üçün birləşək

    static_69318

    Son günlər cəbhədə baş verənlər hər kəsin diqqətini bir neçə məsələyə yönəltdi. Düşünürəm ki, bu məsələlərdən ən önəmlisi Türkiyənin bizə verdiyi dəstək, maddi-mənəvi şəkildə bizimlə birliyini göstərməsi idi. Türkiyə hər zaman Azərbaycana qardaş ölkə kimi baxmış, hətta dahi öndərimiz Heydər Əliyev bu dostluğu, qardaşlığı ən gözəl şəkildə bir millət, iki dövlət olaraq ifadə etmişdir.
    İndi də bu çətin günləri yaşadığımız zamanda türk milləti bizə dəstək oldu, bizim kədərimizi öz kədəri hesab edib dərdimizə ortaq oldu, müharibə olarsa, əsgərləri ilə yardıma hazır olduğunu bildirdi. Lakin burda diqqətinizi bəzi incəliklərə çəkmək istəyirəm: müharibə demək, daha çox şəhid, daha çox gözüyaşlı ana və valideynsiz uşaqlar deməkdir. Müharibə demək, qana qanla cavab vermək və daha çox günahsız insanların öldürülməsi deməkdir. Qarabağ müharibəsində öldürülən, itkin düşən, əsir düşən insanlarımızı düşünün. Öz yurdlarından, evlərindən qovulub çıxarılan məsum insanları xatırlayın. Öz ata-baba yurdlarını yurdunu görmək üçün gizlicə işğal altında olan torpaqlara gedən, əsir alınıb əziyyət görən insanları xatırlayın… Bir anlıq özünüzü onların yerində təsəvvür edin: sərin otağınızda oturduğunuz halda, birdən qapı vurulub açılır, bacınız, ananız, övladınız, həyat yoldaşınız sürüyərək evdən çıxarılır, kişilər gözünün qabağında edam edilir, qızlarınız, həyat yoldaşınız, bacınız və ya ananız isə təcavüzə məruz qalır…
    2-3 gündür hər səhər “inşaAllah, bu gün şəhid xəbəri oxumaram” fikri ilə xəbər saytlarına baxıram. Düşünün, müharibə olarsa, hər gün eyni ağrı ilə səhəri açacağıq, hər gün neçə ananın gözü yaşlı qalacaq, körpələr atasız qalacaq. Çünki bu, müharibədir, düşmən itki verirsə, sən də şəhid verəcəksən. Amma biz artıq şəhid vermək istəmirik, günahsız insanların ölməsini istəmirik, dünyaya sülhün hakim olmasını və müharibələrin bitməsini istəyirik. Müharibə yeganə çıxış yolu deyil.
    Bu gün günahsız insanların öldürüldüyü yeganə yer vətənimiz deyil, dünyanın hər yerində müsəlmanlar zülm görür. Hər gün İraq, Suriya, Şərqi Türküstan, Birma və s. ölkələrdə günahsız insanlar öldürülür, işgəncəyə məruz qalır. Bəs nə zamana qədər bu zülm davam edəcək? Nə zamana kimi müsəlmanlar zavallı durumda köməyi ancaq ABŞ, AB, NATO-dan gözləyəcəklər? Nə zaman anlayacaqlar ki, türkün türkdən başqa dostu yoxdur. Dini, Peyğəmbəri, Kitabı bir olan İslam dövlətləri nə zaman birləşməyi düşünəcəklər?
    İslamın müqəddəs kitabı Quran insanları sülhə, birliyə, bərabərliyə çağırır. Günahsız bir insanı öldürən şəxsin cəzasının əbədi cəhənnəm olduğu bildirilir. Quran bağışlamağa, əfvediciliyə, mərhəmətə təşviq edir. “Qonşusu ac ikən tox yatan bizdən deyildir”, – deyə buyuran Peyğəmbərin (səv) ümmətiyik biz. Və bu ümmətin fərdləri hazırda dağınıq haldadır, ona görə, İslam düşmənləri hər yerdə məsum müsəlmanları öldürür, incidir, işgəncə edir. Məsələnin həll yolu, əslində, çox sadədir: İslam ölkələrinin birliyi.
    İslam birliyini qurmaq, İslam ölkələrinin birləşməsi heç də çətin deyil. Azərbaycanla Türkiyənin birləşməsi məhz bu birliyin əsasını qoya bilər. Başda qeyd etdiyim kimi, Türkiyə heç zaman Azərbaycandan dəstəyini əsirgəməmişdir. Prezidentimiz cənab İlham Əliyev: “Türkiyə bizim müstəqilliyimizi tanıyan ilk ölkə olmuşdur. O gündən etibarən dəstəyini əsirgəməmişdir. Türkiyə hər zaman bizə dəstək olmuşdur. 21-ci əsr Türk dünyasının əsri olacaqdır”, – sözləri ilə bu dostluğu çox gözəl şəkildə vurğulamışdır.
    Qurulmasını çox arzu etdiyimiz İslam birliyi isə yalnız İslam dünyasına deyil, bütün dünyaya sülh və rahatlıq gətirəcək. Çünki İslam birliyi sevgi birliyidir, könül birliyidir. Bu birliyin təməli sevgi, fədakarlıq, yardımsevərlik, mərhəmət, anlayışdır.

    Aysel Vəlizadə

  • İnsanın xoşbəxt olmasının sirri

    10487043_1428299980787255_1081544755_n

    “Artıq nə edəcəyimi bilmirəm, belə bir şey necə ola bilər, düzəlməsi artıq mümkün deyil”…
    Bunlar bir çox insanın tez-tez istifadə etdiyi və ətrafındakılardan də eşitdiyi sözlərdir. Ümidsizlik ifadə edən və ardından da kədəri gətirən bu ifadələr əslində bu insan xarakterini də bizə təqdim edir.
    Kədərə meyili olan insanlar bədbəxtlik və çətinlik üçün hər an bir bəhanə tapacaq qeyri-adi qabiliyyətə sahibdirlər. Hər hansı bir mövzuda mütləq problem çıxaracaq mənfi bir şey taparlar. Haqsızlığa məruz qaldığını düşünmək, içinə qapanıb yanlızlığı seçmək, küsəyənlik, eqoizm, hadisələri yanlış şərh etmək bu insanların yanlış əxlaqındakı təyin edici xüsusiyyətlərdəndir.
    Keçmişdəki səhvlər, deyilən hər hansı bir söz, gecikən avtobus, iş yerindəki bir problem, yeməyin gecikməsi, istədiyi şeyi o anda əldə edə bilməmək, hər hansı bir mövzudakı unutqanlıq, qısası, hər mövzu bu insanlar üçün kədər səbəbidir. Hətta bu insanlar heç bir fayda verməməsinə baxmayaraq, keçmişdəki hadisələri xatırlayıb bundan ötrü kədərlənə bilirlər.
    Bu ruh halının bir nəticəsi olaraq solğun baxışlı, üzü qırışmış insanlar ortaya çıxır. Bu insanlar çətinliklərini kədərə, kədərlərini də mübahisə edən, bədbin bir şəxsiyyətə çevirirlər.
    Bu insanların ortaq problemi iman zəifliyidir. İman etdiklərini söyləsələr də əslində gerçək mənada iman gətirməmiş, Allah’ı lazımi kimi tanımamışlar.
    Kədər səbəbi kimi qəbul edilən hadisələrin hamısı xüsusi olaraq var edilir. Dünya imtahan yeridir. Yəni gözəl, yaxud da pis davranıb-davranmayacağımızın sınanması üçün göndərildiyimiz bir yerdir. Xəstəlik, terror, iqtisadi böhran, məktəb imtahanlarında müvəffəqiyyətsiz olmaq, yeməyin yanması, avtomobilə və ya evə dəyən ziyan, təyyarənin gecikməsi, birindən pis söz eşitmək… Bunların hamısı bir-bir və ya bəzən də eyni anda insana imtahan olaraq verilə bilər. Bu həqiqəti bilən insan ümidsizliyə, kədərə ya da çətinliyə düşməyəcəkdir.
    Bir çox insanın, hətta iman edən bəzi insanların da xəbərdar olmadığı gerçək isə Allah’ın kədəri haram buyurmasıdır.
    Ruhdan düşməyin və qəmgin olmayın. Halbuki, əgər möminsinizsə, siz çox yüksəkdə durursunuz! (Al-i İmran surəsi, 139)
    Kədər məqbul bir davranış deyil. Peyğəmbərimizin (səv) həyatından nümunələr verərək kədəri normal göstərməyə çalışanlar böyük yanılqı içindədirlər.
    Unutmayın ki, hər nə olursa-olsun, insanın kədərdən uzaq olması, kədər qaynağı kimi görünən hadisələrdə xeyirləri görüb gözəlliyə çevirməsi çox asandır. Bu mövzuda veriləcək qəti bir qərar mənfiliklərdə də gözəllik və xeyir olduğunu görməyə vəsilədir.
    Qədərin varlığını bilən, Allah’ın iman edənlər üçün hər hadisəni xeyirlə yaratdığını qavrayan insanın çətinliyə düşməsi mümkün deyil. İnsanın xoşbəxt olmasının, hər an ümidvar olmasının tək yolu iman etmək və Allah’ın məmnun olacağı şəkildə yaşamaqdır. Əks halda xoşbəxt yaşamaq mümkün deyil.

    Nəzakət Bədirova

  • Cığatel.”Ağlayarmı Qəhrəmanlar Anası?!” (Yeni şeir)

    10596241_1488524254723673_1844428683_n (1)

    Titrətdi qəlbimi ana fəryadın,
    Ərşə haray çəkdi ahın, imdad ın?,
    Yoxsa gözündəmi qaldı muradın?!
    -Söküldü bir gəncin ömür binası,
    Ağlama, ağlama, şəhid anası !!!

    Ordu gərəyimdi, ordu səngərim,
    Neçə min keşikçim, neçə min nərim,
    O taylı, bu taylı Türküm,Azərim,
    Bir əsgərin yası, bütün el yası,
    Ağlama, ağlama, şəhid anası..

    Qarabağ qürbətdə bizdən aralı,
    Övlad həsrətinden Vətən saralı,
    Vətən də yaralı, sen de yaralı,
    Geyinmə əyninə qara libası,
    Ağlama, ağlama şəhid anası…

    Haqqın dərgahına gedənlər min-min,
    “Tanrı rəhmət etsin”, biz deyək”Amin”,
    Adı tarixlərə düşən gəncimin,
    Boynu bükük qaldı göldə sonası,
    Ağlama, ağlama, şəhid anası. …

    Əqli-zəkasıyla bir ümman oğlun,
    Həsrətdən vüsalı pay uman oğlun,
    “Üzüağ “qayıdır QƏHRƏMAN oğlun,
    Ağlayarmı qəhrəmanlar anası???!!!!
    -Ağlama, ağlama, şəhid anası !!!……

  • Gülnarə İSRAFİLQIZI.”Utanıram!!!” (Yeni şeir)

    234435423665547648

    Utanıram susqunluqdan,
    Acizlikdən, satqınlıqdan,
    Yaltaqlıqdan.
    Utanıram bədbinlikdən,
    Gərginlikdən.
    Düşünürəm əsirimi,
    Faciəmi…
    Utanıram çadırlarda
    Sürünməkdən.
    Şərəfsizlik simasına,
    Bürünməkdən….
    Utanıram,
    Hissə- hissə bölünməkdən.
    Əlçim-əlçim didilməkdən.
    Sökülməkdən.
    Tikə-tikə ölkələrə tökülməkdən.
    Utanıram!!!
    Yaddaşlarda tor qurubdur,
    Hörümçəklər.
    Elə şirin yuxu verib,
    Gələn vədlər.
    Ayılmaq da istəmirik.
    Harınlamış təbəqədən,
    Bəhanələr gətiririk…
    Utanıram varlığımdan danışmağa,
    Utanıram torpağıma qarışmağa.

  • Gülnarə İSRAFİLQIZI.”Vətən daşı az ol” (Yeni şeir)

    22b5b3b0334d4500edf03be1a111fda9_L (1)

    Təşvişə düşmə xalqım,
    İgidliyə hazır ol.
    Qisasın al şəhidin,
    Torpağında qazi ol.

    Bük belini düşmənin,
    Tik əlini düşmənin,
    Sök dilini düşmənin,
    Ölməyinə razı ol.

    Səbir zülümlər doğar,
    Qisas ölümlər doğar,
    Vətən olumlar doğar,
    Vətən daşı azı ol.

  • Tural SAHAB.”Dənizlərin ən gözəli” (Yeni şeir)

    1545553_10203040697648544_1046483349_n

    Dalğalanacaq, mənim üçün
    Dənizlərin ən gözəli
    Günlərin ən özəlində
    Günəş batana yaxın
    Gündüz sarlıb,
    gecənin qoynunda
    Yatana yaxın
    Balaca bir sandalda
    Böyük arzularla
    Şeirə qucaq açan
    O anlarla
    Çıxacam yola
    Ürəyim dalğa- dalğa
    Dəniz dalğa- dalğa
    Öpəcək balıqlar
    Baxışlarımı bəzəyən
    Masmavi sonsuzluqdan
    Daha dönməyəcəm
    Dönməyəcəyik
    Ürəyimizin bizi apardığı
    O qutlu yoldan
    Layla deyəcək, gecə
    Bütün acılarımıza
    Yaşadıqlarmıza, yaşamadıqlarımıza
    Güləcək sevgimiz
    Elə o gecə
    Elə o dənizdə
    Ay işığında
    Gecənin yaraşığında
    Birləşəcək o gecə
    Dənizin dibi, göy üzünə
    Toxunacaq dodaqlarım
    Dəniz təki islaq
    Dodaqlarına, üzünə
    Bir az sevgi
    Bir az ehtiras
    Dəniz kimi
    Gecə kimi
    Həyat təki
    Öpəcək sandalımız
    ən dəcəl dalğaları.

    Tural sahab.
    Şeirlər doğulacaq
    ayrılıqların kölgəsində
    körpə kəfənlərində
    və boğulacaq sevgi və həyat
    insanlığın qəfəsində
    uşaqlar balaca qurşunlarla öləcək
    xəyallarında
    xəyallarında bitirəcək sevənlər qanlı savaşları
    Gülə, bir daha yazılmayacaq ezgilər, öykülər
    Bülbülün yerini postmodern Qarğalar tutacaq
    Şeirlər gül kimi baş qaldıracaq torpaqdan
    gül kimi başlar düşəcək torpağa
    Şeirlər boğulacaq bir gün
    sevgisiz urqanlarda
    şeirlər doğulacaq bir gün
    səssiz burulğanlarda

  • Tural SAHAB.”Doqquz milyon ölmədən olmaz…..!” (Köşə yazısı)

    1545553_10203040697648544_1046483349_n

    Bu yazımda bir çox mövzulara toxunmaq istəyirəm. Bu günlərdə həyacan və sevincimiz qələbə həsrətimizə qarışıb, biz qələbə istəyirik.
    Qələbə nəticədir, bəs biz nəticəni yaradacaq səbəblərə sahibikmi?!
    Qılınc və qələmi eyni gücdə, hətta bəzi məqamlarda qələmi üstün tuturlar, bəs bizim qələmlərimiz necə, onlar da savaşmağa hazırmı?!
    Son günlərdə nə yazıq ki, qılınıcımız kəskin olsa da, qələmlərimiz ya susdu, ya da özünü doğrultmadı.
    Özgə zamanlarda azad sevgidən, pornodan ağız dolusu yazanların çoxsu, bu günlərdə susdu vəya dəstək olmaqdansa dövləti suçlamaqla məşğul oldu.
    Əhalini məlumatlandırmaqla görəvli olan saytlar reytinq xatirinə yalan- yalnış xəbərlərlə təşviş və xaos yaratmaq istədilər. Bilərək vəya bilməyərək.
    Halbuki, qələmlərimiz bizi qələbəyə, savaşa səsləməliydi. Axı qələm kütləni qələbəyə də, məğlubiyyətə də apara bilər.
    Bəli, qələbə nəticədir. Səbəblər isə savaşa hazır olmaq, millət ola bilmək, birlik ola bilmək, “ doqquz milyon ölmədən, öldürülmədən bu torpaqlarda bizə qalib gələ bilməzlər” ülküsünə sahib ola bilməkdir. Bəli, bu qədər insanıq birlik olsaq bizim hamımızı xəzər dənizinə tökmədən bizə qalib gələ bilməzlər. Yetər ki, qələbəyə, haqlı olduğumuz savaşa hazır olaq.
    Birinci Qarabağ savaşında xanımlarımız da savaşırdı, ancaq mən bu dəfə istəmirəm heç bir Azərbaycanlı xanımı cəbhədə qurşun yağmuru altında olsun, istəmirəm analarımız, bacılarımız düşmənlə üz- üzə gəlsin, axı hələki bizlər varıq, bizlər onları qorumaq üçün canımızdan keçəcəyik. Xanımlarımız hər zaman bizim yaralarımızı saran, bizə dəstək olan insanlardı.
    Yenə yaralarımızı sarsınlar, ancaq savaşa yollanmasınlar. O zərif əlləri, o gözəl gözləri qanı, ölümü görməsin, toxunmasın.
    Biz öləcəyik, ancaq vətənə yeni oğullar gərək. O oğulları dünyaya gətirmək, böyütmək sizin işinizdir əziz xanımlar. Lütfən sözlərimizi yanlış anlamayın, sadəcə biz sizi çox sevirik. Başımızın tacısız siz, istəmirik acı çəkəsiz. Bizim ümidlərimiz sizin dünyaya gətirəcəyiniz, böyüdəcəyiniz oğullarda yaşayacaq.
    Ən gözəl şeirlər yazılacaq hələ
    Ən gözəl sevgilər yaşanacaq
    Ən gözəl günlər yaşanacaq
    Ən gözəl ölümlərdən sonra

    Tural Sahab

  • Məhəmməd Hüseyn Şəhriyar.”Azərbaycan”

    images

    Könlüm quşu qanad çalmaz, sənsiz bir an, Azərbaycan
    Xoş günlərin getməz müdam xəyalımdan Azərbaycan

    Səndən uzaq düşsəm də mən eşqin ilə yaşayıram
    Yaralanmış qəlbim kimi, qəlbi viran Azərbaycan

    Bütün dünya bilir sənin qüdrətinlə, dövlətinlə
    Abad olub, azad olub, mülkü-İran, Azərbaycan

    Bisütuni-İnqilabda Şirin-Vətən üçin Fərhad
    Külüng vurmuş öz başına zaman-zaman Azərbaycan

    Vətən eşqi məktəbində can verməyi öyrənmişik
    Ustadımız demiş heçdir vətənsiz can, Azərbaycan

    Qurtarmaqçün zalımların əlindən Rəy şümşadını
    Öz şümşadın başdan-başa olub al qan, Azərbaycan

    Yarəb, nədir bir bu qədər ürəkləri qan etməyin
    Qolu bağlı qalacaqdır nə vaxtacan Azərbaycan

    İgidlərin İran üçün şəhid olmuş, əvəzində
    Dərd almısan, qəm almısan sən İrandan, Azərbaycan

    Evladların nə vaxtadək tərki-vətən olacaqdır
    Əl-ələ ver, üsyan eylə, oyan oyan Azərbaycan

    Yetər fəraq odlarından kül ələndi başımıza
    Dur ayağa, Ya azad ol, ya tamam yan, Azərbaycan

    Şəhriyarın ürəyi də səninki tək yaralıdır
    Azadlıqdır sənə məlhəm, mənə dərman, Azərbaycan

  • Məmməd ARAZ.”Ayağa dur, Azərbaycan!”

    1301316536_memmed20araz

    Nə yatmısan, qoca vulkan, səninləyəm!
    Ayağa dur, Azərbaycan, səninləyəm!
    Səndən qeyri biz hər şeyi bölə billik!
    Səndən qeyri biz hamımız ölə billik!
    Bu, Şəhriyar harayıdı,
    Bu, Bəxtiyar harayıdı!
    Hanı sənin tufan yıxan,
    Gurşad boğan yurda oğul
    oğulların!
    Qara Çoban, Dəli Domrul oğulların.
    Çək sinənə-qayaları yamaq elə,
    Haqq yolunu ayağına dolaq elə,
    Bayrağını Xəzər boyda bayraq elə,
    Enməzliyə qalxmış olan bayrağını!
    Azərbaycan, Azərbaycan,
    Azərbaycan bayrağını!
    Ayağa dur, Azərbaycan!
    Bunu bizə zaman deyir,
    Məzarından baş qaldıran baban deyir!
    Nər oğlu nər, səninləyəm!
    Səninləyəm, silah tutan,
    Külüng tutan, yaba tutan,
    Kösöy tutan, nişanlı ər, səninləyəm!
    Səninləyəm, qız atası,
    Hanı nərən, hanı səsin!
    Hanı andın!
    Yoxsa sən də yatmışlara, batmışlara,
    Qeyrətini satmışlara xırdalandın!!!
    Gözünü sil, Vətən oğlu, ayağa qalx!
    Üfüqünə bir yaxşı bax.
    Sərhəddinə bir yaxşı bax.
    Sərhəddinin kəməndinə bir yaxşı bax!
    Dur, içindən qorxunu boğ,
    Ölümünlə, qalımını ayırd elə.
    Dur, içindən qorxağı qov,
    Dur, özünü Bozqurd elə!
    Bir səsindən min səs dinər,
    Neçə-neçə daşa dönmüş dinməz dinər!
    Oddan bitər, qandan bitər əyilməzlər!
    Mərd oğullar-mərdliyilə öyünməzlər!
    Torpaq altda ölümlüyə gömülməzlər.
    Varım, yoxum, səninləyəm,
    Azım, çoxum, səninləyəm,
    Şirin yuxum, səninləyəm.
    Yıxın məni söz atından,
    Atın məni tank altına.
    Əzin məni xıncım-xıncım,
    Kəsmir əgər söz qılıncım,
    Didin məni didim-didim,
    Atın məni tank altına.
    Qundaqdakı bir körpəni xilas edim.
    Neçə “səni”, neçə “məni” xilas edim.
    Səninləyəm,
    Sözü qəmli, özü dəmli rəhbər adam!
    1918-də vuruşurdu,
    Danışmırdı rəncbər atan, rəncbər atam!
    Səninləyəm, haqq-ədalət, səninləyəm,
    Milli qürur, milli qeyrət, səninləyəm!
    Səpil quma, göyər yerdə, bit qayada,
    Gizli nifrət, açıq nifrət, səninləyəm,
    Oyat bizi, ey yaradan, səninləyəm!
    Ya bilmərrə yatırt bizi,
    Ya bilmərrə oyat bizi,
    Ya yenidən yarat bizi,
    Ey yaradan, səninləyəm,
    Səninləyəm, yatmış vulkan,
    Səninləyəm!
    Ayağa dur, Azərbaycan,
    Səninləyəm!

  • Səməd VURĞUN.”Azərbaycan”

    70cf712475

    El bilir ki, sən mənimsən,
    Yurdum, yuvam, məskənimsən,
    Anam doğma vətənimsən!
    Ayrılarmı könül candan?
    Azərbaycan, Azərbaycan!

    Mən bir uşaq, sən bir ana,
    Odur ki, bağlıyam sana,
    Hanki səmtə, hanki yana
    Hey uçsam da yuvam sənsən,
    Elim, günüm, obam sənsən!

    Çox keçmişəm bu dağlardan,
    Durna gözlü bulaqlardan!
    Eşitmişəm uzaqlardan
    Sakit axan arazları,
    Sınamışam dostu, yarı…

    Fəqət səndən gen düşəndə,
    Ayrılıq məndən düşəndə,
    Saçlarıma dən düşəndə.
    Boğar aylar, illər məni,
    Qınamısan ellər məni.

    Dağlarının başı qardır,
    Ağ örpəyin buludlardır.
    Böyük bir keçmişin vardır.
    Bilinməyir yaşın sənin,
    Nələr çəkmiş başın sənin.

    Düşdün uğursuz dillərə,
    Nəs aylara, nəs illərə.
    Nəsillərdən nəsillərə,
    Keçən bir şöhrətin vardır.
    Oğlun, qızın bəxtiyardır…

    Hey baxıram bu düzlərə,
    Ala gözlü gündüzlərə.
    Qara xal ağ üzlərə,
    Könül istər şeir yaza;
    Gəncləşirəm yaza-yaza…

    Ölməz könül, ölməz əsər,
    Nizamilər, Fizulilər
    Əlin qələm, sinəm dəftər,
    De gəlsin hər nəyin vardır.
    Deyilən söz yadigardır.

  • Süleyman RÜSTƏM.”AZƏRBAYCANA GƏLSİN”

    116

    Vətənimin seyrinə çağırıram elləri,
    Sərvət görmək istəyən Azərbaycana gəlsin!
    Bəzənib başdan-başa şəhərləri, kəndləri
    Cənnət görmək istəyən Azərbaycana gəlsin!

    Qanımızda dövr edən sədaqətdir, sədaqət,
    Günəşdən də parlaqdır gözümdən bu həqiqət.
    Dostuna, qardaşına təmənnasız məhəbbət,
    Hörmət görmək istəyən Azərbaycana gəlsin!

    Gözəlliklər Vətənə gözəllərindən gəlir,
    Dostluğun-qardaşlığın təməllərindən gəlir,
    Könüllərin nıüqəddəs əməllərindən gəlir,
    Qüdrət görmək istəyən Azərbaycana gülsin.

    Saysız qəhrəmanların
    Qurub yaradanların,
    Qocasında, gəncində, bu sadə insanların
    Şöhrət görmək istəyən Azərbaycana gəlsin!

    Payızında, qışında, baharında, yazında
    Dinir dostluq nəğməsi konüllərin sazında.
    Sabaha addımlayan mərd oğlunda, qızında
    Qeyrət görmək istəyən Azərbaycana gəlsin!

    Zavalsızdır ömürlük qoynundakı bağça, bağ,
    Məhəbbəti, şöhrəti dolaşır oymaq-oymaq,
    Al bayraqlar altında alnıaçıq, üzüağ,
    Millət görmək istəyən Azərbaycana gəlsin!

  • Əziz MUSA.”Əsgərim” (Yeni şeir)

    Снимок11-234x3001

    Qan ağlayır, ağı deyir bulaqlar,
    Yol gözləyir o dərələr, o dağlar.
    Səbrin də bir hüdudu var, həddi var,
    Düşmən üstə şir tək yeri, əsgərim,
    Qarabağı qaytar geri, əsgərim.

    Yad əlində əsir qalan Vətən var,
    Bu savaşda neçə ölən-itən var.
    Yurd uğrunda şəhid olub oğullar,
    Çatdır bizə xoş xəbəri, əsgərim,
    Qarabağı qaytar geri, əsgərim.

    Qiyamətə qoy qalmasın bu qisas,
    Nə zamandı durulmayır xan Araz.
    Bu torpağın harayına qulaq as,
    Dağlarda aç sən səhəri, əsgərim,
    Qarabağı qaytar geri, əsgərim.

    Doğma yerlər qalıb düşmən əlində,
    Yadlar gəzir Pənah xanın elində.
    Sular dinir qarğa, quzğun dilində,
    Sök sərhəddi, sök çəpəri, əsgərim,
    Qarabağı qaytar geri, əsgərim.

    Qalx ayağa, ər oğlu ər, vaxt çatıb,
    Gir meydana, göstər hünər, vaxt çatıb.
    Bəsti bizi boğdu qəhər,vaxt çatıb,
    Hünərlə al doğma yeri, əsgərim,
    Qarabağı qaytar geri, əsgərim.

  • Məhərrəm CƏLİLABADLI.”Haqqın dərgahına qalxdı Şəhidlər!” (Yeni şeir)

    10341606_1443915952560963_6138304904564980915_n (2)

    Qoparmayın şəhid adlı yaramı,
    Düşmənlər duymasın, bu fəryadımı.
    Bilmirəm sevinim ya ağlayımmı,
    Adın tarixlərə, yazdı şəhidlər,
    Haqqın dərgahına, qalxdı şəhidlər!

    Ay ana, saçını dərddən ağartma,
    Gəlib gedənlərdən oğlunu sorma.
    Qara bəxtim deyib, yanma-alışma,
    Adın tarixlərə yazdı şəhidlər,
    Haqqın dərgahına qalxdı şəhidlər!

    Həyatda candan şirin deyin nə var?
    Şirin candan keçdi, vətənçün onlar.
    Əlbət yaşayacaq belə oğullar,
    Adın tarixlərə yazdı şəhidlər,
    Haqqın dərgəhına qalxdı şəhidlər!

    Vətənin köməyə ehtiyacında,
    Yetdilər imdada dar ayağında.
    Qanların tökdülər torpağ uğrunda,
    Adın tarixlərə yazdı şəhidlər,
    Haqqın dərgahına qalxdı şəhidlər!

    Şəhidlik adını ucuz tutmayın,
    Öldülər sözünü dilə almayın.
    Onlar yaşayırlar, siz unutmayın,
    Adın tarixlərə yazdı şəhidlər,
    Haqqın dərgahına qalxdı şəhidlər!

  • Gülnarə İSRAFİLQIZI.Yeni şeirlər

    22b5b3b0334d4500edf03be1a111fda9_L (1)

    Diriliyin yolu sevgi

    Diriliyin yolu sevgi,
    Canlılar,
    Həyatın rəngi,
    Küləklər, fırtınalar,
    Qasırğalar, Günəşin atəşi,
    Gecənin zülməti,
    Ulduzların naxışı,
    Dəryaların mirvariləri,
    Mərcan, inciləri,
    Dodaqların arasında,
    Düzülmüş sədəflər,
    Yerdə, göydə olan,
    Bütün xassələr,
    Vicudunda.
    Körpəliyində, uşaqlığında,
    Gəncliyində,
    Böyük görünən dünya,
    Düşüncənə sığmayan kainat,
    Yumruq kimi,
    Balaca görünən ovcunda.
    Nədən dəyişkən xasiyyətlisən,
    Bilirsən? Birdən mülayim, sərt,
    Yırtıcı,
    Xəyanətkar birisən?
    Həyatın çalarları,
    Pozulmayan, saralmayan,
    Rəngisən.
    Arzularının nöqtəsi yox,
    Dənizlərin dalğası kimi.
    Bil ki,
    Nəfsini tərbiyyə etməsən,
    Nəfsinin ağuşunda,
    Varlığı, yoxluqla,
    Diriliyi ölümlə,
    Əvəz etmisən –
    Dünyanın ovcunda itmisən.

    EY ALLAHIM

    Yer üzündən zülmü qaldır..
    Zülm edənləri qandır.
    Mələklərini göndər,
    İnsanların düşüncəsinə,
    Rəhmət nurunu endir.
    Yerlər, göyər,
    Sənin mülkündür.
    Axan qanların nakəsindən,
    Mülkünü pakla.
    Göndər xilaskarını,
    Höccətini tamamla.
    Ey Allahım!
    Səndən başqa,
    Yoxdur xilaskarım!
    Sənə yetişsin ahım,
    İnsanların acısını dindir.
    Ölməsin bu körpələr,
    Ölməsin bu adamlar.
    Dul qalmasın kişilər,
    Dul qalmasın qadınlar.
    Silkələnməsin ərşin.
    Getsin son mənzilinə,
    Yarı yolda qalmasın,
    Ömür adlı sərnişin.

    İYNƏ KİMİ SANCILIRSAN

    Mənim qara paltarımdır,
    Əyninə geydiyin ağ gün.
    Gedişin öz əlləriylə,
    Xoş günümə vurmuş düyün.

    Gecələr sənə sarılır,
    Mürgüləyən xəyallarım.
    Gündüzlər durur gözümə,
    Uşaqların, uşaqlarım.

    Düşündükcə əllərinin,
    İstisində əriyirəm.
    Göz yaşının atəşində,
    İslanıram, kiriyirəm.

    Söylə, axı, dəyərmiydi,
    Sevgimizi inlətməyə.
    Var dövlətə dəyişməklə,
    Ülviliyi kirlətməyə?

    Doğma mənəm,sənsə gedib
    Yad qollara sarılırsan.
    Düşüncəmdən ürəyimə,
    İynə kimi sancılırsan.

  • Gülnarə İSRAFİLQIZI.”Müsəlmanlıq nədir?” (Köşə yazısı)

    22b5b3b0334d4500edf03be1a111fda9_L (1)

    İnsana yarananda göz, qaş, burun, qulaq, ağız, bədən əzaları, o əzaların da, hərəkətə gəlməsi üçün güc-qüvvə onları idarə etmək üçün isə ruh verildi.

    Bunların ümumi adı insana verilmiş nemətlərdir.Bütün bu nemətlər insanın xidmətindədir. O üzvlərdən biri olmadıqda insan şikəst olur, şikəstlik təkcə insanın cısmində olmur onun vücuduna yerləşmiş ruhuna da, aiddir. Bu gün kimdən soruşsaq ki, sizin dininiz hansı dindir. Cavab bu olacaq ki, mənim dinim islam dinidir, müsəlmanam. Nə gözəl cavab! bəli müsəlmanlıq bəs nədir? Hərə öz başa düşdüyü kimi izah edəcək. Bəziləri ibadət, bəziləri əməllər bəziləri də, tarixi faktlarla öz fikirlərini çatdırmağa çalışacaqlar. Quraki-kərimin isə birinci ayəsi “oxu” deyir bu insanlara. İslam yaradanın qarşısında təkcə təslim olmaq deyil, onu sevərək verdiyi nemətlərə şükr, təşəkkür etmək, onun yaratdıqlarını onun üçün sevmək, paylaşmaq dinidir.- Paylaşmalıyıq- nəyi? mənim aldığım bilgiyə görə ilk növbədə sevgimizi, təbəssümümüzü, gözəl sözlərimizi, fikirlərimizi, məhəbbətimizi, duyğularımızı, insanlığımızı, bizə verilən mülkdən var- dövlətimizi və bunun kimi gözəllikləri. Biz paylaşmağın yolunu öyrənib, həm də digər insanlara da hər birimiz öz növbəmizdə öyrətməliyik. Günümüzdə bu gözəlliklərlə yaşayan insanlara çox az ras gəlmək mümkundür. Çünki, bilirsiz niyə? Allahın elmini oxuyanların sayı çox azdır. Bir insan Quran oxuyan birinin səsini eşidəndə vahiməyə düşür, elə hesab edir ki, kimsə dünyasını dəişib yəqin. Mənim əzizlərim Qurani kərimin bütün ayələri insanların xeyrinə həm də, diri insanlar üçün göndərilib ki, elə bu dunyada ölü insanları diriltsin. Oxusanız biləcəksiniz təbii ki, savabı da, günahı da, yalnız bu dünyada qazana bilmək mümkündür. Yetmiş illik müstəmləkə dövründə cəmiyyətimizin təfəkkürü tam işğal olunduğu üçün bu gün çoxumuzun öz dinimizdən xəbərimiz belə yoxdur. Onu deyə bilərəm ki, indi sizə danışacağım surə tamlığı ilə diri insanlar üçün göndərildiyinə tam əmin ola bilərsiniz…”Yasin” -Yasin (s)-i dörd hissəyə bölünür: 1.Hz Rəsulun Peyğəbərlik məqamından, Qurani-Məcidin nazil olmasının məqsədindən və iman gətirən və gətirməyənlərdən, 2. 11-ci ayədən 33cü ayəyə qədər üç Peyğəmbərin insanları tək Allaha ibadət etmələrinə dəvətdən, 33-dən 44-ə qədər “Tohidi” məsələlərdən,Allahın nişanələrindən, 44-dən sona qədər “məadı” sübut edən dəlillər, dünyanın axırı, Cənnət və Cəhənnəmdən danışır. Yasin (s) də insanların ayılması üçün çox təsirli ayələr var. Bu surə başdan- başa ibrətlərlə doludur. – İndi bilirik ki, “Məhərrəmlik” ayıdır bu ay dörd müqəddəs aylardan biridir. Hər kəs Quran oxuyur, demək olar ki, xətm etməyə yəni sona çatdırmağa can atır görək bunun nə qədər savabı yaxud da, tam zəhməti əlində qalacaq bir zaman itgisi var. -Hz Rəsul buyurur: “Hər şeyin qəlbi vardır Quranın qəlbi də Yasindir” biz oxumasaq heç vaxt dərk etməyəcəyik nə Quranı, nə də, onun qəlbini. Onu nəzərinizə çatdırım ki,əgər hər hansı bir insan Quranı sadəcə üzündən oxuyub keçərsə mənasına heç bir diqqət etməzsə, onu həyatına gətirərək yaşamazsa, Allah o insana heç vaxt Fəzilət verməz onun oxuduğu Quranın digər kitablardan heç bir fərqi olmaz. Nə qədər xətm etsəniz belə. Yaxşı olar ki, əlimizə aldığımız bu Əzəmətli kitabın varlığını doğru düzgün anlayaq. Bizi kamilləşdirən nəsihətləri dinləyək və yaşayaq. İnanın dünya və axirət səadətini yaşamaq və yaşatmaq bu kitabın içində bizə bir nemət olaraq çatdırılıb. Nədən əlimizdə bu fürsətlər varkən yaşayıb, yaşatmayaq ki, Bir gün gələcək bu fürsətlər əlimizdən mütləq çıxacaq çünki, biz mütləq varlıq deyilik.

    Bir mütləq varlıq vardır ki,Oda bütün kaınatı və aləmləri yaradan varlıqdır. Unutmayın yer üzündə olan bütün yaranmışlar sevgidən yaranmış və sevgiyə layiq olan varlıqlardır. Sevginin özü də, Cənnətə gedən yolun müqəddimələrindən yalnızca biridir.hər bir insanın canı isə onun özünə əmanətdir. Din yarış atı kimi irəliyə baxmaq deyil. Keçmişimizi və bu günümüzü dərk edərək yaşamaqdır.

  • Elnurə AĞAZADƏ.”Əsgər qardaşım” (Şeir)

    1291479_456505361115257_736470333_n

    Gedəndə su atdı anan dalınca,
    Su tək aydın olsun yolun qardaşım
    Tanrıdan dualar etdik sənin üçün
    Təki sən sağ qayıt əsgər qardaşım

    Göydə buludlar səngimək bilmir
    Yağan yağışında ardı kəsilmir
    Düşmənin kinidə tükənmək bilmir
    Bunlara dözümün olsa qardaşım

    Səngərdə yatırsan yastığın torpaq
    Üstündə yorğanın çiskin qardaşım
    Qorxma dayağındır vətənin inan
    Mərd ol ,mətin ol əsgərqardaşım

    Anan gözü yolda səni gözlərsə
    Düşmən gülləsinə sinən sipərsə
    Canın torpaq üçün qurban gedərsə
    Şəhidlik zirvəsi uca qardaşım

    Vətənin hər dövrə vardır igidi
    Babək Koroğlu Nəbi Həzisi
    ƏhmədMübariz birdə Fəridi
    Səndə onlara bir tay qardaşım

    Şəhidlər içində zirvədə duran
    Azadlıq uğrunda canını qoyan
    Peyğəmbər nəvəsi imam Hüseyn
    Cəddi kömək olsun sənə qardaşım

  • Məhərrəm CƏLİLABADLI.”Əmr ver döyüşə cənab komandan!” (Yeni şeir)

    10341606_1443915952560963_6138304904564980915_n (2)

    Əsgər paltarımı geyib əynimə,
    Silah – sursatımı asdım çiynimə,
    Döyüşmək həvəsi vurub beynimə
    Əmr ver döyüşə cənab komandan!

    Erməni giribdir torpağımdadır,
    Ceyranın, cüyürün oylağındadır,
    Su içir(!) İsanın bulağındadır
    Əmr ver döyüşə cənab komandan!

    Atəşkəs qorunur ilin hər ayı,
    Hiylədə varmı i, düşmənin tayı,
    Istərəm elimdən çıxarım hayı
    Əmr ver döyüşə cənab komandan!

  • Qabil ƏDALƏT.””Əsgər alqışı – Səngər alqışı” (Yeni şeir)

    10589568_683050918454094_1213425688_n (1)

    Başımıza güllə yağır,
    Əcəl gözümüzə baxır.
    Yaralı ümid çağırır:
    “Ay Vətən, başın sağ olsun!”

    Çinar boylu cavanların,
    Boynuna qurbandı Vətən.
    Şəhidliyə gedən yolun,
    Ömür –Vətən, andı Vətən.

    Bir gün mən də şəhid olsam,
    Ağlama, Vətən, Ağlama!
    Ömür olsun qaralanan
    Ağlama, Vətən, Ağlama!

  • Fidan ABBASOVA.”İlahi, bu fəryad bitsin nə olar!” (Yeni şeir)

    10416857_651226731621393_1512149730_n (1)

    Beynimdə bir fikir dolaşır inan
    ürəyim ağrıyır, gözlərim dolur
    hər dəfə şəhidlər gördüyüm zaman
    içimdə intiqam hissi oyanır.

    Nə qədər analar göz yaşı töksün
    nə qədər sürəcək, bu yas bu hüzün
    qoy düşmən üsdünə bir duman çöksün
    çıxarıb ovcuna gözlərin töksün..

    Donur damarlarda axan qan yenə
    İlahi, bu fəryad bitsin nə olar!
    neçə cavan ömrü sona yetənə
    bu torpaq uğrunda çox şəhid olar.

    Haqqı aramayan . vicdan arasın
    şəhid ruhlarına hörmət ehtiram
    hər düşmən qəlbində ocaq qalansın
    bir qaysaq bağlasın qanayan yaram..

    Qəlbimin sözünü töküb şerə
    bu şəhid ruhlara yazdım ürəkdən
    sən hələ yaşayıb neçə ürəkdə
    ruhunla həmişə ölməyəcəksən……

  • Gülnarə İSRAFİLQIZI.”Göy üzündə doğuluram” (Yeni şeir)

    234435423665547648

    Dərdlərimi üzə-üzə,
    Dərdə tərəf yeriyirəm.
    Dərd alışır daxilimdə,
    Dərd içində əyiyirəm.

    Gözlərimdən ürəyimə,
    Özüm boyda yaş süzülür.
    Vücudumun üzərinə,
    Sıra-sıra daş düzülür.

    Heykəlimi yaradıram,
    Meydanlarda, parklarda.
    Gül dəstəsi sinəm üstə,
    Əvvəl, axır sıralarda.

    Qayıdıram varlığıma,
    Yer üzündə tapammıram.
    Sulyetimə nə palçıqdan,
    Nədə oddan qatammıram.

    Ruhum çıxır ərşə tərəf,
    Bulutlarda yox oluram.
    Zöhrə kimi, işıq saçıb,
    Göy üzündə doğuluram.

  • “Heydər Əliyev və Müstəqil Azərbaycan” adlı inşa yazısının qalibi Hüseyn Hüseynzadə

    1400364701_alm1366-v-ryerryiryos (1)

    Hamımızın Azərbaycan adlı bir Vətəni var. Qoynunda dünyaya göz açtığımız, min bir nemətindən dadıb, isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Nizamilər, Füzulilər, Xətayilər, Cavanşirlər, Babəklər, Tağıyevlər, Əliyevlər, Mübarizlər yetirən ana vətənim Azərbaycandır. O, mənim canımdır, varlığımdır, hər şeyimdir.
    “Can demişik anaya can, vətənə can
    Bəlkə elə can sözündən yaranmışdır Azərbaycan!”

    Bəli, mənim Azərbaycanımın adında olan “can” sözü hər ölkənin adında yoxdur. Vətənimiz bizə həmişə can deyib, biz də vətənimizi canımız qədər sevirik. Torpaq o zaman vətən olur ki, onu canı qədər sevən vətəndaşı olsun, torpaq o zaman vətən olur ki, onu qoruyan övladları olsun, torpaq o zaman vətən olur ki, onun çiçəklənməsi, dünyada tanınması üçün gecəsini gündüzünə qatan oğul və qızları olsun. Xoşbəxt gələcəyimizin uzaqgörən bələdçisi, görkəmli şəxsiyyət, vətəninin, millətiningələcəyini canından əziz bilən ulu öndərimiz Heydər Əliyevin bu sözlərini həmişə xatırlayıram: “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” Ulu öndər Heydər Əliyev bu sözləri necə də qürur və fəxarətlə söyləmişdir. Dünyanın ən böyük azərbaycanlısı azərbaycanlı olmasından daim iftixar hissi duyurdu. Heydər Əliyev doğma Azərbaycanı təkcə böyük məhəbbətlə sevmirdi, həm də onun inkişafı, çiçəklənməsi yolunda dinclik bilmədən çalışırdı. O, bizim üçün vətəni sevmək nümunəsidir. O, bizim üçün sevdiyin vətənə layiqli övlad olmaq nümunəsidir. O, bizim üçün millətlə, xalqla fəxr etmək, daim onların yüksəlməsinə, sevilməsinə çalışmaq nümunəsidir. Heydər Əliyev əsl vətənpərvər idi. Onun ürəyi xalqı ilə döyünürdü. Müstəqilliyimizin iyirmi iki illik tarixi ərzində milli, dünyəvi dövlət quruculuğu yolunu seçən Azərbaycanın bugünü və sabahı üçün olan üç əsas prinsipin ideya istiqamətlərini- azərbaycançılıq, millilik və demokratizmi məhz ümummilli lider Heydər Əliyev müəyyənləşdirmişdir. Heydər Əliyev “Xalqın, millətin, insanın öz ana dilindən əziz heç bir şeyi ola bilməz”-kəlamını söyləyərkən millətə öz mənəvi xəzinəsi ilə fəxr etməyi oyrədirdi:
    “Günəş doğur elə bil harda çəkilir adin
    Dosta fəxarət gəlir, gözü kor olur yadın
    Azərbaycan deyəndə səni düşünürük biz
    Azadlığı, inamı xalqa sən bağışladın.
    Nə qədər Azərbaycan, nə qədər bu millət var
    Heydər xalqım deyəcək, xalq Heydər söyləyəcək. ”
    Böyük tarixi şəxsiyyət Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 30 ildən artıq dövrə nəzər salsaq, bunu aydın sezə bilərik. Məlumdur ki, Heydər Əliyev respublikamıza müxtəlif ictimai-siyasi formasiyalarda rəhbərlik etmişdir və bu cəhətdən onun Azərbaycana rəhbərlik illərini iki mərhələyə bölmək mümkündür. Birinci mərhələ 1969-1985-ci illəri əhatə edir. Həmin dövrdə Azərbaycan keçmiş Sovet İttifaqının tərkibində olsa da, Heydər Əliyev ittifaq büdcəsindən respublikamıza daha çox vəsait ayrılması üçün qətiyyət göstərmişdir. Böyük öndərin uzaqgörənliyi bu gün hər birimizdə sevincqarışıq dərin heyrət doğurur. O, hələ Sovet İttifaqının mövcudluğu şəraitində gələcəyi düşünür, respublikamızın nə vaxtsa müstəqilliyə qovuşacağına inanır və bundan ötrü güclü maddi-texniki baza yaradırdı.
    Heydər Əliyev ikinci dəfə Azərbaycana respublikamız müstəqillik qazandıqdan sonra- 1993-2003-cü illərdə rəhbərlik etmişdir. Böyük öndərin hakimiyyətə gəldiyi dövrdə olkəmizdə çox ağır vəziyyət hökm sürürdü. Ayrı-ayrı qüvvələr, nadan siyasətçilər Azərbaycanı vətəndaş qarşıdurmasının astanasına gətirib çıxarmışdılar, müstəqilliyimizin əldən getməsi, ölkənin parçalanması təhlükəsi yaranmışdı. Belə ağır vəziyyətdə xalq öz böyük oğlu Heydər Əliyevi Azərbaycana rəhbərliyə dəvət etdi. Xalqının səsinə səs verən və xalqına arxalanan Heydər Əliyev özünəməxsus müdrikliklə xaosun qarşısını aldı, Azərbaycanı ahəngdar inkişaf relslərinin üstünə çıxartdı.
    Buna görə də Heydər Əliyevin adı tarixə digər böyük xidmətləri ilə yanaşı, ilk növbədə müstəqil Azərbaycanın qurucusu kimi daxil olmuşdur. Onun rəhbərliyi altında keçən illər respublikamız üçün sabitliyin möhkəmlənməsi, iqtisadi çiçəklənmə, nüfuzlu beynəlxalq təşkilatlarla, dünya dövlətləri ilə sıx əməkdaşlıq qurulması, əhalinin rifah halının yaxşılaşması illəri olmuşdur.
    Ümummilli lider Heydər Əliyev üçün ən böyük ağrı xalqın, vətənin ağrısı idi. Məmləkətin ayağına dəyən daş onun qəlbinə dəyirdi. Bu sözləri yazarkən 1990-cı ilin qanlı 20 Yanvar faciəsi yada düşür. Azərbaycanın üstünə qoşun yeridiləndə, günahsız soydaşlarımız qətlə yetiriləndə Heydər Əliyev xalqımıza qarşı törədilən bu ağır cinayətə sakit yanaşa bilmədi. O, təqiblərə, özünə və ailəsinə yönələn təhlükələrə məhəl qoymadan respublikamızın Moskvadakı daimi nümayəndəliyinə gələrək ittifaq rəhbərliyinin ağlasığmaz hərəkətlərinə qəti etirazını bildirdi. Həmin dövrdə qapalı həyat tərzi keçirməyə məcbur edilən keçmiş dövlət xadimi və siyasətçi üçün belə bir addım atmaq qəhrəmanlığa bərabər idi.
    Bəli, Heydər Əliyevin böyüklüyü ilk növbədə onun milliliyində, mənsub olduğu xalqa, adət-ənənələrə bağlılığında, vətənparvərliyində idi. O, bütün varlığı ilə əsl azərbaycanlı idi. Heydər Əliyevin həyatsevərliyinin, bitib-tükənməyən enerjisinin təməlində ana vətən, doğma Azərbaycan dayanırdı. Bu böyük insan köklərə möhkəm bağlı olduğuna görə güclü, qüdrətli idi. Böyük öndər bütün həyatı və fəaliyyəti boyu xalqını özünə arxa sanmış və özü də xalqa dayaq durmuşdur.
    Biz gənclər Heydər Əliyev məktəbinin davamçıları olmalı, çiçəklənən Azərbaycan naminə daim çalışmalıyıq.

  • Heydər Əliyev Mərkəzində möhtəşəm tədbir düzənləndi

    20140723_102623

    20140723_102614

    20140723_105652

    Gündəlik İnformasiya Agentliyinin Mətbuat xidmətinin Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalına istinadən yaydığı məlumata görə, avqust ayının 4-də Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində Qaradağ rayon İcra Hakimiyyətinin, Qaradağ rayon Gənclər və İdman İdarəsinin, Heydər Əliyev Mərkəzinin, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən ”Qaradağ Rayon Gənclərinin Liderlik Bacarıqlarının və Könüllülük Fəaliyyətinin İnkişaf Etdirilməsi”layihəsi çərçivəsində sayca beşinci və sonuncu seminar keçirildi.Toplantıda Qaradağ rayon Gənclər və İdman İdarəsinin sədri Elçin Hüseynov, Baş məsləhətçi İlqar Qasmımov, Heydər Əliyev Mərkəzinin direktoru Hicran Xəlilova və Mərkəzin əməkdaşları, Bakı Qızlar Universitetinin tələbəsi, gənc xanım Nübar Abbasova, “Gənc Ədiblər Məktəbi”nin üzvü, gənc yazar Kənan Aydınoğlu, “Heydər Əliyev və Müstəqil Azərbaycan” inşa yazısının qalibi, gənc yazar Hüseyn Hüseynzadə və digər qonaqlar iştirak ediblər. Kütləvi informasiya vasitələrinin nümayəndələrinin də qatıldığı tədbir saat 12:00-da başladı.Bir saata yaxın davam etdi.Tədbiri giriş sözü ilə açan Qaradağ rayon İcra Hakimiyyətinin başçısının müavini Təranə İsmayılova ilk növbədə Qaradağ rayon İcra Hakimiyyətinin Başçısı cənab Süleyman Mikayılovun təbdbir iştirakçılarına göndərdiyi salamlarını çatdırıb Müstəqil Azərbaycan dövlətinin banisi və memarı, Azərbaycan Xalqının Ümummilli Lideri cənab Heydər Əliyevin dövlət gənclər siyasətinin inkişaf hetdirilməsi sahəsində imzaladığı sərəncamlar, gördüyü məqsədyönlü tədbirlər, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaranma tarixindən, keçdiyi şərəfli inkişaf yolundan, gerçəkləşdirdiyi məqsədyönlü layihələr haqqında tədbir iştirakçılarını bilgiləndirdi.Daha sonra isə sözü Heydər Əliyev Mərkəzinin direktoru Hicran Xəlilovaya verdi.Hicran Xəlilova da öz növbəsində tədbir iştirakçılarını salamlayıb, ölkəmizin inkişafından, təbii resurslarından, əlverişli coğrafi mövqeyindən söhbət açaraq rayon gənclərinin müəllifləri olduqları layihələr haqqında bilgilər verdi, gerçəkləşdirilməsi üçün Heydər Əliyev Mərkəzi tərəfindən hər bir gəncə lazımi köməklik göstəriləcəyini qeyd etdi və tədbirə qatılan hər bir gəncə ayrı-ayrılıqda bol-bol uğurlar və yeni yaradıcılıq fəaliyyəti dilədi.Tədbirdə iştirak edən gənclər arasında ilk olaraq çıxıç edən “Gənc Ədiblər Məktəbi”nin üzvü, gənc yazar Kənan Aydınoğlu ilk növbədə Azərbaycan Yazıçılar Birliyinin gənclər üzrə katibi, “Gənc Ədiblər Məktəbi”nin rəhbəri Rəşad Məcidin salamlarını çatdırdı, təşkilatçılıq üçün Qaradağ rayon İcra Hakimiyyətinin, Qaradağ rayon Gənclər və İdman İdarəsinin, Heydər Əliyev Mərkəzinin, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun rəhbərliklərinə təşəkkürünü bildirdi, müəllifi və rəhbəri olduğu “Azərbaycanın istedadlı gənc yazarlarına dəstək” layihəsinin hazırlamaqda əsas məqsədinin Qaradağ rayonunda yaşayıb 15-35 yaş həddində olub ədəbi-bədii yaradıcılıqla məşğul olan gənc yazarların ədəbi-bədii nümunələrini, poeziya örnəklərini, məqalələrini, poemalarını, publisistik qeydlərini özündə cəmləşdirəcək “Gənc yazarlar” adlı toplunun işıq üzü görməsinə nail olmaqdan, ədəbi prosesə qoşulmasına yardımçı olmaqdan, ictimaiyyətin nəzərinə çatdırmaqdan ibarət olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırdı və diqqətə görə hər kəsə təşəkkür etdi.Sonra “Yeni Nəsil” İctimai Birliyinin sədri Asif Səlimov müəllifi və rəhbəri olduğu ”Qaradağ Rayon Gənclərinin Liderlik Bacarıqlarının və Könüllülük Fəaliyyətinin İnkişaf Etdirilməsi” layihəsini gerçəkləşdirməkdə yardımçı olan Qaradağ rayon İcra Hakimiyyətinin, Qaradağ rayon Gənclər və İdman İdarəsinin, Heydər Əliyev Mərkəzinin, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun rəhbərliklərinə təşəkkürünü bildirdi, uğurlar dilədi, yaxın günlərdə müəllifi olduğu yeni layihəni Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Heydər Əliyev” Parkında ictimaiyyətin nəzərinə çatdıracağını vurğuladı.Bakı Qızlar Universitetinin tələbəsi, gənc xanım Nübar Abbasova müəllifi və rəhbəri olduğu “Kimsəsizlər uşaqlar”, Azərbaycan və Dünya çempionları Samir Şərifov və Camal Hümmətli “Birinci Olimpiya oyunları”, Zamanova Zəriha “Bələdiyyə seçkiləri”, “Heydər Əliyev və Müstəqil Azərbaycan” inşa yazısının qalibi, gənc yazar Hüseyn Hüseynzadə “Yol hərəkəti qaydaları haqqında”, Bakı Dövlət Universitetinin I kurs tələbəsi İlkin Abdullayev “Erkən nigah haqqında” hazırladıqları layihələr haqqında bilgiləri tədbirdə iştrak edən qonaqlara sundular.Daha sonra Qaradağ rayon İcra Hakimiyyətinin başçısının müavini Təranə İsmayılova Qaradağ rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılovun imzası ilə təsdiqlənən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyil ilə həyata keçirilən “Qaradağ Rayon Gənclərinin Liderlik Bacarıqlarının və Könüllülük İnkişaf Etdirilməsi” layihəsində iştirakına görə fərqlənən gənclərin hər birinə Sertifikat təqdim etdi və uğurlar dilədi.Tədbirin sonunda xatirə şəkilləri çəkdirildi.
    Qaradağ rayon İcra Hakimiyyətinin başçısının müavini Təranə İsmayılova tərəfindən Sertifikatlar təqdim edilən rayon gənclərinin siyahısı:
    1.Asif SƏLİMOV
    2.İlkin ABDULLAYEV
    3.Nübar ABBSOVA
    4.Kübra ƏLİYEVA
    5.Aysel QƏRİBOVA
    6.Aynurə KƏRİMOVA
    7.Gülnar NƏZƏROVA
    8.Ramiz YUSİFOV
    9.Camal HÜMMƏTLİ
    10.Gülxar HÜMMƏTLİ
    11.Murad ƏLİYEV
    12.Emin ŞIXƏLİYEV
    13.Zamanova ZƏRİHA
    14.Validə HEYDƏROVA
    15.Xəqani MƏNSİMOV
    16.Leyla ƏSƏDULLAYEVA
    17.Elvin ABİYEV
    18.Sarvan HACIYEV
    19.Hüseyn HÜSEYNZADƏ
    20.Samir ŞİRİNOV
    21.Esmira XƏLİLOVA
    22.Cavanşir EYVAZOV
    23.Vəliyulla QASIMOV
    24.Alim QULİYEV
    25.Kənan AYDINOĞLU
    26.Qulu ƏLİYEV

  • Heydər Əliyev Mərkəzində möhtəşəm tədbir düzənlənəcək

    20140723_105652

    Gündəlik İnformasiya Agentliyinin Mətbuat xidmətinin Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalına istinadən yaydığı məlumata görə, avqust ayının 4-də Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində Qaradağ rayon İcra Hakimiyyətinin, Qaradağ rayon Gənclər və İdman İdarəsinin, Heydər Əliyev Mərkəzinin, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən ” Qaradağ Rayon Gənclərinin Liderlik Bacarıqlarının və Könüllülük Fəaliyyətinin İnkişaf Etdirilməsi” layihəsi çərçivəsində
    sayca beşinci və sonuncu seminar keçiriləcək. Kütləvi informasiya vasitələrinin nümayəndələri də iştirak edəcək.

  • Zamiq MEHDİSOY.”Atəşkəsə etiraz” (Yeni şeir)

    10589568_1510017932549171_2138316527_n

    Başımızın altına qoyub “atəşkəs” yastığı,
    20 ildən çoxdu yutdular milləti.
    Bəsdi daha bu qədər mışıl-mışıl yatdığın !
    Daha oyanmaq vaxtıdı,bir qərar verək qəti!
    Sülh deyə-deyə bizi qeyrətsiz edəcəklər,
    Hakimiyyət naminə hər yola gedəcəklər.
    Qarabağsız yaşamağa öyrəşdirirlər bizi,
    Gündə bir şəhərcik salıb yerləşdirirlər bizi .
    Bu saxta nəvazişə,qayğıya inanmayın!
    Vəddən başqa nə veriblər?
    Boş sözdü,inanmayın,
    Qarabağı danışıqla geri qaytarmaq olmaz !
    Erməni qarşısında bəsdi aciz göründük!
    Bəsdi BMT-lərdə,ATƏT-lərdə süründük !
    Onlar bizə torpaqmı alıb geri verəndi?!
    Hamısı baş qatmaqdı,hamısı boş vədlərdi…
    Gör nə qədər şəhid verdik biz bu 20 ildə,
    Savaşsaydıq itkimiz heç bu qədər olmazdı !
    Bəsdi vətən sevgisini bəyan eylədik dildə,
    Əməldə sevənlərin sayı təəssüf ki,azdı…
    Amma Mübariz kimi 100 igid olsa yetər,
    Gedib hət da alarıq düz İrəvana qədər.

  • Gülnarə SADİQ.”Ağlama, Şəhid Anası!” (Yeni şeir)

    03-300x225

    Sil göz yaşlarını,ağlama heç vaxt,
    Şəhidlik ucadan ucadır,ana.
    Toyumçün aldığın o tər xınanı
    Qoy ağ saçlarına elə gəl, ana.
    Uca tut başını,əymə heç zaman,
    Yanımda gözlərin gülsün,ay ana.
    Yarıma de məni gözləməsin o-
    Mən gələ bilmirəm o gəlsin,ana.
    Söylə ağlamasın mənsiz gecələr
    Ulduzla yolladım eşqimi,ana.
    Onu tənha qoyub gedərəmmi heç,
    Nəfəsimi köksünə həkk etdim,ana.
    Sən gəl heç darıxma,nigaran qalma,
    Mən ərşin qoynunda xoşbəxtəm,ana.
    Kor bir qurşun dəydi qəlbimə mənim,
    Ruhum səmalara ucaldı, ana.
    Cismimi bürüyüb yumşaq ipəyə,
    Mələklər cənnətə apardı,ana.

  • Gülnarə İSRAFİLQIZI.”Şəhidlər Xiyabanı” (Yeni şeir)

    234435423665547648

    Şəhidlər xiyabanı,
    Sıralanıb baş daşı.
    Sağa-sola yazılib,
    İngilisin yaddaşı.
    Mənim qanlı tarixim,
    Onun xoş mənzərəsi.
    O hər addım dayanır,
    Lentə alır məscidi,
    Daşa dönmüş hər kəsi…
    Toz basıb məzarlığı,
    İtib şəhidin adı.
    Bir azca aşağı bax,
    Üçbucaq otracaqda,
    Qucaqlaşıb vətənin,
    Neçə gənc övladı.
    Öpüşlərə qərq olub,
    Ağacın kölgəsində.
    Zülmət doğub eləbil,
    Bütün yer kürrəsində.
    Bir az məşələ tərəf,
    Bir çayxana açılıb
    İngilisin şəninə.
    Heç oxşamır o qədim,
    Bakı şəhərinə.
    Gödək don geyinib qız,
    Yellənir ürkək-ürkək.
    Əllərilə saxlayır,
    Qaldırmasın yuxarı,
    Hərdən bir şıltaq külək.
    Menyular əcnəbinin,
    Dilində tərtib olub.
    Fincanın dibindəki,
    Qəhvə sanki soğulub.
    Ofisiant oğlan,
    İngiliscə danışır.
    Babamın sümükləri,
    Neft quyusunda yanmış…
    Hər gün yenə alışır.
    Ümidim dönür geri,
    Boylanır şəhidlərə.
    İlişir düşüncəm,
    Öpüşənlərə…

  • Gülnarə İSRAFİLQIZI.”Şəhidliyin mübarək” (Yeni şeir)

    234435423665547648

    Yaralı millətim,
    Şəhidliyin mübarək xalqım.
    Dik başını aşağı dinmə,
    Acıları çək gözünə,
    Çək üzünə, çək sinənə,
    Sənin acılarından kimə nə?!!!
    Musiqilər bəzəyir efirləri,
    Göbək at oyna,
    Gəlmə şəhidlik oyununa,
    Yoxsa kəfən biçilər boyuna.
    Ömrünün astanasında,
    Qara kağız…
    Yağ buluddan torpağa hop,
    Şəhidliyin zirvəsinədən qop.
    En aşağı şimşək kimi,
    Yandır özünü, alovla dərdini,
    Çıxart dərini.
    Sifətini dəyiş, yat yuxularda.
    Yuxuların çin olsun.
    İstəyirsən yerin təbəqəsinə en,
    Göyər çıx daşların arasından.
    Yada
    Keç güzgü qarşısına,
    Dükandan alma oyuncaq.
    Nə edirsənsə et,
    Özündən çıx, özündən get.
    Yıxıl, səril torpağın üstünə
    Üç rəngli bayrağı çək,düşüncənə,
    Bağlansın dilin.
    Mübarək olsun,
    Zirvədən enən,
    Səni torpağa gömən şəhidliyin.

  • Qaradağ rayon Gənclər və İdman İdarəsinin növbədənkənar toplantısı keçirilib

    20140723_105652

    20140802_135918

    20140802_135920

    20140802_135927

    20140802_135931

    2 avqust 2014-cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində Qaradağ rayon Gənclər və İdman İdarəsinin növbədənkənar toplantısı keçirilib.Toplantıda Qaradağ rayon Gənclər və İdman İdarəsinin sədri Elçin Hüseynov, Baş məsləhətçi İlqar Qasmımov, Heydər Əliyev Mərkəzinin direktoru Hicran Hüseynova, “Gələcəyə Doğru Gənclərin İnkişafı” İctimai Birliyinin sədri Asif, Bakı Qızlar Universitetinin tələbəsi, gənc xanım Nübar Abbasova, “Gənc Ədiblər Məktəbi”nin üzvü, gənc yazar Kənan Aydınoğlu, “Heydər Əliyev və Müstəqil Azərbaycan” inşa yazısının qalibi, gənc yazar Hüseyn Hüseynzadə və digər qonaqlar iştirak ediblər.Tədbiri giriş sözü ilə açan Qaradağ rayon Gənclər və İdman İdarəsinin sədri Elçin Hüseynov ilk növbədə tədbir iştirakçılarını salamlayıb, sonra isə gənclərin müəllifləri olduqları layihələrinin gerçəkləşməsi üçün lazım olan köməkliyin göstərilməsi konusunda bilgilər verib, ictimai həyatda fəal olmağa çağırıb.Daha sonra Qaradağ rayon Gənclər və İdman İdarəsinin Baş məsləhətçisi İlqar Qasımov da öz növbəsində tədbir iştirakçılarını salamladıqdan sonra Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə gerçəkləşdirdiyi layihələr haqqında tədbir iştirakçılarını məlumatlandırdıqdan sonra avqust ayının 4-də Heydər Əliyev Mərkəzində Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun iştirakı ilə gerçəkləşəcəyi, seminarda iştirak edib layihələrini hazırlayan hər bir gəncə İcra başçının imzası ilə Sertifikat ilə təqdim olunacağını, mükafatlandırılacaqlarını qeyd etdi.Daha sonra Heydər Əliyev Mərkəzinin direktoru Hicran Hüseynova da öz növbəsində tədbir iştirakçılarının fikirlərini dinləyərək öz fikirlərini və təkliflərini bildirdi.Sonda xatirə şəkilləri çəkdirildi.

  • Gülnarə İSRAFİLQIZI.”Düşüncələr inkişaf etməlidir…” (Köşə yazısı)

    234435423665547648

    Müasir texnologiyadan əvvəllər istifadə etmirdim ona görə ki, bu texnologiyanın haram olduğunu demişdilər.Və elə bir gün oldu ki, həmkarlarımın, dindarların da, texnologiyadan istifadə etdiyinin şahidi oldum.Və mən də istifadə etdim.Elə bilrəm ki heç də səhf etməmişəm.Dəyərli, hörmətli insanlarla burda tanış olmuşam bunun nəyi pis ola bilər axı?!!!
    Onda belə çıxır ki, bu insanlar bir baxtı atdan eşşəkdən istifadə ediblər.Babalarımızın dövründə.İndi artıq maşından istifadə etməsinlər. Bir vaxtlar məktub yazırdılar qasid ünvanına çatdırırdı indi qəti mesaj yazmasınlar. Bir vaxtlar şunurla radio istifadə olunurdu sonra gərək televizordan, ondan sonra da krosnudan, indi isə kompüterdən istifadə etməsinlər. Skapla xarici ölkələrlə danışmasınlar. Sayıtlarda, yutubda vidiolarını yerləşdirməsinlər. O vaxtlar cahil ərəblər qadından istifadə edib sonra isə qız üşaqlarını diri- diri dəfn edirdilər. Allah Qurani-kərimdə qadınların məqamını qaldırdı. Bunu sübut gətirir dindarlar ki, niyə qadınlardan peyğəmbər olmayıb əgər qadınlardan peyğəmbər olmayıbsa demək ki, qadınların məqamı aşağıdır. Sizcə əgər Allah qadınları aşağılamış olsaydı yaxud kişiləri ondan üstün etmiş olsaydı, Allah ədalətsiz olmazdımı. Biz isə deyirik ki, Allah çox ədalətlidir. Mən bir hicab kitabı oxumuşdum orda hicablı qadının kosmosa çıxmasına icazə verilirdi. Əgər bir hicablı qadın kosmosa çıxa bilmirsə. Amma həmkarları ilə uğurlarını bölüşürsə burda nə qəbahət var?.
    Allah-taala heç kəsi bir-birindən artıq yaratmayıb nədə əksik…necə olur kişilər internetdə öz şəkillərini paylaşa bilir hicablı qadınlar paylaşa bilməz. Özü də müxtəlif formalarda. Gəlin görək əgər bu islam dinidirsə bəs Allahın ədalət sifəti harda qalıb. Demək onda Allah çox ədalətsizdir. Kişilərə hər şey olar qadınlara yox. Hələ elə saxta hədislər təhrif olunmuş rəvayətlərə əsaslanırlar ki, insan qadın olduğuna nifrət edir. Amma gəlin görək qadın necə bir varlıqdır. Əgər qadın olmasa həyat da olmazdı. Həyat sözünün özü ərəb sözüdür özü də qadın cinsində. Həmçinin axirət sözü də ərəbcə qadın cinsindədir. İndi onun açıqlamasını yazmıram amma zaman gələcək onu da yazacam…
    Baxın mənim bu iradlarım əlbətdə ki, mədrəsə, məscid əhlinin xoşuna gəlməyəcək. Ona görə ki, mədrəsə və məscid əhli öz nəfslərərinə uyğun hərəkət edə bilməyəcəklər…
    Yaxşı olar ki, axundlar və mollalar özlərinə sərf edən şəkildə danışmasınlar… Xeyir ola niyə avropa ölkələri hər şey kəşf edir. Bir müsəlman dövləti hələ heç nə ixtira etməyib.Çünki avropa Quranı elm kitabı kimi qəbul edib bəhərlənir. Bizimkilər isə Allaha dua etmək, avazla oxumaqla, bir iki fikir bildirib müəyyən dərəcədə açıqlama verməklə kifayətləniblər. Olmazmı ki, bir şeyi də avropa müsəlmanlardan götürsün?.
    Bu gün ən geridə qalmış şüur müsəlmanların şüurudur. Birinə də bir söz deyəndə qəbul etmir. Niyə? çünki sərf etmir. Məscidlərin qabağındakı nəzir qutuları yığılar. Mollaların bazarı bağlanar 5 manat verib ölülərə Quran oxudan olmayacaq. Halbu ki, Quranda heç bir ayə ölü üçün gəlməyib hamısı dirilərin həyatının gözəlləşməsi üçün göndərilib…

    İslam dini insanları dar çərçivəyə salmaq üçün deyil.Əksinə azdalıq haqq ədalət sevgi sayğı rəhmət insanların bir-birnə dəstək olması ilə yanaşı gözəl şəkildə yaşaması üçün qapılar açır…
    Hicab isə təkcə örtük xarakteri daşımır. O vacib əməllərdən, Qurani- kərimin nur surəsinin 31-ci ayəsidir. Burda da hər kəs ixiyar sahibidir. Peyğəmbərimiz heç kəsə islam dinini məcbur qəbul etdirmədi. Əksinə sevdirdi. Günümüzdə hicabı bu cür təqdim etməklə heç kəs hiabı sevməz. Hicab azadlıqdır. Hicab dar çərçivəyə girmək deyil. Bu gün cəmiyyətdə hicablı qadınlara çox ehtiyac var. Nəinki hicablı qadınlara mənəvi dünyası zəngin olan əxlaqlı namuslu qadınlara…
    Bizim dövlətimiz namussuzluqla inkişaf edə bilməz. İslami və Milli dəyərlərimiz qorunub saxlanmalı onunla yanaşı da düşüncələr inkişaf etməlidir…

  • Fidan ABBASOVA.”Səsini dinləməyi sevirəm” (Yeni şeir)

    Fidan Abbasova.jpg

    Səsini dinləməyi sevirəm,
    gözlərinə baxmağıda, əllərindən tutmağıda,
    yuxumda xəyal olsa belə varlığınla yatmağıda sevirəm.
    Yanımda olmasanda, uzaqdan boylansamda,
    sabahları sən deyib uyansamda anlamsız kəlmələr qursamda yenə səni sevirəm.
    O sakit danımağını, hər sorduğumda bilmirəm
    sən danış deyə alışmağını
    hər dəyqə mənimlə küsüb barışmağını belə çox sevirəm.
    Mənə dəliyəm deyirsən , hər kəs deyir bilirəm
    bəlkəmdə dəliyəm
    ama bunu əsla unutma əgər səni sevmək dəliliksə mənə gülsələr belə
    yenə səni çox ssevirəm……………………..

  • Esmira ƏLİYEVA.”Sizə görə sevgi….?” (Köşə yazısı)

    10589572_755831271126469_2084321184_n (1)

    İnsan dəyişir; O ,aldandığını öyrəndikdə,çox şey öyrəndiklərində, aşıq olduqlarında.Amma məncə həyatımızın ən vacib qərarı nöqtə qoymuşuqsa bir kərə onu vergülə çevirməyəcəyik.Nə sual qalmalı geriyə,nə də sualı əvəz edəcək işarət.Bəzən sənin qərarlarını dəstəkləməzlər ,amma zaman gələr sən haqlı çıxarsan.Ona görə yaşamaq gərək həyatı.Yaşayın ,bir gün haqlı çıxacaqsınız.Xoşbəxt olmaq üçün göz yaşlarından qorxmamaq gərək.Onlarla dostlaşdıqca zaman gələr sevincdən də ağlarıq.Bəzən mənasız bir mahnını ürəyimə yatacaq şəkildə evdə işlə məşğul olduğum zaman , öz-özümə zümzümə edirəm.O qədər olub ki,”-mış kimi…!”davrandım hər zaman.Güclüymüş kimi, canı yanmamış kimi, yaşayırmış kimi…İnsan çox sevdiyi halda niyə hər dəfəsində tərk edilir və umduqların niyə hər zaman sən rədd etdikdən sonra gəlir? Bilmirəm,amma cavabı maraqlı olardı.Bəzən bəzilərini həyatımın kənarında yerləşdirsəmdə əsla əvvəlki tək mərkəzində yer ala bilmir.Qadın əslində hər zaman nə istədiyini bilir.Onun qərarsızlığı sadəcə qarşısındakının tarazsızlığındandır.Bəzən bəzilərimiz insanların libaslarına görə hörmət edirik.Diksinirəm bəzən libası möhtəşəm olan birindən.İçində ucuz ət daşıyanın üstündəki keyfiyyəti mənə görə deyil.Dolub boşalan duyğularımı bəzən axarına buraxdım.Zorla həyata keçən heç bir şeyi sevmirəm.Mənim olanı Allah mənə nəsib etməli….İnad yaxşıdır,amma həddində.Bəzən inadçı biriyəm.Amma bəzən də əl çəkəcək nöqtənin yerinidə yaxşı bilmək gərək.Dünyada heç bir şey sevdiklərimin qəlb atışı qədər dəyərli deyil.Qəliz bir xasiyyətim var.Qısqancam.Qısqanclığımda darıxdığımda başlayır.Amma bəziləri var deyirlər ilk məhəbbət unudulmur.Yazımın əsas səbəbi də elə budur.Doslar “ilk məhəbbət “unudulur ya unudulmur?Məncə unudulur.İlk məhəbbət də adiləşir..Bəzən dəli divanə olub adına şeirlər ,hekayələr həsr etdiyin biri,bir sözlə səni ilhama çəkən birinin əslində bir xəyal olduğunu anlayırsan.Bəzən dünyanın ən çətin sənətidirki öz duyğularına tərcüməçi olursan.Allahım sən hər şeyi bilirsən.Belə oldusa belə olmalı imiş demeliyik.Mənim sevgim xəyal imiş…Mən toxunmadam sevdiyim birini məgərsə xəyali sevmişəmmiş.Öz əlimlə ürəyimə sevgi toxumları əkib becərərək onu bir cimsə sığdırmaqla məni sevən birinin sevgisinə inanaraq özümüdə bu sevgiyə inandırmışammış.Məgərsə mən cismən hec zaman sevməmişəmmiş.İlk sevgi mənim fikrimcə unudulur.İlk xəyal unudulmur.Onun ürəyimizə çəkdiyi ağrıları zaman keçdikcə təsirlənərək baxdığım bir filmin acı senarisinə ağladığım anlara bənzədirəm.Hər şey xəyaldır məncə.Hz .Mövlana demiş:
    Bir sevdaya düşəcəksən …
    O sevda quyu olacaq sənə
    Sən o quyuda Yusif olacaqsan
    Səbr edəcəksən,
    Sonunda sevdaya Sultan olacaqsan.

  • Gənclər Fondu tərəfindən yeni layihə

    pic

    Azərbaycan Respubllikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşacaq “Gözəllikləri əbədiləşdirin” layihəsinin iştirakçı seçiminə start verildi! Təlimi üçün fotoqrafiyaya həvəsi olan 18-25 yaş arası gənclərin axtarışına başlanıldı. İştirakçılara təlimçimiz və tanınmış fotoqrafımız Təranə xanım Allahquliyeva tərəfindən fotoqrafiya sənətinin əsasları, o cümlədən rəqəmsal fotoaparatların texniki xüsusiyyətləri, fotoqrafiyanın növləri və janrları, işıqlandırma, fotoqrafiya sənətinin bir peşə kimi istifadəsi öyrədiləcəkdir. Layihə 2 mərhələdə həyata keçiriləcəkdir. 1-ci mərhələdə nəzəri hissə, təlim keçiriləcək və gənclərin əldə etdikləri nəzəri biliklərin tətbiqi etmələri üçün praktik təlim, çəkilişlər təşkil olunacaqdır. 2-ci mərhələdə isə təlimdə iştirak edən gənclərin praktiki təlimlər zamanı çəkdiyi fotoşəkillərdən ibarət sərgi keçiriləcək. Əgər sizdə təlim iştirakçısı olmaq istəyirsinizsə və əl işinizin sərgidə nümayiş olmasını istəyirsinizsə o zaman cvlərinizi akbarovaturkan@gmail.com ünvanına göndərməyiniz və layihənin PR meneceri Türkan Əkbərova ilə əlaqə saxlamağınız xahiş olunur

  • “Bölgələrdən səslər” kitabının ikinci hissəsi nəşrə hazırlanır

    BplgelerdenSesler-yeni-kitab-300x201
    Dünya Gənc Türk Yazarlar Birliyinin həyata keçirdiyi «Paytaxtdan bölgələrə… Bölgələrdən paytaxta…» adlı layihə çərçivəsində «Bölgələrdən səslər» ədəbi toplusu işıq görəcək.Layihənin rəhbəri Dünya Gənc Türk Yazarlar Birliyinin İdarə Heyətinin Başqan yardımcısı, gənc xanım yazar Əfsanə Ələsgərlidir.
    Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə baş tutan layihə Azərbaycanın müxtəlif bölgələrində fəaliyyət göstərən yaradıcı gənclərin ədəbi örnəklərinin toplanması, istedadlı gənclərin daha geniş ədəbi mühitə təqdim edilməsi, paytaxt gəncləri ilə bölgədə yazıb yaradan yazarlar arasında ədəbi-mədəni ilişkilərin daha da intensiv və geniş xarakter almasını hədəf götürüb.

    Bölgələrdə yaşayan və topluda öz ədəbi örnəklərini görmək diləyində olan gənclər (30 yaşınadək) avqustun 15-dək dgtyb@box.az, efsanebayram@gmail.com və intiqam.cavansir@mail.ru elektron ünvanlara tələb olunan sənədləri Times New Roman 12 şrifti ilə göndərə bilərlər.

    Topluya başqa dövri nəşrlərdə çap olunmayan əsərlərin təqdim edilməsi arzu olunur.

    1. Bir ədəd şəkil

    2. Qısa özkeçmiş

    3. Poeziya (maksimum 7 örnək)

    4. Nəsr ( maksimum 3 örnək )

    Səsverməyə əsasən Münsiflər heyəti göndərilənlər içərisindən ən yaxşı hesab etdiyi poeziya və nəsr örnəklərini topluya daxil edəcək.

    Əlaqə telefonları: (050) 529-28-33, (050) 545-68-98

  • Esmira ƏLİYEVA.”GƏL ARTIQ, FƏRİDİM!”

    1797192_688422524534011_1035982214_n

    Bəlkə də tapacaqsan cavab
    Bütün suallarıma
    Azad olacaq sevgim
    Kinimdən ,qürurumdan
    Bilirəm aydınlıq olacaqsan
    Sən ,sən daha nələr
    Nələr olacaqsan….
    Ta uşaqlıqdan bəri
    Böyüyəcəm,ailə quracam,
    Oğlum olacaq mənim
    Adını” Fərid “qoyacam
    Deyə,xəyal edib
    İllərcə düşündüyüm,
    Bəzən əlçatmazımsan….
    Mən hiss etdim,amma
    Fəridim!…
    Hərdən qoynumda,
    hərdən yanımda
    Dünyaya gəlmədən gözümdə
    Gözünü çizdim.
    Gözlərimlə yalnız
    O gözü sevdim
    Gəl artıq gəl,Fəridim!
    Gəl dünyaya!
    Amma aldatmasın dünya
    Necə ki arzularımda
    Sən bir qəhrəman ,vüqarsansa
    Gəldiyin dünyada bu, fəxr
    Çəkilsin adınla qoşa.
    Böyüsən naz –nemətlə sən
    Sadəliyindən gen qalma
    Əlacsıza əlac ol
    Yıxılana balta vurma sən
    Çirkəfə bulanma,Fəridim!
    Gəl artıq gəl ,dünyaya
    Mən yerimi ,yurdumu bilim.
    Əlimə qələm alıb
    Yazdığım günlüyüm
    Mavi rəngi boyadığım sətrini
    Ümidlə altınını çizdiyim
    Məhz sənsən,sən ,Fəridim!
    Gəl artıq gəl!
    Gəl dünyaya!
    Simanı boylanan üfüqdə gördüm
    Ay işığında dədrləşib,baxışlarımla
    Aradım,ulduzlar arasında
    Səni məhz səni ,Fəridim!
    Gələcəyin dünyanı
    Bilki bir tək sənə dəyişdim.
    Bilmərsən ,Fəridim
    Necə içimə…
    Od kimi düşdün
    Bu dəfə də gəlməzsən
    Atəşimə bir daha
    Od vuracaqsan
    Bu ananı daha,nə qədər?!
    Həsrətdə qoyacaqsan?!
    Gəl artıq gəl ,Fəridim!
    Dinmir göz yaşlarım,ürək sirrim
    Daha arzular olmasın uzaq sahilim
    Gəl diksindim,
    Yarımçıq röyalardan
    Əlimi sənə uzadarkən
    Yarı yuxulu oyanmalardan.
    Çöldə bir uşaq “ana” deyərkən
    Gəlirəm,Fərid deyib
    Qaçmaq istəmişəm.
    Qəflət oyanmışam
    Yarı sərsəm güzgüdə ,
    Özümə baxarkən
    Elə özümdə,
    Simanı görmüşəm.
    Öz-özümlə söhəbtləşmişəm
    Olma hekayəm
    Olma nağılım,əfsanəm
    Gəl qurulu düzənim
    Gəl ,Fəridim!
    Gəl dünyaya
    Bir baxaq pəncərədən
    Bu qoca kainata!
    Mən səni ,Fəridim
    Sən dünyaya gəlmədən
    Sevdim!

  • Fidan ABBASOVA.Yeni şeir

    Fidan Abbasova.jpg

    Seyr etdim denizi derin baxışla
    dedimki ilahi meni bağışla
    Bir zaman burada sevdiyim vardı
    indi yerində bir acı qəm vardı
    o getdi həsrətin bağrı qubardı
    məni rahat burax çıxıb getmisən
    daha bu canımdan nə isdəyirsən….

    Mən sənsiz bir zaman dəliyə döndüm
    yanan bir şam kimi əriyib söndüm
    kim bilir günlərcə öldüm dirildim
    indi əsərinə baxmaq üçün sən
    bəlkədə kənardan gülüb keçirsən
    məni rahat burax çıxıb getmisən
    daha bu canımdan nə isdəyirsən….

    Dəyişib o yerlər mənimçün yaddır
    içimdə bir saxta sevgi ağrıdır
    gözümün önündə hər gün qaradır
    bilmirəm soyuq bir daşam bəlkədə
    bu sənsiz limanda doğma ölkədə
    məni rahat burax çıxıb getmisən
    daha bu canımdan nə isdəyirsən….

    Hər dəfə ürəyim sızlayanda mən
    yadıma düşürsən özüm bilmədən
    Fidanı günbə-gün sərgardan edən
    sənin intizarın olubsada bil
    bu sənə təsəlli dönüşüm deyil
    məni rahat burax çıxıb getmisən
    daha bu canımdan nə isdəyirsən….

  • Gülnarə İSRAFİLQIZI.”Ağdam” (Yeni şeir)

    234435423665547648

    Ağdam,
    Bir vaxt ağdın,
    Boş qalıb kəndlərin.
    Darma -dağın ətəyin.
    Başına od ələnib,
    Təpələrdən.
    Qan selləri,
    Yuyub-yuyub,
    Ağ sifətin gedib əldən.
    Mamır tutub daş çuxuru.
    Şəhid olub torpağının,
    Altı minlik qızı, oğlu.
    Neçə ildir əli bağlı,
    Yaş tutmusan…
    Çıx bu yasdan.
    Çıx bu rəngdən.
    Yazma əsər, yazma dastan.
    Sil torpaqla,
    Laxtalanmış, mamırlamış,
    Qanı bir bir.
    Özün qan ol.
    Ax bu xalqın damarına,
    Susan, yatan xalqı oyat,
    Xalqı dindir.
    Ya hökm edib,
    Yaddaşlardan,silsin səni.
    Ya dövr elə damarında..
    Buraxmasın ətəyini…
    Ağdam.

  • Gənclər Fondunun növbəti görüşü keçirildi

    20140723_102623

    20140723_102614

    20140723_105652

    20140723_112533

    20140723_112543

    20140723_112330

    20140723_112345

    20140723_112353

    20140723_112405

    20140723_112416

    20140723_112424

    20140723_112443

    20140723_112521

    23 iyul 2014-cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində Qaradağ rayon İcra Hakimiyyətinin, Heydər Əliyev Mərkəzinin və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun təşkilatçılığı ilə “Qaradağ rayon Gənclərinin Liderlik Bacarıqlarının və Könüllük Fəaliyyətinin İnkişaf Etdirilməsi” layihəsi çərçivəsində dördüncü seminar keçirildi.Tədbiri giriş sözü ilə açan Qaradağ rayon Gənclər və İdman İdarəsinin Baş məsləhətçisi İlqar Qasımov ilk növbədə düzənlənən tədbirdə iştirak edən hər kəsi salamladı, daha sonra sonra Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu haqqında olan bilgiləri sundu.Tədbirin təşkilatıçılarından biri olan Heydər Əliyev Mərkəzinin Direktoru Hicran Xəlilova da tədbir iştirakçılarını salamladıqdan sonra gəncləri bu tipli layihələrdə iştirak edib öz töhfələrini vermələrini məqsədəuyğun saydı. Sözü Qaradağ rayon Gənclər və İdman İdarəsinin sədri Elçin Hüseynova verdi.O da növbəsində Gənclər Fondunun maliyyə dəstəyilə ilə gerçəkləşdirilən layihələr haqqında danışdı, gənclərə yeni layihələr hazırlayıb Fonda təqdim etmələrini tövsiyyə etdi.Tədbirin gedişatında “Gənc Ədiblər Məktəbi”nin üzvü, gənc yazar Kənan Aydınoğlu Azərbaycan Respublikasında yaşayıb, ədəbi-bədii yaradıcılıqla məşğul olan gənc yazarların ədəb-bədii nümunələrini, poeziya örnəklərini, məqalələrini, poemalarını, publisistik qeydlərini və digər nümunələrini özkeçmişləri (tərcümeyi-halları) şəkilləri ilə birgə “Gənc yazarlar” adlı topluda cəmləşdiriləcək “Azərbaycanın istedadlı gənc yazarlarına dəstək” layihəsini gerçəkləşdirmək ideyasını irəli sürdü.Layihə tədbir iştirakçıları tərəfindən rəğbətlə qarşılandı.Ölkənin müxtəlif rayon və qəsəbələrindən tədbirə təşrif buyuran qonaqlar da öz növbələində rəhbərləri olduqları layihələr haqqında tədbir iştirakçılarını bilgiləndirdilər.Daha sonra rayon sakini Asif bəy Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun daxili imkanlarından, gerçəkləşdiriyi layihələr üçün ayırdığı qrantlardan, layihə hazırlamaq qaydasından danışdı.Növbəti sayca beşinci seminarın gələn həftə ərzində Heydər Əliyev Mərkəzində Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun iştirakı ilə gerçəkləşəcəyi, seminarda iştirak edib layihələrini hazırlayan hər bir gəncə İcra başçının imzası ilə Sertifikat ilə təqdim olunacağı vurğulandı.Tədbirin sonunda xatirə şəkilləri çəkdirildi.

  • Qaradağda 22 iyul – Milli Mətbuat günü qeyd olundu

    1(18) (1)

    2(18)

    3(17)

    4(12)

    5(10)

    22 iyul – Milli Mətbuat günü münasibəti ilə Qaradağ Rayon İcra Hakimiyyətinin akt zalında respublikanın qabaqcıl və tanınmış kütləvi informasiya vasitələri nümayəndələriylə görüş keçirildi.
    Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova bütün mətbuat nümayəndələrini 22 iyul – Milli Mətbuat günü münasibəti ilə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılovun adından ürəkdən təbrik etdi. Qeyd etdi ki, Azərbaycan milli mətbuatı özünəməxsus ənənələr yaratmış və şanlı jurnalistlər nəsli yetişdirmişdir. Mətbuatımızın yaradıcısı Həsən bəy Zərdabidən başlayaraq, günümüzə qədər böyük söz ustadları milli təfəkkürün inkişafı üçün misilsiz xidmətlər göstərmiş və öz qələmləri ilə xalqımızın maariflənməsinə böyük töhfələr vermişlər.
    Azərbaycanda demokratik mətbuatın formalaşmasında, azad fikrin ifadəsi yolunda ulu öndər Heydər Əliyevin həyata keçirdiyi islahatların əvəzsiz olmuşdur. Ümummilli lider Heydər Əliyev demokratik dövlət quruculuğu prosesində kütləvi informasiya vasitələrinin rolunu daim yüksək qiymətləndirmiş, Azərbaycanda senzuranın ləğvi və bir sıra digər tədbirlərlə mətbuatın inkişafına böyük dəstək vermişdir. Çox əlamətdar və xoş haldır ki, mətbuatımızın inkişafına, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsinə yönəlmiş siyasət bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən ardıcıl surətdə və daha geniş miqyasda davam etdirilir. Dövlət başçımızın sərəncamına əsasən KİV işçiləri üçün inşa edilmiş yaşayış binası bunun bariz nümunəsidir.
    Mətbuat işçiləri adından çıxış edən Nahid Canbaxışlı dövlətimizin başçısı Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və rayon rəhbərliyinə göstərilən diqqətə görə minnətdarlıqlarını bildirdi.
    Sonda mətbuat nümayəndələrinə mükafatlar təqdim olundu.

  • “SÖZ VƏ AMAL BİRLİYİ”

    10547700_613744768739602_6216850547649967794_n

    Türk dünyası yazarlarının almanaxı (Seriyalar şəklində, I hissə)

    Əziz oxucular, istəkli poeziyasevərlər, bədii yaradıcılıqla məşğul olan həmkarlar! Azad söz, sərbəst və bədii təxəyyülün ifadəsi olan poetik fakir daşıyıcıları daim xalqın görən gözü, yazan əli olub. Bu gün də belədir. Hətta, bu gün daha geniş imkanlar açılıb ki, Söz sərhədləri tanımadan xalqları, millətləri bir-birə sevdirsin, qovuşdursun. Yəni Mədəniyyətlərarası Dialoqa ehtiyacın ciddi duyulduğu bir zamanda biz qələm sahiblərini, əslində isə Türk dünyası yazarlarını bir araya gətirmək, onların yaradıcılığı ilə yaxından tanış olmaq və onları bir-birə tanıtmaq məqsədi daşyan “SÖZÜMÜZ VƏ ƏMƏLİMİZ BİR, AMALIMIZ BİRLİK. Türk dünyası yazarlarının almanaxı Seriyallar şəklində” adlı bir layihə tərtib etdik. İstərdik ki, bu layihəyə qoşulanların sayı az olmasın. Bu, möhtəşəm bir xalq diplomatiyası layihəsi hesab olunmalıdır. Dövələtimizin və xalqımızın humanizm siyasətinə dəstək kimi anlaşılan bu layihə reallaşarsa, biz ümumi ədəbi birliyimizə nail olarıq. Bu işdə sizi birliyə və həmrəyliyə səsləyirik. Layihədə bədii yaradıcılıqla məşğul olan həmkarlarımızı və türk dünyasının əli qələm, dili kəlamlılarını görmək istərdik. Hazırlanan bu toplu bir neçə seriyadan ibarət olacaq, inşallah! Layihədə iştirak etmək istəyənlərin nəzərinə onun şərtlərini təqdim edirik:
    1.Layihədə 18 yaşdan yuxarı bütün qələm sahibləri iştirak edə bilər.
    2.Əsərlərdə mövzu və janr məhdudiyyəti yoxdu.
    3.Layihədə siyasi, əxaqi dəyərlərə zidd, dini və milli ayrı seçkilik yaradacaq əsərlər qəbul olunmayacaq.
    4.İştirakçılar əsərlərini 20 sentyabr 2014 cü ilədək aşağıda göstərilən adreslərə göndərə bilər.
    5.Layihədə iştirak etmək istəyənlər layihə adına yaradılacaq hesaba 40 manat pul ödəməlidi.
    6.İştirakçılar NƏZM bölməsi üzrə dörd şeir,NƏSR bölməsi üzrə isə həcmindən aslı olaraq bir və ya iki yazı,qısa tərcümeyi hal göndərməlidi.
    7.Göndərilən hər bir əsər www.vehdet.org saytında son qəbul gününədək yayımlanacaq.
    8.Əsəri ən çox oxunan ilk üç iştirakçı ödənişsiz olaraq layihədə yer alacaq.
    9.Yetərli sayda iştirakçı olduğu halda Bakı və Gəncə şəhərlərində təqdimat günləri keçiriləcək.
    10.Əsərləri – Edebi-islami.vehdet@yandex.ru e-mail adresinə göndərə bilərsiz.
    11.Bütün sual,irad və məsləhətlərinizi bu adresə göndərə bilərsiz.

  • Gənc yazardan yeni layihə

    Qabil_edalet (2)

    Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Vətən sevgisi sərhəddə başlamır, sərhəddə birmir” layihəsinə start verir.Layihənin rəhbəri Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, AYB və DGTYB üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Qarabağ bölgəsinin ədəbiyyatı” bölməsinin Baş redaktoru, gənc yazar Qabil Ədalətdir.Layihə çərçivəsində Azərbaycan Respublikasında yaşayıb, ədəbi-bədii yaradıcılıqla məşğul olan gənc yazarların vətənpərvərlik ruhda ədəb-bədii nümunələri, poeziya örnəkləri, məqalələri, poemaları, publisistik qeydləri və digər nümunələri özkeçmişləri (tərcümeyi-halları) şəkilləri ilə birgə eyni adlı kitabda cəmləşdiriləcək.
    Yazılarının kitabda dərc olunmasını istəyən gənc yazarlar aşağıdakı ünvana müraciət edə bilərlər:

    E-mail: qabiledalet@mail.ru

  • Doğum gününüz mübarək!

    599309_181396122008274_890804868_n-225x300

    Gündəlik İnformasiya Agentliyninin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Mənə Anam əziz qədər olan İlahə xanımı doğum günü münasibətilə təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlı, xoşbəxtlik, işlərinizdə və ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir!

    Dərin hörmət və ehtiramla,

    Kənan AYDINOĞLU.

  • İlahə BAYANDUR.Həyatı və Yaradıcılığı

    İlahə BAYANDUR 1970-ci il iyul ayının 18-də Masallı rayonunda anadan olub.Ədəbiyyata, poeziyaya erkən yaşlarından maraq göstərir.Dövri mətbuatda şeirləri ilə çıxış edib.İlahə Bayandurun şeirləri “Sözün sehri”, “Möhtəşəm Azərbaycan”, “Sumqayıt Universiteti”, “Azad qələm” qəzetlərində, “Ziyalı Ocağı”, “Kümbet” dərgilərində, müsxətli ədəbiyyat, o cümlədən mədəniyyət və ədəbiyyat portallarında dərc olunub.
    “Sumqayıt Univesiteti” qəzetinin Baş Redaktorudur.“Ziyalı Ocağı” İctimai Birliyinin sədridir.“Gənc Yazarlar” Ədəbi Birliyinin Bədii Rəhbəridir.Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Direktorudur.
    2012-ci il fevral ayının 14-də İlahə Bayandurun təklifi ilə “Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək” layihəsini irəli sürən “Ziyalı Ocağı” İctimai Birliyinin elektron orqanı Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalı fəaliyyətə başladı.Azərbaycanın müxtəlif bölgələrindən olan gənc yazarlara dəstək olmaq, gənc yazarları ictimaiyyətə çatdırmaq məqsədilə müxtəlif günlərdə Portalın səhifələrindən yeni məlumatlar hazırlanıb ictimaiyyətin nəzərinə sosial şəbəkə vasitəslilə çatdırdı.
    2012-ci il sentyabr ayının 24-də Türkiyə Yazarlar Birliyinin Nümayəndə Heyətinin üzvləri tərəfindən ödüllərə layiq görüldü.
    2012-ci il oktyabr ayının 6-da “Ziyalı Ocağı” İctimai Birliyinin elektron orqanı Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Birinci Qurultayında Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalınn Redaksiya, Yaradıcı, Nümayəndə Heyətlərinin üzvü və Direktoru seçilmişdir.

    YETMİŞLƏ, SƏKSƏNLƏ VARAM DÖYÜŞDƏ

    Elə bil dünəndi uşaq olduğum,
    -Nə vaxt böyüyəcəm?-deyib dolduğum.
    Nə tez keçdi günlər, ötdü fəsillər,
    Oğurladı məndən ömrümü illər.

    İllər insafsız nə deyim ona,
    Aldadaraq məni girdi min dona.
    Telimə ağ çəkdi, saçıma daraq,
    Ötən gəncliyimdən verdilər soraq.

    Bir də ayıldım ki, yaş ötüb keçib,
    Əllini yavaşca adlayıb, biçib.
    Altmış yaşımı haqladım göydə,
    Yetmişlə, səksənlə varam döyüşdə.

    Qalib döyüşçüyəm həyat yolunda,
    Oğlum, qızlarım var sağım-solumda.
    Məni öz canı tək sevən yarın da,
    Doxsanca yaşımda olacam yanında.

    SALMISAN

    Hünərdən, qeyrətdən dərs söyləyənim,
    Yadından çıxarma, iki almısan.
    Torpaq paylayanım, el böldürənim,
    Tərlanın işini sara salmısan.

    Sənin nadanlığın tutdu gözünü,
    Pula həris idin, yedin sözünü.
    Indi ha qucaqla, bükük dizini,
    Milləti ağladıb, dara salmısan.

    Etdiyin nöqsanlar bağışlanmazdı,
    Elə bir dərd verdin, odda yanmazdı.
    Torpaqdan pay verən nadan, qanmazdı,
    Tarixin köksündə yara salmısan.

    Səni doğan xəcalət çəkər,
    Atanın dizləri sustalar, çökər.
    Torpağın haqq-sayı cismində itər,
    Dumanda azdırıb, qara salmısan.

    Bizi bu pislikdən çıxarmaq çətin,
    Başı dik dayanmaz, qorxaq millətin.
    Qalmışıq əlində zülmün, zillətin,
    Bu xalqın yolunu hara salmısan?!

    DOVŞAN ÜRƏKLİDİ TALEYİM, NEYNİM!

    Düşüncələr qoynunda itib-batıram,
    Fikrim axıb gedir, çaışb qalıram.
    Ötən günlərimi yada salıram,
    Dovşan ürəklidi, taleyim, neynim!

    Hürkütdünmü susar, dinməz, danışmaz,
    İncitdinmi. Ağlar, küsər, barışmaz.
    Su üzündə yağa dönər, qarışmaz,
    Dovşan ürəklidi, taleyim, neynim!

    Daşın daşdan keçən taleyi, baxtı.
    Zindan üzərində qurulub taxtı.
    Mələklər döçünə qırmızı taxdı.
    Dovşan ürəklidi, taleyim, neynim!

    Bu daş üərklilər yandırdı, yaxdı.
    İstehza eyləyib, qıyqacı baxdı.
    Beynimdə gurlayıb, şimşəklər çaxdı,
    Dovşan ürəklidi, taleyim, neynim!

    Baxırsan qızıldan vardır dirəyi.
    Məclislərdə başda durur yeməyi.
    Mənim daşdan çıxır duzum-çörəyim.
    Dovşan ürəklidi, taleyim, neynim!

    Eqoist deyiləm, kini sevmirəm.
    Olum onun kimi, inan, demirəm.
    Mən “qara daş” kimi haram yemirəm,
    Dovaşn ürəklidi, taleyim, neynim!

    FƏLƏK

    Nə hallara saldın məni, ey fələk,
    Ağlasam, göz yaşım eyləməz kömək.
    Yoxmuydu qəlbimdə bir arzu-dilək?!
    Əlindən neyləyim, bilmirəm, fələk?

    Niyə çatdırmadın istəyə, kama?
    Həsrətmi qalacam su dolu cama?
    Sən sınıq könlümü, ha sarı, yama,
    Əlindən neyləyim, bilmirəm, fələk?

    Gözlərim yollara həsrətlə baxar.
    Vüsal qollarıma qandallar taxar.
    Ünvanım düzsə də, çaşar, yad salar,
    Əlindən neyləyim, bilmirəm, fələk!

    Uğursuz bəndənəm bu yer üzündə,
    Şadlıq heç görünməz qamlə çöhrəmdə.
    Çağlar dərya təki yaş gözlərimdə,
    Əlindən neyləyim, bilmirəm, neynim!

    Ay mənə tikanlı məftillər hörən,
    Bu qədər qisasdan doymadın görən?
    Bu mən deyiləmmi ağılar deyən?
    Əlindən neyləyim, bilmirəm, fələk!

    HARA QAÇIM, HARA GEDİM?

    Dağlar dumana bələnər,
    Göydən yerə od ələnər.
    Dərdim üstə çilənər,
    Hara qaçım, hara gedim?

    Nə qarşımda yol açılar,
    Nə bu dumandan qaçılar.
    Beynimə ox tək sancılar,
    Hara qaçım, hara gedim?

    Qaranlıqdan nur saçılmaz,
    Dan ulduzu görsə, çıxmaz.
    Dərya məni udar, sıxmaz,
    hara qaçım, hara gedim?

    -Bəndənin ögey balası,
    Dözməlisən, döz qadası.
    Yandım, yandıqca yanası,
    Hara qaçım, hara gedim?

  • Əxlaqi degenerasiyaya çarə

    1405676128_vefa

    Gündəlik xəbər saytlarını izlədikcə başlıqlar insanı heyrətə gətirir: gənc qızlara təcavüz edilməsi, zorakılıq faktları, intihar hadisələri, özünə qəsd – özü də ən dəhşətli hallarda: özünü yandırmaq, doğramaq. Bundan başqa, milli konçitalar, sənət naminə soyunanlar və bunun kimi bir çox biabırçı, tragikomik hadisələr…
    Əxlaqi degenerasiya insanların beynini, ruhunu dondurub rəsmən.
    İnsanlar sevgisizlikdən caniləşib, zövqsüzlükdən bilmir nələr etsin, mənəvi çöküntüdən depressiv hadisələrin sayı-hesabı yoxdur.

    İnsanların ruhunu zənginləşdirəcək, yaşamaq sevinci gətirəcək, gözəl əxlaqı yaşamağa səbəb olacaq yeganə həll yolu Quran əxlaqıdır.
    Niyə Quran əxlaqı? Çünki insanlara edilən təlqin nəticəsində bir çoxu kor-koranə dünyaya gəldiyini, özbaşına olduğunu və təsadüflər nəticəsində də dünyadan köçüb gedəcəyinə inanıb. Belə bir dünyagörüşünə sahib olan insanın əsaslandığı gerçəklər, inanclar puçdur. Dünya həyatının bütün zövqlərini yaşayıb tükədir, nəticədə, heç nədən zövq almayan, davamlı kədərli, sıxıntılı bir həyata məhkum olur.
    Əlbəttə ki, özünün təsadüfən var olan kainatda təsadüfi bir yer tutduğunu düşünən bir insan gözünü belə qırpmadan cinayət törədə bilir. Heç kimə verəcək hesabının olmadığı üçün rahatlıqla müdafiəsiz insana təcavüz edə bilir.
    Allah`ın varlığını bilən, daim özünü gördüyünü, axirətdə etdiklərinin cavabını verməli olduğunu bilən birisi, əlbəttə, hər əməlinə diqqət edər. Zorakılıq etmək bir tərəfə, düşüncələrində belə insanlara haqsızlıq etməkdən çəkinər. Yaradılanı sevər Yaradandan ötrü. Bütün kainatı, canlı-cansız hər varlığı, dünyanı və bütün sistemləri Allah`ın yaratdığının şüurundadır inanclı insan. Ədaləti, sülhü, barışı bərqərar etməyə can atar. Gözəl əxlaqı yaşamağı və yaşatmağa vasitəçi olmağı özünə borc bilər.
    Əxlaqi dəyərlərə önəm vermək, leqal çərçivədə yaşamaq da insanın ülvi inanclara sahib olması ilə mümkündür. Halal dairəsində yaşamaq insanlara çətin görünə bilər. Lakin bunu çətin göstərən nəfsdir. Zinadan, əyyaşlıqdan, cinsi azğınlıqdan heç kim zövq alıb, xoşbəxt həyat yaşaya bilməz. Xoşbəxt kimi görünüb, özünü bu rola inandırmağa çalışar sadəcə. Ki, bütün maddi imkanlara sahib olduğu halda, depressiyadan əziyyət çəkən və intihara meyil edənlərin sayı minlərlədir. Allah Özündən uzaq düşənlərin sıxıntılı həyat yaşayacağını Quranda bildirib:
    Kim Mənim zikrimdən üz döndərsə, onun güzəranı sıxıntılı olar… (Taha surəsi, 124)
    Bir çox insan dini yaşayacağı təqdirdə həyatının məhdudlaşacağını düşünür. Halbuki, Allah Quranda dinin asan olduğunu, Quranı çətinlik çəkməyimiz üçün deyil, qaranlıqlardan nura çıxmağımız üçün nazil etdiyini bildirir. Dini çətin göstərən xurafatçı zehniyyətdir. Allah adına yalan danışan, Quranda olmadığı halda, yüzlərlə haram uyduran, halalları haram edən zehniyyət. Bidətlərdən uzaq, Allah`ın Quranda bildirdiyi İslam dinini yaşamaq çox asandır. İnsanı bir çox boyunduruqdan qurtaran, əsl azadlığı və xoşbəxtliyi yaşadan gerçək din əxlaqıdır. Allah ayələrdə qəlb rahatlığının, xoşbəxt həyatın sadəcə iman gətirməklə mümkün olacağını bildirir:
    Bunlar, iman gətirənlər və qəlbləri Allah`ı zikr etməklə rahatlıq tapanlardır. Bilin ki, qəlblər ancaq Allah`ı zikr etməklə rahatlıq tapır. ( Rəd surəsi, 28)
    Mömin olaraq yaxşı iş görən kişi və qadınlara, əlbəttə, gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq. ( Nəhl surəsi, 97)

    Bütün problemlərin qaynağı düşüncə tərzindədir. Həyata baxış bucağındadır. Dünyada qonaq olduğunu bilən, ev Sahibini də yaxşı tanıyar. Bu evin Sahibkarının hər qayda-qanununa da əməl edər. Hədəfi əsl yurdu axirətə ən gözəl şəkildə qayıtmaq olan birisi hər an, hər əməlinə, hər düşüncəsinə diqqət edər.
    Bunları edərkən Allah`ın sevgisini qazanmağı hədəf alar. Əks halda, Onun razılığından uzaq düşməkdən çəkinər. Pis əməllərdən çəkinməsinin səbəbi Allah`ın özünü tərk edəcəyi və Onun sevgisindən uzaq olacağı qorxusu olar. Bu qorxu hörmət və sevgi dolu qorxu olar.
    Dolayısilə, başıboş olmadığını bilən, məsuliyyətinin şüurunda olan insan həm öz daxili aləmini gözəlləşdirər, həm də ətrafına gözəllik bəxş edər. İstər gündəlik həyatda, istərsə də, sosial şəbəkələrdə hər yazısı, hər cümləsi sevgi və hikmət dolu, faydalı və ali məqsədli olar.

    Vəfa Kərimzadə

  • Məşhur amerikalı aktyor və rejissor Stiven Siqal (Steven Seagal) Adnan Oktar ilə görüşdü

    1405667532_10517206_631139897001388_1930268643641288122_o

    Avropa qastrolu çərçivəsində konsert vermək üçün İstanbula gələn məhşur musiqiçi və aktyor Stiven Siqal A9 TV-də hər gün canlı efirə çıxan Cənab Adnan Oktar ilə görüşüb.

    İlkin tanışlıqda Adnan Oktar məşhur müğənninin üz ifadəsindən onun çox təmiz, sakit və təvazökar biri olduğunu söylədi. Adnan Oktar, bu iltifatlardan çox məmnun olduğunu bildirən Stiven Siqala “Yaradılış Atlası” adlı kitabını hədiyyə etdi. Məşhur müğənni “Yaradılış Atlası”nın möhtəşəm bir kitab olduğunu və Adnan Oktarın bütün kitablarının fövqəladə olduğunu, kainatın sirlərini əhatə etdiyini bildirdi. Daha sonra Adnan Oktarın əsərlərindən bəzilərini ətraflı oxumaq və araşdırmaq üçün 3-4 həftə vaxt ayıracağını söylədi.

    Görüş zamanı Adnan Oktar dünyanın qan gölünə çevrildiyini, sülhü və əmin-amanlığı bərpa etməyə çalışanların azlıq təşkil etdiyini, lakin güclü olduqlarını söylədi. Stiven Siqalın da bu insanların arasında olduğunu, yaxın gələcəkdə yaxşı və sülhsevər insanların bir araya gələcəklərini, dünyanın əsl sahiblərinin onlar olduğunu ifadə etdi. Stiven Siqal “tamamilə haqlısız” deyərək Adnan Oktarın bu sözlərini təsdiqlədi.

    Blues tərzində yaratdığı musiqilərlə də tanınan Stiven Siqala Adnan Oktar blues tərzini çox bəyəndiyini və onun əsərlərindən bir çoxunu dinlədiyini söylədi. Məşhur müğənni “Musiqi Allah’ın dilidir. Çünki insanların ortaq şəkildə anlaya bildikləri tək dildir” dedi. Siqal Ramazan ayında İstanbulda olduğu üçün çox xoşbəxt olduğunu ifadə etdi. Adnan Oktar “müharibələrin və terrorun bitdiyi çox gözəl bir dövrün gələcəyi”nin müjdəsini verdikdə, Siqal “Mən də belə bir dövrün gəlməsini gözləyirəm. Az əvvəl də qeyd etdiyim kimi, musiqini seçməyimin digər səbəbi də sülhü, sevgini və xoşbəxtliyi yaymağa çalışmaqdır” dedi.

    Söhbətin sonlarında Adnan Oktar belə mahir bir rejissor, musiqiçi və aktyor ilə tanış olmaqdan duyduğu məmnuniyyətini ifadə etdi. Siqal isə yenidən Türkiyəyə gəlmək istədiyini və Adnan Oktar ilə yenidən görüşmək istədiyini söylədi. Ayrıca, Adnan Oktarın söhbətlərinin çox səmimi olduğunu ifadə etdi. Adnan Oktar Siqala çox xüsusi bir təsbeh və Osmanlı tombağı hədiyyə etdi.

  • Allah hz.Muhəmmədə Qurandan başqa heç bir kitab göndərməyib

    1405586003_ramil-rustamov

    Məclislərdə mühafizəkar və ya radikal yönümlü bəzi “alim”lərin söhbətinə müdaxilə edib “axı bu Quranda yoxdur” deyə bildirdikdə hər zaman şablon cavablar gəlir. “Quranı yetərli deyil” və ya “Quranı oxusaq da anlamarıq”. İnsanlara bu fikir o qədər təlqin onunur ki, hətta namazın sözlərini əzbərləyən birinə namazın qılınma forması və Quranın yetərli olmadığı paralel öyrədilir. Özünü cəhalətə məhkum etmə desən də təlqinlərin yaratdığı çərçivədən baxır sənə. Yad gəlir sözlərin ona.

    Onlara: “Allah’ın göndərdiyinə (Qurana) tabe olun!” –deyildiyi zaman, onlar: “Biz ancaq atalarımızın getdiyi yolla gedəcəyik!” –deyirlər. Bəs ataları bir şey anlamayıb doğru yolda deyildilərsə necə? (Bəqərə surəsi, 170)

    Hər peyğəmbərin vəfatından sonra din təhrif olunmağa başlayır, təhrif olunan dini yeniləmək (ehya) üçün Allah elçilər göndərir. Hz. Yusifin vəfatından sonra Misirdəki bütpərəstlərin dinini özlərinə din edən İsrailoğullarına Allah hz.Musanı göndərir. İsrailoğullarını əsarətdən qurtarıb haqq dini onlara anladan hz.Musa cəmi 40 gün ümmətdən ayrı qalır, nəticədə ümmət buzov heykəli düzəldərək şirk inancını yaşamağa başlayır. Musa Peyğəmbərin vəfatından sonra çox vaxt keçmir ki, ümmət haqq dindən uzaqlaşır, Allah’ın ayələrini dəyişdirir və dini təhrif edirlər. Zaman keçir, ancaq eyni hadisələr yaşanır. Bu dəfə Allah’ın hz.İsaya vəhy etdiyi İncil dəyişdirilir və bir müddət sonra haqq dinlə əlaqəsi olmayan üçləmə inancı (təslis) yaranır.

    Təhrif olunan dinin dindarları isə Allah’a və dinə çox bağlı olduqlarını deyir, özlərinin uydurduğu, Allah’ın dində şəriət olaraq təyin etmədiyi qaydaları qatı şəkildə yaşayır və özlərindən əvvəl də Peyğəmbərin bu cür ibadət etdiyini iddia edirlər. Belələri özlərini nə qədər təqva saysalar da, Allah qatındakı dəyərləri “Cumuə” surəsinin 5-ci ayəsində belə bildirilir.
    Tövrata əməl etməyə mükəlləf olduqdan sonra ona əməl etməyənlərin halı kitab yüklü eşşəyin halına bənzəyir… (Cumuə surəsi, 5)

    Hətta hz.Muhəmmədin dövründə Dırar adlı məscid qurub insanlara “biz daha təqvayıq” və “din belə yaşanar” deyərək münafiqlik edənlər var idi. Peyğəmbərimiz sağ ola-ola bunu edən zehniyyət peyğəmbərin vəfatından sonra dini təhrif etmək üçün nələr etməzdi ki. Peyğəmbər adına hədis də uydurardı, rəvayətlər də nəql edərdi. “Fussilət” surəsinin 42-ci ayəsində də deyildiyi kimi, Quran təhrif oluna bilməz və Allahın qorumasındadır.

    Nə öncə, nə də sonra batil ona yol tapa bilməz. O, hikmət sahibi, şükrə layiq olan tərəfindən nazil edilmişdir. (Fussilət surəsi, 42)

    Bəs Quran təhrif oluna bilmirsə, qiyamətə qədər insanları haqq yoldan azdırmağa çalışan şeytanın missiyası bitirmi? Əlbəttə ki, yox. Tövrata, İncilə insan sözü qatıb Allahın hənif dinini dəyişdirən və şirk inancını haqq din kimi qəbul etdirən şeytan və yandaşları bu dəfə müsəlmanlar arasında ixtilaf yaratmağın yolunu Quranı dəyişdirə bilmədiklərinə görə hz.Muhəmməd (səv) adından hədislər və rəvayətlər nəql etməkdə gördülər. Nəzərə alınmalıdır ki, bu rəvayətlərin ən tez kitab halına salınmış forması Peyğəmbərimizin vəfatından 250 il sonra hazırlanıb. Deməli hal-hazırda ümmət 3 əsr boyunca dildən-dilə, nəsildən-nəsilə şifahi yolla nəql olunan rəvayətlərin kitab halına salınmış formasını (hədis kitablarını) İslamın əsas qaynağı hesab edir bu rəvayətlər Peyğəmbərin ağzından çıxmış kimi dinə tətbiq edir. Bu rəvayətlərə etibar etməsən, Quranda qarşılığı yoxdur desən peyğəmbərin sözünə əməl etmirsən damğasıyla damğalanırsan. Bəzən bu rəvayətləri də Quran ayələri ilə təsdiqləməyə çalışırlar. Peyğəmbərin adından, hər hansı alimdən və ya hər hansı qaynaqdan hədis göstərilir, bizə deyilir ki bax ha Quranda peğəmbər nə verirsə alın hökmü var bəs Səhihi Buxaridə və ya Biharul Envarda və s. qaynaqda bu hədis var-demək ki bunu yaşamalıyıq. Əsla belə deyil. Birincisi, ”Loğman” surəsinin 27-ci ayəsində Allah özünü kəlmələri tükənməz bir Yaradıcı kimi təqdim edir. Kəlmələri tükənməz olan Rəbbimiz əgər Quranı yetərli görməsəydi, nazil etdiklərinin 2 qatını nazil edərdi. İkincisi, Quranda rast gəlinməyən, amma İslam adına yaşanan ibadət formaları və hökmləri niyə Quranda görmürük? Əgər bu hökmlər və ibadət formaları Allahdandırsa, bəs bunlar nə vaxt vəhy edilib ki, Qurana salınmayıb? Quranda olmayan, ancaq İslam adına yaşanan hökmlərin, ya da Quran ruhuna zidd olan hədislərin qaynağı nə Peyğəmbərdir, nə də ki Allah. Əgər bu hədislər də vəhydir desək, Allaha iftira atmış olarıq. Çünki Allahın hz.Muhəmmədə yeganə vəhyi Qurandır. Peyğəmbərimiz özü də islamı ayələr vəhy edildikcə öyrənib və bu proses 23 il davam edib. 40 yaşında vəhy alan Peyğəmbərimiz 63 yaşınnda vəfat etmişdir. Bu o deməkdir ki Peyğəmbərimiz belə 50 yaşında olanda İslamı tam anlamı ile bilmirdi, çünki hələ irəlidə peyğəmbərin xəbərsiz olduğu, 13 il boyunca nazil olunacaq ayələr var idi. Allah ona yeni ibadət formaları və hökmlərini yeni ayələrlə açıqlayana qədər aldığı vəhylərdən formalaşan dini yaşamaq və insanara anlatmaqla mükəlləf idi. Peyğəmbərimiz bir dəfə savaşa qatılmamaq üçün ondan izin istəyənlərə qarşı İslamın tutumunu bilmədiyi, yəni savaş hökmlərini ehtiva edən ayələr ona vəhy edilmədiyi üçün savaşa qatılmamaq istəyənə izin verdiyi üçün Allah onu xəbərdar edir peyğəmbərin bağışlanma diləməsini istəyir.
    Allah səni bağışlasın. Doğru danışanlar sənə bəlli olmadan, yalançıları tanımadan əvvəl nə üçün onlara izin verdin? (Tövbə surəsi, 49)
    O, kefi istəyəni (havadan) danışmır. Bu, ancaq (Allah dərgahından) nazil olan bir vəhydir. (Nəcm surəsi 3,4)
    Bu ayə də Quran ayələrini Peyğəmbərin uydurduğunu (Tur surəsi, 33) iddia edənlərə bir cavabdır.
    Peyğəmbərimizin vəfatından sonra hər əsr 5-10 alimin və ravinin kitabının özlərindən sonrakı nəslin İslamın ən mötəbər qaynağı kimi dəyərləndirdiyini nəzərə alsaq 1400 ildən sonra ümmətin halını siz təsəvvür edin. 10 minlərlə kitab, minlərlə fərqli fikir. Hər fikir də özünün haqlı olduğunu, Peyğəmbərin də dini vaxtilə belə yaşadığını deyir. Allah dəstəmaz haqqında cəmi 2 ayə endirdiyi halda, təkcə dəstəmaz almağın üsulları, fəzilətləri, qaydaları, növləri başlığı ilə Quran qalınlığında yazılan kitablar var. Allah Quranın yetərli olduğunu və dində hər şeyin izahı olduğunu buyursa da Quranı yetərli görməyənlərin halı Tövratla mükəlləf olub ona əməl etməyənlərin halından nə ilə fərqlənir?
    Allaha qarşı səmimi olun, Qurana qarşı səmimi olun. Şirk inancı yaşadığınıza ehtimal verin. İnanın heç nə itirməzsiniz.

    Ramil Rüstəmov