Blog

  • “Düşünən İnsan” jurnalının növbəti buraxılışı işıq üzü gördü

    10704787_1470328746578429_1512970503_n

    “Düşünən İnsan” jurnalı hər ay 3 min tirajla 2011-ci ildən nəşr edilir. Artıq jurnalın 35 sayı dərc edilib. Jurnalın məqalələri hamının rahat şəkildə anlayacağı elmi-populyar, mədəni-mənəvi və dini mövzular arasından seçilir. “Düşünən İnsan” jurnalı standart elmi bilgiləri və disputları oxuculara çatdıran və vaxt keçdikcə köhnələn adi jurnallardan deyil.”Düşünən İnsan” jurnalındakı məlumatlar heç bir zaman aktuallığını itirməyən, insan həyatına istiqamət verən mövzuları əhatə edir. Bu jurnal insanın dərin düşünməsinə, yaradılış məqsədinə uyğun yaşamasına səbəb olacaq məqalələri əhatə edir.
    Jurnalda bir sıra rubrikalar mövcuddur. Bunlara misal olaraq elmi-texniki xəbərlər, İslam dünyasında keçən ay, bir ayə bir açıqlama, elm, Quran və mənəviyyat və s. göstərmək olar.

  • İradə Əlilinin yeni kitabının Ankarada təqdimatı keçiriləcək

    kitab

    Yüce Erek Türk dünyası aylik fikir kültür araşdırma dergisinin yazı işlər müdürü Zaim Gök “”Mənim sevgi dünyam” seir kitabini türkiyə türkcəsinə çevitdirmiş və türkiyə oxucularını İradə Əlilinin yaradıclığı ilə tanış etm\k istəyir.Bu məqsədlə seir kitabi artiq imza gününə hazırdır.imza gününü Zaim Gök Ankarada Yüce Erek Türk dünyası aylik fikir kültür araşdırma dergisinin yazı işlər müdürü Zaim Gök “”Mənim sevgi dünyam” seir kitabini türkiyə türkcəsinə çevitdirmiş və türkiyə oxucularını İradə Əlilinin yaradıclığı ilə tanış etm\k istəyir.Bu məqsədlə seir kitabi artiq imza gününə hazırdır.imza gününü Zaim Gök Ankarada
    Kızılayda Kurtuba Kitabeviində keçiriləcək
    20 eylul saat 15 00 da imza günüdə kitabın satışı Qarabağ qazısı Ruxsarə Cumatevanın əməliyyatının hesabına köçürələc bundan əlavə
    “Dünya sevənlərindir “adlı yeni şeir kitabının da bu keçiriləcək imza günüdə oxuculara təqdimatı olacaq və qardaş ölkənin oxucularına hədiyyə olunacaq.
    İradə əlili bədii yaradıcılilqla bərabər həm də elmi araşdırmaçıdır
    “Müasir dövr Azərbaycanada ekoloji ədəbiyyatın biblioqrafik informasiya təminatı “mövzusunda araşdırma ışını bu ilin sonuna bitirməyi düşünür
    Bakı Dövlət Universiteinin kitabxana -informasiya fakultəsinin müəlliməsidir
    Gənclərin də intellektual mədəni düşüncəsnin formalaşmasında yönümündə də bir müəllimə bir ictimaətçi xanım kimikimi əməyi vardır

  • Nəcibə İlkinin yeni kitabının təqdimat mərasimi keçiriləcək

    1318

    18 sentyabr 2014-cü il tarixdə saat 11:30-da, Bakı şəhərində Beynəlxalq Mətbuat Mərkəzində Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “Azad qələm” qəzetinin və “Ali Ziya” jurnalının Baş redaktoru, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Respublikasının Kütləvi İnformasiya Vasitələrinin Həmkarlar İttifaqının “Qızıl qələm”, “Xan qızı Natəvan”, “Xalqın nüfuzlu ziyalısı” media mükafatları lauretaı,Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Elektron kitablar” və “Yeni nəşrlər” bölməsinin Baş redaktoru, şairə, jurnalist, publisist Nəcibə İlkinin “Son görüş, son zəng, son təbəssüm” kitabının təqdimat mərasimi keçiriləcək.Kütləvi informasiya vasitələrinin nümayəndələri də iştirak edəcək.İştirak etmək istəyən hər kəs dəvətlidir.

    Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, “Azərbaycan” nəşriyyatı ilə Bakı Dövlət Universitetinin arasında.
    İyirmi yanvardan 29 saylı avtobus gedir.

  • Doğum gününüz mübarək!

    Fidan Abbasova.jpg

    Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi, Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini, Gündəlik İnformasiya Agentliyinin Baş redaktorunu, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərini,”Hüseyn Arif” Ədəbi Birliyinin üzvünü doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir! Uca Tanrı Sizi qorusun!

    Mətbuat xidməti

    Susaq danışmayaq qoy gözlər dinsin
    anlatsın ən gözəl gördüyü hissi
    üzümə bir gülüş təbəssüm qonsun
    aparsın sanki qoy dünyadan bizi….

    Bir azda uzağıq qəmdən və dərtdən
    onu tapmaq üçün yaşamırıq ki,
    insanın ürəyi olmalı ətdən
    onu boş – boşuna daşımırıq kii….

    Bizdə xoşbəxtliyin dadını bilək
    nə qədər sevinc var bax önümüzdə
    olmasa da belə hər gün diləyək
    bəlkədə yaxındır taleyimizdə……

    Min dünya neməti sərsən önümə
    əvəz edə bilmir ürək sevgisin
    sən mənim yazııldın sanki ömrümə
    qoy ömrümü sənin sevgin bəzəsin…

    Tutaq əllərimiz soyumasın qoy
    baxanlar heyrətlə desin bəxdəvər
    hər günümüz sanki çılçıraqlı toy
    evimdə bir gözəl nəğmə gətirər…

    Sən mənim yuxumun sirin payısan
    Nə olar ayılsam gözümdən itmə
    Fidanın qəlbində sevgi payısan..
    ağlaram daima uzağa getmə…….

  • Saqif QARATORPAQ.”Bəs kimə deyəcəksən” (Yeni şeir)

    Saqif QARATORPAQ

    Gülüm, qəddi dərd əyir, elə-belə əyilmir
    Sirr var ki, anaya da, bacıya da deyilmir.
    Söz var ki, neçə batman bal ilə də yeyilmir,
    Əgər mənə deməsən, bəs kimə deyəcəksən?!

    Bu möhnət üzər səni, sıxılarsan uzaqda:
    Kövrəlib üşüyərsən təklik adlı sazaqda.
    Kimsə anlamaz səni, duymaz oğul-uşaq da,
    Əgər mənə deməsən, bəs kimə deyəcəksən?!

    Mən sevinc topasında qəmi seçə bilirəm,
    Dərd arısı verəcək nə vaxt beçə, bilirəm.
    Hər səhvinə göz yumub, üstdən keçə bilirəm,-
    Əgər mənə deməsən, bəs kimə deyəcəksən?!

    İllər köçür durnatək, günlər sözə baxmayır,
    Səngidir ocaqları, oda-közə baxmayır.
    Dostlar daha yan keçir, qardaş üzə baxmayır,
    Əgər mənə deməsən, bəs kimə deyəcəksən?!

    Ürək yaman kövrəlir yaş ötəndə bilirəm,
    Qarmı gəlir, yağışmı yel əsəndə bilirəm.
    Ürəyində nə varsa, deməsən də bilirəm,-
    Əgər mənə deməsən, bəs kimə deyəcəksən?!

  • Hikmət MƏLİKZADƏ.”Natiq Səfiyevin hesabatı” (Məqalə)

    10304351_268609333324646_7910328543693681828_n

    Biz nəhəngləri möhtəşəm ucalıqlara, bir az elmi desək, aysberqə bənzədirik. Elmin, pedaqogikanın və mətbuat fövqünün yüksək məqamına ucalmaq cəhdində olan qocaman müəllim, tərcüməçi, publisist, ən əsası, dəyərli insan-ziyalı və ağzı dualı ağsaqqal Natiq Səfiyev də yuxarıda sadaladığımız mülklərdə böyük görünənlərdəndir. Əbəs yerə deyil ki, o, bu gün də məşğul olduğu sahələrin sadiq xidmətçilərindən biri kimi təsir bağışlayır. Bəlkə də bu səbəbdən onun hikmət boxçasında zaman aşırımları həyat fəlsəfəsi qədər önəmlidir.
    Səmimi deyək ki, çoxlarından fərqli olaraq Natiq Səfiyevin fəaliyyətində, yaradıcılığında və hətta hazırkı sakitliyində belə ədəbi-ictimai hiss total təfəkkürə istinad edir və bu prosedur həyat fəlsəfəsi fonunda mental dəyərlər aşılayır, nəticədə onun həyat qayəsinin obraz və motivləri təmiz əxlaqdan keçmək imkanı qazanır.
    Təbiidir ki, insan yaşlaşanda bir az da uşaqlaşır – daha dəqiqi, kövrəkləşir. Bəlkə də 76 yaşlı Natiq Səfiyevin neçə gün idi bizi öz ətrafına toplamaq arzusu elə bu zəmindən irəli gəlirdi; ard-arda zənglər etməsi, məsum səslə həyati fikirlərə diqqət çəkməsi açığı, çoxumuzda qorxu və təlaş da yaradırdı. Yayın inanılmaz istiləri, bir də onun arzuladığı insanların bir yerə toplaşa bilməməsi eynilə də Natiq Səfiyevin təlaşını artırırdı. Nəhayət, 28 avqust 2014-cü il tarixdə Natiq müəllimin dəvəti, bizim də bu real imkandan istifadə etmək şansımız baş tutdu. «Ədalət və Həqiqət» qəzetinin baş redaktoru, özü qədər qəlbi də gözəl olan jurnalist-şair Cəmil Zəbhullaoğlunun təşkil etdiyi maşınla mən (yazının müəllifi), «Açıq səma» qəzetinin baş redaktoru, abırlı-həyalı filoloq-jurnalist Şamo Nərimanoğlu, həmin qəzetin redaktoru istedadlı qələm sahibi Cahan Salmanqızı və bir də Cəmil müəllimin müavini, həm də mindiyimiz maşının sahibi, çöhrəsi nurlu Hacı Əbülfəz Natiq Səfiyevin yaşadığı Xırdalan şəhərinə üz tutduq. Yol boyu etdiyimiz zarafatyana həqiqətlər bizi çox mətləblərdən agah etdi və bir də baxdıq ki, getdiyimiz ünvana çatmışıq. Beləcə, fəaliyyəti boyu qələmə aldıqlarında zaman gerçəkliyi ehtiva edən Natiq Səfiyevin yaşadığı mənzilə daxil olduq və onun xoş, nurlu çöhrəsi ilə bir daha üz-üzə gələ bildik. Görüşmək növbəsi mənə çatanda Natiq müəllimin ağsaqqal-ata məhəbbətli baxışları məni bir az kövrəltdi və dərhal da düşündüm ki, necə olub, onun həyat gerçəkliyinin bir üzü dürüstlükdə, digər üzü inam və etiqadda xarakterizə olunub?! (Əslində, biz Natiq müəllimi bir qədər çılğın-emosiyalı insan kimi tanımışıq axı). Sanki onun daxili hissləri bu suala cavab verdi: Natiq Səfiyevin həyat və yaşam qayəsində varlıqdan təşəkkülə sürətli fikir paylaşması var. Bu prosesi nizamlayan məhz bu zəmindir…
    İçəri keçdik. İki otaqlı mənzilin ən böyük otağı Natiq Səfiyevin yaradıcılıq nümunləri ilə bəzənmişdi. On illərin xatirələrini özündə əks etdirən stolun və divanın üzərinə qar dənəcikləri kimi yapışmış qovluqlar, antikvar pianinonun üstünə yerləşdirilmiş kitablar o qədər səliqə ilə düzülmüşdü ki, bir daha Natiq müəllimdəki həyat həvəsinə heyran qaldıq. Bu gördüklərimiz onun 50 illik yaradıcılıq hesabatı idi. Kim bilir, bəlkə də bu qovluqların hərəsində on ilin hikməti var…
    Açığı, Natiq Səfiyevin qonaqpərvərliyi haqqında çox eşitmişdik; bu gün isə həmin anı yaşayırdıq. İsti havada sərin küləyin soyuqluq bəxş etdiyi otaqda aura da adama xoş ovqat verirdi. Çay süfrəsi ətrafında Natiq müəllimin zarafatlarına ortaq olduq. Bu ara Şamo müəllim pianinoya işarə edib Natiq müəllimdən soruşdu:
    – Yəqin ki, bunda bir şey ifa edə bilirsən?
    Natiq müəllim də özünəməxsus şux zarafatla dedi:
    – Hə, çala bilirəm, – sonra nə fikirləşdisə dedi: – Mahnıları ginekoloqsayağı iki barmaqla çalıram.
    Təbii ki, onun bu eyhamına da gülüşdük. O da güldü, sanki elə bildik onun üçün yeni bir həyat başlayır.
    Söhəbtimiz uzun çəksə də, yorucu olmadı. Natiq müəllim bu dəvəti özünün yaradıcılıq və fəaliyyət hesabatı ilə əlaqələndirdi və gəldiyimiz üçün də bizə minnətdarlıq etdi. Xoş və zarafata meylli sözlər bir-birini əvəz etdi, Natiq müəllimin həyat qayəsinə yeni «həmlələr» etdik. O da ağayana ağsaqqallığı ilə hər «həmləyə» bir «zərbə» endirdi və hesab heç-heçə oldu.
    Natiq müəllimin görüşünə istedadlı jurnalist, dəyərli qardaşımız Daşdəmir Əjdəroğlu da gəlməli idi. Lakin onun dünən iş növbəsində olması bu reallığa sipər olmuşdu. Natiq müəllim onu aramızda görməyəndə, təbii ki, dilxor oldu, ancaq hərəmiz bir tərəfdən Daşdəmirə haqq qazandıra bildik.
    Görüşün bu məqamında sıramıza Natiq müəllimin də tanıdığı «Zəngəzurun səsi» qəzetinin baş redaktoru Yavər Nuriyev və qəzetin məsul işçisi Raziyyə xanım da qatıldı. Söhbət bir qədər də şirinləşdi. Bu şirinlik Natiq müəllimin ovqatına bir az da təsir etdi və o, ayağa qalxıb bayaqdan bəri çoxumuzun diqqətlə baxdığımız pianinonun arxasına keçdi. Akkordla bir-birindən yaraşıqlı mahnılar ifa etdi; köhnənin mahnılarını – o mahnılar ki, bizə kövrək duyğular yaşatdı. Hətta bu mahnılar Cahan xanımı göz yaşlarına belə qərq etdi. Natiq müəllimsə öz məharətini nümayiş etdirməkdə idi. Arabir çiyinlərini ritmə uyğun hərəkət etdirməsi vəziyyətə əlavə rəng qatırdı. Açığı elə bilirdik ki, pianinonun arxasında peşəkar bir çalğıçı var.
    Natiq müəllimlə qarşı-qarşıya gələndə, həmişə belə qənaətə gəlirik ki, əgər varlıq yoxdursa, mütləq təşəkkül var.Çünki həyatın özü artıq təşəkküldür və həyata bağlılıq da varlığa çıxışdır. Bunu da ona görə belə zənn edirik ki, bu çöhrəsi təbəssümlü ağsaqqalın həyata çıxışı sistemlidir; bu sistemin də rapsodik çevrilmə anı müşahidəmizdə təbii canlanır.
    Bilmirəm, hansı səbəbdəndir, bəlkə də ata nəvazişi görmədiyim üçün mənə belə gəlir ki, insanın öz orbitindən çıxma ehtimalı anlaşılan şəkildədir; çünki bu ehtimal qarışıq təzada zəmin yaradır. Bu mənada, şəxsən mən Natiq müəllimlə görüşdə bir daha anladım ki, adi həyat içində qeyri-həyata sövqetmə bu ağsaqqal üçün vərdiş yox, bir reallıqdır.
    Natiq müəllimlə görüşümüzün ekstremal şəraiti həyat-tale çıxıntılı idi. Bu çıxıntıda obyektiv idealizmin daşıyıcısı olmaq bizim üçün mümkün idi; lakin elə etməli idik ki, bu dəvətin əsl məqamında bizim adi fikir və düşüncəmiz səbəbkarın «marağı» ilə zidd olmasın. Əks halda insan olaraq inkara tuş gələ bilərdik. Ancaq çox şükür, istəyimizə nail olduq.
    Natiq müəllim iki-üç saatlıq hesabatında yaşam və ünsiyyət məğzlərinə ictimai məna verdi, söhbətlərində təzahür edən ictimai mülahizələrə geniş yer ayırdı. Biz bundan çox şey götürdük. Bu meyllər diqqətimizi bir neçə vacib məqama çəkdi: həyata baxış, gerçəkliyə inanma və hissi qavramalara əsaslanma. Bu kodeksləri Natiq müəllimin ağsaqqal yanaşmalarından ictimai zərurətə keçid kimi də qəbul etmək olardı… Ona görə ki, onun fikirlərinin əksərində diqqətə çəkilən hissiyyatların dəqiq ünvanı vardı.
    Natiq müəllimə qulluq edən xanımın nəzakətli davranışları və təmiz qulluğu bizdə həyata nikbinliyi bir az da artırırdı.
    Vaxtın necə keçdiyindən xəbərimiz olmamışdı. Ayrılmaq məqamı yetişmişdi. Ancaq nə Natiq müəllim bizdən ayrılmaq istəyirdi, nə də biz ondan. Nə etməli, vaxt həmişə öz inadkarlığında qalır; redaksiya problemləri, iş qayğıları bizi ayrılmağa məcbur edirdi.
    Vaxt bəbəklərini ağardan kimi dəyərli insan və ziyalı Natiq Səfiyevlə sağollaşmalı olduq. O, məni bir ata kimi möhkəm-möhkəm qucaqladı və gözlərindəki oğul məhəbbəti məni təsirləndirdi. Yol boyu bu dəvətin – bu hesabat xarakterli görüşün həm də bir fəlsəfi məna kəsb etdiyi barədə düşündüm. Və içimdə qeyri-ixtiyari bu sözlər tumurcuqladı: «Ağsaqqallıqdan əskik olmayasız, Natiq müəllim!»

  • Hikmət MƏLİKZADƏ.”«Gözəlliklər Kəbəsi»dir Qarabağ” (Məqalə)

    10304351_268609333324646_7910328543693681828_n

    Çoxumuza bəllidir ki, zaman ara-sıra işığın qaranlıqda əksini elmi-ədəbi qaynaqlarla isbata yetirir. Bəzən mahiyyətinə vardığımız və vara bilmədiyimiz çətin prosesləri idrakımıza sığışdırmağı bacaran da məhz zaman olur. Buna görə xalqlar əsrlər boyu zaman qarşılığına böyük ehtiram göstərib. İstedadlı qələm sahibi Mayisə Əsədullaqızının şeirlərində də demək olar ki, çox mənada məhz zaman anlayışı təsvirə cəlb olunur. Onun yaradıcılıq məğzini də bu prosesin bir davamı kimi qəbul etmək doğru olar.
    Maraqlıdır ki, Mayisə xanımın şeirlərində fəlsəfi traktat çevrilmələri və özündə abstrakt həyat qaynağı ifadə edən lakonik fikri-ifadələr yoxdur. Onun mahiyyətinə vardığı bütün ifadələrdə sadə vizuallıqda çırpınan uyğun bir dərketmə görürük və bizə elə gəlir ki, bu fikirlər qaranlıqdan başlayır, işığa doğru hərəkət edir və son etibarilə yenə də qaranlığa varid olur. Ancaq o, ifrata varmadığı üçün yekun ədəbi hədd ümidverici olur.
    Yaxud Mayisə xanımın şeirlərində dünənimiz, bugünümüz və həm də sabahımıza açılan cığırları görə bilirik. Bu cığırlar şübhəsiz ki, müəlliflə oxucu arasında isti bağlılıq yaradır. Bu cığırlarda Vətən məhəbbəti sərgilənir, yurd-yuva ağrısı diqqət çəkir:

    Qarabağ kədərim, Qarabağ şanım,
    Həm dərdim, sevincim, toyum- nişanım,
    …Şıltaq gözəl təki, xəfif ayazım,
    Kəlməm də bəs etmir, bilməm nə yazım?!

    Vətən – Qarabağ dərdi Mayisə Əsədullaqızının demək olar ki, ən çox aludə olduğu dərddir. Bu dərdin içində ictimai məğzlər də çırpıntıya məruz qalır, lakin bu dərd bütövlükdə Vətən dərdi kimi diqqətə çatır. Məhz onun yuxarıdakı şeirində də dərd çulğamış və yaraları hələ də qaysaqda qalan bir Vətən göynəmi özünü ifadə edir. Qarabağ onun həm kədəri, həm şanıdır. Ən nəhayət, müqəddəs piri-ocağıdır. Bu ocaqda gözəlliklər bərq vurur. Mayisə xanım bu mənada şeirin sonunda Qarabağı «Gözəllik Kəbəsi» adlandırmaqda haqlıdır.
    Yaradıcılığını əsasən vətənpərvərlik mövzusunda şeirlərlə zənginləşdirən Mayisə Əsədullaqızı Vətən sərhədlərinə də xüsusi önəm verir. Onun «Şərəfli sərhədçilər» şeiri də bu qəbildəndir:

    Vətən torpağı – canı,
    Havası, suyu qanı.
    İgidlərə tay hanı?!
    Qeyrətli keşikçilər,
    Şərəfli sərhədçilər!

    Əlbəttə, Vətən sərhədlərdən başlayırsa, qələm adamı da bu məntiqə diqqət ayırmalıdır və necə ki, Mayisə xanım bu mövzuda çoxumuzu qabaqlayıb.
    Mayisə Əsədullaqızı lirik-ictimai şeirlər də yazır. Onun zamana mütabiq əks olunan və ən çox da reallığa söykənən fikir və ifadələrində həyat boyalı şəkildə deyil, olduğu tərzdə diqqət çəkir. Bunu cəmiyyət fövqündə real həqiqətlərə israrçılıq sərgiləyən istedadlı şairin bir neçə şeiri vasitəsilə isbata yetirək:

    Ucalıb göylərə başı yurdumun,
    Qızıldı, yaqutdu daşı yurdumun!

    ***
    Mən ki, qırılmış bir siməm,
    Piyalə gözləri nəməm,
    Ürəklərə yağan qəməm,
    Kim aldadıb atdı məni,
    Özgələrə satdı məni?!

    ***
    Yağış yağır, damcı-damcı,
    Ürəklərə qəm ələnir acı-acı.
    Həm də zülmətə bürünmüş bu gecəyə
    Kədər verir yağan yağış,
    Damlaları naxış-naxış.

    Mayisə xanım bu şeirlərdə yaşanılmış bütöv bir ömrü ictimai örnək kimi göstərməyə çalışıb. Bu cəhd onun inkişafda olan ədəbi yaradıcılığımızın modernçi mövqeyinə məhəbbətini özündə əks etdirir.
    Yaxud bu şeirlərdə müasir həyatımızın təfərrüatları ictimai xarakter kəsb edən fikirlər vasitəsilə təfsir edilir. Bu da müəllifin cəmiyyətə doğma münasibətin bir təzahürüdür.
    Mayisə xanımın şeirlərində ara-sıra diqqətimizi cəlb edən ictimai-ədəbi situasiyalar bir qolunu da belə deyək, sürreal-mistik səmtdən götürür. Və bu istiqamətin zəruri fəlsəfi miqyasları görünən əhatədədir. Bu mənada, bu şeirlərdəki bəzi çək-çevirlər real ədəbi hissiyyatlara varid ola bilmək üçün bizə stimul verir.
    Əslində, Mayisə xanımın şeirlərinin süjet xəttində ictimai gerçəklik və çoxumuza məlum tarix, əhatəli zaman və bir də ən əsası, mövcudluğa əks insan baxışı durur. Ümumiyyətlə, son illər bu israr yeni meyllərə səmt verir və Mayisə xanım da öz ovqatdəyişmə missiyasını bu əhatədə var-gəl etdirir; onun sadə-vizual enmədən müasir-mistik-fəlsəfi və ictimai yüksəlməyə əhatəli baxışlar sıçratması bu məğzlərə tam bələd olması ilə xarakterizə edir.
    Zamanın əks etdirdiyi həqiqətlər ictimai tipiklikdə real qiymətini alır. Bu mənada, Mayisə xanımın şeirlərində əsas qayəçi ruh mümkün qədər həyat və tale məsələlərinə sirayətetmə ilə də təzahür edir. Bu şeirlərdə həm də bir cəhət üzə çıxır: fərd və zora məğlubolma ibtidaidən düzgün təyinetməyə uğramayıb, buna görə mənəvi sınmalara israrçı baxışlar çoxdur.
    Əminik ki, Mayisə Əsədullaqızının şeirləri cəmiyyət-vətəndaş münasibətlərinin formalaşmasında öz üzərinə düşən işin öhdəsindən layiqincə gələ biləcək və ən əsası, bu şeirlərdə vacib faktor kimi qabartdığımız ictimai yanaşma ziyadan fəlsəfi ovqata uzanan körpüdən asanca keçə biləcək.
    Mayisə xanım həm də “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru, şair-publisistdir. Əminik ki, onun ədəbi missiyası ilə jurnalist qayəsi eyni səmtə – yaradıcı inkişafa səmt götürmək israrındadır.
    Və Mayisə Əsədullaqızının şeirləri haqqında əlbəttə ki, çox söz demək olar. Lakin bu şeirlər öz əhatəsində vacib düşüncələrə meydan verir deyə, əsas işi oxucuların və zamana istinad etməyi bacaran kəslərin ixtiyarına buraxırıq.
    Bizə qələm dostumuzu təbrik etmək qalır.

    Hikmət Məlikzadə,
    AYB-nin üzvü, Prezident mükafatçısı

  • Harika UFUK (Türkiye Cümhuriyyeti, Adana).Muhteşem şiirler

    307114_10150226571147998_8263005_n

    CAN ÇİÇEĞİM

    Gözüm daldı uzun ince yollara,
    Can çiçeğim, kızıl gülüm, bir tanem!
    Hasret kaldım candan saran kollara,
    Can çiçeğim, kızıl gülüm, bir tanem!

    Mehtapta el ele gezdik gezeli,
    Küstük gündüzlere dünya güzeli,
    Sevdamız ebedî, aşklar ezelî,
    Can çiçeğim, kızıl gülüm, bir tanem!

    “Dön” diyorum hasret bitsin, gel yeter,
    Dökülmedi hiçbir aşkta bunca ter,
    Yokluğun ölümden inan bin beter.
    Can çiçeğim, kızıl gülüm, bir tanem!

    Gözyaşımı döktüm altın fincana,
    Varlığım kurbandır sevdiğim sana,
    Çok çektirdin acı canana cana,
    Can çiçeğim, kızıl gülüm, bir tanem!

    Gün yüzünle doğsam, ufkunda batsam,
    Sevgilim bir ömür dizinde yatsam,
    Tatlı bakışını canıma katsam,
    Can çiçeğim, kızıl gülüm, bir tanem!

    Harika sevdamız üstüne yemin,
    İlkbahar gibidir senin her demin,
    Kokusunu senden alır yasemin,
    Can çiçeğim, kızıl gülüm, bir tanem!

    Adana.Mart 2010.

    EY AŞK

    Dünyadaki duyguların
    En kutsalı sensin ey aşk!
    Çektiğimiz kaygıların,
    En güzeli sensin ey aşk!

    Gönüllerin tek sultanı,
    Ufukların kızıl tanı,
    Ömrümüzün tatlı anı,
    En özeli sensin ey aşk!

    Işıltısın gözlerdeki,
    Yaşayansın özlerdeki,
    Okşanansın dizlerdeki,
    Şefkat eli sensin ey aşk!

    Sevgiliden kalbimize,
    Köprü kurdun ikimize,
    Şiir oldun dize dize,
    Sazın teli sensin ey aşk!

    Harika’sın benzerin yok,
    Yüreğime saplandı ok,
    Sana sevgim her şeyden çok,
    Sevgi seli sensin ey aşk!

    Adana.14 Şubat 2011.

  • Azərbaycan yazarlarının şeirləri Türkiyə mətbuatında

    10678523_498449133633131_6744606839625652614_n (1)

    10615609_498449816966396_40858336752559261_n

    10461957_498449936966384_4854406229357727360_n

    Gündəlik İnformasiya Agentliyinin Mətbuat xidmətinin yaydığı məlumata görə, “Pirsultan” elm və sənət dərgisinin Avqust buraxılışında Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, şair, jurnalist Rafiq Odayın “Havadan ayrılıq qoxusu gəlir”, “Gəl, Dədə!” və Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin Mətbuat xidmətinin rəhbəri, “Azad qələm” qəzetinin və “Ali Ziya” jurnalının təsisçisi və baş redaktoru Nəcibə İlkinin “Dözmürəm soyuqluğuna”,”Bu yağış” şeirləri dərc olunaraq ictimaiyyətin nəzərinə çatdırılıb.

  • Gülnarə İSRAFİLQIZI.”Bərk-bərk tutub, əllərimdən” (Yeni şeir)

    1399377238_1399354517_1399118025_10312028_1471761573041474_1534860754_n

    Dodağımda daş əriyir,
    Nəfəsimdən…
    Hər gün bir az daşlaşıram.
    Közərirəm, alışıram,
    Ah səsindən.
    Mən özümə yadlaşıram.
    Quruyuram saman kimi,
    Yapışıram ətəyimdən.
    Bağlanıram günahlara,
    Biləyimdən.
    Günahlarım dolan kimi…
    Gözlərimə, sözlərimə,
    Üz dərimə.
    Alır məni mənliyimdən.
    Dilimə söz dolaşır.
    Keçmir dilin, ilgəyindən.
    Ətə gəlir, cana gəlir,
    Günahlarım…
    Düşmür yerə,
    Əl götürmür,
    Sallanıbdır ətəyimdən.
    Daşa dönür yuxularım.
    Gecələri ovuduram.
    Çəkib başdan lap yuxarı,
    Dağıdıram.
    Gözlərimdə yaş quruyur,
    Gilə- gilə.
    Canım boğazıma gəlib,
    Əməlimdən.
    Gecə-gündüz yıxır məni,
    Çəkir özünə tərəf.
    Bərk-bərk tutub, əllərimdən.

  • Gənc xanım yazar Gülnarə İsrafilqızı BSU “Ədəbi Yaradıcılıq” fakültəsinə qəbul oldu

    1399377238_1399354517_1399118025_10312028_1471761573041474_1534860754_n

    Gündəlik İnformasiya Agentliyinin Mətbuat xidmətinin yaydığı məlumata görə, Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Gündəlik İnformasiya Agentliyinin Baş məsləhətçisi, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, gənc xanım yazar Gülnarə İsrafilqızı Bakı Slavyan Universitetinin “Ədəbi Yaradıcılıq” fakültəsinə qəbul olub.Bu münasibətilə Sayğıdəyər dostumuzu səmimi qəlbdən təbrik edir, uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyirik!

  • Gənc xanım yazar Fidan Abbasonın şeirləri Qardaş Türkiyə Cümhuriyyətində dərc olunacaq

    kapak-say-17

    Gündəlik İnformasiya Agentliyinin Mətbuat xidmətinin Qardaş Türkiyə Cümhuriyyətinin Tokat şəhərində fəaliyyət göstərən Tokat Şairler ve Yazarlar Derneğine istinadən yaydığı məlumata görə, Tokat Şairler ve Yazarlar Derneğinin rüblük orqanı “Kümbet” eğitim, kültür,sanat, edebiyyat dergisinin 34-cü buraxılışında Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Gündəlik İnformasiya Agentliyinin Baş redaktoru, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbəri, “Hüseyn Arif” Ədəbi Birliyinin üzvü, gənc xanım yazar Fidan Abbasovanın şeirləri dərc olunaraq ictimaiyyətin nəzərinə çatdırılacaq.

  • Gənc yazar Teymur Həbibinin şeirləri Türkiyə türkcəsinə tərcümə olunub

    998812_145406895661140_1155015413_n

    Gündəlik İnformasiya Agentliyinin Mətbuat xidmətinin yaydığı məlumata görə, Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini,
    “Hüseyn Arif” Ədəbi Birliyinin üzvü, gənc yazar Teymur Həbibinin şeirləri Azərbaycan türkcəsindən Türkiyə türkcəsinə tərcümə olunub.Çevirməni Gündəlik İnformasiya Agentliyinin Direktoru Kamran Murquzov edib.

  • Yunus EMRE.”Gel gör beni aşk neyledi”

    Yunus_Emre

    Baştan Ayağa Yareyim ( Gel gör beni aşk neyledi )

    Gönlüm düştü bu sevdaya
    Gel gör beni aşk neyledi
    Başımı verdim kavgaya
    Gel gör beni aşk neyledi

    Ben yürürüm yana yana
    Aşk boyadı beni kana
    Ne akilim ne divane
    Gel gör beni aşk neyledi

    Mecnun oluben yürürüm
    Dostu düşümde görürüm
    Uyanır melul olurum
    Gel gör beni aşk neyledi

    Aşkın beni mest eyledi
    Aldı gönküm hasteyledi
    Öldürmeğe kast eyledi
    Gel gör beni aşk neyledi

    Gah eserim yeller gibi
    Gah tozarım yollar gibi
    Gah akarım seller gibi
    Gel gör beni aşk neyledi

    Akan sulayın çağlarım
    Dertli yüreğim dağlarım
    Yarim için ben ağlarım
    Gel gör beni aşk neyledi

    Benzim sarı, gözlerim yaş
    Bağrım pare, ciğerim baş
    Halden bilen dertli kardaş
    Gel gör beni aşk neyledi

    Miskin Yunus biçareyim
    Baştan ayağa yareyim
    Dost elinden avareyim
    Gel gör beni aşk neyledi

  • Kənan AYDINOĞLU.Yeni şeirlər

    Photo Kenan

    HƏM YUNUSSUZ, HƏM RUMİSİZ DÜNYADA

    Necə qəlbim alışmasın, yanmasın?!
    Necə qəlbim ömrü suçlu sanmasın?!
    Necə qəlbim tək Allahı anamsın?!
    Həm Yunussuz, həm Rumisiz dünyada?!

    Ustadlara mən ehtiram bəslədim,
    Cavanları Haqq yoluna səslədim.
    Həsrət çəkib mən Mehdini gözlədim,-
    Həm Yunussuz, həm Rumisiz dünyada!

    Dərinkən bir fəlsəfəni anladım,
    Günahlardan öz-özümü danladım,
    Həzin-həzin nəğmələrin dinlədim,-
    Həm Yunussuz, həm Rumisiz dünyada!

    Parça gətir gözlərimi bağlayım,
    Dəsmal gətir bir azca mən ağlayım,
    Ustadlara bu gün mən yas saxlayım,-
    Həm Yunussuz, həm Rumisiz dünyada!

    MƏNİM HƏR YAZILAN KÖRPƏ ŞEİRİM

    Görəsən, İlahi, xoşbəxtdirmi bəs,
    Mənim hər yazılan körpə şeirim.
    Kədəri özünə doğma bilibmi,
    Mənim hər yazılan körpə şeirim?!

    Əhdindən dönməyən qızlara bənzər,
    Qəlbi ovsunlayan gözlərə bənzər,
    Dodaqdan süzülən sözlərə bənzər,
    Mənim hər yazılan körpə şeirim.

    Allahdan süzülüb, “Quran”dan keçib,
    Kürboyu Muğandan, Arandan keçib,
    Metedən bu yana Turandan keçib,
    Mənim hər yazılan körpə şeirim.

    Bir candan bir ruha hopub gələcək,
    Çevrilib tufana qopub gələcək,
    Sevgili yarını tapıb gələcək,
    Mənim hər yazılan körpə şeirim.

    Hökmdar oğludu, böyük saraydı,
    Qəlbimə, ruhuma hopan haraydı.
    Ömrümə nur saçan günəşdi, aydı,
    Mənim hər yazılan körpə şeirim.

  • “AYBkitab.az” saytının təqdimat mərasimi keçiriləcək

    aybkitab2

    10 sentybar 2014-cü il tarixdə, saat 14:00-da, Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda “AYBkitab.az” saytının təqdimat mərasimi keçiriləcək.Layihənin rəhbəri Azərbaycan Yazıçılar Birliyinin Mətbuat xidmətinin rəhbəri, Gənclər Şurasının sədr müavini Xəyal Rzadır.
    İştirak etmək istəyənlər dəvətlidir.Kütləvi informasiya vasitələri də iştirak edəcək.
    Qeyd edək ki, AYBkitab layihəsi yeni kitabların nəşri, təqdimatı, online satışı üçün nəzərdə tutulub.

  • “Gənc Ədiblər Məktəbi”nin növbəti toplantısı keçiriləcək

    resad_mecid

    Gündəlik İnformasiya Agentliyinin Mətbuat xidmətinin Azərbaycan Yazıçılar Birliyi ilə Mədəniyyət və Turizm Nazirliyinin birgə layihəsi olan “Gənc Ədiblər Məktəbi”nə istinadən yaydığı məlumata görə, yaxın günlərdə “Gənc Ədiblər Məktəbi”nin növbəti toplantısı keçiriləcək. Toplantıda “Gənc Ədiblər Məktəbi”nə yeni üzvlər qəbul olunacaq.Tədbirin Azərbaycan Yazıçılar Birliyinin Natəvan Klubunda keçiriləcəyi gözlənilir.
    Qeyd edək ki, “Gənc Ədiblər Məktəbi” 2008-ci ildə Azərbaycan Yazıçılar Birliyi ilə Azərbaycan Respublikası Mədəniyyət-Turizm Nazirliyinin birgə layihəsi çərçivəsində yaradılıb. “Gənc Ədiblər Məktəbi”nə Azərbaycan Yazıçılar Birliyinin gənclər üzrə katibi, ” 525-ci qəzet”in baş redaktoru Rəşad Məcid rəhbərlik edir.Məsul katibi Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü, gənc yazar Emin Piridir.

  • AYB-yə yeni katib təyin olundu

    picture

    29 avqust 2014-cü il tarixdə Azərbaycan Yazıçılar Birliyində növbəti toplantı keçirilib.Toplantıda Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Azərbaycan Yazıçılar Birliyinin I katibi, Xalq şairi Fikrət Qoca, Azərbaycan Yazıçılar Birliyinin gənclər üzrə katibi Rəşad Məcid və digər qonaqlar iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyinin sədri Anar tədbir iştirakçıları salamlayıb, sonra Azərbaycan Yazıçılar Birliyinə yeni katibin seçilməsinə dair fikir mübadiləsi aparıb.Sonda Azərbaycan Yazıçılar Birliyinin Rəhbərliyinin qərarına əsasən, Azərbaycan Yazıçılar Birliyinin aylıq ədəbi-bədii orqanı “Ulduz” jurnalının baş redaktor müavini İlqar Fəhmi Azərbaycan Yazıçılar Birliyinin yeni katibi təyin olunub.

  • Vüqar Əhmədin yeni kitabı işıq üzü gördü

    1da96ddede20d53af8b306ee9d717fcd

    Şair,nasir, filologiya elmləri doktoru, professor Vüqar Əhmədin növbəti əsəri barədə isti-siti məlumatı oxuculara təqdim edir.
    Qeyd edək ki, bu əsər 31-cu kitabı və üçüncü romanıdır. Əsər üç hissədən ibarət trilogiyadır.
    Vüqar Əhməd bu əsərdə Şah İsmayıl Xətainin dövründən günümüzə qədər, təxminən 500 illik bir dövrü əhatə etmiş, Azərbaycan xalqının etnogezində iştirak edən, sonradan Qaradağlılar adlanan ustaclıların Azərbaycanın tarixində nə qədər müstəsna rol oynadıqlarını canlı səhnələrlə, əlvan cizgilərlə göstərmişdir. Birinci hissəsi bilavasitə Səfəvilər dövlətinin yaranmasında, böyüməsində, inkişaf etməsində iştirak edən ustaclılalardan, ikinci hissəsi Şuşa şəhərinin salınmasından, Şuşa qalasını inşa etdirən Pənahəli xan Cavanşirdən, onun oğlu İbrahim Xəlil xandan, əsasən isə Ustaclı soyundan, Qaradağlı nəslindən olan alim, şair, tərcüməçi, xəttat, tarixçi, müəllim Həsənəli Xan Qaradağidən, üçüncü hissəsi isə Azərbaycan xalqının qəlbində əbədi yaşayan məhşur diktor Aydın Qaradağlıdan və onun ailəsindən danışır.
    Lakin bununla yanaşı əsərdə Şah İsmayıl Xətainin dövründən başlayaraq müharibələr, Çar Rusiyasının Azərbaycanı işğal etməsi, daşnakların xalqımıza qarşı apardığı soyqırım siyasəti, Şura hökumətinin vətənimizə gətirdiyi bəlalar öz əksini tapmışdır. Vüqar Əhmədin bu əsərində oxucular üçün olduqca maraqlı tarixi faktlar, məcaralı mənzərələr, dramatik löhvələr vardır. Əsər geniş oxucu kütləsi üçün nəzərdə tutlmuşdur.

  • Fidan ABBASOVA.”Min ümidim, dərgahım var…” (Yeni şeir)

    10511227_651676324909767_7394785085176257866_n
    Qara bəxtə ağ yazmayan,
    İlk eşq üçün yas saxlayan
    Körpə kimi hey ağlayan
    Ümidün ona bağlayan
    Bir kimsəm yox , Allahım var
    Min ümidim, dərgahım var….

    Səfi düzə çevirən o
    Dərdi sevinc edəndə o
    Susuz səhra yaradan o
    Onsuz həyat sevgisi yox
    Amma mənim Allahım var
    Min ümidim, dərgahım var…..

  • Əlirza HƏSRƏT.”Ağlatdın sən məni adına layiq…” (Yeni şeir)

    575949_448528385223558_1371442086_n

    Xəstəlik səninlə qol-boyun olub,
    Xoşbəxt eyləmisən bu çarpayını.
    Gözün xəstəxana divarlarında,-
    Axtarır bir ömrün ümid payını.

    Səni görməmişdim belə pərişan,
    Bu sinə dağımda qar uçqunu var.
    Düşüb kəməndinə baxışlarının,-
    Ürəyim ən rahat yastığın olar.

    Cənnət bağçasısan bu nişanda sən,
    Nəfəsin gül açıb,baxışın çiçək.
    Belə soyuq dəyər sənə ,gözəlim,-
    Sevən ürəyimi al üstünə çək.

    Xəstəlik səninlə qol-boyun olub,
    Cürətim çatmır ki sənə toxunam.
    Ölmək öyrənirəm Qu quşlarından,-
    Sənin də dilində bir az oxunam.

    Son qoydun sən mənim rahatlığıma,
    Dünyada ən gözəl qadına layıq.
    “Dirilik suyu”nmuş bu göz yaşlarım,
    Ağlatdın sən məni adına layiq.

  • Əlirza HƏSRƏT.”Zirvəyə baxmağa söz yadırğayıb” (Yeni şeir)

    13314_src

    Hey sözsüz yerindən oxudum deyə,-
    Dilim bu nəğməyə tez yadırğayıb.
    Daha baxışımdan daldalanmağa,-
    Adına çıxdığım qız,yadırğayıb.

    Könül uduzdusa eşq savaşında,
    Hicran şirinləşər hər göz yaşında.
    Adam isitməyə ocaq başında,-
    Qaralan kül altda köz yadırğayıb.

    Kəsmək də bilmir ki bu qar haçandı,
    Ləngiyir ömrümə bahar haçandı.
    Duman içindədir dağlar haçandı…,
    Zirvəyə baxmağa göz yadırğayıb.

  • Azərbaycanın ən məşhur rus dilli qəzeti olan«Зеркало» qəzetinin nəşri dayandırıldı

    загруженное

    27 avqust tarixində ən məşhur rusdilli qəzet olan «Зеркало» və «Айна» qəzetlərinin baş redaktoru Elçin Şıxlinski redaksiyanın kollektiv heyətini toplayaraq, onlara daha qəzetin nəşrinin dayandırıldığını bildirib.Bundan əlavə o qeyd edib ki, özü də jurnalistlikdən uzaqlaşır.
    Səlahiyyətli mənbələr bildiriblər ki, 2005 – ci ildə parlament seçkilərindən sonra hakimiyyət Şıxlinsikiyə «Зеркало» qəzetinin hökumətyönlü etməyi təklif edib və qəzet ətrafında bu söhbətlər 1 ilə qədər davam edib.Lakin Şıxlinski bu təklifi rədd edib. Bundan sonra Şıxlinskiyə redaksiyanı satmaq özünün isə istefa verməyi təklif olnusa da, Şıxlinski bunu da rədd etmişdir.
    Mənbə bildirib:”Bundan sonra qəzetdə maliyyə və kadr problemləri meydana çıxmağa başladı. Hökumətin sifarişi ilə demək olar ki, bütün bütün reklam şirkətləri «Зеркало» qəzetini rədd etdilər, həmçinin müxtəlif dövlət qurumları və hökumətyönlü medialar qəzetin əməkdaşlarına böyük maaşlar təklif etməyə başladılar və nəticədə qəzetin bir çox aparıcı jurnalistləri “oğurlandı””.
    Lakin ən ciddi problemlər qəzetin əməkdaşı Rauf Mirqədirovun həbs olunmasından sonra başladı. MTN və Baş Prokurorluq əməkdaşları reaksiyada və Şıxlinskinin evində axtarış aparmış, avadanlıqları və hətta baş redaktorun şəxsi kompüterini götürmüşlər. Bundan sonra Şıxlinski qəzetin nəşrini dayandırmaq məcburiyyətində qalıb və çox ümid edir ki, onun dostu jurnalist Rauf Mirqədrovun həbsi yalnışlıqdır.Lakin hökumtə Mirqədirova qarşı onu erməni xəfiyyəsi adlandıraraq, çox ağır ittiham irəli sürür.
    Qeyd edək ki, qəzetin əsası 1990 – cı ildə qoyulub. Elçin Şıxlinski Azərbaycanın Milli Yazıçısı ismayıl Şıxlinskinin oğludur.

  • Vüqar Əhmədin yaradıcılığının 30 ili tamam olur

    1420096_539588196125935_356646828_n

    Tanınmış şair Vüqar Əhmədin yaradıcılığının 30 illiyi tamam olur.
    Vüqar Mikayıl oğlu Əhməd 1963-cü il aprel ayının 17-də Bakı şəhərində hərbçi-dənizçi, ziyalı ailəsində anadan olub. Əslən soykökü – şəcərəsi Sultan Əhməd xanədanına mənsubdur. Babası doktor Kərbəlayi Mirmahmud Bəy Pirşağıda,babası həm doctor, həm də ilhiyyatçı Məşədi Soltan Əhməd Bakıda, ana babası ictimai xadim Kərbəlayi Əzim Binəqədidə nüfuzlu şəxsiyyətlər olmuşlar. 1984-87-ci illərdə Şamaxı rayonu Dərəkənd kəndində dil-ədəbiyyat müəllimi işləyib. Müxtəlif illərdə «Novruz» qəzeti və «Azərbaycan dünyası» nəşriyyatlarında baş redaktor, Azərbaycan Kütləvi İnformasiya Vasitələri həmkarlar komitəsinin sədr müavini vəzifəsində, 1987-ci ildən-2006-ci ilə kimi Azərbaycan Teleradiosunda məsul vəzifələrdə çalışıb.Hal-hazırda AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun baş elmi işçisidir. 2005-2011-ci illərdə AMİ-nin professoru olmuşdur. Rəhbərliyi altında gənc ailimlər yetişməkdədir. Azərbaycan Milli Dram Teatrının ilk direktoru və baş rejissoru- repressiya qurbanı Bilal Əhmədin qardaşı nəvəsi, ixtiraçı alim-fizik Əhməd Əhmədin,eləcə də bəstəkar, şair-dramaturq Mövsüm Əhmədin kiçik qardaşıdır. Ailəlidir, bir oğlu, bir qızı var. 1980-ci ildə Bakıdakı M.Müşfiq adına 18 saylı orta məktəbi, 1984-cü ildə indiki ADPU-nu «Fərqlənmə» diplomu ilə, 1990-cı ildə Pedaqoji Universitetin aspiranturasını bitirib. 1992-ci ildə filologiya elmləri namizədi, 2005-cü ildə isə filologiya elmləri doktoru elmi dərəcəsini almışdır. «Rus uşaq ədəbiyyatı və Azərbaycan» (Bakı, 1992), «Mircəfər Pişəvərinin həyat mühiti və yaradıcılığı» (Bakı, 1998), «Azərbaycan uşaq ədəbiyyatı» (Bakı, 2006), «Ədəbiyyatşünaslıq» (Bakı, 2007),”Anam mənim”(Tehran.2008) ,”Ş.M.Xiyabani”(Bak ı2010) və s. kimi 30 kitab və 300-dən çox elmi, publisistik məqalə müəllifidir. Əsərləri İran, Türkiyə, Yunanıstan, Almaniya və digər ölkələrdə çap olunub. Nəğməkar şair kimi 500-dən çox mahnının söz, eləcə də musiqi müəllifidir. Filologiya elmləri doktoru, professor, Nyu-York EA-nın həqiqi üzvü, eləcə də Azərbaycan Yazıçılar və Jurnalistlər birlikləri,Dərbənd Ədiblər Birliyinin «Muğam» assosiasiyasının, Bakı şəhəri icra hakimiyyəti ali mədəniyyət şurasının üzvüdür. Dünya Azərbaycanlıları Konqresinin sədr müavinidir. Üç roman və 10 şeir kitabının,yüzlərlə teleradio verilişlərinin müəllifidir. İki dərslik , iki tədris proqramı çap olunub.Filologiya elmləri doktoru ,professor, eləcə də AMEA-da ədəbiyyatşünaslıq üzrə dissetasiya şurasının üzvüdür. “Qızıl Qələm”, AHİK-nın(2 dəfə) və AMEA-nın “Fəxri Fərman”ları ilə təltif olunmuşdur. «Araz» ali ədəbi, «Abdulla Şaiq», «Məmməd Araz», «İlin nəğməkar şairi», 2 dəfə «Zirvə», «İlin mahnısı»,”Simurq” və s. mükafatların da laureatıdır.Vüqar Əhmədin 50 illiyi ilə əlaqədar “Vüqar Əhmədin yaradıcılıq yolu”adlı monoqrafiya yazılmış, telekanallar tərəfindən silsilə verilişlər və filmlər lentə alınıb. Müxtəlif illərdə alim-şairin Moskva, Tehran və İsveçdə yaradıcılıq gecələri keçirilb. Dəfələrlə Asiya və Avropa ölkələrində beynəlxalq elmi konfranslarda məruzələr edib. Vüqar Əhməd eyni zamanda “Azad Azərbaycan” teleradio şirkəti “Bədii şura”sının üzvüdür.

  • Azərbaycanlı müğənni BMT-nin elçisi təyin olundu

    Samiyusuf
    Azərbaycan əsilli məşhur britaniyalı bəstəkar-müğənni Sami Yusuf BMT-nin Ərzaq Proqramının aclıqla mübarizə üzrə elçisi təyin olunub.
    BMT İnformasiya Mərkəzinə istinadən bildirir ki, S.Yusuf uzun müddət Ümumdünya Ərzaq Proqramının fəaliyyətini dəstəkləyib və albomlarının satışından əldə etdiyi gəlirlərlə ehtiyacı olanlara ərzaq yardımı çatdırılması əməliyyatlarını maliyyələşdirib, BMT əməkdaşları ilə birlikdə Misir və İordaniyada suriyalı qaçqınlara yardım çatdırılmasını müşahidə edib.
    Xatırladaq ki, Tehranda azərbaycanlı ailəsində dünyaya göz açan Sami Yusif kiçik yaşlarında ailəsi ilə birlikdə Böyük Britaniyaya köçüb

  • Gənc yazar haqqında yeni saytın istifadəyə verilməsi nəzərdə tutulub

    993489_1380227388895188_811667389_n

    Gündəlik İnformasiya Agentliyinin Mətbuat xidmətinin Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalına istinadən yaydığı məlumata görə, yaxın günlərdə Gündəlik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri, “Hüseyn Arif” Ədəbi Birliyinin üzvü, gənc yazar Kənan Aydınoğlu haqqında yeni saytın istifadəyə verilməsi nəzərdə tutulub.Layihənin rəhbəri Gündəlik İnformasiya Agentliyinin Direktoru Kamran Murquzovdur. Əsas məqsəd gənc yazarın bu günə qədər müxtəlif mədəniyyət və ədəbiyyat yönümlü portallarda, mətbu orqanlarda dərc olunan yazılarını bir araya gətirməkdən ibarətdir.Saytın yazarın doğum günü ərəfəsində istifadəyə veriləcəyi ehtimal olunur. Saytın adı söylənilməsə də, Çağdaş Azərbaycan ədəbi elektron məkanında fəaliyyət göstərən müxtəlif mədəniyyət və ədəbiyyat yönümlü portallardan fərqli olacağı ilə bağlı tədbirlər planı hazırlanıb.
    Qeyd edək ki, Kənan Aydınoğlu bu günə qədər yazarlara dəstək olmaq üçün müxtəlif məqsədyönlülüyü layihələr hazırlayıb gerçəkləşdirərək öz töhfəsini verib.

  • Fidan ABBASOVA.”Bəlkə də gördüyüm yuxu deyilsən…” (Yeni şeir)

    10653715_660169980727068_1443034128335092797_n

    Sonsuz ümüd kimi doldun gözümə
    uğurlu yol bilib düşdüm izinə
    bir halal ocağın yanmış közünə
    bənzəyir gözlərin , əllərin və sən
    bəlkə də gördüyüm yuxu deyilsən…..

    Sıxır boğazımı acı bir qəhər
    dözürəm bunada yenə birtəhər
    ayılıb görərkən səni hər səhər
    üzündə bir gülüş gözlərin və sən
    bəlkə də gördüyüm yuxu deyilsən….

    Tutub əllərimdən dartıb yanına
    düşmüsən elə bil damar, qanıma
    nə olar əbədi çıxma sonuma
    nə acı , nə həsrət nə dəki bir sən
    bəlkə də gördüyüm yuxu deyilsən….

    Uca bir dağ kimi qarlı dayanma
    kiminsə esqiylə alışıb – yanma
    bu gözəllik sənlə əbədi sanma
    qocalar sifətin, hisslərin və sən
    bəlkə də gördüyüm yuxu deyilsən….

    Bir qonaq kimisən gəldin və getdin
    ömrümə qəm verib , yaş alıb getdin
    Fidanı nələrdən sən məhrum etdin
    bu həyat , bu ürək və birdəki sən
    bəlkə də gördüyüm yuxu deyilsən

  • Debüt: Teymur HƏBİBİ (Gürcüstan Respublikası).Şeirlər

    998812_145406895661140_1155015413_n

    Teymur HƏBİBİ (Teymur Bayramov Rzaqulu oğlu) 9 iyul 1986-cı ildə Gürcüstanda – Qarayazı mahalının Ağtəhlə kəndində ziyalı ailəsində anadan olub. Ailənin ikinci övladıdır.
    1989-cu ildən ailə üzvləri ilə birlikdə Bakıda yaşayır. Erkən yaşlarından ədəbiyyata sevgisi olan Teymur şeir, sənət ocağının qoynunda böyüyüb. Ona bu istedad soykökündən, hələ məktəb illərindən müxtəlif mövzularda şeirlər yazan, ədəbiyyatı çox sevən anası Nisə xanımdan keçib.
    O, 1993-2004-cü illərdə 143 saylı məktəbdə orta təhsilini, 2004-2008-ci illər də isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Kulturologiya” fakültəsinin Beynəlxalq Mədəni Əlaqələr ixtisasının əyani şöbəsində ali təhsilini fərqlənmə diplomu ilə bitirib.
    Teymur Həbibinin mətbuatda ilk çap olunmuş şeirləri 2005-ci ildə “Müxəmməs” və “Namə” olub. O, 2006-2007-cı illərdə bir ilə yaxın mətbuatda çalışıb, “Qulluğunda hər an durum”, “Xəyalımdan keçən gözəl”, “Bir salamdır aramızdakı söhbət”, “Xatirəli bir gecə…”, “Səni axtarıram, yar, haradasan?” şeirləri mətbuatda çap olunub.
    Elə həmin ildə də “Ağla, mənim gözü yaşlı məhəbbətim” başlığı altında “İsmi-Teymur” (Avtobioqrafik şeir), “Kitabi-mehrim”, “Biz ad günümüzü bir qeyd edirik”, “Müxəmməs”, “Gözəl”, “Bu həyatdan cavan köçdün, sevgilim”, “Xəstəyəm, dərmanım yardır” və s. şeirləri də mətbuatda çap olunub. O, mətbuatda birinci korrektor vəzifəsində çalışıb, Heydər Əliyev “Xalqa bağışlanan ömür” X kitab, Hacı xanım Rövşanə “Əllərimi Allaha açdım”, Şükufə Göyçəli “Səni ömrümə yazmışam”, Zeynal Qoca “Zindandı dünya”, Ramiz Məmmədzadə “İşıq günü”, və s. kitablarda adı çıxıb.
    Sonradan müxbir vəzifəsində çalışıb, İlyas Əfəndiyev – 92 “Unudulmaz xalq yazıçısı”, “Kulturologiya” fakültəsi “ADMİU-nun öndə gedən fakültələrindən biri”, Mikayıl Müşfiq “30 illik ömür karvanı”, Bir olan Allahın izni ilə! “İslam inciləri”, Poetik məclislər “Onların yaranma və inkişaf tarixi, poetik məclis üzvləri”, Aşıq Ələsgər “Ustadın ömür səhifələri”, Mirzə Şəfi Vazeh “XIX əsrin birinci yarısı Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri”, Xaqani Şirvani “Öz dövrünün ustadı”, Nizami Gəncəvi “Ustadın həyatı və yaradıcılığı”, Mənisə Xatın Məhsəti Gəncəvi “XII əsr Azərbaycan ədəbiyyatında yeni bir şeir məktəbinin, şeir sərgisinin təsisçilərindən biri” və s. məqalələri və bunlarla yanaşı, yeni yazdığı şeirləri də mətbuatda çap olunub.
    Teymur Həbibi tələbə olarkən universitetin “Tələbə Həmkarlar İttifaqı” Komitəsinin nəzdində fəaliyyət göstərən “Ədəbi Məclis”in üzvü olub və bu məclis üzvləri ilə bərabər 2007-ci ildə mətbuatda “Darıxmışam” şeiri çap olunub.
    Teymur Həbibi 2008-2009-cu illərdə (“Xidməti xasiyyətnamə” ilə təltif olunmuş) Qusar rayonunda hərbi xidmətdə olduğu müddətdə “Ana”, “Xəstəyəm, bu ürək darıxır sənsiz”, “Küsəyən qız”, “Ayrılıq”, “Əsgər məktubu”, “Şahdağ”, “Şeir yazmaq istəyirəm”, “Gülüşlərin” və s. şeirlərini qələmə alıb.
    2010-2011-ci illərdə Azpress.az saytında (Azərbaycan press video-foto faktoru jurnalı) müxbir, rejissor, montajçı vəzifəsində çalışıb.
    2010-cu il oktyabırın 28-də müəllifi olduğu “Həbibi dünyası…” şeirlər kitabı işıq üzü görüb. Elə həmin il dekabrın 21-də isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dəstəyi və təşkili ilə “Səda” tədris teatrında kitabının təqdimat gecəsi keçirilib.
    Xatırladaq ki, “Həbibi dünyası…” müəllifin ilk kitabıdır. Burada müəllifin özünün dediyi kimi, ikinci dəfə ədəbiyyata gəldiyi dövrdən, indiki son dövrə qədər yazdığı şeirlərinin bəziləri salınmışdır. Kitab dörd fəsildən (“Şeirlər”, “Tarixsiz şeirlər”, “Bayatılar”, “Natamam sətirlər”) ibarətdir. Kitabın adından bəlli olduğu kimi müəllifin öz dünyası var…
    O, 2011-2012-ci illərdə AzTV və ATV televiziya kanallarında “Səhər” Proqramı Redaksiyasında müxbir vəzifəsində işləyib.
    2012-ci ildə “Süleyman Rəhimov” adına Qubadlı rayon Ədəbi İctimai Birliyinin, “Gənc Yazarlar” Ədəbi Birliyinin, “Hüseyn Arif” Ədəbi Birliyinin, “Ziyalı Ocağı” İctimai Birliyinin, “Ziyalı Ocağı” İctimai Birliyinin elektron orqanı Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Birinci Qurultayında Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Redaksiya, Yaradıcı, Nümayəndə Heyətlərinin üzvü, “Azərbaycan ədəbiyyatı”, “Türkiyə ədəbiyyatı”, “Publisistika”, “Elektron kitablar” bölmələrinin əməkdaşı seçilib.
    Bununla yanaşı gənc şairin şeirləri “Sözün Sehri”, “Möhtəşəm Azərbaycan” qəzetlərində, “Ziyalı Ocağı” jurnalında, müxtəlif ədəbiyyat, o cümlədən “Mədəniyyət və Ədəbiyyat” portalında dərc olunub.
    Kitab və kitabın elektron versiyası sosial şəbəkələrdə (Facebook.com, Oдноклассники.ru, Twitter.com), respublikanın bir çox şəhər və rayon mərkəzi kitabxanalarında (“Gənclik” Elektron Kitabxanası, M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası, bineqedi-mks.az,azlibnet.az, C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası, Ağdaş rayon Mərkəzi Kitabxanası, Bərdə rayon Mərkəzi Kitabxanası, Hacıqabul rayon Mərkəzi Kitabxanası, Neftçala rayon Mərkəzi Kitabxanası, Qubadlı rayon Mərkəzi Kitabxanası, Gəncə şəhər Mərkəzi Kitabxanası, Qusar rayon Mərkəzi Kitabxanası və.s), internet saytlarında (alinino.az, Kitabxana.net, Azpress.az, edebiyyat-az.com, Kitab klubu) yerləşdirilib.
    Hal-hazırda Teymur Həbibinin şeirləri dövri mətbuat səhifələrində müntəzəm olaraq dərc olunmaqdadır.

    SƏN DÖNYAYA YARAŞIRSAN

    Zeynəb bibinin nəvəsi balaca Zeynəbə

    Hər ananın arzusudur,
    Qismət olsun ona nəvə.
    Hər atanın arzusudur,
    Qismət olsun ona nəvə.

    Gözləri göy, xumar Zeynəb,
    Hər kəs sənə baxar, Zeynəb.
    Baxan gözlər axar, Zeynəb,
    Sən dünyaya yaraşırsan.

    Saçı, qaşı sarı qızdır,
    Özü şirin, yaşı azdır,
    Hər hərəkəti bir nazdır,
    Sən dünyaya yaraşırsan.

    Sevir səni atan, anan,
    Hər zaman dərdinə yanan.
    Böyüdükcə, sən də inan,
    Sən dünyaya yaraşırsan.

    Gülüşün özüntək gözəl,
    Gəl qucağıma, uzat əl.
    İlk dediyin söz “Ata, gəl”,
    Sən dünyaya yaraşırsan.

    Həbibi səntək gözələ
    Şeir yazdı gülə-gülə.
    Sən də yaşa gülə-gülə,
    Sən dünyaya yaraşırsan.

    15.06.2003.Gürcüstan

    XƏYALIMDAN KEÇƏN GÖZƏL

    Gecələr çox tənha idim,
    Bir şərab, bir badə idim,
    Xəyallarda səni sevdim,
    Xəyalımdan keçən gözəl.

    Şahısan yuxularımın,
    Şöhrətisən sən şanımın,
    İlhamısan qəm dünyamın,
    Xəyalımdan keçən gözəl.

    Arzular var ürəyimdə,
    Məhəbbətdir istəyimdə,
    Sənsən mənim diləyim də,
    Xəyalımdan keçən gözəl.

    Dağdan axan şəlaləsən,
    Eşq şamıma pərvanəsən,
    Sən mənimçün bir dənəsən,
    Xəyalımdan keçən gözəl.

    Badə doldu göz yaşımla,
    Tufan qopdu harayımla,
    Vida etdim xəyalımla,
    Xəyalımdan keçən gözəl.

    02.07.2003.Bakı

    O QIZI UNUTMARAM MƏN

    Gozlərim bir gozəl gordu,
    Məni gorub o da suzdu,
    Naz eləyib, həm də uzdu,
    O qızı unutmaram mən.

    Aşiq oldum zumrud gozə,
    Həsrət qaldım şirin sozə,
    Deyin, bu dərdə kim dozər,
    O qızı unutmaram mən.

    Urəyimdə arzu qaldı,
    O qız canımdan can aldı,
    Duşduyum bu hal nə haldır,
    O qızı unutmaram mən.

    Həbibi yaralı oldu,
    Gozləri əzabdan doldu,
    İnsan məhəbbətə quldur,
    O qızı unutmaram mən.

    12.06.2003.Gürcüstan

    XOŞBsXT OLSUN BU EKE GsNC

    Yığışmışıq bu məclisə,
    Xoşbəxt olsun bu iki gənc.
    Səbəbkarlar Faiq, Govhər,
    Xoşbəxt olsun bu iki gənc.

    İki urək bir doyunur,
    Ata-analar sevinir.
    Arzu-istəklər boyuyur,
    Xoşbəxt olsun bu iki gənc.

    Sevən tapar, sevdiyini,
    Faiq tapdı sevgisini,
    Govhərtək sevgilisini,
    Xoşbəxt olsun bu iki gənc.

    Sevən sevəndən ayrılmaz,
    İnsan sevgisiz yaşamaz,
    Həbibi də onda yazmaz,
    Xoşbəxt olsun bu iki gənc.

    13.06.2003.Gürcüstan

  • Debüt: Günel XƏZAN (Salyan).Köşə yazısı

    10637760_1468438966740957_653630014_n

    Günel XƏZAN (Yəhyayeva Günel Nazim qızı) 1995-ci il iyul ayının 14-də Salyan rayonunda anadan olub.2000-ci ildə A.Pənah adına 1 saylı Humanitar liseyinə daxil olub.2012-ci ildə həmin liseyi bitirib.2014-cü ildə Bakı Asiya Universitetinin Tarix fakültəsinə qəbul olub.2014-cü ildən Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavinidir.

    * * *

    Bəlkədə həqiqəti çox cətindir,anlamağı,yaşatmağı,uzun ömür sürdürməyi çox çətindir və bunu qeyd etmekdə həmçinin…Doğularsan ana bətnində olduqda belə kiçicik qəlbin döyünməyə başlar və o andan sevginin qığılcimları başlayar o kiçik qəlbində.Anani sevərsən ilk.Səni qoruyan,sevənin tək o, olduğunu zənn edərsən.Yatdıqda belə ona ehtiyac duyarsan.Valideynini sevərsən,Vətənini sevərsen,ağacı,quşu,çiçəyi sevərsən.Sevərsən,sevərsən və sevgiyə alışarsan.
    Elə bir zaman olar ki,ya nağıllarda ki, kimi ən çətin vaxtında ya filmlərdə ki kimi ən təsadüfü halda ya da kitablarda kı kimi ən çətin sevgini yaşayarsan.Baxarsan eyni ağac,eyni budaq,eyni yarpaqdir.Yox!!! Bu ki eyni deyil! Sevərsən amma böyük sevgi ile,toxunmadan,həsrətini çəkərək sevərsən.Bu eyni bildiyin ağac böyüyər,kötüyü qalinlaşar eyni bildiyin budaqlardan budaq törəyər yarpaqlarını töküb yenisi daha gözəl,daha six yaranar.Eyni bu sənin sevginin böyüdüyü kimi.İlk sevgin olmaz amma ilk atan qəlbin olar.Bütün günü düsünərsən,xalqa rüsvay olarsan deyə qorxarsan amma sevgindən qorxmazsan heç düşünməzsən belə.Qəlbində yaşadarsan bir taxt qurarsan sevdiyini orada əyləşdirib padişah edərsən.Hər dəfəysə qəlbinə boylanarsan onun üçün göz yaşı töküb diz çöküb yalvarir ona amma baxarsan ki,onun qəlbində bir başqası var onun üçün döyünür.Bax o zaman budaqların sınar,yarpaqların tökülər,qəlbin daş bağlar amma ondan dönməz hey ona boylanar belkə bir baxışını görərəm deyə.Yenə xeyalların puç olar amma fikirlərin ölməz…
    Bir dərd olar qəlbinə.Zamanla unudarsan zənn edərsən.Bəlkədə unutmaq üçün cəhd edərsən başqa gönüllərdə taxt qurarsan lakin o taxta çıxmamış enərsən bir başqasına sığınarsan beləcə ömrün keçər.Dönüb geriyə baxarsan sehvlərin bir romana dönmüş.Beləcə ömrün ötər,o qara torpağa cismini qurban verərsən sevgin uğrunda.Qəlbindəki o əbədi sevgi çökər torpağa yaranan torpaq insanları böyüyər o əbədi sevgidən…Beləcə neçə sevgi dolu ömürlər keçər gedər sevgi dolu dünyadan…

  • Hüseyn ARİF.Şeirlər

    huseyn_arif

    BİR “DOSTUM” DA VAR

    Dostlar arasında bir “dosdum”da var,
    Heç vaxt beləsilə zarafat olmaz.
    Nə qədər ad alıb, nişan qoparda,
    Yenə dirsəklənib, o rahat olmaz.

    “Xeyirxah” lələsi düşüb get-gələ,
    Çoxların tovlayıb, salıb əngələ,
    Şöhrət dəlisinə deyən yox hələ
    Belə mükafatdan mükafat olmaz!

    Ey Hüseyn Arif, həyat həyatdı,
    Ömür müvəqqəti, gün amanatdı
    Müdrik bir kəlam da bir kainatdı,
    Şair şer yazar, diplomat olmaz.

    A TÜLKÜ

    Özgə qoltuğuna pənah gətirib,
    Özünü başbilən bilmə, a tülkü,
    Birinə aşkara yumruq göstərib,
    Birinin tozunu silmə, a tülkü.

    Qədəmin necə də ağır qədəmdi,
    Hardasa Allahın ölümü kəmdi
    Nə sevincin sevinc, nə qəmin qəmdi,
    Yalandan ağlayıb, gülmə, a tülkü.

    Tutmuşam üzümü zirvəyə sarı,
    Ələnib üstümə dağların qarı,
    Mən az görməmişəm fırıldaqları –
    Hüseyn Arifə gəlmə, a tülkü.

    “QAYIDAR” DEDİM

    Payız getdi qış qabağı
    Yaz olar, qayıdar dedim,
    Gül ətirli may küləyi
    Yuxudan oyadar, – dedim.

    Ürəyimdə həsrət oxu,
    Baş götürüb qaçdı yuxu.
    Gəlib keçdi ömrün çoxu,
    – Görüşməyə az var, – dedim.

    Hüseyn Arif düşdü oda
    Ala gözlər yumulanda.
    Bircə dəfə həmin anda
    Mən ona “beyilqar!” – dedim.

    AY ALİ MƏFTUN

    Başdan huş dağıldı, könüldən fərəh,
    Can gücü itirdi, ay Alı Məftun!
    Nə əkib, nə biçmək arzulayırdıq,
    Fələk nə bitirdi, ay Alı Məftun!

    Haraya baxırıq, yox bir təsəlli,
    Hanı o gülər üz, o şirin dilli?..
    Ömür yelkənini taleyin əli
    Möhnətə yetirdi, ay Alı Məftun!

    Neyləyək dəli yel əsəndə, ay dost,
    Qabağı çən-çiskin kəsəndə, ay dost,
    Günah nə məndədir, nə səndə, ay dost,
    Baxt belə gətirdi, ay Alı Məftun.

    GÖR NƏ MEHRİBANDIR BİZİM ADAMLAR

    Tanı yurd-yuvanı, dərindən tanı,
    Hər cansız daşı da, canLı yadigar,
    Dolaş qarış-qarış Azərbaycanı,
    Gör nə mehribandır bizim adamlar!..

    Qocalar əlini sıxar, qocalar,
    Qalın saçlarında dağların qarı.
    Bacılar qarşına çıxar, bacılar,
    Sevincdən gül açar tər yanaqları.

    Balalar hamıdan oyanar erkən,
    Kimisə arzular, kimisə anar.
    Qonaq həsrətilə gözü yol çəkən
    Nənələr ocağı alovlandırar.

    Bu onun, o bunun qucar boynunu,
    Ötər hər sinədə bir sədəfli saz
    Yorğunlar unudar yorğunluğunu,
    Qəmlilər bir kəlmə qəmdən söz açmaz.

    Necə can sirdaşı, könül həmdəmi,
    Ucalar yanında ucalır insan.
    Açsan hər qapını bir ata kimi,
    Neçə qız taparsan, oğul taparsan.

    Atalar, analar, babalar şirin,
    Oğullar, nəvələr, nəticələr şən,
    Açıqdır süfrəsi doğma ellərin,
    Keçmə samovarın zümzüməsindən.

    Əhdini, andını pozmayıb hələ,
    Nə yalan satandı, nə rüşvət alan,
    Bir dəfə duz-çörək kəsdi səninlə,
    Dağa arxalanma, ona arxalan.

    Özgənin işinə qarışan deyil,
    Yaşar öz yerində, öz torpağında.
    Dəyib-dolaşmasan, dolaşan deyil,
    Dəyib-dolaşdınmı, döz qabağında.

    Bir qeyrət sözü var, bir də etibar –
    Uca zirvələrin ucası saydım.
    Gör nə mehribandı bizim adamlar,
    Onlara yaraşan adam olaydım.

    KÖLGƏ ÖZ KÖLGƏM İMİŞ…

    Ha səslədim, səslədim,
    Bilmədin ki, bilmədin.
    Ha gözlədim, gözlədim,
    Gəlmədin ki, gəlmədin.
    Bu necə ağrı-acı,
    Bu necə sitəm imiş?..

    Verib hökmünü bir qəm,
    Sağı, solu bağladı.
    Neçə bəndi, bərəni,
    Neçə yolu bağladı
    Nə bilim ki, axırda
    Bu qəm öz qəmim imiş.

    Tezdən eyvana çıxdım,
    Eynim açılsın, deyə.
    Baxdım, heyrətlə baxdım
    Qəfil düşən kölgəyə,
    Nə gedən, nə gələn var –
    Kölgə öz kölgəm imiş…

    QAYIDAQ GƏLİN

    Günümüz mehriban, ayımız şirin,
    O günə, o aya qayıdaq gəlin
    Dost dostun necə də bilərdi qədrin,
    O haqqa, o saya qayıdaq gəlin.

    Axşamdan sabaha közərən ocaq,
    Pəncərə önündə alışan çıraq,
    Siyasətdən uzaq, riyadan uzaq
    O dürlü dünyaya qayıdaq gəlin.

    Qarlı zirvələrdən silinməz izim,
    Enişdə, yoxuşda bərkiyib dizim.
    Başqadı kökümüz, soyumuz bizim,
    O kökə, o soya qayıdaq gəlin.

    Qəm də yeriş etdi, dərd də ələndi,
    Dərələr çiskinə, çənə bələndi,
    İyid nərəsindən dağ silkələndi,
    O haya, o hoya qayıdaq gəlin.

    Alovlar qoynunda açdıq səhəri,
    Dağıldı yadların çalı, çəpəri,
    Stanbul səfəri, Tokat səfəri –
    O qola, o boya qayıdaq gəlin.

    Torpaqdan hədiyyə, yurddan pay olmaz,
    Kişilik satılıb, mərdlik pozulmaz,
    Hanı “Qəhrəmanı”, hanı telli saz,
    Abbasa, Alıya qayıdaq gəlin.

    Ey Hüseyn Arif, hikmət vaxtıdı,
    Məhəbbət, mərhəmət, hörmət vaxtıdı,
    İndi hünər vaxtı, qeyrət vaxtıdı,
    Cəngi Koroğluya qayıdaq gəlin.

    SƏN QOCALMA

    Ana Kürün sahilində boy atdım,
    Ceyran çölü, Qarayazı ovladım.
    Gah Gülülü, gah Aveyi dolaşdım,
    Damcılıdan gəldi səsim, sorağım.

    Göyəzənin sağı, solu tamaşa,
    Qeyrət yağıb bu torpağa, bu daşa,
    Köhlənimi çox sürmüşəm birbaşa,
    Xatirəyə çevrilibdi o çağım.

    Başa kimi bu dünyada kim qalıb,
    Kim şadlanıb, kim çağırıb, kim qalıb?
    Vurğun getdi, Hüseyn Arif qocalıb,
    Sən qocalma, mənim doğma Qazağım.

    BELƏ GÖRMƏMİŞDİM

    Sular birdən-birə coşdu bulandı,
    Qəm-qüssə çulğadı eli, obanı.
    Yüz oyundan çıxıb satqın qonşular
    Nə kökə saldılar yurdu, yuvanı.

    Qəfil yapışdılar ayağımızdan,
    Soruş həqiqəti oğuldan, qızdan,
    Bir şəhər silindi torpağımızdan,
    Köksündə illərin ahı, amanı.

    Belə bir zamanda, belə bir gündə
    Mərmilər ələndi bərəyə, bəndə,
    Yazıq anaların gözü önündə
    Axdı balaların günahsız qanı.

    O bağçaya hayıf, o bağa hayıf,
    Şuşada qaralan ocağa hayıf.
    Ağdama, Tovuza, Qazağa hayıf,
    Sədası, sorağı tutdu hər yanı.

    Bir vicdanı təmiz, əməli düz yox,
    Səbrimiz tükəndi, dözümümüz yox.
    Qonaq qabağına çıxası üz yox,
    Bazar yağsız qalıb, evdə ət hanı?

    Aç təzə dəftəri, Hüseyn Arif,
    Yaz bu dərdi-səri, Hüseyn Arif,
    Sözün müxtəsəri, Hüseyn Arif,
    Belə görməmişdim mən bu dünyanı.

    SƏHƏR OYANMADINSA

    Üfüqün dan şöləsi
    Yerin əlvan naxşıdı.
    Enən qızıl şəfəqlər
    Gül-çiçək yağışıdı.

    Sabahın xoş rüzgarı
    Günün sevinc nübarı,
    Gülüş ömrün baharı,
    Kədər qarlı qışıdı.

    Yorğan-döşəkdə batan,
    Günortayacan yatan,
    Gözəlliyə naz satan
    Ya xəstə, ya naşıdı.

    Vədə gödək, vaxt qısa
    Çatışmır toya, yasa.
    Səhər oyanmadınsa,
    Oyanmasan yaxşıdı.

    AĞSTAFA

    Könül qartala bənzər,
    Ovlağı Ağstafa.
    Dilim qələmə bənzər,
    Varağı Ağstafa.

    Çox şeyin vaxtı bitdi,
    Vaxt daşları əritdi,
    Uşaqlıq uçdu getdi,
    Sorağı Ağstafa.

    Deyin o gündən, deyin.
    Neyləsin ürək, beyin?!.
    Alovlu gəncliyimin
    Novrağı Ağstafa.

    Sevinc uzaq, qəm yaxın,
    Dövrün hökmünə baxın,
    Darıxanda arxamın
    Dayağı Ağstafa.

    Nə deyim belə hala,
    Bu dərdə, bu məlala
    Uyuyur Arif bala,
    Yaşağı Ağstafa.

    “Ulduz” jurnalı, İyul 2014

  • Debüt: Təhməz ZABİT (Salyan).Yeni şeirlər

    944311_496173427158745_1419221550_n

    Təhməz ZABİT (Əlizadə Təhməz Zabit oğlu) 1993-cü il sentyabr ayının 1-də Salyan rayonunun II Varlı kəndində anadan olub. 1999-2004-cü illərdə II Varlı, 2004-2008-ci illərdə I Varlı, 2008-2010-cu illərdə M.İsmayılov adına Yolüstü kənd orta məktəblərində təhsil alıb. 2010-2014-cü illərdə Azərbaycan Müəllimlər İnstitutunun Salyan filialının “Azərbaycan dili və Ədəbiyyatı” fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb.Həmin filialin Tələbə Gənclər Təşkilatının sədri, Azərbaycan Tələbə Gənclər Təşkilatı İttifaqının (ATGTİ) üzvü, Tələbə Elmi Cəmiyyətinin V və VII konfronslarının iştirakçısıdır.
    Şeirləri “Möhtəşəm Azərbaycan”, “Yeni Axtarış”, “İlham çeşməsi” qəzetlərində, müxtəlif ədəbiyyat, o cümlədən mədəniyyət və ədəbiyyat portallarında dərc olunub.
    2013-cü ildən Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Fəxri üzvüdür.Dünya Gənc Türk Yazarlar Birliyinin Mərkəzi Dənətim Kurulunun üzvüdür.

    İSTƏMİRƏM MƏN

    Vaxtinda qocalmaq gözəl bir həyat,
    Cavankən qocalmaq istəmirəm mən.
    Ucalıb kimsəyə yük olacamsa,
    Heç zaman ucalmaq istəmirəm mən.

    Zaman da ağladır bir vaxt güləni,
    Döyüş meydanında göstər hünəri,
    Bir kimsə verəndə mənə dəyəri,
    Qiyməti üç almaq istəmirəm mən.

    Qarabağ ürəkdə yara,oxdu ki,
    Sorunun həlli də,çara çoxdu ki,
    Səbr edib dözürük! Deyən yoxdu ki,
    Zamanı uzatmaq istəmirəm mən.

    TURANDIR

    Yaradandır qurandır,
    Yıxılarsa durandır,
    Türkün bircə yurdu var
    Onun adı TURANdır.

    Haramım olsun

    Bütövlük! Bütövlük sorağındayam
    Görəvin sonunda Turanım olsun.
    Dünyaya yenidən nur saçmaq üçün
    Əlimdə müqəddəs “Quran”ım olsun.

    Bir parça elimdən qoparan olsa,
    Xainlər yurduma gər ayaq salsa,
    Xainin ayağı yurdumda qalsa,
    Düşməni boynundan vuranım olsun.

    Nə qədər bölünüb olacağam tən,
    Cücərdib yenə də torpağında dən,
    Səninçün çalışa bilməsəm, Vətən,
    Bu vətən çörəyi haramım olsun.

  • Nəcibə İLKİN.Yeni şeirlər

    1318

    BU YAĞIŞ

    Döyür pəncərəmi payız yağışı,
    Dəli sevgimizin göz yaşı kimi,
    Səni arzulayır kövrək baxışım,
    Neçə min illərin sirdaşı kimi.

    Elə möhtacam ki, bax bu an sənə,
    Qəlbimin ağrısın yağış da duyur.
    Səngimək bilməyə bu yağış yenə
    Bəlkə sevgimizin günahın yuyur.

    Həsrət ünvanlıdı, vüsal gileyli,
    Mənə gizli-gizli baxan bu yağış.
    Baxışı Məcnundu, gedişi Leyli,
    Sevdalı qəlbimə axan bu yağış.

    Gəl tut əllərimdən ürəyimizi –
    Yağışın altında boşaldıb, doyaq.
    Gizlədək, yağışdan gileyimizi,
    Özümüz sevginin günahın yuyaq.

    MƏNƏ BİR NAĞIL DEYİN

    Könlüm nağıl istəyir
    Bir məhəbbət nağılı,
    Mənə bir nağıl deyin.
    Lap nənəmin nağlı tək
    O nağıl ki,
    içində qalım yarla təkbətək…
    Kaş nənəm sağ olaydı…
    Başımı dizi üstə
    qoyaydım sübhə qədər.

    Nağıllaşan dünyamda
    əriyəydi gecələr.
    Dinləyəydim nənəmin
    şirin nağıllarını,
    Onun nağıllarında tapır
    yar öz yarını.
    Mənə sevmək öyrətdi,
    Nənəm nağıllarıyla,
    qalıbdı yaddaşımda
    nənəm nağılları tək,
    düz əhdi-ilqarıyla.
    Mənə bir nağıl deyin.
    O nağıl ki, orada
    görüm özüm – özümü
    deyə bilim sözümü.
    Gəlsin Ağ Atlı oğlan
    Məni alsın tərkinə,
    Dözsün bu məhəbbətin
    əzabına, ərkinə.
    Bağrını yara-yara
    qalxsın ağ buludlara,

    Aparsın bu dünyadan
    məni çox uzaqlara.
    Keçək ağ buludlardan
    olaq ayrı aləmdə.
    Bax, ayılam bu dəmdə.
    Göydən üç alma düşə,
    Biri mənim, biri nənəmin
    Biri də mənim kimi
    sevib-sevilənlərin.

    ÇOX BAXACAQSAN

    Küsmüşəm barışan deyiləm daha,
    Çıxıb gedəcəyəm bir qərib yerə.
    Sənsiz gözlərimdə doğan sabaha,
    Baxıb hönkürəcəm gülüm min kərə.

    Boylanıb qəlbimin pəncərəsindən,
    Dikəcəm yoluna həsrət gözümü.
    Diksinib qalxacam qəfil səsindən,
    Yenə axtaracam özüm – özümü

    Gecələr bürünüb hicran donuna
    Vüsal yuxumuza lay-lay çalacam.
    Yenə yuxularda qaçıb yanına.
    Yenə də bir anlıq sənin olacam.

    Ayılıb həsrətin qəm yuxusundan,
    Eh… məni o qədər axtaracaqsan.
    Yapışıb könlümün lal yaxasından,
    Mən gedən yollara çox baxacaqsan.
    Mən gedən yollara çox baxacaqsan.

    SƏN GETDİN

    Sən getdin göynədi sinəmdə ürək,
    Yox olub əridi ömrün illəri.
    Soldu qucağımda arzularım tək,
    Dərib gətirdiyin sevda gülləri.

    Sən getdin… arxanca baxan gözlərim –
    Su səpdi yoluna aydınlıq üçün.
    Dilimdə ilişib qalan sözlərin,
    Bir haray salmadı, bilmədim neyçün?

    Sən getdin… eşqinin bahar naxışı,
    Min ilmə toxudu payız ömrümə.
    Gözümdən süzülən sevda yağışı.
    Sanki qılıncını çəkdi könlümə.

    Get gülüm, – qınama sənsiz səbrimə,
    Küləklər yan alar, sellər yan alar.
    Get barı, tez qayıt, mənim xətrimə,
    «Sənsizlik» dərd olub məndən can alar.

    EŞQİMİN QIŞ HARAYI

    Payız elə getdi, qış belə gəldi,
    Ayrılıq küləyi əsdi bir ucdan.
    Görüşə bilmədik, bu necə dərddi?
    Qar da yolumuzu kəsdi bir yandan.

    Sanki acıq çıxır təbiət bizdən,
    Görüşmək vədəmiz uzanır yaman.
    Həsrət də qar kimi gözlərimizdən,
    Yağıb sinəmizdə qoparır tufan.

    Bölündük sevginin fəsillərinə,
    Eşqimiz, baharkən, özümüz qışıq.
    Bəlkə ömrümüzün son illərindən,
    Bəxtin yollarına atılmış daşıq?!

    Eh… yenə səbrimin üstünə əsir,
    Sənin göndərdiyin şaxta, qar, boran.
    İnan ki, yolumu eşqimiz kəsir,
    Yoxsa, bu yollarda kimdi ki, duran?!

    “Ulduz” jurnalı, İyun 2012

  • Hikmət MƏLİKZADƏ.Yeni şeirlər

    10304351_268609333324646_7910328543693681828_n

    Azərbaycan Yazıçılar və Jurnalsitlər Birliklərinin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü.

    ***

    Torpaqdı, – sonunda bir ovuc küldü,
    Nəyinə gərəkdi ad, qəbirlərin?
    Ölmə, qəbrin üstə bir gül bitər ki,
    Sevdası titrəyər yad qəbirlərin.

    Başını dik saxla düz ağac kimi,
    Heç kim köç aramır yolun altında.
    Gedəndə, elə get, büdrəmə, yoxsa,
    Üç yerdən əzilər qolun, altında.

    Onsuz da bu ömür köç yolu deyil, –
    Tanrı, bu həyatı cır da, pul kimi!
    …Mən sənə sevgimi ütülə dedim,
    Demədim, çölə at xırda pul kimi.

    ***

    Yaram qaysaq tutub, dərim dartılır,
    Hicran sinəm üstə sac qoyub sanki.
    Ruhum öz-özünü elə qınayır,
    Üç körpə balasın ac qoyub sanki.

    Gəl, gözüm ağrıyır, baxışını sürt,
    Canımı canına sığışdır, gedək.
    Daha yaşamalı halı da yoxdur,
    Bu evi sil-süpür, yığışdır, gedək.

    Gəl, birgə üz tutaq Allaha, soraq: –
    Nədən zülm eləyir bəndə özünə?
    Bizim günahımız ayrı-ayrıdır,
    Mən özümə baxım, sən də özünə.

    ***

    Ömür nə şeydi ki, – bir göz qırpımı,
    Gəlmək də, getmək də bir anlıq olur.
    Tale hər adama rəhm eləmir, qız,
    Sevdasız ürəklər viranlıq olur.

    Mən hələ yatıram – ruhum yuxulu,
    Sübh tezdən üfürür şamı dan, xəlvət.
    Dünyanın son günü bir xəstə qızla,
    Kəbin kəsdirəcəm hamıdan xəlvət.

    Nə çox boylanırsan bu yalqız kəndə,
    Bu kəndin bir-iki pir adamı var.
    Hardasan, ay ölmüş, gəl, qapımı aç,
    Desinlər, bunun da bir adamı var.

    ***

    Ərini nifrətə bulayıb
    Özgə kişiyə meyl edən qadının
    İştahı qədərdi sevgi.
    Kama çatan kimi qurtarır.

    ***

    Ömür yanımdan ötür,
    Bir kölgə, bir fon kimi.
    Arzular çəp görünür,
    Sonuncu vaqon kimi.

    Deyən, dərdə xoş gəlir,
    Sifətimin ağlığı.
    Nə qədər gözləyəcəm,
    Burax bu uşaqlığı.

    Ürəyin ağ varaqdı,
    Bir kəlmə yaz, uzat, qız.
    Mən gəlməyən yollara,
    Gözünü az uzat, qız.

    ***

    Mən də tərs sevdanın əsiri oldum,
    Eşq məni çürütdü – leş elədi, qız.
    Mən dörddən dörd çıxdım, sıfır elədi,
    Sən birdən bir çıxdın, beş elədi, qız.

    Məəttəl qalacaq bu sirrə hamı,
    Yer tabut çoxaldır sinəsi üstdə.
    Sənin beş arzunun çiçəyi açdı,
    Mənim dörd arzumun binəsi üstdə.

    Ömür hər adama bir qucaq yükdür,
    Adamın ölüdən daş fərqi var, qız.
    Sən vaxtı dayandır, mən sənə çatım,
    Bizim aramızda yaş fərqi var, qız.

    ***

    Ruhum vəcdə gəlir lal sevda kimi,
    Cismimin altında təpə oynayır.
    Sən elə süzürsən, elə bil ki, qız,
    Suların qoynunda ləpə oynayır.

    Kölgəmin tabutu elə cür durub,
    Elə bil torpağa düz xətt qoyublar.
    Sənə vermədiyim vədin altından,
    İmza əvəzinə yüz xətt qoyublar.

    Eşqdən kim yorulub, biz də yorulaq,
    Deyəsən, gün keçir, boynum üşüyür.
    Sanki xəzan vurmuş quru yarpaqdı,
    Qızlar bir-bir düşür, qoynum üşüyür.

    BİLMİRƏM

    Həsrət – yoxluğu anmaqdır,
    Sevmək – taleyi danmaqdır.
    Ruhun sevdası yanmaqdır,
    Yanım, yanmayım, bilmirəm.

    Bəxt ki var, məzədir, meydir,
    Lütdü, dur ruhumu geydir.
    Həyat da pir kimi şeydir,
    Danım, danmayım, bilmirəm.

    Üstünə çıxma yaş daşın,
    Olmur həyanı daş daşın.
    Yuxuma girir başdaşın,
    Anım, anmayım, bilmirəm.

    ***

    Çoxdur təbiətin bakirə yeri,
    Hər yol öz ağlığın saxlaya bilmir.
    Dərdin kağızında imza yeri yox,
    Dərd çürük diş kimi laxlaya bilmir.

    Bir pəri boylanır hər səhər göydən,
    Ona əl uzadın, şən ola bilsin.
    Başının altına kətil qoyun ki,
    Boyu kölgəsilə tən ola bilsin.

    Baxma, mığmığalar şivən qoparır,
    Bəzən pir sayılır su başı, adam.
    Madam ki, üstündə gəzdirə bilmir,
    Nə üçün saxlayır bu başı adam?

    “Ulduz” jurnalı, Avqust 2013

  • Rafiq ODAY.”Ali Baş Komandanım” (Şeir)

    Rafiq Oday foto

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri,
    “Möhtəşəm Azərbaycan” qəzetinin təsisçisi və baş redaktoru,
    “Azərikimya” İstehsalat Birliyi Mətbuat xidmətinin rəhbəri,
    AYB və AJB üzvü, şair-publisist, «Qızıl qələm», «Həsən Bəy Zərdabi» və «Qafqaz Media» mükafatları laureatı

    Bütün türk dünyasının gözü dikilib sana,
    Türk dünyası bir yana, Azərbaycan bir yana,
    Yüz milyonluq millətə Azərbaycan bir ana,
    O mənim görən gözüm, o mənim cismim, canım,
    Ali Baş Komandanım!

    Şəhərlər kəndə dayaq, kəndlər şəhərə arxa,
    Ay gecəyə nur çilər, günəş səhərə arxa,
    Şükür, yenə su gəldi bir vaxt su gələn arxa,
    Azadlıq naxışıyla zinətlənir hər anım,
    Ali Baş Komandanım!

    Yacuc-Macuc «yan»ların – boyuna qibtəsi var,
    Min illik Dədə-Qorqud boyuna qibtəsi var,
    Vətən, millət sevdalı soyuna qibtəsi var,
    İnam, güvənc yerimsən – bunu mən necə danım,
    Ali Baş Komandanım!

    Neçə yüz milyonların çörəyi səndən keçir,
    Cahanın qan paylayan ürəyi səndən keçir,
    İlləri aydan soruş, ayları gündən keçir,
    Gör hansı kürsülərdən təriflənir ad-sanım,
    Ali Baş komandanım!

    Heydər baba naxşı var yurdun hər qarışında,
    Dünya baş əymiş ona siyasət yarışında,
    Bir çözümü olmalı sülhün də, barışın da,
    BMT-yə, ATƏT-ə nəsə qaynamır qanım,
    Ali Baş Komandanım!

    Bizə dostu düşməndən 20 Yanvar seç dedi,
    Şovinist ocağında neçə «yan» var – seç dedi.
    Önündə bir körpü var – bu körpüdən keç dedi,
    Qoy yazılsın tarixə haqq sədalı ünvanım,
    Ali Baş Komandanım!

    Xocalı faciəsi tarixin dərsi bizə,
    Neçə tale çarxının fırlandı tərsi bizə,
    Bizi ərzə tanıtdı, tanıtdı ərzi bizə,
    Bircə anda yetişdi dada Şahi-Mərdanım,
    Ali Baş Komandanım!

    İyirmi faiz torpağım yağıda qala bilməz,
    Çala, çapa, talaya, dağıda – qala bilməz,
    Bundan artıq millətim ağıda qala bilməz,
    Gülsün artıq çöhrələr, sevinsin dörd bir yanım,
    Ali Baş Komandanım!

    Vətənə layiq oğul, Sizə sadiq əsgərik,
    Haqqa qılınc çalanın qollarını bükərik,
    Yurdun hər kədərinə, sevincinə biz şərik,
    Vətən qürur mənbəyim, Vətən şərəfim, şanım,
    Ali Baş Komandanım!

    Azərbaycan güvənir müzəffər ordusuna,
    Qoymaz yağı önündə bu xalqı ordu, sına,
    İstər tufanda yoxla, yağışda, qarda sına,
    Bir nərə çək, dəniztək aşıb-daşsın meydanım,
    Ali Baş Komandanım!

    Ulu öndər eşqinə qılıncı qından çıxar,
    Gündə min dona girən iblisi dondan çıxar,
    Qanı qanla yuyarlar, bu xalqı qandan çıxar,
    Ucalsın haqq bayrağım, zəfərlə doğsun danım,
    Ali Baş Komandanım!

  • Ruslan Dost ƏLİ.”Uşaqlıq himi” (Yeni şeir)

    10557202_516664981811596_1592662451939323226_n

    Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü

    hərə bir züm-zümə edir keçmişdən,
    hərə içində bir bəstə saxlayır.
    məni bu od-ocaq qızdırmır daha,
    məni xatirələr isiti saxlayır.

    gəlib məhləmizdə az tutmayıblar,
    qızlar gəlinciyi, donu əlimdə.
    mən də böyüməyə tərəf qaçardım,
    qarqı atım vardı, onun belində.

    gedib kitablarda quş axtarardım,
    rəsm dəftərimə şəkil çəkməyə.
    “klas”a bir yastı daş axtarardım,
    indi daş gəzirəm bir ev tikməyə …

    deyimmi xəlvətcə ağac başına
    çıxıb yuvaları yoxlamağımı?
    körpə budaqlardan yay-ox düzəldib,
    günahsız göy üzün oxlamağımı?

    canım bahasına ala bilmərəm,
    suyu qiymətinə satdıqlarımı.
    sonradan səngərdə döyüşən gördüm,
    taxta aftomatla atdıqlarımı …

    götürüb üstünə adımı yazdım,
    bir arxa tulladım, getdi, gəlmədi-
    mənim uşaqlığım, ax… uşaqlığım,
    kağız gəmilərdə batdı, gəlmədi …

  • Doğum gününüz mübarək!

    elmeddin nicat

    Elməddin Nicat 1982-ci il avqust ayının 23-də Kəlbəcər rayonunun Zeylik kəndində anadan olub.1999-2003-cü illərdə Gəncə Dövlət Universitetinin Tarix fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb.2007-ci ildə ailə həyatı qurub.
    2013-cü ildən Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Fəxri üzvüdür.
    Şeirləri müxtəlif mətbu orqanlarda, o cümlədən mədəniyyət və ədəbiyyat portallarında dərc olunub.”Dağlar, yuxunuz çin olsun” şeirlər kitabının müəllifidir.AYB və DGTYB üzvüdür.

    ***

    Qayğılar zamana yükdü,
    Saatım geriyə dönmür.
    Məndən ona sevda yolu,
    Ondan bəri yol görünmür.

    Kimsə düşüb dalımıza,
    Hay-haraynan kimdi elə.
    Qara bəxtim, qara vaxtım
    Əvvəlim, ilkimdi elə.

    Yolumu ağlım aparır,
    Ürək məni sənə çəkir.
    Ağardın ağlım, bilmədin,
    Nə çəkir ürək, nə çəkir.

    Hərdən bir qız əl eyləyir,
    İllərin o tərəfindən.
    Yaman tez-tez ağrı qalxır,
    Sinəmin sol tərəfindən.

    ELƏ GÖZƏLDİ Kİ

    Bəzən dünya tarimardı,
    Bəzən elə gozəldi ki!…
    Bu nizamı yerbəyernən,
    Düzən elə gözəldi ki!…

    Ürəkdən, candan oxuyan,
    Damardan, qandan oxuyan.
    Əhli-irfandan oxuyan,
    Ozan elə gözəldi ki!…

    Xəyalım dağda, aranda,
    Nələr olmur bircə anda.
    İçini boşluq saranda
    Azan elə gözəldi ki!…

    Tanrı soyuq baxdı bizə,
    Qarğadı kim bəxtimizə?!
    Bu dərdi kəm bəxtimizə
    Yazan elə gözəldi ki!…

    OTUZ YAŞIN İLK ŞEİRİ

    Bu günlərin qara günü,
    Dünənin ağ yolu dərdim.
    Doluların boş ünvanı,
    Boşluqlardan dolu dərdim.

    Kök-köməcli sal qara daş,
    Kəsərli dil, havalı baş.
    Qapısında qul-qaravaş—
    Özü sevda qulu dərdim.

    Səpilməyib qan toxumu,
    Ruhum qada, qan qoxumur.
    Ürəyimin qan qohumu,
    Ululardan ulu dərdim.

    Arzularım bala quşdu,
    Ağrın, acın bala tuşdu.
    Səndən gələn bəla xoşdu,
    Nə göndərsən olu dərdim.

    Yellər əsdi başındaca,
    Kəklik oxur daşındaca.
    Ömrün otuz yaşındaca,
    Sipsilə, dopdolu dərdim.

    BU AXŞAM…

    Bu axşam səmada buludlar saya,
    Boylanır gecədən ulduzlar qərib.
    Ya qismət, bir daha ola-olmaya,
    Yaxşı ki, bəxt bizə xoş üz göstərib.

    Bəlkə də bir ömür bəs edər bizə.
    Bu siyah gecədə doğulan sevgi.
    Açılar sabaha , çıxar gündüzə,
    Ən acı qəhərdən boğulan sevgi.

    Xurmayı saçların sığala yatar,
    Zərif əllərində bir əl yeri var.
    İlahi sevgilər nağıla yatar,
    Ürəyin bir aləm dərdi-səri var.

    Bəyaz sifətinə baxıb bu ayın,
    Min sevda nəğməsi oxumaq olar.
    Qara gözlərinə baxıb arxayın,
    Sevgini hüsnünə toxumaq olar.

    BU DƏRDİ KİMƏ DANIŞSAM…

    Bu dərdi kimə danışsam,
    Göynəyib göylərə çıxar.
    Dilində sızlar bayatı,
    Yanğısı neylərə çıxar.

    Qar tutdu eşqin gədiyin,
    Bircə səndin güvəndiyim.
    Ah tutar, qoca kötüyün
    Ağrısı şüylərə çıxar.

    Dərdin acı dərdin atmaz,
    Dərdbiləni dərd unutmaz.
    Sevdalanan qərar tutmaz
    Baş alıb köylərə çıxar.

    QARAGÖZLÜM

    Başlayar yaz yağışları,
    İslanarsan, qaragözlüm.
    Bir yağışnan sığallanıb—
    Süslənərsən, qaragözlüm.

    Həsrətiyik gör nələrin,
    Yaz yağışlı gecələrin.
    Ölərəm olmaz xəbərin
    Yaslanarsan, qaragözlüm.

    Bəhsə girib dərd ölümnən,
    Zara gəlib dərd əlimnən.
    Uzaqlaşma, dərd ələmnən—
    Bəslənərsən, qaragözlüm.

    Tuşmu gəldik qarğışlara,
    Bəd nəzərli baxışlara.
    Məni yazda yağışlara
    Qısqanarsan, qara gözlüm.

    GETMƏ

    İçimdəfırtına, bayırda tufan,
    Üstümə bir acı yel əsib, getmə.
    Bu yolu gecikə-gecikə gəldin,
    Bu yolu tələsib, tələsib getmə.

    Qıyma ki, xəyalım sürgünlük olsun,
    Körpə duyğularım süngülük olsun.
    Gedişin birgünlük, beşgünlük olsun
    Aradan bir uzun il asıb getmə.

    Heç mənə gəlmədi səndən gedənlər,
    Ömürdən gedənlər, gündən gedənlər.
    Yaman uzaq gedir məndən gedənlər,
    Yol çəkən gözümdən yol asıb getmə.

    KÖNLÜMÜN ƏFƏNDİSİ

    İbrahim İlyaslıya

    İlahi eşqin yolçusu,
    Dərd əhli, dərdiş əfəndim.
    Könlü haqqa bağlamaqdan
    Olmaz ki, mərd iş, əfəndim.

    Şam gözləyir bu ağ şamdan
    Nağıl olmaz bu oxşamdan.
    Bu sabahnan, bu axşamnan
    Fırlanır gərdiş, əfəndim.

    Can istər sədam olmağı,
    İçimdə edam olmağı.
    Adamnan adam olmağı
    Eylədim vərdiş əfəndim.

    Dünyanın kölgə yönümü
    Pozmaya keşgə yönümü.
    Tutub da eşqə yönümü
    Etdim pərəstiş, əfəndim.

    Sən, o eşqin ta kəndisi,
    Səndə qalıb tükəndisi.
    Ay könlümün əfəndisi
    Sevdalı dərviş əfəndim.

    DƏRDİNİ YAĞIŞA DANIŞ

    Dərdini yağışa danış,
    Yuyub acısın aparsın.
    İçini kəsib doğrayan
    Qara sancısın aparsın.

    Cücərməz içimdə sevinc,
    Soyuq döyür, şaxta kəsir.
    İynə ucu ümüdim var,
    Ondan tale, baxt da kəsir.

    Dərd içini yandırdımı,
    Qamışa de neyə dönsün.
    Budağı puçurlamasın
    Saralmış güneyə dönsün.

    Haqqa yol alsın sevdalar,
    Qayıtmasın yer üzünə.
    Çöküb dərdin boğazına
    Elədiyin vur üzünə.

    Mən də səndən gələn yolam,
    Tükənərmi məndə yolun?!
    Bir məktub var eşqimə ver
    Nə vaxt düşsə kəndə yolun.

  • Qabil ƏDALƏT.Yeni şeirlər

    Qabil_edalet (2)

    * * *

    Gecə telefonda,
    başımı başına söykəyib,
    dərdlərindən aldığım payımı
    başımın altına qoyub,
    səsindəki təbəssümə bürünüb,
    ümidimi qucaqlayıb yatdım.
    Qoparıb ruhumu bədənimdən
    sənə sarı gəldim.
    Sevginlə məst idim bir az dumanlı…
    Əllərim uzalı qalmışdı saçlarına gecə gözlüm…
    Ümidlərim qucagı boş qayıtmışdı qoynuma.
    Bu gecə də telefondan
    nefes kimi asıldım.
    Günəş yavaş yavaş əritdi gecəni.
    Geriyə bir nağıl qaldı gecədən…

    AĞLAYAN ŞEIR

    Qırıldım.
    Eşitmədin.
    Çiliklərim doğradı içimi, sızıldadım.
    Kədərlənməyəsən deyə,
    Gülüşümü sərdim
    ağrılarımın üstünə..
    Qarşılıqsız bir sevginin,
    səfil xəyallarına dala-dala
    unutmuşam özümü.
    Axır bir gün
    Çiliklərim doğrayacaq hisslərimi,
    Yaxşısı, toxunma.
    Yığışdır addımbaşı unutduğun ümidləri,
    yığışdır.
    Yeriməyim çətin olur.
    Dolaşır ayağıma ümidlərin.
    Toxunma yalqız qalmaq istəyim var.
    Bu şeirdə qarşılıqsız bir sevgimə ağladım .
    Ağladım…Ağladım…
    Göz yaşımda həsrət üzdü
    ümidimin sahilinə çatmağa.

    AYIN GÜNƏŞƏ SEVGİ ETİRAFI

    Günəş yer üzünü
    işıqlandırdığı,
    torpağı isidib,
    dənizi qabartdığı tək,
    o gözəl çöhrən
    dünyamı işıqlandırır,
    qanımı qaynadır
    sinəmi qabardır…
    Həsrət qalmışıq bir-birimizə,
    qovuşmağımız imkansız.
    Sən olanda mən olmuram,
    mən olanda sən.
    Gecəylə gündüz, günəşlə Ay kimi
    Seyrək – seyrək
    görüşürük
    onu da çox görürlər bizə.
    Hərə əlinə bir qazan
    bir dəmir alıb
    döyəcləyib bizi ayırır,
    Çünki qovuşsaq
    dünya bitər…

  • Əbil HƏSƏNOV.”Ananın fəryadı” (Hekayə)

    ebil1

    Ananın övladları neçə illər idi ki,əsirlikdə idilər.Özü isə yarımcan idi.Bədənini bir hissəsi düşmən gülləsinə tuş gəlmişdi.Ancaq buna baxmayaraq, çətinliklə də olsa da,düşmən əlindən sağ salamat çıxarmış oğlanlarını böyüdürdü ki,onun qisasını alsınlar,əsirlikdə olan bacılarını xilas edib,düşmən tapdağında olan torpaqlarımızı azad etsinlər.Oğlanları böyüdükcə ana daha da sevinirdi.Axı necə sevinməsin ki,qisas günü yaxınlaşırdı.Oğlanları tərbiyəli, mərifətli uşaqlar idilər.Hər ikisi də biri birinə oxşayırdı.Anadan başqa heç kim onları seçə bilmirdi.Oğlanlar ibadətlə məşğul olmağa başladılar.Ana oğlanlarına baxıb fərəhlənirdi. Oğlanlar Allaha “yaxınlaşdıqca” bir birlərindən uzaqlaşırdılar.”Qardaş”ların sayı artdıqca, aqardaşlar arasında münasibətlər korlanırdı.İş o yerə gəlib çatdı ki,namazı da fərqli fərqli qılmağa başladılarArtıq zahiri görünüşləri də dəyişilmişdi.Əvvəlki oxşarlıqdan əsər əlamət qalmamışdı.Hərə özünü haqlı sayır,doğru yolda olduğunu bildirirdi.Dəfələrlə aralarında mübahisələr olurdu.Ancaq ananın vaxtında müdaxiləsi mübahisənin münaqişəyə çevrilməsinə imkan vermrdi.Ananın qəlbindəki sevinci kədər əvəz eləmişdi. Günlərin bir günü oğlanlardan biri anaya yaxınlaşaraq:-”Ana mən Suriyaya gedirəm.Orada “qardaşlarımızı “qırırlar.Onlara kömək etmək lazımdır.”-dedi. Ana:-”Ay oğul sənin orada nə işin var.?Sənin bacıların əsirlikdədirlər.Vətənin bir hissəsi düşmən tapdağı altındadı.Bəs onları kim azad edəcək?.Mən sizi böyütdüm ki onları azad edəsiniz.”-deyərək ağlamağa başladı.Ana çox yalvardı,oğul eşitməyib getdi. Bir neçə gündən sonra o biri oğul anaya dedi:-”Ana mən də Suriyaya gedirəm. Ana sevindi.Elə bildi ki oğlu qardaşını gətirməyə gedir.O sevincək oğluna:-” Get ay bala,yolun açıq olsun, qardaşını da götür gəl.Onun orada nə işi var.”-dedi. -”Yox ay ay ana mən onu gətirməyə getmirəm.”-deyə cavab verdi. -Bəs niyə gedirsən ay bala?-Sual dolu baxışlarla oğlunun gözlərinə baxdı.Oğlu qardaşının boş çarpayısını göstərərək;-”Bunlar orada baş qaldırıblar.Onları yerində oturtmaq üçün “qardaş”lara kömək etmək lazımdır.Onlarda gəlib bizə kömək edəcəklər”-deyib,anasının sösünə məhəl qoymayıb getdi. Suriyadan hər iki oğlanlarının ölüm xəbəri gəldi.Ana ağladı,fəryad etdi.Heç kim ananın fəryadını eşitmirdi.Eşitmək də istəmirdi.Ana ğorxurdu ki,sinəsi nə vaxtsa “qardaş”ların hərb meydanına çevirilə bilər.

  • Qazax rayonunda M.P.Vaqifin yaradıcılığına həsr olunmuş tədbir düzənlənib

    10350422_324691647699627_1623358342168779945_n

    10589788_324852017683590_1938076167_n

    1902880_324691714366287_1647150863610721632_n

    10583778_324692144366244_225251748459530332_n

    10397811_324691894366269_8717229632175465416_n

    10632737_324692481032877_4435875803791586372_n

    997054_324691991032926_8945297208594417958_n

    1618447_324692301032895_1646923362627624319_n

    22 avqust 2014-cü il tarixdə Qazax rayonunda Azərbaycan Yazıçılar Birliyinin Qazax Bölməsinin sədri, Əməkdar incəsənət xadimi Barat Vüsalın təşkilatçılığı ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair Molla Pənah Vaqifin yaradıcılığına həsr olunmuş tədbir keçirilib.Tədbiri giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyinin Qazax Bölməsinin sədri Barat Vüsal ilk növbədə tədbir iştirakçılarını salamlayıb, sonra isə Molla Pənah Vaqifin həyat və yaradıcılığı haqqında tədbir iştirakçılarını bilgiləndirib.Kütləvi informasiya vasitələrinin də iştirak etdiyi tədbirdə Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Hüseyn Arif” Ədəbi Birliyinin Başkanı Saqif Qaratorpaq, yazıçı-jurnalist Firdovsi Heydərli, DGTYB və AYB üzvü, “Gənc Ədiblər Məktəbi”nin müdavimi, gənc yazar Rüfət Axundlu, “Gənc Ədiblər Məktəbi”nin üzvü, gənc xanım yazar Pərvanə Nizaməddin, Dünya Gənc Türk Yazarlar Birliyi Yönətim Kurulunun üzvü, gənc yazar İntiqam Yaşar, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü, “Ulduz” jurnalının “Poeziya” şöbəsinin müdiri Fərqanə Mehdiyeva və digər qonaqlar iştirak ediblər.Düzənlənən tədbirə qatılan qonaqlar XVIII əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şairi, məşhur siyasi və ictimai xadimi Molla Pənah Vaqif haqqında öz fikir və düşüncələrini bölüşüblər, öz şeirlərini səsləndiriblər.Tədbirin sonunda xatirə şəkilləri çəkdirilib.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti

  • “Azərbaycanımın Qəhrəman qızı”

    10602995_1516489595235338_1887332412_n

    10631699_1516490118568619_2071655357_o

    Adınla yaşayıram
    Pəncərəmi sənin,
    Əlinlə döyür külək.
    Taqqıltı eşidəndə,
    Yamanca ovunuram.
    Tələsik addımlarla,
    Gedib qapıya tərəf.
    Sənin yerişin sanıb,
    Özümü unuduram..
    Qayıdıb asta-asta,
    Üz-üzə dayanıram,
    Şəkillə, gəlmək üçün.
    Sənsizliyin içində,
    Səninlə ölmək üçün.
    Gecənin qaranlığı,
    Sarılır otağıma.
    İsti, ilıq nəfəsin,
    Baş qoyur yatağıma.
    Hər otağın küncündə,
    Xatirələr bağırır.
    Günümə, saatıma,
    Dəqiqəmə dağılır.
    Masa üstü kitabın.
    Millətə, xalqa,
    Böyütdüyün övladın.
    Adımı kölgə kimi,
    Adında daşıyıram.
    Ey ilk və son sevdiyim,
    Adınla yaşayıram.

    Gülnarə İSRAFİLQIZI

  • Tural ADIŞİRİN.Yeni şeir

    378318_508394119221817_1971439614_n

    Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü

    * * *

    O göyçək əlindən tutmağım çətin-
    öz evin,öz süfrən,çörəyin-duzun…
    Mənim ürəyimdə sənin həsrətin,
    Sənin qucağında-körpəcə qızın…

    Bir nazlı ayrılıq əlində şərbət,
    Qapım bağlanandan qapımı döyür.
    Mənim nəfəsimlə bir lal məhəbbət,
    Sənin nəfəsinlə bir qız böyüyür.

    Sənin işığından umacağım yox,
    O körpən gülürsə-dünya gözəldir
    Mənim yerim-yurdum,od-ocağım yox,
    Mən yol adamıyam bəlkə yüz ildir.

    Bəlkə də….eh,bəsdir,daha zarıma,
    Bu ömrün əvvəli,sonu şikəstə.
    Adın qonaq gəlir dodaqlarıma,
    Gözüm süfrə açır yanağım üstə.

  • “Mənim qəhrəmanim”

    love

    Bir universitetdə praktika keçirdim, dərs deyirdim. Eyni semestrdə həm mühazirə, həm seminar dediyim bir qız tələbə diqqətimi çəkməyə başlamışdı. Çox gözəl idi, qeyri-ixtiyari ona baxırdım, çox çalışqan idi, bütün imthanlarda ən yüksək qiyməti o alırdı. Həm də çox xanım xarakterli idi. Bir gün təsadüfən qızı nişanlısı ilə gördüm və boynuma alıram, ilk ağlımdan keçən “Armudun yaxşısını ayılar yeyər” düşüncəsi oldu. 27-28 yaşlarında, saçı bir az tökülmüş,kök, balacaboy adam idi. Bu insanla puluna görə nişanlana biləcəyi ağlıma gələn ilk fikir oldu. Sonra öyrəndim ki, imkanlı biri deyil və başqa bir universitetdə psixologiya üzrə doktoranturada oxuyur və gələcəkdə ixtisası üzrə professor olmaq istəyir. Düşüncəm məni rahat buraxmırdı. Görəsən nə tapmışdı mənim gözəl tələbəm bu oğlanda? Bir gün koridorda, qıza yaxınlaşdım və bir az ordan-burdan danışdıqdan sonra maraqlı olduğum mövzu ilə bağlı sual verdim:
    – Nişanlınla necə tanış olmusan mənə çox maraqlıdır?
    – Bir dini müşavirədə bərabər iştirak edirdik, orda tanış olduq.
    – Bəs səni nəyi cəlb etdi?
    O, bu sualı heç gözləmirdi. Ziyalı xanım olduğundan, bu cür sualları insanın şəxsi həyatına təcavüz hesab edərək təəccüblə üzümə baxdı. Bir qədər sonra gülümsəyərək: “O, şəhanə bir insandır; O mənim qəhrəmanımdır. Ondan çox şey öyrənmişəm” dedi.
    İlk anda duyduğum hiss qısqanclıq oldu. Gözəl bir qadının bir kişiyə ” Sən mənim qəhrəmanımsan” duyğusu ilə baxmasının kişiyə verilmiş ən böyük hədiyyə olduğunu hiss etdim. Bu hədiyyəni həyatım boyu almadığımı bildiyim üçün qısqandım.
    -Necə yəni? soruşdum.
    – O, uşaq evində böyüyüb. Yetim olmağın nə demək olduğunu bildiyi üçün universitetdə tələbə olarkən, yetimxanadan 2 uşağa böyük qardaşlıq edir. Həftədə 10 saatını onlara ayırır;onlarla görüşüb oynayır,kitab oxuyur,onları gəzməyə aparır. Onların yaxşı yetişməsi üçün əlindən gələni edir. Onlardan biri əməliyyat olunub və nişanlım indi xəstəxanada qalıb ona baxır.
    Üzümə şillə yemiş kimi oldum. Mən guya yüksək təhsil dərəcəsinə gəlmiş biriyəm və qarşımdakını hələ də görünüşünə görə mühakimə edir, onu “ayı” olaraq görürdüm. İçimdəki pislikdən utandım. Belə bir məntiq yürütdüm: Niyə mən o adama baxarkən, ilk növbədə “Armudun yaxşısını ayı yeyər” düşündüm. Çünki mən, yetişdiyim mühitdə tez-tez bu bənzətməyi eşidərək böyümüşəm. Mənim mühitim mənə necə təsir edibsə, gözəl tələbəmin böyüdüyü mühit də ona elə təsir etmişdi. Bu ailə məndə maraq oyatmağa başladı.
    Bir müddət sonra tələbəmə onlara qonaq gəlmək istədiyimi dedim. Getdim. Ənənəvi gülərüzlüklə qarşıladılar məni. Tələbəmin 4 yaşında bir balaca qardaşı, bir də özündən böyük evli qardaşı var idi. Bu ailədə 2 hadisə diqqətimi çəkdi. Birinci, ata öz 4 yaşlı oğlu ilə danışarkən, aşağı əyilib düz onun göz xəttində dayanırdı. Bunu o qədər təbii edirdi ki, artıq fərqinə belə varmadan edilən davranış olduğu bəlli idi. Tələbəmdən bu haqda soruşdum. O dedi:
    – Hə, atamız həmişə bizimlə elə danışdı. Bir qardaşım evlidir və o, da uşaqları ilə elə danışır. Mən də həmişə elə danışacam.
    Tüklərim biz-biz oldu. Atasına “Maraqlıdır, uşaqlarınızla göz xəttinə enərək danışırsız” dedim. O, bir az təəccüblə gülümsəyərək:
    – Bəli, axı onlar da balaca insanlardır.
    O qədər təbii baxırdı ki, mənə, gözləri “Sən belə etmirsən ki?” soruşurdu sanki. Mənimsə verdiyim tək cavab utanc bir gülümsəmə idi.
    İkinci diqqətimi çəkən isə onun qardaşının davranışı oldu. Çox zəngin bir biznesmen olan bu insana çay əsnasında zəng gəldi və sabah önəmli bir görüşdə iştirak etməsinin vacibliyi bildirildi. O, isə belə cavab verdi: “Mənim sabah eyni saatda daha vacib görüşüm var, başqa görüşləri təxirə salın” Daha sonra bizə belə açıqlama verdi: ” 4 övladım var və həftədə biri ilə 4-5 saat bir yerdə zaman keçiririk. Sabah qızımla görüşüm var, bunu hec cür ertələmək olmaz. Uşaqlar tez böyüyür, bir də baxırsan böyüyüb və sən heç uşaqlarınla zaman keçirməmisən”
    Öz uşaqlarıma içim yandı. Daha sonra uşaqlığıma yandı içim. Və son dayanacaq bütün ölkəmin uşaqlarına yandı içim.
    Heç kəsə hirslənə bilməyəcəyimi anlayıb “Bundan sonra nə edə bilərəm?” haqqında düşünməyə başladım. Tələbəmin böyüdüyü mühiti görəndə, onun seçdiyi o insanla nişanlanmasına daha yaxşı məna verə bilirdim. Atası hər dəfə onunla göz xəttinə əyilib danışanda, uşaq “Sən varsan, təbiisən, olduğun kimisən, dəyərlisən, güclüsən, sevilməyə layiqsən” mesajını alıb və onun RUHu bəslənib.
    Uşağı ilə görüş vaxtına sadiq qalan ata “Səninlə vaxtımı keçirmək istəyirəm, sənin üçün darıxmışam” sözlərini onun bütün ruhuna yayır. Uşaq bunu yalnız sözlərdə yox, əməllərdə duyur, uşağın xəmiri “Mən sevilməyə layiq biriyəm” düşüncəsi ilə yoğrulur.
    Və o, uşaq gələcəkdə bütün insanlara “sevilməyə layiq biriləri” kimi baxır.

    Bir ata-ananın övladına verə biləcəyi ən böyük miras, sevgi ilə böyümüş, bəslənmiş və buna inanmış güclü bir CANdır.

  • Gündüz SEVİNDİK.”Şeirimizdən, türkümüzdən savayı?” (Yeni şeir)

    5f7ccfdb87f0c47b4ffb151a4f84cea0

    Kara gəlməz bu gördüyüm röya da,
    Bir balığam, səbr udmuşam dəryada…
    Bizdən sonra nə qalacaq dünyada,
    Şeirimizdən, türkümüzdən savayı?

    Bir sevginin qaldı ahı ortada,
    Mən adlı bir nökər-şahı ortada…
    Nə yaşadıq? Nə var axı ortada –
    Tənəmizdən, ərkimizdən savayı?

    Çılğın könül ülvi eşqin odası,
    Nə uzaqmış bu Məhəbbət Adası?…
    Mənim üçün bu dünyada, qadası,
    Bir kimsə yox, ikimizdən savayı…

  • Doğum gününüz mübarək!

    Səbinə Dəniz (Məmmədova Səbinə) 1989-cu ild avqust ayının 21-də Sumqayıt şəhərində anadan olub.1996-cı ildə Sumqayıt şəhər 26 saylı orta məktəbinə daxil olub.2007-ci ildə həmin məktəbi bitirib.2008-2012-ci illərdə Azərbaycan Universitetinin filologiya fakültəsində ali təhsil alıb.

    Universitet illərindən başlayaraq dövri mətbuatında yazıları çap olunur. Həmçinin əməkdaşlıq etdiyi “168 saat” qəzetində araşdırma və başqa türlü yazılarla ardıcıl olaraq çıxış edir.
    2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirlilən və Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən həyata keçirilən ”Bölgə yazarlarına dəstək” layihəsi çərçivəsində “Bölgələrdən səslər” kitabında şeirləri dərc olunaraq ilk dəfə olaraq Respublika səviyyəsində ictiamiyyətin nəzərinə çatdırıldı.

    Yer altından notlar

    Yerin altı… Havasızlıq… Qəribə qoxu… İnsan axını… Yüzlərlə, minlərlə insan, fərqli simalar, bənzərsiz talelər, bənzəyən talelər… yad baxışlar, doğma insanlar, tanımadıqlarımız, tanıdıqlarımız və ya tanımadığımız tanışlarımız, yaralı qəlblər, ümid və sualla dolu gözlər, gözləntilər…
    Hamısı bir arada. Hər gün eyni qatarın içərisinə doluşub, tələsirlər…Qatarlar dolub boşalır, elə insanların qəlbləri kimi, qatarlar tələsir, elə insanların özləri kimi… Yanımdan sürətlə ötüb keçən qatarlar ömrümün günləri kimi, ayaq altda qalmış, külək vıyıltısından vərəqləri çevrilən, kitababənzəyir… Kimisə evinə, kimisə arzusuna, kimisə məqsədinə, kimisə ölümə aparır bu qatralar. Dolub-boşaldıqca o təkcə insanların yükünü çəkmir, həm də, onların qəlblərinin, arzularının, ümidlərinin və günahlarının yükünü çəkir… Daha da içəri keçdikcə hər bir simada fərqli bir “MƏN” görürəm.

    Bir az kinli, bir az soyuq, bir az ilıq, bir az doğma, bir az yad, bir az yüklü… Kimisi əlində qəzet – olmuşları və olacaqları vərəqləyir, kimisi musiqi dinləyir, kimisi yorğunluqdan yuxuya keçib, kimisi düşünür, kimisi gülür, kimisi kədərli, kimisi qeybət edir, kimi də eynəyini gözündə saxlayır, bəlkə də gözlərini, bəlkə özünü ya da bəlkə göz yaşlarını gizlətmək üçün… Biri isə köhnə və cırıq ayaqqabılarını gizlətmək üçün ayaqlarını gizlətməyə çalışır. Kimisi də qarnını sıxaraq aclıqdan gələn səsi gizlətməyə çalışır.. Bir başqası isə yanındakılarının nəzərlərindən qorxub, öz tox qarnını, cibini qabartmış, öz haqqı olmayan bir xeyli pulu gizlətməyə çalışır. Bütün bu gerçəklikləri isə Qatarlar gizlətməyə çalışır..Bu uzunsov qutularin içərisində çox şey baş verir.
    Dispetçerin səsi gəlir:
    – 20 Yanvar staniyası.. Növbəti stansiya Memar Əcəmi!

    Möcüzə

    Saatlarla ona baxmaqdan doymuram. O, çox gözəldir. Füsünkardır, valehedicidir, sakitləşdiricidir… Ona baxdıqca mənə elə gəlir ki, sanki o, ucsuz-bucaqsızdır, sonsuzdur… O, canlılara həm həyat verir, həm də ölüm bəxş edə bilir… O, dərdləri dinləyir… Ən yaxın sirdaş kimi milyonların qəlbindəkiləri bilir… Hələ də açılmayan sirləri bilir…
    O, minlərlə sevginin, ehtirasın, əhd-peymanın şahidi olub… O, aşiqlərin görüş məskəni olub… Fırtınalı, soyuq günlərdə coşub-daşıb… Həddindən artıq yüklüymüş kimi, sanki hər şeydən yorulmuş, bezmiş kimi fəryad edib… Bəzən isə inanılmaz sakitliyi olub… Bu sakitlik həm vahiməli, həm də ürəkaçıcı olub. O, çox şeylərin şahidi olub. Yaşı bilinməyən bu varlıq mənə sadəcə hüzur verir…
    Hər kəs ən pis anında ona qaçır… Çox maraqlıdır – ölümü seçəndə belə insanlar ona üz tuturlar… O, hamıya vəfalı dost və sadiq yoldaşdır. Bir çoxları onun görüşünə gəlir… Bəzilərini bəlkə də çox sevdiyindən o öz ağuşuna alaraq sonsuza qədər içində saxlayır, buraxmır… Çoxları ondan qorxur, hürkür, çəkinir…
    Budur, indi mən onun hüzurundayam …Diqqətlə ona baxıram. Məni özünə tərəf səsləyir, mən isə tərəddüd edərək, sadəcə ətrafı seyr edirəm. O, kimisinə xoşbəxtlik, kimisinə bədbəxtlik bəxş edib. Minlərlə insanın doğmasını özündən ayırıb. O günahkardırmı?! Qatildirmi?! Əsla yox…!
    O, sevdiklərini özü ilə saxlayır. Öz içində milyardlarla canlıya həyat verir. Lakin, hər gün minlərlə insan onu zəhərləyərək damla-damla öldürür, məhv edir. Ona baxdıqca hər damlasında göz yaşı, etiraflar, pıçıltı ilə deyilmiş sevgi sözləri və təəssüf ki, yorğunluq hiss edirəm. Bəli, yorğunluq… O, artıq ağır-ağır addımlayır… Hər gün dünyadakı haqsızlıqları, günahları görür, məzlumların ahını eşidib, özünü sərt qayalara çırpır. Şüşə parçası kimi çiliklənən damlalar, ətrafa səpələnir… Bu isə öz doğmalarından və sevdiklərindən ayrı düşmüş insanlara bənzəyir.
    O da, insanlar kimi bəzən gizlənməyə çalışır… Bəzən bəlkə də gizlicə, biz onu görməyəndə ağlayır. Lakin göz yaşlarını içinə axıdır, damlalara qarışır…
    Dili yoxdur fərz edirik, lakin hər gün görüşünə gələn hər kəslə danışır, dərdləşir, söhbətləşir… O bəşəriyyətin möcüzəsidir. Allahın bizə verdiyi bir lütfüdür. Gəlin onu qoruyaq..!
    Birdən qulağıma bir qadın səsi gəlir:
    – Dəniz, Dəniz qaçma yıxılarsan..

  • Hikmət MƏLİKZADƏ.”Ömrün payız sehri” (Məqalə)

    10304351_268609333324646_7910328543693681828_n

    Azərbaycan Yazıçılar və Jurnalsitlər Birliklərinin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü.

    Bizə elə gəlir ki, tale izharları yaradıcı şəxs üçün həyat qayəsidir; çünki zamanın əks etdirdiyi həqiqətlər bu tipiklikdə real qiymətini alır. Buna görə həyata bağlılıq insan düşüncəsində əsas yerlərdən birini tutur. Zənnimizcə, şeirlərinin hamısında vətən, yurd sevgisi sərgiləyən, oxucularına bütün fəsillərdə payız sehri əta edən gənc şair Kənan Aydınoğlunun yaradıcılığında da əsas qayəçi ruh həyat və tale məsələlərinə sirayətetmə ilə təzahür edir. Bu zəruri faktı onun 2010-cu ildə Aida Rəhimovanın redaktorluğu ilə “MK” nəşriyyatı tərəfindən buraxılmış “Ömrün yarı yolunda” şeirlər kitabında da dəqiq müşahidə etmək mümkündür. Səmimi deyək ki, kitabda öz ənənəçilik ruhu ilə diqqət çəkən təbiət gözəllikləri, vətən, torpaq məhəbbəti, haqqı dərketmə, sevgi ahəngi və s. də məhz həyat-tale fonunda oxucuya çatır. İlk əvvəl deyək ki, kitabdakı şeirlər müxtəlif janrda – qoşma, gəraylı, bayatı, təcnis, rübai, qəzəl və ithaflar fonunda təzahür edir və janrlararası səsləşmələr, fikirdaxili ümumiləşmələr və s. kitabın bədii məziyyətlləri barədə dəqiq fikir ifadə etməyə əsas verir.
    “Ömrün yarı yolunda” şeirlər kitabında duyğu əsas göstəricidir. Bu kodeks kitaba daxil edilmiş janrları bütünlükdə əhatə edir. Yaradıcılıq qayəsi vətən məhəbbəti olan gənc şair istər qoşmalarında, istər gəraylılarında, istərsə də digər janrlı şeirlərində bu prosesi mövzudaxili poetikliyə cəlb edir, oxucuya xoş anlar yaşadır, bədii fikir ətrafında müasir yanaşmalara diqqət çəkməklə əsas məğzi lirik ovqatlara bükür.

    …Erkənmi sevginin dadını duydum,
    Öyrənə bilibsən üzümdən mənim?!

    ***

    Sənin qoynuna gəlmişəm,
    Sən könlümü al, a dağlar…
    Belə düşünək ki, xoşovqat ya

    naşma Kənan Aydınoğlunun yaradıcılıq cəhdləridir. Bu cəhdlər oxucunu bir az duyğu selinə batırırsa, bir az da giley-güzara tuş edir. Onun əksər şeirində oxucu həm ruha rahatlıq bəxş edən sakitlik görür, həm də qəlbə acı qədər sirayət edən rahatsızlıq da aşkarlayır. Bu müxtəliflik şairin bədii dərkində məsuliyyət yükü kimi diqqət çəkir, eyni zamanda oxucu bu zəruri yanaşmada bir həyat elementi axtarır. Bu axtarış onu mübarizliyə səsləyir, onda sabaha inamı artırır. Bu kimi təsiretmələr şübhəsiz, gənc şairin yaradıcılıq uğurudur.
    Kitabın əsas süjet xətti, yuxarıda dediyimiz kimi, torpaq, el-oba, ümumi fonda vətən-insan sevgisidir. Müəllifin isə bu yaşda öz oxucusuna bu tərz sevgi aşılaması açığı, bizdə təəccüb doğurur; əslində onun ictimai dərketməsində bir nizamlanma var və bu, onun bir qədər uzağa baxa bilməsinə zəmin yaradır. Eyni zamanda bütün cəhdlərində intizamlı olması sanki gənc şairin üzərinə yük kimi düşüb. Onun kitab boyu öyüd-nəsihət xarakterli, torpağa sevgiartırma qayəli fikirlər ifadə etməsi həyat-cəmiyyət yanaşmasından doğur.

    Durub baxdıqca dövrana,
    Səndən çıxmır başım, dağlar…

    ***

    Zamanın atdığı ox dəydi mənə…

    ***

    Dumantək dağlara çəkiləm gərək…

    Kitab boyu bu cür diqqət çəkən yanaşmalara çox rast gəlirik. Müəllif bu tip deyimləri ilə yaddaşının dərin qatlarında çırpınan həyat qayəsini oxucu marağı ilə tarazlaşdırır, həyatı tale çək-çevirməsi üçün bir növ geniş meydan hesab edir. Bu genişliyin özündə bir ictimailik əks olunur. Bəlkə də elə oxucunu bu vacib kodekslə üz-üzə qoyan bu ədəbi hissetmələrdir.
    Kitabda ağrı-acı ilə təzahür edən fikirlər də çoxdur. Bu da müəllifin yurd ağrılarından, torpaq yanğısından şaxələnir. Ayrıca, onun özündə ürək ağrısı ifadə edən şeirlərində oxucu bir mübarizlik də görür.

    Təzələnsin yaddaşım,
    Qoy ağlasın dağ-daşım.
    Tarixi həqiqətdən
    ibrət alsın qardaşım –
    Xocalım, ay Xocalım…

    ***

    …Qorxma, mərd ol,
    çəkinmə sən.
    …üsyan elə, Azərbaycan!

    Ağrı-acıdan mübarizliyə, sadə hissdən zəruri yurd sevgisinə cığır açmaq Kənanın yaradıcılıq meylləridir. Bu meyllər oxucu diqqətini üç vacib məqama çəkir: həyata baxış, gerçəkliyə inanma və hissi qavramalara əsaslanma. Bu kodeksləri “Ömrün yarı yolunda” kitabının oxucu-şair yanaşmalarına bədii keçid kimi də qəbul etmək olar. Birincisi, ona görə ki, müəllif dediyimiz kimi, yaşının gənc çağındadır, ancaq əxz etdikləri real zəminə əsaslanır; ikincisi, ona görə ki, kitabda yer almış şeirlərin əksərinin obraz və şəkilləri poetik quruluşludur və özündə mürəkkəb həyati məziyyətlər ifadə edir.
    Maraqlıdır ki, Kənan Aydınoğlu qoşma xüsusiyyətində təzahür edən ədəbi məziyyətləri gəraylı tipində də xarakterizə edə bilir. Adıçəkilən kitabda yer almış gəraylıların çoxunda bu proses dəqiq ünvanını göstərir.
    Kənan kitab boyu səmimi hisslər yaşadan şeirləri ilə poetik-ictimai məğzli fikirlər ifadə edir, oxucusunu real hissi münasibətlərə kökləyir və ünsiyyəti insanlıq dərki kimi verir. Bu fikri-zəmində o, həm də bir həyat qaynarlığı göstərir. Gənc şair təxminən 270 səhifəlik ikinci kitabında həm də dediyimiz kimi, həyat-tale məsələlərini qabardır, uyğun fikirlər ifadə edir və xoş ovqata meyli artırır. Bu yanaşma kitab boyu oxucuda nikbinliyə keçidi təmin edir.

    Qapımı döyür yenə
    hicran, həsrət, ayrılıq.
    Gəl, aç qapını!…

    ***

    Ömrümün günləri bir qatar kimi
    gəlib bir anlığa gözümdən keçir…

    ***

    …Bethovenin nəğməsini
    eşitmək istəmirəm,
    ondansa Şopeni çağırın,
    gəlib otursun
    piano arxasında…

    Çox diqqət çəkən haldır ki, “Ömrün yarı yolunda” kitabı Kənanın həyat-tale hesabatı kimi təsir bağışlayır. Bəlkə də müəllif bunu dərk etdiyindən kitaba uyğun ad qoyub. Doğrudan da, kitabdakı şeirlərin çoxu janrından asılı olmayaraq özündə bir haqq-hesab çək-çeviri yaradır. Bu da müəllifin yaşam dünyasından, hadisələrə dəqiq baxışlarından və müqayisələri düzgün apara bilmək bacarığından qaynaqlanır.
    Bilirik ki, həyatın qaynar çağları insan fikrinin ən dəqiq anları üçün şərait yaradır. Bədii fikir çox vaxt məhz bu anlarda formalaşa bilir. Bu zəminyaratma həm də bədii fikrə fəlsəfi yanaşma verir. Heç şübhəsiz, gənc şair Kənanın yeni kitabı da bu zəminə əsaslanır. Və ən vacibi, kitabda əsas arqument yaddaş tərpənmələridir; müəllif burada reallığa varid olmağın yolunu ictimai uyarlıqla xarakterizə edir, insanı qeyri-yanaşma girdabından çıxarır. Bu kitab oxucunu daha çox mübariz insan olmağa, kamilləşməyə, müdrikləşməyə təhrik edir. Əbəs yerə deyil ki, müəllif özü də kitab boyu (şeirlərinin çoxunda) insanı ictimai varlıq qayəsində kamil özünüdərk kimi xarakterizə edir.
    Kitabda rəğbətqazanma, mübahisələrdə qalibgəlmə, düşmən qazanmaqdan qaçma və s. kimi həyat zərurətləri barədə də fikirlər yer alır. Müəllif bu yanaşmada həyatın yaşam sirrinə diqqət çəkir və bu əhatədə bir test-yanaşma aparır. Bu təcrübədə uğur qazanan fərd həyatın qayəcə dürüstolmada məqbulluğuna əmin olur.
    Kitabın əsas ictimai məğzlərindən biri fərdi münasibətlərdir. Müəllif bu zərurəti bir az da fəlsəfi həyat keçidləri ilə rəngləyib. Həmçinin, bu sırada işgüzar adam olmağın səbəbləri, işgüzarlıq psixologiyasının bəzi sirləri də gerçək təqdimetmələrlə diqqətə çatdırılır.
    Kitabla bağlı daha geniş təhlil işi aparmaq olardı. Təəssüf ki, bir yazı miqyasında bunu etmək mümkün deyil. O səbəbdən, yəqin ki, gənc həmkarımız bizi başa düşər.
    Əminik ki, gənc şairin “Ömrün yarı yolunda” kitabının ictimai həyatımızda öz yeri olacaq.

  • Hikmət MƏLİKZADƏ.”Vaxtsızlıq və vaxt təzahürü” (Məqalə)

    10304351_268609333324646_7910328543693681828_n

    Azərbaycan Yazıçılar və Jurnalsitlər Birliklərinin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü.

    Ənənəvi-modern üsluba sirayətetmə bir çox qələm sahibinə yeni ədəbi meyllərə çıxış üçün belə deyək, bir zəmin yaradır. Duyğusal-ruhsal əhatədə ovqatdəyişmə məğzlərinə xüsusi önəm verən istedadlı şair Xatirə Fərəcli də bu ədəbi missiyanın önündə gedənlərdəndir. Səmimi deyək ki, Xatirə Fərəclinin şeirlərində ictimai-ədəbi və bədii ovqatdəyişmə mütabiq əksetdirmədir; bu məğzin fəlsəfi-ictimai dərkində vizual yüksəlməyə meyl mistik hissetmələrdən bir qat yuxarıda təcəlla edir. Bəlkə də bu səbəbə poeziya adlı «materik»in «iqlim qurşağı» dəyişkən xarakterlidir.

    Vaxtsız yağmış qar altda,
    Qar altında qalan şiv,
    Haqladı səni bu qar;
    Yarpağını tökməmiş
    O fəsli qarşıla,
    Bu fəsli yola sal…

    Bu şeir vaxtsızlıq və vaxt zərurətinə ən gözəl nümunələrdən biridir. Xatirə xanım vaxtın yedəyində vaxtsızlığa zəmin yaradan mistik-fəlsəfi və bir az da sürreal vəziyyətlərə modern münasibət sərgiləməklə oxucuda yüksək əhval yaradır. Və bu şeirin təsirinə düşdükdən sonra belə qənaətə gəlirik ki, ümumiyyətlə dünyəvi enmədə fikir dürüstlüyü bəlkə də qlobal məsələdir. Sözün varid olduğu hər kəs bu məsələyə münasibətdə eyni fikir ifadə etmir. Xatirə xanım bu mənada özünün məqsədəçatma reallığında sadə seyretmələrə deyil, mümkün dərketməyə sirayət edir; nəticədə zahirə baxışla daxilə keçiddə bir ortaqlıq yaradır. Və diqqət yetirsək, görərik ki, onun yuxarıda nümunə kimi gətirdiyimiz şeirinin də ədəbi keçid anı məna və məzmunda qabaran ictimai-həyati təsiretmə ilə təzahür edir, üstəlik bu və buk imi şeirlərin ictimai seyretməsi həyat zərurətləri, metafizik (metahissi) əhatədə ruhi təcəlladır. Bu modern-fərqli aspekti müəllifin həyat formatı kimi də qəbul etmək olar.
    Zəruri-ədəbi münasibətdə əksləşmə cəmiyyətə bəzən faydasızlıq gətirir. Xatirə xanım bunu dəqiq bildiyindən əxlaq, din, zaman və həyat zərurətlərini bayağı səmtlərdən yayındırır, təfəkkürləri doğru ünvana itələyir. Şübhəsiz, bu zəminə görə onun yaradıcılığında cəmiyyət-həyat reallığı zaman-vaxt cəhdləri qədər önəmlidir və bu şeirlərdəki ruhsallıq özünün modern ovqatdəyişməsi ilə daha təsirlidir.

    Sarı ilan tək
    Boynuma sarılır tənhalıq xofu.
    Bir kimsəyə isinməyən
    ürəyimin soyuğunda,
    sazağında üşüyürəm.

    Şübhəsizdir ki, son altmış ilin ədəbi çək-çevirləri bir qolunu sürreal-mistik səmtdən götürür. Səmimi deyək, bu istiqamətin beynəlxalq aləmə çıxışı çox olsa da, yalnız bir neçə səmtdə zəruri əbəbi miqyaslar görünən əhatədədir. Bu yöndə sevinə biləcəyimiz məqamlar var. O məqamlar ki, real bədii hissiyyatlara varid ola bilmək üçün bizə stimul verir. Zənnimizcə, modern ovqatlı, yeni ədəbi meyllərə səmt götürmək marağı (çoxlarından) bir qat artıq olan istedadlı şair Xatirə Fərəclinin real yanaşmada mistik-fəlsəfi ovqatdəyişmə manevretməsi bəlkə elə bu modern-hissi yüksəlmədə israrlı olmasından irəli gəlir. Bu fikrə onun ictimai-ədəbi ovqatına bükülə bildiyimiz şeirləri də əsas verir. Cəmiyyətlərin həyat və tale kodekslərini (qismən) özündə ehtiva edən bir sıra mənbələrə nümunə göstərə biləcəyimiz bu şeirlərin süjet xəttində ruhsallığa meyl, tale, əhatəli zaman və bir də ən əsası, mövcudluğa əks insan baxışı durur. Ümumiyyətlə, son illər bu israr yeni meyllərə səmt verir və Xatirə xanım da öz ovqatdəyişmə missiyasını bu əhatədə var-gəl etdirir; onun sadə-vizual enmədən müasir-mistik-fəlsəfi və ədəbi yüksəlməyə əhatəli baxışlar sıçratması fəlsəfi-ictimai məğzlərə tam bələd olması ilə xarakterizə edir.
    Bəri başdan deyək ki, Xatirə xanımın «təhlilə cəlb etdiyimiz şeirləri yeni poetika qurmaq iddiası güdmür; əksinə bu istiqamətdə mövcud qarışıq vəziyyətlərin açılması, fikirlərrarası gerçək ədəbi prosedurların uyğun xarakterə salınması üçün əsas verir. Və sevindirici haldır ki, müəllif bu şeirlərin poetika və məzmun qavramasını, müasir cəmiyyət reallığını, kamilləşmədə müdrikləşmə məğzlərini, Allahın yeganəlik faktını və s. nüansları yeni baxış və düşüncəyə hesablaya bilib. Ən azından bəlkə də buna görə onun şeirləri insanı bütünlükdə duyğusal bir səmtə aparır – o səmt ki, çoxumuz onun həsrət çalarlarına bükülmüşük və hər ötən gün bizi ona yaxınlaşdırır.

    Aramağa dostum yox,
    Qınamağa düşmənim.
    Başım adam küyündə…

    ***

    …Hər dəfə naxələflik,
    Saxtalıq görəndə
    Eybəcərləşəcək o dünya.

    Xatirə xanımın şeirlərinin ictimai-mistik və fəlsəfi qatlarında yeni meyllərə modern bir yanaşma da var; müəllif səliqəli və ütülü fikirləri ilə (bir fərd olaraq) onu ruhsallıqdan uzaq salan cəmiyyət axınına qarşıdır, müasir yüksəlmə ilə tanışlıq onu həyat qaydaları ilə uzlaşmada israrlı edir. Nəticə etibarilə o, mənəvi sınmalara zəmin yaradan fiziki görkəmləri labüd mütləqə itələmək və işıqlı aləmə uzanan qapılara yol yormaq niyyətindədir.
    Bunu da səmimi deyək ki, ömür boyu çoxlarının fərqində olmadığı həyat izharları Xatirə Fərəcli üçün nə vaxtsa fərqində ola biləcəyimiz həyat qayəsidir. Çünki zamanın əks etdirdiyi həqiqətlər bu tipiklikdə real qiymətini alır. Bu mənada, onun şeirlərində əsas qayəçi ruh mümkün qədər həyat və tale məsələlərinə sirayətetmə ilə təzahür edir.
    Yuxarıda misal gətirdiyimiz şeir parçalarında və onlara söykək olan digər şeirlərdə ruhsal sevgidən sıyrılma, ciddi sosioloji problemlərdən sayılan ünsiyyət modeli sanki araşdırmaya cəlb olunub. Burarda həm də bir cəhət üzə çıxır: fərd və zora məğlubolma ibtidaidən düzgün təyinetməyə uğramayıb, buna görə mənəvi sınmalara israrçı baxışlar çoxdur. Bu mənada, deyə bilərik ki, Xatirə xanımın bu tip şeirlərinin ictimai məğzi bir az da taleqavramadır.
    Apardığımız təhlillər göstərir ki, hissi dərketmədə ovqat dəyişəndir; buna da real təsiretmələr zəmin yaradır. Xatirə xanımın ovqat dəyişməsi onun dəyişən meyllərə fərqli baxışıdır. O baxış ki, poetika-məzmun kodekslərini dürüst mənalandırır.
    Səmimi deyək ki, Xatirə Fərəclinin şeirlərinin əksərində (düşünürük ki, bir-bir ad çəkməyə lüzum yoxdur) insan-mənəviyyat dəyərləri, mentalitet – milli kimlik məsələləri zahiri baxışlara, daxili enmələrə öz ictimai dolğunluğu ilə sirayət edir. Sevindirici haldır ki, bu təsiretmədə oxucu yaddaşı da itilənir.
    Və zahiri mənada insan yüksəlməyə meyllidir; həyata uyğunlaşa bilməmək bu zərurətin mənsəbidir. Yəqin bu xüsusda Xatirə xanım ömür-tale məğzlərini hərdən ictimai kəsərsiz hesab edir. Bu gerçək situasiyanı onun əksər şeirinin ədəbi missiyası vasitəsilə də xarakterizə etmək mümkündür.
    Mənən aşağılanan insan seyretməsində də hissi-düşüncə kənar şəxsin, seyrçi fərdin ovqatını təlx edir. Məhz buna görə Xatirə xanım ədəbi uzaqgörməsi hesabına öz şeirlərini mənəvi-ədəbi sarsıntıdan qoruya bilir. O, haradasa bütöv yaradıcılığını bu tərz aşınmadan kənar etmək israrındadır.

  • Tural SAHAB.”Sevginin şeirini yazacam mən” (Yeni şeir)

    1545553_10203040697648544_1046483349_n

    Sevginin şeirini yazacam mən
    inanmadığınız
    istəmədiyiniz
    gizli- gizli yandığınız sevginin
    bir dəstə sevgi ilə
    bir mələk göndərəcək, Tanrı
    öpmək üçün göz yaşımdan
    silmək üçün kini, nifrəti
    yaddaşımdan
    bürünəcəm sevgiyə
    sevgi qoxulu
    sevgi rəngli

    Seirin sevgisini yazacam mən
    gözəl sözlərlə toxunacam
    sevginin qəlbinə
    insan ürəyindəki
    nifrətin bəndinə
    Göy qurşağı kimi rəngli
    yağacaq yağmurlar
    Göy qurşağı təki rəngarəng
    ümidlər

    Bir quşun qanad çırpmasını
    bir çiçəyin açmasını
    İnsanın sevgi ilə yaşamasını
    həyatdan ölümə qaçmasını
    sevginin şerini
    şeirin sevgisini yazacam mən

  • Tural SAHAB.”Göy qurşağı” (Köşə yazısı)

    1545553_10203040697648544_1046483349_n

    – Baba, ay baba niyə Göy qurşağı bu qədər rəngarəng və bu qədər uzaqdı bizdən?
    – Bilmirsənmi, ay bala?!- sən ki, bu qədər məktəb oxudun, diplomların var
    – Yox, yox ay baba kitablar doğrunu demir, məncə. Kitablar aldadır bizi, məsələn Tahir və Zöhrə yaşayıb deyir kitablar, ancaq həyatda nə Tahirlər yaşayır, nə Zöhrələr. Nə olar ay baba mənə Göy qurşağının nağlını danış, kitabları unutmaq, həqiqəti danmaq, yalnız sənin nağıllarında yaşamaq istəyirəm
    – Dinlə o zaman, ay oğul sənə Göy qurşağının, sevginin hekayəsini danışacam.
    Bir zamanlar igid bir oğlan yaşayırmış, bir də bu oğlana sevdalı yeddi gözəl qız. Qızlar onu çox sevsə də o kimsəcikləri sevməz, kimsəyə ümid verməzmiş, ancaq yenə də bu gözəl qızlar onu sevməkdən əl çəkmir, ona rəngarəng xalçalar hörür, sevdalarını bu cür dilə gətirirmişlər. Bir gün oğlan savaşların birində ölür, qanlı cəsədi gəlir yaşadığı yerə. Qızlar bu dərdə dözə bilməyib dağlara doğru qaçmağa başlayırlar, o qədər qaçırlar ki, artıq dünya bitir, göy üzü başlayır. Dünyada gözəl xalçalar toxuyan bu qızlar özləri xalça kimi göy üzündə qalırlar. Oğul onlar hər zaman oradadırlar, sadəcə biz onları görə bilmirik. Dünya çox çirklənir, yalnız yağmurlardan sonra kirlər yuyulur və biz onları görə bilirik.
    – Bəs mən də qaçsam, dağlara doğru, görəsən çata bilərəmmi göy üzünə?
    – Yox, ay oğul . Sən çata bilməzsən, çünki sən yerin kürə formasında olduğunu bilirsən. Bilirsən ki, qaçsan uzaq başı hansısa ölkənin sərhəddini keçəcək və öldürüləcəksən. Onlar isə bilmədən sərhədləri, kitabları qaçdılar, qaçdılar və göy üzünə ulaşdılar.
    – Çox acı danışırsan ay baba, canım yanır hər sözündən, hər söhbətindən.
    – Canını acıdan mən deyiləm, ay oğul yaşadıqların, daha doğrusu yaşaya bilmədiklərindir.
    – Baba, insanlar niyə bu qədər vəfasız olub, insanlar niyə sevməyi, gülməyi unudub?!
    – O dağları görürsənmi?
    – Bəli
    – Bəs, o dağların üzərindəki buludları?
    – Bəli, görürəm ay baba
    – Bəs, o aradakı boşluğu görə bildinmi?
    – Nə yalan deyim, heç ağlıma belə gəlmədi oradakı boşluq
    – Görürsənmi, ay oğul. Sən ora baxanda yalnız dağların zirvəsi ilə buludları gördün, görmək istədin. Buradan sənə elə gəldi ki, onlar bitişikdi, ancaq onların arasındakı məsafənin nə qədər olduğunu sən də çox gözəl bilirsən. Bax həyat da belədir. Düşün ki, zirvələr beşiyin, göy üzü isə məzarındır. Ancaq burada bir şey var ki, həqiqəti görmək üçün yaxınlaşmaq yox, uzaqlaşmaq gərəkdir. Uzaqlaşdıqca anlayacaqsan ki, əslində beşikdən məzara olan yol o qədər də uzun deyil, ancaq insanlar bunu bacara bilmir, özlərindən dünyadan ayrı qalmağı bacarmırlar. Onun üçün də sevməyi, gülməyi hər zaman sabahlara ərtələyirlər, sabahlar isə çox zaman gəlmir
    – Bir şey də mən deyimmi, ay baba?
    – De, sənə qurban olum
    – Bu qədər yaşamısan, ancaq sözlərin, fəlsəfənin acıları dindirə bilməyəcəyini öyrənə bilməmisən, bilsəydin bu cür danışmazdın
    – Bala, axı sən dedin Göy qurşağının nağlını danışıb
    – Sən Sadəcə göy qurşağının nağlını deyil, ölümünü də dedin ay baba, sən də kitablarda fərqsizsən
    – ………..
    – Daha yaşaya bilmirəm mən, mənə gor qaz ay baba
    – Axı, ay oğul o goru sən mənim üçün qazmalısan
    – Yox, ay baba sən goru qaz mənim üçün, göy üzünə gedən yol torpağın altından keçir, mən də buna inanıram, sən demədinmi, inansaq başara bilərik. Mən Göy qurşağına getmək istəyirəm, göz yaşlarımı buludlarla siləcəm. Mən gedən bütün sevgililərin saçlarına yağmur olub yağacam
    – Oğul, sənin gorunu daha mən qaza bilmərəm, sən Göy qurşağına çoxdan çatmısan

  • Doğum gününüz mübarək!

    resad_mecid

    Rəşad Məcid 1964-cü il avqust ayının 21-də Ağcabədi rayonunda anadan olub. 1979-cu ilədək Ağdam şəhərində yaşayıb, həmin vaxtdan Bakıya köçüb. 1988-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 1985-ci ildən “Elm və həyat” jurnalında korrektor kimi əmək fəaliyyətinə başlayıb, sonra 1990-cı ilədək həmin jurnalın müxbiri işləyib. 1990-1991-ci illərdə Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində sədr müavini vəzifəsində çalışıb. 1991-1992-ci illərdə əvvəlcə “Ədalət” qəzetində, sonra isə “Azərbaycan” qəzetində baş redaktorun birinci müavini olub. 1992-ci ildə “525-ci qəzet”i təsis edib. 1993-cü ildə “Azərmətbuatyayımı” İstehsalat Birliyinin rəisi olub. 1994-1995-ci illərdə Azərbaycan Tərcümə Mərkəzində məsul katib vəzifəsində çalışıb. 1995-ci ildən “525-ci qəzet”in baş redaktorudur.Azərbaycan Jurnalistlər Birliyinin H.Zərdabi adına mükafatına layiq görülüb.
    2004-cü ildə Azərbaycan Yazıçılarının XI qurultayında Birliyin gənclərlə iş üzrə katibi seçilib.
    Bakı Mətbuat Klubunun həmtəsisçisi, Dünya Qəzetçilər Assosiasiyasının (WAN) və Dünya Redaktorlar Forumunun (WEF) icraçı üzvüdür.
    Ölkə mətbuatında bədii və publisistik yazılarla çıxış edir. 1993-cü ildə “Hələ ki vaxt var” adlı şeirlər, 2004-cü ildə “10 sentyabr” adlı hekayələr kitabı çapdan çıxıb.

    YASTIQ

    Doğulan kimi
    Başının altına yastıq qoydular.
    Oturan kimi
    Böyrünə-başına yastıq qoydular.
    Yeridi – düzdülər keçdiyi yola.
    Sonra noğul yastığı,
    Sonra nağıl yastığı.
    Başı üşüyəndə papağı yastıq,
    Əli üşüyəndə bayrağı yastıq,
    Qəbri üşüyəndə torpağı yastıq.
    Ağrıyan dişinə yastıq qoydular
    Ləngiyən işinə yastıq qoydular
    Axırda yastığa öyrəncəlilər
    Çarxın gərdişinə yastıq qoydular.
    Çarxın gərdişinə yastıq qoydular
    Yuxulatdı bu adamı,
    Günün günorta çağında
    Yuxu tutdu bu adamı.
    … Yatıb yuxuda gördü ki,
    ipək yastığı daşlaşıb,
    ayağına dolaşıb.
    Addımını ha atır, ata bilmir,
    Ayağını ha dartır, darta bilmir.
    Yastıq çəkir onu quyutək.
    Ayağı balacalaşır,
    Boyu balacalaşır.
    … Diksinib ayıldı yuxudan.
    Başı yastıqdan düşmüşdü.
    Çəkdi yastığı başının altına…

    FUTBOL OYNADIĞIM YADIMDAN ÇIXIB

    Yüz yol yıxılardım, dəyib daşlara,
    əllərim, qollarım yaralanardı.
    Gah dizim, dirsəyim paralanardı.
    Süzülüb axardı tər dabanımdan.
    İndi unutmuşam,
    O günüm, o çağım yadımdan çıxıb.
    Son dəfə
    Futbol oynadığım yadımdan çıxıb.
    O gündən bəriyə nəyim qalıb ki?
    Bu qollar, ayaqlar mənimki deyil.
    Qovulan o toplar mənimki deyil,
    Dirəklər, dayaqlar mənimki deyil.
    Vurulan topların, dəyən daşların
    Daha sızıldamır yeri canımda.
    Daha yüyürmürəm yıxılanacan,
    On il, on beş ilin
    təri canımda.
    On il, on beş ildi topsız-filansız,
    Yenə də yıxılan, əzilən mənəm.
    Amma yıxılanda dizim qanamır,
    Amma yıxılanda qolum əzilmir.
    Çünki yıxılıram ürəyi üstə,
    Futbol oynamağı yadırğayandan.

    AĞLA, QAQAŞIM, AĞLA

    Sevdaya tutulub bu cavan oğlan,
    Oturub ağlayır, durub ağlayır,
    Gəzdiyi yolları görmür ayağı.
    Ömrün yaşılında, ömrün yazında
    Necə ağlamaqdı bu, hönkür-hönkür,
    Necə ağlamaqdı məcnunsayağı?!
    Bu göz yaşlarından utanma, qardaş –
    Ağla, ağlamağa vaxtın tapılmaz,
    İndi üzə gülən baxtın tapılmaz.
    Hələ oturmusan şahlıq taxtında,
    Səni bu taxtdan da düşürəcəklər,
    Bir də belə yerin, taxtın tapılmaz.
    Hər kişi ömründə bir dəfə yəqin
    Bax belə – sənin tək zar-zar ağlayıb.
    Aşkarda, gizlində ağlayıb,
    İçində, üzündə ağlayıb –
    Amma ağlayıb.
    İndi yaşamalı sənin halındı,
    İndi ağlamalı bizim halımız.
    And içsə inanma, desə inanma,
    Bir vaxt ağlamışıq bizim hamımız.
    İndi də sən ağla,
    Ağla, qaqaşım, ağla.
    Bu sirrin içində, sehrin içində
    Hələ xəbərin yox, ömür gödəkdi.
    Bax elə bu həsrət bircə çərəkdi,
    Qovuşdun, sevgin də tükənəcəkdir.
    Duasan, cadusan başdan ayağa,
    Ağlasan, tilsimlər söküləcəkdir.
    Ağla, qaqaşım, ağla.
    Hələ xəbərin yox bu yer üzündə
    Ömür gözləmədi, ömür – dözümdü.
    Ömür elə uzun, elə uzundu –
    Həsrətlər, sevgilər sığışa bilir,
    Həsrətlər, sevgilər yadlaşa bilir.
    Bir gün nağıl kimi, ya xəyal kimi,
    Adama təzədən yanaşa bilir.
    Hələ qarşıdadı qəmin yekəsi,
    Hələ qarşıdadı dağ-divar hələ –
    Sənə bu sevginin, bu ağlamağın
    Gülməli görünən vaxtı var hələ.
    Bu ən şirinidi ağlamağların,
    Ağla, qaqaşım, ağla.

    KİMSƏSİZ EV…

    Kimsəsiz ev eyvanından bəlli.
    Qəlbimdə
    boş otaqların
    qulaq tutulan səssizliyi –
    Üzümdən bəlli sevmədiyim.

    O YA ƏFSANƏYDİ…
    (zarafat)
    «Qarşıdan bir sona keçdi»
    Bir payız anına gəlmişdi bahar –
    Küçələr, səkilər yırğalanırdı.
    Bağlı pəncərlər, sakit eyvanlar,
    Heyrətli gözlərdə sırğalanırdı –
    Ağzını ayırıb baxırdı şəhər.
    Qəfil təkərlərin əyləc səsləri,
    Karıxan sürücü baxışı – harın.
    Küçəni keçməyə çatmaz hünəri –
    İşığı yansa da işıqforların.
    Bəzəkli maşında əyləşən oğlan,
    Bahalı siqnalın «xoruz» buraxar.
    Ötəri həvəsi gözündə qalan
    Bu bahar səni də yalqız buraxar –
    Ağzını ayırıb baxarsan elə.
    Boynu əyri bitib yeyin gedənin,
    Arxada qalanlar tələsiyirdi.
    Küylü uşaqların içində biri
    Qonşusu çıxmağa həvəsiyirdi –
    Ağzını ayırıb baxırdı şəhər.
    İşığa düşmüşdü bir oğlan gözü,
    Bilmir yanındakı nə söyləyirdi.
    Qolundan yapışan dilavər qızın
    Barmağı böyrünü dürtmələyirdi –
    Ağzını ayırıb baxırdı oğlan.
    Çağrışı boş idi o tumsatanın
    Eh, indi o səsi eşidən hanı?
    Xəbəri yox idi əsgər oğlanın,
    Cibində qalmışdı tum stəkanı,
    Ağzını ayırıb baxırdı şəhər.
    Elə addımlayır, elə gedirdi –
    İşvəli sənəmlər, qəmzəli qızlar
    Həsəd aparmırdı, heyrət edirdi.
    Çəkdi bir şəhəri o cün çarmıxa,
    O ya əfsanəydi, ya da bir tilsim.
    Ağzını arayıb söz soruşmağa,
    Ağzını ayıra bilmədi heç kim
    Ağzını ayırıb baxırdı hamı.

    QİSAS

    Adamı göyə qaldırıb
    Sonra ki, yerə vururlar.
    Elə bir sıfır artırıb
    Sonra sıfıra vururlar.
    Gedir, qalmır izi, tozu,
    Hər gələn bir yerə yozur,
    Adını lap başdan pozub
    Lap, lap axıra vururlar.
    Kündə kimi ovxalayıb,
    Əzib, büküb, buxovlayıb,
    Qışda buz üstə tullayıb,
    Yay vaxtı qıra vururlar.

    QAYIDIR

    Yenə nəğmələr qayıdıır, –
    Hər sətri səs-səs dirilir,
    Damarımda qan tərpənir,
    Canımda nəfəs dirilir.
    Yadırğadığım o sözlər
    Yenə geri dönür bir-bir.
    Çoxdan unutduğum hisslər
    Gizli-gizli boy göstərir.
    Yenə hamıdan gizlicə
    Çəkdiyim təlaş qayıdır.
    Yenə ürəimə həsrət,
    Gözlərimə yaş qayıdır.
    Yenə dünya yaşıllaşır,
    Payızın düz ortasında.
    Yenə uşağa dönürəm
    Ömrümün günortasında.
    Taledən ən dadlı töhfə,
    Ən ləzzətli bar qayıdır.
    Tanrı, insafına şükür,
    Yenə də bahar qayıdır.

    DÖNDÜM

    Səndən qıraqda həyat yox,
    Desələr d vardı – döndüm.
    Qaçdı ağzımın ləzzəti,
    Damağımın dadı, döndüm.
    Nə cadular, nə ovsunlar,
    Gücləri yox, saxlasınlar.
    Məni ən gözəl oyunlar,
    Əyləncələr yordu, döndüm.
    Bir nəfəs qalmadı canda,
    Dörd bölündüm darıxanda –
    Qol bir yanda, baş bir anda
    Mənəm – məğlub ordu, döndüm.

    GET
    «- Nə olar, qal da bir az
    – Burda nə var ki, qalım».
    «Sağ ol» demə, vida etmə,
    Zamandısa, vaxtdısa, get.
    Getməyini gərəkliyi
    Qalmağından çoxdusa, get.
    Bir mən qalım, bir dərd-sərim
    Hədər oldu çəkdiklərim.
    Pıçıltıyla dediklərim
    Yaddaşından çıxdısa, get.
    Qaysaqlanar yenə yaram,
    Sızlamaram, ağlamaram
    Səni yoldan saxlamaram –
    Soldusa get, sağdısa get.
    Bir sözünlə mənalıydı,
    Gülüşünlə mənalıydı.
    Mənə sənlə mənalıydı
    Sənə məna yoxdusa, get.

    RUS QARISI

    Birdən, söhbət düşdü,
    sifətindəki
    Alışan, parlayan atəşi gördü.
    Çiynində bərq vuran qanadlarını,
    Gözündən boylanan Günəşi gördü.
    Gördü qəlbindəki bu davanı o,
    Duydu uzaqdanca bu havanı o.
    Mənim də hər qeylü-qalımı bildi.
    Üzümü görmdən halımı bildi.
    Bildi ki, ruhumun sənsən yarısı,
    Səndən həssas imiş
    bir rus qarısı.
    ***
    Sən məni çox istə,
    çox sev nə olar
    Sən elə istə ki, burda qalmayım
    Çəksin maqnit kimi ürəyin məni
    Götürüb Sibirin bu şaxtasından
    Qızdırsın, isitsin istəyin məni.
    Dayana bilməyim,
    qala bilməyim
    Vəhşi tək darıxıb qaçım yanına
    Söyüb bu şaxtaya, soyuğa, qara
    Sonra təpik vurub bu şampanlara
    Tullanıb da «arxı» qaçım yanına.
    Sən mən çox istə,
    çox sev nə olar.

    SAATIM QURULUB SƏNİN VAXTINLA

    Saatım qurulub sənin vaxtınla
    Mənim günortamdı sənin səhərin
    Yerini bilirəm saata baxıb
    Harasındasansa qoca şəhərin.
    Görürəm yuxudan oyanmağını,
    Görürəm yuyunub daranmağını
    O rus qarısına çay verməyini,
    Evdən çıxmağını, yol getməyini
    Mən burda məşğulam
    hər addımınla –
    Saatım qurulub sənin
    vaxtınla.

    ***

    Sənsiz qaldım, qəlbimin
    Artdı qəmi – darıxdım.
    Yanına qayıtmağın
    Yetdi dəmi – darıxdım.
    İnsafı yox gecənin
    Qərib, soyuq gecənin
    Oyanaraq gecənin
    Bir aləmi – darıxdım.
    Yer sıxdı birdən-birə,
    Dərd axdı birdən-birə
    Darıxdım birdən-birə
    Vəhşi kimi darıxdım.

  • Oktay HACIMUSALI.”Anadoluda Xarıbülbül sevdalı bir şair” (Məqalə)

    10585524_550119735111527_1369820917_n (1)

    (Türkiyəli şair Osman Başın “Xarıbülbül” kitabını vərəqləyə – vərəqləyə süzülüb gələn düşüncələr)

    Türk Türk olalı, dərdinə sarıldı. Amma ağlamadı, gözlərində düşməninə nifrət, dostuna sədaqət yaşadı. Onun ümidləri gözlərindən oxundu. Sevdasına sarıldı həm də. Çünki, sevdasından böyük, sevdasından ulu, sevdasından qutsal heç nə yox idi və ola da bilməzdi.
    Bir eşq nağılına qulaq asdı. Bir sazın incə melodiyaları səsləndi qulaqlarında. Anasının laylası, atasının dağdan ağır nəsihəti hər daim onunla idi. “Oğlum, unutma ki, biz Türkük” – deyən bir ananın. “Hər zaman doğru ol, doğruya zaval yoxdur” – deyən atanın sözləri, söhbətləri aldı onu bu günlərə gətirdi.
    Türk Türk olalı, bayrağını sevdi. Dalğalanan Türk bayraqları önündə diz çökməsini,öpüb başının üstünə qoymasını bildi. Göy üzü qoşa dalğalanan bayraqlarla bəzənəndə Türkün qürur mənbəyi həmin bayraqlar olur.

    Göy üzü al bayraqlarla bəzənəndə
    Qardaş bayraqlara külək oluram.

    Göy üzündə dalğalanan qoşa bayraqlara heyran olan, onun uğrunda hətta külək olub əsməyə hazır olan Türk görün övladına nələri tövsiyə edir:

    İtkin səhraların tənha balası,
    Göylər dağları qarşına gətirməli.
    Vətəninə hücumlar olanda
    Üfüqlərin Fateh kimi geniş olmalı.

    Hansı bir ulus, bir millət öz övladına bu qədər dəyərli nəsihətlər edib onu mərdliyə, Mübarizliyə, eyni zamanda haqqa və ədalətə, düşmənə qarşı qılınc kimi sərt, dosta qarşı həlim, yumşaq olmağı öyrədər, göstərin mənə. Göstərə bilməzsiniz, çünki dünya dünya olalı onun məhvərində fırlanan heç bir ulus dünyaya, Tanrıya, onun yaratdıqlarına Türk qədər sayğılı olmayıb. Onu və Onun yaratdıqlarını heç kim Türk qədər sevməyib. Amma heç bir ulus da Türk qədər Onun və yaratdıqlarının hüzuru üçün qılıncını qından sıyırıb qəza etməyib. Qutsal savaşlara qatılmayıb. Fərq etməz bu nədir, Görklü Göy Tanrının yaratdığı hər bir varlıq bu ulus üçün qutsaldır. Şuşada, Cıdır düzündə bitən Xarıbülbül də ola bilər bu, dağlarda əzəməti ilə hamını özünə heyran edən məğrur baxışlı şahin də. Gül də, çiçək, quş da, böcək də, hər şey qutsaldır ona görə. Amma ən əsası onun üçün qutsal olan Ana torpaqdır.

    Bura insanlara dayan deyilən yer,
    Bir alov məşəlinin min dərd üçün yandığı yer,
    Ural – Altay kimi köklü çinarı
    Qaşqara kimi uzanan könül gözü
    Günəşin sulara təslim olduğu
    Küləyin buludları əydiyi yer.

    Ana torpağı qutsal bilən, ona toxunanın gözlərini oymağa hazır olan Türkün nəzərində bayrağı harda dalğalanırsa, Tanrının nəfəsini hara qədər apara bilibsə, gözü, könlü haranı özünə Vətən sayırsa, ora onun yurdudur, ora onun Vətənidir. Və o, Vətən bildiyi torpaqlara səslənəndə bu cür səslənir:

    Ey ürəyimin dalğaları!
    Qaf dağı boyda sevdalarım
    Həsrətim, vurğun olduğum Xəzərim…
    Bilirəm tanıyırsan məni
    Balıqlar, qağayılar kimi
    Yaxınam sənə;
    Dağlar kimi, üfüqlər kimi
    Xarıbülbül kimi uzağam sənə…

    Türkün səbri genişdir. Susub gözləməyi bacarır. Amma intiqamı, qəzəbi və düşmənə qarşı savaşı çox ağır olur. Əslində, bunu bilənlər bilir. Elə ona görə də daim Onun başını qatmağa, xırda – xuruş işlərə müsəllət etməyə çalışırlar. Bilirlər ki, nizami – Aləm onun sancağının asıldığı yerdən başlayır. Çünki anası Türkü bələyəndə, ona baldan şirin laylalar oxuyanda:

    Biz Türkük, oğul! Sazı ilə, sözü ilə, inancı ilə…
    Bu dağların hər qarşının
    Dostluğu da, yarlığı da Türkdür…

    -deyib ana südü ilə canına, qanına milli – mənəvi dəyərlərini, kimliyini hopdurub, onu özündən uzaqlaşmamağa səsləyib. Çünki, Türk özündən uzaqlaşdıqca əsirə çevrilib. Çünki, Türk özündən uzaqlaşdıqca başı kef – damağa, eyş – işrətə qarışıb, təkrar özünə gəlib toparlanması isə bir çox mətləblərdən uzaq düşməsindən sonra baş verib. Amma, eyni zamanda Türk müharibə istəmir, Türk savaşçı olduğu qədər sülhün tərəfdarıdır. O, bir uşağın gözlərindəki təbəssüm üçün hər şeyi qurban verməyə hazırdır. O, qəlbinin əlacını tapanda bir saniyəsi bir il kimi görünür gözünə. Yəni, nə qədər çılğındırsa, bir o qədər də sevgi doludur.

    Varlığı nə qədər gözəl,
    Dizə gəldi əbəd, əzəl.
    Bir saniyəm ilə bədəl,
    Qum saatı doldu bu gün.

    Bəli, əzəl əbədə yol gedən, hər gördüyünü, hər duyduğunu, hər hissetdiyini könül süzgəcindən keçirib bu günlərə gətirən Türk milləti və onun sevda elçiləri, şairləridir. Qarabağ həsrətimizi, Xarıbülbül nisgilimizi ulus olaraq dünyaya çatdırmağın bir yolu da heç şübhəsiz ki, şeirdir.
    Şeir nədir – misra-misra, bənd – bənd həsrətinə doğru çəkilən yol. Elə Anadoludaki Xarıbülbül həsrətli şair Osman Başın Xarıbülbül üçün, Şuşa üçün çəkdiyi yol da Şuşanın, Cıdır düzünün, İsa bulağının özü kimi uğrunda qurban olunası yoldur.

    Indi bahardayam, yolum Şuşaya
    Cıdır düzündə bülbül olacağam…
    Xarıbülbülün üstünə qonacağam əvvəlcə,
    Düşmənimə şimşək olub çaxacaq
    Dostun həsrətinə son qoyacağam…
    Bu yol qutsaldır, Osman Baş! Qəzanız mübarək!

  • Hikmət MƏLİKZADƏ.Yeni şeirlər

    10304351_268609333324646_7910328543693681828_n

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü.

    ***

    Xəstə baxışların
    qaba sızıltılara sürtür özünü,
    ürəyinin ritmi pozulur
    tez-tez kökdən düşən
    piano kimi.
    Gözlərin hələ də can verir
    yad baxış altda.
    Nə vaxtsa
    səni istəyənlərin sayı
    indi sənə köhnə palaz kimi
    baxanların sayı qədər olub
    yəqin ki…
    Sən də, bir az ayıq ol,
    Axsaq, lüt-üryan kölgələrə
    rəhm eləmə.
    Taleyin heç kimə
    yazığı gəlmir.
    …Bilirsən,
    səni,
    bir gün aldadacam deyə
    sevmədim…

    ***

    İçimin odu qurtarır,
    Güc ver da, Xudam, arada.
    Bəzən örtük ola bilmir,
    Başıma bu dam, arada.

    Kimdi ki, əzrayıl, kimdi?
    Nola, əlimə düşə tək…
    Güddüyüm alagöz qızın,
    Baxışı sınır şüşətək.

    Allah da zülümün kəsmir,
    Ömür də dada gəlmir ki…
    Gedirəm, kölgəm arxamca,
    Ya gəlir, ya da gəlmir ki…

    Adam olmaqdan bezmişəm,
    Çiynimdə heybə, gedirəm.
    Soruşma, yolun haradır?
    Mən artıq Qeybə gedirəm.

  • Debüt: Bahadur QOBUSTAN (Qobustan rayonu).Şeirlər

    10363926_845257905502955_2798938368722294118_n

    Bahadur QOBUSTAN (Seyidov Bahadur Eyub oğlu) 1984-cü il 1 avqust tarixində Qobustan rayonunun Bəklə kəndində anadan olub. Orta məktəbi Doğulduğu kənddə başa vurub. 2002 ci ildə Gəncə Dövlət Ünveristetinə qəbul olub və 2006 cı ildə bu həmin Univeristetdən məzun olub. Unvristet illərində (2002-2006) Töhfə qəzetində müxbir kimi çalışıb. 2006-2007 ci illrdə hərbi xidmətini başa vurub. 2007-2011 ci illərdə Qobutan rayon Bəklə kənd orta məktəbində tarix müəllimi kimi fəaliyyət göstərib. 2011 İldə Anews.az saytında müxbir kimi fəaliyyət göstərib. 2012-ci ildən etibarən Azad Azərbaycan Müstəqil Teleradio Şirkətində (ATV) redaktor kimi çalışır.
    500-dən çox şeir, 20 hekayə, bir roman müəllifidir. Əsərləri müxtəlif almanaxlarda, qazet və jurnallarda, Elektron dərgilərdə mütamadi olaraq dərc olunub. Bir tərcümə kitabının müəllifidir.
    Azərbaycan Yazıçılar Birliyi ilə Mədəniyyət və Turizm Nazirliyinin birgə layihəsi olan ” Gənc Ədiblər Məktəbi”nin üzvüdür.
    Dokkuziklim.net ədəbiyyat saytının baş redaktorudur.Ailəlidir. Iki uşaq atasıdır.

    Bahadur Qobustanın müxtəlif illərdə yazdığı bir neçə şeirini sizə təqdim edirik.

    Qaralar bizi dərdilər

    Qaralar bizi dərdilər,
    Ağ yuyub qara sərdilər
    Bizə bir tikə verdilər
    Bizim milyon tikəmizdən

    Bağladı qapı-bacalar
    Çözülmədi tapmacalar
    Qırıldı bap-balacalar
    Zərbə gəldi yekəmizdən

    Hərə bir tikə götürdü
    Qalnın yekə götürdü
    Vətən də ləkə götürdü
    Vicdandakı ləkəmizdən

    Böyümədi adamlar

    Beləcə illər ötdü,
    Bir udum ay yedi dünya
    Bir udum günəş yedi…
    Yenə də insan oğlu
    Tikana qarğış etdi,
    Gülə alqışlar dedi.

    Beləcə keçdi ömür…
    İnsanın atdığı daş
    Dəyişdi yavaş-yavaş
    Daha da ağır oldu
    Böyümədi adamlar
    Bitmədi göz yaşları
    Yenə quru yer üstə
    Elə o yerdən ötrü
    Düşdü insan başları.

    Beləcə bir-birinə
    Zənci dedi adamlar
    Rus, ingilis, türk dedi
    Sığındığı kölgəyə
    Güclü dedi admlar.
    Biri özünə uca
    O biri böyük dedi.
    Beləcə illər ötdü,
    Bir udum ay yedi dünya
    Bir udum günəş yedi.

    Beləcə kölgə oldu
    Dünyanın hər bir yanı.
    O dedi günəş hanı
    Bu dedi ay necoldu
    Yenə sevgi qazandı
    Yenə dünyadan ötrü ölənlər gülünc oldu
    Beləcə illər ötdü,
    Bir udum ay yedi dünya
    Bir udum günəş yedi.

    Və ən axrıcı dəfə
    Yığşdılar adamlar
    Məzar üstə əl açıb
    Göylərə boylandılar
    Allah düşdü yadına
    Hər günahkar adamın
    Sonra torpaqladılar üstünü yavaş yavaş
    Qədirbilməz qonşular
    Laqeyid qohum-qardaş
    başladılar övgüyə
    Biri dedi ay idi
    Bir dedi günəş idi
    Beləcə illər ötdü,
    Bir udum ay yedi dünya
    Bir udum günəş yedi.

    O qız desəydi

    Görüb onu bircə kərə
    Vurulmuşdum birdən-birə…
    Bütün aləm ağlasaydı,
    Sözünü salmazdım yerə
    Gülərdim, o qız desəydi.

    Çox sevirdim mələyimi,
    Puç elədi diləyimi…
    Tikə böldüm deməsə də…
    İki yerə ürəyimi
    Bölərdim, o qız desəydi.

    Heç kəsə inanmaz idim,
    Mən ürəkli qanmaz idim…
    Cəhənnəmdə yurd salsaydı,
    Yanına yubanmaz idim
    Gələrdim, o qız desəydi.

    İndi ondan təmənna yox,
    O qızla bağlı dünya yox..
    Sadəcə bir təsəlli tək
    Məni sevərdimi ya yox
    Bilərdim, o qız desəydi.

    Bulud var şimşək çaxmayıb,
    O su bu arxa axmayıb…
    Allahın yazığı gəlib
    Şükür, dilindən çıxmayıb
    Ölərdim, o qız desəydi.

    Görünmür

    Həyatda çırpışır xeyir ilə şər,
    Biri hökm edərkən biri görünmür.
    Əzəldən qəribə yaranıb bəşər,
    Qəribə dünyanın sirri görünmür.

    Ömür yollarında mənalar dərin,
    Pislər zəpt eyləyib yaxşının yerin,
    Mənim gözlərimdə tük seçənlərin,
    Gözündə nadanlıq tiri görünmür.

    Adam var düz deyil heç bir sözündə,
    Kiçilib düzlərin itir izində,
    Amma nədəndirsə onun gözündə,
    Dünyada özündən iri görünmür.

    Dolanır səhranı şölü dirilər,
    Üzmür bu həyatdan əli dirilər,
    Yaşayır dünyada ölü dirilər,
    Ölərkən yaşayan diri görünmür.

    Mənasız fikirlər satılır baha,
    Insan asi çıxır indi Allaha,
    Istərəm dünyadan köçüm mən daha,
    Neyləyim bir ümüd yeri görünmür.

    Gəncə 2002 oktyabr.

    Yavaş-yavaş

    Yaman dəyişmisən bilmirəm nədən,
    Bir zaman eşqimə cavab verdin sən,
    Indi gül üzünü alıb duman, çən,
    Əllərin buz olub ürəyinsə daş,
    Daha ayrılırıq biz yavaş-yavaş.

    Inciyib küsürsən hər bir sözümdən,
    Olmaq istəyirsən uzaq gözümdən,
    Məni çıxarırsan niyə özümdən,
    Hər gün bir iztirab, hər gün bir təlaş,
    Daha ayrılırıq biz yavaş-yavaş.

    Səni ayrılığa səsləməsəm də,
    Ürəyimdə nifrət bəsləməsəm də,
    Mən bu ayrılığı istəməsəm də,
    Ürəyimdə kədər gözlərimdə yaş,
    Daha ayrılırıq biz yavaş-yavaş.

    Gözümün yaşları sel kimi axır,
    gözlər… o gözlər nə məlul baxır,
    Ayrılıq qəlbimi yandırıb yaxır,
    Bu sevgi məhəbbət olmayaydı kaş,
    Daha ayrılırıq biz yavaş-yavaş.

    Axı niyə

    Axı niyə məndən qaçırsan belə,
    Yoxsa ki eşqimi yalan bilirsən,
    Bəlkə də çoxları kimi sən hələ,
    Məni də vəfasız oğlan bilirsən.

    Ürkək baxışlarla baxırsan hərdən,
    Qısqanır gözümü gözünə çoxu,
    Səni sevdiyimi soruşma məndən,
    Səni sevməyimi gözümdən oxu.

    Gedirəm deyirsən

    Gedirsən, bir addım uzaqlaşdıqca,
    Köksümü yerindən qoparırsan sən,
    Təmanna ummadın məndən sadəcə,
    Vuran ürəyimi aparırsan sən.

    Baxışın qəlbimdə dönüb dənizə,
    Ürək bu dənizdə qəm adlı ada,
    Istərəm qovuşaq bir-birimizə,
    Sən atlı olmusan, mənsə piyada.

    Bəlkə alnımıza belə yazılıb,
    Bəlkə qismətimiz bu imiş bizim,
    Düşüb dərinlikdə yolunu azıb,
    Sevgimiz quruyan su imiş bizim.

    Gedirəm deyirsən dilində ancaq,
    Gözlərin başqa cür söz deyir mənə,
    Yanır orda ümüd adlı bir çıraq,
    Hələ gözlə deyir, döz deyir mənə.

    Mənimçün nə qədər olmasa asan,
    Hələ bu sevgidən alıram qida,
    Indi iki yolun ayrıcındasan,
    Gəlsən xoş gəlmisən, getsən əlvida.

    Gərək sevməyəydim

    Bir dəfə qoymadın ürəkdən gülüm,
    Saxla nəzabını, saxla yadında,
    Sən mənə bu boyda dünyada gülüm,
    Kiçik çəmən idin, sevgi adında,
    Haçan baxsam gördüm çiçəksiz səni,
    Gərək sevmıyıydim gərəksiz səni.

    Tale sevgi adlı şirin barını,
    Nə olar aşiqə kal gətirməsə?
    Dolanıb boşuna gəzən arını,
    Qutuya qoymazlar bal gətirməsə,
    Mənsə qarşıladım pətəksiz səni,
    Gərək sevməyıydim gərəksiz səni.

    Keçdi hər dəqiqəm qəmdə, təlaşda,
    Getdin özgəsinin baxtına düşdün,
    Mən səni sevməzdim indiki yaşda,
    Ağlımın kəsməyən vaxtına düşdün,
    Tapmışdım arzusuz, diləksiz səni,
    Gərək sevməyəytdim gərəksiz səni.

    Getmisən demirəm geri dön sənə,
    Qayıt yaraları dərinə qoy get,
    Deyirəm bir dəfə geri dön yenə,
    Barı ürəyimi yerinə qoy get,
    Mən axı qoymazdım ürəksiz səni,
    Gərək sevməyəydim gərəksiz səni

  • Sentyabr ayında “Elimiz.Günümüz” qəzeti fəaliyyətini bərpa edəcək

    600885_3772078239984_990912053_n

    Çağdaş Azərbaycan ədəbi mühitində fəaliyyət göstərən mədəniyyət və ədəbiyyat yönümlü mətbu orqanlar içərisində daha çox yazarların ədəbi-bədii nümunələrini, poeziya örnəklərini, məqalələrini, publisistik qeydlərini, poemalarını səhifələrində dərc etməklə ictimaiyyətin nəzərinə çatdıran “Elimiz.Günümüz” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Milli Elmlər Akademiyasının aparıcı elmi işçisi, filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent Qiymət Məhərrəmli jurnalistlərə açıqlamasında bildirib ki, bir müddət öncə müəyyən səbəblərdən öz fəaliyyətini dayandırmış “Elimiz.Günümüz” qəzeti sentyabr ayından etibarən, fəaliyyətini bərpa edəcək.
    Yazılarının mətbu orqanda dərc olunmasını istəyən yazarlar öz ədəbi-bədii nümunələrini, poeziya örnəklərini, məqalələrini, publisistik qeydlərini, poemalarını dərc olunmaq üçün aşağıdakı ünvanla əlaqə saxlaya bilərlər:

    Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, “Azərbaycan” nəşriyyatı, yeddinci mərtəbə.
    E-mail : qiymet_549@box.az

  • Saqif QARATORPAQ.”Çarəsizlik” (Hekayə)

    Saqif QARATORPAQ

    Bu bizim hekayəmizdi-sənin və mənim.Düzünü desəm sənin, ömrümün köhnə divarına yazdığın bir eşq hekayəsi.Ona əndrabadi adlar da qoya bilərik.Əgər istə-
    sən…Məsələn, “Vurulmuşlar”, “Dəli kimi sevənlər” və sairə və ilaxır.Ancaq mə-
    nim təmtəraqlı adlardan xoşum gəlmir.Ona görə də”Çarəsizlik”qoydum.Bilmirəm,
    xoşuna gələcəkmi?Bircə onu bilirəm ki,bəyənsən də,bəyənməsən də bacardığım
    budur.Neyləmək olar.Varını verən utanmaz.Nə isə…Deyəsən mətləbdən uzaq düş-
    düm.Bir az çərənçilik elədim.Uzun-uzadı müqəddimələrdən elə uşaqlıqdan zəhləm
    gedib,istər həyatda olsun,istərsə də hekayədə və ya romanda.
    Elə bilmə ki ayrı bir məqsədim var.Yaxud səndən cavab gözləyirəm.Qətiyyən!
    Əsla!Heç ağlına belə gətirmə.Bunu özünə dərd eləmə.Heç vaxt istəmərəm ki,sən
    dərd çəkəsən,özü də mənə görə.Onu da deyim ki sənin “nə” və “necə” cavab ver-
    məyin heç nəyi dəyişməyəcək.Əgər iyirmi il əvvəl-mənim dəliqanlı vaxtlarımda
    olsaydı,bəlkə də hər şey başqa cür qurtarardı…Bağışla,filosofluq elədim.
    Sadəcə ürəyimi boşaltmaq istədim.Bəlkə bir az yüngülləşim deyə.
    Sən o gün ağlamasaydın,heç bu hekayə də yazılmayacaqdı.
    …O gün iclas zalı ağzınacan doluydu.Məmmədkərim demiş,iynə atsaydın yerə
    düşməzdi.Yeni layihələr müzakirə olunurdu.Sənin də layihən müzakiryə çıxarıl-
    mışdı.Heç özündə-sözündə deyildin.Qar kimi ağarmışdın.Layihələr bir-bir mü-
    zakirə olunur,əvvəl mütəxəsislər,sonda isə baş direktor öz rəyini bildirirdi.Növbə
    sənin layihənə çatdı.Hamının “ifritə” adlandırdığı şöbə müdiri birinci çıxış etdi.
    Və sənin layihəni alt-üst elədi.Elə coşdu ki,etika qaydalarını belə- pozdu.Təhqirə
    keçdi.
    -Rasim müəllim,mən belə işçini bir gün də işdə saxlamazdım.Əgər belə getsə…
    -Kifayətdi.Əyləşin! Aman verin başqa yoldaşlar da öz fikirlərini bildirsinlər.
    “İfritə” susmağa məcbur oldu.Rasim müəllim üzünü qocaman mühəndis Məm-
    Mədkərim müəllimə tutdu:-Sənin fikrin nədir?Məmmədkərim müəllim elə bil
    yatmışdı,yuxudan oyandı.Dili topuq vura-vura:-Hə,deməli,deyəsən…bu la…la…
    Rasim müəllimin zəhmli sifətinə bir xoş təbəssüm yayıldı.Tarıma çəkilən əsəb-
    lər yumşaldı.Hamı bir yüngüllük hiss elədi.Sənin ağarmış üzün birdən birə qıp-
    qırmızı oldu.Qısa bir pauza yarandı.
    Bir də onda ayıldım ki,ayaq üstəyəm.Səni müdafiə eləyirəm.Özüm özümə mat
    qalmışdım.Çünki mən iclaslarda hələm-hələm çıxış eləməzdim.Hələ indi də yadı-
    ma sala bilmirəm ki,bu necə baş verdi.Ha fikirləşirəm,bir yana çıxara bilmirəm.
    Baş direktor mənim rəyimlə razılaşdı.Xırda-para nöqsanları düzəltmək şərtiy-
    lə sənin layihən əsasən qəbul olundu,
    İlahi,sən necə sevinirdin.Ucmağa qanadın yoxdu.Gözlərini gözlərimdən çəkmədən gülümsəyirdin.Utanmasaydın bəlkə də yüyürüb məni qucaqlayıb
    öpərdin…Heyif ki öpmədin…
    İclas başa çatdi.İş saatının sonuna beş dəqiqə qalmışdı.Mən iş stoluma əl gəz-
    dirib,aşağı-yeməkxanaya düşdüm ki,heç olmasa bir stəkan çay içim.Yarıyolda
    səninlə qarşılaşdım.Daha doğrusu sən qarşımı elə kəsdin ki,aradan çıxmağa macal
    tapmadım.Əlini mənə tərəf uzatdın və dedin:
    -Çox sağ olun,Hafiz müəllim!Heç bilmirəm Sizə necə təşəkkür edim.
    Məni xilas elədiniz.
    Əlin əlimi yandırdı.Mənə elə gəldi ki,əlin bax indicə ovcumda əriyib yox
    Olacaq.Elə qorxdum ki!Və istədim ki…Bu an sən səssiz-səmirsiz elə ağladın ki!
    Bir anda özümü itirdim.Bilmədim neyləyim.Səni necə ovudm.Sifətimin od tutub
    Yandığını,Kürəyimdən axan soyuq tərin köynəyimi islatdığını hiss etdim.Əlin
    əlimdə ikimiz də donub daşa dönmüşdük.Elə bilirdim bu dördmərtəbəli binada
    nə qədər adam varsa,hamısı bizə baxır.Ürəyimdə”Allah-Allah”deyə pıçıldayırdım.
    Sən nələrsə danışırdın,ancaq mən heç nə eşitmirdim.Qulaqlarım uğuldayırdı.
    …Bəlkə də aradan min il ötdü desəm,yanılmaram.Bəlkə də bir dəqiqə…Yadımda
    deyil.Bircə o yadımdadı ki,Sən səssiz-səmirsiz ağlayırdın.Pərişan tellərin üzünə.
    Çiyinlərinə dağılmışdı.Nəmli,qıyıq,qara gözlərini gözlərimin içinə zilləyib durmuş-
    dun.

  • Rüfət AXUNDLU.Yeni şeirlər

    Rufet (2)

    * * *

    Sevda bizim üçün oyuncağıymış,
    Sən demə, oynayıb baş qatırıqmış.
    Oynada-oynada bu oyuncağı,
    Məcnunun ruhuna daş atırıqmış.

    Yalanla dolu bir məhəbbət üçün,
    Min hiylə, min dona girə bilmişik,
    Hələ söylənməyən həqiqət üçün,
    Nələri biz qurban verə bilmişik.

    Nələri itirib, nəyi tapmışıq?
    Bunu nə sən bilir, nə mən bilirəm.
    Yalan süstlüyündən ayılmamışıq,
    Hər yeni günümü dünən bilirəm.

    Bizə bu sevdadan nə pay düşdü ki?
    Ürəyin atəşi söndü günbəgün.
    Gözüm gözlərinə çox öyrəşdi ki,
    Əsl həqiqəti axtarmaq üçün.

    Sevda bizim üçün oyuncağıymış,
    Sən demə, oynayıb baş qatırıqmış.
    Oynada-oynada bu oyuncağı,
    Məcnunun ruhuna daş atırıqmış.

    Görmədimi

    Tarixlərdən qopan eşqim,
    Yaddaşlara hopan eşqim,
    Varlığımı tapan eşqim,
    Məni məndə görmədimi?!

    Xəzan olmuş bağ kimiyəm,
    Haqq deyiləm, haqq kimiyəm,
    Əyilməyən dağ kimiyəm,
    Çəni məndə görmədimi?

    Yoxdu səndə qayda, qanun,
    Dayansam da bəzən susqun,
    Dəli deyib, dəli Məcnun,
    Ünü məndə görmədimi?

    Dərd əyləşib dərd üstündə,
    Dərdim tarix yeni gündə,
    Köhnə Fərhad külüngündə
    Yeni məndə, görmədimi?

    Demə, sənsiz azadmışam,
    Səni azad yaşatmışam,
    Mən məndə sən yaratmışam,
    Səni məndə görmədimi?

    Gizlənmişəm

    Bir yerdə bənd almayan,
    Köçümdə gizlənmişəm.
    Mən bu qamət, bu boyda,
    Biçimdə gizlənmişəm.

    Qaraya ağ demişəm,
    Nahaqqa haqq demişəm,
    Haqqa nahaqq demişəm,
    Suçumda gizlənmişəm.

    Özümdən geri qaçıb,
    Qırxımdan diri qaçıb,
    Yeddimdən bəri qaçıb,
    Üçümdə gizlənmişəm.

    Tarixi daşlaşdırıb,
    Ruhumu yadlaşdırıb,
    Genimi kodlaşdırıb,
    Saçımda gizlənmişəm.

    Çöl üzümdə biçim var,
    Aralıqda seçim var,
    “İki dünya” içim var,
    İçimdə gizlənmişəm.

    Gedirəm

    Taleyimdən söz açandan,
    Hər gün yeni iz açandan,
    Bu dünyaya göz açandan,
    Qoymadılar Tam olmağa.

    Yanır bağrım, yanır niyə?
    Ümid qalıb bu taleyə,
    Pərvanə yaşasın deyə,
    Ürək qaçır şam olmağa.

    Sözümdə haqq, dilimdə haqq,
    Nahaqlara zülümdü haqq,
    Əzəmətli ölümdü Haqq,
    Hazıram edam olmağa.

    Əcəl iş-gücünü atıb,
    Məni yaman dilə tutub,
    Vədə yetib, məqam çatıb,
    Gedirəm adam olmağa.

  • GƏNC YAZAR GƏNC YAZAR HAQQINDA

    10603550_779898505387783_4889380798874696702_n

    Şəfa VƏLİ

    (Ruslan Dostəli yaradıcılığı)

    Ruslan haqqında ikinci yazıdır bu… Birincini onun haqqında elə yazmışdım ki, elə bil məktəbdə inşa yazmışdım… Orda o qədər elmi cümlələr vardı ki… Hər dəfə onu Ruslana oxumaq istədim, hər dəfə də Ruslan nəyləsə xətrimə dəydi… Oxumadım… Yaxşı ki, oxumamışam, qardaşım… İnciməzdin məndən… Axı istəyirəm inciyəsən… İstəyirəm elə sirrini açım ki, küsə biləsən… Ummadığından küsməz adam, qardaşım… Və qərara aldım ki, bu gün üçün tanıdığım Ruslandan yazım…
    Ruslan ədəbiyyatın o nümayəndəsidir ki, o heç vaxt mövzu axtarmır… Gördüyü, yaşadığı hər nə varsa, onun üçün yeni şeirdi… Elə bil bir çəmənə qədəm basır, orda nə qədər gül var, hamısını eyni cür sevir… Daha bənövşəni hüsnünə, qızılgülü ətrinə, zanbağı məsumluğuna görə seçmir.. Buna görə də onun varlığından süzülən hər söz, hər hərəkət, uşaqlıq ədası da şeir ola bilir…
    Yazmasam…

    Yazmasam, qız, sənə küsmək, incimək,
    Sənə şeir yazsam mənə iş düşür…
    Yox! Ay xanım… Sənin gözəlliyinə
    Şeir düşmür, uzaqbaşı “beş” düşür…

    Biz “beş”i onda almışıq ki, dərsimizi əzbər bilmişik, misalı düzgün həll etmişik, hər tapşırığı yerli-yerində hazır etmişik… İndi Ruslan bu misralarındaca deyir ki, Tanrının ən gözəl əsəridir bu xanım… Və Tanrı yaratdığı gözəlliklə şair ruhu qarşısında sanki imtahan verir. Axı, şair ruhu elə Tanrının özünə məxsusdur… Deməli, Yaradan öz yaratdığı ilə öz ruhu, eşqi qarşısında özünü sınayır… Və ən gözəl əsəri ilə “beş” alır… Budur, Ruslanın saflığı…
    Uşaq məsumluğu… O, qulağına gələn ilahi pıçıltını olduğu kimi barmaqlarının ucuna kimi yaşayır…Barmaqları isə telefonun klaviaturasındakı hərflərə azacıq toxunaraq yeni şeiri bizim hüzurumuzda hazır edir…
    Ruslanın elə sözləri var ki, öz aləmində bu kəlmələri elə-belə, vəziyyətə uyğun söyləyir… Və ordaca bitir sanki bu sözlərin sehri.. Yox, qardaşım, yanılırsan… Sənin bir beytin bəsdir ki, pıçıldayam… Və gözlərimi yumub rəngini ayırd edə bilmədiyim hisslərimi kitab kimi oxuyam… Oxuyam…

    Bu günkü şam yeməyində,
    Şamdan başqa heç nə yoxdu…

    Şam ömrü kimi yaşamırıqmı bütün eşqləri biz?- Yaşayırıq… Və şam yeməyi vaxtı, toran qovuşduğu vaxt daxilimizin çırpıntısını deməyə adam gəzirik… Əlacımız olsa qarşımıza çıxan hər kəsə dərddən söylənərik… Amma, əlacımız yoxdu ki… Ona görə bu söyləntilərimiz ancaq bir-birimizə yetir… Qardaş-bacı ikimizin bir-birimizin misralarında nəyin gizləndiyini anladığımız kimi, yəqin ki, bir evdə yaşadığımız qardaş-bacılarımız bilmir, Ruslan… Duymur… Odur ki, evdə hamıdan gizlətdiyini nə məndən, nə də şeirini oxuyub anlayan qələm adamının heç birindən gizlədə bilməzsən… Məmməd Araz bunu çoxdan deyib bilirsənmi ? –

    “Anadan, bacıdan gizlətdiyimi,
    Kağızdan-qələmdən gizlətməmişəm”…

    Sən də şam dərdini demisən bu misralarda… Və sanki bir ömür kitabı yazmısan… Bir də o şeirin var ha…

    Sürüdüyüm ömrümün
    Sənə kimi eybi yox…

    Burda yalan demisən… Elə o “sən”ləri ömrümüzə ona görə qatırıq ki, ondan öncəki eyiblərimizə təsəlli tapaq… Hər gələni gülərüzlə qarşılayırıq ki, ağlayaraq yola saldığımızı tez unutdursun bizə… Unutdurmur ki… Unutdurmur…Və onda da məcbur qalırsan ki, tənha skamyanın birində elə tək-tənha oturub içində ağlayasan… Kirpiklərini bir-birinə elə kilidləyəsən ki… “Kişilər ağlamaz”-deyə öyrənmisən axı…
    Çiyninə toxunan əldən diksinib ayılanda isə yanında dayanan tanımadığın adamdan soruşasan:

    Qardaş, sən Allah, deməzsən, Cəhənnəm ha tərəfdədi?!

    Budur, bax, tanıdığım Ruslan… Budur, onun “özünü döyməyi”…
    Ruhunu ovuclarıyla sıxmağı bacarmasa da yumruqlarını gözlərinə sıxıb ağlamayan Ruslan… Və “o qız”a yazdığın ən səmimi iki misra…

    Sənə bir şeir yazmışam…
    İncimə, səndən qəşəngdi…

    Sən də məndən incimə, qardaş… İncimə… Burda təsvir etdiyim Ruslan da səndən qəşəng uşaqdı… Ərköyün, şıltaq… Ədalı… Bütün bunları göstəri edən səmimi, kövrək, özünü günahkar saydığı anda ağlamağa hazır balaca Ruslan DOST ALI

  • Şəfa VƏLİYEVA.Yeni şeir

    sefa1-450x300

    -nəyi vəsf etsin bu şair?
    Ayrılıq doymaz ki sözdən…
    Nə var ikimizə dair?
    Xatirələr küsüb bizdən…

    -yazılan bütün misralar
    Yarım ümid-yarım şübhə…
    Yandırılan bəyaz şamlar
    Öləziyər üzü sübhə…

    -evimizin pəncərəsi
    Yaddan çıxıb açıq qalıb…
    Ürəyimin pəncərəsin
    Hələ açan tapılmayıb…

  • Deyişmə: Aybəniz QAFANLI və İlkin ABBAS

    10515052_1454147261518412_988404994_n

    AYBƏNİZ

    Nigaranam elə səndən,
    Danış görüm, həncərisən?
    Baxıb durma mənə gendən,
    Danış görüm, həncərisən?

    İLKİN

    Mən baxmıram sənə gendən,
    Bir saf eşq gözlərəm səndən,
    Gəl nigaran qalma məndən
    Yaxşıyam, sən həncərisən?

    AYBƏNİZ

    Əllərini üzmə məndən,
    Belə kənar gəzmə məndən,
    Sən Allah gəl bezmə məndən,
    Danış görüm, həncərisən?

    İLKİN

    Əllərini üzən kimdir?
    Səndən kənar gəzən kimdir?
    Bu sevdadan bezən kimdir?
    Yaxşıyam, sən həncərisən?

    AYBƏNİZ

    Mənsiz keçən ildən danış,
    Mənsiz bitən güldən danış,
    O obadan eldən danış,
    Danış görüm, həncərisən?

    İLKİN

    Nə danışım sənə ildən?
    Sənsiz əldə solan güldən?
    Danışaram oba eldən,
    Yaxşıyam, sən həncərisən?

    AYBƏNİZ

    Yollarıma tozmu qonub?
    Gözün üstə gözmü qonub?
    Dodağına sözmü qonub?
    Danış görüm, həncərisən?

    İLKİN

    Yoluma toz qonan deyil,
    Gözümə göz qonan deyil,
    Dilimə söz qonan deyil,
    Yaxşıyam, sən həncərisən?

    AYBƏNİZ

    Qəribsədim, gəldim axı,
    Bu hicranı sildim axı,
    Bir dillən, din, öldüm axı,
    Danış görüm, həncərisən?

    İLKİN

    Gözləyirəm, gəl, gəl daha,
    Bu hicranı sil, gəl daha,
    Mən sənsizəm bil, gəl daha,
    Yaxşıyam, sən həncərisən?

  • Gülnarə İSRAFİLQIZI.”Sənin üçün” (Yeni şeir)

    234435423665547648

    Getmə
    Gedişinlə qığılcım alışar addımlarında,
    Sarılar addımlarıma.
    Baxarsan hər addım sənsiz,
    Yeridikcə yandırır varlığımı.
    Getmə
    Susuzluğundan,
    Enər yarpaq-yarpaq,
    Tökülərəm,
    Sən gedən yollara.
    Sənin üçün,
    Nəğmə olaram dodaqlara.
    Getmə.

  • Gülnarə SADİQ.”Vətənəm” (Yeni şeir)

    03-300x225

    Mən Anayam!
    Mən Vətənəm!
    Gör nə qədər oğul dağı
    Verib mənə əzəl düşmən.
    Dərbəndimə yas tutmamış
    Borçalımı apardılar.
    Zəngəzura yas tutmamış,
    Bu həsrətə alışamamış
    Təbrizimi qopardılar.
    Bir yara var ürəyimdə,
    Şuşa adlı nazlı gəlin.
    Bir acı var ürəyimdə ,
    Laçın adlı adlı dağlar qızı.

    Bu dərdim bu kədərim,
    Babəkimin,Koroğlumun
    Qeyrətinə yaman dəyib,
    Bu ayrılıq,bu həsrətim,
    Həcərimin ürəyinə yaman dəyib.
    Mən ölmüşəm.
    Mən bitmişəm.
    Vətənsizlər vətəninə çevrilmişə.
    Xocalımın göz yaşları
    Buludları parçalayıb.
    Kəlbəcərin ah naləsi
    Ürəkləri qucaqlayıb.
    Itkin balam,
    Körpə balam.
    Ey,Fizulim!De hardasan?
    Düşman ayaqları batıb bağrına.
    Ey,bala,
    Ey,oğul!
    Halın necədi?
    Gözlərim qəlbində qalıbdı,Bala!
    Mən anayam!
    Mən vətənəm!
    Mən ürəyi dağlı Vətənəm!