Blog

  • Yeni iliniz mübarək!

    скачанные файлы

    Əziz və hörmətli Azərbaycan xalqım!
    Sizin hər birinizin qarşıdan gələn yeni ilinizi təbrik edirəm və hər birinizə uzun ömür can sağlığı arzu edirəm. Hər zaman oxucuların və bizi sevən, dəstək olan insanların timsalında hər kəsin bayramı mübarek olsun.Çöhrənizdən gülüş, süfrənizdən ruzi,evinizdən sevinc dolu sədalar baş qaldırsın.

    Hörmətlə,
    Fidan Abbasova,
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin rəhbəri

  • Şəfa VƏLİYEVA.”Sevimli küçə süpürən” (Hekayə)

    sefa1-450x300

    Limana çatanda dayandı. Yenə gözləyəcəkdi. Yad şəhərdən gələn gəminin bütün sərnişinləri sahilə çıxacaq, hər kəs öz evinə, doğmalarının yanına gedəcək, gələnləri gözləyənlər sevinəcək, bir tək o yenə özündən utanacaqdı. Bura gəldiyi üçün. Hər axşam yeni bir qərar verirdi. Daha o limana getməyəcək, gedənin arxasınca baxmayacaq, vəfasız yoçunu gözləməyəcəkdi. Amma səhər yuxudan durunca verdiyi qərar da dünəni kimi arxada qalırdı.
    Otuz üç gün… düz otuz üç gündür ki, onsuzluğu yaşayırdı Pərvin… həsrətin ağırlığı əzirdi onu. Ən çox da sonuncu gün elə bu limana, onu ötürməyə gəlmədiyi üçün özünü bağışlaya bilmirdi. Heç olmasa onu ötürməyə gəlsəydi deyilməmiş sözləri ürəyində qalmazdı. Deyərdi, açardı, tökərdi ürəyinin dediklərini. Söyləyərdi sevdiyini, sevilmək istədiyini. Amma gəlmədi.
    Altı il öncə evlənmişdilər. Ataları dost idi. Hər ikisi öz uşaqlıq sevgilərini məktəb şəkillərinin arxasında saxlayırdı. Hər ikisinin ayrılıqda öz dünyaları vardı. Hər ikisi üçün bu evlilik ataların bir-birinə, onların da atalarına verdiyi sözdən ibarət idi. Zaman çox sürətlə keçirdi amma. Iki il birgəlikdən sonra babalar nəvə arzuladı. Həkimlər dəyişdi, reseptlər dəyişdi, müalicələr üçün gedilən şəhərlər, ölkələr də dəyişdi. Nəvəli arzulardan başqa hər şey dəyişdi. Pərvin özü də… Bir də anladı ki, artıq onsuzluqda darıxır… onunla açılan səhərləri sevir, onunla addımladığı yolları uzatmaq istəyir. Bu başqa duyğu idi. Hər gün hiss etdiklərini ona söyləmək istəyirdi. Amma söz tapmırdı. Sanki bildiyi bütün sözlər yadından çıxırdı. Zamanı durdurmaq, onunla birgə olan həyatını hər anını əbədiləşdirmək istəyirdi. Bir də ana olmaq istəyirdi Pərvin. Evliliyin altıncı ilində, dörd illik müalicələrdən sonra axırki ana olmağı ürəkdən arzulayırdı. Ağır bir yuxudan oyanmış kimi idi. Bu illəri necə də hissis rəngsiz yaşamışdı. Indi isə dünyanın hər bir rəngini öz evinə, həyatına hopdurmağa can atırdı və elə bu zaman həyat ona nələr hazırlayırmış…
    Otuz üç gün bundan əvvəl yenə həkimə getmişdi. Axır bir həftədə ürəyi bulanır, özünü ağır hiss edir, sadəcə yatmaq istəyirdi. Anası həkimə getməyi məsləhət gördü. Həvəssiz açıb girdiyi qapıdan ümidlərin qanadında sanki pərvazlanaraq çıxmışdı. Ana olacaqdı… Evə tez çatmaq, ona bu xəbəri verməyə tələsirdi . İçəri girincə gözləri ilə axtarmışdı. Ilk gördüyü isə stolun üstündəki kağız parçası idi. Oxumağa başladı. Hər kəlməsini əzbərləşmişdi artıq o məktubun…
    “Pərvin, səni sevirəm… Bütün bu illər ərzində sənin də məni sevməyini gözlədim. Məni bir kişi arzulamanı istədim. Mən sadəcə atanın öz dostuna verdiyi söz olaraq yaşamaq, yanında olmaq istəmirəm. Belə yaşamaq məni ağrıdır, Pərvin. Sən də mənim kimi ürəkdən arzulasaydın bəlkə bizim uşağımız da olardı. Amma istəmədin. Məni sevmədin çünki. Gedirəm. Sənsiz yaşamağı bacarsam qayıtmayacam. Saat üçdə limandakı sarı gəmi ilə gedəcəm. Saat üçdə. Məni niyə sevmədin ki, Pərvin?”
    Saat üçə işləmişdi onda. Pərvin isə limana getmədi. Onu yola salmağa getmədi. Gedə bilmədi. Və bundan sonra da hər gün ona bir məktub yazdı. Sevdiyinə and içirdi o məktublarda. Onsuz darıxdığını yazırdı. Yaşaya bilmədiyini yazırdı. Ana olacağının müjdəsini də istəyirdi Pərvin o məktublarda. Amma bu məktubları hər səhər evdən çıxınca küçəyə atardı, sonra isə limana gələr, sarı gəmini gözləriylə oxşayar, sevdiyini apardığı üçün “döyər, söyərdi”. Yenə danışmağa söz tapmazdı. Yenə dili susardı. Otuz üç gündə sevdiyinə otuz üç məktub yazıb küçəyə atmışdı. Oxunmayan məktublar…
    Pərvin yenə limandan ayrıldı. Kimsəsiz küçələrin birinə dönərək için-için ağlama başladı. Ürəyini bir az boşaldıb evə tərəf addımladı. Küçə süpürən həmişəki kimi sakitcə başını aşağı salıb işiylə məşğul idi. Onun yanından sürətlə ötüb qapını açdı. Işə bax, bu gün qapını bağlamağı da unudub. Stolun üstündə yenə məktub vardı. Daha doğrusu, məktublar… Pərvin yerindəcə donub qalmışdı. O divanda oturub məktubları bir-bir oxuyur, gah gülür, gah ağlayırdı. Sevindiyi üzündən açıq-aydın görünürdü. Bu məktublara o qədər dalmışdı ki, Pərvinin gəlişini belə hiss etməmişdi. Pərvin bir addım da yaxınlaşdı. Gözlərinə hələ də inana bilmirdi. Stolun üstündəki hər gün ona yazdığı, küçəyə atdığı məktublar idi. Sevgi dolu hər kəlməsində arzulu ürəyin çırpıntısı, övlad müjdəsi olan məktublar. Pərvin pəncərədən eşiyə boylandı. Ilk dəfə idi ki, küçə süpürənə diqqətlə baxdı. Yaşlı qadın süpürgəsinə söykənərək ona gülümsəyirdi…

  • Fidan ABBASOVA.”Qaçdım sənin yanına” (Yeni şeir)

    Fidan Abbasova.jpg

    Vida edib tənhalığa
    qaçdım sənin yanına
    nə biləydim dolacaq
    bir zəhər tək qanıma….

    Üzümə gülə-gülə
    qəlbində kin boyütmüş
    hər gün yalandan mənə
    çox sevirəm deyirmiş….

    Çıxıb getdin viranə
    qalan yenə mən oldum
    nə deyim ki , mən sənə
    mənə qalan mən oldum….

    Sən indi ölmüsənmi
    yaşasan dəyişən nə
    bir söz deyimmi? indi
    demirəm dəyməz sənə….

    Vəkil deyil ürəyim
    hər davaya biçilsin
    Fidan ömrün yoludur
    qoy bu yoldan keçilsin………..

  • İlkin ABBAS.”Bayraq”(Yeni şeir)

    10515052_1454147261518412_988404994_n

    Göylərə yüksələn üçrəngli bayraq,
    Elə ucalıb ki, enməz heç zaman.
    Saçır şəfəqlərin bir günəş kimi,
    Onun şəfəqləri sönməz heç zaman.

    Qılınc da sıyrılar, qınından keçər,
    İgidlər bayraqçün canından keçər,
    Qanını axıdar, qanından keçər,
    Düşmən səsin udar, dinməz heç zaman.

    Qoruyaq fəxr ilə biz bu bayrağı,
    Qoymayaq göz tiksin bayrağa yağı,
    Çəkərik düşmənin qəlbinə dağı,
    Türk olan yolundan dönməz heç zaman.

    Deyib Məmməd Əmin, qulağımda səs,
    “Yüksələn bu bayraq, bir daha enməz!”
    Azadlıq sevgimiz bitməz, tükənməz,
    Bayrağım göylərdən enməz heç zaman.

    Göylərə yüksələn üçrəngli bayraq,
    Elə ucalıb ki, enməz heç zaman.
    Saçır şəfəqlərin bir günəş kimi,
    Onun şəfəqləri sönməz heç zaman.

  • Debüt: Elnur RƏSULOĞLU (Salyan).Yeni şeirlər

    522544_153881044745336_772023096_n(1)

    Elnur RƏSULOĞLU (Əliyev Elnur Rəsul oğlu) 1982-ci ildə Salyan rayonunda zəhmətkeş ailəsində anadan olmuşdur. 1988-ci ildə Salyan rayonundakı Yusif Qasımov adına 4 saylı tam orta məktəbin birinci sinfinə daxil olmuş, 1999-cu ildə oranı bitirmişdir. Beşillik fasilədən sonra – 2004-cü ildə 484 balla, ödənişsiz əsaslarla Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinin əyani şöbəsinə qəbul olunmuş, 2008-ci ildə isə Azərbaycan dili və ədəbiyyat müəllimi ixtisası alaraq ali təhsilini başa vurmuşdur. Həmin ildən Salyan rayonu Salman Cəfərov adına Yenikənd kənd tam orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi işləyir.
    1999-cu ildən dövri mətbuatda müntəzəm çıxış edir. Müxtəlif zaman kəsiyində “Qələbə”, ”Kredo”, ”Gənc müəllim”, ”Aysberq və həyat”, ”Təhsil və zaman”, “Kaspi” qəzetlərində, “Azərbaycan məktəbi”, “Azərbaycan dili və ədəbiyyatı tədrisi”, “Ulduz” jurnallarında, “www.ayb.az”, “www.dayaq.info”, “www.avrasiya.info”, “www.litparad.org”, “www.qafqazmedia.az”, “www.bizim.info”, “www.azpress.az”, “www.persona.az”, “www.vehdet.org” saytlarında şeir və məqalələri çap olunmuşdur.
    Ailəlidir. İki övladı – bir oğlu və bir qızı var.

    Ağ rəngi sevmirəm

    Ağ rəngi sevmirəm rənglər içində,
    Çünki ağ rəng qorxu, təslim rəngidir.
    Başların üstünü xəbərsiz alan
    Əzrail rəngidir, ölüm rəngidir.

    Ağ rəngi sevmirəm rənglər içində,
    Çünki mən sevmirəm təslim olmağı.
    Həyat mübarizə, mübariz insan
    Bacarır güc alıb yorulmamağı.

    Ağ rəngi sevmirəm rənglər içində,
    Çünki mən sevirəm mübarizəni.
    Mübariz olmayan diriykən ölü,
    Mübariz olmayan həyat düşməni.

    Mənim arzum

    Xatirələr yığın-yığın,
    Ürəyimdir apardığın.
    Əllərimdən qopardığın
    Rahatlığım, dincliyimdir,
    Cavanlığım, gəncliyimdir.
    Yaralarım düyün-düyün,
    Bununla sən fəxr et, öyün.
    Vüsal oldu çox gördüyün.
    Həsrət çəkib qoşun gəldi,
    Sənin bundan xoşun gəldi.
    Eşq havası başdan getməz,
    Səsim, ünüm sənə yetməz,
    Kişi olan qarğış etməz.
    Arzum budur mənim sənə:
    “Sevgim olsun qənim sənə”.

  • Zeynəb DƏRBƏNDLİ.Yeni şeirlər

    1418360802_10846507_1602122476682163_791140862661844648_n

    DÜNYA

    Sən bilər bilməzdən gördün hər işi,
    Bizidə dərdlərə saldın a dünya.
    Yalanla yoğrulub binadan kökün,
    Gör bir, nə günlərə qaldın a dünya.

    Yerini bilmədi hər gələn, gedən,
    Çox oldü özünü zorla şah edən.
    Qul olub fələyə özün bilmədən,
    Şahları taxtından saldın a dünya.

    Nə deyəsən səndə olan kələyə,
    Saldın camaatı dərdə, gileyə.
    Atıb insanları qara kölgəyə,
    Özün xəyallara daldın a dünya.

    Zeynəbəm, unutdum hər dəqiqəmi,
    Yağdırdın göylərdən kədəri, qəmi.
    Mənə etdiklərin az imiş kimi,
    Atamı, Anamı aldın a dünya .

    Pulu olmayana şair demirlər

    Şairlik deyirlər, daim uludur,
    Yazılan hər kəlmə, haqqın quludur.
    Nə edim, cibim boş, beynim doludur,
    Pulu olmayana şair demirlər.

    Yazıb, yaradıram, qiymət verən yox,
    Bu şeir baxçamdan, bir gül dərən yox.
    Qəlbim söz kisəsi, onu görən yox,
    Pulu olmayana şair demirlər.

    Zeynəbəm, arxamda nərim olmadı,
    Daşqaşım olmadı, zərim olmadıı
    Şairlər içində yerim olmadı,
    Pulu olmayana şair demirlər.

  • Gənc idmançı Elvin Rəhimov mükafatlandırılıb

    10421470_327417074112599_2014136627056714979_n

    10888697_327416720779301_811555225265833647_n

    10891458_327416860779287_6834769985017566501_n

    Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin qərarı ilə Qaydasız döyüş üzrə Azərbaycan Milli yığma komandasının üzvü, Azərbaycan çempionu, gənc idmançı Rəhimov Elvin Elbəyi oğlu idmanın pankration növü üzrə Azərbaycan Respublikasının “İdman Ustası” dərəcəsinə, Pankration, Grappling və MMA İdman növü üzrə 2014-cü ildə göstərdiyi uğurlu fəaliyyətinə görə Sertifikat ilə təltif olunmuş və ödülə layiq görülb.
    Qeyd edək ki, Rəhimov Elvin Elbəyi oğlu 6 avqust 2014-cü il tarixdə Sərhədçi Olimpiya İdman Kompleksində keçirilən Azərbaycan çempionatında uğur əldə edərək öz çəkisi üzrə Azərbaycan çempionu olub.
    24-28 oktyabr 2014-cü il tarixdə Qardaş Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində keçirilən qaydasız döyüş üzrə dördüncü dünya çempionatında Azərbaycan Milli yığma komandasının üzvü olaraq öz çəkisinə uyğun olaraq iştirak etmişdi.

  • Aysel Vəlizadəni doğum günü münasibətilə təbrik edirik! (22 dekabr)

    static_69318

    Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi, Azərbaycanın istedadlı gənc xanım yazarını, Gündəlik İnformasiya Agentliyinin “İslam” bölməsinin əməkdaşını doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə bol-bol uğurlar diləyir!

    Mətbuat xidməti

  • Şəfa VƏLİYEVA.”Ağarmış gün” (Hekayə)

    sefa1-450x300

    Yenə avtobusa çatmadı… Dayanıb nəfəsini dərdi. İş yerindən buracan qaçmışdı… Əllərini dizinə dayayıb tənginəfəsliyini yatırmaq istədi. Alnındakı tər damlalarına elə bil havadan toz bulaşmışdı. Hər axşam hamama keçməmiş yemək masasına belə otura bilmirdi. Titrəyən dizlərindən əllərini götürüb yavaş-yavaş dayanacağa tərəf getdi… Az qala addımlarını sürüdü. Daha tələsməyin mənası yox idi. Ən tezi yarım saatdan sonra növbəti avtobus gələcəkdi. Bir andaca isti bir külək vurdu, gözlərinə elə bil qum doldu. Bütün hirsini ancaq küləyə ünvanlaya bildi:
    -Elə bil Bakıdı eee… Səni andıra qal… Bozanaq-tozanaq vaxtıdı elə, başın üçün…
    Sonra da gülümsədi. Gəncəni Bakıya bənzətmənin təkcə külək olmadığını düşündü. Elə yarım saata gələn şəhərarası avtobus da Bakıyla eyni deyildimi? Dayanacağa çatıb şüşəyə söykəndi. Üzünü isti şüşəyə yapışdırıb ayağının ucuyla təzə döşənmiş daşların üstündə adını yazırdı: “Turan”…
    Növbəti avtobusun dayanmasını dayanacaqdakı adamların canlanmasından başa düşdü. Başını qaldırıb baxdı, “4” nömrəli avtobus idi…
    -Eh… – sol əlini də şüşəyə söykəyib “26” nömrəli avtobusun həsrətini çəkdiyini düşündü indi də…
    Gözlərini yumdu. Yaddaşının hansısa səhifəsindən xoş bir hekayə axtarmağa başladı. Amma, tapammadı. Fikrini cəmləyib qarışıq səsləri ayırd eləməyə cəhd etdi.
    -Bizimki də… Neçənci dəfədi ee…
    Bunu deyən güllü-güllü don geymiş ortayaşlı, arıq bir qadın idi. Sonrasını yanında dayanmış ağ ətəkli, qara koftalı qadının qulağına pıçıldayırdı…
    -Bu, mənim üçün ölümə bərabər olardı…
    Səsin sahibini axtardı. Sağ tərəfində duran uzun oğlan idi. Özündən boyda xeyli kiçik qızın qarşısında durmuşdu. Danışırdı.
    -Ölərəm, Dilarə… Ölərəm, inan!
    Dilarə… Öz-özünə düşündü ki, bir zamanlar onun da Sevdası vardı… Saf, təmiz, mələk kimi… Və bircə dəfə onu öpməklə mələkliyini, saflığını itirmiş Sevda… İndi, illər sonra özünü qınayırdı ki, axı, niyə Sevdanı atdı onda? Niyə onun başqasıyla evlənməsinin doğru seçim olduğunu dedi ki? Bəyəm başqasını öpmüşdü ki, Sevda? Axı, o Sevdanı sevdiyi kimi, qız da onu sevirdi. Bütün arzularına sarılmışdı ona olan hissləriylə… Onun üçün ölə də bilərdi… Bax, buna əmin olduqdan sonra Sevdadan uzaqlaşmışdı… Özlüyündə qət elədiyi bir qərar vardı ki, əgər bir qız, bir oğlandan ötrü ölməyi gözə alırsa, deməli, o, heç də yaxşı qız deyil… Deməli, o qız mələk deyil… Deməli, qızın bu düşkünlüyü onun adiliyidi…
    İndi isə… İllər sonra başqa cür düşünürdü… Sevdanın o sevgisini heç kəsdə görməmişdi. Heç kəs onun uğruna heç nədən keçməmişdi. Heç kəs onun üçün bir də qayıdıb mələk olmamışdı. İndi dönə bilsəydi o illərə, Sevdanı başının tacı edərdi… Onu sevən ürəyin qarşısında baş əyərdi. Amma… Bilirdi ki, qayıda bilməz… Qayıda bilməz…
    Ona elçi gəldiyini Sevda həmin günün səhəri demişdi Turana. Elçilərin “yox” cavabı ilə qayıtdığını da. Utanıb gözlərini yerə dikərək:
    -Mamangil gəlsin, nolur…-demişdi…
    O isə, bu sözün qarşısında alçaldığını zənn etmişdi. Hirslənmişdi.
    -Ağ gün istəmirsənmi? Get də o oğlana… Evi, maşını… Pulu zibil kimi…
    Sevda başını qaldırıb onun üzünə də baxmamışdı…
    -Axı… səni sevirəm…
    -Nolsun… Mən day istəmirəm… Çıx get!
    Sevda yalnız bircə dəfə onun üzünə baxmışdı. Bu baxışlarda sadəcə təəssüf vardı… İtirilmiş illərin, xərclənmiş qürurun təəssüfü:
    -Sən … Sən mənim astardığım deyilsən!
    Hönkürüb qaçmışdı… Və bir həftə sonra şəhərin ən dəbdəbəli restoranına ağ gəlinlikdə girmişdi…
    Turan bunları xatırladıqca daha da istiləndiyini duydu. Boyun-boğazının tərini əli ilə sildi. Saatına baxdı… Günün duran vaxtı idi. 16:22 idi…
    -Offf… andıra qal… Gəl də…- avtobusun qarasınca söyləndi…
    “25” nömrəli avtobusdan düşən yeniyetmə qızın saçındakı mavi banta baxdı… Sevdanın da beləsi vardı…
    Tez də gözlərini təzədən yumdu. Sevdanın son baxışını yenə aydınca görürdü… Həmin günkü kimi… Düşündü ki, görəsən, Sevda “ağ gün”ü yaşayırmı? Onu xatırlayırmı? Nifrətlə yoxsa sevgiylə? Bəlkə yenə təəssüf hissi ilə?
    Hərdən də özünü təmizə çıxarırdı bu xatirələrdə.. Sevda onu öpməsəydi o Sevdanı atmazdı… Əvvəlki kimi mələk bilərdi…
    Yox… üzüntüsü artırdı… Bu dəfə də üzü univermağa tərəf çevrildi, sağ çiynini şüşəyə söykədi… “26” nömrəli avtobus kitabxana tərəfdən göründü. Dayanacağın qarşısına keçib adamları yara-yara düz yolun qırağına gəldi. Avtobusa minəndə də heç kimə güzəştə getmədi. Özünü içəri atıb açıq pəncərənin birinin qarşısında əyləşdi.
    -Bayaqkı külək indi olaydı, bax…- hiss etdi ki, bəsit arzudu… Heç belə də arzu olar?
    Üzünü elmi mərkəzə çevirdi. Avtobus yerindən tərpənəndən sonra yanında oturana nəzər saldı. Arıq, uzun qız sadə geyinmişdi. Ağ, qolsuz köynək, cins şalvar… Qara, kiçik çantasını dizləri üstündə tutmuşdu… Qızın üzünə baxmağa cəsarət etmədi. Yenidən eşiyə baxdı.
    Avtobusun içərisinə yayılan musiqi çox hüznlü idi. Bu mahnını heç eşitməmişdi. Heç, deyəsən, mahnı da deyildi…
    Az keçmədi ki, musiqiyə uyğun deyilən şeirin səsi onu yenidən üzüntüyə köklədi…
    Turan ürəyi sıxıldığını hiss etdi… Elə bil onun Sevdanı xatırladığını duymuşdu sürücü. Bu şeir onun üçün idi sanki…
    Gözünü hərləyib yanındakı qıza tərəf baxdı. Qara, təmiz gözlərini əlindəki telefona zilləyən qızın çöhrəsində Sevdaya bir oxsarlıq axtardı… Tapdı… Bu qalibanə təbəssüm… Eynən Sevda da belə gülümsəyirdi ona baxanda… Bəlkə də, yazıq qız onu sevdiyi üçün özünü dünyanın bəxtəvəri sayırdı…
    Şeirdən fikrini yayındırmaq üçün gizlincə qızın telefonuna baxdı. Qız sms yazırdı:
    “Sənin şeirin oxuyur avtobusda.. Yanımda da biz tərəfdə qalan oğlan oturub, sənin dediyin… Turan… Maraqlıdı, şeirin axırını eşidəndə, mimikasına baxacam…”
    Turan daxilində yenidən istilik baş qaldırdığını anladı. Bu qız onu tanıyır… Hələ sms yazdığı da… Şeirin axırına diqqət kəsildi:
    Qız susdu… hüznlü melodiya davam edirdi… Birdən şeiri səsləndirən qız lap ucadan dedi:
    -Müəllif: Sevda Turan…
    Turan öncə sinəsinin sol tərəfində bir ağırlıq duydu…
    …Nəfəsini dərindən aldı…
    …Yanındakı qıza baxdı…
    …Qız ona baxıb tez də telefona nə isə yazmağa başladı…
    …Qalxmaq istədi… Əlini tavana uzatdı…
    …Kimsə çığırdı…
    …Avtobus dayandı…
    …Təcili yardım maşınından ağ xalatlılar düşdü…
    …Turan dayanacaqda uzanmışdı…
    …Kimsə dedi:
    -İnfarkt keçirib…
    -Yazıq… cavan adam…
    -Bəs nolacaq?
    …Səslər qarışdı…
    …Hər şey ağappaq idi…
    … Hər şey ağarırdı…
    …Səmadan boylanan gün də ağarırdı…

  • Rafiq ODAY.”SƏN ULU ÖNDƏRİSƏN BU XALQIN, BU MİLLƏTİN”

    Rafiq Oday foto

    Sən zülmət gecələrin bir ümid çırağısan,
    Sən elin ağsaqqalı, sən yurdun dayağısan,
    Sən hürriyyət sədası, azadlıq sorağısan,
    Hər qarışda izin var, bu izi silmək çətin,
    Sən ulu öndərisən bu xalqın, bu millətin.

    Vətənin hər daşını sevginlə naxışladın,
    Bu yurda kəc baxanın yolunu yoxuşladın,
    Sən qalan ömrünü də xalqına bağışladın,
    Əbədiyyət rəmzi var kökündə bu ülfətin,
    Sən ulu öndərisən bu xalqın, bu millətin.

    Əshabi-kəhf timsallı neçə pirlər burada,
    Hər qayanda qorunur neçə sirlər burada,
    Sənə yön çevirdilər “91-lər” burada,
    Bir daha bəlli oldu xalqına sədaqətin,
    Sən ulu öndərisən bu xalqın, bu millətin.

    Sən haqqa arxa durdun, əsarətə yox dedin,
    Acın dərdini bilməz heç bir zaman tox, dedin,
    Oyan, ey ulu millət, qaranlıqdan çıx dedin,
    Aydınlıq nuru qonsun üzünə məmləkətin,
    Sən ulu öndərisən bu xalqın, bu millətin.

    Bu dövlətin qırılmaz təməlində yaşarsan,
    Ən müqəddəs, ən ülvi əməlində yaşarsan,
    Vətən sevdalıları cəm elində – yaşarsan,
    Xalq görür bəhrəsini çəkdiyin hər zəhmətin,
    Sən ulu öndərisən bu xalqın, bu millətin.

    Sənə xalq məhəbbəti sonsuz – dərindən dərin,
    Yüksəliş müjdəlidi hər açılan səhərin,
    Daha yolu rəvandı aşılmaz zirvələrin,
    Bütün dünya çevirib yurduma öz diqqətin,
    Sən ulu öndərisən bu xalqın, bu millətin.

    Ən böyük əmanətin İlham Əliyev bizə,
    Bir də müqəddəs Vərən – döğma ocaq, ev bizə.
    Onunçün o, qatır ki, gecəsini gündüzə,
    Heç zaman laxlamasın özülü bu qüdrətin,
    Sən ulu öndərisən bu xalqın, bu millətin.

    Azərbaycan – Türkiyə qardaşlıq nümünəsi,
    Bütün cahan bir ola boğa bilməz bu səsi,
    Hələ qarşımızdadır Qarabağ təntənəsi,
    Ürəyində gömərik düşmənin bəd niyyətin,
    Sən ulu öndərisən bu xalqın, bu millətin.

    And içirik günəşin sübh doğan çağına,
    And içirik qan ilə boyanan torpağina,
    And içirik üçrəngli müqəddəs bayqağına,
    Kokünü kəsəcəyik hər zülmün, hər zillətin,
    Sən ulu öndərisən bu xalqın, bu millətin.

  • Siz sadəcə xəyal etdiniz, onlar isə yaşayırlar…

    UlviyyeBu məqaləni oxuyarkən, və ya yatağınızda yatdığınız an birdən -birə evinizin yıxıldığını və ya yandırıldığını düşünün…Övladlarınızı, ata -ananızı, bacı-qardaşınızı götürüb evdən qaçmağı, lakin çöldə də gözüdönmüş silahlı insanların gözlədiyini düşünün, nə edəcəyinizi bilmədən sadəcə qaçıb canınızı qurtarmağa çalışdığınızı düşünün, bunu bir anlıq xəyal edin… Arakandakı, Myanmardakı, Burmadakı, Patanidəki, Şərqi Türküstandakı və dünyanın bir çox yerində Müsəlman olan insanlar hər gün bu hadisəni gerçək olaraq yaşayırlar… İnsanları diri-diri kiçik, böyük demədən yandırıb seyr edən, qaçmağa çalışan insanları yenidən alova itələyərək, döyərək öldürməyə çalışırlar. (daha&helliip;)

  • “Dastana çevrilən Rəhbərin ömrü” layihəsi

    jpg

    12 dekabr 2014-cü il tarixdə Azərbaycan Xalqının Ümummilli Lideri, “Müasir Azərbaycan” əsərinin müəllifi Heydər Əlirzə oğlu Əliyevin vəfatının 11-ci ildönümü tamam olur.Bununla əlaqədar olaraq, Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyinin qərarına əsasən, Ümummilli Lideri anmaq, yada salmaq məqsədilə “Dastana çevrilən Rəhbərin ömrü” adlı layihə həyata keçirir.Layihə çərçivəsində Ümummilli Lider haqqında qələmə alınan ədəbi-bədii nümunələr, poeziya örnəkləri, poemalardan parçalar, məqalələr Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının səhifələrində dərc olunaraq facebook sosial şəbəkəsində ictimaiyyətin nəzərinə çatdırılacaq.
    Layihə çərçivəsində yazılarının dərc olunmasını istəyən yazar dostlarımızdan xahiş olunur ki, yazılarını facebookda olan hesabıma və ya office@edebiyyat-az.com, office@gundelik.info elektron poçtlarından hər hansı birinə göndərsinlər.Yazılar 9 dekabr 2014-cü il saat 14:00-dan-11 dekabr 2014-cü il saat 17:00-a qədər qəbul olunur.

  • Debüt: Habil YAŞAR (Bakı şəhəri).Yeni şeirlər

    habil_yashar

    Habil YAŞAR 1983-cü il fevral ayının 26-da Bakı şəhərində anadan olub.1990-2000-ci illərdə Bakı şəhəri 271 saylı orta məktəbdə təhsil alıb.2000-2004-cü illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb.”Səni sevdim sevəcəyəm”(2001), “Məni sevgi yaratdı”(2003-təqdimat Yazıçılar Birliyi,Natəvan klubu),“Yoxluğumun Varlığı”(2012) kitablarının müəllifidir.2004-2005-ci ildə ordu sıralarında hərbi xidmətdə olub.
    Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.Dünya Gənc Türk Yazarlar Birliyi(Maliyyə Nəzarət Təftiş Komissiyası Sədri-2013)
    Azərbaycan Respublikası Gənclər Təşkilatı Milli Şurası(Maliyyə Nəzarət Təftiş Komissiyası
    üzvü-2009)
    Beynəlxalq İnsan Hüquqları(2007)
    Dünya Azərbaycanlıları Konqresi üzvü (2010)
    CASCFEN (MTK üzvü-2012)
    Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının üzvü (2014)
    Fəaliyyət: Şərqi Avropa Ölkələri Gənclər Əməkdaşlığı Konfransı(2009-Bakuruyani,Gürcüstan)
    Londonda(10-13 dekabr2010)keçirilən Dünya Azərbaycanlıları Konqresinin XI qurultayının iştirakçısı
    Seçkilər(Məntəqə katibi2012-ə dək)
    Mükafatlar: Prezident təqaüdçüsü(Ədəbi fəaliyyətinə görə)
    “Vicdanlı Qələm”(“Qafqaz”Media İctimai Birliyi,jurnalistika fəaliyyətinə görə)
    Qazaxıstanın Türküstan şəhərində keçirilən “19 Mayıs Türk Dünyası Genclik Buluşması” nda etdiyim xidmətlərdən dolayı təşəkkürnamə
    “Müşfiq” mükafatçısı(“Xəyal” Production2012)
    Türk dünyasına xidmət ödülü(Dünya Gənc Türk Yazarlar Birliyi 2013)
    Sultan Özateş 1. Uluslararası Ankara Kültür ve Sanat Şölenində Şiir-yazı yarışmasında 2856 şer işrə 3-cü yer.(2014-26 yanvar).
    Müxtəlif: “XX-XI ƏSRİN ZİYALI VƏ YARADICI İNSANLARI”Ensklopedik kitabda bir səhifə(2008)
    “Çağdaş Azerbaycan Şiiri”(2009-Ankara,türkiyə türkcəsində iki şer)
    Sözləri: Habil Yaşar, Musiqisi və İfaçısı: Abış Surxayoğlu. Qadınlar

    Körpə dilənir

    Görürəm mən nələr,görmürəm Allah,
    Ağlıma gəlməyən,başıma gəlir.
    Niyə yaşayıram,ölmürəm Allah,
    Böyüklər bir yana,körpə dilənir.

    Əl açıb yalvarır,körpə dil tökür,
    Bir tikə çörəyə ehtiyacı var.
    Mənimsə qəlbimə qaranlıq çökür,
    Necə yaşayacaq həyatı onlar.

    İstehza baxışlar,acı gülüşlər,
    Hədəf qızcığazın üzərindədir.
    Adamın başına göydən daş düşər,
    Bu körpə balanın günahı nədir?

    Dilənir bir mələk,günahsız bəndə,
    Heç kəsə bu tale qismət olmasın.
    Ağlayım eybi yox,mən öz içimdə,
    Amandır körpələr qoy ağlamasın.

    Körpənin gününə yanır ürəyim,
    Xəcalət çəkirəm utandığımdan.
    Yaşamağa haqqım varmıdır mənim,
    Bir insan taleyi məhv olur aman.

    Yalvarış

    Məni hidayətə yetirən Allah,
    Bu gözəl islama gətirən Allah,
    İşimi xeyirlə bitirən Allah,
    Məni xoş məqsədə,amala yetir.

    Mühəmməd eşqinə bağışla məni,
    Sağçılardan eyıə,bağışla məni,
    Müjdələ ehsanın yağışla məni,
    Görməyə o hüsnü-camala yetir.

    Dünəni bu günə qovuşduran sən,
    Dərdimi-sərimi sovuşduran sən,
    Ümmanı zərrəyə doluşduran sən,
    Mənim də elmimi kamala yetir.

    Sənin istəyinlə sənə gələrəm,
    Usandım demədən yenə gələrəm,
    Gün olar sonuncu günə gələrəm,
    Məni axirətdə vüsala yetir.

    Yana-yana gözlərimdə yaş sənə,
    Gecə-gündüz səcdə edər baş sənə,
    Bir an öncə qovuşaydım kaş sənə,
    Məni rəhmətinə,cəlala yetir.

    Həzrəti Mühəmməd başımın tacı,
    Həyatı olubdur acıdan,acı,
    Tükənməz könlümün bu ehtiyacı,
    Məni o nəbiyə,rəsula yetir.

    Əlim ətəyindən üzülü qalmaz,
    Ruhum səndən bir an küsülü qalmaz,
    Sevmədiyin nə var özülü qalmaz,
    Məni istədiyin halala yetir.

    2008

    Yazmaq istəyirəm səni büsbütün…

    Yazmaq istəyirəm sevgilim səni,
    Yazıb ürəyimi boşaltmaq üçün.
    Bəlkə də səninlə məndən xəbərsiz,
    Bu dünya durduqca yaşatmaq üçün,
    Yazmaq istəyirəm səni büsbütün…

    Yazmaq istəyirəm ovsun gözündən,
    Könlümü oxşayan şirin sözündən,
    Bəlkə də xəbərin yoxdu özündən,
    Özünü özünə tanıtmaq üçün,
    Yazmaq istəyirəm səni büsbütün…

    Yazmaq istəyirəm ruhumla səni,
    Mürəkkəblə deyil, qanımla səni,
    Görmək istəyirəm yanımda səni,
    Bir ömür yolunu oxumaq üçün,
    Yazmaq istəyirəm səni büsbütün…

    29.11.2014 02/00

  • “Bitməz könlümüzün Vətən sevgisi” antologiyasının təqdimat mərasimi keçirilib

    10477888_751011121602621_5981547926048009701_n

    22 noyabr 2014-cü il tarixdə saat 16:00-da, Bakı şəhəri, Səbail rayonu, Axın Poeziya Klubunda Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən həyata keçirilən “Vətən sevgisi sərhədlə başlamır, sərhədlə bitmir” layihəsi çərçivəsində işıq üzü görən “Bitməz könlümüzün Vətən sevgisi” antologiyasının təqdimat mərasimi keçirilib.Kütləvi informasiya vasitələrinin nümayəndələrinin də iştirak etdiyi tədbirdə Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış şair Nüsrət Kəsəmənlinin oğlu Rəşad Kəsəmənli,Azərbaycan Yazıçılar Birliyinin aylıq ədəbi-bədii orqanı “Qobustan” jurnalının şöbə müdiri Narıngil Nadirqızı, Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü,”Ulduz” jurnalının “Poeziya” şöbəsinin redaktoru Fərqanə Mehdiyeva, Azərbaycan Yazıçılar Birliyinin aylıq ədəbi-bədii orqanı “Azərbaycan” jurnalnın “Poeziya” şöbəsinin redaktoru Qəşəm Nəcəfzadə,
    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, şair, jurnalist Namiq Dəlidağlı,Dünya Gənc Türk Yazarlar Birliyinin Yönətim Kurulunun başqan yardımcısı, gənc xanım yazar Əfsanə Bayramqızı, Gündəlik İnformasiya Agentliyinin Baş məsləhətçisi, DGTYB üzvü, gənc xanım yazar Gülnarə İsrafilqızı, Axın Poeziya Klubunun sədri, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü, gənc xanım yazar Günay Həsənli, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşı, DGTYBüzvü, gənc xanım yazar Gülnar Səma,Bakı Slavyan Universitetinin “Ədəbi Yaradıcılıq” fakültəsinin tələbəsi, gənc xanım yazar Ülkər Piriyeva, “Gənc Ədiblər Məktəbi”nin üzvü, gənc xanım yazar Gültən Qədirli, DGTYB Yönətim Kurulunun üzvü, gənc yazar Emil Rasimoğlu, AYB və DGTYB üzvü, gənc yazar Qabil Ədalət, Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Şərq bölgəsinin ədəbiyyatı” bölməsinin Baş redaktor müavini, DGTYB üzvü, gənc yazar Vasif Zöhraboğlu,
    Gündəlik İnformasiya Agentliyinin “Xəbərlər” bölməsinin əməkdaşı, şair, jurnalist, gənc yazar Məmməd Hacızadə, Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının fotoqrafları, DGTYB üzvləri, gənc yazarlar Nofəl Ümid və Sərvər Kamranlı, Gündəlik İnformasiya Agentliyinin Direktoru Kamran Murquzov, Gündəlik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri, “Hüseyn Arif” Ədəbi Birliyinin üzvü, gənc yazar Kənan Aydınoğlu, Gündəlik İnformasiya Agentliyinin “Ədəbiyyat” bölməsinin əməkdaşı, gənc yazar İsa Həsənoğlu, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü, gənc yazar İltimas Səmimi, Azərbaycan Yazıçılar Birliyinin və “Gənc Ədiblər Məktəbi”nin üzvü, gənc yazar Elşad Barat və və digər qonaqlar iştirak ediblər.Düzənlənən tədbirə qatılan qonaqlar gənc yazar Qabil Ədalətin rəhbəri və tərtibatçısı olduğu layihənin Vətənpərvərlik ruhda böyüməkdə olan gənc nəslin inkişafı və dünya görüşünün dəyişməsinə müsbət təsir edəcəyindən söhbət açdılar.
    Tədbir iştirakçılarının bir qismi yeni işıq üzü görmüş antologiyada yer alan şeirlərindən səsləndirdilər, yeni layihənin uğurlu və davamlı olmasını dilədilər.
    Tədbirin aparıcısı, DGTYB Yönətim Kurulunun üzvü, gənc yazar Emil Rasimoğlu layihənin həyata keçirilməsində göstərdikləri köməyə görə hər kəsə təşəkkürünü bildirdi xüsusi fərqlənin gənc yazarlar-Əfsanə Bayramqızını, Gülnar Səmanı, Nofəl Ümidi, Sərvər Kamranlını, Kənan Aydınoğlunı “Diplom”lara layiq gördü.Tədbirin gedişatında “Bayat” Ədəbi Birliyinin mətbu orqanı “Bayat” dərgisinin yeni sayının işıq üzü görməsi haqqında da məlumat tədbir iştirakçılarının nəzərinə çatdırıldı.
    Nəhayət, tədbirin sonunda layihə rəhbəri və tərtibçisi Qabil Ədalət düzənlənən tədbirdə iştirak edən hər kəsə təşəkkürünü bildirdi və yeni yaradıcılıq uğurları və fəaliyyəti dilədi.Tədbirin sonunda xatirə şəkilləri çəkdirildi.

  • “Bitməz könlümüzün Vətən sevgisi” antologiyası işıq üzü görüb

    Kitab.jpg

    “Bitməz könlümüzün Vətən sevgisi” adlı antologiya 2014-cü ildə Bakı şəhərində
    Azərbaycanın Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən maliyyələşdirilən və həyata keçirilən “Vətən sevgisi sərhəddən başlamır, sərhəddə bitmir” adlı layihə çərçivəsində “Yazıçı” nəşriyyatı tərəfindən 124 səhifə olmaqla, 600 tirajla işıq üzü görüb.Layihənin rəhbəri Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini, AYB və DGTYB üzvü, gənc yazar Qabil Ədalətdir.Layihə çərçivəsində Azərbaycan Respublikasında yaşayıb, ədəbi-bədii yaradıcılıqla məşğul olan yazarların vətənpərvərlik ruhda ədəb-bədii nümunələri, poeziya örnəkləri, məqalələri, poemaları, publisistik qeydləri və digər nümunələri eyni adlı kitabda cəmləşdirilib.Kitabın məsləhətçiləri Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin sədri Radə Abbas, Təmamət Azər, korrektoru Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Şərq bölgəsinin ədəbiyyatı” bölməsinin Baş redaktor müavini, DGTYB üzvü, gənc yazar Tural Adışirindir.

  • Debüt: Emil RASİMOĞLU (Salyan).Yeni şeirlər

    10401883_1440887946165403_7254518012399833604_n

    TƏRCÜMEYİ-HAL

    Emil Rasimoğlu -1991-ci il iyun ayının 27-də Salyan rayonunun Yuxarı Xalac kəndində anadan olmuşdur.1998-ci ildə Xalac kənd 2 saylı orta məktəbinə getmiş, 2009-cu ildə həmin məktəbi bitirmişdir. Hələ məktəbdə oxuyarkən-2003-cü ildən bədii yaradıcılığa başlamışdır. 2008-ci ildən “Kürün töhfəsi” ədəbi birliyinin üzvü, 2012-ci ildən Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, 2013-cü ildən Dünya Gənc Türk Yazarlar Birliyi İdarə Heyətinin üzvü, “Gənc Ədiblər Məktəbi”nin üzvü, 2012-ci il oktyabr ayından “Ziyalı Ocağı” İctimai Birliyinin Redaksiya, Yaradıcı, Nümayəndə Heyətinin Fəxri üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Birinci Qurultayında Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Redaksiya, Yaradıcı, Nümayəndə Heyyətinin üzvü və “Azərbaycan ədəbiyyatı”, ”Türkiyə ədəbiyyatı”, ”Publisistika”, ”Elektron kitablar” bölmələrinin əməkdaşı, 2013-cü ildən Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Fəxri üzvü seçilmişdir. Şeirləri “Yeni Azərbaycan”, ”Respublika gəncləri”, ”Kaspi”, ”Aysberq və həyat”, “İlham çeşməsi”, “Yeni Axtarış”, “İrəvan Press”, “Möhtəşəm Azərbaycan”,”Qələbə” və digər qəzetlərdə, 2010-cu ildə “Muğanın səsi”, 2012-ci ildə “Bölgələrdən səslər” kitablarında çap olunmuş, Dünya Gənc Türk Yazarlar Birliyinin elektron orqanına, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalına yerləşdirilmişdir.Şeirləri Azərbaycan türkcəsindən Türkiyə türkcəsinə tərcümə edilmişdir. Müntəzəm olaraq dövrü mətbuatda şeirləri çap olunur. 2013-cü ildə Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən diplomla təltif olunmuşdur. Azərbaycan Dəniz Balıq Sənayesi Kollecinin tələbəsidir.

    Getmə uzaqlara…

    Qəlbimdən,bəxtimdən,nə də gözümdən,
    Ayrılıb ox kimi itmə,sən Allah.
    Axtarıb tapmaram,ölüm taparam,
    Getmə uzaqlara,getmə sən Allah.

    Oldun taleyimə nəsib,sevgilim,
    Ürəyim səsinlə əsib,sevgilim.
    Əlimi boş qoyub,küsüb,sevgilim,
    Getmə uzaqlara,getmə sən Allah.

    Çoxları baharda qəmlə qışlayıb,
    Hələ sevgi çağım indi başlayıb.
    Mənə bir ömürlük dərd bağışlayıb,
    Getmə uzaqlara,getmə sən Allah.

    Sən getsən,ruhum da,çıxıb gedəcək,
    Məni torpaq üstə yıxıb gedəcək,
    Gələnlər gözünü sıxıb gedəcək,
    Getmə uzaqlara,getmə sən Allah.

    Gələr Günəşdə yox,yağışımda nur,
    Görünməz cığırada,yoxuşumda nur.
    Sinəmdə od sönər,baxışımda nur,
    Getmə uzaqlara,getmə sən Allah.

    Aylar da,illər də,kəm gələcəkdir,
    Kipriyin üstünə nəm gələcəkdir,
    Bəs getsən,görüşə kim gələcəkdir?!
    Getmə uzaqlara,getmə sən Allah.

    Ocaq var nur yoxdu,ocaq var çəndi,
    Tək-tənha kədərlə otaq var çəndi,
    Uzaqlar dumandı,uzaqlar çəndi,
    Getmə uzaqlara,getmə sən Allah.

    Mütləq bilib…

    Torpağından dərgahına üz tutub,
    Dizim üstə qol açmışam,İlahi!
    Ürəyimlə qollarıma,qolumla,
    Dualara yol açmışam,İlahi!

    Bel bükmədim yerdə “mən”in önündə,
    Xeyrə qarşı şər-düşmənin önündə.
    Mütləq bilib bircə sənin önündə,
    Varlığımla alçalmışam,İlahi!

    Nəfəs verdin cana gəldim anamda,
    Zülmətində hey dincəldim anamda.
    Doğulanda qupba güldüm anamda,
    Eşqin ilə gül açmışam,İlahi!

    Özgə yəhərində,özgə yəhərdə,
    Səyyah oldum yaratdığın “şəhər”də.
    Tapıb səni hər açılan səhərdə,
    Yolun üstə əl açmışam,İlahi!

    Mən kim idim qamətimi şux tutam,
    Bədənimə ruhumu dayaq tutam,
    Yer üzündə söz kəsəm,ayaq tutam,
    “Danış”:-dedin,dil açmışam,İlahi!

    Zaman dərdi…

    Vətənimin taleyində neyləyim,
    Qara yelli zaman dərdi var imiş.
    Yaşadıqca düşünürəm, İlahi,
    Yaman günün, yaman dərdi var imiş.

    Qiyamətdi! Ana sına, ürəkdən,
    Can qovurub yana, sına ürəkdən…
    Neçə şəhid anasına ürəkdən,
    Ah çəkdirən “cavan” dərdi var imiş.

    Tanrım, selnən axan qanın yu, yurdun,
    Yarasına məlhəm ola su… yurdun,
    Dözəmmirəm, alovlanıb bu yurdun,
    Nəfəsində yanan dərdi var imiş.

    Ağ səhərli bəxti öldü çağların,
    Zirvələrdi önündə alçaqların,
    Ayrılıqda tənha, mətin dağların,
    Səmasında duman dərdi var imiş.

    Bütövlükdə sərhədi var, gör kimin,
    Tapdalanan torpaq kimin, yer kimin?!.
    Başı məğrur, əli qılınc türkümün ,
    Sinəsində Turan dərdi var imiş.

  • Debüt: İsa HƏSƏNOĞLU (Naxçıvan MR).Yeni şeirlər

    10818593_717633538314366_1000672302_n

    İsa HƏSƏNOĞLU (İsa Həsən oğlu Əliyev) 1993-cü ildə Naxçıvan Muxtar Respublikasının Culfa şəhərində dünyaya göz açıb.1999-cu ildə Culfa şəhər 2 saylı orta məktəbin birinci sinfinə qədəm qoyub.2010-cu ildə orta məktəbi bitirib və həmin il Bakı Dövlət Universitetinin “Komputer elmləri” ixtisası üzrə Tətbiqi riyaziyyat və kibernetika fakültəsinə daxil olub. Hal-hazırda Bakı Dövlət Universitetin magistratura pilləsi üzrə I kurs tələbəsidir.
    Ədəbiyyata marağı, onunla yaxından tanışlığı orta məktəb illərinə təsadüf edir. 2009-cu ildən bəri ədəbi fəaliyyəti mövcuddur. Şeirləri “Bakı Universiteti” qəzetində çap olunmuşdur.
    2012-ci ildə dərc olunan “Könül dəryası” adlı şeirlər toplusu kitabı oxucularla ilk görüşüdür.
    2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən maliyyələşdirilən və Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən həyata keçirilən “Bölgələrdən Paytaxta… Paytaxtdan Bölgələrə” adlı layihə çərçivəsində işıq üzü görən “Bölgələrdən səslər” kitabının ikinci hissəsində şeirləri dərc olunaraq ictimaiyyətin nəzərinə çatdırılıb.

    AZƏRBAYCAN

    Bütün varlığımla bağlıyam sənə,
    Yolunda şəhidlik hədəfdir mənə,
    Üçrəngli bayrağın şərəfdir mənə…
    O dalğalandıqca dincəlir canım,
    Səadət qatarı Azərbaycanım!

    Tarix boyu gəlməz dərdlərin saya,
    Soydaşlar bölünmüş o tay,bu taya,
    Sorağın yayılmış bütün dünyaya…
    Ey mənim şöhrətim,ey mənim şanım,
    Ömrümün baharı Azərbaycanım!

    Qarabağ qəlbimdə çevrilib közə,
    Daş ürək gərəkdir bu dərdə dözə.
    Həsrətəm Göyçəyə,Dərbənd,Təbrizə…
    Sənsən intizarım,sənsən hicranım,
    Könlümün qubarı Azərbaycanım!

    Qızında var Nigar,Həcər qeyrəti,
    Oğlunda Koroğlu,Babək qüdrəti,
    Xalqında yaşayır mərdlik adəti…
    Uğrunda fədadır hər damla qanım,
    İgidlik yazarı Azərbaycanım!

    Nizami,Nəsimi,Füzuli ölməz,
    Zəmanə Vaqifdən yetirə bilməz,
    Sabirtək satirist bir daha gəlməz…
    Ey ürfan aləmim,ey söz ünvanım,
    Şairlər diyarı Azərbaycanım!

    Görsən də bəlalar çətindən çətin,
    İndi müstəqillik olub qismətin.
    Zəngindir tarixin,mədəniyyətin…
    Gücünlə əriyir yağı düşmanım,
    Başı dik,yuxarı, Azərbaycanım!!!

    3 avqust 2012-ci il.

    Necə dərin gözlərin var!

    “Necə dərin gözlərin var!”
    Şirin sözlüm,
    Gülər üzlüm,
    Saf baxışlı ahu gözlüm!
    Gözüm doysa, könlüm baxar,
    Necə dərin gözlərin var!
    O saflığa,dərinliyə
    Hər baxdıqca istəsəm də,
    İstəməsəm də dalıram.
    Gücüm olmur çıxım üzə,
    Yavaş-yavaş boğuluram.
    Bir gün həmin dərinlikdə burulğana düşsəm əgər,
    Gözlərində ölsəm əgər,
    Mənə qüsl verməsinlər.
    Çünki sənin aydan arı,
    Sudan duru, Gözlərində paklaşmışam.
    Paklığıma şübhən qalsa,
    Yuyulmağım vacib olsa…
    Bilirəm ki, gedişimlə çox incidəyəcəm səni,
    O halda,ey ahu gözlüm,
    Gedişimə axıtdığın, göz yaşınla yuyun məni.

    09.07.2014

    Ağlama,”sulu göz” deyən olmasın.

    Gül üzlüm,ayrılıq vaxtı yetişdi,
    Ağlama,”sulu göz” deyən olmasın.
    Könlünə əhdimlə qıfıl vururam,
    Mən yoxkən qapısın döyən olmasın.

    Sən əsgər yarısan,dik tut başını!
    Məndən söhbət düşsə,tut göz yaşını,
    Yerə dik hayqıran saf baxışını
    Nalə çəkdiyini duyan olmasın.

    Səni küskün gördüm,böyüdü dərdim
    Sınmaz qürurumu yoluna sərdim,
    Əlimdə olsaydı sərhəd çəkərdim
    O kövrək xətrinə dəyən olmasın.

    “Əlvida” deməyə varmayır dilim,
    Gizlət kədərini,ey solğun gülüm,
    Səni məğrur görüm,əyilməz görüm,
    Əyilməz qəddimi əyən olmasın.

    Ey İsa, yarının boşdu barmağı,
    Eşqinə güvənib qoparma bağı,
    Unutma ki,tez-tez məktub yazmağı,
    Bəylik libasını geyən olmasın.
    19.04.2014

    BAHAR QARI

    Aram-aram, həzin-həzin,
    Qar ələnir göydən yerə.
    Geyindirir ağ gəlinlik ağaclara,çiçəklərə.
    Hər dənəsi bambaşqadır,
    Bir aləmdir,bir dünyadır.
    Bir-birini incitmədən,
    Bir-birinə toxunmadan rahat-rahat uçuşurlar,
    Sanki, yerə yetmək üçün bir-birilə yarışırlar,
    Yerə yetmiş dostlarına yetmək üçün tələsirlər,
    Təbiəti çox incidən,
    Ləkələyən pislikləri örtmək üçün tələsirlər.
    Xəbər tutub bundan külək,
    Yeri, göyü titrədərək
    Əsir, qara vermir aman,
    Görünür ki, yağan qarı,
    Torpağa qısqanır yaman.

    30.03.201

    SANIRDIM

    Qabaqlar mən belə deyildim,gülüm,
    Dünyanı mənasız, əbəs sanırdım.
    Xəyanət mərmisi dəyəndən bəri,
    Özümü ürəkdən şikəst sanırdım.

    Gedişi sakitcə , sezilməz oldu,
    Hirsimdən göz yaşım süzülməz oldu,
    Bir müddət ayrılıq dözülməz oldu,
    Duyduğum hər səsi o səs sanırdım.

    Mənə həmdəm oldu naleyi-ahım,
    Aldandım yox ikən təqsir, günahım,
    Nə dünənim vardı, nə də sabahım,
    Həyatı aldığım nəfəs sanırdım.

    Qəlbimi verməzdim daha kimsəyə,
    Sən gəldin, baxışım döndü hər şeyə.
    Bir zaman yalqızdım, tənhaydım deyə
    Ömrümü kiçik bir qəfəs sanırdım.

    Güldürdün hər şeyə nifrət edəni,
    Firavan həyata döndərdin məni,
    Özüm də bilmədən sevmişəm səni,
    Mən səni keçici həvəs sanırdım.

  • Debüt: Günay HƏSƏNLİ (Gəncə şəhəri).Yeni şeirlər

    10174900_715715711806063_8525064819558902131_n

    Günay HƏSƏNLİ (Həsənli Günay Nəriman qızı) 1987-ci il noyabr ayının 9-da Gəncə şəhərində anadan olub. Orta təhsilini Tovuz rayon Dönük Qırıqlı kəndindəki D.Süleymanov adına tam orta məktəbdə alıb.
    Çox erkən yaşlarından şeirlər yazmağa başlayıb. Şeirləri dövrü mətbuatda mütəmadi dərc olunub. “Qızıl qələm”, “Heydər ata” və s. mükafatlara layiq görülüb.
    Respublikada nəşr olunan “Kompas”, “İslahat”, “Dövlət və qanun”, “Tovuz”, “Azərbaycan Dünyası”, “SM-press”, “Azərbaycan”, “Azad Qələm” və bir sıra almanaxlarda ədəbi-bədii publisistlik yazıları müxtəlif qəzetlərdə dərc olunub. SMTV(hazırkı TTV) adlı televiziya şirkətində aparıcı-repartyor kimi çalışıb. Hal-hazırda Axın İctimai Birliyində ümumi şöbə rəhbəri və Günəş jurnalında xususi müxbir kimi çalışır. Axın Poeziya Klubunun sədridir.Varislər Ədəbi Məclisinin, Dünya Gənc Türk Yazarları Birliyinin və Gənc Ədiblər Məktəbinin üzvüdür.
    Bakı Slavyan Universitetinin tələbəsidir.Bir oğlu, bir qızı var.

    HEYİF ÇIXIR

    Etibar yox bu dünyaya,
    Dünya məndən heyif çıxır.
    Heç bilmirəm neynəmişəm,
    Düşməni tək mənə baxır.

    Neçə dağın partlatmışam,
    Vüqarımı sınıb görən?
    Sinəsinə od tulladım,
    Meşəsimi yanıb görən?

    Məcrasından çıxarmışam
    Çaylarının axarını?
    Bacarsaydım dəyişərdim
    Həqiqətin baxarını.

    İnsanına kələk qurub,
    Çevirmişəm oyuncağa?
    Evcik qurub oynatmışam?
    Biri ata, biri ana…

    Dartılmışam sapand kimi,
    Tışlanmışam göy üzünə?
    Çoxmu möhkəm dəymişəm ki,
    Göylərinin göy gözünə?

    DAŞ

    Daş olub tökülmüşəm,
    Bu dünyanın başına.
    O da döndərib mənim,
    Baharımı qışıma.

    Vaxtsız belimi büküb,
    Qara damımı söküb,
    O da daşını töküb,
    Mənim dərsli başıma.

    Sağdan atdım ona daş,
    Soldan atdım ona daş,
    Çevrilib gəldi birbaş
    Dəydi mənim başıma.

    Daş atma, daşa dəyər,
    Oxu çək, qaşa dəyər,
    Min baş, bir başa dəyər,
    Kül dünyanın başına.

    20.04.2014

    Zaman

    Sən məni haraya gətirdin zaman?
    Namus da,qeyrət də,ar da satılır.
    Hərraca qoyulub insan ürəyi
    Bülbüllə yanaşı sar da satılır.

    İnsanlıq adında şey qalmayıbdır,
    Belke orda-burda közərəni var.
    İnsanlıar əyilib doğru yolundan,
    Bəlkə də bir neçə düzələni var.

    İnsan ləyaqəti,insan qeyrəti,
    Hər addım başında tapdanıb gedir.
    Yerində dayanıb,dursan da sakit,
    Zaman özü səni bax, məcbur edir.

    İnsan öz əliylə qazır quyunu,
    Qazanın özünü salır bu zaman.
    Pulu olan deyir yıxılmaram mən,
    Mağallaq aşanda ağlayır yaman.

    Dəyirman daşı tək fırlanır zaman,
    Bu gün biri qalxır, sabahsa enir.
    Əhli-cahan bilir onun işini,
    Bax,insanlar nə danışır,nə dinir.

    Dinib neynəyəcək təlxək zamana,
    Dərhal onu zaman araya qoyar.
    Min kələk gətirər onun başına,
    O da bu həyatdan tamamca doyar
    .
    Tərki-dünya olar insanın ruhu,
    Bununla bir ömür bitmiş sayılar.
    Bir körpə dünyaya göz açar bu vaxt,
    Bu qanuna “zaman”adı qoyular.

    15.08.2004

    Ölüm məni istəmir
    Mən ölüm istəyirəm,
    Ölüm məni istəmir.
    Məni öldürmək üçün
    Gəlib rüşvət istəyir.
    Tumarlayıb başını
    Sevə-sevə söylədim.
    Qardaşımsan,bacımsan,
    Səni istəyir bu can.
    Apar məni nə olar!
    Lap ata, anam da ol,
    Şirinimsən, acımsan.
    Gəl çıx otur başımda
    Sən mənom daşa dönmüş
    Şəkilli baş tacımsan.
    Boylanma mənə gendən
    Qorxma gəl mənə sarı.
    Səni sevdiyim qədər,
    Sevə bilməz yar-yarı.
    Selə dönüb gəlirsən,
    Yuyursan sağ-solumu.
    Aparsan bütöv apar
    Gəl qırma qıç,qolumu.
    Mən səni gözəyirəm,
    Gözləyənim var deyə.
    Neçə qollar açılıb,
    Hey səsləyir “gəl” deyə.
    Mən ölüm istəyirəm,
    Ölüm məni istəmir.
    Məni öldürmək üçün
    Gəlib rüşvət istəyir.
    Söylə sənə nə verim?
    Acgöz olub getmisən.
    Dünyanın varındanmı?
    Arlının arındanmı?
    Yarlının yarındanmı?
    O uca zirvələrin,
    Ərinməz qarındanmı?
    Söylə sənə nə verim?
    Gücüm canıma çatar,
    Gəl də canımı apar.
    Canımı rüşvət verim…
    “Ölümü aldarıram,
    Susun,susun,dinməyin!”
    Rüşvət verdiyim canın,
    Həmin o can olduğun
    Ölümə bildirməyin…

    25.04.2014

    DOYUM

    Gəl bağrıma basım səni,
    Başımı çiyninə qoyum.
    Kövrəlmişəm sənin kimi,
    Bərkdən ağlıyım, doyum.

    Sən gurulda, mən hönkürüm,
    Çağlasın Arazım, Kürüm,
    Göz yaşıma divar hörüm,
    Dərddən ağlıyım, doyum.

    Gözümüzdən süzülsün nəm,
    Yer üzünə qoysun qədəm,
    Mən buludam, bulud da mən,
    Hərdən ağlıyım, doyum.

    28.09.2014

  • Ağstafada nakam şair Üzeyir Məhərrəmliyə həsr olunmuş ədəbi-bədii gecə keçirilib

    1422551_360318044136987_8836057406877428965_n (1)

    10801978_360318514136940_6994541969418323535_n

    19 noyabr 2014-cü il tarixdə Ağstafa şəhərində Xalq şairi Hüseyn Arifin Ev Muzeyində Azərbaycan Yazıçılar Birliyinin Qazax Bölməsinin, “Hüseyn Arif” Ədəbi Birliyinin, Ağstafa rayon Mədəniyyət və Turizm şöbəsinin birgə təşkilatçılığı ilə nakam şair Üzeyir Məhərrəmlinin 40 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib.Tədbiri giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyinin Qazax Bölməsinin sədri, Əməkdar incəsənət xadimi Barat Vüsal ilk növbədə tədbir iştirakçılarını salamlayıb, daha sonra nakam şair Üzeyir Məhərrəmlinin həyatı və yaradıcılığı haqqında olan bilgiləri tədbir iştirakçılarına sunub.Kütləvi informasiya vasitələrinin nümayəndələrinin də iştirak etdiyi tədbirdə Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Hüseyn Arif” Ədəbi Birliyinin sədri Saqif Qaratorpaq, “Gənc Ədiblər Məktəbi”nin müdavimi və DGTYB üzvü, gənc yazar Rüfət Axundlu, şair-publisist Firdovsi Heydərli, Tovuz rayonunda fəaliyyət göstərən “Varislər” Ədəbi Birliyinin sədri Əbülfət İslam və digər qonaqlar iştirak ediblər.Düzənlənən tədbirə qatılan qonaqlar nahakm şair Üzeyir Məhərrəmli haqqında öz fikir və düşüncələrini bölüşüblər, şairin müxtəlif illərdə qələmə aldığı şeirlərindən səsləndiriblər.Tədbirin sonunda xatirə şəkilləri çəkdirilib.

  • “Bitməz könlümüzün Vətən sevgisi” adlı antologiyanın təqdimat mərasimi keçiriləcək

    Kitab.jpg

    22 noyabr 2014-cü il tarixdə, saat 16:00-da, Bakı şəhəri, Səbail rayonu, Axın Poeziya Klubunda Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Vətən sevgisi sərhədlə başlamır, sərhədlə bitmir” layihəsi çərçivəsində işıq üzü görən “Bitməz könlümüzün Vətən sevgisi” adlı antologiyanın təqdimat mərasimi keçiriləcək.Layihənin rəhbəri Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini, DGTYB və AYB üzvü, gənc yazar Qabil Ədalətdir.
    Tədbirdə antologiyada ədəbi-bədii nümunələri, poeziya örnəkləri, məqalələri, publisistik qeydləri dərc olunan yazarlara hədiyyə olunacaq.Kütləvi informasiya vasitələrinin nümayəndələrinin də iştirakı gözlənilir.
    Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri, Səbail rayonu, Şəhidlər Xiyabanı, Mehdi Hüseyn küçəsi 1a, Azərbaycan Respublikası Milli Məclisinin yanı

  • Əntiqə SƏMƏNDƏR

    64760_1502884459966611_8813828497131644224_n

    Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən həyata keçirilən “Gənc yazarların vətənpərvərlik ruhunda şer müsabiqəsi”nin qalibi “Gənc Ədiblər Məktəbi”nin müdavimi, gənc xanım yazar

    Deyəsən yarpağın düşür,
    Qələbən topdan sürüşür,
    Məzarda şəhid üşüyür,
    Qışın sağ olsun, vətən!

    Min kərə and içmişik,
    Şəhid donu biçmişik ,
    Torpağını seçmişik,
    Daşın sağ olsun, vətən!

    Ürəyini böldülər,
    Pis günündə güldülər,
    Səni başsız bildilər,
    Başın sağ olsun, vətən!

  • Gənclər Fondu tərəfindən yeni müsabiqə keçirildi

    20141119_104108

    19 noyabr 2014-cü il tarixdə saat 11:00-da, Bakı şəhəri, Yasamal rayonu, 21 saylı orta məktəbin akt zalında Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və 21 saylı orta məktəbin Rəhbərliyinin birgə təşkilatçılığı ilə “Gənc yazarların vətənpərvərlik ruhunda şer müsabiqəsi” həyata keçirldi.Tədbiri giriş sözü ilə açan DGTYB və AYB üzvü, gənc yazar Qabil Ədalət ilk növbədə tədbir iştirakçılarını salamlayıb, sonra müsabiqəyə qatılan iştirakçıları öz şeirlərini səsləndirmək üçün tribunaya dəvət etdi.Kütləvi informasiya vasitələrinin nümayəndələrinin də iştirak etdiyi tədbirdə Gündəlik İnformasiya Agentliyinin Baş məsləhətçisi, DGTYB üzvü, gənc xanım yazar Gülnarə İsrafilqızı, DGTYB Yönətim Kurulunun başqan yardımcısı, gənc xanım yazar Əfsanə Bayramqızı, “Gənc Ədiblər Məktəbi”nin müdavimi, gənc xanım yazar Əntiqə Səməndər, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü, “Axın” Poeziya Klubunun sədri, gənc xanım yazar Günay Həsənli, DGTYB üzvləri, Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Fotoqrafları, gənc yazarlar Nofəl Ümid, Sərvər Kamranlı, Gündəlik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri, Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi ictimai birliyinin üzvü, gənc yazar Kənan Aydınoğlu, “Gənc Ədiblər Məktəbi”nin üzvü, gənc yazar İltimas Səmimi, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, DAMM-ın Mətbuat xidmətinin rəhbəri, şairə, jurnalist Nəcibə İlkin, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü, “Ulduz” jurnalının Poeziya şöbəsinin redaktoru, şairə Fərqanə Mehdiyeva, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Narıngül Nadirqızı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü , “Rəsul Rza” Beynəlxalq Ədəbiyyatı Mükafatı laureatı Balayar Sadiq və digər qonaqlar iştirak ediblər.
    Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı.Daha sonra müsabiqəyə qatılan gənc yazarlar Günay Həsənli, Gülnarə İsrafilqızı, Sevil İşıq, Əfsanə Bayramqızı, Kənan Aydınoğlu, Qoşqar Qaraçaylı, Nofəl Ümid, Əntiqə Səməndər, Cəmilə Vaqifqızı, İltimas Səmimi, Ramiq Mehdisoy, İsa Həsənoğlu, Sərvər Kamranlı öz şeirlərini tədbir iştirakçıları üçün səsləndirdilər.Daha sonra məktəbin müəlim heyətinin təşkilatçılığı ilə həmin məktəbin şagirdlərinin iştirakı Vətənpərvliklə bağlı şeirlər səsləndirildi, rəqslər ifa olundu.Müsabiqənin gedişatında Münsiflər heyətinin qərarı ilə gənc xanım yazar Əntiqə Səməndər birinci yerə, gənc yazar İltimas Səmimi ikinci yerə, üçüncü yerə Aynur Şahtelli, dördüncü yerə Gülnarə İsrafilqızı layiq görüldü.

  • KÜMBET DERGİSİ 34. SAYISI OKUYUCULARI İLE BULUŞUYOR

    10815637_718192821582895_1623277478_n

    EDİTÖRDEN

    Ülkemizde, özellikle taşrada zor şartlarda çıkan dergilerin bir bir kapandığı ya da hayatta kalma mücadelesi verdiği bir dönemde KÜMBET Dergisi çıktığı yolda sizlerin destek ve gayretiyle yayın hayatına devam ediyor. Türk kültür ve sanat alanında geldiği konumuyla yurt içinde ve dışında saygın dergiler arasında olabilmenin de haklı gururunu yaşıyor.
    KÜMBET Derginizin yine beğeni ile okunan ve takip edilen 33. sayısından sonra çok değerli yazar araştırmacı, akademisyenlerin makaleleri ve şairlerin gönül dağarcıklarından derledikleri kır çiçekleri, Tokat Şairler ve Yazarlar Derneği’nin gerçekleştirmiş olduğu birbirinden değerli etkinliklerle karşınızdayız.
    TOŞAYAD ve Niksar Belediyesi işbirliği ile düzenlenen “5.Cahit KÜLEBİ ve Memleketime Bakış Şiir Yarışması” başarı ile sonuçlandırılarak dereceye giren Halil Gürkan (Eskişehir), İsmihan Karaca (Amasya) ve Ali Cem Akbulut’un (Amasya-Merzifon) ödülleri 10-12 Ekim 2014 tarihleri arasında gerçekleştirilen “Niksar’ın Fidanları Kültür – Sanat ve Ceviz Festivali” kapsamındaki Erzurumlu Emrah’tan Cahit KÜLEBİ’ye Şiir Şöleni’nde verildi.
    Festival kapsamında 10 Ekim 2014 akşamı Türk Şiirinin duayeni Cemal SAFİ onuruna derneğimizin başarılı yöneticilerinden Mahmut Hasgül’ün sunumu ve Grup Seyyah’ın müzik desteğiyle “Cemal SAFİ’ye Vefa Gecesi” tertip edildi. Aynı gecede Edebiyat Öğretmeni Gökhan GÜNEŞ ve Üniversite Öğrencisi Merve Nur Maden’in başarılı sunumlarıyla Simurg Ateşi şairlerinden Ali Özkanlı (Kayseri), Süleyman Altunbaş (Samsun), Mehmet Metin Baş (Manisa-Soma), Şafak Nur Yalçın (Antalya), Hasan Akar (Tokat) sahne alarak Simurg Ateşinin felsefesini anlatıp şiirlerini yorumladılar.
    Aynı festivalde yer alan “Ahi Pehlivan ve Niksar’da Vakıflar” konulu panelde dergimiz ailesinden GOP Üniversitesi Öğretim Üyesi Doç. Dr. Alpaslan Demir, Başbakanlık Devlet Arşivleri Genel Müdürlüğü Uzmanlarından Bekir Yeğnidemir ve Tokat Vakıflar Bölge Müdürümüz İsmail Aktaş, 19 Mayıs Üniversitesi Öğretim Üyesi Doç. Dr. Mehmet Türkmen ve Giresun Özel İdaresi Kültür Müdürü Mehmet Fatsa hazırladıkları bildirileri katılımcılarla paylaştılar.
    Elazığ Valiliği, Belediyesi ve Fırat Üniversitesi’nce 25-28 Eylül 2014 tarihleri arasında bu yıl 22. Uluslararası Hazar Şiir Akşamları Etkinliklerine TOŞAYAD adına davet edilen dernek başkanı Remzi Zengin “Edebiyatımız ve Edebiyat Dergileri Paneli”ne katılarak KÜMBET Dergisinin yayın hayatındaki yeri konulu konuşmasını sundu.
    Tokat Valiliği, Belediyesi ve GOP Üniversitesi’nce 25-26 Eylül 2014 tarihleri arasında düzenlenen “Tokat Tarih ve Kültür Sempozyumu”na derneğimiz üyelerinden, Araştırmacı-Yazar Hasan Akar “Tokatlı Müzisyen Sanatçı Necati BAŞARA”, Eğitimci-Yazar Mahmut Hasgül “Hey Onbeşli Türküsü ve Onu İlk Kez Plağa Alan Hafız Hakkı Feryadi” konulu bildirilerini sundular.
    Şairlerimizden Hasan Akar, Mersin Büyükşehir Belediyesi’nce 22-25 Eylül 2014 tarihleri arasında tertip edilen 13. Uluslararası Karacaoğlan Şiir Akşamları’na davet edilerek ilimizi temsil etti.
    Derneğimiz yönetim kurulu üyesi Mahmut Hasgül’ün büyük bir özveriyle hazırladığı, otuza yakın şairin katıldığı, antoloji hüviyetindeki “Tokat’tan Mısralar III” kitabı TOŞAYAD yayını olarak Türk Edebiyatının seçkin eserleri arasında yerini aldı.
    TOŞAYAD kahvaltılarının sonuncusu geniş bir katılımla 11 Ekim 2014 Cumartesi Günü Tokat Grand Ballıca Otel’de Cemal SAFİ onuruna verildi. Cemal SAFİ’nin bir saate yakın özel program yaptığı kahvaltıda şairlerimizden Ahmet Divriklioğlu, Şerare Kıvrak ve Sündüs Akça da kendi şiirlerini yorumladılar.
    Tokat Şairler ve Yazarlar Derneği’nce hazırlanıp Kültür ve Turizm Bakanlığı’nca kabul edilen “1.Uluslararası Tokat Köroğlu Halk Âşıkları Şöleni” Tokat Valiliği ve Tokat Belediyesi’nin katkılarıyla 14 Kasım 2014 Cuma Akşamı, Tokat 26 Haziran Atatürk Kültür Merkezi’nde icra edilecek. Şölene Türk Dünyasının ve ülkemizin tanınmış âşıklarından Dr. Âşık Şergiyye Zengilanlı (Azerbaycan), Peri Hasanova (Azerbaycan), Âşık Nuri Çırağı (İstanbul), Âşık Cemal Divani (Bursa), Âşık Kaptani (Sivas), Âşık Eseri (Sivas) ve Cumhuriyet Üniversitesi Öğretim Ütesi Yard. Doç. Dr. Doğan KAYA katılacaktır. Bu şölene davetimizi vefatından önce kabul eden Âşık Şeref TAŞLIOVA’ya rahmetler diliyor, onu bir kez daha saygıyla anıyoruz.

    Remzi ZENGİN
    Tokat Şairler ve Yazarlar Derneği Başkanı

  • Saqif Qaratorpağın yeni kitabının təqdimat mərasimi keçiriləcək

    Saqif Qaratorpaq.jpg

    15 noyabr 2014-cü il tarixdə, saat 16:00-da, Axın Poeziya Klubunda Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Hüseyn Arif” Ədəbi Birliyinin sədri Saqif Qaratorpağın sayca üçüncü və yeni “Üç addım” kitabının təqdimat mərasimi keçiriləcək.İştirak etmək istəyən hər kəs dəvətlidir.Kütləvi informasiya vasitələrinin nümayəndələrinin də iştirakı gözlənilir.
    Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri, Səbail rayonu, Şəhidlər Xiyabanı, Mehdi Hüseyn küçəsi 1a, Azərbaycan Respublikası Milli Məclisinin yanı)

  • Gənclər Fondu tərəfindən yeni müsabiqə

    10589568_683050918454094_1213425688_n (1)

    Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənc yazarların vətənpərvərlik ruhunda şer müsabiqəsi”
    həyata keçirlir.Müsabiqədə bütün gənc şairlər iştirak ede bilərlər.Müsabiqə 19 noyabr 2014-cü il tarixdə, saat 11:00-da, Bakı şəhəri, Yasamal rayonu 21 saylı orta məktəbə baş tutacaq.Qaliblər münsiflər heyətinin səs verməsi nəticəsində təyin ediləcəck və ilk 5 yer diplom və müxtəlif hədiyyələrlə mükafatlandırılıacaq.

  • Gülnarə İSRAFİLQIZI.”Qarabağ Qazisinə dəstək olaq!”

    pic

    d83851227b20da0db60ea9507cffd3e3

    10518706_602486619877760_7381499489582244550_n

    Keçən ay Qarabağ Qazisi Rüxsarə Cumayevanın əməliyyatı üçün, Bakı Dövlət Unveristetinin Kitabxana-informasiya fakültəsinin müəlliməsi, şairə İradə xanım Əlili İstanbulda Qarabağ Qazisinə dəstək üçün kitab təqdimatı və imza mərasimi keçirmişdi. Müəllifin imzaladığı kitabların satışından toplanmış pul vəsaiti tədbirdən sonra İradə Əlili və Səfər Qaraqoyunlu tərəfindən Qarabağ qazisi Rüxsarə Cumayevaya çatdırılmışdı. Onunla yanaşı İradə xanım Qarabağ Qazisinə brilliant sırğa da hədiyyə etmişdi.
    Bu ay yenə də, İradə Əlilinin təşkilatı dəstəyi ilə noyabırın 8, 9 Park Bulvarda xeyriyyə aksiyası təşkil edildi. Növbəti xeyriyyə konserti 24 noyabr, saat 19-00 Rəşid Behbudov adına sarayda baş tutacaq. Həmçinin müəllifi: İradə Əlili olduğu Qarabağ Qazisinin döyüş yoluna həsr edilmiş “Qarabağın Tutusu” adlı kitabın satılma aksiyası da həyata keçiriləcək ki, həmin pullar Qarabağ Qazisinə çatsın. Bütün Azərbaycan xalqını o cümlədən dünyada yaşayan Azərbaycanlıları bu xanıma dəstək olmağa səsləyirik.

  • Turan Novruzu doğum günü münasibətilə təbrik edirik! (12 noyabr)

    1724554_231771053674699_559039866_n (1)

    Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi, Azərbaaycanın istedadlı gənc xanım yazarını, Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavinini doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti, ədəbi-bədii yaradıcılığında bol-bol uğurlar diləyir!

    Mətbuat xidməti

  • Əziz MUĞANİ.Yeni şeirlər

    481077_528885783870059_2012561500_n (1)

    Qaranlıq

    Gecənin sükütu pozulsun yenə
    Duyulsun zülmətdə işiq nəfəsi
    Röyalar xeyirə yozulsun yenə
    Sevdiyin kəslərin gəlincə səsi

    Yalnızkən gecələr sıxır insanı
    Təkliyin əlindən qaçmaq da olmur
    Fikirlə hər şeyin çəkilir ərşə
    Beləcə səhəri açmaq da olmur.

    Susmaq istəmirəm, dinə dərdlərim
    Axı kimə danışım, kim dinlər məni
    Divara danışsam bəlkə dağılar
    O da çəkə bilməz bu qədər qəmi

    Gecənin qənimi işıq deyilmi
    Günəş doğanda şəfəq görünür
    Mənim qaranlığımın işığı hanı
    Bəxtimin günəşi niyə sürünür

    Gözlərim açıqdır görmür heç nəyi
    İşıqda görünən olan cahanı
    Bəlkədə gözümün nuru tükənib
    Çökübdür gözümə zülmət dumanı

    İnsanın özü də cavabsız sual
    Kim verər izzahın, kim bunu anlar
    ” Cismi içərsinə sığan otağın
    Bəs necə ruhunu sıxır divarlar ”

    Deyəsən sıxıntı zülmətlə çökür
    Gecələr insana dar olur həyat
    Gündüzlər görünür aləmin rəngi
    Deməli işıqla var olur həyat…

    Məna

    Bir şeydə yüz məna olan həyatda
    Hansını bacarsan sən də onu tut
    Misalı ağacdan edim rəvayət
    ,, olanda beşikdir, öləndə tabut”

    Biri həyatın pəncərəsidir
    Seyr edir dünyanı, gətirir tabı
    İçində həyatla vidalaşdığın
    O biri ölümə açılan qapı

    Bu necə fərqdir yaranır belə
    Biriylə insanı çəkir yuxarı
    Son evin yerini bilirmiş kimi
    Digəri aparır torpağa sarı

    Bu necə hikmətdir anlamıram mən
    Gah xeyirə iş görür, gah da fələyə
    Bu fərqin inzzahı göylə yer kimi
    Gah sevincə şərikdi, gah da naləyə

    Qocaya əsadır, yaxşıdı demək!
    Çevrilsə bir oxa nədir savabı?!
    Oturub əşyada məna gəzirsən
    Bəlkə də özünsən mənaların cavabı

    İstər ağac olsun istərsə dəmir
    Qüdrəti verdiyin forma qədərdi
    Deməli təməlin özmüz qoyuruq
    İstəsək xeyirdi, istəsək şərdi.

  • Bahadur ƏLİZADƏ.”Gözləri yol çəkən qadın” (Yeni şeir)

    10808336_736481946398900_1160869107_n

    Nədir gözlərdəki o dərin baxışlar
    Yoxsa yollardamı qalıbdır gözün
    Göz yaşın kiprikdə olubdur naxış
    Yoxsa qürbətdə bir canınmı var
    Ağlama gözləri yorulmuş , qadın
    Gözləri yol gedib yol gəlir elə
    Dilində sözləri quruyub qalıb
    İndisə gözləri gəlibdir dilə
    Dərdini tək yeyib tək içən , qadın
    Arada bir nəfəs al bir nəfəs ver
    Əgər boğsa öz dərdin səni
    Valla qurtarmaz sevincin səni
    Susmusan ,düşünən qadın?
    Niyə susanda danışırsan sən
    Səssiz danışmağı necə öyrəndin?
    Yoxsa narahat hislərin öyrətdi sənə
    Baxışın qılıncdan sərtmiş, ey qadın
    O baxış min yerə bölər ürəyi
    Sənin gözlərini susdurmaq lazım
    Yoxsa bu gözlər öldürər məni
    Dərdinin əlacın tapıb gətirib
    Rahat fikirlərlə yalnız qoyacam
    Bəlkə fikirləşməyi bir az unudub
    Rahat yaşamağa davam edəsən.

  • Gülnarə İSRAFİLQIZI.”O tablolar heç vaxt dəyərini itirməyəcək” (Məqalə)

    234435423665547648

    İnsanların varlığı çox dəyərlidir.Sadəcə öz varlığından xəbəri olduğu müddət. Hər insanın özünə məxsusluğu var o cümlədən də şair ruhlu, qələm sahibi, söz sahibi olan insanın…
    Gənc şair, bəli şair deyəndə ürəklə deyirəm. Əgər bir şeir yaza bilmisənsə sən artıq şairsən. Hər insanın sözünün bir çəkisi, hər sözün də özünün öz dünyası var. İstər tanınmış, istərsə də, tanınmamış olsun.Tanınmaq, sevilmək xalqın ürəyinə xas xüsusiyyətdir. Yalnız onlar sevəcək, tanıyacaq qiymətləndirəcəklər.
    Kənan Aydınoğlunun qələmi və daxili dünyası, ayrı ayrılıqda bir kainat olduğunu onun öz əməlləri təsdiqləyir. Hətda daha yaxından tanıdıqda doğmalıq yaradır tanışlıq. Bu yaxınlarda bir neçə nəfərin də onu doğması hesab etdiyinin və hörmət bəslədiyinin şahidi oldum. Şahidi olduğum doğma hiss, məni qarşılıq güdmədən, yaxşılığa cavab almadan gənc şairin ömür yolunun güllü bağçalı, çəmənli, tikanlı seyrinə apardı. Və qərara gəldim ki, ürək sözlərimdən vərəqin üstündə müxtəlif rənglərlə çeşid- çeşid şəkillər çəkim .Nə qədər naxış vursam da, Kənan Aydınoğlu dünyasının gözəl və şərəfli rəsmini çəkə bilməyəcəyimi də çox gözəl bilirəm. İnsanın böyük olması üçün, yaş önəmli deyil. Böyüklük onun daxili aləminin zənginliyindədir. Bu zənginlik isə ruhun pak qalmasından xəbər verir.Onun vətənpərvərliyi, tarixini və bu gününü yaxşı bilməsini əhatə edir. Vətənpərvər ruhu olmayan insanın daxili köləliyi üzə çıxır. Kənan Aydınoğlunun isə daxili azadlığı ona imkan verir ki, həqiqətləri dilində zikr etməkdən, zəlillikdən uzaq olsun. Düşünürəm ki, şairin şairliyi elə daxili dunyasının azadlığındadır. Hər dəfə onun şerlərində bir tarixi həqiqətlər görünür. Azərbaycan, bayraq, torpaq, din, dostluq, sədaqət, dürüstlük, diqqət, azadlıq, səmimiyyət şerlərinin döyünən ürəyini təsvir edir. Onun əxlaqi və mənəvi tərbiyyə tərzi indiki dövrdə tapıntı, bəlkə də, yox tapıntı çox bəsit səslənir.Mən deyərdim ki, dənizlərin, dəryaların dibində dənizi zinətləndirən, mirvari və inci kimi qiymətlidir. Onun köksündə daşıdığı ürəkdə zərrə qədər kimsəyə paxıllıq, kin-küdurət özünə yer tapa bilməyib. Əlində bir çıraq, gecə-gündüz ruhuna yaxın olan yazıçı və şairlərin yollarına çırağın nurunu səpməkdən zövq alıraq asta-asta addımlayır. Əminəm ki, o heç vaxt başqaları kimi kiminsə yoluna daş dığırlamayacaq. Əksinə əlində tutduğu bu çıraq onun özünün də ömür və poeziya yolunu əbədi sonu görünməyən nura qərq edəcək. Addımları yeni bir tablonu yaradacaq…o tablolar isə heç vaxt öz dəyərini itirməyəcək.

  • Rövşən MƏMMƏDOV.”Müasir uşaq nəsrində hekayə janrı” (1970-80-ci illər)

    262573_160980487313494_4010249_n

    R.M.Məmmədov
    Sumqayıt Dövlət Universiteti, Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının müəllimi, dissertant
    rommel188@gmail.com

    Açar sözlər: uşaq ədəbiyyatı, hekayə, təlim-tərbiyə, milli-mənəvi dəyərlər, fantastika

    Hekayə janrı 60-cı illərdən başlayaraq nəinki milli ədəbiyyatımızda, həmçinin dünya və Avropa ədəbiyyatında aparıcı janr kimi geniş vüsət almışdı. 70-80-ci illərdə ədəbi prosesin olduqca fəal və canlı bir sahəsini təşkil edən hekayə hər zaman ədəbiyyatın aktual olan bir sahəsidir və bu gün də öz dəyərli özəlliklərini qoruyub saxlamaqdadır.
    Dövrün xarakterinə, zəmanənin ruhuna uyğun olaraq hekayə maarifçilikdən demokratik və inqilabi ideyaların təbliği və qorunmasına qədər maraqlı və şərəfli bir yol keçmiş, həm sovet dövründə, həm də müstəqillikdən sonra milli ruhun, sağlam əxlaq və tərbiyə məsələlərinin təbliğində, fərdi mədəni həyata hazırlamaqda çox böyük işlər görmüşdür.
    İstər əsrin əvvllərində, istərsə də sonralar yaradıcılığa başlayan yazarlar ədəbiyyata məhz bu janrla gəlirdilər. Ümumiyyətlə, Azərbaycan hekayəsinin maraqlı və keşməkeşli bir tarixi vardır. Hekayə janrı hər zaman inkişafda olmuş, zaman keçdikcə təkmilləşərək ədəbiyyatın klassik və köklü yaradıcılıq sahəsinə çevrilmişdir. Azərbaycanın klassik yazarları zaman-zaman hekayənin qaranlıq qalan bir sıra özəlliklərini, bədii imkanlarını üzə çıxarmış, onun dərin məzmun ifadə etmək gücünü təsdiq etmişlər. C.Məmmədquluzadə, Ə.Haqverdiyev, A.Şaiq, S,S,Axundov, S,M,Qənizadə, C.Cabbarlı və başqa klassiklərimizin qələmində hekayə bütün xüsusiyyətləri ilə meydana çıxmış, ədəbi prosesdə aparıcı yaradıcılıq sahəsi kimi həm filoloji, həm də ictimai fikrə istiqamət vermişdi. “Poçt qutusu”, “Usta Zeynal”, “Köç”, “Marallarım”, “Cənnətin qəbzi”, “Qorxulu nağıllar”, “Allah xofu”, “Dilarə”, “Firuzə” və bu qəbildən olan bir sıra hekayələr xalqın inkişafında, oyanışında mühüm rol oynamışdır. “Hekayə bir janr kimi elə ciddi poetikaya malikdir ki, onun ədəbi prosesdə yeri və bu prosesə təsiri bütün zamanlarda açıqca hiss olunub, bu gün də hiss edilməkdədir. Janrların özlərinin arasındakı tarixi mübarizədə hekayə öz spesifikasını, poetikasını, dəqiq qanunlarını qoruyub saxladığındandır ki, yerini başqa janrlara güzəşt etməmişdir”[1,səh. 50].
    Ümumiyyətlə, klassik ənənələri qorumaq, yaradıcı şəkildə davam və inkişaf etdirmək sahəsində də hekayə bədii ədəbiyyatın klassik yaradıcılıq sahələrindən biri olmuşdur.
    Qeyd etmək lazımdır ki, 70-80-ci illər nasirlərinin demək olar ki, hamısı ədəbiyyata kiçik hekayələr yazmaqla gəlmiş, bu hekayələrlə yaradıcılıqlarının əsas xüsusiyyətlərini müəyyən etmiş və onun istiqamətini yeni meyarlara yönəltmişdilər.
    Məhz adı çəkilən dövrdə uşaq yazarları seçdikləri mövzuları əsasən hekayə vasitəsilə kiçik yaşlı oxuculara çatdırırdılar. Mövzu və problematika baxımından oxşar olsa da, hər bir yazar hadisələrə müxtəlif prizmadan yanaşır, onları özünəməxsus şəkildə təhlil edərək oxucuların istifadəsinə verirdilər. Yeni nəsil uşaq yazarlarının əsərlərində problemə müasir metodologiyadan yanaşmaq, mövzuya daha modern prizmadan baxmaq, kiçik yaşlı oxucuların yüksək bədii, estetik zövqü səviyyəsindən təhlil etmək, məzmuna münasib maraqlı bədii formalar axtarıb tapmaq adı çəkilən dövrün prioritet məsələlərindən idi. Ailə-məişət, elm-təhsil, əxlaqi-tərbiyəvi, milli-mənəvi dəyərlər və s. mövzularda yazılan hekayələr ümumilikdə dövrün ab-havasını özündə əks etdirirdi.
    İstər böyüklər üçün, istərsə də kiçik yaşlı oxucular üçün nəzərdə tutulan ədəbiyyatda təhsil, təlim-tərbiyə məsələləri hər zaman ən önəmli problem kimi ədəbi mühitin diqqət mərkəzində olmuşdur. Uşaqlarda elmə həvəs yaratmaq, kitabın hər zaman biliklərin yeganə mənbəyi olduğunu göstərmək, gələcəyin açarının yalnız təhsil olduğunu nəzərə çatdırmaq uşaq yazarlarının ən mühüm mövzusu idi. Bununla yanaşı, əxlaqi dəyərləri də unutmayan yazarlar obrazların dili ilə qəhrəmanların nümunəvi davranışlarını ön plana çəkirlər. Təshil almaqla yanaşı, hekayələrdəki obrazlar öz fəaliyyətləri ilə oxuculara örnək göstərilirlər. Qocalara hörmət etmək, onların qayğısına qalmaq, hər zaman böyüklərin sözünə qulaq asmaq və s. kimi məsələlər bu mövzuda yazılmış hekayələrin ana xəttini müəyyənləşdirirdi. R.Yusifoğlu, Ə.Babayeva, Z.Xəlil, N.Süleymanov, İ.Hümmətov bu sahədə irəlidə gedən yazarlardan idi.
    Maraqlıdır ki, bu problemə hər bir yazar müxtəlif prizmadan yanaşır, yaratdıqları xarakterlərin dili ilə uşaqları intellektli şəkildə yetişmələrinə yardımçı olurdular. Bu hekayələrdə yaxşı oxumamağın, dərsə laqeyd münasibət bəsləmənin nə dərəcə utandırıcı bir hərəkət olduğu inandırıcı vasitələrlə təsvir edirdilər. Örnək üçün bir hekayəyə diqqət yetirək:
    N.Süleymanov yazdığı “Ən vacib məsələ” hekayəsində bu problemi Akifin timsalında bütün məktəb yaşlı oxuculara çatdırır. Burada “3” qiymət alaraq evə gələn Akif utandığından anasının üzünü baxa bilmir, yoldaşları ilə gəzməyə getmir, hətta aylarla üzünü görmədiyi atasına zəng etməkdən belə çəkinir. O, ilk növbədə öz valideynlərini düşünür – anasının qonşular, qohumlar, atasının isə öz iş yoldaşları arasında necə çətin vəziyyətə düşəcəyini dərk edərək vicdan əzabı çəkir. Məktəbli uşağın daxili iztirablarını, onun keçirdiyi həyəcan hissini, vicdan əzabını son dərəcə ətraflı və dolğun təsvir edən yazar, bununla hər bir gənc oxucu üçün qarşıya müəyyən suallar qoyur: “İnsan həyatında ən vacib məsələ təhsildirmi?”, “dərsə ciddi yanaşmamaq insanı yoldaşlar, qohum-əqrəba arasında hörmətdən salırmı?” və yaxud “məktəbdən pis qiymətlərlə dönmək insanı utandırırmı?”. Bu hekayəni oxuyan uşaqlar hələ kiçik yaşlarından məktəbli Akifin etdikləri səhvi etməyəcəkləri barədə artıq düşünürlər. Həyatda şəxsiyyət kimi yetişmək, intellektual səviyyəyə malik olmaq yalnız elm və təhsilin yardımı ilə mümkün olur. Məktəbli Akifin pis qiymət alaraq xəcalət çəkməsi məhz bu amillə bilavasitə bağlıdır. Artıq bundan sonra dərslərinə hər zaman yaxşı hazırlaşacağını qarşısına məqsəd qoyan Akif ertəsi gün məktəbdən daha nikbin ovqatla qayıdır, sevincindən hər kəsin onu təbrik etməsi ehtiyacını duyur. Valideyn təəssübkeşliyi, valideyn zəhməti də bu hekayədə önə çəkilən problemlərdəndir. Ananın sevinci, təəssüfü, nigarançılığı, atanın iftixar hissi və nəhayət Akifin qarşısına qoyduğu məqsədə nisbətən nail olması ümumilikdə hekayənin bədii dəyərini daha da qüvvətləndirir.
    Bu hekayənin mövzusu, ideyası hər zaman, hər dövr üçün aktual bir problemdir. Bu səpkili hekayələrlə tanış olan kiçik yaşlı oxucular elm və təhsilin insan həyatında olduqca mühüm, bəzən hətta həlledici faktor olduğunu dərk edirlər [2,səh. 196].
    Hekayədən də göründüyü kimi, uşaq nəsrində adətən, valideynlər məktəbə rəğbət bəsləyən, öz övladlarının təhsil almasının zəruriliyini anlayan şəxslər kimi təsvir olunurlar. Onların bədii əsərlərdə müsbət keyfiyyətlərlə təsvir edilməsi bu personajları böyük yaşlı oxucular üçün də maraqlı edir.
    Lakin savadlı, xeyirxah, müsbət insani keyfiyyətlərlə təsvir edilən valideyn və müəllimlərlə yanaşı, yazılan hekayələrdə savadsız, insani simalarını itirmiş, rüşvətxor müəllimlər tənqid edilir, onlar kiçik oxucuların mühakiməsinə verilir. N.Süleymanovdan fərqli olaraq görkəmli alim, şair-publisist R.Yusifoğlu təhsil probleminə məhz bu aspektdən yanaşır. R.Yusifoğlunun əsasən təhsil, təlim-tərbiyə məsələlərinə həsr edilən hekayələrində keçmiş Sovetlər dönəmində təhsildə olan rüşvətxorluq, məktəbi bitirən sadə kənd adamlarının institut və universitetə qəbul zamanı nə kimi çətinliklərlə qarşılaşdığı problemlərdən geniş söhbət açılır. Lakin bu hekayələrdə yazar ilk növbədə Orxanın, Gülyazın timsalında ən nümunəvi sagird necə olmalıdır sualı ilə sosioloji anlamda “ideal tip” yaradan müəllif onu cəmiyyətdə bütün müsbət keyfiyyətləri ilə ön plana çəkir (“Məktəb illəri”, “Medal”, “Çətinliklərlə üz-üzə”). Müəllif bu əsərlərində həmçinin təhsildəki problemləri ön plana çıxararaq şagirdlərin dili ilə savadsız müəllimləri tənqid atəşinə tutur, rüşvəti hər şeydən, əqidədən və ləyaqətdən də üstün tutan, hətta şəxsiyyətlərini də pula satan müəllimləri amansız dillə ifşa edir. Müəllif “Mısmırıq Ciddizadə”lərin timsalında, riyakar, rüşvətxor məktəb direktorları, onların müavinləri və müəllimlərin ümumiləşmiş obrazını yaratmışdır. Lakin müəllif eyni zamanda Novruz müəllimin timsalında əsl ləyaqətli müəllim xarakterini də oxuculara təqdim edir. Bu hekayələrlə həm kiçik, həm də böyük yaşlı oxucuların diqqətini cəlb edən R.Yusifoğlu təhsillə yanaşı, ictimai həyatın bütün sahələrində mənəvi amillərin üstünlüyünü nəzərə almaq zərurətini bir daha gözlər önünə gətirmişdir [3].
    Ümumiyyətlə, təhsil sistemi digər sahələrin fövqündə durduğu üçün bütün yazarlar bu məsələyə hər zaman ciddi problem kimi yanaşmışlar. Lakin başqa yazarlardan fərqli olaraq Z.Xəlil təhsil mövzusunu yumorstik cəhətdən təhlil etmiş və maraqlı bir hekayə yaratmışdır. Müəllif bu hekayədə incə ironiya ilə, azca yumorla, bitkin, səliqəli süjet daxilində “tənbəl Kərim”in əhvalatını nəql edir. Lirik yumorla müşaiyət olunan bu hekayədə heç vaxt dərsə hazır gəlməyən Kərəm usta Lətifin yanında gördüyü qəribə eynəklə coğrafiya dərsinə “birdəfəlik” hazırlaşmağı qərara alır. Dərsə kimin hazır olduğunu soruşan müəllim Kərəmin əl qaldırdığını gördükdə olduqca təəccüb edir. “Sehrli eynəyi” gözünə taxan Kərəm nəticədə heç nəyə cavab verə bilmir. Müəllif burada yenə heç nəyin kitabı əvəz edə bilməyəcəyini gözlər önünə gətirir. Kitabsız hansı biliklərə yiyələnmək, dünyagörüşünü necə artırmaq, beləliklə də, intellektual səviyyəyə necə malik olmaq olar? Olduqca ciddi bir problemi məhz yumorstik şəkildə oxucuya təqdim edən müəllif əslində burada bir sarkazm, qroteks yaratmışdır. Elmə, biliyə qiymət verməyən, təhsili ikinci planda görən məktəblilər təbiidir ki, dövlətçiliyin gələcək inkişafına zərbə vurur, bu da savadlı insanların azalmasına, cəmiyyətdə ciddi sosial problemlərin meydana çıxmasına zəmin yaradır. Bu problemi acı gülüşlə, iztehza ilə oxucuya çatdıran müəllif gələcəyin inkişafının yalnız elm və təhsilin sayəsində mümkün olduğunu bir daha kiçik və məktəb yaşlı oxucuların nəzərinə çatdırır.
    Ümumi mənzərəyə baxdıqda kiçik yaşlı oxucular üçün nəzərdə tutulan bu hekayələr böyüklər üçün də mənbə rolunu oynayır. Çünki bu hekayələrdə qoyulan problemlər nənki uşaqları, hətta böyükləri də dərindən düşündürür. Görkəmli rus alimi Belinskinin təbirincə, “…yaxşı uşaq ədəbiyyatı odur ki, həm balacaların xoşuna gəlsin, həm də böyüklərin, özü də yalnız uşaqlara məxsus olmasın, hamı üçün olsun”.
    Təhsil problemi ilə yanaşı, 70-80-ci illər uşaq nəsrinin başlıca vəzifələrindən biri də təlim-tərbiyə ilə bağlı idi. Qocalara hörmət etmək, Vətəni, milləti sevmək, yalan danışmamaq, kiçik yaşlarından zəhmətə alışmaq, maddi və mənəvi sərvətlərin yaradıcısı olan insanı, onun əməyini lazımınca qiymətləndirmək kimi hər zaman aktual olan məsələlər bu hekayələrin əsas mövzusu idi. Bu hekayələrdə təsvir olunan müsbət qəhrəmanlar istər davranışları, istər təhsilləri, istərsə də ictimai həyatdakı əməlləri ilə oxuculara örnək olur, nümunəvi vətəndaş obrazı yaradırlar. Qeyd olunan hekayələrin maraqlı cəhəti, orada dünyagörmüş insanlarla daha müasir düşüncə tərzinə malik uşaqların düşüncə tərzlərindəki ziddiyyətlərdir. Bir tərəfdə böyük həyat yolu və təcrübəsi keçmiş ağsaqqal və ağbirçəklər, digər tərəfdə isə həyat yolunu hələ yenicə addımlağa başlayan kiçiklər. Yazıçı burada üstünlüyü nisbətən uşaqlara versə də, müdriklərin də məsləhətlərinə biganə qalmır. Təbiidir ki, müdriklər özləri də başa düşürlər ki, cəmiyyət hər zaman yeniləşməyə doğru gedir, bəzi dəyərlər artıq yeni dövrdə qəbul edilmir. Bu da təbiidir: Zaman və vaxt nisbi anlayışdır və bunlar daim hərəkətdədir. Deməli zaman, dövr dəyişdikcə cəmiyyət də onunla paralel olaraq inkişaf edir. Görkəmli tənqidçi Y.Qarayevin təbirincə, “”Gəlimli-gedimli dünya” haqda epik düçüncəni, “Biz gedirik, qoca dünya qalandır” fəlsəfəsini günün intellekti qəbul və təsdiq etmirdi… Dərk olunmuş ağsaçlı həqiqətdən nağıl və əsatir körpəliyinə, təbiiliyə və ilkinliyə səyahətlər belə geniş miqyaslı tarixi-bədii nikbinliyin fəlsəfəsi baxımından özünü doğrultmur. Köklə rabitə həmişə daxildə, alt qatdadır. Axı Keçmış bizə gələcəyin özü yox, məhz alt qatdakı təməli kimi lazımdır. O, sabahı əvəz edəndə yox, onu öz çiynində yüksəyə qaldıranda və başı üstdə – ucada saxlayanda möhtəşəmdir. Arada belə bir rabitə itəndə onlar hər ikisi bir-biri üçün, ikisi birlikdə isə bizim üçün itmiş olurlar. Kök həmişə arxada və dərindədir, o, bizdən irəlidə və yüksəkdə olsa, biz heç zaman ondan irəliyə və yüksəyə qalxa bilmərik və əslində belə kök təmələ yox…, çəpərə çevrilər” [4,səh. 149-155].
    Yazarlar məhz bu faktoru ön planda tutaraq, seçdikləri mövzuları zaman amili baxımından təhlil edərək oxuculara çatdırırdılar. Yəni yazıçı əxlaqı burada hər iki tərəflə “kompromis”ə girir, onların ümumi fikrini öyrənir, nəticədə ortaq məxrəcə gəlir: Tahir etdiyi hərəkətə görə mütləq Xankişi babadan üzr istəməli, Xankişii baba da öz növbəsində böyüklük göstərib onu bağışlamalıdır (“Peşmançılıq» – N.Süleymanov), Orxanla məktəb direktoru arasında “sülh sazişi” imzalanmalı, bundan sonra bir daha bu tip hadisələrin məktəb həyatına təsirinin qarşısı alınmalıdır (”Məktəb illəri” – R.Yusifoğlu), Səlim bundan sonra nəinki Səkinə xalaya, digər böyüklərin məsləhətinə qulaq asmalıdır (“Qoca həkim” – B.Həsənov).
    Bütün bu hadisələrin fonunda artıq ümumi bir əxlaqi yanaşma formalaşır və bu mövzuda yazılan əsərləri oxuyan kiçiklər real həyatda bu cür hadisələrin qarşısının alınması istiqamətində elə kiçik yaşlarından hazır olurlar.
    Əxlaqi mövzuda yazılan hekayələrin demək olar ki, hamısında oxşar hadisələr cərəyan edir və nəticə etibarilə bu hekayələr ümumilikdə xalqımızın yüksək mənəvi dəyərləri fonunda şərh edilir.
    Beləliklə də, yeni ədəbi nəsil milli-mənəvi dəyərləri qabarıq şəkildə təsvir edərək yazdıqları hekayələrdə milli koloriti gücləndirdilər. Bu, olduqca mühüm və etinasızlıq göstərilməyəcək bir problem idi. Çünki mənəvi dəyərlər ruhunda formalaşan uşaqlar zaman keçdikcə bu dəyərləri hər şeydən üstün tutaraq millətin genefondunu müəyyənləşdirir və xalqımızın mentalitetini yaşadırlar. Heç təsadüfi deyildir ki, yüzillərin sınağından çıxmış milli adət-ənənələrimizi, ictimai davranışın etik ölçü və mizanlarını, “insanlıq” təsəvvürlərini, abır-həya duyğusunu, birgə yaşayışımızın qədim və sabit formaları kimi kənd və şəhər mühitini – milli müəyyənliyimizin bu mənəvi və maddi təsisatları 70-80-ci illərin uşaq nəsrində həmişə müəllif fikrinin diqqət mərkəzində olmuşdur. Ona görə də bu işdə uşaq yazarlarının qarşısına çox məsuliyyətli vəzifə qoyulurdu. Milli-mənəvi dəyərlər mövzusu hər bir yazarın yaradıcılığında prioritet olsa da, bu məsələ fərqli düşüncə tərzi etibarilə müxtəlif prizmalardan işlənmişdir. Bəziləri (Ə.Səmədli, Ə.Babayeva, İ.Hümmətov) dəyərləri sırf xalq ədəbiyyatı ruhunda, milli maraqlar zəminində təhlil edirdisə də, bəzi yazarlar Z.Xəlil, E.Mahmudov, N.Süleymanov, Ə.Əhmədova, X.Hasilova) milli dəyərləri Qərb kontekstində müasirliklə qarşılaşdırıb sintetik variantda oxuculara təqdim edirdilər.
    Ümumiyyətlə, 70-80-ci illərin uşaq hekayələri istər tam milli, istərsə də Qərb meylli mövzuları ilə nəinki kiçik yaşlı oxucular, eyni zamanda böyüklər üçün də mühüm əhəmiyyət kəsb etdi. Bu hekayələrdə sadalanan mövzularla yanaşı, həmçinin uşaqlar üçün böyük marağa səbəb olacaq təbiət, sülh mövzuları da geniş yer almışdır. “Meşə bütün fəsillərdə gözəldir”, “Bahar nəğməsi” (Ə.Əhmədova), “Püstə ağası” (M.İbrahimbəyov), “Ana quşun yuxusu” (N.Süleymanov), “Koroğlu olmağın sirri” (R.Yusifoğlu), “Dovşanlar özlərinə necə ad qazandılar”, “Gürşad yağış”, “Bənövşə” (Ə.Səmədli) və başqa hekayələr bu qəbildəndir. Bu hekayələr təbiət gözəlliklərini uşaqlara sevdirmək, ağaclar, quşlar, heyvanlar haqqında poetik bir dillə danışmaq həm kiçik yaşlı oxucuların dünyagörüşlərinin genişlənməsi, həm də onların estetik zövqlərinin inkişafı baxımından misilsiz örnəklərdir.
    70-80-ci illərin hekayələrindən söhbət açarkən qeyd etməliyik ki, bu hekayələr sayəsində müasir uşaq nəsrimiz zəngin ənənələr zəminində inkişaf edib, yeni-yeni, orjinal əsərlərlə zənginləşirdi. Maraqlı cəhətlərdən biri də budur ki, bu hekayələrin mövzusu və problematikası zahiri təsvir, bəsit örnəklərlə deyil, real həyat hadisələri fonunda yazıldığı üçün buradakı ideyalar hər dövr üçün aktual olaraq qalır. Ümumbəşəri ideyaların daşıyıcısı olan bu hekayələr artıq neçə on illər keçməsinə baxmayaraq hələ də kiçik yaşlı oxucular tərəfindən sevilir və oxunur.
    Bu və ya digər hekayələr, sözün geniş mənasında 70-80-ci illərin ədəbi örnəkləri olmaqla yanaşı, mövzusu real həyatdan ustalıqla əxz olunmuş tipik hadisə və tipik insan taleləri fonunda ictimai həyatın müxtəlif tərəfləri satirik, lirik-psixoloji tərzdə təcəssüm etdirilir və xalq məişətinin geniş mənzərəsi verilirdi. Parodik, dramatik, lirik-psixoloji, daha tez-tez isə fəlsəfi ünsürlərlə zəngin olan bu əsərlər artıq uşaq nəsrinin yeni kamil yazarlarının yetişdiyini təsdiq edirdi.

    ƏDƏBİYYAT

    1.Məmmədov C. Kiçik janrın böyük imkanları. – «Ulduz»jurnalı №5, 1983. –səh. 50
    2.Məmmədov R. Müasir uşaq nəsrində təlim-tərbiyə məsələləri. – Dil və ədəbiyyat/Beynəlxalq elmi-nəzəri jurnal 1(67), 2009. – səh. 196
    3.Məmmədov R. Şair yaradıcılığında nəsr pilləsi. – «Kredo»qəzeti, 24 aprel 2007
    4.Qarayev Y. Meyar – şəxsiyyətdir. – Bakı: «Yazıçı», 1988. – səh. 149-155
    5. Babayeva Ə. Yaradıcılıqda güzəştə yer yoxdur. – «Azərbaycan»jurnalı №5, 1976. – səh. 205
    6. Əlişanoğlu Т. Azərbaycanın yeni nəsri. – Bakı, 1999
    7. Həsənli B. Azərbaycan uşaq ədəbiyyatı. – Bakı: Müəllim, 2008
    8. Rafiq Yusifoğlu Uşaq ədəbiyyatı. Ali və orta ixtisas məktəblərinin tələbələri üçün dərslik. – Bakı: Şirvannəşr, 2006

    РЕЗЮМЕ
    Р.М.Мамедов
    ЖАНР РАССКАЗА В СОВРЕМЕННЫХ
    ДЕТСКИХ РАССКАЗАХ (1970-80)
    Ключевые слова: детская литература, рассказ, обучение-воспитание, национально – духовные ценности, фантастика

    В данной статье исследуются жанр рассказа в современной Азербайджанской детской прозе 1970-80-х годов и анализируется его стадии развития.

    SUMMARY
    R.M.Memmedov
    THE GENRE STORY OF MODERN CHILDREN’S LITERATURE (1970-80)
    Key words: children’s literature, story, training – education, national – spiritual treasures, romantic fiction
    In this article the influence the genre story of Azerbaijan children’s literature in 1970-80, analysis growth stages of this prose in – story, tale, literary story.

  • Rövşən MƏMMƏDOV.”Azərbaycan uşaq nəsrində Div surəti” (Məqalə)

    262573_160980487313494_4010249_n

    RÖVŞƏN MƏMMƏDOV
    SDU-nun müəllimi, dissertant

    Hələ qədim dövrlərdə ibtidai insanlar obyektiv aləmdə baş verən müxtəlif hadisələrlə qarşılaşdıqları zaman təbii bir maraqla onun necə və haradan qaynaqlandığını öyrənmək istəmişdir. Lakin təbiət hadisələrinin elmi qanunauyğunluqlarını dərk etmədikləri üçün onlar haqqında bəsit şəkildə rəvayətlər, əfsanələr yaratmışlar. Beləliklə də, ilkin miflər yaranmağa başlamışdır. Bəşər tarixinin ilk dövrlərində yaranan bu miflər hər bir xalqın ədəbiyyat və incəsənətinin təməlinə çevrilmişdir. Mifin (yaxud mifik zamanın) qurtardığı, bitdiyi yerdən tarix başlayır. Lakin mifoloji görüşlərsiz heç bir xalqın qədim tarixi və mədəniyyəti yoxdur. Ona görə ki ilk dini təsəvvürlər və arxaik mədəniyyətlərin hamısı mənbəyini mifoloji təsəvvürlərdən alır. Ümumiyyətlə, mifologiyaya, onun mənbələrinə zaman və məkan rakursunda fərqli və daha dərin münasibət, elmi-metodoloji yanaşma təxminən son iki yüz ilin Avropa fəlsəfi-düşüncə sisteminə öz damğasını vurmuşdur. Hətta XIX əsr alman “mifoloji məktəb”in banisi Fridrix Şellinq “Transsendental idealizm sistemi” əsərində iddia edirdi ki, “millət öz əfsanələri ilə doğulur. Kollektiv fəlsəfənin ifadəsi olan düşüncə birliyi xalq əfsanələrində yaşayır və beləcə mifologiya millətin taleyini yaradır”.[1, 133]
    İnsanların yaratdığı bu bəsit örnəklər zaman-zaman ayrı-ayrı xalqların öz foklorunun, milli-mənəvi dəyərlərinin formalaşmasına zəmin yaratdı. Çağdaş dövrümüzə qədər gəlib çatan əfsanələr, rəvayətlər, nağıllar, dastanlar bunun bariz örnəyidir.
    Ümumiyyətlə, şifahi xalq yaradıcılığının elə bir forması yoxdur ki, miflərdən qaynaqlanmasın. Atalar sözündən tutmuş çoxşaxəli süjetə malik eposlaradək hər bir folklor nümunəsini diqqətlə araşdırsaq və əski kitablardan (məsələn, “Avesta”, “Dədə Qorqud”) bizə məlum olan görüş sistemlərinin süzgəcindən keçirsək, Azərbaycan türklərinin mifoloji modelləri haqqında tam təsəvvürə malik olarıq.
    Miflərimizi özündə əks etdirib yaşadan “Kitabi-Dədə Qorqud” oğuznamələri ən gərəkli mənbədir. Həm ilkin türk təsəvvürləri, həm də Qafqaz mühitində formalaşıb yunan mifologiyasını belə qidalandıran ən arxaik görüşlər onun içərisində sintez edilir.
    Ümumilikdə şifahi xalq ədəbiyyatının, yəni folklorun yaranması yazılı ədəbiyyatın bir növ bazasına çevrildi. Şair və yazarlar öz əsərlərində mifologiyadan, daha dəqiq mifoloji surətlərdən mükəmməl formada istifadə etməyə başladılar.Yazılı ədəbiyyatda mövcud olan əsərlərdəki mifik qüvvələr folklor örnəklərinin – sehrli nağılların, əfsanələrin, rəvayətlərin məntiqi davamıdır. Bu tipli nağıllarda insan zəkası dəhşətli, qorxunc sehirli qüvvələrə qarşı qoyulur. Sehrli qüvvələr nə qədər güclü olsalar da, nəticə etibarilə insan ağlı hər şeyə qalib gəlir. Misal üçün, sehrli nağıllarda ən maraqlı mifik surətlər Divlərdir.
    Divlər, bir sıra fərqli mədəniyyətlərin əfsanə, folklor və mifologiyasında yer alan qeyri-adi, əfsanəvi bir varlıqdır. Ümumilikdə insan görünüşündə olub, lakin anormal böyüklükdə və çox qüvvətli təsvir edilmişdir. Cinsiyyətinə görə kişi və qadın olması güman edilir. Fərqli bölgələrin mifologiyalarında divlərin köklərinə dair fərqli inanclar vardır. Misal üçün, Divlər Hind-Avropa mifologiyalarının əksəriyyətində xaos (bir qrup ibtidai ilahi varlıq olaraq göstərilən xaos, Dünya düzənindən ya da başqa adla Kainatdan (Kosmos) öncə gəlmişdir – R.M.) ilə əlaqələndirilən Tanrılar tərəfindən lənətlənmiş bir irqdir və eybəcər bir quruluşu vardır. Əksər hallarda tanrılarla divlərin arasında güclü kin, ədavət vardır (misal üçün, Yunan mifologiyasındakı titanlar – Titanlar, yunan mifologiyasına görə əfsanəvi Qızıl dövründə dünyanı idarə etmiş güclü tanrı irqləridir – R.M.). Bəzi rəvayət və əfsanələrdə divlər insan yeyən canavarlar olaraq da təsvir edilmişlər.
    Divlərə Səmavi dinlərdə və digər əski inanclarda da bir sıra işarələr edilmişdir. Ümumilikdə təsvir eynidir: ilk insan yaradılışından əvvəl yaşamış, “Tanrı oğulları” olaraq bilinən və tanrının insan oğullarıyla əlaqəyə girən yeddi mələyindən törəmişlər. Hanok kitabına görə Nuh peyğəmbər də doğularkən adı çəkilən divlərlə eyni özəlliklərə sahib olmuşdur. Bir neçə il öncə Ərəbistanda bir qazıntı zamanı tapılan sümüklər bu şübhələri və araşdırmaları daha da dəqiqləşdirmişdir. Divlər haqqında az da olsa təhlillər və bir çox araşdırma aparılmışdır. Bir sıra xalqların miflərinə görə divlər bədəncə böyük bir insan tipidir və adi insanlar kimi yaşayırlar. Bəzi miflər (misal üçün, skandinav mifləri) isə divlərin əzazil və qəddar olduğuna həmfikirdir. Ancaq bəzi yunan mifləri isə divlərin dağlarda yaşayan və sülhsevər, insanlarınkından böyük şəhərlərə sahib bir irq olduğunu qeyd edirlər. Əfsanələrdə, nağıllarda divlərin müxtəlif növləri qeyd edilir: Ağ div, Qara div, Zili div və s.
    Qeyd etdiyimzi kimi, qədim nağıllarda, əfsanə və rəvayətlərdə Divlər hər zaman insanlarla mübarizə aparır, onları daşa döndərir, dolayı yollarla tilsimə salıb müxtəlif heyvanlara çevirir, bir sözlə, insanları özündən asılı vəziyyətə salır. Lakin insan metafizik gücə malik olan müsbət sehrli qüvvələrin yardımı ilə (sehrli xalça, sehrli üzük, dəyənək, Simurq quşu və s.), demək olar ki, hər zaman divlərə qalib gəlir. Bu sehrli qüvvələr, demək olar ki, insanların ayrılmaz “dostları”, pis ünsürlərə qarşı “amansız silah”ıdır.
    Təbiidir ki, mifoloji obrazlar yazılan əsərlərdə əsas istiqaməti təşkil edir. Yuxarıda qeyd etdiyimiz kimi, Div Azərbaycan folklorunun epik ənənəsində işlənən ən aparıcı antoqonist mifoloji obrazlardır. Nəhəng, qüvvətli, eybəcər və insanabənzər məxluqlar yeraltı aləmin sakinləri kimi göstərilirlər. Onlar “Avesta” təsəvvürlərində olduğu kimi dərin quyuların dibindəki üç otaqlı mağaralarda yaşayırlar. Yeraltı mağaralar Anqra-Manyunun yaratdığı yer qatlarına uyğun şəkildə elə qurulur ki, zəncirvari formada bir-biri ilə sıx əlaqələnə bilsin. Birinci və ikinciyə baş vurmadan birbaşa üçüncüyə, yaxud sonuncu qaranlıq aləmə keçmək mümkünsüzdür. Yalnız ilk otağın sakini – “şər sözlər”in yayıcısını aradan qaldırmaqla “şər fikirlər”in mənzilinə yol açılır, eləcə də ikincinin məhvi ilə “şər əməllər” sahibinin yanına getmək imkanı yaranır. Bu üç mərhələ keçildikdən sonra Qaranlıq, ya da İşıqlı dünyalara çıxış üçün vəsiqə əldə edilir. Burada da Ağ qoç və Qara qoç vasitəçi rolunu oynayır. Bunların hər ikisi çalışır ki, insanı öz belinə mindirib xidmət edtiyi ilahi qüvvənin ölkəsinə aparsın. Seçimlə üzləşən insan tez bir zamanda ötüb keçən qoçların ağını qarasından ayırmağı bacarmalıdır və elə bir məqam tutmalıdır ki, Ağ qoçun belinə sıçraya bilsin. Xeyir Allahı Ahura-Mazda tərəfdarlarının qaranlıq dünyada bəxtinin gətirməməsi normal haldır. İşıqlı aləmin sakini üç mağaradakı üç nəhəng divi ağlı, gücü və xeyirxahlığı ilə öldürmüşdü, ona bu işdə metafizik qüvvələr yardım etmişdi. Yeraltı dünyada isə O, təkdir, ona görə də Qara qoça rast gəlir. Bu isə atəşpərəstlik mifoloji sisteminə xas olan haldır. Bu motiv əksər nağıllarımızda özünə yer tapır və ən bariz örnəyi isə “Məlikməmməddir”. Görkəmli ədibimiz Y.V.Çəmənzəminli qeyd edirdi ki, “Məlikməmməd” nağılı başdan-ayağa zoroastriya görüşləri ilə yoğrulmuşdur”. [2, 45]
    Mifoloji mətnin nüvəsində “Avesta”dakı Yim haqqındakı mifin bəzi detalları dayanır. İnsanın qocalığa və ölümə qarşı mübarizəsinin bünövrəsi ilkin görüşlərdə qoyulmuşdur. Yimin ölkəsində şər əməllər törətməyən bütün insanlar 15 yaşlı görünürdülər. Bərəkətli, müqəddəs Xeyir məkanında Naara ağacı yetişirdi, onun meyvələrini yeyən qocalar cavanlaşıb 15 yaşa çatırdı. Məhz Anqra-Manyunun nəhəng divləri gəlib bu almaları oğurlamaqla “qaranlıq dünya”ya aparırdı.
    Anqara-Manyu şər məxluqları insan şəklində yaradanda bir şeydən ehtiyatlanmışdı və bu səbəbdən onların canını özlərindən çox uzaqda yerləşdirmişdi. (məs. Tilsimli dağ, şüşə içində olan quşun və yaxud dovşanın ürəyində, yumurtada və s.) Lakin qəhrəman insan divin canını çətinliklə olsa da, taparaq (qeyd etdiyimiz kimi, metafizik qüvvələrin yardımı ilə) onu məhv edir. Bəzi alimlər qeyd edir ki, bu bütpərəstlik dövrünün təsəvvürləridir. Çünki büt-Tanrıların da ruhu hər zaman başqa yerdə göstərilir. Təsadüfi deyildir ki, “Avesta”dakı divlər əvvəlki inancların büt-tanrıları kimi xatırlanır və onların ancaq şərə xidmət etdiyi ona görə geniş vurğulanır ki, insanlar köhnə dinlərdən əl çəkib Ahra-Mazdanın ətrafında birləşsinlər. Bu mənada “Avesta”nın “Vəndidad” hissəsi “Divlər əleyhinə qanun” adlanır:
    Qüdrətli Yimanın səltənətində
    Nə şaxta vardı, nə bərk istilər.
    Nə divlər yaradan xəstəlik vardı,
    Nə divlər gətirən amansız ölüm.
    Göründüyü kimi hələ qədim zamanlarda belə divlər öz radikallığı ilə seçilir, hər zaman insanlara və cəmiyyətə qənim kəsilir. Daha sonralar bir sıra şair və mütəfəkkirlər folklor motivlərindən istifadə etməklə div obrazını yazdıqları əsərlərə daxil etdilər. Belə ki dahi şairimiz N.Gəncəvi “Yeddi gözəl” poemasında div obrazını yaratmaqla xeyirlə şərin mübarizəsini mükəmməl təsvir etmişdir. Burada qara geyimli hind qızının danışdığı nağılda xalq ədəbiyyatı motivlərindən istifadə edilmiş, div obrazı şər qüvvə kimi əsərdə öz yerini tapmışdır: “…Div əlində əsir olan gözəl qadın divdən xilas olur, xeyir mələyə qovuşur. Bişrin qəhrəmanlığı, ucalığı onun insanlığında, gözütoxluğunda, insana inamımdadır”. [3, 169]
    Ümumiyyətlə, el ədəbiyyatı və folklor uşaq nəsri ilə məşğul olan yazarları hər zaman düşündürmüşdür. Qeyd etməliyik ki, Azərbaycan uşaq nəsrində folklordan bəhrələnmə hərtərəfli və ardıcıl olmuşdur. XIX əsrin sonu XX əsrin əvvəllərində folklor örnəklərinin toplanması, nəşri və tədqiqi sahəsində canlanma başlandı. İstər rusdilli, istərsə də milli mətbuatda Azərbaycan folklorunun müxtəlif janrlarına dair bir sıra nümunələr çap edilirdi. Bir mühüm faktor da özəlliklə diqqəti cəlb edirdi ki, bu illərdə folklor örnəklərinin toplanmasında “həm də məqsəd və sistem aydınlığı gözə çarpmaqda idi”. [4, 45 Beləliklə də, yaranan əsərlərdə folklor örnəkləri, özəlliklə mifoloji xarakterlər daha çox nəzərə çarpmağa başladı. S.Əbdürrəhmanbəyov, S.M.Qənizadə, Y.V.Çəmənzəminli, S.S.Axundov, F.Köçərli, K.İsmayılov və başqaları kiçik yaşlı oxucular üçün yazdıqları hekayələrdə sehirli nağıllarda olan bütün özəllikləri sadə və anlaşıqlı bir dildə oxuculara çatdırırdılar.
    XX əsrin əvvəllərindən başlanan bu “hərəkat” zaman keçdikcə uşaq nəsri ilə məşğul olan yeni, gənc yazarların əsərləri ilə daha da inkişaf edib zənginləşdi. Çağdaş uşaq nəsrimizdə N.Süleymanov, E.Mahmudov, N.Abdullayev, Ə.Əhmədova, Z.Xəlil, Ə.Səmədli və başqa yazarlar xalq ədəbiyyatından, folklor örnəklərindən yaradıcı şəkildə bəhrələnməklə yazdıqları əsərlərdəki milli koloriti xeyli artırdılar. Əsərlərdəki başlıca ideya mənfi-şər qüvvələrə, vəhşiliyə, uşaq təfəkküründə iz qoyan ictimai eybəcərliklərə qarşı daimi mübarizədir.
    Mövzu problematika baxımından oxşar olsa da, hər bir yazar yuxarıda sadalanan problemlərə müxtəlif prizmalardan yanaşırlar. Məsələn, Əli Səmədlinin hekayə və povestlərində divlər daha qədim dövrlərdə, sırf mifoloji obraz kimi verilirsə, Zahid Xəlil uşaq aləmindəki keçmişi, bu günü və gələcəyi təsvir edir. Keçmişdə insanlara zülm edən qorxunc Ağ div uşaqlarla bərabər bu günə və gələcəyə gəlir. Lakin bu gün o, artıq gücsüzdür, zəifdir, hətta kiçik uşaqların güılüş obyektinə çevrilir. O, burada heç kimə hökm edə bilmir, keçmişdə insanları saldığı tilsim gələcəkdə mənasız, boş bir “hava”ya çevrilir, yeganə arzusu isə keçmişə dönüb güclənmək və insanları yenidən öz əsarəti altında saxlamaqdır. Gələcəkdə isə o, muzeyin vitrinində kiçik bir eksponata çevrilmişdir. Beləliklə, Zahid Xəlil konkret həyat hadisələrini uşaq dilinə çevirərək məhz uşaqların əli ilə qorxunc Ağ divi məğlub edir. Ə.Səmədlinin “Sehrli xalça” povestində isə ədib daha çox ədəbi nağıla üstünlük verərək ənənəvi sehirli nağıl yolu ilə insanları Divin, küpəgirən qarının əlindən xilas edir. Burada insanların keçmişdə xəyal etdikləri uçmaq arzusu nənənin toxuduğu sehirli xalçanın köməyi ilə Əhməd, Səlim, Kərim Sim-Sim padşahının qızı Şahanəni və Divin bəlasına düçar olmuş insanları tilsimli mağaradan xilas edir. Emin Mahmudovun qəhrəmanı Naroğlan isə (“Naroğlan, yaxud tilsimli dağın fatehi” – E.Mahmudov) qara Divə qalib gələrək Sədyar şahın qızıl kəmərini geri qaytarır və dostu Dürdanəni xilas edir. Göründüyü kimi, istər Ağ div, istərsə də Qara div gənc insanların ağlı qarşısında acizdir, hər zaman onların qarşısında tab gətirə bilmir. Əsərlərdəki bu motivlər uşaqlar üçün gözəl örnək olur, onlarda mənfi surətlərə qarşı adekvat münasibət oyanır.
    Bütün bu sadalananlar göstərir ki, folklorumuzun üfüqləri çox genişdir. Bu genişliklə xalqımızın mifoloji düşüncə sistemində əski inancların, mifik təsəvvürlərin kökünü araşdırmaq, yerini müəyyənləşdirmək olduqca vacibdir. Ömrünün son beş ilini kiçik oxuculara həsr edən görkəmli yazıçı-dramaturqumuz İ.Əfəndiyev yazırdı: “Uşaq vaхtı eşitdiyim nağıllar, əfsanələr uzun illər boyunca həmişə mənimlə olmuşdur və qəribədir, illər keçdikcə də elə bil ki, onlar mənim üçün yeni boyalar, çalarlar əldə etmişdir. Sonralar məlum olmuşdur ki, mənim uşaq təfəkkürümü tamam sehrli bir aləmə çəkib aparan həmin əhvalatların bir qismi Azərbaycan nağıllarından, hətta «Min bir gecə»dən gəlir, bir qismi dastanlarımızdan, əsatirlərimizdən, qədim inam və ayinlərimizdən, bir qismi də hədislərdən, dini şərhlərdən gəlir. Onların bəzisini qələmə alarkən mən ilkin mənbələri yoх, öz yaddaşımı, hisslərimi əsas götürmüşəm”. [5, 10] “Хan qızı Gülsənubərlə tarzən Sadıqcanın nağılı”, “Qaçaq Süleymanın ölümü” povestləri, “Yusif və Esfir”, “Vəzir Allahverdi хan və Bəhlul Danəndə”, “Həyatın əbədi ahəngi”, “Abidin yuхusu”, “Sağsağan”, “İsa-Musa” kimi əsərlərlə tanış olduqdan sonra yazıçının dediklərinin bir daha şahidi oluruq.
    Yazılan bu əsərlər lap kiçik yaşlardan uşaqları fantastik, qeyri-adi, sehirli aləmlə tanış edir, həyatın romantikasını duymaqla önəmli bədii vasitəyə çevrilir. Məhz bu keyfiyyətlərinə görə Azərbaycan şifahi xalq ədəbiyyatı yazarlarımız üçün daim tükənməz mənbə olmuş, uşaq ədəbiyyatının yaranmasında onlara zəngin və çeşidli mövzular vermişdir. Uşaqlar bu əsərlərin köməyi ilə təbiət təsvirini, heyvanlar aləmini, xüsusilə də milli-mifoloji düşüncə tərzini mənimsəyirlər. Gənc nəslə yüksək əxlaqi dəyərlər aşılamaqda zəngin folklorumuzun müstəsna rolunu dahi şairimiz S.Vurğun gözəl ifadə etmişdir:
    “Uşaqlarımız üçün romantik əsərlər yaratmaqdan ötrü ən gözəl mənbələr bizim nağıllarımız və əfsanələrimizdir. Biz bu əfsanə və nağıllar aləmində işıqla qaranlığın, xeyirlə şərin, doğma ilə yadın, düzlüklə əyriliyin mübarizəsini duyuruq”.
    Dahi şairimizin ifadə etdiyi bu fikir el ədəbiyyatı və folklorun kiçik yaşlı oxucular üçün nə dərəcədə önəmli olduğunu bir daha gözlər önünə gətirir. Folklor örnəklərinin çağdaş uşaq nəsrimizin ayrılmaz bir hissəsinə çevrilməsi, gənc nəslin bunları oxuyaraq gündəlik həyatımızda ədalətsizliyin hər cür təzahürünə qarşı mübariz olmaları onların gələcək inkişafına olduqca müsbət təsir göstərir. Həyat inkişaf etdikcə, müasir qlobal, mədəni inteqrasiya tendensiyasının əhatə dairəsi genişlənərək təsir miqyası dərinləşdikcə bu nəsr əsərlərinin bədii gücü, aktuallığı və sənət dəyəri artır.

    ƏDƏBİYYAT
    1.Ширер У. Взлет и падение третьего рейха\ в 2-х томах. – том 1 (пер. с анг.). – Москва: Воениздат, 1991
    2.Çəmənzəminli Y.V. Azərbaycan nağıllarının əhval-ruhiyyəsi\əsərləri. II cild. – Bakı: Elm, 1977
    3.Səfərli Ə., Yusifli X. Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı. – Bakı: Ozan, 1998 4.Əfəndiyev P. Azərbaycan şifahi xalq ədəbiyyatı. – Bakı: Maarif, 1981
    5.Əfəndiyev İ. Sən ey böyük yaradan!. – Bakı, 1997

    Ровшан Мамедов
    Образ людаеда в детских рассказах
    РЕЗЮМЕ
    В данной статье исследуются миф и мифология, образ людаеда. Рассказывается о людаеде как негативный образ на человеческой жизни (Китаби-Деде-Коркут, Авеста и ткд.) и анализируется его стадии развития.

    Rovshen Memmedov
    Ogre copy in the Azerbaijan child prose
    SUMMARY
    It is talked about myths and mythology in the article, the biggest mythic image is given wide information about ogres counted. Ogres in ancient inscription (Kitabi-Dede Korkut, Avesta etc book)s, about danger procreate in the what degree to man life, analysises are carried out their about role in child literature of the ogre image in our modern time.

  • “Düşünən İnsan” jurnalının növbəti buraxılışı işıq üzü gördü

    1415437777_dusuneninsan

    Düşünən İnsan jurnalı hər ay 3000 tirajla 2011-ci ildən nəşr edilir. Artıq jurnalın 35 sayı dərc edilib. Jurnalın məqalələri hamının rahat şəkildə anlayacağı elmi-populyar, mədəni-mənəvi və dini mövzular arasından seçilir. Düşünən İnsan jurnalı standart elmi bilgiləri və disputları oxuculara çatdıran və vaxt keçdikcə köhnələn adi jurnallardan deyil. Düşünən İnsan jurnalındakı məlumatlar heç bir zaman aktuallığını itirməyən, insan həyatına istiqamət verən mövzuları əhatə edir. Bu jurnal insanın dərin düşünməsinə, yaradılış məqsədinə uyğun yaşamasına səbəb olacaq məqalələri əhatə edir.
    Jurnalda bir sıra rubrikalar mövcuddur. Bunlara misal olaraq elmi-texniki xəbərlər, İslam dünyasında keçən ay, bir ayə bir açıqlama, elm, Quran və mənəviyyat və s. göstərmək olar.

  • Sadiq SALEH.Qəzəl

    10754872_1513798758877123_2004902654_n

    Eşqindən edir aşiqə mə`şuq cəfani
    Eşq əhli olan lütf bilər dərdü bəlani.

    Daim bizi nurunla işıqlandırib ey məh,
    Məhrum elə nurundan özün əhli riyani

    Yersiz deyil aşiqlərə cövr eyləsə canan,
    Səbriylə müəyyən eləyir əhli vəfani

    Vəsl isə muradin qəmi-hicranə döz ey dil,
    Hicranə dözənlər görəcək zövqü sefani.

    Ya Rəbbi özün rəhmin ilə Salehə lütf et
    Görsün,ne qədər var nəfəsi Kerbü bəlani…

  • Gülten ERTÜRK.”Atam diye inliyor ülkemin dört bir yanı” (Yeni şiir)

    1899168_10152195435946506_1744398885_n

    Mevsim gazel mevsimi yürekler yine hazan
    Özlemdeyiz, ey Türk’ün kem talihini bozan
    Yalnız On Kasım değil sana duyulan minnet
    Sabah akşam duada kadın, erkek, kız, kızan

    Dallar boyun büküyor güllerin rengi sarı
    Bülbül gülü unuttu bugün farklıdır zarı
    Baştanbaşa sen varsın yurdun ufuklarında
    Muğla’da çökertmesin Artvin’de ata barı

    Bağımsızlık adına yanar yaktığın ateş
    Yedi düşmanın başı olamadı sana eş
    Muasır medeniyet senden bize emanet
    Bakışları okyanus saçları sarı güneş

    Atam diye inliyor ülkemin dört bir yanı
    El ele kenetlenmiş Kırklareli’si Van’ı
    Gençliğin sahip çıkar birinci görevine
    Ey yüzyılın lideri ey Türk’ün asil kanı

  • Harika UFUK.”ATATÜRK” (Yeni şiir)

    10153870_10152548834387998_5870849321907249559_n

    Sevgimiz bütündür, asla bölünmez,
    Yüreklerde bayrak, bizde Atatürk!
    Ölümsüzdür içimizden silinmez,
    Yüreklerde bayrak, gözde Atatürk!

    Haykırınca dağlar taşlar çınlardı,
    Türk ulusu onu candan dinlerdi,
    Savaş meydanında düşman inlerdi,
    Yüreklerde bayrak, sözde Atatürk!

    Kemal’im ateşti, düşmanı yaktı,
    Yedi düvel ona gıptayla baktı,
    Şimşek gibi çaktı, sel gibi aktı,
    Yüreklerde bayrak, hızda Atatürk!

    Mavi gözleriyle ummanlara eş,
    Ülkemin bahtına doğan bir güneş,
    Namerde düşmandı, yiğide kardeş,
    Yüreklerde bayrak, özde Atatürk!

    Harika bir önder, mükemmel insan,
    Vatan aşkı ile kükreyen aslan,
    Türk’ün atasıdır yüce komutan,
    Yüreklerde bayrak, izde Atatürk!

  • Harika UFUK.”CANDIR ATATÜRK” (Yeni şiir)

    10169428_10152548834207998_7118786574119356644_n (1)

    Türkoğlu Türk; anlı şanlı kahraman,
    Dünyaya örnektir, candır Atatürk.
    Namerde, düşmana dileten aman,
    Tarihe vurulan sandır Atatürk.

    Ordular Akdeniz hedef ileri!
    İnancıyla güçlendiren neferi,
    Gözümüzün nuru, ışığı, feri,
    Damarda dolaşan kandır Atatürk.

    Vatan, millet, bayrak, barış âşığı,
    İstiklâl, hürriyet, irfan eşiği,
    Aydın Türkiye’nin ilim ışığı,
    Güneşin doğduğu tandır Atatürk.

    Biz ölürken vatan-millet yolunda,
    Gülümseriz Azrail’in kolunda,
    Sağında bir melek bir de solunda,
    En aziz, en kutlu yandır Atatürk.

    Kanuni Süleyman, Fatih ve Yavuz,
    Türkmen boyu, Oğuz, Uygur, Gagavuz,
    Harika der: Büyük önder, kılavuz,
    Türklüğün bayrağı, şandır Atatürk.

  • Mayisə ƏSƏDULLAQIZI.”Məni məndən alarmısan?…” (Yeni şeir)

    1533150_672733326111760_899121006_n

    Həzin bir yalvarış kimi,
    Qəfil yağan yağış kimi,
    Bəxtə düşən naxış kimi,
    Sevgi dolu baxış kimi,
    Hisslərimi duyarmısan?
    Məni məndən alarmısan?
    Ürəyimdə qalarmısan?..

    Susuz quraqlıqdan sonra,
    Leysan yağışlardan sonra,
    Uzun ayrılıqdan sonra,
    Tellərimi tumarlayıb,
    Gözlərimi yumarmısan?
    Məni məndən alarmısan?
    Ürəyimdə qalarmısan?..

    Söz də çəkilər vaxtına,
    Kimlər oturdu taxtına?
    Yəqin yazılıb baxtına,
    Şehli söyüdlər altında,
    Busəmə bal qatarmısan?
    Məni məndən alarmısan?
    Ürəyimdə qalarmısan?..

    Xəyal dəryasında gəmim,
    Bir gün itər dərdi-qəmim,
    Yenə gələr sevgi dəmim!!
    Bu dünyadan qopub gülüm,
    Qollarımda uyarmısan?
    Məni məndən alarmısan?!.
    Ürəyimdə qalarmısan?……

  • Qiymət MƏHƏRRƏMLİ.”Biz gəldi-gedərik” (Yeni şeir)

    546484_3506007428380_1341843155_n1

    Dünya gəldi-gedər, düşünsək əgər,
    Təmiz ad, təmiz söz qalandı yadda.
    Yaxşılıq – qiyməti bilinməyən zər,
    Bütün dünya yaşar bir təmiz adda.

    Kimdir tutub duran axı dünyanı,
    İnsan gəlib-gedər milyonlar sanı.
    Qızıldan, ziynətdən geysək də donu,
    İçimiz dəyişmir içdəki qatda…

    Yaradan yaradıb hərəni bir cür,
    Ümmanı başqa cür, zərrəni bir cür.
    Sözü bir cür deyib, kəlməni bir cür,
    Ömrü başa vurruq bir yatayatda!

    Boz qarğa nə bilir xoş avaz nədir,
    Yaz günü qar nədir, qışda yaz nədir.
    Şeir nə, sənət nə, ya almaz nədir,
    İstəsən ən uca zirvəyə çat da!

    Bir xoş söz bəs edər var olmaq üçün,
    Təşnə könüllərə yar olmaq üçün.
    Çağlayıb-çağlayıb durulmaq üçün,
    Bir bulaq qaynayır hər kiçik çatda!

    Kimlər söz gəzdirir, kimlər söz qanır,
    Kimlər korun-korun içindən yanır.
    Qiymət hər insanı gözündən tanır, –
    Əfilər bəslənir yenə əl altda!

  • Təranə ŞƏMS.”Bayrağım” (Yeni şeir)

    1394111443_1378745_1401638060069638_1083618525_n

    Dalğalan bayrağım, gözlər önündə
    Qan uddur düşmənə silah əlində.
    Bayrağım görün sən,gözəl biçimdə,
    Dalğalan bayrağım, bir daha enmə!!!

    Yüksəliş səninsə, sevinc bizimdir,
    Qürurla duruşun, bütöv elindir.
    Millətin Türkdüsə, İslam dinindir,
    Dalğalan bayrağım bir daha ENMƏ!!!

    Qırmızı tökdüyün Şəhid qanındır
    Bu adın önündə ucalığındır!
    Mavi rəngin isə TÜRK sorağındır,
    Yaşılın İslama bağlanmağındır

    Ucal sən, bayrağım, ucal sən Ucal!
    Soy kökün dərindir, gəl yadına sal,
    Qartal tək vüqarla zirvələrdə qal.
    Dalğalan bayrağım, bir daha ENMƏ!!!

    09.11.2014.

  • Şəfa VƏLİYEVA.”Səninlə mənim toyuma” (Yeni şeir)

    sefa1-450x300

    Hərdən yuxum sürgün olur,
    Üz tutur sənin qoynuna.
    Gah da qəfil yolu düşür,
    “Səninlə mənim toyuma”.

    Yeyir, içir, sağlıq deyir,
    Utanmayıb oynayır da.
    Hamını özütək bilir,
    “Sən”li, “mən”li bu dünyada.

    Eh…bezdirir çoxunu,
    Arzumu gizləməliyəm.
    İnsaf et, qaytar yuxumu,
    Səhər işə getməliyəm.

  • Şəfa EYVAZQIZI.”Sevgi” (Yeni şeir)

    1380827_707215725989395_1620152348_n

    Sevgi elə belə olmur ki?!
    Sevginin gülən gözləri olur.
    Sevgi sən görən deyil ki?!
    Sevginin bapbalaca əlləri olur.

    Sevgi elə belə olmur ki?!
    Sevginin dadı var, şirin bal kimi.
    Sevgi sən görən deyil ki?!
    Sevginin qəlbi olur körpə quş kimi.

    Sevgi elə belə olmur ki?!
    Sevgi ayaq tutub evdə də gəzir.
    Sevgi sən görən deyil ki?!
    Sevgi hərdən şıltaqlıq edir.

    Sevgi elə belə olmur ki?!
    Sevginin dili var, danışa bilir.
    Sevgi sən görən deyil ki?!
    Sevgi ata deyir, ana söyləyir…
    Sevgi elə belə olmur ki!

  • Azərbaycan və Türkiyənin ortaq hədəfi:21-ci əsrin layihəsi TANAP

    10518868_1432712770345976_1429854027_n

    Azərbaycanlı dövlət nümayəndələri tərəfindən bu əsrin layihəsi kimi adlandırılan Trans Anadolu qaz boru kəməri xətti layihəsi türk icitmaiyyətində layiq olduğu qədər yer tuta bilmədi, lakin mövzuya hakim olan çevrələrdə çox böyük bir həyəcan yaratdı. Qısası, Azərbaycan və Orta Asiyanın Xəzər sahilində mövcud olan təbii qaz ehtiyatlarının Anadolu üzərindən, Türkiyənin də alıcı olduğu bir sistemlə Avropaya çatdırılmasını vacib bilən bu layihənin üzərində önümüzdəki illlərdə çox danışılacaq. Əslində bu layihə Türkiyə ilə Azərbaycan arasında hazırlanılması planlanan Cənubi Qaz Dəhlizi Layihəsinin ilk addımıdır. Bu halı ilə də yaxın və uzaq ərazilərin tarazlığını təməlindən sarsıdacaq gücdə bir çox dəyişikliyə səbəb olacağı düşünülən bu layihələr tam həyata keçəndə bölgəyə köklü şəkildə təsir edəcək xüsusiyyətlərə malikdir.

    Hazırkı təbii qaz ehtiyacının mühüm bir bölümünü şimal qonşusu Rusiyadan təchiz edən Türkiyə, bu təchizat modelini çoxaldacağı, məbləğini azaldacağı və daha da vacibi, təchizat zənciri içində söz sahibi olacağı bir yeni layihədə olmağın haqlı qürurunu yaşayır. Azərbaycan və Türkiyə arasında sentyabr ayında Bakıda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliev və Türkiyə Respublikasının Baş Naziri cənab Əhməd Davudoğlu imzaladıqları bu layihə müqaviləsi əslində daha əvvəldən hazırlanmış, maliyyəsi təmin edilmiş və həyata keçirilməsinə qarşılıqlı olaraq çox önəm verilən böyük bir layihədir.

    Azərbaycanın Xəzər sahilində mövcud olan təbii qaz ehtiyatlarının Türkiyə üzərindən Avropaya çatması hədəfi yalnız Azərbaycana və Türkiyəni maraqlandıran bir vəziyyət deyil. Təbii ki, Türkiyə təbii qaz təchizatını çoxaltmaq, Rusiyadan olan asılılığını azaltmaq niyyətindədir, lakin bu vəziyyətə bəlkə Türkiyədən daha çox ehtiyacı olan ölkələr də var…Bunlar, təbii ki, layihələr ilə sona çatanda Rusiyadan asılıqları azalacaq Avropa ölkələridir…

    Təbii qaz satın almaqda iqtisadi bir problem yaşamasalar da, Avropa ölkələri təbii qazı xarici münasibətlərində mühüm bir fürsət olaraq istifadə etməkdən çəkinməyən Rusiyaya alternativ bir qüvvəni dəstəkləyirlər… Həm Türkiyə, həm də Avropa üçün mühüm bir yerə sahib olan TANAP Cənubi Qaz Dəhlizi içərisində yer alır. Cənubi Qaz Dəhlizi layihəsi isə Xəzər bölgəsi, Orta Asiya və Yaxın Şərqdəki təbii qaz mənbələrini Avropaya çatıdırmaqda təchizat müxtəlifliyini hədəf alır. Türkiyə və Azərbaycan dəhlizin Türkiyə qolu ilə bağlı TANAP üzərində razılaşdı. TANAP 2 min kilometr uzunluğunda bir boru xəttinin inşa edilməsi və 32 milyard kub metr həcmdə təbii qazın daşınmasını planlayır. Layihə çərçivəsində 2018-ci ildə Türkiyəyə 6 milyard kub metr qaz çatmış olacaq. Hədəf 2019-cu ildən etibarən eyni yoldan Avropaya 10 milyard kub metr qaz çatdırılmasıdır.

    Bu təbii qaz dəhlizinin ən mühüm xüsusiyyətlərindən biri də digər boru xətlərinin əksinə, tamamilə Türkiyə kimi etibarlı bir ərazi üzərində olmasıdır. Həmçinin həm Azərbaycan, həm də Türkiyə bu layihənin təxminən 18 milyard dollarlıq bir maliyyəsini rahatlıqla qarşılaya biləcək gücdədirlər. İki ölkənin iqtisadi və mədəni inteqrasiyasının hər ötən gün daha da artması bu layihənin gerçəkləşməsinə olan inancı artıran səbəblərdən biridir. Bir neçə on il əvvələ qədər Ermənistanın iqtisadi səviyyəsində olan Azərbaycan artıq çox fərqli bir ölkə və meydana gələn sərmayə toplanması ilə xüsusilə də Türkiyədə PETKİM kimi çox böyük investisiyaya malikdir.
    Bu layihənin Türkiyə üçün başqa bir əhəmiyyəti sadəcə Azərbaycanın deyil, Xəzər sahilində ehtiyatları olan digər bölgə ölkələrinin də bu layihəyə qoşulmalarıdır. Bölgənin digər mühüm ölkəsi İran da bu layihəyə isti baxır.

    Lakin indi bu, sıxıntılı bir mərhələ keçirən cənub qonşumuz İraq Kürdüstan bölgə hökumətinə aid ehtiyatların, inteqrasiyanın və TANAP layihəsinin gücünü daha da artıracaq. Bu həqiqətən qan və göz yaşı ilə xatırlanan bölgənin rifahı və Türkiyə ilə siyasi və iqtisadi inteqrasiyasını sürətləndirəcək qədər həyati bir addım olacaq.

    Türkiyə öncüllüyündə meydana gətiriləcək bu həyəcanverici xətt adı keçən ölkələrin yalnız rifahını artırmaz, bu ölkələr və xalqlar arasında da sülhü və bərabərliyi gətirər. Onun üçün belə layihələrə yalnız maddi olaraq gəlir qazandıran meqa layihələr olaraq baxılmamalıdır. TANAP bu əraziyə sülh və rifahın gəlməsində mühüm bir rol oynayacaq, cəmiyyətlər arasındakı ortaq dəyərləri, birliyi və qardaşlığı təmin edəcək, inteqrasiyanı sürətləndirəcək mühüm bir addımdır.
    Türkiyə və Azərbaycanın, tək millət, iki dövlət anlayışının ən konkret addımı bəlkə də bu layihə olacaq.

    Adnan Oktar’ın Arabian Gazette’də nəşr olunan məqaləsi:

    http://www.arabiangazette.com/azerbaijan-turkeys-shared-dream-tanap-project-21st-century/
    http://www.harunyahya.org/tr/Makaleler/193296/

  • Qafqaz ƏVƏZOĞLU.”“Doğma yurd-yuva həsrəti” silsiləsindən”

    Qafqaz Əvəzoğlu

    YADIMA DÜŞÜBDÜ

    Yurd-yuvamda keçirtdiyim hər günüm,
    Ötüşən il, ay yadıma düşübdü!
    Bir səs olcaq ayağından başacan,
    Kəndə düşən hay yadıma düşübdü!

    İşdən-gücdən yorğun-arğın qayıdıb,
    Dincələrdik körpələri oynadıb.
    Qapımızda samavarı qaynadıb,
    Dəmlədiyim çay yadıma düşübdü!

    Neçə vaxtdı bir dərd əyib qəddimi,
    Bölə bilmir köhnə qonşum dərdimi.
    Düşünürəm viran qalan kəndimi,
    Başdan-başa tey yadıma düşübdü!

    Demə orda yaşamışıq bəy kimi,
    İndi burda dolaşırıq səy kimi…
    El yığışıb götürdüyü toy kimi,
    Qapımdakı vay yadıma düşübdü!

    Ov etdiyim dərələrdə hənirti,
    Kol dibindən qopartdığım göyərti,
    Hərlədiyim yeddi nömür kərənti,
    Qatladığım lay yadıma düşübdü!

    Yad dolanır ta “Hərtiz”i, “Səngər”i,
    Hardan alım Qoç Nəbini, Həcəri?!
    Göz yaşımdı Bərgüşadla Həkəri,
    Baş vurduğum çay yadıma düşübdü!

    Kəndimizdə “toybaşı”ydı üç nəfər,
    Həsənalı, Həsənqərə, Qəzənfər…
    Qara zurna nazlanardı bəxtəvər,
    O “Yallı”lı toy yadıma düşübdü!

    Gül açmadı ta Qafqazın dediyi,
    Zəhər oldu neçə vaxtdı yediyi…
    Qonşuların qonşulara verdiyi,
    Göndərdiyi pay yadıma düşübdü!!

    2005.

    SORUŞ

    = Bir nəfər yerli “şair” biz qaçqınlara xitabən mənə: Eh,
    sizin nə dərdiniz var e, bütün kommunal – işıq,
    qaz, su və s. xərclərinizi dövlət ödəyir, üstəlik də
    sizlərə verilən yardımlra əlavələr də alırsız,- dedi =

    Mənə dərdsiz deyən, ay zalım oğlu,
    Sən məni mən dərdli olandan soruş!
    Yuvası uçandan, yurdu yanandan,
    Obası virandan, talandan soruş!

    Qapını kəsməyib hələ duman-çən,
    Demirəm mən dərdə sən də düşəsən.
    Dərdimi öyrənib bilmək istəsən,
    Qəzadan qəhərin alandan soruş!

    Fələk qarğayandan, evin yıxandan,
    Başına qayalar, daşlar yağandan,
    Gündüzlər yurd sarı durub baxandan,
    Şər vaxtı gözləri dolandan soruş!

    Ətirli baxçası, bəhrəli bağı,
    Yarpızlı bostanı, çiçəkli tağı,
    Laləli çəməni, reyhanlı dağı,
    Yamyaşıl ormanı solandan soruş!

    Başının üstünü kəsəndə yağı,
    Qazanda qatığı, nehrədə yağı,
    Ləyəndə ayranı, teştdə qaymağı,
    Atıb qaça bilən nalandan soruş!

    Ulağı alıxda, dəvəsi xıxda,
    Sürüsü ağılda, malları mıxda,
    Toyuğu-cücəsi əldə-ayağda,
    Itləri zəncirdə qalandan soruş!

    Qız-gəlin bulaqda atdı sənəyi,
    Tavada xörəyi, sacda çörəyi…
    Bir təhər çıxartdım anam Göyçəyi,
    Sal bizdən yolunu, bir ondan soruş!

    Qaldı qapılarda tığla taxılı,
    Tayası vurulu, kumu tıxılı…
    Saydıqca birbəbir qəlbim sıxılır,
    Bilmə ki, deyirəm yalandan, soruş!

    Halakın çıxar e, itsə bir iynən,
    Olarsan imandan, çıxarsan dindən…
    Bir çöp götürməyib dolu evindən,
    Yol boyu saçını yolandan soruş!

    Taptaq altındadı qəbirstanlığım,
    Qoparıb daşını, aparıb yağım.
    Qaralıb ocağım, sönüb çırağım,
    Dərd nədi, havasın çalandan soruş!

    Dördgözlü açıram hər gecə danı,
    Gedib yoxlayıram yirdu-yuvan.
    Hər gün xatırlayıb eli-obanı,
    Şirin xəyallara dalandan soruş!..

  • Rafiq ODAY.Yeni şeirlər

    Rafiq Oday foto

    GEDİM

    Qoşulub qərib durnaya,
    Qərib-qərib köçüm gedir.
    İlahi, bir yol aç mənə,
    Bu yerlərdən köçüm gedim.

    Qərib durna, qərib ağı,
    Darıxanda məni çağır.
    Göndər bir piyalə ağu,
    Şərbət kimi içim gedim.

    Yaranışdan beləyəmmi,
    Azadammı, köləyəmmi?!
    Zəncir kəsir biləyimi,
    Dizlərimdən gücüm gedir.

    Aldanıb ağlıma gəlim,
    Qoşulub ilğıma gəlim.
    Yolumdan saxlama, gəlim,
    Qoy sakitcə keçim gedim.

    Kəc baxılsa yurd daşına,
    El dağılar, yurd daşınar.
    Bu dünyanın yaddaşına
    Əbədilik köçüm, gedim.

    USTAD, BİR DÖN SİNƏMƏ BAX…

    «Gəl gör mənə eşq neylədi»
    Yunis İmrə

    Bu sevda dəli sevdadı,
    Tükənməz macərası var.
    Nə bu dərdə əlac edən,
    Nə bu dərdin çarısı var.

    Oldu ömrün yazı talan,
    Yazıq satan, yazıq alan.
    Nə ondan bir razı qalan,
    Nə ondan bir narazı var.

    Yön çevirib dağa-daşa,
    Bulaq oldu gözüm – daşan.
    Nə gözümdə ağdan nişan,
    Nə gözümün qarası var.

    Eşq qonaqmış, sinəm otaq,
    Qonaq çəkdi sinəmə dağ.
    Ustad, bir dön sinəmə bax,
    Gör, salamat harası var?

  • Saqif QARATORPAQ.Yeni şeirlər

    Saqif QARATORPAQ

    * * *

    Bəlkə bu gün
    günlərin ən gözəlidi,
    sabahlar ağlamalı,
    dünənlər gülməlidi.
    Bəlkə bir də
    sevinməyəcəyik belə,
    belə şirin
    olmayacaq həsrətin.
    belə gözəl olmayacaq
    ayrılıqlar…
    belə gözəl olmayacaq
    təbəssümün.
    Bəlkə bu gün
    elə sən deyən gündü,
    təkcə sənin üçündü…
    Bəlkə bir də
    sevməyəcəksən belə,
    titrəməyəcək əllərin
    bu qədər,
    Belə gözəl olmayacaq
    kədər…
    Bəlkə elə…
    Bu gün
    bitməyib hələ.

    * * *

    Bir həsrət qoxusu var
    bu səhər sazağında.
    Hər gün adın üşüyər
    dilimdə,dodağımda.

    Gözlərimin yaşında
    bir xatirə islanar.
    Göz yaşımı silməyə
    yarpaq tökər ağaclar.

    Rəsmini çəkmək üçün
    durmuşam yol üstə mən.
    Fırçasını almışam
    son baharın əlindən.

  • Əlirza HƏSRƏT.”Mən yaralı sevdim” (Yeni şeir)

    575949_448528385223558_1371442086_n

    Gözdən,könüldən uzaq,-
    Düşüb aralı sevdim.
    Oxlanıb kirpiyinlə,
    Səni yaralı sevdim.

    Lalələr qan içində,
    Ha alış,yan içində.
    Dağda duman içində,-
    İtən maralı sevdim.

    Heykəl qurub xəzəldən,
    Eşq umdum hər gözəldn.
    Bu dünyanı əzəldən,-
    Ağlı-qaralı sevdim.

  • Hikmət MƏLİKZADƏ.Yeni şeirlər

    10304351_268609333324646_7910328543693681828_n

    Yetdi sevgimizin son bazar günü…

    Yetdi sevgimizin son bazar günü,
    Sənə də yaxşı yol, mənə də, gedək.
    Axır ki, lal etdin bu xəstə canı,
    Güldün saçımdakı dənə də, gedək.

    Sevda nəğmələri karıma yetmir,
    Həsrət uşaq döyən dayə kimidi.
    Sanki ruhun köçür, dediyin sözlər,
    Yad dildə oxunan ayə kimidi.

    Kimdir yanağına dodaq uzadan?
    Bir kölgə kəsdirib yanını sənin…
    Sən ki məni sevdin, daha qəm yemə,
    Ta tütyə biləcəm canını sənin.

    Dərdin soyuğundan könül buz tutub,
    Qaçım, küçədəki xanımı büküm.
    Arada əynimdən sürüşür ruh da,
    Mənə yaylıq gətir, canımı büküm.

    Soyuq rüzgarlara can qapı açmaz…

    Soyuq rüzgarlara can qapı açmaz,
    Sən yoxsan, dən basıb telimi yenə.
    Bilmir hara uçsun kor alabaxta,
    Qatı duman basıb elimi yenə.

    Ruhumun damında quşlar ev tikir,
    Ömür şüşəmizdə çatlar böyüyüb.
    Durma gen sahildə boş qayıq kimi,
    Bir bax, hürkütdüyün atlar böyüyüb.

    Könül al butalı palaz kimidi,
    Bir doğru fikir yox, közüm öyrəşsin.
    Mən səni çox gördüm çəhrayı rəngdə,
    Bir az da ağ geyin, gözüm öyrəşsin…

  • Coffee Party

    cp

    19 noyabr 2014-cü il tarixdə saat 18:30-da, İnternational Learning Center (Beynəlxalq Tədris Mərkəzində) Coffee Party olacaq.Dostalrını və ailə üzvlərini dəvət et.İştirak etmək istəyən hər kəs dəvətlidir.Giriş pulludur (5 AZN)

  • Savalan MƏMMƏDLİ.”Dəniz ulduzları” (Məqalə)

    10508453_1430387493911837_277549_n (1)

    Dəniz ulduzları dərisitikanlılar tipindən onurğasız heyvan sinfinə aiddir. Təqribən 1600 müasir növü var. Əksəriyyətinin uzunluğu 12-25 sm olsa da, sinfin nümayəndələrinin ölçüləri 2 sm-lə 1 m arasında dəyişir. Dəniz ulduzu sahilə yaxın yerlərdə dənizin dibində sürünür. 7000 metr dərinlikdə yaşayan növləri də vardır. Bədən formaca beşguşəli ulduza oxşayır. Dəniz ulduzları adətən qırmızı, bənövşəyi və ya qəhvəyi rəngdə olurlar. Bədən səthində kiçik iynəciklər olur , ağzı bədəninin alt tərəfində yerləşir.
    Dəniz ulduzları eyni zamanda hidravlik təzyiq mütəxəsisidirlər. Dənizin dibində qolları ilə hərəkət edən dəniz ulduzunun möhkəm yapışması üçün qollarına xüsusi sorucular yerləşdirilmişdir. Beləcə, istədiyi yerə dırmaşa bilir, planktonları tutub yeyə bilirlər. Dəniz ulduzu qollarını hərəkət etdirmək üçün eynilə iş dəzgahlarında ağır yüklərin qaldırılması üçün istifadə olunan qolların hərəkətində olduğu kimi, hidravlik təzyiq metodundan istifadə edir. Qollarının içində uzununa yerləşən boru şəkilli ayaqları da var. Bu ayaqlar maye ilə dolu daxili boru sisteminə bağlıdır. Əzələlər boruları sıxdıqda əmələ gələn hidravlik təzyiq mayeni ayaqlara göndərir. Beləcə, hidravlik təzyiq boru ayaqlarda dalğa hərəkəti əmələ gətirir. Qolların içindəki maye təzyiqi sayəsində ayaqlar irəli-geri hərəkət edir və dəniz ulduzu irəliləyir.
    Dəniz ulduzları ilə bağlı aparılan paleontoloji qazıntılardan əldə olunan nəticələrə görə Dəniz ulduzları yer üzündə təxminən yarım milyard il əvvəl ortaya çıxıblar. Əlimdə gördüyünüz bu fosil, yəni daşlaşmış qalıq bir dəniz ulduzuna aiddir. Bu dəniz ulduzu fosilinin 490 – 443 milyon il yaşı var. Bu fosil Mərakeşdən tapılıb. Əlimdə gördüyünüz bu və dünyada tapılmış bunun kimi yüzlərlərə dəniz ulduzu fosilindən də aydın olur ki, dəniz ulduzları milyonlarla il ərzində heç bir dəyişikliyə məruz qalmayıblar. Gördüyünüz kimi milyonlarla il əvvəlki dəniz ulduzları ilə ha-hazırda yaşayan dəniz ulduzları arasında heç bir fərq yoxdur. Fosil qalıqlarını araşdırdığımız təqdirdə qarşımıza çıxan nəticə ondan ibarət olurki dəniz ulduzları da digər canlılar kimi yaradıldıqları ilk dövrdən bugünə kimi heç bir təkamül keçirməmişdirlər. Bu dəniz ulduzuna aid paleotoloji qalıq təkamül fərziyyəsinin əsassız olduğunu isbat edən yüzlərlə dəlillərdən birini təşkil edir.

  • Savalan Məmmədlini doğum günü münasibətilə təbrik edirik! (2 noyabr 1990-cı il)

    10508453_1430387493911837_277549_n (1)

    Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi, Azərbaycanın istedadlı gənc yazarını, Gündəlik İnformasiya Agentliyinin “İslam” bölməsinin əməkdaşını doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə bol-bol uğurlar diləyir!

    Mətbuat xidməti

  • Əlirza Həsrəti doğum günü münasibətilə təbrik edirik! (1 noyabr 1963-cü il)

    575949_448528385223558_1371442086_n

    Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi, Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini, Azərbaycan Yazıçılar Birliyinin üzvünü, Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Aran bölgəsinin ədəbiyyatı” bölməsinin Baş redaktorunu
    doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar diləyir!

    Mətbuat xidməti

    Əlirza HƏSRƏT (Abbasov Əlirza Azadxan oğlu) 1 noyabr 1963-cü ildə Əli-Bayramlı şəhərində anadan olub.İbtidai və orta təhsilini öz doğma şəhərlərində alıb.
    Şeirləri “Azərbaycan”, “Ulduz”, “Azərbaycan qadını” jurnallarında, “Ədəbiyyat qəzeti”, “Kaspi”, “Yeni Azərbaycan”, “Möhtəşəm Azərbaycan”, “Yeni Axtarış” qəzetlərində, müxtəlif ədəbiyyat, o cümlədən mədəniyyət və ədəbiyyat yönümlü portallarda dərc olunub.
    2009-cu ildə Azərbaycan Yazıçılar Birliyinin “Qadınlara Həsr olunmuş ən yaxşı şeir müsabiqəsi”nin qalibi olmuşam.2013-cü ildə Dünya Gənc Türk Yazarlar Birliyi-“Türk Dünyasına Xidmət Ödülü” ilə təltif olunub. “Kim sənə oxşayıb, sevmişəm elə”, “Ayrılıq sevginin dar ağacıdır”, “Edam çiçəyi”, “Sükut nəğməsi”, “Bundan belə ayrılıqdır” şeirlər kitabının müəllifidir.Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Aran bölgələrinin ədəbiyyatı” bölməsinin Baş redaktorudur.
    İxtisasca mühəndis-texnoloqdur.Altı şeir kitabının müəllifidir.Respublikanın bütün ədəbi orqanlarında ədəbi-bədii nümunələri çap olunur.Şeirləri dok.professor İsa KAYACANIN məsləhəti ilə dəfələrlə Türkiyə mətbuatında dərc olunub.Bir sıra almanaxlarda şeirləri bir neçə dəfə dərc olunub.Şeirlərinə müsiqi bəstələnib.

    QUZEY BƏNÖVŞƏSİ

    Bənövşə gözləri gülür baharın,
    Götürüb aləmi quşların səsi.
    Tumurcuq-tumurcuq çıxır canından,-
    Çılpaq ağacların soyuqdəyməsi.

    Gecənin yuxusu ərşə çəkilib,
    Bənövşə ətrinə elçi düşüb dan.
    Gözümdə qışlanan həsrət çiçəyim,-
    Səni də tanıdım ayrılığından.

    Quzey bənövşəsi biraz gec solur,
    Sevən ürəkləri sərinlətməyə.
    Dağların döşünə yatıb ahım ki,-
    Üzünə bənövşə həniri dəyə!

    İGİD OĞULLARA VƏTƏN AD VERİR
    (Əsgər oğlum Ülvi Abbaszadə üçün)

    Tökülür çöhrəndən mərdlik,cəsarət,
    Vətən arxalanır sənə dağ kimi.
    Əsgər papağında yanan Ay-ulduz,-
    Nur saçır aləmə çilçıraq kimi.

    Dünyanın ən gözəl səadət payı,-
    Sevib qorumaqdır ana vətəni.
    Başını uca tut,ay əsgər oğlum,
    Zirvəyə aparır hər pillə səni.

    Əsgərtək bağrıma basıram səni,
    Sanıram o körpə yaşdasan elə.
    İnamın bayraqdır,and yerin Vətən,
    Əsgər geyimində başqasan elə.

    Hər gün əsgərlərin ayaq səsində,-
    Hünər nəğməsini dinləyir Vətən.
    Əsgərlik borcunu verirsən deyə,-
    Səninlə gör necə öyünürəm mən?!

    Qızlar çiçək tutub əsgər yoluna,
    Arzular adama qol-qanad verir.
    Həyatın müqəddəs neməti kimi,-
    İgid oğullara Vətən ad verir!

    QAPIMIZA ELÇİ DÜŞÜB EHTİYAC

    Haradandır bu hıçqırıq neydəki?
    Şirinləşdi dilim bu gileydə ki.
    Tənha quşdan qatar olmaz Göydə ki,
    Durnaları sevdim dəstə şəklində.

    Xatirənlə oynayıram “gizlən-qaç”,
    Gəl saçına düyün vurum,sın də aç.
    Qapımıza elçi dşüb ehtiyac,
    Bir alagöz,boyubəstə şəklində.

    Gördün yolum dirənibdir yoxuşa,
    Pöhrə oldun sığındığım koğuşa.
    Hər gün səni nəzmə çəkdim, ay Şuşa,
    İtkin düşmüş bir “Şikəstə” şəklində..

  • Hikmət MƏLİKZADƏ.Yeni şeir

    10304351_268609333324646_7910328543693681828_n

    Kaş, belə üz-üzə gəlməyəydik heç,
    Kaş, özgə girəydi gözümə o gün…
    Mən sənin yanında sultan kimiydim,
    …Paxıllıq elədim özümə o gün.

    Keçib Məcnun eşqi, Leyli vəfası,
    Heç kim öz canını yaş tutmaz, canım.
    Ta məni özündən uzaq tut bir az,
    Bilirəm, bu sevgi baş tutmaz, canım.

    Bax, yüz göz boylanır arxanca hər gün,
    Bax, yüzü istəyir kamına çatsın.
    Mən səni bu kökdə sevə bilmərəm,
    Burax, sevda quşum damına çatsın.

    Fəqət, neyləyim ki, qəlb rahat durmur,
    Mənə ruh verirsən, gözəl, sən axı…
    Paymı bu gözəllik? Kim verib, söylə?
    Sən niyə bu qədər gözəlsən axı?

  • Eyvaz ZEYNALOV.”Anamın gözaltıladığı qız” (Hekayə)

    eyvaz ist

    İş yoldaşımla hər gün üzbəüz küçədəki balaca kafedə nahar edərdik. Yaxın olmaqdan başqa orda həm qiymətlər münasibdi, həm də yeməkləri çox dadlı bişirirdilər. Ev xörəklərindən fərqlənmirdi.

    Məqsədim nə o kafeni, nə də onun yeməklərini reklam etməkdi, orada, necə deyərlər, ilk baxışdan vurulduğum qəşəng bir qız haqqında danışmaqdı. Ortaboylu, sarıyanız, zərif bir qızdı. O da kafeyə nahara rəfiqəsi ilə gələrdi. Həmişə də yuxarı başda, sağ tərəfdəki küncdə, eyni yerdə əyləşərdilər. Kafenin nahar fasiləsindəki gündəlik müştəriləri, demək olar, eyni adamlardı. Ona görə də hamı adət elədiyi stolu qoyub başqasının yerində oturmurdu. Təsadüfi müştəriləri kafenin işçiləri qarşılayıb boş stollara yönəldirdilər.

    Qızı ilk dəfə görəndə çəngəl-bıçaq əlimdə dondum. İş yoldaşım təəccüblə:

    – Nooldu sənə? – deyəndə ayıldım.

    Fikrim qızda idi. Arabir oğrunca mən ona, o da mənə baxırdı. Baxışlarımız toqquşanda gözlərimizi yayındırırdıq.

    Hər şey belə başlandı. Onlar da kafeyə hər gün eyni vaxtda gəlirdilər. Əvvəl nahara aşağı-yuxarı bir az geciksəm də indi buna ciddi yanaşırdım. Dəqiqəsinə söz ola bilməzdi. İş yoldaşım bir az ləng tərpənəndə dözmür, əsəbləşir, tələsdirirdim. Guya aclığa tabım yoxdu. Əslində gecikməkdən qorxurdum. Qızı tez görməkdən yana ürəyim gedirdi. Axı bunu iş yoldaşıma necə deyəydim? Mənə elə gəlirdi heç nədən xəbəri yoxdu. Həm də belə daha yaxşıdı!

    Hələ qıza yaxınlaşmağa, tanış olmağa cürətim çatmırdı. Münasib məqam gözləyirdim.

    – Qurtar, gedək də! – Kafedə də iş yoldaşım məni tələsdirirdi.

    – Qaçhaqaçdı? Yemək yeyəndə gərək tələsməyəsən, yediyin-içdiyin canına sinə.

    – Belə dee! – Bic-bic qımışırdı.

    Onların qurtarmağını, kafedən çıxmağını gözləyirdim. Yanımızdan keçib gedəndə qızın ətrinin iyi məni bihuş eləyirdi.

    ***

    Arxasınca hayıl-mayıl baxırdım. Birdən iş yoldaşımın:

    – Qəşəng qızdı, – deyən səsini eşidib diksindim.

    – Nəə?..

    – Deyirəm, qəşəng qızdı. Ancaq daha bəsdi gözlədiyin. Tanış olmağın, ürəyini açmağın vaxtıdı.

    Zalım oğlu hər şeydən xəbərdarmış.

    – Qorxuram, – dedim. – Birdən “yox” cavabı verdi…

    – Amma onun sənə baxan gözlərindən “hə” oxunur.

    – Hardan bilirsən?..

    Başı çəkmişdi. Nə vaxtdı dərdindən dəli-divanə olduğu, arxasınca süründüyü qızla iki-üç aydı dil tapmış, ailə qurmuşdu.

    ***

    Növbəti bazar günü anamı yoluxmaq üçün rayona yollandım. Böyük qardaşım bir neçə il əvvəl institutdan təyinatla göndərdikləri rayonda məskunlaşmış, elə orda da ailə qurmuşdu. Atam dünyasını dəyişəndən sonra anam da onun yanında qalırdı.

    Arabir zəng vurur, ərkyana danlayırdı. Tələs, deyirdi, evlənmək lazımdı. Mən də ürəyimə yatan qız tapmadığımı söyləyirdim. Son vaxtlar özünün tapdığını deyib məni rayona çağırırdı.

    Dediyinə görə, qonşunun qızıydı. Yaraşıqlı, savadlı, müasir qızdı. İnstitutu bu il bitirmiş, Bakıda qalmışdı. Hardasa işləyirdi. Həftənin şənbə və bazar günləri valideynlərinə baş çəkmək üçün evlərinə gəlirdi. Anam, nə böyük yoldu, deyirdi, bir istirahət günü də sən güzarını biz tərəflərə sal. İnanıram ki, görüşsəniz, sən qızı bəyənəcəksən, qız da səni. Gecikmə, bir də gördün böyürdən biri çıxdı.

    Qardaşımgildə cəmi bir-iki dəfə olmuşdum. O da atüstü. Hansı qonşusundan söhbət getdiyini bilmirdim. İndi lap məqamıydı. Gözaltıladığı qızı görməyə deyil, anama kafedəki qız haqqında söz açmağa tələsirdim.

    ***

    Qardaşımgilin məhəlləsində nəzərimi ilk cəlb edən qələbəlik oldu. Ürəyim əsdi. Addımlarımı yeyinlətdim. Evlərinə çatanda qonşusunun darvazasını taybatay açıq gördüm. Həyətdə mağar qurulmuşdu. Baxışlarından kədər yağan adamlar o qapıya girib çıxırdılar. İçəridən yanıqlı ağlaşma səsi eşidilirdi.

    Bir azdan anamın gözaltıladığı qızın dünən, şənbə günü avtobusla Bakıdan gələrkən yolda qəzaya uğradığını, dünyasını dəyişdiyini öyrəndim.

    Qızı görməsəm, tanımasam da özümü çox pis hiss elədim.

    Bakıya dönərkən anamın könlünü açmaq üçün şəhərdə ürəyimə yatan bir qız tapdığımı söylədim.

    ***

    Nahar fasiləsində iş yoldaşımla yenə kafedə idik. İki gündü qızı görmürdüm. Özümə söz vermişdim ki, necə olur-olsun bu gün ürəyimi ona açmalıyam!

    Tərslikdən qızlar gözə dəymirdilər.

    Nahar fasiləsi başa çatsa da gəlib çıxmadılar. İş yoldaşımdan ayrılıb onları kafenin qabağında bir xeyli gözlədim.

    – Ürəyini sıxma, yəqin nəsə vacib bir işləri çıxıb. – Dilxor halda qayıtdığımı görən iş yoldaşım təskinlik verdi.

    Mən də o cür fikirləşirdim.

    Səhərisi rəfiqəsi kafedə yaşlı bir qadınla göründü. Daha mən özümü saxlaya bilmədim. İrəli durub qızı xəbər aldım.

    … Mənim aşiq olduğum qız anamın gözaltıladığı qız imiş.

  • Mais Təmkinin yeni kitabı işıq üzü gördü

    2014-29-10--20-34-452

    Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyi tərəfindən həyata keçirilən “Bir bənd şeir” müsabiqəsinin ikincisi olmuş, şair, publsist Mais Təmkinin “İlhamlı günlərin nəğməsi” adlı kitabı 2014-cü ildə Bakı şəhərində “Nərgiz” Nəşriyyat Poliqrafiya Mərkəzi tərəfindən 72 səhifə olmaqla, işıq üzü görüb.Kitabın redaktoru və ön sözünün müəllifi Akademik M.Mehdizadə adına və Qızıl qələm mükafatları laureatı, Respublikanın Təhsil əlaçısı Hidayət Musabəylidir.
    Poema Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Heydər oğlu Əliyeva həsr olunub.2003-2010-cu illərdə qələmə alınıb.Kitab müəllifin oxucularla sayca dördüncü görüşüdür.Geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

  • Gülnarə İSRAFİLQIZI.Yeni şeirlər

    1399377238_1399354517_1399118025_10312028_1471761573041474_1534860754_n

    * * *

    Dağın pıçıltısını,
    Eşitmir kar olan qulaq.
    Görmür gözlər,
    Çəkir başa,
    Çəkir başa bəyaz duvaq.
    köksündə qayanı görür,
    Çınqılı boz daşı görür,
    Bilmir, bilmir çox heyif ki..
    Dağın da qəlbi döyünür.
    Dağın nəfəsi kəslir,
    Bağırır səsi kəsilir.
    Çağırır səsi gəlmir heç,
    danışan çağı kəslir.
    Görmür kor olan gözlər,
    Eşitmir kar olan qulaq.
    Öz özünə deyir susur,
    O səsi geyinir dərə,
    O səsi geyinir bulaq.
    Sular dəyir çınqıllara…
    Bəlkə dağın səsi elə,
    Bu cür, bu cür eşidilə.

    Bütün aləm yığışıb

    Boynumda bitib ağac,
    Torpağa budaq atıb,
    Iki budaq havada,
    Ikisi qucaq açıb.
    Hər budağın beş çiçək,
    Beş yaşıl yarpağı var.
    Ağacın gövdəsində,
    Suyu var, torpağı var.
    Fəsil bahar istisi,
    Fəsil qışın şaxtası.
    Həm yay ətri qoxuyur,
    Həm də payız havası.
    Dörd fəsil bir fəsildə,
    Bir fəsil dörd fəsildə.
    Min ahəng var,min rəng var,
    Bu gövdədə, bu sirrdə.
    Göyün də, ahəngi var,
    Yerin də, ahəngi var.
    Bütün yad cisimlərin,
    Bu gövdədə rəngi var.
    Sinədə damar-damar,
    Okianlar parçalanıb.
    Yerə pərçim olunmuş,
    Dağlar, daşlar dolanıb.
    Göylərin parıltısı,
    Boyundan az yuxarı,
    Əks etdirir üzündə,
    Günəşi, ulduzları.
    Ağacın kökü yumru,
    Ucalıb göyə tərəf.
    Görnüşü çox balaca.
    Bütün planetləri,
    Bütün hərəkətləri,
    Yığıb ovcuna tərəf.
    Baş qoyub min bir aləm,
    Min aləmin dizinə.
    Bütün aləm yığışıb,
    Bir aləmin gözünə.

  • Türkiyə Cümhuriyyətinin yaranmasından 91 il ötür

    55ccf27d26d7b23839986b6ae2e447ab

    Bu gün Türkiyədə “Cumhuriyyət” (Respublika) bayramıdır. Bu bayram 1923-cü ildə Türkiyə Böyük Millət Məclisinin (TBMM) qərarı ilə Osmanlı dövlətinin ləğv edilərək Türkiyə Cumhuriyyətinin elan olunması münasibəti ilə qeyd edilir.
    Mustafa Kamal Paşanın rəhbərliyində TBMM-də elan edilən respublikanın ilk prezidenti də Mustafa Kamal (Atatürk) özü olur. 1924-cü ildən etibarən keçirilməyə başlayan bayram Türkiyənin bütün şəhərlərində, Şimali Kipr Türk Respublikasında (KKTC) və dünyanın bütün ölkələrindəki Türkiyə səfirliklərində qeyd edilir.
    Ərazisi 783 562,4 km² olan Türkiyənin 3 faizi Avropa, 97 faizi Asiya qitəsindədir. Ölkə 7 coğrafi ərazi və 81 vilayətdən ibarətdir. Əhalisi təxminən 73 milyon 722 min 988 nəfər, paytaxtı Ankara şəhəridir. Parlament üsulu ilə idarə olunan ölkənin bayrağı qırmızı parça üstündə ağ rəngli aypara və beş guşəli ulduzdan ibarətdir. Türkiyənin rəsmi dili türk dilidir.
    Ölkə şərqdən İran, Azərbaycan, Gürcüstan və Ermənistan, cənubdan Suriya və İraq, qərbdən Yunanıstan və Bolqarıstanla sərhəddir.

  • Məhəmməd Yolçuzadəni doğum günü münasibətilə təbrik edirik! (29 oktyabr 2000-ci il)

    IMG-20141026-WA0000

    Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi, Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Redaksiya Heyətinin Fəxri üzvünü doğum günü münasibətilə təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir!

    Yolçuzadə Məhəmməd Yolçu oğlu 2000-ci il oktyabr ayının 29-da Bakı şəhərində ziyalı ailəsində anadan olub.2006-cı il sentyabr ayının 15-də Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsindəki 320 saylı orta məktəbin birinci sinfinə gedib.Fənlər üzrə müxtəlif olimpiadalarda birincilik qazanıb və mükafatlandırılıb.

  • Sevinc Həmzəyevanı doğum günü münasibətilə təbrik edirik (29 oktyabr 1977-ci il)

    946980_572608526143609_1200498940_n

    Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi, Çağdaş
    Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini, Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Redaksiya Heyətinin Fəxri üzvünü doğum günü münasibətilə təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir!

    Sevinc Həmzəyeva(Sevinc Səyyad qızı Həmzəyeva) 1977 – ci il oktyabr ayının 29-da anadan olmuşdur. 1984-1994 – cü illərdə orta məktəbdə oxumuş, 1995 – ci ildə ADPU–nun Filologiya fakültəsinə daxil olmuş, 1999 – cu ildə həmin universitetin bakalavr pilləsini, 2001–ci ildə isə “Antik ədəbiyyat” ixtisası üzrə magistraturasını fərqlənmə diplomu ilə bitirmişdir.
    Hələ orta məktəb illərindən poeziyaya maraq göstərir.Dövri mətbuatda ara-sıra şeirləri ilə çıxış edib.Şeirləri “Sumqayıt Universiteti”, “Sözün Sehri” qəzetlərində dərc olunub.2012-ci ilin oktyabr ayının 6-dan Azərnbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Redaksiya, Yaradıcı, Nümayəndə Heyətlərinin Fəxri üzvüdür.
    2001 – ci ildən Sumqayıt Dövlət Universitetində Filologoiya fakültəsində işləyir.2003 – cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitunun “Xarici ölkələr ədəbiyyatı və ədəbi əlaqələr” şöbəsində əyani aspiranturasına qəbul olmuş, 2006 – cı ildə prof. Vaqif Arzumanlının rəhbərliyi ilə “Azərbaycan – ingilis ədəbi əlaqələrinin inkişafında bədii tərcümənin rolu” adlı dissertasiyasını aspirantura müddətində tamamlamış və şöbəyə təqdim etmişdir. Hazırda həmin şöbənin əməkdaşıdır. Eyni zamanda Sumqayıt Dövlət Universitetində Filologiya fakültəsində dekan müavinidr, filologiya üzrə fəlsəfə doktorudur. Onlarla elmi məqalənin müəllifidir. Həmçinin dövri mətbuatda da yazıları ilə çıxış edir.

    * * *

    Rəqs edək…
    Musiqisiz, çalğısız,
    Qəlbimizin ahənginə…
    Əvvəl baxışların
    baxışımı qucaqlasın…
    Nəzərlərdə qovuşaq…
    Çəkmə məndən gözünü
    Həkk olunum bəbəyinə…
    Sonra…
    əllərimdən tut…
    barmaqlarını
    bircə –bircə oxşayım…
    Bircə – bircə öpüm baxışlarımla…
    Yanağına toxunum
    Ovcumun istisinə
    Alışsın üzün, eşq ilə…
    Sonra…
    Rəqs edək
    Qəlbindən süzülən nəğməyə
    Dodaqların incə –incə təmasında
    Duyğularımla baş – başa
    Sarmaşıb sənin duyğularına
    Rəqs edək…
    Sonra, içimə çəkim səni bir udum nəfəs kimi
    Sonra, içinə çək məni
    Sənə həyat verən
    Bir məlhəm kimi…

    2008

    * * *

    İçimi didən həsrətin
    Könlümü üzən həsrətin
    Az qala…
    Məni sevdi həsrətin
    Səndən də çox…

    Yarım oldun
    Bağrımı yaran oldun
    Xatirəmə həkk olunub
    yadım oldun
    Hərdən doğmadan doğma…
    Hərdən ögey, yadım oldun…

    Hər anımda anılan…
    Hər yanımda duyulan
    Yandırdıqca…
    Həsrətinə sarılan
    Nəvazişim, mehrim, şəfqətim…
    Sənə həsrət
    Özüm kimi…

    2008

    * * *

    Sən – həsrətlər içindən
    Sevgiyə bürünüb gəldin
    Sən – hicranın içindən
    vüsala çönüb gəldin
    Ayaz vurmuş budaq üstə
    Tumurcuğa dönüb gəldin
    Günəş boyda şəfəq olub
    zülmətləri dağıtdın…

    Fərəh olub qəhərimi
    bir gülüşlə yox etdin
    Nəğmə olub hər sözümü
    musiqinlə dindirdin
    Ruhum olub bu canımda
    varlığımı diriltdin
    İnam oldun! Öz eşqinlə
    şübhələri dağıtdın…

    2010